Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-3895/2026 31.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Məmmədov Məmməd Allahverdi oğlu və X1 ibarət tərkibdə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-*(***)-****/****-*** saylı ##.##.2026-cı il tarixli qərardadından iddiaçı İddiaçı İlham oğlu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı İlham oğlu cavabdeh Cavabdeh İB-yə qarşı “borcun silinməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-*(***)-****/****-*** saylı ##.##.2026-cı il tarixli qərardadı ilə İddiaçı İlham oğlunun cavabdeh Cavabdeh İB-yə qarşı “borcun silinməsi" tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Həmin qərardaddan iddiaçı İddiaçı İlham oğlu şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ## #### 2026-cı il tarixində məhkəmə iclasında iştirak etmiş, buna baxmayaraq elektron məhkəmə portalında ##.##.2026-cı il tarixli iclas keçirilmədiyi görünür. 13 may tarixində də məhkəmənin inzibati binasına getmiş, qapıda deyilmişdir ki, “hakim yoxdu məlumat veriləcəkdir”. Buna baxmayaraq iddia baxılmamış saxlanılmışdır. Aylardır dəfələrlə hakim dəyişilib, hər dəfə telefonla əlaqə saxlayaraq maraqlanmış və bütün iclaslarda iştirak etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-*(***)-****/****-*** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə Kollegiyası iş materiallarını və şikayəti araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və mülki iş iddia tələbi üzrə sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər (Mülki Prosessual Məcəllənin 4.1. maddəsi). Mülki Prosessual Məcəllənin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Məhkəmə müdafiəsi hüququ şəxsin mülki hüquq və vəzifələri müəyyən edilərkən işə cəlb edilməsini, belə bir prosesdən məlumatlı olmasını ehtiva edir (K.Maraevin şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2016-cı il tarixli qərarı). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. İş materiallarından görünür ki, iddiaçı İddiaçı İlham oğlunun cavabdeh Cavabdeh İB-yə qarşı “borcun silinməsi" tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə müraciətindən sonra ## ####### 2025-ci il tarixdə hazırlıq iclası keçirilmiş, daha sonra hazırlıq iclası təxirə salınmış və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025ci il tarixli qərardadı ilə mülki iş rəy alınması üçün Azərbaycan Respublikasının Energetika Nazirliyinin tabeliyində X3 Agentliyinə göndərilmiş və mülki işin icraatı dayandırılmışdır. Həmçinin iş materiallarından görünür ki, ##.##.2026-cı il tarixdə qeyd olunan mülki iş ##.##.2026-cı il tarixli rəy ilə birlikdə məhkəməyə daxil olmuş və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmiş, ## #### 2026-cı il tarixdə baxış iclası keçirilmiş və ## ### 2026-cı il tarixə baxış iclası təxirə salınmışdır. Belə olan halda Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin iddia ərizəsinin baxılmamış saxlanılması barədə istinad etdiyi əsasla razılaşmır, çünki hazırkı iş üzrə iddia ərizəsi ## ######## 2025-ci il tarixdən məhkəmənin icraatına daxil olmuş, hazırlıq iclasları keçirilmiş, baxış iclası keçirilmiş, eyni zamanda iş üzrə ekspertiza təyin edilmiş, eləcə də iş üzrə sübutlar təqdim edilmiş və çəkişmə prinsipi əsasında qiymətləndirilmişdir. Həmçinin qeyd olunan məhkəmə iclaslarında iddiaçı iştiak etmişdir. Məhkəmə Kollegiyası həmçinin qeyd edir ki, iddia ərizəsinin iddiaçının gəlməməsi əsası ilə baxılmamış saxlanılması üçün nəzərdə tutulmuş iddiaçı olan tərəfin məhkəmə iclasına birinci çağırışına gəlmədikdən sonra nəzərə alına bilər. Məhkəmə Kollegiyası hesab edir ki, hazırkı halda tərəf dəfələrlə məhkəmə iclasında iştirak edərək prosessual hüquqlarından istifadə etdiyindən qeyd olunan hal, yəni tərəflərin məhkəmə iclasına gəlməmələri, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmələri və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmələri ərizənin baxılmamış saxlanılması üçün əsas hesab oluna bilməz. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ##.##.2011ci il tarixli Qərarın 17-ci bəndinə əsasən iddianın baxılmamış saxlanılması həmin iddia ilə məhkəməyə yenidən müraciət etməni istisna etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə əsasən maraqlı şəxs baxılmamış saxlanılmış iddia ilə məhkəməyə ümumi qaydada müraciət edə bilər. Bu zaman ümumi qaydada yeni iş açılmalıdır. Lakin ərizənin baxılmamış saxlanılması Mülki Prosessual Məcəlləsinin 259.0.6 və 259.0.7-ci maddələrdə göstərilən əsaslarla əlaqədar olduqda, tərəflər məhkəmə iclasında iştirak etməmələri ilə əlaqədar üzrlü səbəblər göstərdikdə və bu barədə məhkəməyə sübutlar təqdim etdikdə məhkəmə tərəflərin vəsatətinə əsasən ərizənin baxılmamış saxlanılması barədə qərardadını qanunla müəyyən edilmiş müddətdə ləğv edərək həmin işə mahiyyəti üzrə baxmağa haqlıdır. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin Plenum qərarının bu tövsiyyəsini nəzərə almayaraq, məhkəmə iclasını növbəti dəfə təxirə salmaq imkanından istifadə etməməklə həm iddia tələbinin baxılmamış saxlanılması, həm də sonradan verilmiş şikayət əsasında qərardadın ləğv edilməməsi barədə gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir. Beləliklə, Məhkəmə Kollegiyası hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və mülki iş iddia tələbi üzrə sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməlidir. Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 397-398, 400, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDI: İddiaçı İddiaçı İlham oğlu tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-*(***)-****/****-*** saylı ##.##.2026-cı il tarixli qərardadı ləğv edilsin. Mülki iş iddiaçı İddiaçı İlham oğlunun cavabdeh Cavabdeh İB-yə qarşı “borcun silinməsi" tələbinə dair iddia ərizəsi üzrə sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-6)-3895/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-3895/2026
31.08.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver