Məhkəmə qərarları › İş №2(3-6)-3768/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-3768/2026

11.08.2026 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-3768/2026 11.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər cavabdeh5, cavabdeh4, Bakı şəhəri cavabdeh3, Bakı şəhəri cavabdeh2 və cavabdeh6 cavabdeh1n * saylı cavabdeh7 qarşı bağışlama müqavilələrinin etibarsız hesab edilməsi və sair tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh5, cavabdeh4, Bakı şəhəri cavabdeh3, Bakı şəhəri cavabdeh2 və cavabdeh6 cavabdeh1n * saylı cavabdeh7 qarşı bağışlama müqavilələrinin etibarsız hesab edilməsi və sair tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətin mümkünlüyünü yoxlayaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ** saylı evin *** saylı mənzilinin ##.##.2008-ci il tarixdə İddiaçı tərəfindən cavabdeh5 bağışlanmasına dair Bakı şəhəri ** saylı DNK-da təsdiq edilməklə, həmin gün reyestrdə 40-03-437 nömrə ilə qeydə alınmış bağışlama müqaviləsinin və həmin mənzilin ##.##.2018-ci il tarixdə cavabdeh5 tərəfindən cavabdeh4 bağışlanmasına dair Bakı şəhəri ** saylı DNK-da təsdiq edilməklə, həmin gün reyestrdə 40-85 nömrə ilə qeydə alınmış bağışlama müqaviləsinin etibarsız hesab edilmələri, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ** saylı evin *** saylı mənzilinə dair ƏMDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinda cavabdeh5 adına ##.##.2008-ci il tarixdə aparılmış 008011000736-05301-****** reyestr nömrəli, ********** nömrəli qeydiyyatın va cavabdeh4 adına ##.##.2018-ci il tarixdə aparılmış 008011000736-05301-****** reyestr nömrəli, ********** nömrəli qeydiyyatın etibarsız hesab edilmələri, daşınmaz əmlakın dövlət reyestrində aparılmış həmin qeydiyyatlar əsasında cavabdeh5 və cavabdeh4 adına verilmiş çıxarışların ləğv edilmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərardadına əsasən mülki işin icraatına xitam verilməsi, dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pulun iddiaçı İddiaçı qaytarılması (qəbz №: 1975660598; ödəniş tarixi: ##.##.2026; saat: 10:56) qərara alınmışdır.

3. Həmin qərardaddan iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi, iddia ərizəsi üzrə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi, əks təqdirdə şikayətin mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinin Mülki Kolegiyasına göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 361.3. Şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Maddə 363.1. Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.1-1. apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə. 363.1.2. Apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə. Maddə 363.2. Apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.

5. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 8.5. Iş üzrə icraata xitam verilməsi, iddianın baxılmamış saxlanılması və məhkəmə cərimələrinin qoyulması, müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardaddan şikayət verilməsinə görə 50 manat məbləğində rüsum ödənilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

6. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə qərardaddan şikayət verilməsinə görə 50 manat məbləğində rüsum ödənilməsi nəzərdə tutulsa da şikayətin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” bölməsində “bu ödəniş rüsumdan azaddır - inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər” kateqoriyası qeyd olunmuş və şikayətə əlavə olunmuş sənədlər siyahısında da bu barədə qəbz siyahıya əlavə olunmamışdır.

7. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət mülki prosessual qanunvericiliyin tələbləri pozulmaqla verildiyi və bu səbəbdən apellyasiyanın mümkünlüyü əsasları müəyyən olunmadığı üçün qeyri-mümkün sayılmalı və iş materialları apellyasiya şikayətinin geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.

8. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-**)-****/**** nömrəli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Iş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar