Məhkəmə qərarları › İş №e-2(3-10)-685/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-10)-685/2026

21.07.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Uşaqla ünsiyyətdə olmaq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № e-2(3-10)-685/2026 21.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “uşaqla ünsiyyət” tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia ərizəsinin icraata qəbuldan imtina, qüvvə) Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Mehdiyev Elçin Məhəmməd oğlu və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “uşaqla ünsiyyət” tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, onun nəvəsi - ##.##.2023-cü il tarixdə anadan olmuş X2 ilə ünsiyyət hüququnun müəyyən edilməsi və ünsiyyət qaydasının hər həftənin şənbə və bazar günlərində, Novruz, Yeni il, Qurban və Ramazan bayramlarında bir gün saat 09:00-dan saat 17:00-dək təyin edilməsi, ünsiyyət hüququnun təmin edilməsi üçün uşağın onun yaşayış yeri üzrə ünvan 1 ünvanında saat 09:00-da cavabdeh Cavabdeh tərəfindən ona, həmin gün saat 17:00-da isə eyni ünvanda onun tərəfindən cavabdeh Cavabdeh təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*(*-***)-***/**** saylı qərardadı ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı uşaqla ünsiyyət tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən onun yolverilməzliyinə görə imtina olunması, iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılması, iddiaçı İddiaçı “Asan Pay” vasitəsi ilə ##.##.2026-cı il tarixli ************ nömrəli qəbzlə ödədiyi 50 manat məbləğində dövlət rüsumunun qərardad qanuni qüvvəyə mindikdən sonra ona geri qaytarılması, iddiaçıya cavabdeh Cavabdeh onun nəvəsi- X2 ilə ünsiyyətinə mane olunmaması üçün müvafiq icra hakimiyyəti orqanına (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarına) müraciət etməli, cavabdeh Cavabdeh müvafiq icra hakimiyyəti orqanının qərarına tabe olmadıqda, o, uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İddiaçı İddiaçı Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli e-*(*-***)-***/**** nömrəli qərardadından şikayət verərək qərardadın ləğv edilməsi, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən icraata qəbul edilmiş sayılması və işin məhkəmənin hazırlıq iclasında baxılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o,cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, onun nəvəsi - ##.##.2023-cü il tarixdə anadan olmuş X2 ilə ünsiyyət hüququnun müəyyən edilməsi və ünsiyyət qaydasının hər həftənin şənbə və bazar günlərində, Novruz, Yeni il, Qurban və Ramazan bayramlarında bir gün saat 09:00dan saat 17:00-dək təyin edilməsi, ünsiyyət hüququnun təmin edilməsi üçün uşağın onun yaşayış yeri üzrə ünvan 1 ünvanında saat 09:00-da cavabdeh Cavabdeh tərəfindən ona, həmin gün saat 17:00-da isə eyni ünvanda onun tərəfindən cavabdeh Cavabdeh təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan RespublikasıAli Məhkəməsi Plenimunun ## ####### 2011-ci il tarixli */**** nömrəli qərarının 4.2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, baba, nənə, qardaş, bacı və digər qohumlar müvafiq icra hakimiyyəti orqanına müraciət etmədən birbaşa məhkəməyə müraciət etdikləri halda, məhkəmə Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən məhkəmədə baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə ərizəni icraata qəbul etməkdən imtina etməlidir. Əgər eyni məzmunlu ərizə məhkəmənin icraatına qəbul olunmuşdursa, həmin Məcəllənin 259.0.1-ci maddəsinə əsasən ərizə baxılmamış saxlanılmalıdır 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Hazırda Balakən RİHB-nin yanında uşaq hüquq müdafiəsi üzrə komissiyana müraciət etmişdir.Odur ki, qərardad ləğv olunmalıdır. Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apellyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)- ***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.7ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarının ərizənin icraata qəbulundan imtina barədə MPM-nin müddəaları əsasında təhlilinə başlamazdan əvvəl xatırladır ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində deyilir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Şəxsin məhkəmə müdafiəsi hüququnun reallaşdırılması yollarından biri onun pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək hüququdur. Bu hüququn mülki mühakimə icraatında həyata keçirilməsini müəyyən edən MPM-nin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsində göstərilmişdir ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılmasına yol verilmir. Konstitusiyanın 71-ci maddəsində göstərilmişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. Azərbaycan Respublikasının ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir. MPM-nin 1.2-ci maddəsində də qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının normaları Azərbaycan Respublikasının bütün ərazisində ali hüquqi qüvvəyə və birbaşa təsirə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının normaları və məhkəmə icraatı qaydasını tənzimləyən normalar arasında ziddiyyət olduqda, Azərbaycan Respublikası Konstitusiyasının normaları tətbiq edilir. Lakin nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Məhkəmə kollegiyası göstərir ki, əks yanaşma yəni məhkəməyə müraciət etmək hüququnun əsassız məhdudlaşdırılması və ya nəzərdə tutulmaması son nəticədə Konstitusiyada müdafiəsinə təminat verilən hüquqların bəyanedici xarakter daşıdığına dəlalət etmiş olur. Birinci instansiya məhkəməsi iddiaçının iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmasına dair gəldiyi nəticəni belə əsaslandırmışdır ki, qanunvericilik aktlarının məzmunundan göründüyü kimi valideynlər (onlardan biri) uşağın bu və ya digər qohumları ilə ünsiyyətinə etiraz etdikdə həmin şəxs ünsiyyətə mane olunmaması üçün müvafiq icra hakimiyyəti orqanına (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarına) müraciət etməli, müvafiq icra hakimiyyəti orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamasını tələb etməli, valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət etməlidir. Hazırkı işin materiallarından görünür ki, iddiaçı İddiaçı cavabdeh cavabdeh Cavabdeh onun nəvəsi- X2 ilə ünsiyyətinə mane olunmaması üçün müvafiq icra hakimiyyəti orqanına (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarına) müraciət etmədən birbaşa ünsiyət qaydasının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə işin qeyd edilən hallarını, qanunvericiliyin tələblərini və vahid məhkəmə təcrübəsini yaradan Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq hesab edir ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı uşaqla ünsiyyət tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən iddianın yolverilməzliyinə görə imtina edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 62.1-ci maddəsinə əsasən baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqla ünsiyyət hüququna malikdirlər. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən valideynlər (onlardan biri) uşağın yaxın qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamağını tələb edə bilər. Həmin məcəllənin 62.3-cü maddəsinə əsasən valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə uşağın rəyini və marağını nəzərə almaqla mübahisəni həll edir. “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenimunun ## ####### 2011-ci il tarixli */**** nömrəli qərarının 4.1-ci bəndində göstərilmişdir ki, qanunun tələbinə görə baba, nənə, qardaş, bacı və digər qohumlar uşaqlarla ünsiyyət hüququna malikdirlər. Valideynlər (onlardan biri) uşağın bu və ya digər qohumları ilə ünsiyyətinə etiraz etdikdə müvafiq icra hakimiyyəti orqanı valideynlərin (onlardan birinin) bu ünsiyyətə mane olmamasını tələb edə bilər. Valideynlər (onlardan biri) müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının) qərarına tabe olmadıqda, uşağın yaxın qohumları və ya müvafiq icra hakimiyyəti orqanı uşaqla ünsiyyətdə olan maneəni aradan qaldırmaq üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə 10 yaşına çatmış uşağın fikrini və marağını nəzərə almaqla mübahisəni həll edir.Məhkəmə qərar qəbul edərkən həmçinin 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Həmin Qərarın 4.2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, baba, nənə, qardaş, bacı və digər qohumlar müvafiq icra hakimiyyəti orqanına müraciət etmədən birbaşa məhkəməyə müraciət etdikləri halda, məhkəmə Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən məhkəmədə baxılmalı olmadığından iddianın yolverilməzliyinə görə ərizəni icraata qəbul etməkdən imtina etməlidir. Əgər eyni məzmunlu ərizə məhkəmənin icraatına qəbul olunmuşdursa, həmin Məcəllənin 259.0.1-ci maddəsinə əsasən ərizə baxılmamış saxlanılmalıdır 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, iddiaçı İddiaçı nəvəsi- X2 ilə ünsiyyət hüququnun müəyyən edilməsi üçün müvafiq icra hakimiyyəti orqanına (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarına) müraciət etmədən birbaşa ünsiyət qaydasının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qanunvericiliyin tələblərini və vahid məhkəmə təcrübəsini yaradan Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq düzgün olaraq iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı uşaqla ünsiyyət tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən iddianın yolverilməzliyinə görə imtina edilməsi barədə qərardad qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.5-ci maddəsinə görə ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Göstərilən halları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsinin icraata qəbul ediməsindən imtina olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Şikayətin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərilənlərə əsasən şikayətin dəlilləri kollegiya tərəfindən əsassız sayılmışdır. Beləliklə şərh olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmiş, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli, qərardad isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 191, 261, 263-264, 397-398, 402, 404 və 405-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDI: İddiaçı İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Balakən Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar