Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № e-2(3-8)-1090/2026 01.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Məmmədov Fuad Əli oğlu və X2 ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh X1 qarşı nikahın pozulması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərardadı ilə (hakim Ş.Həxiyeva) iddiaçı İddiaçı cavabdeh X1 qarşı nikahın pozulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması qərara alınmışdır. İddiaçı İddiaçı qərardaddan şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin *(*-***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayət işlə birlikdə baxılması üçün 7 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARI İddiaçı İddiaçı cavabdeh X1 qarşı nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ İddiaçı İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə nəzərə almamışdır ki, tərəflər arasında nikah Gürcüstan Respublikasının Tbilisi şəhərində qeydiyyata alınmışdır. Cavabdeh ABŞ-də yaşayır, nikahın pozulmasına etiraz edir və Azərbaycana gəlmir. İddiaçıdan nikahın pozulması haqqında ərizəni Asan Xidmət mərkəzləri qəbul etmir, “mygov”-da da ərizə verilməsi mümkün olmur. Göründüyü kimi İddiaçı cavabdeh X1 qarşı nikahın pozulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması haqqında qərardad əsassız olmuşdur, qanunazidddir, iddiaçının məhkəməyə müraciət etmək hüququnun pozulmasına rəvac vermişdir. Ailə Məcəllənin 19.2-ci maddəsinə əsasən ər-arvadın razılığı olduqda, lakin onlardan biri müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir. Hazırki işdə nikahın pozulmasına ər-arvadın razılığı yoxdur, ər narazıdır, özü xarici ölkədə yaşayır, razı olmadığı üçün qeydiyyat orqanına da ərizə vermir. Nikah da xarici ölkədə qeydiyyata alınmışdır. HÜQUQİ MƏSƏLƏLƏR Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. İş materiallarını araşdırıb, şikayətin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, qərardadlar dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından müəyyən olunur ki, iddiaçı İddiaçı cavabdeh X1 qarşı nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmiş, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026cı il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması qərara alınmışdır. Birinci instansiya məhkəməsi qərardadını Ailə Məcəlləsinin 19.1 və 19.2-ci maddələrinin, habelə Mülki Prosessual Məcəllənin 152.1.6-cı maddəsinin tələbləri ilə əsaslandırmışdır. İddiaçı qərardaddan şikayət verərək, qərardadın əsassız olduğunu bildirərək tərəflər arasında nikahın Gürcüstan Respublikasının Tbilisi şəhərində qeydə alındığını, cavabdehin ABŞ-də yaşadığını, nikahın pozulmasına razı olmadığını və Azərbaycana gəlmədiyini, həmçinin nikahın pozulması ilə bağlı müraciətin müvafiq qeydiyyat orqanı tərəfindən qəbul edilmədiyini göstərmişdir. Şikayətdə məhz bu hallara əsasən iddiaçının birbaşa məhkəməyə müraciət etmək hüququnun olduğu irəli sürülmüşdür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, hesab edir ki, qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Bu baxımdan apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli və onunla bağlı ## ###### 2026-cı il tarixli qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI İddiaçı İddiaçı şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli və onunla bağlı ## ###### 2026-cı il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-8)-1090/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-8)-1090/2026
01.09.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver