Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-3813/2026 24.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Babayev Fuad Fikrət oğlu və X2 ibarət tərkibdə, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “uşaqla ünsiyyət” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ## ###### 2018-ci il təvəllüdlü X1 adlı uşağı ilə sərbəst qaydada hər həftənin bazar günü saat 10:00-dan saat 21:00-dək, doğum günü saat 12:00-dan saat 21:00-dək, bazar gününə təsadüf etməyən bayram günlərində saat 12:00-dan saat 21:00-dək və hər həftənin 1-5-ci günləri saat 18:00-dan saat 21:00-dək “Whatsapp” proqramı üzərindən görüntülü ünsiyyətdə olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin e-*(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “uşaqla ünsiyyət” tələbinə dair *(*-***)-****/**** nömrəli mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardaddan iddiaçı şikayət verərək, qərardadın ləğv edərək işə mahiyyəti üzrə baxılması barədə qərar edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında Bakı * saylı Mediasiya təşkilatında MŞB/*/****-***** nömrəli, ##.##.2025-ci il tarixli Barışıq Sazişi imzalanmış, həmin Sazişə əsasən, birinci tərəf İddiaçı, ikinci tərəf isə Cavabdehdır. Sazişə əsasən, birinci tərəf bu saziş imzaladıqdan sonra ikinci tərəf Cavabdeh ilə birgə nikah münasibətlərindən doğulmuş ##.##.2018-ci il təvəllüdlü X1 ilə (uşağın mənafei nəzərə alınmaqla, ananın iştirakı ilə) ##.##.2025-ci il tarixdən etibarən ayda 4 dəfə olmaqla həftənin şənbə günləri günorta 11:00dan axşam 17:00-dək 6 saat olmaqla görüşmələrinə (“Whatsapp” proqramı üzərindən uşaqla ünsiyyətdə olmağa və görüntülü danışmalarına), (görüş günü hər hansısa bir səbəbdən alınmayacağı təqdirdə 1 gün əvvəldən telefon vasitəsilə məlumat vermək şərti ilə) ünsiyyətdə olmasına ikinci tərərəf Cavabdeh İkinnci tərəf bu saziş imzalandıqdan sonra birinci tərəf İddiaçı ilə birgə nikah münasibətlərindən doğulmuş ##.##.2018-ci il təvəllüdlü X1 ilə (uşağın mənafei nəzərə alınmaqla, ananın iştirakı ilə) ##.##.2025-ci il tarixdən etibarən ayda 4 (dörd) dəfə olmaqla həftənin şənbə günləri günorta 11:00-dan axşam 17:00-dək 6 (altı) saat olmaqla görüşmələrinə birinci tərəf İddiaçı ilə ünsiyyətdə olmasına (“Whatsapp” proqramı üzərindən uşaqla ünsiyyətdə olmasına və görüntülü danışmalarına), (görüş günü hər hansısa bir səbəbdən alınmayacağı təqdirdə 1 gün əvvəldən telefon vasitəsilə məlumat vermək şərti ilə) şərait yaradacağına dair öhdəlik götürür. Həmin barışıq sazişinin bağlanmasının üzərindən 1 ilə yaxın müddət keçməsinə baxmayaraq Cavabdeh tərəfindən barışıq sazişi üzrə üzərinə düşən öhdəliklər icra edilməmişdir. Barışıq sazişinin icra edilməməsi bilavasitə cavabdehin hərəkətlərindən qaynaqlanmışdır. Çünki barışıq sazişi (görüş günü hər hansısa bir səbəbdən alınmayacağı təqdirdə 1 gün əvvəldən telefon vasitəsilə məlumat vermək şərti ilə) bağlanmışdır. İddiaçının bu günədək uşağı ilə ünsiyyətdə ola bilməməsinə əsas səbəb məhz həmin şərtdir. Cavabdeh həmin şərti əsas tutaraq istənilən səbəbləri bəhanə gətirərək iddiaçı ilə uşağının görüşməsinə əngəl törədir. Sazişdə ifadə olunmuş “hər hansı bir səbəb” ifadəsinin hədləri və ya şərtə daxil olan hallar müəyyən edilməmişdir. Qeyd olunan şərt birmənalı olaraq cavabdehin xeyrinə xidmət edir və onun iradəsindən asılı olur. Bununla da cavabdeh istədiyi səbəbləri bəhanə gətirərək iddiaçını öz uşağı ilə görüşmək hüququnu pozur. Barışıq sazişinin qeyd olunan hissəsi iddiaçının hüquqlarının pozduğundan iddia ərizəsi ilə Sabunçu rayon Məhkəməsinə müraciət edərək barışıq sazişinin “görüş günü hər hansısa bir səbəbdən alınmayacağı təqdirdə 1 gün əvvəldən telefon vasitəsilə məlumat vermək şərti ilə bağlanmış” hissəsinin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, lakin məhkəmə iddianı rədd etmişdir. Bundan sonra iddiaçı ərizə ilə Xətai rayon Məhkəməsinə müraciət edərək barışıq sazişinin qeyd olunan hissəsi istisna olmaqla təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, məhkəmə iclasında iştirak edən maraqlı şəxs barışıq sazişinin icrasına maneçilk törətmədiyini bildirdiyindən məhkəmə ərizəni təmin etməmişdir. Göründüyü kimi cavabdeh bütün vasitələrdən istifadə edərək süni şəkildə iddiaçıya uşaqla ünsiyyətdə olmasına maneçilk törədir. Buna görə də iddiaçı ümumi qaydada məhkəməyə müraciət edərək uşağı ilə ünsiyyət hüququna malik olmaq istəmişdir. Lakin məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsaslanaraq iş üzrə icraata xitam vermişdir. Halbuki, iş üzrə icraata xitam verilməsi üçün hər hansı bir əsas mövcud olmamış və hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanunsuz və əsassızdır. Belə ki, məlum olduğu kimi uşaqla ünsiyyət davamlı münasibət olduğundan qanunverici bu barədə məhkəməyə müraciət etmək hüququnu istisna etmir. İşin faktiki hallarından göründüyü kimi iddiaçının bir ata kimi niyyəti öz uşağı ilə ünsiyyət hüququna malik olmaqdan ibarətdir. Lakin cavabdeh onu bu hüquqdan qanunsuz olaraq məhrum edir. Cavabdeh, iddiaçı ilə bağlanmış barışıq sazişinin mövcud olduğunu, sazişin icra edilməsinə maneçilik törətmədiyini əsas gətirsə də, faktiki olaraq barışıq sazişi bağlandıqdan bu günədək iddiaçı öz uşağı ilə ünsiyyət qura bilməmişdir. Görünür ki, cavabdeh uşağı atası ilə görüşməməsi üçün öyrədir, ona psixoloji təsir göstərir və beləliklə də uşağı atasından uzaqlaşdırmağa çalışır. Buna əsas olaraq onu demək olar ki, məhkəmə iclasında cavabdehin nümayəndəsi uşağın dayısı uşağın atası ilə görüşmək istəmədiyini bildirmişdir. Halbuki, bir dəfə də olsun ki, uşağın özünün atası ilə görüşü təşkil edilməmiş və uşağın öz atasına qarşı belə bir davranışının olduğu müəyyən edilməmişdir. Bundan əlavə cavabdehin nümayəndəsi uşaqla görüşə mane olmadıqlarını bildirir,lakin uşağın özünün atası ilə görüşmək istəmədiyini də söyləyir. Bu iki ziddiyətli məqam göründüyü kimi bilavasitə uşağın atası ilə görüşməsinə mane olunduğunu açıq şəkildə ortaya qoyur. Tərəflər arasında mövcud olan barışıq sazişinin bağlanmasının üzərindən 1 ilə yaxın müddət keçməsinə baxmayaraq Cavabdeh tərəfindən barışıq sazişi üzrə üzərinə düşən öhdəliklər icra edilməmişdir. Cavabdeh bilavasitə iddiaçının öz uşağı ilə ünsiyyətdə olmasına maneçilk törədir. Azyaşlı uşaq atası ilə görüşmək istəmədiyi fikrini səsləndirməsi inandırıcı deyil. Çünki tərəflərin nikahları 2021-ci ildə pozulmuş və həmin vaxt uşağın 3 yaşı olmuşdur. Uzun müddətdir ki, iddiaçı öz uşağı ilə ünsiyyətdə ola bilmir. Bu halda uşaqda atası barədə hansı fikir formalaşdı ki, o atası ilə görüşmək istəməsin. Cavabdeh mediasiya sazişini əsas gətirərək, guya sazişin icrasına maneçilk törətmədiyini bildirərək, halbuki, iddiaçıya öz uşağı ilə ünsiyyətdə olmasına əsassız olaraq maneə yaradır. Həmin saziş hazırda pərdələnmiş bir əqd hesab olunur. Məhz hazırki iddia ərizəsinə də həmin saziş bilavasitə maneədir. Buna baxmayaraq isə iş üzrə icraata xitam verilməsinə əsas ola bilməz. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026 cı il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və şikayətin, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə Kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh arasında bağlanmış Bakı * saylı Mediasiya Təşkilatında ##.##.2025-ci il tarixli, MŞB/*/****-***** nömrəli barışıq sazişinin şərtlərinə əsasən iddiaçı ##.##.2025-ci il tarixdən etibarən ayda dörd dəfə, hər həftənin şənbə günü saat 11:00-dan 17:00-dək uşaqla görüşmək, habelə "Whatsapp" proqramı vasitəsilə onunla ünsiyyət saxlamaq və görüntülü danışmaq hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 61.3-cü maddəsinə əsasən, uşaqlarından ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. Hazırda da uşaqdan ayrı yaşayan valideynin valideyinlik hüququnun həyata keçirilməsi qaydası haqqında ##.##.2025-ci il tarixdə * saylı Mediasiya Təşkilatında bağlanmış Barışıq sazişi qüvvədədir. Buna baxmayaraq İddiaçı İddiaçı isə cavabdeh Cavabdeh qarşı yuxarıda qeyd edilən iddianı qaldırmışdır. Halbuki işin araşdırılan hallarından göründüyü kimi tərəflər birgə nikahlarından doğulmuş ##.##.2018-ci il təvəllüdlü X1 ilə iddiaçının ünsiyyət qaydasını qarşılıqlı razılıq əsasında müəyyən etmişlər. Başqa sözlə, tərəflər arasında məhkəmədə baxılan mübahisənin predmeti olan uşaqla ünsiyyət qaydası mediasiya qaydasında bağlanmış barışıq sazişi ilə həll edilmişdir. Göründüyü kimi tərəflər arasında həmin tələblə bağlı hüquqi mübahisə aradan qalxmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyasının “Məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı barədə iddianın mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” **/**** nömrəli ## ###### 2024-cü il tarixli qərardadına əsasən: “Barışıq sazişi eyni zamanda, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Mediasiya haqqında” Qanun) 1.0.7-ci maddəsində və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra-“İcra haqqında” Qanun) 20.1.2-ci maddəsində nəzərdə tutulmuşdur. Göründüyü kimi, barışıq sazişi tərəflərin mübahisəli münasibətlərinə dair yeni bir hüquqi nəticə - hüquq və öhdəliklər əmələ gətirmək məqsədilə bağladıqları qarşılıqlı ikitərəfli (çoxtərəfli) müqavilədir. Barışıq sazişi tərəflər arasındakı mübahisənin və ya fikir ayrılığına səbəb olma potensialı daşıyan qeyri-müəyyənliyin aradan qaldırılmasına yönəlir. Mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişinin məhkəmə tərəfindən xüsusi icraatda təsdiqlənməsi isə yalnız razılaşmanın məcburi icrasını təmin etmək məqsədi daşıyır (“Mediasiya haqqında” Qanun, maddə 34.4; MPM, maddə 355-23.1)” Qeyd olunanlara əsaəsn Məhkəmə Kollegiyası hesab edir ki, tərəflər arasında ##.##.2025-ci il tarixli * saylı Mediasiya şurasında bağlanmış Barışıq Sazişi hazırda qüvvədə olduğundan tərəflərdən hər hansı biri sazişin şərtlərinə əməl etmədiyi halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25-ci maddəsinə uyğun olaraq, sazişin məcburi icrası qaydasında xüsusi icraat qaydasında məhkəməyə müraciət edə bilməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi düzgün olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, tərəflər arasında mübahisə mediasiya prosesinin nəticəsi olaraq bağlanmış ##.##.2025-ci il tarixli MŞB/*/****-***** nömrəli barışıq sazişi ilə həll edildiyindən, hazırkı mülki iş məhkəmədə baxılmalı olmaması əsası ilə icraata xitam verilməlidir. Şikayətin dəlillərinə münasibətdə isə Məhkəmə Kollegiyası qeyd edir ki, şikayətin eləcə də iddia ərizəsinin dəlillərindən göründüyü kimi iddiaçının tələbinin məhz tərəflər arasında mövcud olan barışıq sazişinin bağlanmasının üzərindən 1 ilə yaxın müddət keçməsinə baxmayaraq Cavabdeh tərəfindən barışıq sazişi üzrə üzərinə düşən öhdəliklər icra edilməməsi və cavabdehin bilavasitə iddiaçının öz uşağı ilə ünsiyyətdə olmasına maneçilk törətməsinə istinad etmişdir. Halbuki Mediasiya prosesi nəticəsində tərəflər uşaqla ünsiyyət qaydasına dair barışıq sazişi bağladıqda və bu saziş hüquqi qüvvəyə mindikdə, tərəflər arasındakı həmin hüquqi mübahisə mahiyyəti üzrə həll olunmuş hesab olunur və iddiaçının "cavabdeh sazişin şərtlərini pozur və uşaqla ünsiyyətə mane olur" arqumenti məhkəməyə yenidən iddia ilə müraciət etmək üçün əsas yaratmır. Bağlanmış mediasiya sazişinin şərtləri tərəflərdən biri (bu halda Cavabdeh) tərəfindən könüllü icra edilmirsə, digər tərəf yenidən məhkəmə mübahisəsi (iddia icraatı) başlatmamalıdır. Belə ki, iddiaçı məhz Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25-ci maddəsinə uyğun olaraq məhkəməyə müraciət edərək mediasiya sazişinin məcburi icrasını tələb edə bilər. Bundan başqa iddiaçı şikayətində qeyd etmişdir ki, "uşaqla ünsiyyət davamlı münasibət olduğundan məhkəməyə müraciət hüququ istisna olunmur". Lakin hazırda əgər uşaqla ünsiyyət qaydası artıq müəyyən edilibsə (sazişlə) və problem yalnız qarşı tərəfin buna əməl etməməsidirsə, bu, hüququn yenidən müəyyən olunmasını deyil, mövcud sazişin məcburi icrasını tələb edilməlidir. Mövcud sazişin şərtlərini sadəcə icra etməmək hüquqi rejimin dəyişməsi demək deyil, yalnız pozuntu deməkdir ki, bunun da həlli məcburi icra mexanizmidir. Beləliklə Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, şikayətin dəlilləri mübahisələndirilən qərardadın ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Ona görə də Məhkəmə Kollegiyası hesаb edir ki, şikayətin dəlilləri əsassız olduğundаn təmin edilməməli, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397- 399 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDI: İddiaçı İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli, ##.##.2026 cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(3-6)-3813/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-3813/2026
24.08.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Uşaqla ünsiyyətdə olmaq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver