Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-425/2026 29.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Mənzil Mülkiyətçilərinin Müştərək Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: borcun tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, hakimlər Talışınski Fuad Şəmsəddin oğlundan və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səmədzadə Günay Sarastən qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili vəkil1 iştirakı ilə, İddiaçı İddiaçı Mənzil Mülkiyətçilərinin Müştərək Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, müəyyən etdi İŞİN HALLARI
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMMC ilə bağlanılan müqavilə əsasında Cavabdeh istifadəsində olan qeyri-yaşayış sahəsinə kommunal xidmətlərin göstərilməsinə görə yaranmış 2024-ci ilin yanvar ayından 2025-ci ilin iyul ayı da daxil olmaqla hər ay üçün 160 manat olan ümumi məbləği 3040 manat təşkil edən borcun, o cümlədən 50,40 manat dövlət rüsumu, olmaqla ümumilikdə 3090,40 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, MMMC ilə bağlanılan müqavilə əsasında fərdi sahibkar olan Cavabdeh istifadəsində olan qeyri-yaşayış sahəsinə kommunal xidmətlərin göstərilməsinə görə 2024-ci ilin yanvar ayından 2025-ci ilin iyul ayı da daxil olmaqla hər ay üçün 160 manat olan ümumi məbləği 3040 manat təşkil edən borcun, o cümlədən ödənilməsi zərurəti vardır. İddiaçı MMMC tərəfindən ümumi qəbul edilmiş qərarla MMMC ilə müvafiq müqavilə əsasında hər ay kommunal xidmətlərin göstərilməsi üçün müəyyən edilmiş məbləğ ödənilməlidir. ##.##.2025-cü il tarixində xəbərdarlıq məktubu ilə qarşı tərəfə müraciət olunmuş və MMMC-yə ödənilməli olan ümumi məbləği 3040 manat təşkil edən borcun 3 gün ərzində ödənilməli olması xahiş edilmişdir. Tərəflər arasında bağlanmış olan həm yaşayış sahəsi, həm də qeyri-yaşayış sahəsi ilə bağlanmış müqavilələr, cavabdehə göndərilmiş oferta müqaviləsi, oferta müqaviləsinin göndərilməsinə dair poçt qəbzi ərizəyə əlavə edilmişdir. Xidmətlərin göstərilməsinə görə qeyri-yaşayış sahələrinin mülkiyyətçiləri aylıq 160 manat məbləğində pul ödəməlidirlər.
3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.
4. Məhkəmə qeyd etmişdir ki, iddiaçı MMMC tərəfindən məhkəməyə hər müvafiq il üçün xərclər və gəlirlər smetasının və maliyyə fəaliyyəti haqqında hesabatın tərtib edilməsi, onların təsdiq olunmaq üçün cəmiyyət iştirakçılarının ümumi yığıncağına təqdim edilməsi ilə bağlı heç bir sənəd təqdim olunmamışdır. Bu halda isə cavabdehdən tələb edilən borc məbləğinin hansı tariflər əsasında, necə hesablandığı qeyri-müəyyən olaraq qalır. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.1, 390.3, 440.2, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 38.1, 38.2, 43.1, 43.2.4, 109.5, 119.1, 119.2, 120.5, 122.3, 122.4, 125.1, 125.2, 125.2.4, 128.0, 128.0.3, 135.1, 135.2, 135.2.3, 135.2.4, 136.2, 136.2.1, 136.2.2, 137.4, 137.5, 137.7, 137.8, 137.9, 137.10, 138.5, 140.1-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ##### 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2015-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ ŞİKAYƏTƏ ETİRAZIN DƏLİLLƏRİ
1. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, iddia ərizəsi təqdim edilən zaman Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2024-cü il tarixli qətnaməsi də məhkəməyə təqdim edilmişdir. Belə ki, həmin qətnaməyə əsasən bundan əvvəlki borcların ödənilməsi məqsədilə iddiaçı İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəticavabdeh Cavabdeh qarşı “xidmət müqaviləsinə əsasən yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti ilə bağlanan müqavilə əsasında Cavabdeh istifadəsində olan qeyri-yaşayış sahəsinə kommunal xidmətlərin göstərilməsinə görə yaranmış 2018-ci ilin sentyabr ayından 2023-cü ilin dekabr ayı da daxil olmaqla hər ay üçün 30 manat olan ümumi məbləği 1920 (bir min doqquz yüz iyirmi) manat təşkil edən borcun, o cümlədən 39 manat 60 qəpik dövlət rüsumunun, ümumilikdə 1959,60 (bir min doqquz yüz əlli doqquz manat altmış qəpik) manat pulun borclu Cavabdeh tutularaq iddiaçı İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş və cavabdeh Cavabdeh 1920 (bir min doqquz yüz iyirmi) manat məbləğində borc pul və 39,60 (otuz doqquz manat altmış qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Nəzərə çatdırılmışdır ki, həmin qətnamədən apellyasiya şikayəti verilsə də, Bakı Apellyasiya Məhkəməsi tərəfindən şikayət təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Həmin qətnamənin icraya yönləndirilməsindən sonra da cavabdeh tərəfindən həmin ünvanda fəaliyyət göstərilməsinə baxmayaraq, kommunal xidmətlərin göstərilməsinə görə borclar ödənilməmişdir. Bu baxımdan həmin müddətdən sonrakı dövr üçün (2024-ci ilin yanvar ayından 2025- ci ilin iyul ayı da daxil olmaqla) kommunal borcun tələb edilməsi eyni formada məhkəmə qaydasında tələb olunmuşdur. Bu baxımdan qanuni qüvvəyə minmiş və hal-hazırda icra mərhələsində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin*(***)-****/**** saylı ##.##.2024-cü il tarixli Qətnaməsi də təsdiq edilir ki, cavabdehin kommunal borcların ödənilməsi öhdəliyi olmuşdur. Bu baxımdan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsində göstərilən mövqe tamamilə əsassızdır və iddia tələbinin rədd edilməsi əsas qismində çıxış edə bilməz. Məhkəmə qətnaməsində göstərildiyi kimi çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. Bu baxımdan iddia tələbinin rədd edilməsinin hər hansı hüquqi əsası yoxdur. Belə ki, İddiaçı MMMC tərəfindən müxtəlif cavabdehlərə, o cümlədən Cavabdeh qarşı kommunal xidmətlərə görə yaranmış borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət edilmiş və həmin iddia tələbləri təmin edilmişdir. Həmçinin məhkəmə qətnamələri qanuni qüvvəyə minmişdir. Bundan əvvəl də Cavabdeh qarşı bundan əvvəlki borcların ödənilməsinə dair məhkəməyə müraciət edilmiş və iddia tələbi t ə m i n edilmişdir. Lakin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsində bununla bağlı mövqe bildirilmədən və əsaslandırma olmadan iddia tələbi rədd edilmişdir. Bu baxımdan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməsi haqqında qətnamə qəbul edilməlidir.
3. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili vəkil1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. İş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLI MƏHKƏMƏ ARAŞDIRMASININ ƏSASINI TƏŞKİL EDƏN SƏNƏDLƏR
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeyri-X1 Reyestrindən ##.##.2023-cü il tarixli, çıxarışdan görünür ki, İddiaçı MMC ##.##.2018-ci il tarixdən 1118-MM5-0089 qeydiyyat nömrəsi ilə Qeyri-X1 Reyestrində qeydiyyata alınmışdır.
6. ##.##.2019-cu il tarixli Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, 27, 29, 31, 33,35, 37, 39 (Yeni qaydalarla: AZ1033, ünvan 1) ünvanında yerləşən qeyri-yaşayış sahəsi Cavabdeh mülkiyyətindədir.
7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş və cavabdeh Cavabdeh 1920 (bir min doqquz yüz iyirmi) manat məbləğində borc pul və 39,60 (otuz doqquz manat altmış qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə ödənilməsi qət edilmişdir.
8. “xxxx” MMC ilə İddiaçı MMMC arasındakı ##.##.2024-cü il tarixli, S-ELV **/X nömrəli müqavilə əsasında liftin aylıq texniki xidməti göstərilməsi, “xxxx” MMC tərəfindən məişət tullantılarının daşınması barədə hesab fakturalar iş materiallarına əlavə edilmişdir. ## #### 2025-ci il tarixli, PRF-**-SA nömrəli arayışdan görünür ki, “xxxx” MMC tərəfindən İddiaçı MMMC-yə məxsus Heydər Əliyev prospekti 87/89 ünvanında yerləşən su anbarı yuyulmuş və dezinfeksiya olunmuşdur.
9. İddiaçı MMMC tərəfindən ##.##.2025-ci il tarixli xəbərdarlıq məktubu cavabdeh Cavabdeh ##.##.2025-ci il tarixdə göndərilmiş, ##.##.2025-ci il tarixdə isə cavabdeh tərəfindən təhvil alınmışdır. Xəbərdarlıq məktubunda aşağıdakılar qeyd edilmişdir: “Məlumat üçün bildiririk ki, İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti ilə bağlanılan müqavilə əsasında tərəfinizdən qeyri-yaşayış sahəsinə kommunal xidmətlərin göstərilməsinə görə 2024-cü ilin yanvar ayından 2025-ci ilin iyul ayı da daxil olmaqla hər ay üçün 160 manat olan ümumi məbləği 3040 AZN (üç min qırx ) təşkil edən borcun tərəfinizdən ödənilməsi zərurəti vardır. İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən ümumi qəbul edilmiş qərarla MMMC ilə müvafiq müqavilə əsasında hər ay kommunal xidmətlər üçün müəyyən edilmiş məbləğ ödənilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə ödənilməli olan ümumi məbləği 3040 AZN (üç min qırx ) təşkil edən borcun 3 (üç) gün ərzində ödəməyinizi xahiş edirik. Əgər həmin müddətdə yaranmış olan borcunuzu ödəməsəniz, tərəfimizdən məhkəməyə müraciət olunacaq və bu zaman məhkəməyə müraciət ilə bağlı ödənilən rüsumlar və hüquqi yardıma görə ödənilən məbləğ Sizdən tələb olunacaqdır.”
10. İddiaçı MMMC ilə Nərimanov rayonu, Heydər Əliyev prospekti 87/89 Mənzil Mülkiyyətiçiləri arasında ##.##.2023-cü il tarixli Xidmət Müqaviləsi bağlanmışdır.
TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
12. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
13. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi xahiş edilir.
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə əsasən Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
15. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin - Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır. Çoxmənzilli binanın idarəetmə üsulunu seçmək çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aiddir (maddə 43.1, 43.2.4). Kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir (maddə 109.5). Bu Məcəllənin 120.2-ci maddəsində göstərilən binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirak hüququ vardır (maddə 121). Mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı cəmiyyətin ali idarəetmə orqanıdır və bu Məcəllə, həmçinin nizamnamə ilə müəyyən edilmiş qaydada çağırılır (maddə 125.1). Mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağının səlahiyyətləri aşağıdakılardır:... 125.2.4. cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək (maddə 125.2). Mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağının cəmiyyətin idarə heyətinin səlahiyyətlərinə aid olan məsələləri həll etmək hüququ vardır (maddə 125.4). Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyətinin vəzifələri aşağıdakılardır: 128.0.3. müvafiq il üçün cəmiyyətin xərclər və gəlirlər smetasını və maliyyə fəaliyyəti haqqında hesabat tərtib etmək, onları təsdiq olunmaq üçün cəmiyyət iştirakçılarının ümumi yığıncağına təqdim etmək (maddə 128.0). Yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq çoxmənzilli binanın ümumi əmlakının qanunvericiliyin tələblərinə müvafiq olaraq saxlanmasını təmin edən miqdarda müəyyən edilir (maddə 138.1). Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı çoxmənzilli binanın yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarı həmin binanın sahə mülkiyyətçilərinin bu Məcəllənin 44-47-ci maddələrində müəyyənləşdirilən qaydada keçirilən ümumi yığıncağında bir ildən az olmayan müddətə müəyyən edilir (maddə 138.4.). Kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir (maddə 139.1). Əgər çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi yığıncaqda yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarının müəyyənləşdirilməsi barədə qərar qəbul etməzlərsə, bu miqdar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir (maddə 140.3). Çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən, ya da idarəedici təşkilat tərəfindən idarə edilməsi üsullarından birini seçməyə borcludur (maddə 141.2). Çoxmənzilli binanın idarə edilməsi üsulu binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında seçilir və istənilən vaxt onun qərarı əsasında seçilə və ya dəyişdirilə bilər. İdarəetmə üsulunun seçilməsi barədə ümumi yığıncağın qərarı binanın bütün sahə mülkiyyətçiləri üçün məcburidir (maddə 141.3).
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2015-ci il tarixli qərarı Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər. Konstitusiya Məhkəməsinin Plenumu xüsusilə vurğulayır ki, belə müqavilələrdə müəyyən olunan xərclər və xidmət haqları görülən işlərə və xidmətlərə uyğun hesablanmalı, real qiymətləri əks etdirməlidir, eləcə də sahə mülkiyyətçilərinin sosial, iqtisadi və maddi vəziyyəti nəzərə alınmaqla aydın və ağlabatan olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2020-ci il tarixli qərarı Mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq şəkildə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü tələb etmir. Belə ki, Mənzil Məcəlləsinin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Bununla belə çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onu ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi vəzifəsindən azad etmir... Nəzərə almaq lazımdır ki, mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı cəmiyyətin ali idarəetmə orqanıdır, cəmiyyətin idarə heyətinin səlahiyyətlərinə aid olan məsələləri həll etmək hüququna malikdir (Mənzil Məcəlləsinin 125.1 və 125.4-cü maddələri). Həmin Məcəllənin 125.2.4-cü maddəsinə müvafiq olaraq isə cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək ümumi yığıncağın müstəsna səlahiyyətidir... Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti tərəfindən idarə olunan çoxmənzilli binalarda kommunal xidmətlərdən istifadəyə görə yaranmış borcların ödənilməsinə dair işlərin düzgün araşdırılması üçün vacib əhəmiyyət daşıyan hallar sırasına Mənzil Məcəlləsinin 128.0.3-cü maddəsində nəzərdə tutulmuş qaydaya riayət olunması faktının yoxlanılması daxildir.
17. Azərbaycan Respublikasının MPM Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4).
18. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyə əsasən, kommunal xidmətlərin məbləğini müəyyən etmək səlahiyyəti məhz çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağına məxsusdur. Qanunun mənasına görə xidmətlərin məbləği ya ümumi yığıncağın özü tərəfindən müəyyən edilməli, yaxud da müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normativlərə uyğun hesablanmalıdır. Binanın idarəetmə orqanı çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağıdır və binanın idarəetmə üsulunu seçmək səlahiyyətinə sahibdir. İxtisaslaşmış istehlak kooperativinin yaradılmadığı çoxmənzilli binanın yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarı ümumi yığıncaqda müəyyən edilir. Əgər yığıncaqda həmin haqqın miqdarının müəyyənləşdirilməsi barədə qərar qəbul edilməzsə, bu miqdar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Mənzil qanunvericiliyinin istinad olunan normaları ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarlarında ifadə edilmiş hüquqi mövqelərə görə mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq şəkildə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü tələb etmir. Belə ki, Mənzil Məcəlləsinin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Bununla belə çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onu ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi vəzifəsindən azad etmir. Çoxmənzilli binalarda ümumi əmlakın saxlanması və təmiri üzrə müqavilələrdə göstərilən xərclər və xidmət haqları görülən işlərə və xidmətlərə uyğun hesablanmalı, real qiymətləri əks etdirməlidir, eləcə də sahə mülkiyyətçilərinin sosial, iqtisadi və maddi vəziyyəti nəzərə alınmaqla aydın və ağlabatan olmalıdır. Mənzil Məcəlləsinin 125.2.4-cü maddəsinə müvafiq olaraq isə cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək ümumi yığıncağın müstəsna səlahiyyətidir.
19. Beləliklə, iş materiallarından müəyyən edilir ki, iddiaçı-Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən idarə olunan çoxmənzilli binada cavabdehə məxsus qeyriyaşayış sahəsi yerləşir. İddiaçı cavabdehdən binanın ümumi əmlakının saxlanılması, sanitariya xidməti, mühəndis-kommunikasiya sistemlərinin istismarı, mühafizə, cari texniki xidmət və digər idarəetmə xərcləri üzrə yaranmış borcun tutulmasını tələb etmişdir. Birinci instansiya məhkəməsi tərəflər arasında ayrıca yazılı xidmət müqaviləsinin bağlanmamasını əsas götürərək iddianı rədd etmişdir. Məhkəmə kollegiyası həmin nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.
20. Belə ki, çoxmənzilli binada yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin mülkiyyətçilərinin ümumi əmlakın saxlanılması xərclərində iştirak etmək vəzifəsi bilavasitə qanundan irəli gəlir. Bu öhdəlik sahə üzərində mülkiyyət hüququnun əldə olunması faktı ilə yaranır və ayrıca mülki-hüquqi müqavilənin bağlanmasından asılı deyildir. Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinin müqavilədən deyil, qanundan yaranan öhdəlik münasibəti olduğunu nəzərə almamış, yalnız müqavilənin olmamasını formal əsas kimi qəbul etməklə yanlış nəticəyə gəlmişdir. İş materialları ilə müəyyən olunur ki: -cavabdeh mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin mülkiyyətçisidir; -həmin sahə çoxmənzilli binanın tərkib hissəsidir; -bina iddiaçı tərəfindən idarə olunur; -ümumi əmlakın saxlanılması və istismarı üzrə xidmətlər faktiki həyata keçirilmişdir; -cavabdeh qanunla müəyyən olunmuş ödəniş öhdəliyini yerinə yetirməmişdir. Cavabdeh tərəfin “müqavilə bağlanmamışdır” arqumenti özü-özlüyündə ödənişdən azad edilmə üçün əsas hesab edilə bilməz. Çünki öhdəlik yalnız müqavilədən deyil, qanunda nəzərdə tutulmuş digər hüquqi əsaslardan da yarana bilər.
21. Məhkəmə kollegiyası nəzərə alır ki, cavabdehə məxsus qeyri-yaşayış sahəsi çoxmənzilli binanın tərkib hissəsidir və həmin sahə ümumi mühəndis-kommunikasiya sistemləri, konstruktiv elementlər və digər ümumi istifadə obyektləri ilə funksional bağlılıq təşkil edir. Cavabdehin xidmətlərdən faktiki istifadə etmədiyinə və ya istifadə imkanının olmadığına dair mötəbər sübutlar təqdim edilməmişdir.
22. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və qanunvericiliyin müvafiq müddəalarına istinadla bağlı düzgün nəticəyə gəlməmişdir. Apellyasiya şikayətinin dəlilləri isə mübahisələndirilən qətnamənin ləğvi üçün əsas təşkil edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməli, cavabdeh Cavabdeh 3040 (üç min qırx) manat məbləğində borc tutularaq iddiaçı İddiaçı Mənzil Mülkiyətçilərinin Müştərək Cəmiyyətinə ödənilməlidir.
23. MPM-nin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
24. Məhkəmə kollegiyası iddiaçının hazırki qətnamədən kassasiya şikayətinin verilməsi hüququna dair qeyd edir ki, MPM-nin 402.1-ci maddəsinə əsasən qətnamədən kassasiya şikayəti verilə bilməz (mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduqda).
25. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2, 384, 392, 393 və 402.1 maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ləğv edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh Cavabdeh 3040 (üç min qırx) manat məbləğində borc və 50,40 (əlli manat qırx qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı İddiaçı Mənzil Mülkiyətçilərinin Müştərək Cəmiyyətinə ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 26 (iyirmi altı) manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov