Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(3-6)-390/2026 03.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı (Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “qanunsuz tikilinin sökülməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-486/2025 nömrəli 21 fevral 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Nümayəndə Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 3078A məhəlləsində yerləşən çoxmənzilli binanın həyətində qanunsuz tikilməkdə olan tikilinin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-486/2025 nömrəli 21 fevral 2025-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, X2 prospekti, 3078A məhəlləsində yerləşən çoxmənzilli binanın həyətində qanunsuz inşa edilmiş tikililərin sökülməsi, iş üzrə dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pulun Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh MMC-nin nümayəndəsi-vəkili Vəkil2 apellyasiya şikayəti ilə birlikdə müddətin bərpası barədə ərizə verərək, buraxılmış müddətin üzrlü hesab edilməsini və müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 dekabr 2025-ci il tarixli qərardadı ilə həmin məhkəmənin 21 fevral 2025-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət üzrlü hesab edilərək bərpa edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(3-6)-390/2026 nömrəli 23 yanvar 2026-cı il tarixli qərardadı ilə cavabdehin apellyasiya şikayəti mümkün hesab edilərək, apellyasiya icraatına qəbul edilmişdir. Hazırda Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 fevral 2026-cı il tarixli sorğusundan görünür ki, İddiaçı nümayəndəsi-vəkili Vəkil3 tərəfindən şikayət və müddətin bərpası barədə ərizə daxil olduğu qeyd edilir. İddiaçının nümayəndəsi-vəkilinin təqdim etdiyi sənədlərdən də görünür ki, iddiaçı tərəf birinci instansiya məhkəməsinin 05 dekabr 2025-ci il tarixli qərardadından şikayət və buraxılmış müddətin bərpası barədə ərizə ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. MPM-in 384.0.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi, apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Hazırki halda kollegiya hesab edir ki, iddiaçı tərəfindən verilmiş müddətin bərpası barədə ərizəyə baxılması üçün mümkünlük qərardadının ləğv edilməklə mülki iş baxışdan çıxarılmalı və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(3-6)-390/2026 nömrəli 23 yanvar 2026-cı il tarixli qərardadı ləğv edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-486/2025 nömrəli 21 fevral 2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş ötürülmüş prosessual müddətin bərpası barədə ərizəyə və şikayətin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-364-cü maddələrinə uyğunluğunun yoxlanılması məqsədi ilə mülki iş apellyasiya baxışından çıxarılaraq Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-6)-390/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-390/2026
03.03.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver