Məhkəmə qərarları › İş №2(3-6)-3791/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-3791/2026

14.09.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-3791/2026 14.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Babayev Fuad Fikrət oğlu və Bəhrəmzadə Sabit Xanlar oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 qızının katibliyi ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Yeni massivdə yerləşən fərdi yaşayış evi üzrə *************** saylı abonent kodu ilə istehlakçı kimi qeydiyyata alınmışdır. Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması barədə ##.##.2019-cu il tarixli ******* saylı, ##.##.2019-cu il tarixli ******* saylı və ##.##.2020-ci il tarixli ******* saylı aktlar əsasında 3202,20 manat məbləğində dəymiş zərərin cavabdeh tərəfindən ödənilməsi tələb olunmuşdur. Hazırda iddiaçı İddiaçı cavabdeh Cavabdeh İB tərəfindən aktlar əsasında hesablanmış 3.202 manat məbləğində borcun silinməsini məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı İddiaçı cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Yeni massivdə yerləşən iddiaçıya məxsus fərdi yaşayış evində quraşdırılmış qaz sayğacı (abonent kodu:100469000100480) ilə bağlı Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş ## ###### 2019-cu il tarixli akt əsasında yazılmış 345,40 manat, ## ####### 2019-cu il tarixli akt əsasında yazılmış 199,80 manat və ## ###### 2020-ci il tarixli akt əsasında yazılmış 2656,80 manat olmaqla, ümumilikdə 3202 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Yeni massivdə yerləşən fərdi yaşayış evi iddiaçıya məxsusdur. İddiaçı fasilələrlə, əsasən ilin isti vaxtlarında qeyd olunan ünvanda yaşayır. Cavabdeh İB-nin əməkdaşları onun məlumatı olmadan iddiaçıya məxsus fərdi yaşayış evinə gəlmiş, guya onun təbii qazdan sayğacdankənar xətt vasitəsi ilə istifadə etdiyini aşkar etmişlər. Buna görə də, ## ###### 2019cu il və ## ####### 2019-cu il tarixində akt tərtib etmiş, itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə 345,40 manat və 199,80 manat olmaqla ümumilikdə 545,40 manat məbləğində əsassız borc yazmışlar. Bundan başqa, birliyin əməkdaşları eyni əsas ilə ##.##.2020-ci il tarixində də akt tərtib etmiş, itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə 2656,80 manat məbləğində borc yazmışdır. Sözügedən aktlar onun iştirakı olmadan tərtib olunmuş və yalnız birliyin əməkdaşları tərəfindən imzalanmışdır. Akta əlavə olunmuş fotoşəkil isə həmin ünvana məxsus deyildir, yəni həmin akta əlavə olunan fotoşəkil iddiaçıya məxsus fərdi yaşayış evində çəkilməmişdir. Başqa sözlə, ona məxsus evdə təbii qazdan qeyri-qanuni istifadə halı mövcud olmamışdır. Sözügedən ünvanda əsasən ilin isti vaxtlarında fasilələrlə yaşadığı üçün təbii qazdan istifadə etmək zərurəti yaranmamışdır. Buna baxmayaraq, birliyin əməkdaşları heç bir əsas olmadan guya sözügedən ünvanda təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı akt tərtib etmiş, bununla da ona əsassız olaraq 3202,20 manat məbləğində əsassız borc yazmışlar. Bundan əlavə, yazılmış borc heç bir hüquqi normaya əsaslanmır və aparılmış hesablamalar da ağlabatan deyildir. Belə ki, birliyin əməkdaşlarından ibarət komissiya tərəfindən tərtib olunmuş rəydə (tələbnamədə) ona məxsus ünvanda istifadədə olan qaz cihazlarının adı və onların saatlıq qaz sərfiyyatı qeyd olunsa da, reallıqda həmin cihazların sözügedən ünvanda olması və qaz sərfiyyatının birlik tərəfindən tərtib olunan sənədlərdə olduğu kimi olması ilə bağlı iş materiallarında hər hansı sübut yoxdur. Birlik tərəfindən aparılmış hesablamalara inanılsa, bu hesablamalar təbii qazdan qeyri-qanuni istifadə ilə bağlı aktın tərtib olunduğu gündən əvvəlki 270 günlük müddəti əhatə edir. Aktın ## ###### 2020-ci il tarixdə tərtib olunmasını nəzərə alınsa, bu dövrün böyük əksəriyyəti yay aylarına təsadüf etdiyi üçün bu zaman təbii qazdan ümumiyyətlə, istifadə edilməsi üçün zərurət yaranmır. Göründüyü kimi, Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarda göstərilən məbləğlərin heç bir hüquqi əsası olmadığı kimi ağlabatan da deyildir. Bu ondan irəli gəlir ki, birlik sözügedən ünvana qaz sərfiyyatına görə borc hesablayarkən qanuni normalara deyil, formal mülahizələrə əsaslanmışdır. Eyni zamanda, Cavabdeh İB tərəfindən təşkil olunmuş komissiya üzvlərinin heç olmazsa birinin bu sahədə xüsusi biliyə malik mütəxəssis-ekspert olması barədə də iş materiallarında hər hansı bir dəlil yoxdur. Komissiyanın sırf Cavabdeh İBnin əməkdaşlarından təşkil olunması həmin komissiyanın rəyini şübhə altına almağa əsas verir. Belə bir komissiyanın birliyin maraqlarına uyğun rəy verməsi heç kimə sirr deyildir. Buna görə də qanunvericilikdə bu cür aktların qəbul olunması üçün əsas olan halları sübut etmək vəzifəsi aktı qəbul etmiş orqanın üzərinə qoyulmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qətnaməsi ilə iddia ərizəsinin təmin edilməsi, Cavabdeh İstehsalat Birliyi tərəfindən tərtib edilmiş ##.##.2019-cu il tarixli ******* nömrəli, ##.##.2019-cu il tarixli ******* nömrəli və ##.##.2020-ci il tarixli ******* nömrəli aktlar əsasında Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Yeni massivdə yerləşən fərdi yaşayış evi üzrə iddiaçı İddiaçı məxsus *************** nömrəli abonent koduna hesablanmış 3202 manat məbləğində borcun silinməsi və 52,02 manat məbləğində dövlət rüsumunun Cavabdeh İstehsalat Birliyindən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, bu sahəni tənzimləyən qanunvericilikdə qaz sayğaclarının quraşdırılması, onların işlək vəziyyətdə saxlanılmasına nəzarət edilməsi, istehlakçı tərəfindən həmin sayğaclarının zədələnməsi, habelə təbii qazdan sayğacdan kənar (qanunsuz qoşulma yolu ilə) istifadə edilməsi hallarının müəyyən edilməsi, rəsmiləşdirilməsi, zərərin hesablanması, eyni zamanda istehlakçının bu prosesə cəlb edilməsi qaydası təsbit edilmiş və bu işlərin görülməsi (sayğacın işlək vəziyyətdə saxlanılmasına və təbii qazdan düzgün istifadə edilməsinə nəzarət edilməsi də daxil olmaqla) cavabdehin səlahiyyətlərinə aid edilməklə, aşkar edilmiş pozuntulara istehlakçı tərəfindən yol verilməsini sübut etmək vəzifəsi də məhz cavabdehin üzərinə qoyulmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvana ##.##.2019-cu il tarixli ******* saylı və ##.##.2020-ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulmasına dair aktlar sayğacda kənar xətt istifadə olunması əsası ilə, ##.##.2019-cu il tarixli ******* saylı akt isə sayğacdan baş vermiş xətalara görə tərtib edilərək, abonentə 3202,20 manat məbləğində borc hesablanmışdır. Məhkəmə qeyd etmişdir ki, iddia ərizəsində mübahisələndirilən aktlar ##.##.2019 – ##.##.2020-ci il tarixdə tərtib edildiyindən, aktların tərtib edildiyi zaman qüvvədə olan qanunvericiliyə əsasən mübahisəyə hüquqi qiymət verilməlidir. Nəzərə alınmalıdır ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına, habelə qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə cavabdehliyi də məhz Cavabdeh İstehsalat Birliyi daşıyır. Həmçinin, təbii qazdan istifadə qaydalarının pozulması barədə müəyyən edilmiş formada tərtib edilməsi nəzərdə tutulmuş aktda həm aktı tərtib edən cavabdehin əməkdaşlarının, həm də istehlakçının iştirakı nəzərdə tutulmuşdursa, mütləq qaydada istehlakçının iştirakı təmin edilməli, akt hər iki tərəfin iştirakı qaydasında tərtib edilməlidir. Əks halda, aktda qeyd edilən pozuntu hallarının həqiqətən də, baş verməsi və yaxud istehlakçı tərəfindən edilməsi halları ciddi şübhə doğurur. İş materiallarından görünür ki, akt iddiaçı İddiaçı adına tərtib edilmiş və onun aktı imzalamaqdan imtina etməsi barədə qeyd aparılmışdır. Beləliklə, təbii qazdan istifadə qaydalarının pozulması barədə aktda göstərilən halların sübut edilməsi vəzifəsi cavabdehə aid olduğu qanunvericiliklə müəyyən olunsa da, həmin halların doğruluğunu təsdiq edən sübutları cavabdeh məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda, “GASREP” abonent hesabından çıxarış əsasında müəyyən edilir ki, iddiaçı tərəfindən aktlar tərtib olunan aylarda edilən ödənişlərlə, digər dövrlərin analoji aylarında edilən ödənişlər arasında fərqlər yoxdur. Yəni müqayisə olunduqda, abonentin istehlakına uyğun olaraq ödənişləri mütəmadi etdiyi aşkar görünür. Belə ki, iddiaçı smart kart vasitəsilə 2019-cu ilin yanvar ayında 150 manat, 2019-cu ilin oktyabr ayında 120 manat, 2020ci ilin dekabr ayında 200 manat ödənişlər etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, aktlarda qeyd edilən pozuntuların törədilməsində iddiaçının təqsiri sübut olunmadığından, cavabdehin akt əsasında hesabladığı 3.202 manat borc iddiaçının abonent hesabından silinməlidir. Qətnamədən narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və apellyasiya şikayətinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktla rəsmiləşdirilmişdir (iş materiallarında vardır). Daha sonra həmin akt əsasında “Dəymiş ziyanın bərpasına dair” tələbnamə təsdiq edilmişdir (iş materiallarında vardır). Həmin tələbnaməyə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həcminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi, iddiaçı İddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etməklə Cavabdeh İB-nə böyük məbləğdə ziyan vurmuşdur. Belə olan halda birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək, səhv nəticəyə gələrək, əsassız qətnamə qəbul etmişdir. Halbuki, iş materiallarına tərəflərindən əlavə edilmiş sübutlar iddia tələbinin rədd edilməsinə əsas verdiyi halda, birinci instansiya məhkəməsi əsassız yerə iddia tələbini qismən təmin etmişdir. İddiaçının ona vurulmuş maddi zərərin əvəzini tam ödənilməsini tələb etmək və s. hüququnun olmasına, həmçinin buna əsas olan sübutların olmasına, həmin maddi hüquq normasına mübahisələndikləri qətnamədə istinad olunmasına baxmayaraq, 1-ci instansiya məhkəməsi iddia tələbinin vurulmuş maddi zərərin əvəzinin cavabdehdən tutulması hissəsində qismən təmin etməklə səhv nəticəyə gəlmiş, qeyd olunan maddi hüquq normalarının tələblərini pozaraq, düzgün olmayan qətnamə qəbul etmişdir. Qeyd edilir ki, birinci instansiya məhkəməsi sübutlara faktların müəyyən edilməsi, mötəbərliyi baxımından obyektiv, qərəzsiz, hərtərəfli araşdırılmasını və sonra hüquq normalarına müvafiq olaraq düzgün qiymətləndirilməsini təmin etməmişdir. Belə olmasaydı, birinci instansiya məhkəməsi iddia tələbinin rəd ediməsini qət edərdi. İddiaçı İddiaçı aid olan 100469000100480 abonent koduna hesablanaraq vurulmuş məbləğ onun tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyriqanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Bundan başqa, iddia tələbinin təmin edilməsi abonenti təbii qazla təchiz edən və onun dəyərini yığmaq öhdəliyini daşıyan Cavabdeh İstehsalat Birliyinin hüququnun pozulması kimi qiymətləndirilməlidir. Sayğacdan kənar xəttə qanunsuz qoşulma öz-özlüyündə sayğaca təbii qazın sərfiyyatının istifadə olunan qədərindən az göstərilməsinə nail olmaq üçün edilən hərəkət kimi qiymətləndirilməlidir. Cavabdeh tərəfindən qanunsuz istifadə edilmiş təbii qazın həcmini (qeydə alınmayan) hesablayaraq müvafiq akta qeyd etmişdir. Belə ki, dəymiş ziyan həcmi birliyin mütəxəssisləri tərəfindən hesablanmışdır. Dəymiş ziyanın həcminin hesablanmasında mütəxəssislər abonentin faktiki istifadəsində olan qaz cihazlarının (işlədiciləri) sərfiyyat göstəriciləri əsasında hesabat aparmışlar. Məlum məsələdi ki, abonent təbii qazı sayğacsız istifadə edərkən qənaət etmək barədə düşünməyəcək, əksinə israf edərək təbii qazı talayacaqdır. Bunun nəticəsi olaraq da, birinci instansiya məhkəməsinin gəldiyi səhv nəticə qaz paylayıcı şirkətin hüquqlarını kobud surətdə pozmuşdur. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə Kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş tərəflər Məhkəmə Kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən, mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq “Qaz təchizatı haqqında” Qanun: 13-cü maddənin 8-ci bəndi. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı ##.##.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: (əvvəllər qüvvədə olmuş) 4.1. Qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti) tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. 4.2. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.3. Qaz sayğacları Xidmət tərəfindən müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq dövlət yoxlamasından keçirilir. 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Məhkəmə Kollegiyasının mövqeyi

Məhkəmə Kollegiyasi apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyasi apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq, tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, apellyasiya şikayətində cavabdeh tərəfindən, əsasən göstərilir ki, Cavabdeh İBnin əməkdaşları tərəfindən keçirilmiş baxış zamanı iddiaçının qaz xəttinə özbaşına qoşularaq təbii qazdan sayğacdan kənar istifadə etməsi aşkar edilmiş, bu hal müvafiq aktlarla rəsmiləşdirilmiş, həmin aktlar əsasında tələbnamə tərtib edilmiş və itirilmiş qazın həcmi hesablanmışdır. Bu səbəbdən hesablanmış 3.202 manat məbləğində borcun iddiaçı tərəfindən ödənilməli olduğu bildirilir. Məhkəmə Kollegiyasi ilk növbədə qeyd edir ki, cavabdeh tərəfin apellyasiya şikayətinin dəlili kimi Cavabdeh İB-nin əməkdaşları tərəfindən keçirilmiş baxış zamanı iddiaçının qaz xəttinə özbaşına qoşularaq təbii qazdan sayğacdan kənar istifadə etməsi aşkar edilərək, bu halın müvafiq aktlarla rəsmiləşdirilməsi və və itirilmiş qazın həcminin 3.202 manat hesablanması öz-özlüyündə iddiaçının qanunsuz istifadəyə yol verməsini və bunun nəticəsində məhz hesablanmış məbləğdə zərərin yarandığını mübahisəsiz sübut edən hal kimi qiymətləndirilə bilməz. Belə ki, “Qazdan istifadə Qaydaları”nın müvafiq müddəalarından göründüyü kimi, qaz istehlakının uçotunun aparılması, qaz sayğaclarının quraşdırılması, işlək vəziyyətdə saxlanılması və onlara nəzarət edilməsi ilə bağlı bir sıra vəzifələr qaz paylayıcısının üzərinə qoyulmuşdur. Xüsusilə, fiziki şəxs olan istehlakçının qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə məsuliyyət qaz paylayıcısına aid edilmişdir. Bu baxımdan, istehlakçıya qanunsuz qaz istifadəsi ilə bağlı borcun hesablanması üçün yalnız aktın mövcudluğu kifayət etməyib, həmin aktda göstərilən pozuntunun faktiki olaraq baş verməsi, pozuntunun məhz istehlakçı tərəfindən törədilməsi, pozuntunun xarakteri və bunun nəticəsində qeydə alınmayan qazın həcminin düzgün müəyyən edilməsi mötəbər sübutlarla təsdiq olunmalıdır. İş materiallarından müəyyən edilir ki, ##.##.2019-cu il tarixli ******* saylı və ##.##.2020-ci il tarixli ******* saylı aktlarda sayğacdan kənar xəttdən istifadə edilməsi, ##.##.2019-cu il tarixli ******* saylı aktda isə sayğacda xətaların olması göstərilmişdir. Lakin həmin aktlar iddiaçının iştirakı olmadan tərtib edilmiş, aktlarda iddiaçının aktı imzalamaqdan imtina etməsi barədə qeyd aparılmışdır. Cavabdeh tərəfindən isə aktlarda təsbit edilmiş pozuntuların məhz iddiaçı tərəfindən törədildiyini təsdiq edən, aktlarda göstərilən halları digər müstəqil və mötəbər sübutlarla tamamlayan kifayət qədər sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə Kollegiyasi xüsusilə nəzərə alır ki, aktın tərtib edilməsi ilə aktda göstərilən halların həqiqiliyinin sübuta yetirilməsi eyni anlayış deyildir. Akt cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş sənəd olmaqla, onun məzmununda göstərilən halların mübahisə edildiyi halda həmin halların mötəbərliyinin məhkəmə tərəfindən digər sübutlarla birlikdə yoxlanılması zəruridir. Əks yanaşma qaz paylayıcısının öz əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş sənədə istehlakçının təqsirini əvvəlcədən müəyyən edən sübut qüvvəsinin verilməsi ilə nəticələnərdi. Cavabdehin apellyasiya şikayətində istinad etdiyi “Dəymiş ziyanın bərpasına dair” tələbnamələr də bu nəticəni dəyişmir. Belə ki, tələbnamələr aktlarda göstərilən məlumatlar əsasında tərtib edilmiş və hesablamanın məbləğini müəyyən etmiş sənədlərdir. Onlar qanunsuz qoşulma və ya sayğacdan kənar istifadə faktının özünü müstəqil şəkildə təsdiq edən sübut kimi qəbul edilə bilməz. Başqa sözlə, əvvəlcə hüquqazidd istifadə faktı və istehlakçının həmin pozuntuda iştirakı sübuta yetirilməli, yalnız bundan sonra həmin pozuntu nəticəsində qeydə alınmayan qazın həcminin və dəyərinin hesablanmasına keçilməlidir. Apellyasiya şikayətinin qazın həcminin Cavabdeh İB-nin mütəxəssisləri tərəfindən abonentin istifadəsində olan qaz cihazlarının sərfiyyat göstəriciləri əsasında hesablanması dəlili ilə bağlı Məhkəmə Kollegiyası hesab edir ki, qaz cihazlarının mövcudluğu və onların faktiki sərfiyyat göstəriciləri müəyyən edilmədən, habelə həmin cihazların mübahisəli dövrdə faktiki istifadə olunması və hesablamanın hansı konkret texniki məlumatlara əsaslandığı mötəbər qaydada təsdiq edilmədən aparılmış hesablamanın özü istehlakçının həmin həcmdə qazdan qanunsuz istifadə etdiyini sübut etmir. Eyni zamanda, cavabdehin “abonent sayğacdan kənar qaz istifadə edərkən qənaət etməyəcək, əksinə qazı israf edəcəkdir” məzmunlu dəlili hüquqi əhəmiyyət daşımır. Mülki hüquq mübahisəsində şəxsin təqsiri və konkret məbləğdə zərərin vurulması ehtimal və fərziyyələr əsasında deyil, mötəbər sübutlarla müəyyən edilməlidir. İstehlakçının necə davranmasının ehtimal edilməsi onun faktiki olaraq qanunsuz qaz istifadəsinə yol verdiyini və hesablanmış miqdarda qaz istehlak etdiyini sübut edən hal sayıla bilməz. Bundan başqa, iş materiallarından görünür ki, “GASREP” abonent hesabından çıxarışa əsasən iddiaçı tərəfindən mübahisəli aktların tərtib edildiyi aylarda da qaz istifadəsinə görə ödənişlər edilmişdir. Həmin ödənişlərin digər dövrlərdəki istehlak göstəriciləri ilə müqayisəsi də abonentin qaz istehlakına uyğun olaraq ödənişlər etdiyini göstərir. Apellyasiya şikayətinin “istehlakçının müqaviləyə əsasən qaz paylayıcısına dəymiş zərəri ödəməli olması” barədə dəlilinə münasibətdə Məhkəmə Kollegiyası qeyd edir ki, müqavilə şərti istehlakçının təqsirli hərəkəti və ya hərəkətsizliyi nəticəsində qaz paylayıcısına zərər vurulduğu halda tətbiq edilə bilər. Lakin müqavilədə belə öhdəliyin nəzərdə tutulması konkret mübahisədə iddiaçının qanunsuz qaz istifadəsinə yol verdiyini və ona hesablanmış 3202 manat məbləğində borcun əsaslı olduğunu təsdiq etmir. Məhkəmə Kollegiyasi həmçinin nəzərə alır ki, “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə məsuliyyət qaz paylayıcısının üzərinə qoyulmuşdur. Bu müddəa sayğacla bağlı hər hansı pozuntunun avtomatik olaraq istehlakçının təqsiri kimi qəbul edilməsinə imkan vermir. Xüsusilə, ##.##.2019-cu il tarixli aktda sayğacda xətaların olması göstərildiyindən, həmin xətaların yaranmasının səbəbi istehlakçının bu xətaların yaranmasında iştirakı və təqsiri ayrıca sübuta yetirilməli idi. Beləliklə, cavabdehin aktların mövcudluğuna, tələbnamələrin tərtib edilməsinə və qazın həcminin birliyin əməkdaşları tərəfindən hesablanmasına dair dəlilləri yalnız cavabdehin öz sənədlərində əks olunmuş məlumatları təsdiq edir. Həmin sənədlər isə mübahisəli pozuntunun iddiaçı tərəfindən törədilməsini və hesablanmış borcun məhz onun qanunsuz istifadəsi nəticəsində yaranmasını müstəqil və kifayət qədər mötəbər şəkildə təsdiq etmir. Məhkəmə Kollegiyasi hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə sübutları ayrıayrılıqda deyil, onların məcmusu üzrə düzgün qiymətləndirmiş, aktlarda göstərilən pozuntuların iddiaçı tərəfindən törədilməsinin cavabdeh tərəfindən sübuta yetirilmədiyi nəticəsinə əsaslı olaraq gəlmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə həm mübahisəli aktların tərtib edilmə şəraiti, həm qaz paylayıcısının və istehlakçının qanunvericiliklə müəyyən edilmiş vəzifələri, həm də abonent hesabı üzrə ödənişlər nəzərə alınmaqla işin faktiki hallarına uyğundur. Bu baxımdan, apellyasiya şikayətində qeyd edilən “birinci instansiya məhkəməsi sübutları obyektiv, qərəzsiz və hərtərəfli araşdırmamışdır” dəlili də əsaslı hesab edilə bilməz. Əksinə, məhkəmə iş üçün əhəmiyyətli olan aktları, tələbnamələri, abonent hesabından çıxarışları və tərəflərin dəlillərini araşdıraraq qiymətləndirmiş və yalnız qanunsuz qaz istifadəsi faktının mötəbər sübutlarla təsdiq olunmadığı qənaətinə gəldikdən sonra iddianı təmin etmişdir. Nəzərə alınmalıdır ki, hazırkı mübahisədə sübut edilməli əsas hal iddiaçının abonent kimi qeydiyyatda olması deyil, məhz onun təqsirli davranışı nəticəsində sayğacdan kənar və ya sayğacın düzgün uçot aparmaması şəraitində qaz istehlak etməsi və bunun nəticəsində 3.202 manat məbləğində borcun yaranmasıdır. Bu hallar isə cavabdeh tərəfindən lazımi sübutlarla təsdiq edilməmişdir. Eyni zamanda, Məhkəmə Kollegiyasi cavabdeh tərəfindən aktlarda göstərilən müdaxilənin məhz iddiaçı tərəfindən edilməsini təsdiq edən hər hansı sübutun məhkəmələrə təqdim edilməməsi aktlarda əks olunan halları həqiqətə uyğun olmayan hallar kimi qiymətləndirir və iddiaçının mübahisələndirdiyi borcun itirilmiş qazın məbləğinə görə yaranmış borc olmasına dair apellyasiya şikayətinin dəlilləri əsassızdır. Qeyd olunanlara əsasən, Məhkəmə Kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Beləliklə, Məhkəmə Kollegiyasi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyasi hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyasi,

Qət etdi:

Cavabdeh Cavabdeh İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı, ## #### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar