Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(3-6)-424/2026 11.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızı (sədrlik edən və məruzəçi), Hakimlər Talışınski Fuad Şəmsəddin oğlundan Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, İddiaçı Allahveren qızının cavabdehlər X1 və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 dekabr 2025-ci il tarixli, 2(005)-1392/2025 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qeyri-yaşayış sahəsinin satılması adı altında alınmış 28000 manat pulun, dövlət rüsumunun və digər xərclərə görə ödənilmiş 4000 manat pulun, cəmi 32000 manat pul məbləğinin cavabdehlərdən tutulub ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1392/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən, iddia rədd edilmişdir. Daha sonra qətnamədən narazı qalan İddiaçı məhkəməyə apellyasiya şikayəti təqdim edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1392/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1392/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1392/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1392/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini və ya işin apellyasiya göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsini məhkəmə qəbzinə imza atmaqla 04 noyabr 2025-ci il tarixində rəsmi qaydada təhvil almış və 04 dekabr 2025ci il tarixdə apellyasiya şikayətini elektron məhkəmə portal vasitəsi ilə şəxsi kabinetindən (Bakı şəhərindən) təqdim etmişdir. Belə ki, MPM bir aylıq müddətini barxmamışdır. Eyni zamanda, məhkəməyə xx.xx.2025-ci il tarixdə hakimin və xx.xx.2025- ci il tarixdə məhkəmə sədrinin qəbulunda olduqdan sonra sədrin adına qətnamənin rəsmi qaydada təqdim edilməsinə dair ərizələrdən sonra 04 noyabr 2025-ci il tarixdə rəsmi qaydada almışdır. Məhkəməyə iddia ərizəsini təqdim etdiyi andan məhkəməyə məlumdur ki, işğaldan azad olunmuş Cəbrayıl rayonunda yaşayır və infrastruktur tam formalaşdırılmadığından internet və elektron resurslardan istifadə məhduddur. Məhkəmə qətnaməsinin rəsmi qaydada poçt vasitəsi ilə göndərilməsininə dair şifahi xahişinə baxmayaraq göndərilməmişdir. Buna görə də, qətnamənin rəsmi qaydada qəbul olunma tarixi xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Bildirir ki, məhkəmə qətnaməsini rəsmi qaydada qəbzə imza atmaqla alarkən məhkəmə işçisi tərəfindən 2 cür məhkəmə qəbzinə imza atdırılmış, bunlardan biri qətnamənin rəsmi qaydada alındığına dair digəri isə qətnamənin sürətinin təkrar rəsmi qaydada alındığına görədir. Sonradan məhkəmə işçisi qətnamənin sürətinin təkrar alınmasına dair məhkəmə qəbzinin texniki səhv olduğunu bildirmişdir. Qərardadda qeyd olunmuşdur ki, apellyasiya şikayəti müddəti buraxılmış və müddətin bərpasına dair ərizə təqdim edilməmişdir. Hesab edir ki, məhkəmənin gəldiyi nəticə səhvdir, belə ki məhkəmə işçisinin imza atdırdığı məhkəmə qəbzlərinin hər ikisi apellyasiya şikayətinə əlavə edilmişdir. Belə qənaətə gəlir ki, xx.xx.2025-ci il tarixdə rəsmi qaydada məhkəmə qəbzinə imza atmaqla qəbul etdiyi qətnamədən verilmiş apellyasiya şikayəti xx.xx.2025-ci il tarixdə sistemə yerləşdirilmiş və 1 ay müddəti buraxmamışdır. Bildirir ki, məhkəmə qətnaməsini məhkəmə qəbzinə imza atmaqla 04 noyabr 2025-ci il tarixində rəsmi qaydada təhvil almış və 04 dekabr 2025-ci il tarixdə apellyasiya şikayətini elektron məhkəmə portalı vasitəsi ilə şəxsi kabinetindən təqdim etmişdir. Belə ki, MPM bir aylıq müddətini buraxmamışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)- 1392/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1392/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 128.1, 130.3, 360, 362 və 363cü maddələrini nəzərə alaraq, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından aydın olur ki, mülki iş materiallarında olan elektron məhkəmə informasiya sistemindən çıxarışa əsasən mübahisələndirilən qətnamə 09 avqust 2025-ci tarixdə İddiaçı elektron kabinetinə yerləşdirilmişdir. Apellyasiya şikayəti isə xx.xx.2025-ci il tarixdə elektron məhkəmə informasiya sistemi vasitəsi ilə məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi apellyasiya şikayətini verən zaman həmin şikayətin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddət ötürülmüşdür. Lakin apellyasiya şikayətinə müddətin bərpası barədə ərizə əlavə edilməmişdir. Məhkəmə kollegiyası MPM-nin 133-cü maddəsini nəzərə alaraq vurğulayır ki, məhkəmələrdə gedən çəkişmələr uzun müddətdir davam edir, mübahisənin tezliklə və qanun çərçivəsində həll olunması isə ədalət mühakiməsinə xələl gətirən halların aradan qaldırılmasına, eləcə də məhkəmələrə inamın artırılmasına xidmət etməlidir. Belə ki, məhkəmə aktlarından şikayətin verilməsi mülki prosessual qanunvericiliklə dəqiq tənzimləndiyindən, həmin müddətlərə riayət edilməsi proses iştirakçılarını intizamlandırmaqla yanaşı, mülki prosesin təməl prinsiplərindən olan “hüquqi müəyyənlik” prinsipindən irəli gəlir. Əks yanaşma digər tərəflərin prosessual hüquqlarının pozulmasına gətirib çıxarar, həmçinin hüquqi müəyyənlik və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyi prinsipləri ilə ziddiyyət təşkil etmiş olardı. Beləliklə, yuxarıda göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməyərək birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 dekabr 2025-ci il tarixli, 2(005)- 1392/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №2(3-6)-424/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-424/2026
11.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver