Məhkəmə qərarları › İş №2(3-8)-1003/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-8)-1003/2026

18.08.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Uşaqla ünsiyyətdə olmaq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərardad Sumqayıt şәhәri İş № 2(3-8)-1003/2026 18.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X4 ibarət tərkibdə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı uşaqla ünsiyyәt tәlәbinә dair mülki iş üzrә Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli, ##.##.2026-cı il tarixli qәrardadından iddiaçı İddiaçı tәrәfindәn verilmiş şikayәtә Sumqayıt Mәhkәmә Kompleksinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qәrardadı qәbul etdi. Birinci instansiya məhkəməsindəki icraat

1. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia qaldıraraq Sumqayıt Şәhәr Mәhkәmәsinin icraatında olan uşaqlarla ünsiyyәt qaydasının müәyyәn edilmәsi ilә bağlı iş üzrә yekun mәhkәmә aktı çıxarılana qәdәr sәrbәst vә heç kimin iştirakı olmadan yanında qalmaq şәrti ilә hәr hәftәnin şәnbә günü saat 10:00-dan saat 22:00-a qәdәr vә ya bazar günü saat 10:00-dan saat 22:00-a qәdәr ## ###### 2016-cı il tәvәllüdlü X2 vә ## ### 2019-cu il tәvәllüdlü X1 ünsiyyәtdә olması üçün görüş vaxtının müәyyәn edilmәsi, ## ###### 2016-cı il tәvәllüdlü X2 vә ## ### 2019-cu il tәvәllüdlü X1 onunla ünsiyyәtdә olmasına Cavabdeh tәrәfindәn yaradılmış maneәlәrin aradan qaldırılması vә maneә yaradılmasının Cavabdeh qadağan edilmәsi barәdә qәtnamә qәbul edilmәsini mәhkәmәdәn xahiş etmişdir.

2. Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli, ##.##.2026-cı il tarixli qәrardadına әsasәn iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı uşaqla ünsiyyәt tәlәbinә dair iddia әrizәsi vә ona әlavә edilmiş sәnәdlәrin geri qaytarılması, iddiaçı İddiaçı iddia әrizәsinin verilmәsi üçün ********** saylı qәbzә әsasәn ödәdiyi 100 (yüz) manat, 60 (altmış) qәpik dövlәt rüsumunun dövlәt büdcәsindәn iddiaçıya qaytarılması qәrara alınmışdır.

3. Mәhkәmә gәldiyi nәticәni onunla әsaslandırmışdır ki, elektron mәhkәmә informasiya sistemindәn әldә edilmiş mәlumatdan görünür ki, cavabdeh Cavabdeh qeydiyyatda olduğu ünvan ünvan 1-dir. Cavabdeh Qax rayonunda qeydiyyatda olduğundan Sumqayıt Şәhәr Mәhkәmәsi әrazi aidiyyatı üzrә hazırkı işә baxmağa sәlahiyyәtli deyildir. Bu sәbәbdәn iddia әrizәsi ona әlavә edilmiş sәnәdlәrlә birlikdә geri qaytarılmalıdır.

4. Iddiaçı İddiaçı Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli, ##.##.2026-cı il tarixli qәrardadından şikayәt ilә mәhkәmәyә müraciәt edәrәk, qәrardadın lәğv edilmәsini vә işin icraata götürülmәsi barәdә qәrardad qәbul edilmәsini xahiş etmişdir.

5. Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli, ##.##.2026-cı il tarixli qәrardadı ilә şikayәtin tәmin edilmәmәsi, şikayәtin baxılması üçün işlә birlikdә Sumqayıt Apellyasiya Mәhkәmәsinә göndәrilmәsi qәrara alınmışdır.

Şikayətin və ona qarşı etirazın dəlilləri

a) Şikayətin dəlilləri

6. Şikayәt onunla әsaslandırılmışdır ki, mәhkәmә qәrardadda Cavabdeh ünvan 1 ünvanında qeydiyyatda olmasına istinad edәrәk iddianın aidiyyat qaydalarının pozulması ilә verildiyi qәnaәtinә gәlәrәk iddia әrizәsi vә әlavә edilmiş sәnәdlәrin geri qaytarılması qәrarına gәlmişdir. Halbuki o, ##.##.2026-cı il tarixdә әrizә ilә mәhkәmәyә müraciәt edәrkәn cavabdeh ünvan 4 ünvanında qeydiyyatda idi. Cavabdehin onun mәhkәmәyә müraciәt etmәyindәn sonra qeydiyyatdan çıxaraq ünvan 1 ünvanında qeydiyyata düşmәsi işә Sumqayıt Şәhәr Mәhkәmәsindә baxılmaması üçün әsas deyil. Bununla yanaşı iddia әrizәsi vә ona әlavә edilmiş sәnәdlәrin geri qaytarılması haqqında qәrara gәlmәklә mәhkәmә Azәrbaycan Respublikası MPM-nin 44.1-ci maddәsinin tәlәblәrini dә kobud şәkildә pozmuşdur. Belә ki, mәhkәmәyә MMT haqqında әrizәni qәbul edәrkәn Cavabdeh ünvan 4 ünvanında qeydiyyatda olmuşdur. Cavabdehin sonradan qeydiyyat ünvanını dәyişmәsi mәhkәmәnin işi başqa mәhkәmәyә göndәrmәsi üçün әsas deyil. Hesab edir ki, mәhkәmә prosessual normaları pozaraq iddia әrizәsi vә ona әlavә edilmiş sәnәdlәrin geri qaytarılması haqqında qәraragәlmәklә hәm qanunveriliyin tәlәblәrini, hәm dә onun hüquqlarını kobud şәkildә pozmuşdur.

b) Şikayətə qarşı etirazın dəlilləri

7. Şikayәtә qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddә 35. Iddianın cavabdehin olduğu yerә görә verilmәsi 35.1. Qanunla başqa hal nәzәrdә tutulmamışdırsa, iddia cavabdehin rәsmi qeydә alındığı yerin mәhkәmәsinә verilir. (...)

Maddә 372. Apellyasiya instansiyası mәhkәmәsindә işә baxılmanın hәdlәri (...) 372.7. Apellyasiya instansiyası mәhkәmәsi şikayәtin dәlillәrindәn asılı olmayaraq, mәhkәmәnin maddi vә prosessual hüquq normalarına riayәt etmәsini yoxlayır.

Maddә 398. Apellyasiya instansiyası mәhkәmәsinin sәlahiyyәti 398.0. Apellyasiya instansiyası mәhkәmәsinin şikayәtә baxıb qәrardad qәbul etdikdә aşağıdakıları etmәk hüququ vardır: 398.0.2. qәrardadı tam vә ya qismәn lәğv edib, yaxud dәyişib işi birinci instansiya mәhkәmәsinә göndәrmәk; (...)

Maddә 399. Apellyasiya instansiyası mәhkәmәsinin göstәrişlәrinin mәcburiliyi Birinci instansiya mәhkәmәsinin qәrardadını lәğv edib işi yenidәn baxılmağa göndәrdikdә apellyasiya instansiyası mәhkәmәsinin qәrardadında müәyyәn olunmuş göstәrişlәr işә baxan birinci instansiya mәhkәmәsi üçün mәcburidir.

Maddә 402. Kassasiya şikayәti vermә hüququ (...) 402.2. Apellyasiya mәhkәmәlәrinin mülki vә kommersiya kollegiyalarının vә Naxçıvan Muxtar Respublikası Ali Mәhkәmәsinin mülki vә kommersiya kollegiyalarının aşağıdakı qәrardadlarından kassasiya şikayәti verilә bilәr: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilmәsi haqqında; 402.2.2. kassasiya şikayәtinin qaytarılması (kassasiya şikayәti kassasiya instansiyası mәhkәmәsinin şikayәtin qeyri-mümkünlüyü barәdә qәrarına әsasәn qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayәtinin verilmәsi müddәtinin bәrpasından imtina edilmәsi barәdә; 402.2.4. iş üzrә icraata xitam verilmәsi barәdә; 402.2.5. bu Mәcәllәnin 384.0.4-cü maddәsindә nәzәrdә tutulmuş işin aidiyyәti üzrә göndәrilmәsinә dair vә bu Mәcәllәnin 384.0.6-cı maddәsindә nәzәrdә tutulmuş apellyasiya şikayәtinin bu Mәcәllәnin tәlәblәrinә zidd olaraq icraata qәbul olunması әsası ilә icraata qәbul qәrardadının lәğv edilәrәk işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası mәhkәmәsinә qaytarılması haqqında.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

9. Apellyasiya instansiya mәhkәmәsi Mülki Prosessual Mәcәllәnin 397.2-ci maddәsinin tәlәbinә әsasәn qәrardaddan verilәn şikayәtә yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

10. Apellyasiya şikayәtindә birinci instansiya mәhkәmәsinin qәrardadı bütövlükdә mübahisәlәndirildiyi üçün hazırkı icraat çәrçivәsindә mәhkәmә aktının qanuniliyi vә әsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

11. Mәhkәmә kollegiyası mәruzәçi-hakimi dinlәyib, apellyasiya şikayәtinin dәlillәrini iş materialları ilә birgә araşdıraraq hesab edir ki, şikayәt qismәn tәmin edilmәli, birinci instansiya mәhkәmәsinin qәrardadı lәğv edilәrәk, iddia әrizәsinin icraata qәbul edilmәsi mәsәlәsinә yenidәn baxılması üçün iş birinci instansiya mәhkәmәsinә qaytarılmalıdır.

12. Birinci instansiya mәhkәmәsi elektron mәhkәmә informasiya sistemindәn әldә edilmiş cavabdeh Cavabdeh qeydiyyatda olduğu ünvan ünvan 1 olması barәdә mәlumata istinad edәrәk iddia әrizәsini geri qaytarmışdır.

13. Mәhkәmә qeyd etmişdir ki, cavabdeh Qax rayonunda qeydiyyatda olduğundan Sumqayıt Şәhәr Mәhkәmәsi әrazi aidiyyatı üzrә hazırkı işә baxmağa sәlahiyyәtli deyildir. Bu sәbәbdәn iddia әrizәsi ona әlavә edilmiş sәnәdlәrlә birlikdә geri qaytarılmalıdır.

14. Belә ki, iş materiallarından görünür ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı uşaqla ünsiyyәt tәlәbinә dair iddia әrizәsi ilә mәhkәmәyә ##.##.2026-cı ildә müraciәt etmişdir. Elektron mәhkәmә informasiya sistemindәn әldә edilmiş mәlumata әsasәn hәmin vaxt cavabdehin rәsmi qeydiyyat ünvanı ünvan 5 olmuşdur. Elektron mәhkәmә informasiya sistemindәn әldә edilmiş şәxsiyyәt vәsiqәsi mәlumatına әsasәn cavabdehin ##.##.2026-cı il tarixdә qeydiyyat ünvanı ünvan 1 qeyd edilmişdir.

15. Mәhkәmә kollegiyası hesab edir ki, iddia әrizәsinin verildiyi ##.##.2026-cı il tarixdә cavabdehin rәsmi qeydә alındığı ünvan Sumqayıt şәhәri olduğundan, iddia әrizәsinin Sumqayıt Şәhәr Mәhkәmәsinә verilmәsi әrazi aidiyyәti qaydalarına uyğun olmuşdur. Cavabdehin qeydiyyat yerini bundan sonrakı tarixdә dәyişmәsi artıq mәhkәmәyә verilmiş iddianın qaytarılması üçün әsas yaratmır. Çünki, iddia verilәrkәn cavabdehin rәsmi qeydә alındığı yer Sumqayıt şәhәri olmuşdur.

16. Belә ki, Mülki Prosessual Mәcәllәnin 35.1-ci maddәsinin tәlәbinә әsasәn, qanunla başqa hal nәzәrdә tutulmamışdırsa, iddia cavabdehin rәsmi qeydә alındığı yerin mәhkәmәsinә verilir.

17. Göstәrilәn әsasla iddia әrizәsinin qaytarılması barәdә birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә ilә razılaşmayaraq mәhkәmә kollegiyası hesab edir ki, iddia verilәrkәn әrazi aidiyyәti qaydalarına riayәt edildiyindәn, şikayәt qismәn tәmin olunmalı, Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli, ##.##.2026-cı il tarixli qәrardadı lәğv edilәrәk, iddia әrizәsinin icraata qәbul edilmәsi mәsәlәsinә yenidәn baxılması üçün iş hәmin mәhkәmәyә göndәrilmәlidir.

20. Azәrbaycan Respublikasının Mülki Prosessual Mәcәllәsinin 263-264, 357, 398.0.2, 400, 402-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә kollegiyası

qərara aldı:

Şikayәt qismәn tәmin edilsin. Sumqayıt Şәhәr Mәhkәmәsinin *(*-***)-****/**** nömrәli, ##.##.2026-cı il tarixli qәrardadı lәğv edilsin. Iddia әrizәsinin icraata qәbul edilmәsi mәsәlәsinә yenidәn baxılması üçün iş hәmin mәhkәmәyә göndәrilsin. Qәrardad çıxarıldığı andan qanuni qüvvәyә minir. Qәrardaddan şikayәt verilә bilmәz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar