Məhkəmə qərarları › İş №2(3-6)-393/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-393/2026

12.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-393/2026 12.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı ASC-nin cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (açar sözlər: əsassız varlanma) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X1 ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi, İddiaçı İddiaçı ASC-nin nümayəndəsi nümayəndə1 iştirakı ilə, İddiaçı İddiaçı ASC-nin cavabdeh Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Maraqlı şəxs QSC cəlb edilməklə) “ödənilmiş sığorta məbləğinin geri alınması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-**/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh nümayəndəsi (vəkili) Vəkil tərəfindən tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı, tədqiq olunan sübutlar AB № ****** nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Toyota Prado” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdehdur. M-MIC-****/** nömrəli “Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortalanması” şəhadətnaməsinin surətindən görünür ki, “Toyota Prado” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ##.##.2013-cü il tarixdən ##.##.2018-ci il tarixədək İddiaçı ASC tərəfindən sığortalanmışdır. Sığortalı - Cavabdeh, faydalanan şəxs - Maraqlı şəxs QSC-dir. İddiaçı ASC-nin ##.##.2016-cı il tarixli sığorta Aktından görünür ki, sığortalı Cavabdeh məxsus “Toyota Prado” markalı, **-CX-*** dövlət qeydiyyatlı nömrəli avtomobil İddiaçı ASC tərəfindən fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası şəhadətnaməsi növündə ##.##.2013-cü il tarixdən ##.##.2018-ci il tarixədək sığortalanmış, sığorta dəyəri 30.200 manat, azadolma məbləği isə 840 manat kimi təyin edilmişdir. ##.##.2016cı il tarixdə Bakı şəhər, Abşeron rayon, Saray qəsəbəsində 3-cü şəxsin qanunazidd hərəkəti nəticəsində “Toyota Prado” markalı, **-CX-*** dövlət qeydiyyat nömrəli avtonəqliyyat vasitəsinə 22.890 manat məbləğində maddi zərər vurulmuş və ödənilməli olan sığorta ödənişinin miqdarı 22.050 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunan avtomobil eyni risk üzrə iki dəfə ardıcıl zərərə məruz qaldığından 840 manat azadolma məbləği çıxılmaqla 22.050 manat məbləğində sığorta ödənişi faydalan şəxs Maraqlı şəxs QSC-nin bank hesabına köçürülmüşdür. ##.##.2016-cı il tarixli ödəniş tapşırığının surətindən görünür ki, İddiaçı ASC tərəfindən Maraqlı şəxs QSC-nin AZ**ACAB******************** №-li hesabına 22.050 manat məbləğində **- CX-*** nömrəli avtomobilə görə sığorta ödənişi edilmişdir. ##.##.2016-cı il tarixli "xxxx" Şirkətinin qüsur aktından görünür ki, sığortaçı İddiaçı ASCnin sifarişi əsasında 2011-ci il buraxılışlı “Toyota Prado” markalı 50-CX- 010 dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərərin aradan qaldırılması üçün lazım olan ehtiyat hissələrinin qiyməti 19.330 manat və servis xidmətinin dəyəri isə 3.560 manat olmaqla, ümumi dəymiş zərərin miqdarı cəmi 22.890 manat məbləğində hesablanmışdır. ********* nömrəli cinayət işi üzrə ##.##.2023-cü il tarixli ittiham aktının surətindən görünür ki, zərərçəkmiş şəxs Cavabdeh dəymiş 21.955 manat maddi ziyan təqsirləndirilən şəxs Süleymanov Rəvan İlham oğlu tərəfindən tam ödənilmişdir. ##.##.2022-ci il tarixli qəbzin surətindən görünür ki, Abşeron RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kaptanı Mehralı İmamverdi Elbrus oğlu 22.000 manat məbləğində maddi ziyanı zərərçəkmiş şəxs olan Cavabdeh ödənilməsi üçün təqsirləndirilən şəxs Süleymanov Rəvan İlham oğlunun qohumu Həsənov İntiqam Rəhman oğlundan təhvil almışdır. Abşeron Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2016-cı il tarixli, **** saylı rəyinə əsasən iş materiallarında olan “xxxxin” ##.##.2016-cı il tarixli qüsur aktı ilə təzə avtomobillərin qiymətləri nəzərə alınmaqla nəzəri hesablama yolu ilə “Toyota Prado” markalı **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyişilməli hissələrinin qiymətləri hadisə baş verən tarixə ümumilikdə 18.435 manat, təmir bərpa işləri ümumilikdə 3.520 manat müəyyən olunmuşdur. Həmin qərar ilə Süleymanov Rəvan İlham oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5 və 186.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, Azərbaycan Respublikası CPM-in 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyindən Süleymanov Rəvan İlham oğlunun Azərbaycan Respublikası CM-in 32.5 və 186.2.2-ci maddələri üzrə törətdiyi cinayət təqibinə xitam verilmişdir. İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış məktubdan görünür ki, subroqasiya hüququ ilə əlaqədar ##.##.2023-cü il tarixində İddiaçı ASC tərəfindən İmanlı Elvin Əmirxan oğlu, Süleymanov Rəvan İlham oğlu və X2 qarşı subroqasiya tələbi irəli sürülmüş, lakin müəyyən olunmuşdur ki, ##.##.2022-ci il tarixində ********* saylı cinayət işi üzrə Abşeron RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, R Mehralı İmanverdi Elbrus oğlunun vasitəsi ilə dəymiş zərərə görə 22.000 manat məbləğində ödəniş Süleymanov Rəvan İlham oğlunun qohumu Həsənov İntiqam Rəhman oğlu tərəfindən Cavabdeh təkrar ödənilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qərardadından görünür ki, Bakı şəhəri Suraxanı Məhkəməsinin e-*(***)-**/**** saylı, ##.##.2025ci il tarixli qətnaməsindən verilən apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılıb iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək (qanuni qüvvəsini alanadək) hazırk iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-*)-***/**** saylı qərardadı ilə iddiaçılar Nağıyev Tapdıq Şıxalı oğlu və Cavabdeh şikayətinin təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli və onunla bağlı ## #### 2026-cı il tarixli qərardadlarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması üçün mülki işin Sumqayıt Şəhər Məhkəməsinə qaytarılması qərara alınmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı İddiaçı ASC cavabdeh Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin geri alınması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdeh iddiaçı “xxxx” ASC-nin xeyrinə ödənilmiş 22.000 manat sığorta ödənişinin, 156.40 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.2013-cü il tarixində **-CX-*** dövlət qeydiyyat nişanlı “Toyota Prado” markalı avtonəqliyyat vasitəsi İddiaçı ASC tərəfindən M-MIC- ****/** saylı şəhadətnamə ilə sığortalı Cavabdeh və faydalanan şəxs qismində “xxxx” QSC-nin Sumqayıt filialı “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmışdır. ##.##.2016-cı və ##.##.2016-cı il tarixlərində İmanlı Elvin Əmirxan oğlunun təşkilatçığı ilə X2 və Süleymanov Rəvan İlham oğlu tərəfindən Abşeron rayonu, Saray qəsəbəsi, yeni məhəllə ərazisində fərdi evin həyətində dayanmış vəziyyətdə olan **-CX-*** dövlət qeydiyyat nişanlı “Toyota Prado” markalı avtonəqliyyat vasitəsi yandırılmış və nəticədə Cavabdeh məxsus, “xxxx” QSC-nin Sumqayıt filialının girovunda olan avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Baş vermiş hadisə ilə əlaqədar İddiaçı ASC tərəfindən 22.050 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Subroqasiya hüququ ilə əlaqədar ##.##.2023-cü il tarixində İddiaçı ASC tərəfindən İmanlı Elvin Əmirxan oğluna, Süleymanov Rəvan İlham oğluna və X2 qarşı subroqasiya tələbi irəli sürülmüş, lakin müəyyən olunmuşdur ki, ##.##.2022-ci il tarixində ********* saylı cinayət işi üzrə Abşeron RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, R Mehralı İmamverdi Elbrus oğlunun vasitəsi ilə dəymiş zərərə görə 22.000 manat məbləğində ödəniş Süleymanov Rəvan İlham oğlunun qohumu Həsənov İntiqam Rəhman oğlu tərəfindən Cavabdeh təkrar ödənilmişdir. Göründüyü kimi cavabdeh (sığortalı) Cavabdeh baş vermiş hadisə üzrə sığorta ödənişindən əlavə olaraq zərərvuranlardan 22.000 manat məbləğində vəsait aldığından İddiaçı ASC subroqasiya hüququndan məhrum edilmişdir. Belə olan halda cavabdehə qarşı bildiriş ünvanlanmış və cavabdehə ödənilmiş sığorta məbləği geri tələb olunmuşdur. Cavabdeh tələb olunan məbləğini İddiaçı ASC- nin bank hesabına geri ödəməkdən yayınmışdır. Sığortalıya verilməli olan sığorta ödənişi məbləği icbari sığorta ödənişi məbləğində azaldılmalı idi, lakin cavabdeh bu halı gizlətmiş və nəticəsində iddiaçı artıq pul vəsaiti ödəməli olmuşdur. Beləliklə, İddiaçı ASC tərəfindən zərərçəkənə ödənilmiş 22.000 manat məbləğində vəsait əsassız varlanma ilə geri tutulmalıdır. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəməyə ##.##.2025-ci il tarixdə vəsatət ilə müraciət edərək, iddiaçı İddiaçı ASC-nin cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, Süleymanov Rəvan İlham oğlu tərəfindən ödənilən 22.000 manat və sığorta ödənişi olaraq köçürülən 22.050 manat vəsaitin eyni və ya oxşar rəqəmlər olması əsası kimi Cavabdeh sığorta şirkətindən iki qat ödəniş alması əsassız varlanma kimi qiymətləndirilməməlidir. Belə ki, mülki qanunvericiliyə görə predmetindən asılı olmayaraq əgər tərəflər arasındakı mübahisə və tələb hüququ yaranıbsa demək ki, hüquqi əsas vardır və əsassız varlanmadan söhbət gedə bilməz. Görünən odur ki, hadisəyə görə 22.000 manat Rəvan Süleymanov, 22.050 manat sığorta ödənişi və avtomobilin yararsız vəziyyətdə satılmış dəyəri 10.000 manat olmaqla, cəmi 54.050 manat pul vəsaiti Cavabdeh ödənmişdir. Lakin nəzərə alınmalıdır ki, Cavabdeh 2016-cı ildə dəyəri təxminən 60.000 və ya 70.000 manat həcmində olan “X3" markalı avtomobili yararsız vəziyyətdə 10.000 manata satmışdır. İddiaçının etibarnamə üzrə nümayəndəsi nümayəndə1 ##.##.2025-ci il tarixdə elektron ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iştirakları olmadan keçirilib iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında bildirmişdir ki, onların fokusu avtomobilə dəymiş maddi ziyandır. Cavabdehin kredit müqaviləsi çərçivəsində təqsirləndirilən şəxslərə qarşı tələbinə toxunmurlar. Avtomobilə dəymiş maddi ziyana görə Cavabdeh həm sığorta şirkətindən həm də təqsirləndirilən şəxsdən analoji məbləğ almışdır. Hesab edir ki, cavabdeh bir hadisəyə görə yalnız bir dəfə vəsait əldə etməli idi. İki dəfə ödəniş alması cavabdehin əsassız varlanmasıdır. Qeyd edir ki, cavabdehə ödəniş etmişlər. İddia müddəti ilə bağlı qeyd edir ki, iddia əsassız varlanma ilə bağlı olduğuna görə pulun nə vaxt ödənilməsinə baxılmalıdır. Hesab edir ki, onlar müddəti ötürməmişlər. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil bildirmişdir ki, iddia müddəti tətbiq olunmalıdır. Sığorta əməliyyatları 2016-cı ildə baş vermişdir. Müqavilə öhdəlikləri üzrə iddia müddəti 3 il təşkil edir. İddianın rədd olunması üçün əsas deyil. Başqa əsaslar var. Sığorta şirkəti 22.000 manat ödəniş etmişdir. Qeyd edir ki, iddiaçı tərəf hazırda məhz 22.000 manatın qarşı tərəfdən alındığını bildirmişdir. Bildirir ki, sığorta şirkəti sığorta ödənişi aldıqdan sonra təqsirləndirilən şəxsdən pul alınmamalı olduğunu qeyd edir. 3 nəfər şəxs tərəfindən ayrı vaxtlarda həyətə basqın olmuşdur. Şəxslərdən biri Londonda olduğuna görə barəsində cinayət işi dayandırılmışdır. Hesab edir ki, cavabdehin qarşı tərəfdən pul almaq hüququ var. Belə ki, cavabdehə maddi və mənəvi zərər dəymişdir. Ona görə də, təqsirləndirilən şəxslərə qarşı bu iddianı qaldıra bilərdilər. Qeyd edir ki, cavabdeh sığorta ödənişi almadan öncə mülki iddia qaldırmışdır, sadəcə rüsum ödənilmədiyinə görə iş baxılmamış qalmışdır. Sumqayıt Şəhər Məhkəməsində Cavabdeh və onun atası təqsirləndirilən şəxslərə qarşı iddia qaldırmışdır. Təqsirləndirilən şəxslərin müəyyən edilməsi ilə bağlı iş uzanmışdır. İddianın rədd olunmasını xahiş edir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-2(010)-81/2025 saylə qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh Cavabdeh 22.000 manat məbləğində sığorta ödənişi, 156 manat dövlət rüsumu və 0,40 manat dövlət rüsumunun ödənilməsinə görə xidmət haqqının iddiaçı İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, işin faktiki hallarından görünür ki, “Toyota Prado” markalı, **-CX-*** dövlət qeydiyyatlı nömrəli avtomobil İddiaçı ASC tərəfindən ##.##.2013-cü il tarixdən ##.##.2018-ci il tarixədək sığortalanmışdır. Sığorta şəhadətnaməsi (müqaviləsi) üzrə sığortalı şəxs Cavabdeh, faydalanan şəxs isə Maraqlı şəxs QSC olaraq müəyyən edilmişdir. Sığortalı Cavabdeh məxsus “Toyota Prado” markalı, **-CX-*** dövlət qeydiyyatlı nömrəli avtomobilə ##.##.2016-cı il tarixində zərər vurulmuşdur və bu hal sığorta hadisəsi kimi qiymətləndirilmişdir. Bununla bağlı, İddiaçı ASC tərəfindən ## #### 2016-cı il tarixində faydalanan şəxs “xxxx” QSC-nin bank hesabına 22.050 manat məbləğində sığorta ödənişi ödəmişdir. Hazırda, iddiaçı İddiaçı ASC cavabdeh Cavabdeh ödənilmiş 22.000 manat sığorta ödənişinin tutulmasını tələb edir və tələbini onunla əsaslandırır ki, cavabdeh Cavabdeh zərər vuran şəxsdən (Süleymanov Rəvan İlham oğlundan) 22.000 manat pul vəsaiti almış, bununla da iddiaçını həmin şəxsə qarşı subroqasiya hüququndan məhrum etmiş və nəticədə əsassız varlanmışdır. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında etiraz edərək bildirmişdir ki, həmin pul vəsaiti maşına vurulmuş zərərə görə deyil, cavabdehə vurulmuş maddi və mənəvi zərərə görə alınmışdır. Bundan başqa, iddia müddəti ötürüldüyündən, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh məxsus **-CX-*** dövlət qeydiyyat nişanlı “Toyota Prado” markalı nəqliyyat vasitəsi 2016-cı il tarixində üçüncü şəxslər tərəfindən yandırılmış, lakin zərər vuran şəxslər istintaqdan gizlənmiş və nəticədə yalnız ##.##.2023-cü il tarixində Abşeron Rayon Məhkəməsinin qərarı ilə Süleymanov Rəvan İlham oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5 və 186.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, Azərbaycan Respublikası CPM-in 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyindən Süleymanov Rəvan İlham oğlunun Azərbaycan Respublikası CM-in 32.5 və 186.2.2-ci maddələri üzrə törətdiyi cinayət təqibinə xitam verilmişdir. İş materialları ilə müəyyən edilir ki, avtomobilə 22.890 manat məbləğində zərər dəymişdir. Həmin qərar və cinayət işinin digər materialları ittiham aktı və ödəniş barədə qəbz əsasında müəyyən edilir ki, cavabdeh Cavabdeh Süleymanov Rəvan İlham oğlunun qohumu tərəfindən maddi ziyanın əvəzi kimi 22.000 manat məbləğində ödəniş edilmişdir. Cavabdeh özü ödənişi almasını etiraf etmiş, lakin həmin vəsaitin digər məqsədlər üçün də istifadə oluna biləcəyini irəli sürmüşdür. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, cavabdehin irəli sürdüyü arqument inandırıcı deyil, çünki təqdim edilmiş sənədlərdə ödənişin məhz nəqliyyat vasitəsinə dəymiş maddi zərərin əvəzini ödəmək məqsədilə həyata keçirildiyi açıq şəkildə göstərilmişdir. Beləliklə, məhkəmə qənaətə gəlir ki, İddiaçı ASC cavabdeh Cavabdeh ödənilmiş 22.000 manat sığorta ödənişinin geri alınmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, iş materiallarından da göründüyü kimi, Cavabdeh sığorta şəhadətnaməsində faydalanan şəxs qismində “xxxx” QSC-ni qeyd etmişdir, İddiaçı ASC isə həmin faydalanan şəxsə 22.000 manat ödəmişdir. Halbuki, İddiaçı ASC bu ödənişi etmədiyi halda, banka avtomobilə görə pulun ödənilməsi öhdəliyi Cavabdeh daşıyacaqdır. Sonradan cavabdeh eyni məbləği zərərvuran şəxsdən almaqla, iddiaçını zərər vuran şəxsə qarşı subroqasiya hüququndan məhrum etmiş və göstərilənlərə əsasən Cavabdeh əsassız varlanmışdır. Beləliklə, məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia müddətinin ötürülməsi ilə bağlı vəsatətinə münasibətdə qeyd etmişdir ki, hazırki iş üzrə ödənilmiş məbləğin geri alınması iddiaçı İddiaçı ASC-nin əsassız varlanma nəticəsində yaranmış hüququna əsaslanır. Əsassız varlanma üçün (kəsici) müddət qanunvericiliklə 2 il kimi müəyyən edilmişdir. İş materiallarından da görünür ki, zərər vuran şəxslər istintaqdan gizlənmiş və nəticədə yalnız ##.##.2023-cü il tarixində cinayət təqibinə xitam verilməsi barədə qərar qəbul edilmişdir. Məhz bu qərar ilə dəqiq müəyyən edilir ki, zərərvuran şəxs tərəfindən cavabdehə pul ödənilmişdir. İddiaçı isə bu əsaslardan çıxış edərək ##.##.2024-cü il tarixində məhkəməyə müraciət etmişdir. Nəticədə, məhkəmə hesab edir ki, vəsatət əsassızdır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 372.1, 372.2, 373.1, 373.2, 380.1, 380.2, 883.1, 884.1, 884.2, 884.6, 884.6-1, 909.1, 909.2, 922.1, 922.2, 922.3, 924.1, 924.2, 924.3, 925.1, 925.6, 926.1, 926.2, 926.3, 936.1, 936.2, 936.3, 936.4, 936.5, 1091.1, 1091.2, 1092.1, 1092.2, 1092.3, 1095-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 88, 119.1, 124.1, 217.1, 217.2, 217.3, 217.4, 218.1-ci maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdeh Cavabdeh nümayəndəsi (vəkili) Vəkil Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-*(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, iddiaçı İddiaçı ASC cavabdeh Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin geri alınması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdeh iddiaçı İddiaçı ASC-nin xeyrinə ödənilmiş 22.000 manat sığorta ödənişinin, 156.40 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə isə ##.##.2025-ci il tarixli, e-*(***)-**/**** saylı qətnamə ilə iddia tələbini tam təmin etmişdir. Hesab edilir ki, həmin qətnamə maddi və prosessual hüquq normalarının pozulması səbəbindən ləğv edilməlidir. Belə ki, ## #### 2016cı il tarixdə gecə saat 03.40 radələrində İmanlı Elvin Əmirxan oğlunun təşkilatçılığı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında icraçılar X2 ilə Süleymanov Rəvan İlham oğlu, Cavabdeh yaşadığı həyatyanı sahəsinə daxil olmaqla Cavabdeh mülkiyyətində olan “X3” markalı, **-CX-*** dövlət nömrə nişanlı avtomobilin üzərinə yanacaq - benzin tökməklə yandırmışlar. Lakin, Cavabdeh və onların ailə üzvlərinin köməkliyi ilə avtomobilin tam yanmasının qarşısı alınmışdır. Bu hadisəyə görə onlar ciddi qorxu, həyacan hissi və ağır travmalar yaşamışlar. Bu barədə polis orqanına məlumat verilmiş və müvafiq araşdırmaya başlanılmışdır. Əlavə edilir ki, hadisədən bir neçə gün öncə iddiaçıların həyətində olan və xarici ölkədən gətirilmiş canlı heyvanın, itin də öldürülməsi hadisəsi baş vermişdir. Qonşuların bildirməsinə görə ##.##.2016-cı il tarixdən bir neçə gün öncə gecə vaxtı həyətə iki nəfər daxil olmaq istəyərkən it onlara mane olmuşdur. Buna görə də onlar iti də öldürüblər ki, belə bir ağır cinayət hadisəsinin baş verməsinə nail olsunlar. Sözügedən bu ağır cinayət hadisədən sonra X2 ilə Süleymanov Rəvan İlham oğlu yenidən ## #### 2016-cı il tarixdə gecə saat 03.30 radələrində Cavabdeh yaşadığı həyətə daxil olmuşlar. Onlar öncə həyətdə olan avtomobili yenidən yandırmağa başlamışlar. Sonra isə Cavabdeh və digər ailə üzvlərinin (Fərhadın atası və anasının) yaşadığı evi yandırmağa cəhd etmişlər. Lakin, evin yandırılması hadisəsi onların iradəsindən asılı olmadan başa çatmamışdır. Cinayət işi materiallarından və foto şəkillərdən də göründüyü kimi cavabdehlər evin giriş hissəsi tərəfdən birinci mərtəbənin pəncərəsinin şüşəsini sındırıb evin içinə yanacağa bulaşdırılmış əski parçaları atmışlar. Bu dəfə də iddiaçıların və ailə üzvlərinin müdaxiləsi nəticəsində evin yanmasının qarşısı alınmışdır. Lakin, avtomobil demək olar ki, tam yararsız vəziyyətə düşmüşdür. Bu barədə Azərbaycan Respublikası CM-in 32.5, 186.2.1 və 186.2.2-ci maddəsi ilə cinayət işi başlamış və müvafiq məhkəmə qərarları qəbul edilmişdir. Məhkəmə qərarı ilə təqsirli şəxslərin əməlində sözügedən maddələrin tərkib əlamətləri mövcuddur. Lakin, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyi üçün işə xitam verilmişdir. Bu qorxulu hadisədən sonra Nağıyev Tapdıq Şıxalı oğlunda ürək xəstəliyi yaranmaqla yanaşı, ağır psixoloji travmalar yaşamışdır. T.Nağıyev hazırda ciddi həkim nəzarətində müalicə olunmaqdadır. Bundan başqa iddiaçıların yaşadığı bu dəhşətli hadisədən sonra Cavabdeh anasının səhhətində ciddi narahatlıqlar yaranmaqla dünyasını dəyişmişdir. Həmçinin Cavabdeh bütün bu hadisələrdən sonra çox ağır iztirablar yaşamışdır. Həm anasının dünyasının dəyişməsi, həm atasının səhhətində yaranmış narahatlıqlar, iki ayrı-ayrı vaxtlarda evlərinə bu şəkildə basqın olması, həyətdə itin öldürülməsi və axşam yatdıqları halda evin yandırılmasına cəhd edilməsi Fərhadın psixoloji vəziyyətində ağır travmalar yaratmışdır. Cavabdeh hadisədən sonra bir neçə dəfə nevroloji həkim müayinələrində olmuş və müalicələr almaqdadır. Maddi zərərə məruz qalmış “X3” markalı, **-CX-*** dövlət nömrə nişanlı avtomobil ipoteka krediti yolu ilə Maraqlı şəxs ASC-də yüklü edilməklə alınmışdır. Maraqlı şəxs ASC ilə bağlanmış ## ###### 2013-cü il tarixli, **C********* saylı müqavilə görə Cavabdeh həmin avtomobil üçün ilkin ödəniş olaraq 10.000 ABŞ dolları ödəmişdir. Cavabdeh “Toyota X3” markalı avtomobili uzun müddətli istifadə üçün əldə etmişdir. Məhkəməyə təqdim olunan sənədlərdən göründüyü kimi sözügedən avtomobil üçün Cavabdeh tərəfindən Maraqlı şəxs ASC-nin hesabın külli miqdarda, yəni 77.412,79 AZN (yetmiş yeddi min dörd yüz on iki manat yetmiş doqquz) manat vəsait ödənilmişdir. Lakin, 2013-cü ildə alınmış avtomobil bu hadisəyə görə 2016-cı ildə yanmış vəziyyətdə dəyərindən çox aşağı qiymətə, 10.000 manata satılmışdır. Belə ki, Cavabdeh tərəfindən ##.##.2019-cu il tarixə qədər Maraqlı şəxs ASC-nin hesabına ilkin ödəniş 10.000 ABŞ dolları və faizlərlə birlikdə 35536.94 ABŞ dolları (otuz beş min beş yüz otuz altı) məbləğində vəsait ödənmişdir. Bununla da ##.##.2013-cü il tarixdən ##.##.2019-cu ilədək Cavabdeh tərəfindən həmin avtomobil üçün ümumilikdə 45.536.94 ABŞ dolları həcmində vəsait xərclənmişdir. Bu məbləğ Azərbaycan Respublikası valyutası ilə 77.412,79 AZN (yetmiş yeddi min dörd yüz on iki manat yetmiş doqquz) məbləğində vəsait təşkil edir. Bildirildiyi kimi avtomobil 2016-cı ildə yararsız vəziyyətdə cəmi 10.000 (on min) manata satılmışdır. Həmin avtomobilin yanmış vəziyyətdə olan orta bazar dəyərini müəyyən edən qiymətləndirmə rəyi məhkəməyə təqdim olunub. Rəydə avtomobilin təmirsiz halda dəyəri 10.742 (on min yeddi yüz qırx iki) manat müəyyən edilmişdir. Cavabdeh “X3” markalı avtomobil üçün ümumilikdə 77.412, 79 AZN (yetmiş yeddi min dörd yüz on iki manat yetmiş doqquz) məbləğində pul vəsaiti xərəcləsə də onu cavabdehlərin təqsirli hərəkətləri nəticəsində 10.000 manata satmaq məcburiyyətində qalmışdır. Bu əslində iddiaçı üçün maddi zərərdən əlavə mənəvi zərər kimi də qiymətləndirilməlidir. Çünki, Cavabdeh həmin avtomobili öz şəxsi əmlakı kimi onu uzun müddət ərzində istifadə məqsədi ilə əldə etmişdir. O, bu əmlaka görə külli miqdarda vəsait xərcləmişdir. Məhkəmənin diqqətinə çatdırılır ki, Cavabdeh Abşeron Rayon Polis İdarəsinin istintaq şöbəsində maddi və mənəvi zərər üçün təqsirli şəxslərdən ümumilikdə 150.000 manat pul tələbi üzrə iddia irəli sürmüşdür. Mülki iddia ##.##.2023-cü il tarixdə polis idarəsinə rəsmi olaraq təqdim edilmişdir. Cavabdeh həmin cinayət işində mülki iddiaçı qimində tanınmışdır. Lakin, iddia tələbi üzrə dövlət rüsumu ödənilmədiyi üçün məhkəmə mərhələsində ərizə baxılmamış saxlanılmışdır. Əlavə edilir ki, ibtidai araşdırma dövründə təqsirli şəxslərdən Süleymanov Rəvan İlham oğlu tərəfindən ödənilən 22.000 (iyirmi iki min) manatla Cavabdeh razılaşmamışdır. Onu da qeyd edir ki, “X3” markalı, **-CX-*** dövlət nömrə nişanlı avtomobilin kasko sığortasına görə İddiaçı ASC tərəfindən faydalanan şəxs qismində Maraqlı şəxs QSC-nin hesabına 22.050,00 (iyirmi iki min əlli) manat sığorta ödənişi köçürülmüşdür. Maraqlı şəxs QSC isə köçürülən 22.050,00 (iyirmi iki min əlli) manat sığorta ödənişini Cavabdeh bank qarşısında öhdəliyi kimi kredit vəsaitinin ödənilməsi olaraq qəbul etmişdir. Yəni, həmin vəsait nə avtomobilin təmiri üçün, nə də nağd şəkildə Cavabdeh verilməmişdir. Buna görə də Süleymanov Rəvan İlham oğlu tərəfindən ödənilən 22.000 manat, avtomobilin yararsız vəziyyətdə satılmasından əldə oluna 10.000 manatı və digər əlavə vəsaitlər də toplanılmaqla Maraqlı şəxs QSC qarşısında olan öhdəlik tam olaraq bağlanmışdır. İddia tələbinin bu hissəsinə qədər belə görünür ki, 2016-cı ildə təqsirli şəxslərin (cavabdehlərin) vurduğu ziyana görə ümumilikdə Cavabdeh 54.050 (əlli dörd min əlli manat) pul vəsaiti ödənilmişdir. Bu da Cavabdeh vurulmuş maddi və mənəvi zərərin ödənilməsi kimi görünə bilər. Lakin, sual yaranır ki, yandırılan avtomobil üçün ümumilikdə 77.412,79 AZN (yetmiş yeddi min dörd yüz on iki manat yetmiş doqquz) manat pul vəsaiti xərcləndiyi halda onu Cavabdeh niyə görə 10.000 manata satmışdır? Həmçinin “X3” markalı avtomobil üçün Maraqlı şəxs QSC-nin hesabına 77.412,79 manat pul vəsaiti ödəməklə Cavabdeh sonda nə əldə etmişdir? Yəni, bu avtomobil üçün “xxxx” QSC-yə ödənilən vəsaitə görə sonda hansı qazanc əldə edilmişdir? Belə bir vəziyyətdə Cavabdeh qanunvericiliyin hansı norması qadağa qoyur ki, o, təqsirli şəxslərdən vurulmuş maddi və mənəvi zərər tələb edə bilməsin. Təəssüflər olsun ki, həm sığorta şirkəti və həm məhkəmə Cavabdeh müddi və mənəvi tələbi barədə iddiası əsassız varlanma kimi qiymətləndirmişlər. Halbuki, Azərbaycan Respublikası Mülki qanunvericiliyə görə predmetindən asılı olmayaraq əgər tərəflər arasındakı mübahisə və tələb hüququ yaranıbsa demək ki, hüquqi əsas vardır və əsassız varlanmadan söhbət gedə bilməz. Hesab edirik ki, Cavabdeh “X3” markalı avtomobilə görə çəkdiyi xərclərin qalıq hissəsini və vurulan mənəvi zərəri tələbetmə hüququ vardır. Belə ki, həmin avtomobil üçün çəkilən ümumi xərclər 77.412,79 manat təşkil edir. Bu məbləğdən cəmi 54.050 manat (sığorta ödənişi 22050, Rəvan Süleymanovun ödədiyi 22.000 və avtomobilin 10.000 manata satılması) ödənilmişdir. Qalıq 23.362,79 (iyirmi üç min üç yüz altımış ik manat yetmiş doqquz qəpik) manat ödənilməmişdir. Bundan başqa təqsirli şəxslər 2016-cı il tarixdə iki fərqli vaxtda, gecə saatlarında iddiaçıların ailə üzvləri ilə birlikdə yaşadığı evi qəsdən yandırmaq məqsədi ilə evin giriş hissəsində birinci mərtəbə tərəfdən pəncərənin şüşəsini sındırıb yanacağa bulaşdırılmış əski parçasını evə atmışlar. Hadisə yerinə baxış zamanı pəncərənin yanından aşkar edilmiş və içərisində dolu benzin olan 2 litr plastmas “Bonaqua” su qabı, cinayətkarların bu evi yandırmağı başa çatdıra bilmədiklərini sübut edir. Aydın şəkildə görünür ki, təqsirli şəxslərin niyyəti iddiaçıların bütün ailə üzvlərini və onların əmlaklarını yandırmaq hədəf olub. Lakin, müəyyən müdaxilə nəticəsində evin yanmasının qarşısı alınmışdır. Həmin vaxt evin orta bazar dəyəri 110.000 manat müəyyən edilmişdir. Evin tam yandırılması mümkün olmadığı üçün və yalnız evin pəncərəsinə maddi zərər vurulduğundan bu hissədə dəymiş zərəri mənəvi zərər olaraq əlaqələndirmişlər. Bu hadisədə Nağıyevlər ailəsi dərin sarsıntı və mənəvi iztirablar yaşamışlar. Onlar bu cinayət hadisədən sonra uzun müddət evdə yaşaya bilməyiblər. Bütün bu qeyd olunan hallar Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində hakimin diqqətinə çatdırılmışdır. Təssüflər olsun ki, hakim həmin halları nəzərə almamışdır. Əsassız varlanma yalnız o, zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o, hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qəbul etdiyi qətnaməyə görə iddiaçının hüquqları pozulmaqdadır. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Ona görə də Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-*(***)-**/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş olunur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının əvvəlki iclaslarında cavabdeh Cavabdeh nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətini müdafiə edib izahatında göstərmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində hakim Sumqayıt Şəhər Məhkəməsində baxılan mülki işlə bağlı icraatı dayandırmışdır. Sumqayıt Şəhər Məhkəməsində iş uzun müddət davam etdirilmişdi. Cavabdehlərdən biri İmanlı Elvinin barəsində Londonda hələ qərar qəbul olunmamışdır. Londonda qərar verilib ki, təqsirli məsələsi var, amma məsliyyətə cəlb etmə müddəti keçdiyi üçün məsuliyyətdən azad olunmuşdur. Yəni hər 3 şəxsə qarşı mülki iddianın təmin olunması baxımından təqsirlilik qərarı olmalıdır. Digər şəxslərin barəsində qərar var idi, hökmlər var idi. Bu ərəfədə İddiaçı tərəfdən müraciət olundu ki, həmin iş üzrə icraat baxılmamış saxlanılıb, icraat təzələnib. Sumqayıt Şəhər Məhkəməsində Cavabdeh və atasının iddia tələbi təmin olunarsa, İddiaçı ASC-nin tələbinin təmin olunmasında ziddiyət təşkil edəcəkdir. İddiaçı hesab edir ki, Cavabdeh əsassız varlanıb. Burada pulu qarşı tərəfdən hər hansı məbləğ alması da heç bir hüquqi əsası yoxdur. Cinayət işi başlanan vaxtı istintaqda 150.000 manat həddində Cavabdeh mülki iddiaçı kimi tanınıb. İddiaçının iddia tələbi ondan ibarətdir ki, Cavabdeh həmin hadisəyə görə 22.000 manatdan artıq məbləğ tələb edə bilməz. Onlar hesab edirlər ki, həmin hadisəyə görə Cavabdeh maddi və mənəvi zərəri konkret olaraq göstəriblər, iddia ərizəsində də göstərilib. Bu hadisəyə görə əlavə tələb etmə hüququ var. Bundan başqa onlar Maraqlı şəxsdan arayış təqdim ediblər ki, orada göstərir ki, 10.000 ilkin ödəniş olub həmin avtomobilə görə, sonra 45.536 ABŞ dolları (çevirəndə 77.412 manat) ümumilikdə ödənilib. Bu hadisə baş verəndən sonra avtomobli yanır, yandırılaraq məhv olur, 10.000 manata satılır. Onunla bağlı rəylər təqdim olunub. 77.000 manat dəyərindəki avtomobilin 10.000 manata satılmasından sonra hələ maddi zərər olaraq tələb etmək qalıq məbləğləri qarşı tərəfdən tələb etmək hüququ var. Hələ burada mənəvi zərər də var. Mənəvi zərərlə bağlı həmin hadisədən sonra cavabdehin anası dünyasını dəyişdi, atası xəstə düşdü, Fərhadın özü mənəvi zərərlə bağlı psixoloji, nevroloji mülicələr alır. Əmlak o, həddi keçib. Ard-arda, başqa vaxtlarda iki hadisə olub. Yaşadıqları vaxt evin yandırılmasına da cəhd olub. Həmin hadisədən sonra ailəlikcə başqa bir yerə köçüblər. O, qorxu, stresslə yaşayırlar ki, hər an gəlir. O, hadisənin şokundan indi də deyirlər ki, böyük sarsıntılar yaşayıblar. Düşünürlər ki, əslində bu icraat dayanmalıdır. Sumqayıt Şəhər Məhkəməsindəki iş davam etməlidir. Əgər o, işdə onların iddiaları rədd olunsa, onda İddiaçının iddiası haqlıdır ki, qarşı tərəfdən onların hər hansısa məbləğ almaq hüquqları yoxdur. Yaxşı olardı ki, bu iş üzrə icraat dayandırılardı, o, iş üzrə yekun qərar qəbul olunandan sonra bilinəcəkdir ki, kim doğrudur, biz haqlıyıq ya haqsız. Cavabdeh qarşı tərəfdən əlavə məbləğ almaq haqqı var. İddiaçı deyir ki, cavabdeh əsassız varlanmışdır. Sumqayıtdakı predmet maddi mənəvi zərərlə bağlıdır. Qərarda mülki iddia ilə bağlı qaldırılan iddia tələbi var. Avtomobilə dəyən zərər istintaq zamanı keçirilən ekspertiza ilə təqribən 22.000 manat həddində müəyyən edilmişdir. Onu da müstəntiq deyib ki, gətir 22.000 manatı ver, narahat olma, Fərhada verəcək. Avtomobilə dəyən zərər budur. O, məbləğ ödənilməmişdən əvvəl 150.000 manat iddia tələbi üzrə mülki iddiaçı qismində artıq Fərhad cinayət işində tanınmışdır. Cavabdeh tələb etdiyi məbləğin bir hissəsi olaraq 22.000 manatı qəbul edib. 150.000 manat tələb edilir, 22.000 manat da ödənilir. O, məbləğ istintaq dövründə, məhkəmə araşdırma dövründə ödənilib. Məhkəmə araşdırması dövründə Fərhad 22.000 manatla kifayətlənsə idi, niyə görə Abşeron Rayon Məhkəməsində, apellyasiya və Ali Məhkəməyə qədər iş gedir. İddiaçı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində iddia qaldırmışdı. Cinayət işində mülki iddianın baxılmamış saxlanılması dövlət rüsumunun ödənilməməsi ilə bağlı olub. Dövlət rüsumu ödənilsəydi, cinayət işində artıq 150.000 manat olmasa idi belə, hər hansı bir məbləğdə mülki iddia təmin oluna bilərdi. Həmin mülki iddianı daha əsaslandırılmış şəkildə Sumqayıt Şəhər Məhkəməsində davam etdirirlər. Hesab edirlər ki, orada işləri daha uğurlu olacaqdır. Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçı İddiaçı ASC-nin nümayəndəsi X8 izahatında göstərmişdir ki, təqsirlə bağlı hissədə ## ####### 2023-cü il tarixli Abşeron Rayon Məhkəməsinin qərarı var. Həmin qərarda zərərçəkmiş X6 izahatında bildirir ki, hadisə nəticəsində ona məxsus “Prado-Toyoto” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobili yandırılmışdır. İstintaq gedişi zamanı ona dəymiş ziyan 21.900 manat hesablanmış və təqsirləndirilən şəxslər tərəfindən ödənilmişdir. Eyni zamanda birinci instansiyaya təqdim etdikləri, istintaq zamanı əldə etdikləri qəbz var ki, Cavabdeh imza çəkir ki, ona 22.000 manat ödənilmişdir. 2016-cı ildə həmin hadisə baş verəndən sonra iddiaçı sığorta ödənişini həyata keçirmişdir. Həmin vaxt hələ hökm yox idi. Onlara sığorta ödənişi edilməsi ilə bağlı müraciət daxil olmuş, sığorta müqaviləsi Cavabdehla bağlanmış, amma avtomobil ipoteka ilə yüklü olduğu üçün faydalanan şəxs kimi Maraqlı şəxs QSC müəyyən edildiyindən ödəniş banka həyata keçirilmişdir. Deməli “xxxx” şirkəti müəyyən edir ki, avtomobilə 22.090 manat ziyan dəyib. Mart ayında bu hadisə iki dəfə olur: biri 17 mart, digəri, 23 martda baş verir. 2 dəfə hadisə baş verdiyi üçün azadolma məbləği 2 dəfə tətbiq olunur. 420 manat azad olma məbləği müəyyən olunur. Müqavilədə şərtsiz azad olmadır. İki dəfə tətbiq olunduğu üçün 840 manat çıxılır və yerdə qalan 22.050 manat ödəniş həyata keçirilir. Onlar daha sonra digər təqsirləndirilən şəxslərə qarşı subroqasiya ilə sürəndə həmin şəxslər tərəfindən onlara məlum oldu ki, onlar subroqasiya ilə bağlı məhkəməyə müraciət etməlidirlər. Birinci şifahi məktubla müraciət edilmiş, sonra hökmü əldə etdikdən sonra görüblər ki, sırf avtomobilə dəymiş ziyanla bağlı 22.000 manat ödəniş cavabdehə olunmuşdur. Azərbaycan Respulikası Baş Prokurorluğunun onlara ünvanlandığı məktubdan görünür ki, avtomobilin üzərinə yanacaq tökməklə yandırmaqla dəymiş ziyan 21.955 manat məbləğində ziyan olmuşdur. Ziyan məbləği ortada 22.940 manat, onların avtomobilə görə zərərçəkmişdən aldığı məbləğlə, onların ödədikləri məbləğ başa-baş olur. Görünür ki, avtomobilin yanmasına görə ödənilmiş məbləğdir və onların sığorta ödənişi həyata keçiriləndən sonra zərərvurana qarşı subroqasiya hüquqları yaranmalıdır. Əgər qarşı tərəf gedib, ödənişi alırsa, onların subroqasiya hüquqları itir. Cavabdeh əsassız şəkildə varlanmış olur. Sumqayıt Şəhər Məhkəməsindəki iddia maddi və mənəvi ziyanla bağlıdır. Kredit müqaviləsi üzrə, onlarla Maraqlı şəxs QSC arasınızdakı müqavilə üzrə, onların tərəfindən istənilən tələbi irəli sürülə bilər. Amma onlara sığorta ödənişi ilə bağlı eyni məbləğ ödənilibdir. Hesab edirlər ki, sığorta hissəsi onlar üçün əsasdır. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı ASC-nin nümayəndəsi nümayəndə1 apellyasiya şikayəti ilə razılaşmayıb izahatında göstərmişdir ki, cavabdehə məxsus Toyoto Prado markalı avtomobil kasko sığorta növündə iddiaçı tərəfindən sığortalanmışdır. Avtomobil yandırıldığından iddiaçı avtomobilə görə sığorta ödənişini həyata keçirmişdir. Bankda avtomobilin girov predmeti olub-olmamasının iddiaçıya aiddiyyəti yoxdur. İddiaçıya Cavabdeh müraciət etmiş, sığorta haqqını ödəyib avtomobili sığortalamışdır. Mülki qanunvericilik icazə verir ki, sığortalanan istənilən şəxsi faydalanan şəxs kimi müəyyən etsin, cavabdeh bankı istəmiş, sığortaçı da bankı faydalanan şəxs kimi qəbul etmişdir. İş materiallarından da görünür ki, bank sığorta ödənişini cavabdehin borcunun ödənilməsinə yönəltmişdir. İddiaçı Cavabdeh müqaviləsi üzrə sığorta ödənişini həyata keçirmiş, sonra illərlə təqsirli şəxslərin müəyyən olunması prosesi getmişdir. 2023-cü ildə prokurorluq həmin şəxslər barədə iddiaçıya məlumat vermişdir. İddiaçı onlara subroqasiya tələbi barədə məktub göndərmiş, bundan sonra onlar avtomobilə dəymiş zərərə görə Cavabdeh ödəniş etmələrini bildirmişlər. Ona görə iddiaçı cinayət məsuliyyətindən azad olunan şəxslərdən yox, əsassız varlanmış şəxsdən, cavabdehdən sığorta ödənişini geri tələb edir. Bu barədə iddiaçının hüququnun olmasına dair hansısa məhkəmə aktı yoxdur. İddiaçı təqsirləndirilən şəxslərə qarşı iddia ilə məhkəməyə müraciət etməyib. Cavabdehə 22.000 manat ətrafında sığorta ödənişi həyata keçirilmişdir. Kredit münasibətləri çərçivəsində cavabdehə hansı zərər vurulmasının iddiaçıya aidiyyəti yoxdur. Kredit ödənişlərinin həcmi 77.000 manat ola bilər, amma əmlaka dəyən ziyan o qədər deyildir. Hökmdə qeyd olunub ki, Cavabdeh öz izahatında avtomobilə dəymiş zərərə görə təqsirləndirilən şəxslərdən 22.000 manat almasını deyib. Avtomobilin faktiki zərərinə görə iddiaçıdan və təqsirli şəxslərdən cavabdeh ödəniş alıb. Nəticə etibarı ilə 22.000 manatlıq zərərə görə 44.000 manat ödəniş alınıb. İddiaçı ödənişi 2016-cı ildə həyata keçirmişdir. Cavabdeh ikinci ödənişi alarkən əsassız varlanmışdır. Cavabdeh iddiaçını subroqasiya hüququndan məhrum etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs QSCyə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. II. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. III. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. IV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Maddə 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Maddə 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Maddə 927.1. Əmlakın sığortasında və əmlaka vurulan zərərə görə mülki məsuliyyətin sığortasında sığorta ödənişi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən üçüncü şəxsə dəyən real zərərin miqdarından çox ola bilməz. Maddə 927.3. Bu Məcəllənin 927.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, girov qoyulan əmlakın sığortası üzrə sığorta hadisəsi baş verdiyi tarixdə faydalanan şəxs olan girov saxlayana borclunun (girov qoyanın) borc (kredit) müqaviləsi üzrə sığorta ödənişinin verildiyi tarixə ona ödəməli olduğu məbləğdən artıq sığorta ödənişi verilə bilməz. Maddə 927.5. Girov qoyulan əmlakın tam məhv olması ilə nəticələnən sığorta hadisəsi baş verdikdə, sığorta müqaviləsində nəzərdə tutulduğu halda faydalanan şəxs olan girov saxlayan borclunun (girov qoyanın) borc (kredit) müqaviləsi üzrə müəyyən edilmiş borcun ödənilməmiş hissəsində sığorta ödənişi almaq hüququ var. Maddə 931. Bir sığorta hadisəsi üzrə dəyən zərərin və (və ya) yaranan itkilərin əvəzinin ödənilməsi üçün iki və ya daha çox sığorta müqaviləsi ilə bir və ya bir neçə sığortaçının öhdəlikləri yarandıqda əvvəlcə icbari sığorta müqavilələri üzrə sığorta ödənişləri verilməlidir. Bu zaman könüllü sığorta müqaviləsi bağlamış sığortaçı sığortalı (sığorta olunan və ya faydalanan şəxs) qarşısındakı öhdəliklərini öz istəyi ilə icbari sığorta müqaviləsi bağlamış sığortaçıdan əvvəl yerinə yetirə bilər. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Maddə 405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində. Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə ## ###### 2015-ci il və F.Şirinovun şikayəti üzrə ## ###### 2016-cı il tarixli Qərarlarında qeyd olunmuşdur ki, məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il ## #### tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il ## ###### tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il ## ##### tarixli qərarlar). Sübutlar qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №*****/**, §282). Avropa İnsan Hüquqları Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə ## ##### 1994cü il tarixli qərarında sübutların qiymətləndirilməsi, onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə iddia tələbi təmin edildiyindən və apellyasiya şikayətində qətnamə iş üzrə cavabdedeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına yol verilmiş, məhkəmə gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan işin bütün faktiki hallarını aydınlaşdırmamış, iddianı təmin etməklə iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Hazırkı işdən müəyyən olunur ki, cavabdehin mülkiyyətində olan “Toyota Prado” markalı, **-CX-*** dövlət qeydiyyat nömrəli avtomobil İddiaçı ASC tərəfindən M-MIC-****/** nömrəli “Fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortalanması” şəhadətnaməsinə əsasən, ##.##.2013-cü il tarixdən ##.##.2018-ci il tarixədək sığortalanmışdır. Sığorta şəhadətnaməsi (müqaviləsi) üzrə sığortalı şəxs Cavabdeh, faydalanan şəxs isə Maraqlı şəxs QSC (girov saxlayan) olaraq müəyyən edilmişdir. Sığortalı Cavabdeh məxsus “Toyota Prado” markalı, **-CX-*** dövlət qeydiyyat nömrəli avtomobilə ##.##.2016-cı il tarixində zərər vurulmuş, bu hal sığortaçı tərəfindən sığorta hadisəsi kimi qiymətləndirilmiş, İddiaçı ASC tərəfindən ##.##.2016-cı il tarixdə faydalanan şəxs Maraqlı şəxs QSC-nin hesabına 22.050 manat məbləğində sığorta ödənişi ödəmiş, bu məbləğ cavabdehin Maraqlı şəxs QSC-yə olan borcuna yönəldilmişdir. Hazırda, iddiaçı İddiaçı ASC cavabdeh Cavabdeh ödənilmiş 22.000 manat sığorta ödənişinin tutulmasını tələb etməklə tələbini onunla əsaslandırır ki, cavabdeh Cavabdeh zərər vuran Süleymanov Rəvan İlham oğlundan 22.000 manat pul vəsaiti almış, bununla da onu həmin şəxsə qarşı subroqasiya hüququndan məhrum etmiş və nəticədə əsassız varlanmışdır. Cavabdeh Cavabdeh isə öz növbəsində iddia tələbinə qarşı etiraz edərək pul vəsaitinin maşına vurulmuş zərərə görə deyil, törədilmiş cinayət əməli nəticəsində ona vurulmuş maddi və mənəvi zərərə görə alıdığını, iddiaçının iddia müddəti ötürdüyünü ona görə də iddia tələbinin rədd olunmasını xahiş edir. Kollegiya iddia tələbini təmin edən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, qanundan irəli gələn öhdəlik kimi əsassız varlanma çərçivəsində tələbin haqlı sayılması üçün aşağıdakı şərtlər müəyyən edilməlidir: cavabdehin əmlak əldə etməsi; həmin əmlakı iddiaçının əmlakı hesabına əldə etməsi; əldəetmə üçün qanundan və ya müqavilədən irəli gələn heç bir əsasın olmaması, yaxud bu cür varlanmanın həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənməsi. Hazırkı mülki işdə cavabdehin əldə etdiyi əmlakın iddiaçının hesabına qazandığı sübuta yetirilmiş olsa belə, bu hallar iddianın əsassız varlanma çərçivəsində təmin edilməsi üçün kifayət deyildir. Bunun üçün növbəti dispozisya şərti - əldəetmə üçün qanundan və ya müqavilədən irəli gələn heç bir əsasın olmaması, yaxud belə əsasın sonradan aradan qalxması və ya əmlak verilərkən nəzərdə tutulan məqsədin hasil olmaması (həyata keçməməsi) müəyyən edilməlidir. Tədqiq olunan sübutlardan görünür ki, iddiaçı hazırkı iddia tələbində cavabdehin sığorta ödənişi almaqla əsassız varlanmış olduğunu iddia etsə də, işin faktiki hallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə sığorta ödənişinin verilməsi nəinki əsassız olmamış, əksinə, cavabdehə sığorta ödənişinin verilməsi tərəflər arasında bağlanmış ##.##.2013-cü il tarixli M- MIC-****/** saylı avtomobil vasitələrinin tam sığortası növü üzrə sığorta müqaviləsindən yaranan iddiaçının məcburi öhdəliyi olmuşdur. Sığortaçı tərəfindən qeyd olunan müqavilə üzrə faydalanan şəxsə ödənilmiş sığorta məbləği ilə cavabdeh hər hansı şəkildə varlanmamış, verilmiş sığorta ödənişi müqavilə əsasına və müqavilə öhdəliyinə söykənməklə cavabdehə dəymiş maddi zərərin aradan qaldırılmasına yönəlmişdir. Kollegiya iddiaçının hazırkı iddia tələbinin əsası kimi qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə ödənilməsi müəyyən olunan məbləğlə bağlı qeyd edir ki, cavabdehə məhkəmə aktında qeyd olunan vəsaitin verilməsi onun əsassız varlanması qənaətinə gəlməyə əsas vermir. Belə ki, həmin qərardan və işdə olan digər məhkəmə aktlarından müəyyən olunur ki, cavabdeh Cavabdeh Süleymanov Rəvan İlham oğluna və başqalarına qarşı cinayət əməli nəticəsində ona vurulan maddi və mənəvi ziyan tələbi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmiş, hazırda həmin mülki işə mahiyyəti üzrə baxılması davam etdirilir. Bundan başqa sığorta hadisəsi nəticəsində sığortalının əmlakına dəyən zərərə görə qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığorta ödənişini ödəmək öhdəliyini sığortaçı daşıyır. Zərərvuran tərəfindən ödənilmiş məbləğə görə cavabdehin əsassız varlanmış olması halı belə hazırkı iş üzrə iddiaçıya münasibətdə deyil, həmin məbləği ödəmiş şəxsə münasibətdə yaranmış ola bilər. Göründüyü kimi iddiaçı cavabdehə sığorta ödənişini etibarlı sığorta müqaviləsi əsasında ödəmiş, cavabdeh isə iddiaçıdan sığorta ödənişini əsassız və ya sonradan aradan qalxan əsasa deyil, sığorta müqaviləsi əsasında əldə etmişdir. Bu hal isə əsassız varlanmanın zəruri əlamətinin - əldəetmə üçün qanundan və ya müqavilədən irəli gələn bir əsasın olmaması şərtinin təsbit olunmadığını göstərir. Birinci instansiya məhkəməsi isə bu şərti müəyyən etmədən iddianı Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən təmin etməkdə düzgün nəticəyə gəlməmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilib, yeni qətnamə qəbul edilməklə iddia rədd edilməlidir. Kollegiya cavabdehin hazırkı mübahisəyə iddia müddətinin tətbiqi ilə bağlı vəsatətinə münasibət bildirib qeyd edir ki, pozulmuş hüququn müdafiəsinə iddia müddətinin tətbiq edilməsi mümkündür. Hazırkı işdə isə iddiaçının tərəflər arasında bağlanmış müqavilədən irəli gələn öhdəliyini icra etməsi, nəticədə hər hansı bir hüququnun pozulmadığı, cavabdehin isə əsassız varlanmadığı müəyyən olunduğundan, cavabdehin iddiaçının əsassız iddia tələbindən müdafiə olunmasına dair vəsatəti əsassızdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385, 392, 393, 402-403, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Cavabdeh Cavabdeh nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-**/**** saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar