Məhkəmə qərarları › İş №2(3-6)-3762/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-3762/2026

06.08.2026 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-3762/2026 06.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Cəfərov Ilham Məmməd oğlunun sədrliyi və məruzəsilə, X4 və X2 ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdehlər cavabdeh5, cavabdeh4, cavabdeh3, cavabdeh1 və cavabdeh2 qarşı (“xxxx” X3 * saylı Bakı Ərazi Idarəsi, Bakı şəhəri xxx və ** saylı notariat ofisləri mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq, müəyyən etdi: Iddiaçı İddiaçı “xxxx” X3 * saylı Bakı Ərazi Idarəsi və Bakı şəhəri * saylı Notariat Ofisi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdehlər cavabdeh5 və cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.1997-ci il tarixdən mülkiyyətində və yeganə yaşayış yeri olan ünvan 1 ünvanında yerləşən ** nömrəli mənzilin qanunsuz vasitələrlə onun mülkiyyətindən çıxarılaraq cavabdeh5 (İddiaçı əvəzinə) ilə cavabdeh3 əvəzinə X1 arasında bağlanmış ## ###### 2019-cu il tarixli, AN-İ ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və qeyd edilən alqı-satqı müqaviləsinə əsasən verilmiş mülkiyyət hüququna dair ##.##.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi; cavabdehlər cavabdeh3 ilə cavabdeh1 arasında bağlanmış ##.##.2019-cu il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və buna dair verilmiş ##.##.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi; cavabdehlər cavabdeh1 ilə cavabdeh2 arasında bağlanmış AN-İ ******* saylı alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və qeyd edilən alqı-satqı müqaviləsinə əsasən verilmiş ##.##.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli mülkiyyət hüququna dair verilmiş çıxarışın ləğv edilməsi; cavabdehlər cavabdeh2 ilə cavabdeh4 arasında bağlanmış ##.##.2020-ci il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və qeyd edilən alqı-satqı müqaviləsinə əsasən verilmiş ##.##.2020-ci il tarixli, *********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdehlər cavabdeh5, cavabdeh4, cavabdeh3, cavabdeh1 və cavabdeh2 qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddiasının təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçı İddiaçı aid edilməsi, mütəxəssis rəyi üçün tələb edilən 300 (üç yüz) manat məbləğində pulun iddiaçı İddiaçı alınaraq “xxxx” MMC-nin hesabına köçürülməsi qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli ## #### 2026-cı il tarixli qərardadına əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı (vəkili-nümayəndəsi vəkil2) tərəfindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddət üzrlü hesab edilərək bərpa edilmiş, apellyasiya şikayəti baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. “Elektron məhkəmə” informasiya sistemindən, o cümlədən iş materiallarından müəyyən edilmişdir ki, hazırda Bakı Apellyasiya Məhkəməsinin icraatında iddiaçı cavabdeh4 cavabdeh İddiaçı Sadiq qızına qarşı mənzildən istifadə hüquqlarına xitam verilməsi tələbinə dair mülki iş var və həmin iş üzrə icraat hazırkı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin icraatında olan iddiaçı cavabdeh4 cavabdeh İddiaçı qarşı “mənzildən istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair *(***)-***/**** nömrəli mülki iş məhkəmənin icraatına ## #### 2024-cü il tarixdə daxil olmuşdur və hazırda hakim Ikram Şirinovun icraatındadır. Hazırki iş üzrə tələb daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirilməsinin etibarsızlığı, habelə müvafiq çıxarışların ləğv edilməsi ilə bağlıdır və *(***)-***/**** nömrəli mülki iş üzrə isə iddiaçı tərəfindən mənzildən istifadə hüquqlarına xitam verilməsi ilə bağlı irəli sürülmüş tələb məhz həmin əmlaka dairdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, müxtəlif məhkəmələrin icraatında olan yuxarıda qeyd edilən işlər biri-biri ilə əlaqəli olduğundan ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün iddiaçı İddiaçı cavabdehlər cavabdeh5, cavabdeh4, cavabdeh3, cavabdeh1 və cavabdeh2 qarşı (“xxxx” X3 * saylı Bakı Ərazi Idarəsi, Bakı şəhəri 9 və ** saylı notariat ofisləri mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və s.” tələbinə dair *(*-*)-****/**** nömrəli mülki işin iddiaçı cavabdeh4 cavabdeh İddiaçı qarşı “mənzildən istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair *(***)-***/**** nömrəli mülki işə birləşdirilərək birgə baxılması məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43, 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qərara aldı: Iddiaçı İddiaçı cavabdehlər cavabdeh5, cavabdeh4, cavabdeh3, cavabdeh1 və cavabdeh2 qarşı (“xxxx” X3 * saylı Bakı Ərazi Idarəsi, Bakı şəhəri 9 və ** saylı notariat ofisləri mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və s.” tələbinə dair *(*-*)-****/**** nömrəli mülki iş, iddiaçı cavabdeh4 cavabdeh İddiaçı qarşı “mənzildən istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair *(***)-***/**** nömrəli mülki işə birləşdirilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar