Məhkəmə qərarları › İş №2(3-6)-396/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-396/2026

20.04.2026 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-396/2026 20.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər cavabdeh1 oğluna və cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Xəlilov Tural Xəlil oğlunun katibliyi, İddiaçı İddiaçı, onun nümayəndəsi və vəkili vəkil2, Cavabdeh cavabdeh2, onun nümayəndəsi və vəkili vəkil1 iştirakı ilə, İddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı (“xxxx” ASC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “pul vəsaitinin, ona hesablanmış faizin və dövlət rüsumunun tutulması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. “xxxx” ASC-nin Azərbaycan Respublikası Mərkəzi Bankına və İddiaçı ünvanlanmış ##.##.2025-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, plastik kart məlumatlarının məxfiliyinin qorunması kart istifadəçisinin öhdəliyidir və üçüncü şəxslər tərəfindən bu məlumatlar istifadə edilməklə aparılan əməliyyatlara görə bank məsuliyyət daşımır. ... İddiaçı ilə bank arasında ##.##.2025-ci il tarixdə 48 ay müddətinə 18.874 manat məbləğində kredit müqaviləsi rəsmiləşdirilmişdir. ##.##.2025-ci il qeyri-iş günü olduğuna görə sistem üzrə müqavilənin təsdiq tarixi ##.##.2025-ci il kimi qeydə alınmışdır. Müvafiq araşdırma aparılmış və müqavilənin üztanıma sistemi əsasında eyniləşdirmə edilərək rəsmiləşdirildiyi məlum olmuşdur. ##.##.2025ci il tarixində Esmira Təhməz qızı Hamzayevanın istifadəsində olan 416973******** nömrəli plastik kartdan dörd əməliyyat olmaqla ümumilikdə 18200 manat məbləğində köçürmələr (M10 TOP UP) icra edilmişdir. Əməliyyat mobil nömrəyə Bank tərəfindən göndərilmiş OTP və 3D təhlükəsizlik kodundan istifadə edilməklə həyata keçirilmişdir. Bank tərəfindən 3D təhlükəsizlik kodu göndərilən zaman bu kodun digər şəxslərlə paylaşılmaması üçün məlumat təqdim edilir.

2. ##.##.2025-ci il tarixli, GTZK*******C*** nömrəli kredit müqaviləsi üzrə verilmiş 18.874 manat kredit məbləği müqavilənin 2.1-ci bəndinə əsasən ******J************* saylı cari hesaba köçürülmüş, müqavilənin 1.1.6.1-ci bəndinə əsasən 188,74 manat nağdlaşdırma komissiyası və 1.1.6.2-ci bəndinə əsasən 377,48 manat məbləğində rəsmiləşdirmə komissiyası tutulduqdan sonra qalan 18.307,78 manat məbləğində pul vəsaiti müştərinin kart hesabı olan ******************** saylı hesaba (416973********** saylı karta) köçürülmüşdür.

3. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 MMC tərəfindən təqdim edilmiş sənədlərə əsasən M10 elektron pul kisəsi hesabları müvafiq olaraq cavabdeh1 və cavabdeh2 məxsus olmaqla, iddiaçının hesabından həmin pul kisələrinə ##.##.2025-ci il tarixdə saat 14:03:28-də 4.500 manat, saat 14:08:16-da 4.700 manat (cavabdeh1) və saat 13:53:18-də 4.500 manat, saat 13:54:51-də 4.500 manat (cavabdeh2) olmaqla, cəmi 18.200 manat pul vəsaiti köçürülmüşdür.

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı İddiaçı cavabdeh «xxxx» ASC-yə qarşı (Azərbaycan Respublikası Mərkəzi Bankı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “kredit müqaviləsinin etibarsız hesab edilməsi və borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, adından qanunsuz şəkildə online qaydada açılmış ##.##.2025-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi, müqavilənin nəticələrinin aradan qaldırılması və borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ##.##.2025-ci il tarixində onun istifadəsində olan 050-542-14-28 mobil nömrəsinə +995790402669 nömrəsindən daxil olmuş zəng əsasında kibercinayətin qurbanı kimi adında olan kart məlumatları əks tərəfə təqdim edilmişdir. Ona telefon xəttində «xxxx»ın Texniki Şöbəsinin işçisi olması və texniki şərtlərin yoxlanılması adı ilə kart məlumatları ondan tələb olunmuşdur. O da, kartında heç bir vəsait olmadığından, bankdan gələn zəngin həqiqi olmasını güman edərək bayram günü kartının 16 rəqəmini və CİF kod məlumatının verilməsində onda əvvəl heç bir şübhə yaratmamışdır. Sonradan ona WhatsApp vasitəsilə (WhatsApp nömrəsi +420739041847) daxil olan zəngi açdıqda video görüntü vasitəsilə üzünün foto videosu dərhal çəkilmişdir. O, xəstə olduğundan və dərmanın təsirindən həmin an heç nə anlamamışdır. Lakin onun üzünün WhatsApp vasitəsilə görüntü ilə çəkilməsi onda şübhə yaratmış və dərhal həmin gün Bakı şəhəri Gənclik Mallda olan xxxxa yaxınlaşmışdır. Söhbət əsasında ona bankda bank tərəfindən heç bir texniki şərtlərin yoxlanılmasının olmadığı bildirilmiş, adında olan kartlar dərhal bloklanmış, lakin onun adına həmin gün taksit kart açılaraq həmin an orada olan 18.874 manat olan kredit pulun kənar şəxslər tərəfindən birdəfəyə çıxarılması bildirilmişdir. O, «xxxx» ASC-dən online qaydada heç bir vəsait götürmədiyini, hətta telefonunda olan bir bank vasitəsi ilə heç bir əməliyyat aparmadığını bank işçisinə bildirmişdir. Ona bankdan kartarının, birbank proqramının bloklanması barədə rəsmi sənəd verilərək polis bölməsinə şikayət olunması bildirilmişdir. O da, Bakı şəhəri Nizami RPİ 24-cü PB-yə yazılı qaydada müraciət etmişdir. Oradan Kibercinayətkarlıqla Mübarizə İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. O, dələduzluğun qurbanı olaraq adına saxta profillə taksit kart açılmaqla kredit vəsaitinin oğurlanması ilə şərlənmişdir. Sonradan o, aidiyyəti orqanlara, eləcə də Mərkəzi Banka yazılı qaydada müraciət edərək adına açılmış taksit kartdan çıxarılmış pul vəsaitindən xəbəri olmadığını və kibercinayətkarlığın qurbanı olduğunu, kreditin silinməsi və kredit üzrə ona faizlərin hesablanmasının qarşısının alınması ilə bağlı müraciət etsə də, müraciəti müsbət həllini tapmamışdır. Müraciəti cavabdeh tərəfindən ##.##.2025-ci il tarixli məktubu ilə onun adından ##.##.2025-ci il tarixdə 48 ay müddətinə 18.874 manat məbləğində kredit müqaviləsi rəsmiləşdirilmişdir, ##.##.2025-ci il qeyri iş günü olduğuna görə sistem üzrə müqavilənin təsdiq tarixi ##.##.2025-ci il kimi qeydə alınmışdır şəklində cavablandırılmışdır. Həmin kredit kartı ##.##.2025-ci il tarixdə rəsmiləşdirilməklə, ##.##.2025-ci il tarixdə pul çıxarılmışdır. Göründüyü kimi, o, iddia ərizəsində sadaladığı tələblərdən heç birini pozmamışdır və bu hadisə onun məsuliyyətindən kənar baş vermişdir.

6. Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi məhkəməyə yazılı izahat verərək göstərmişdir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. İddiaçı ##.##.2018-ci il tarixdən başlayaraq «xxxx» ASC-nin mobil bank tətbiqi olan «Birbank» tətbiqindən istifadə edir. İddiaçı özünə məxsus olan +************ mobil nömrə ilə Birbank mobil tətbiqindən qeydiyyatdan keçmiş və təyinatı üzrə Samsung SM-G780G cihazında istifadə etmişdir. İddiaçı Bankın mövcud müştərisi olduğu üçün qanunvericiliyin tələbinə əsasən video çəkiliş və üz tanınma vasitəsilə eyniləşdirilmə aparılmaqla onunla Bank arasında onlayn qaydada ##.##.2025-ci il tarixli, GTZK*******C*** saylı və ##.##.2025-ci il tarixli, BRCB*******C*** saylı Birbank Cashback Kredit Xətti müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanmış ##.##.2025-ci il tarixli, BRCB*******C*** saylı Birbank Cashback Kredit Xətti müqaviləsinə əsasən İddiaçı illik faiz dərəcəsi 29% olmaqla ##.##.2028-ci il tarixədək kredit xətti açılmış və müştəri tərəfindən kredit xəttindən ilkin olaraq istifadə edilə biləcək məbləğ Bank tərəfindən 100 manat məbləğində müəyyən olunmuşdur. İddiaçı tərəfindən həmin kredit xəttindən (kart: 416973******1384; hesab nömrəsi: 38817944006752793100) ##.##.2025-ci il tarixdə, saat 14:11-də istifadə edilərək 90 manat vəsait (2 manat komissiya) elə müştərinin öz kart hesabı olan 416973********** №-li karta köçürülmüşdür və aparılan əməliyyat müştərinin öz kart hesabları arasında köçürmə əməliyyatı olduğundan 3D təhlükəsizlik kodu göndərilməmişdir. Bununla yanaşı, müvafiq əməliyyat aparıldıqdan 4 dəqiqə sonra, yəni ##.##.2025-ci il tarixdə, saat 14:15-də köçürmənin edildiyi müştərinin 416973********** №-li kart hesabından 370 manat məbləğində pul müştərinin 416973********** №-li kredit kart hesabına köçürülmüş, bununla da müvafiq kredit kart hesabı üzrə yaranmış borc bağlanmışdır. Tərəflər arasında bağlanmış digər ##.##.2025-ci il tarixli, GTZK*******C*** saylı kredit müqaviləsinə əsasən iddiaçıya illik faiz dərəcəsi 28,5% olmaqla 48 ay müddətinə qaytarılmaq şərti ilə 18.874 manat məbləğində kredit verilmişdir. Belə ki, tərəflər arasında bağlanmış ##.##.2025-ci il tarixli, GTZK*******C*** saylı kredit müqaviləsi üzrə verilmiş 18874 manat kredit məbləği müqavilənin 2.1-ci bəndinə əsasən ******J************* saylı cari hesaba köçürülmüş, müqavilənin 1.1.6.1-ci bəndinə əsasən 188,74 manat nağdlaşdırma komissiyası və 1.1.6.2-ci bəndinə əsasən 377,48 manat məbləğində rəsmiləşdirmə komissiyası tutulduqdan sonra qalan 18307,78 manat məbləğində pul vəsaiti müştərinin kart hesabı olan ******************** saylı hesaba (416973********** saylı karta) köçürülmüşdür. Bundan sonra elə ##.##.2025-ci il tarixdə müvafiq kart hesabındakı vəsaitdən məbləğləri 4500 manat, 4500 manat, 4500 manat, 4700 manat və 370 manat olan köçürmə əməliyyatları edilmişdir. 416973********** №-li kart hesabından 370 manat məbləğində vəsait yuxarıda qeyd edildiyi kimi elə ona aid 416973********** №-li kredit kart hesabına köçürüldüyündən, yəni aparılan əməliyyat müştərinin öz kart hesabları arasında köçürmə əməliyyatı olduğundan 3D təhlükəsizlik kodu göndərilməmişdir. Müştərinin öz kart hesabları arasındakı köçürmə əməliyyatlarında 3D təhlükəsizlik kodları göndərilmir. Sözügedən digər köçürmə əməliyyatları (4500 manat, 4500 manat, 4500 manat, 4700 manat) müştərinin öz hesabları arasında olmadığından (müvafiq vəsaitlər M10 mobil tətbiqi vasitəsilə M10 elektron pul kisəsi hesabına köçürülmüşdür) bu əməliyyatların aparılması üçün iddiaçının istifadəsində olan +************ mobil nömrəyə birdəfəlik 3D təhlükəsizlik kodları göndərilmiş və həmin kodlar daxil edilərək təsdiq edildiyi üçün əməliyyatlar uğurla həyata keçirilmişdir (3D təhlükəsizlik kodlarının göndərilməsini təsdiq edən çıxarış iş materiallarına əlavə edilmişdir). İş materiallarına əlavə edilmiş tərəflər arasında bağlanmış ##.##.2025-ci il tarixli, BRCB*******C*** saylı Birbank Cashback Kredit Xətti Müqaviləsinin: - 7.2.6-cı yarımbəndinə əsasən kart və FİN kodu heç kimə vermir, bunların üçüncü şəxslərin əlinə keçməsinin qarşısını almaq məqsədi ilə lazımi tədbirləri görür (Kartın üçüncü şəxslər tərəfindən istifadə edilməsinə görə məsuliyyəti müştəri daşıyır). - 8.2-ci yarımbəndinə əsasən müştəri anlayır və təsdiq edir ki, bu Müqavilə üzrə əməliyyatların icrası ilə əlaqədar özünə aid eyniləşdirmə məlumatlarının məxfi saxlanılması, təhlükəsizliyinin təmin edilməsi, habelə üçüncü şəxslərə verilməməsi ilə bağlı tədbirlər görməlidir. Bank məlumat mübadiləsinin təhlükəsizliyinin təmin edilməsi üçün tədiblər görəcəkdir, lakin Müştərinin təqsiri ucbatından həmin məlumatların üçüncü şəxslər tərəfindən istifadə edilməsi ilə bağlı Müştəriyə dəymiş zərərə (ziyana) görə Bank məsuliyyət daşımır. İş materiallarına əlavə edilmiş tərəflər arasında bağlanmış digər ##.##.2025-ci il tarixli, GTZK*******C*** saylı Kredit Müqaviləsinin: - 4.1-ci yarımbəndinə əsasən müştəri anlayır və təsdiq edir ki, bu Müqavilə üzrə əməliyyatların icrası ilə əlaqədar özünə aid eyniləşdirmə məlumatlarının məxfi saxlanılması, təhlükəsizliyinin təmin edilməsi, habelə üçüncü şəxslərə verilməməsi ilə bağlı tədbirlər görməlidir. Bank məlumat mübadiləsinin təhlükəsizliyinin təmin edilməsi üçün tədiblər görəcəkdir, lakin Müştərinin təqsiri ucbatından həmin məlumatların üçüncü şəxslər tərəfindən istifadə edilməsi ilə bağlı Müştəriyə dəymiş zərərə (ziyana) görə Bank məsuliyyət daşımır. «Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında» Azərbaycan Respublikasının Qanununun: 41.3-cü maddəsinə əsasən ödəyici bu Qanunun 38-ci maddəsinin tələblərini qəsdən və ya kobud ehtiyatsızlıqdan pozması halında, avtorizə edilmədən həyata keçirilən ödəniş əməliyyatları üzrə yaranan itkilərə görə tam məsuliyyət daşıyır. 41.4-cü maddəsinə əsasən ödəyicinin dələduzluğa yol verdiyi hallar istisna olmaqla, ödəyici ödəniş xidməti təchizatçısını və ya onun tərəfindən səlahiyyətləndirilmiş digər şəxsi məlumatlandırdıqdan sonra itirilmiş, oğurlanmış və ya səlahiyyətli olmayan şəxs tərəfindən istifadə edilmiş ödəniş alətinin istifadəsi nəticəsində yaranan itkilərə görə məsuliyyət daşımır. Göründüyü kimi qanunvericlikdə ödəyici onun tərəfindən bu Qanunun 38-ci maddəsinin tələblərini qəsdən və ya kobud ehtiyatsızlıqdan pozulması və dələduzluğa yol verildiyi hallarda avtorizə edilmədən həyata keçirilən ödəniş əməliyyatları üzrə belə yaranan itkilərə görə tam məsuliyyət daşıyır. Yuxarıda qeyd olunan köçürmə əməliyyatları isə avtorizə edilmiş əməliyyatlardır. Belə ki, həmin əməliyyatların aparılması zamanı iddiaçının istifadəsində olan +************ mobil nömrəyə birdəfəlik 3D təhlükəsizlik kodları göndərilmiş və həmin kodlar daxil edilərək təsdiq edildiyi üçün əməliyyat uğurla həyata keçirilmişdir. Göründüyü kimi, iddiaçının sərəncamına və razılığına əsasən sözügedən köçürmə əməliyyatları icra edilmiş və həmin köçürmə əməliyyatları qanunvericiliyin tələblərinə uyğun olaraq onlayn qaydada rəsmiləşdirilmişdir. Həmçinin nəzərə alınmalıdır ki, əgər sözügedən əməliyyatların iddiaçının özü tərəfindən aparılmaması, üçüncü şəxs tərəfindən aparılması öz təsdiqini tapsa belə, həmin əməliyyatların aparılması iddiaçının təqsiri üzündən baş vermişdir. Belə ki, həmin əməliyyatlar məxfi saxlanılmalı olan məlumatların və 3D Secure kodlarının üçüncü şəxsə ötürülməsi, həmin kodların daxil edilməsi və təsdiq edilməsi yolu ilə aparılmışdır. İddiaçının mübahisələndirdiyi əqdlərin etibarsızlığı məsələsinə gəldikdə isə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı bununla bağlı iddiasını əsaslandırmamışdır. İstinad edilmiş qanunvericiliyin müddəlarından həmçinin iş materialı kimi əlavə edilmiş sənədlərdən, çıxarışlardan görünən odur ki, bankla iddiaçı arasında müqavilə bağlanan zaman qanunvericiliyin müddəalarına əməl edilmiş, iddiaçı iradə ifadəsini bəyan edərək, könüllü şəkildə müvafiq müqaviləni bağlamışdır.

7. Sonradan, ##.##.2025-ci il tarixdə iddiaçı İddiaçı Azərbaycan Respublikası MPMnin 54.2-ci maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” ASCnin əsl cavabdehlər cavabdeh1 və cavabdeh2 ilə əvəz edilməsini, “xxxx” ASC-nin isə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməsini xahiş etmişdir.

8. Ərizədə (vəsatətdə) qeyd olunmuşdur ki, məhkəmə prosesi zamanı müəyyən edilmişdir ki, adında olan bank kart hesabından M10 pul köçürmələri əsasında tanımadığı şəxslər cavabdeh1 və cavabdeh2 tərəfindən adına açılmış kredit xətti üzrə 18.874 manat məbləğində pul çıxarılmışdır. Bu səbəbdən, iddia predmetini dəyişmək məcburiyyətində qalmış və vəsatətlə məhkəməyə müraciət etmişdir.

9. Məhkəmənin müvafiq qərardadı ilə əsl olmayan cavabdeh “xxxx” ASC əsl cavabdehlər cavabdeh1 və cavabdeh2 ilə əvəz edilmiş, “xxxx” ASC isə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.

10. ##.##.2025-ci il tarixdə iddiaçı İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, adından online qaydada açılmış ##.##.2025-ci il tarixli kredit müqaviləsi üzrə köçürülmüş 18.874 manat pul vəsaitinin, ona hesablanmış faizin və hazırki iş üzrə ödədiyi 146,62 manat dövlət rüsumunun cavabdehlər cavabdeh1 və cavabdeh2 müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Cavabdeh cavabdeh2 nümayəndəsi və vəkili məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirmişdir ki, cavabdeh2 digər cavabdeh cavabdeh1 tanımamışdır. İş üzrə iddiaçı olan İddiaçı özü kart məlumatlarını vermiş və həmin məlumatlar əsasında da onun kart hesabında pul götürülmüşdür. İddiaçı həmin şəxslə özü əlaqə saxlamış, cavabdeh2 bu işlə heç bir əlaqəsi olmamışdır. Bu səbəbdən, cavabdeh2 heç bir cavabdehlik daşımır. Ona görə də, iddianın cavabdeh2 münasibətdə təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.

12. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim C.Tağıyev) iddia qismən təmin edilmiş, cavabdeh cavabdeh2 iddiaçı İddiaçı xeyrinə 9.000 manatın tutulması, cavabdeh cavabdeh1 iddiaçı İddiaçı xeyrinə 9.200 manatın tutulması, ödənilmiş dövlət rüsumunun cavabdehlər cavabdeh2n və cavabdeh1 müştərək qaydada İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

13. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfin bildirdiyinə görə həmin pul vəsaitindən faydalanmamışlar, başqa şəxsin xahişinə əsasən 20 manat müqabilində öz cüzdanlarına gələn pulu onlara deyilən hesaba yönəltmişlər. Lakin işin qeyd edilən halını təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır.

14. Məhkəmə hesab etmişdir ki, cavabdehlər cavabdeh2 9.000 manat və cavabdeh1 9.200 manat həddində əsassız varlanması aşkardır.

15. Qanunvericiliyə əsasən əsassız varlanma nəticəsində öhdəlik o halda yaranır ki, şəxs əmlak əldə etsin, həmin əldə etmə başqa şəxsin hesabına olsun və əldə etmənin hər hansı bir qanuni və ya müqavilə əsası olmasın. Hazırkı mülki işin məhkəmə araşdırması zamanı yuxarıda göstərilən hər üç şərtin cavabdehlərə münasibətdə mövcud olduğu müəyyən edilmişdir.

16. Belə ki, cavabdehlər iddiaçının hesabına 18.200 manat həcmində əsassız varlanmışlar, bunun üçün hər hansı müqavilə və yaxud digər qanuni əsas olmamışdır.

17. Məhkəmə qeyd etmişdir ki, iddia qalan hissədə, yəni faizlərin tutulması hissəsində təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı iradə ifadəsini bəyan edərək, könüllü şəkildə müvafiq müqaviləni bağlamış və müqavilənin hüquqi nəticələri baxımından bank qarşısında da faizlərin ödənilməsi kimi üzərinə öhdəlik götürmüşdür. Hazırda əldə etdiyi kredit vəsaiti kənar şəxslərdə olması faktı iddiaçının hesablanmış faizlərin onlardan tutulması üçün əsas yaratmır.

18. Həmçinin cavabdeh tərəfin iddiaçıya məxsus pul vəsaitindən faydalanmayaraq müəyyən pul məbləği müqabilində öz pul kisələrinə gələn pulu başqa şəxsin xahişinə əsasən onlara deyilən hesaba yönəltmələri ilə bağlı cavabdeh tərəfin dəlilləri ilə bağlı məhkəmə onların hüquqlarının pozulması ilə həmin şəxslərə qarşı iddia qaldırmaq hüquqlarının olmasını izah etmişdir.

19. Eləcə də, məhkəmə hesab etmişdir ki, hazırki iş üzrə iş üzrə xüsusi qərardad çıxarılmasına səbəb olan hallar müəyyən edilməmişdir.

20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1, 1091.2, 1092.1-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

21. Cavabdeh cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh2 cavabdeh1 tanımamışdır. İş üzrə iddiaçı olan İddiaçı özü kart məlumatlarını vermiş və həmin məlumatlar əsasında da onun kart hesabında pul götürülmüşdür. İddiaçı həmin şəxslər özü əlaqə saxlamış, cavabdeh2 bu işdə heç bir əlaqəsi olmamışdır. Bu səbəbdən də o, heç bir cavabdehlik daşımır və əsassız olaraq ondan iddiaçının xeyrinə pul tutulmuşdur. Bankın nümayəndəsi də məhkəmə iclasında bildirmişdir ki, onlarda olan məlumatlara əsasən bankla bağlanılan müqavilə bütün qanunvericilik tələblərinə uyğundur. Həmin müqavilə məhz iddiaçının özü tərəfindən bağlanılıb. Onun hesabından hansısa məbləğdə pul çıxarılıbsa da, yalnız öz iradəsi əsasında bu mümkündür. Bank tərəfindən iddiaçıya 3D təhlükəsizlik kodları da göndərilmişdir. Bu təhlükəsizlik kodları özü tərəfindən təsdiqlənmişdir. Əks halda pul hesaba köçürülə bilməzdi. Göründüyü kimi, həm də digər əməliyyatlar M10 tətbiqi üzərindən icra edilmişdir. O vaxt kartdan pul çəkilə bilər ki, kartın üzərində olan bütün məlumatlar qeyd olunsun. Həmin məlumatları da kart sahibi olan iddiaçı özü bildirmişdir. Bu səbəbdən də cavabdeh2 həmin pulun tutulması qanunsuz və əsassızdır. Həmin kredit müqaviləsinin bağlanmasında cavabdeh2 heç bir rolu olmamış və iddiaçının özünün təqsiri üzündən baş vermişdir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Məhkəmə prosesində də iddiaçı həmin pulun cavabdehlərin təqsiri üzündən çıxarılmasının təsdiq edən heç bir sübut təqdim etməmişdir. Əksinə məhkəmə iddiaçının öztərəfindən kart məlumatlarının bildirilməsi müəyyən edilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. İddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə qarşı etiraz verərək göstərmişdir ki, cavabdeh pul köçürülməsindən və iddiaçının bank hesabından pul çıxardılmasından xəbərsiz olmasını bildirsə də, buna dair məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Qeyd edir ki, o, kibercinayətkarlığın qurbanı olmuşdur, ona gələn zəng əsasında bank məlumatlarını verməyi ilə dərhal adına kredit rəsmiləşdirilmiş, həmin kredit vəsaiti də cavabdehin adına olan M10 elektron pul kisəsi hesabına köçürülmüş və həmin pul kisəsindən pul çıxardılmışdır. Cavabdeh həmin pul vəsaitinin onun M10 mobil tətbiqi vasitəsilə M10 elektron pul kisəsi hesabına köçürülməsini və həmin pul vəsaitinin oğurlanmasını məhkəmə prosesi zamanı izah edə bilməmişdir. Qeyd etdiyi kimi onun adına açılmış kredit vəsaitinin bank kart hesabından M10 pul köçürmələri əsasında tanımadığı şəxslər cavabdehlər cavabdeh1 və cavabdeh2 tərəfindən adlarına açılmış kredit xətti üzrə 18.874 manat məbləğində pul çıxarılması məhkəmə prosesi zamanı müəyyən edilmişdir. Göstərdiyi hallar məhkəmə prosesi zamanı müəyyən edilmiş və rəsmi sənədlərlə öz təsdiqini tapmışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

24. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh2 və onun nümayəndəsi və vəkili apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər. Cavabdehin nümayəndəsi və vəkili əlavə olaraq bildirdi ki, məhkəmə iclası zamanı “xxxx” ASC-nin nümayəndəsi orada iştirak etmiş və konkret olaraq bildirmişdir ki, Esmira xanıma “online” vasitəsilə kredit rəsmiləşdirilənə qədər 3 dəfə kod göndərilib, həmin kodun üçü də tərəfindən təsdiqlənib. Belə çıxır ki, o, razılığını verib. Əslində hüquqlarını müdafiə etdiyi cavabdeh özü də bir kibercinayətkarlığın qurbanı olub. Həmin “m10” hesabını öz telefon nömrəsi ilə açmayıb, cinayətkar dəstənin təqdim etdiyi nömrəyə açılıb. Hesab edir ki, “xxxx” ASC-yə qarşı yönəlmiş birinci iddia daha əsaslı və hüquqi cəhətdən düzgün idi. Sonradan cavabdehin əvəz edilməsi yanlış idi, çünki “xxxx” ASC bilir ki, “m10” hesabına köçürülən pul hansı formada və növbələrlə çıxarılıb. Cavabdeh bəlkə hesabın nömrəsini də bilmir, çünki açıb onlara göndərib. Hesabı özü açıb, ancaq öz nömrəsi ilə açmayıb. Onun adına, amma onların təqdim etdiyi nömrə ilə qeydiyyata alınıb. Bu səhvi müəyyən dərəcədə Tural edib, tanımadığı, bilmədiyi insana “m10” hesabı açıb göndərib. Tələbədir, 20 manat pul müqabilində bunu edib.

25. Cavabdeh cavabdeh2 həmçinin bildirdi ki, bir dəfə Sumqayıt, bir dəfə də Ağsu Rayon Polis İdarəsinə çağırılmış və qarşı tərəfə məbləğ ödəməmişdir. Sadəcə Nizami Rayon Məhkəməsinə çağırılanda orada bir anlıq ona öyrədilmə kimi başa salınmışdı ki, belə deyilməlidir. Valideyni ilə məhkəməyə yaxınlaşmış və deyilmişdi ki, çağırılmaları belə izah elə. Sumqayıtda 2 gün, Ağsuda 1 gün saxlanılıb, səhəri gün buraxılmışdır. Bir də qarşı tərəf bildirdi ki, “telegram” da yazışma hesabı yoxdur, silinib. Nizami rayonuna çağırılan zaman qorxub “telegram” proqramını silmişdir, sonra yükləyib hesabını aça bilmirdi. Sonra səlahiyyətini vəkilə verdikdən sonra məhkəməyə getməmiş və həmin müddət ərzində “telegram” səhifəsini özü yenidən açmışr və bu dəqiqə də onu aldadan həmin şəxslə yazışmaları qalır. Hesabı özü açmışdır. Həmin hesabı açdıran şəxs ona öz verdiyi nömrə ilə hesabı açdırdı. Hesabı təhvil aldıqdan sonra ona dedi ki, 20 manat ödəniş edəcək. O da 20 manat müqabilində hesabı açdı. O şəxs “telegram” dan özü ona yazmış, həmin şəxsi tanımır. “m10” ilə bağlı artıq üçüncü hadisədir. Sumqayıt Rayon Polis İdarəsində 2 gün saxlanılıb, buraxıldığı günün səhəri gedib bağlatdırmışdır. “m10” bağlayanda hesaba giriş edə bilmir. “m10” ilə “online” əlaqə saxlamış, dərhal hansısa yerə yaxınlaşmaq istəmişdir. Dedilər ki, ancaq “online” əlaqə saxlayıb məlumatları verib bağlatdıra bilərsiniz. Pulun hara getdiyini bilmədi. Hesabı açdıqdan sonra hesab onun əlində deyil, açdığı andan qarşı tərəfə verdi və hesab telefonundan çıxış etdi.

26. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdilər. İddiaçının nümayəndəsi və vəkili əlavə olaraq qeyd etdi ki, qarşı tərəf deyir ki, “əsassız varlanmamışam, mənim də günahım yoxdur, “telegram” dan hansısa tanımadığım şəxsin qurbanı olmuşam.” Ona hətta birinci instansiya məhkəməsində təklif edildi ki, əgər tanımadığın şəxsin qurbanı olmusansa, “telegram” da olan bir yazışma təqdim etsin, dedi ki, “telegram” səhifəm də oğurlanıb. Bu, mümkün deyil. Tərəf özü ADNSU-da ali təhsil alır, 4-cü kurs tələbəsidir, kifayət qədər məlumatlı, təcrübəli şəxsdir. 20 manata “m10” eletron kabinetini kiməsə etibar etmək, bir az gülünc məsələdir, yəni inandırıcı görünmür. Cavabdeh özü də birinci instansiya məhkəməsində bildirib ki, bunun üçüncü dəfədir qurbanı olmuşdur, polislər çağırmış, o ziyanı da ödəmişdir. Əgər o ziyanları ödəmisənsə, onların da ziyanı ödəsin.

27. İddiaçı həmçinin bildirdi ki, hadisə o xəstə yatanda olubdur, “m10” un şifrələri də onun əlindədir, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 dən o şifrə ilə tapmışlar. Onun kimi nə qədər zərər çəkənlər var, heç oğruları da tapmırlar. O istəyir ki, cinayət işi açılsın, bankın pulu ödənilsin, bank da dövlətin xəzinəsidir. Onu aldadıb, dələduzluq ediblər. Onun kreditinə faizlər gəlir.

28. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdehə və üçüncü şəxsə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

29. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Maddə 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir.

30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

32. Hazırkı işdə iddia qismən təmin edildiyindən, cavabdeh cavabdeh2 qətnaməni ona münasibətdə iddianın təmin olunan hissəsində mübahisələndirdiyindən, qətnamənin əsaslılığı yalnız həmin hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı ilə “xxxx” ASC arasında müqavilə bağlanaraq kredit götürülmüş, iddiaçı tərəfindən məxfi saxlanılmalı olan məlumatların üçüncü şəxsə ötürülməsi nəticəsində kredit vəsaiti cavabdehlərin hesablarına köçürülmüşdür.

35. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 MMC tərəfindən təqdim edilmiş məlumatlarla təsdiq edilir ki, iddiaçıya məxsus bank hesabından ümumilikdə 9.000 (4.500 + 4.500) manat cavabdeh cavabdeh2 və 9.200 (4.500 + 4.700) manat isə digər cavabdeh cavabdeh1 hesablarına köçürülmüşdür.

36. Mülki qanunvericiliyin yuxarıda istinad olunan tələblərinə əsasən əsassız varlanma halında əsassız varlanan şəxs qanuni əsas və ya müqavilə əsası olmadan başqa şəxsin hesabına əmlak əldə edir. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

37. Həmçinin nəzərə alınmalıdır ki, mülki qanunvericilik qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut etmək vəzifəsini varlanmış şəxsin üzərinə qoyur.

38. Hazırki işdən müəyyən olunur ki, cavabdehin iddiaçının hesabına əsassız varlanmasına hər hansı qanuni və ya müqavilə əsası olmamışdır. Belə ki, tərəflər bir-birilərini tanımır, cavabdehin hesabına vəsaitin köçürülməsi iddiaçının iradəsinə uyğun olmamışdır.

39. Kollegiya qeyd edir ki, apellyasiya şikayətində göstərilən dəlillər (kredit müqaviləsinin bağlanmasında cavabdehin heç bir rolunun olmaması, pulun onun hesabına köçürülməsində cavabdehin təqsirinin olmaması) cavabdehi qanundan irəli gələn öhdəlik olaraq əsassız varlanma nəticəsində əldə etdiyi əmlakın qaytarılması vəzifəsindən azad etmir.

40. Cavabdeh daha özünün varlı olmadığı ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

41. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər: Məhəmməd Rüstəmli Fuad Abdıyev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar