Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-432/2026 16.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Açar sözlər: (müqavilə üzrə alınanların geri qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi, Iddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil1 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları, iş üzrə məhkəmə icraatı 1.Iddiaçı İddiaçı və cavabdeh Cavabdeh arasında Bakı şəhəri ** saylı notariat ofisində Daşınmaz əmlakın alğı-satqısına dair ##.##.2021-ci il tarixli AN-İ seriyalı ******* saylı müqaviləyə əsasən, sonuncuya məxsus ünvan 1 ünvanında yerləşən mənzili İddiaçı 110.000 manata satmışdır. Müqavilənin şərtinə görə 70.000 manat banka həmin gün, qalan 40.000 manat isə ##.##.2021-ci il tarixdə ödənilməlidir. 2.Qəbzdən görünür ki, İddiaçı 70.000 manat məbləğində pulu ##.##.2021-ci il tarixdə saat 15:11:24-də notariusun depozit hesabına mədaxil etmişdir. Notariat işində olan digər qəbzdən isə görünür ki, İddiaçı həmin gün saat 15:54:17-də notariusun depazit hesabına 40.000 manat pul da mədaxil etmişdir. 3.Cavabdeh İddiaçı, Bakı şəhəri ** saylı Notariat Ofisinə və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, mənzillə bağlı alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e- *(***)-****/**** nömrəli, ## ### 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilsə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- ****/**** nömrəli, ## ######## 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia tələblərinin təmin edilməsi qət edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının *(***)-***/**** saylı ##.##.2024-cü il tarixli qərarı ilə də apellyasiya instansiyası məhkəməsinin qeyd edilən qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. 4.Hazırda iddiaçı cavabdehdən müqavilə üzrə ödədiyi 110000 manat məbləğdə pulu və zərərini tələb edir. a) Birinci instansiya məhkəməsində icraat
5. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 110000 manat alqı-satqı müqaviləsinə əsasən mənzilə görə ödənilmiş pulun, həmin evin pulundan ##.##.2021-ci il tarixindən indiyədək faydalanmağa görə bütün ödənilməli vəsait üzrə (110000 manat) Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə faizi üzrə hesablanmış 12200 manat pulun və 800 manat (evin alışı və satışı zamanı) notarial xərcin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi; hüquqi yardım üçün ödənilmiş 300 manat pulun, və 17,25 manat pulun (etibarnaməyə görə ödənilmiş) notarial xərclərin, iddia vermək üçün ödənilmiş 413 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı və cavabdeh Cavabdeh arasında Bakı şəhəri ** saylı notariat ofisində ##.##.2021- ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi imzalanmış, həmin müqaviləyə əsasən mənzil İddiaçı mülkiyyətinə verilmişdir. Bakı şəhəri ** saylı notariat ofisində bağlanmış ##.##.2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı sözügedən mənzili Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs satmışdır. Cavabdeh İddiaçı qarşı iddia ərizə ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, onunla İddiaçı arasında Bakı şəhəri mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 bağlanmış ## ######## 2018-ci il tarixli kredit müqaviləsinin, həmin kredit müqaviləsi əsasında verilən icra qeydinin ləğv edilməsini və həmin mənzillə bağlı alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qanuni qüvvəyə minmiş *(***)-****/**** saylı, ##.##.2023-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Hüseynov küçəsi, ev 5/7, mənzil № ***-ya (yeni qaydalarla: Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 196, M 17,mənzil № *-ə) dair Cavabdeh ilə İddiaçı arasında bağlanmış, Bakı şəhəri ** saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilərək 4Ə-82 nömrə ilə reyestrdə qeydə alınmış ##.##.2021-ci il tarixli ******* nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab olunmuş, həmin müqavilənin əsasında dövlət reyestrində İddiaçı mülkiyyət hüququna dair aparılmış qeyd və verilmiş reyestr çıxarışı ləğv edilmişdir. Eyni zamanda həmin qətnamə ilə sözügedən mənzillə bağlı İddiaçı ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs arasında bağlanmış, Bakı şəhəri ** saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilərək 4Ə-272 nömrə ilə reyestrdə qeydə alınmış ##.##.2022-ci il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, həmin müqavilənin əsasında dövlət reyestrində Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs mülkiyyət hüququna dair aparılmış qeyd və verilmiş reyestr çıxarışı ləğv edilmişdir. Bundan sonra, Cavabdeh həmin məhkəmə qərarına istinad edərək İddiaçı qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Hüseynov küçəsi, ev 5/7, *** saylı (Yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 196, M 17, mənzil № *) mənzilin cavabdehlərin və qeyrilərinin qeyriqanuni istifadəsindən alınıb verilməsi, mənzildə cavabdehlərə məxsus əşyaların boşaldılması və maddi ziyana görə 12.800 (on iki min səkkiz yüz) manat, mənəvi zərərin əvəzi olaraq 5000 (beş min) manat pul vəsaitinin, həmçinin tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iddia tələbi Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı iş üzrə icraatındadır. Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Hüseynov küçəsi, ev 5/7, mənzil № ***-ya (yeni qaydalarla: Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 196, M 17,mənzil № *-ə) dair Cavabdeh ilə İddiaçı arasında bağlanmış, Bakı şəhəri ** saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilərək 4Ə-82 nömrə ilə reyestrdə qeydə alınmış ##.##.2021-ci il tarixli ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı Cavabdeh 110 000 (yüz on min) manat pul vermişdir. Həm Ali Məhkəmənin *(***)-***/**** nömrəli ##.##.2024-cü il tarixli Qətnaməsində, həm də Nəsimi Rayon Polis Şöbəsi tərəfindən aparılmış araşdırma materiallarına əsasən “cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərarda da bu fakt öz əksini tapmışdır. Bu faktı, yəni mənzilin satılması və 110 000 manat pulun ödənilməsini təsdiq edən etirafedici səs yazısı da vardır. Həmçinin pulun verilməməsi faktı Məhkəmədə öz əksini tapmamışdır. Cavabdeh mübahisəli mənzildən çıxarılmasını tələb edir, bu zaman etibarsız hesab edilmiş müqavilə üzrə İddiaçı tərəfindən Cavabdeh ödənilmiş 110 000 (yüz on min ) manat pulu da qaytarmalıdır. Həmin müqavilənin etibarsız hesab edilməsi nəticəsində hər iki tərəf müqavilədən əldə etdiklərini geri qaytarmalıdır. Həmçinin bildirilir ki, ##.##.2021-ci il tarixli ******* nömrəli alqı-satqı müqaviləsi artıq 41 aydır ki, imzalanmışdır. Hesab edilir ki, müqavilənin dəyəri ilə yanaşı həmçinin bütün ödənilməli vəsait üzrə (110 000 manat) Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə cavabdehdən tutuaraq iddiaçı İddiaçı ödənilməlidir. Hesablamalara görə bu məbləğ 12200 manat edir.
7. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil3 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. O qeyd etdi ki, cavabdeh müqavilə üzrə alınmış bütün vəsaiti, eyni zamanda əldən çıxmış fayda olaraq iddiaçıya dəymiş ziyanı ödəməlidir. Pul vəsaiti notariusun depozit hesabı vasitəsilə ödənilmişdir. Təqdim edilmiş səs yazılarından da müəyyən edilir ki, iddiaçı 110000 manat ödəməyə razılaşmış, borcunu etiraf etmişdir.
8. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh nümayəndəsi və vəkili vəkil2 bildirdi ki, Müjgan pul götürməyib. pulu Sənani götürüb. Tərəflərin öncədən tanışlıqları olmayıb. 70.000 pulu alıb. Teyyub maklerdi, alqı-satqıdan 4000 manat ona verilib. Ramil isə 8000 götürüb. Bank və notariat ofisinin məlumatı olub. Banka 2 dəfə olmaqla 70.000 və 40.000 qoyulub. 70.000 götürüldükdən sonra 40.000 depozit hesabına qoyulub. Yarım saat ara ilə pul veriləcək idisə hansı səbəbdən nisyə müqavilə bağlanmışdır, məlum deyil. Öncəki məhəmə prosesində restitusiya məsələsinin həll edilməməsinin səbəbi məhz müqavilədə göstərilən məbləğin iddiaçı tərəfindən cavabdehə ödənilməməsi, iddiaçının niyyətinin mənzil əldə etmək olmaması, arada borc-sələm münasibətlərinin olması olub. Təqdim edilən videogörüntülərdən görünür ki Ramil özü də 70000 manat müqabilində evin girov qoyulduğunu təsdiq edir.
9. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilən X5 ifadəsində bildirdi ki, Sanani Müjganla onun direktoru olub. Ramili tanımamışdır. Sənani özünə tikinti şirkəti qurmuşdu. Pandemiya vaxtları idi, onlara yanında işləməyi təklif etdi. Həmin vaxtlarda Müjgangil evlərini satmış, başqa ev almışdılar. Təmirin bir qismini etmişdilər, bunu o da bilirdi. Həmin vaxtlarda Sənani bildirdi ki, evi olan zamin lazımdır, iş qurmaq üçün bir adam olduğunu, ondan pul götürüb iş görəcəklərini, həm də Müjganın evinin təmirini edəcəklərini qeyd etdi. Müjganla düşünüblər ki, Sənanini artıq 2 ildir tanıyır, Müjganın vəziyyətini bilirdi və belə bir hərəkət etməzdi. Müjgan razılaşdı. Onlara yalnız notariusa gəlməyi və imza atmağı bildirdi. Notariusda Müjgan imza atıb və pulu götürüb. Notariat ofisinin yanında gətirib pulu Sənaniyə verdi. Sənani pulu götürdükdən sonra puldan 14.000 “şapka” pulu kimi Ramilə verdi. Onlar da nə baş verdiyini bilmədən kənardan müşayət ediblər. 2 ay ərzində evdə təmir gedirdi, hər şey qaydasında idi. 2 ay sonra Ramil onları axtarmağa başladı ki, Sənani pulu ödəmir, pul faizə verilib. Onlar biləndə gec idi artıq, Ramillə görüşüb vəziyyəti başa salıblar. Ramilə bilmədən imza atıldığını deyiblər. Sənani isə qaçmışdı, yox idi. Daha sonra sosial şəbəkələrdə Sənaninin şəkili paylaşılaraq “dələduz” olaraq ittiham edilirdi, rəylərdə isə çox sayda insanlar onlara qarşı da eyni əməl törədildiyi yazılmışdı. Ən çox qadınlara qarşı bu əməlləri etmişdi. Ramili araşdırdıqda isə faizə pul verdiyini və vasitəçilərlə işlədiyini biliblə.
10. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Mehriban Əfəndizadə) iddia qismən təmin edilərək, cavabdeh Cavabdeh 66500 (altmış altı min beş yüz) manat pul vəsaiti tutularaq iddiaçı İddiaçı ödənilməsi, mülki iş üzrə ödənilmiş dövlət rüsumunun 213 manatının cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilməsi, qalan hissədə iddiaçıya aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
11. Məhkəmə müəyyən etmişdir ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışına əsasən, ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Iddiaçı İddiaçı və cavabdeh Cavabdeh arasında Bakı şəhəri ** saylı notariat ofisində Daşınmaz əmlakın alğı-satqısına dair ##.##.2021-ci il tarixli AN-İ seriyalı ******* saylı müqaviləyə əsasən, sonuncuya məxsus ünvan 1 ünvanında yerləşən mənzili İddiaçı 110.000 manata satmışdır. Müqavilənin şərtinə görə 70.000 manat banka həmin gün, qalan 40.000 manat isə ##.##.2021-ci il tarixdə ödənilməlidir.
12. Qeyd edilən alqı-satqı müqaviləsi əsasında hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və o, ##.##.2022-ci il tarixdə AN-İ seriyalı ******* saylı Daşınmaz əmlakın alğı-satqısına dair müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən mənzili Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs 90.000 manata satmışdır.
13. Işin materiallarından görünür ki, Cavabdeh İddiaçı, Bakı şəhəri ** saylı Notariat Ofisinə və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, mənzillə bağlı alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ### 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilsə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- ****/**** nömrəli, ## ######## 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia tələblərinin təmin edilməsi qət edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının *(***)-***/**** saylı qərarı ilə də apellyasiya instansiyası məhkəməsinin qeyd edilən qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
14. Qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən edilmişdir ki, İddiaçılə alğı-satqı müqaviləsi həqiqi deyil, həmin müqavilə borc götürülmüş pulun və onun faizlərinin qaytarılmasının “təminatı” kimi bağlanıb.
15. Cavabdeh qeyd edilən məhkəmə qərarına istinad edərək İddiaçı qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Nəsimi rayonu, Ənvər Hüseynov küçəsi, ev 5/7, *** saylı (Yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 196, M 17, mənzil № *) mənzilin cavabdehlərin və qeyrilərinin qeyri-qanuni istifadəsindən alınıb verilməsi, mənzildə cavabdehlərə məxsus əşyaların boşaldılması və maddi ziyana görə 12.800 (on iki min səkkiz yüz) manat, mənəvi zərərin əvəzi olaraq 5000 (beş min) manat pul vəsaitinin, həmçinin tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq ona ödənilməsi barədə qətnamə çıxarasını xahiş etmiş, həmin iddia ərizəsi baxılmamış saxlanılmışdır. Tərəflərin izahatı ilə müəyyən edilir ki, mənzil hazırda Cavabdeh sahibliyi və istifadəsinə qaytarılmışdır.
16. Beləliklə də qeyd edilən qanuni qüvvəsi almış məhkəmə aktı ilə birmənalı olaraq təsdiq edilmişdir ki, Cavabdeh İddiaçı ilə aralarında bağlanmış Bakı şəhəri ** saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilərək 4Ə82 nömrə ilə reyestrdə qeydə alınmış ##.##.2021-ci il tarixli ******* nömrəli alqı-satqı müqaviləsi həqiqi deyil, həmin müqavilə borc götürülmüş pulun “təminatı” kimi bağlanıb.
17. Hazırda iddiaçı Bakı şəhəri ** saylı Notariat Ofisində 4Ə-82 nömrə ilə reyestrdə qeydə alınmış ##.##.2021- ci il tarixli ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən tərəfindən Cavabdeh 110 000 (yüz on min) manat pul verməsinə istinad edərək həmin pulun qaytarılmasını, həmçinin müqavilənin dəyəri ilə yanaşı həmçinin bütün ödənilməli vəsait üzrə (110 000 manat) Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə 12200 manat ödənilməsini xahiş edir.
18. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında faizlə pul verilməsi ilə bağlı münasibətlər olması işin mübahisəsiz halıdır və qeyd olunduğu kimi bu mənzilin alqı-satqısı ilə bağlı olmamışdır. Həm hazırki iş üzrə dindirilmiş şahid ifadəsi ilə həm də qanuni qüvvəsini almış məhkəmə aktında əksini tapmış şahid ifadələrində də birmənalı olaraq təsdiq edilir ki, tərəflər arasında iş qurmaq məqsədi ilə vəsait qoyulması üçün vasitəçilərin köməyi ilə evin girov qoyulmaqla pul əldə edilməsi ilə bağlı münasibətlər yaranmışdır. Lakin müqavilədə evin qiymətinin 110000 manat göstərilməsinə baxmayaraq faktiki olaraq tərəflər arasında ilkin olaraq 70.000 manatla bağlı razılıq əldə edilmişdir. Alqı-satqı müqaviləsindən də görünür ki, qeyd edilən məbləğ müqavilə bağlanan gün banka ödənilməsi razılaşdırılmışdır. Belə ki, həmin müqavilənin 5-ci bəndində qeyd edilmişdir ki, İddiaçı ona 70.000 manat məbləği notariusun bankda açılan depazit hesabı vasitəsilə ödəməyi öhdəsinə götürür. Müqavilənin həmin bəndində həmçinin qeyd edilmişdir ki, qalan 40.000 manatı isə Ramil ##.##.2021-ci il tarixədək ödəməyi öhdəsinə götürür. Bu barədə qəbzdən görünür ki, İddiaçı 70.000 manat məbləğində pulu ##.##.2021-ci il tarixdə saat 15:11:24-də notariusun depozit hesabına mədaxil etmişdir. Notariat işində olan digər qəbzdən isə görünür ki, İddiaçı həmin gün saat 15:54:17də notariusun depazit hesabına 40.000 manat pul da mədaxil etmişdir.
19. Iddiaçının əvvəlki işlər üzrə iddiasından da görünür ki, notariusun deposit hesabına ümumilikdə 110.000 manat pul qoymuş və onu aldadaraq guya ##.##.2021-ci il tarixdə 40.000 manatı da qəbul etməsi ilə bağlı sənədi digər sənədlərlə birlikdə ona imzalatdırmışdır. Həmçinin də qanuni qüvvəsini almış məhkəmə aktında da qeyd edilmişdir ki, belə məlumatlar var ki, pul depozit hesabdan çıxarıldıqdan sonra müxtəlif şəxslərə verilib, o cümlədən borc verən İddiaçı (alğı-satqı müqaviləsində “alıcı” kimi göstərilən şəxsə) 8.000 manat “şapka” verilib, İddiaçı iddiaçı (alğı-satqı müqaviləsində “satıcı” kimi göstərilən şəxs) ilə əlaqələndirən Teyyub adlı şəxsə bu xidmətinə görə 4.000 manat verilib.
20. Məhkəmə iddiaçının iddia tələbinin 40000 manat hissədə, başqa sözlə iddiaçıya əsil həqiqətdə 110000 manat verməsinə dair tələbinin əsaslı olmasına dair istinad etdyi hallar üzrə verdiyi izahatlarının heç bir sübut növü ilə təsdiqini tapmadığı üçün inandırıcı və əsaslı hesab etməmişdir.
21. Məhkəmə qeyd etmişdir ki, iddiaçı həm qəbul edilmiş məhkəmə aktlarında həm də Nəsimi Rayon Polis Şöbəsi tərəfindən aparılmış araşdırma materiallarına əsasən cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarda da bu faktın, yəni 110000 manat verilməsinin öz əksini tapmasına istinad etsə də, təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilmiş səs yazılarında fakt öz təsdiqini tapmamış, əksinə cavabdehin 70000 manatdan əlavə məbləğlərinin faiz olması və bu faizin də dayandırılması kimi danışıqların olması müəyyən edilmişdir. Təqdim olunmuş sübutlar tərəflər arasında həqiqətən də faizlə pul verilməsi faktının olmasını təsdiq edir. Buna görə də məhkəmə iddiaçının cavabdehə məhz 110000 manat verməsinə dair izahatını da heç bir sübutla təsdilənmədiyindən inandırıcı saymamış və iddia tələbinin də məhz qalan məbləğ hissəsində qaytarılmalı olmasına dair hissəsinə hüquqi qiymət verilməli olmasını qeyd etmişdir.
22. Məhkəmə iddiaçının tələbini alqı-satqı müqaviləsinin etibarsız hesab olmasına görə restitusiya tələbi kimi qiymətləndirmişdir.
23. Birinci instansiya məhkəməsi əlavə etmişdir ki, əvvəlki mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə iddiaçı mənzilini faizlə pul almaq müqabilində girov qoymaq məqsədi olması şəksiz qaydada müəyyən edilmişdir. Iddiaçı ilə cavabdeh arasında mövcud olmuş münasibətləri ilə bağlı məsələ üzrə iddiaçının hazırkı restitusiyaya əsaslanan tələbi daxilində həll edilməsi baxımından məhkəmə qeyd etmişdir ki, əvvəlki mülki iş üzrə məhkəmələrin mövqeyinə görə əgər restitusiyanın tətbiqi barədə iddia yoxdursa, əqd etibarsız sayılarkən məhkəmə öz təşəbbüsü ilə restitusiyanı o halda tətbiq edə bilər ki, əqd üzrə alınanları həmin işdə olan sübutlar əsasında tam müəyyənləşdirmək mümkün olsun. Bunu müəyyənləşdirmək mümkün deyilsə, restitusiya barədə ayrcıa iddia verilməli, müvafiq sübutlar təqdim edilməli və həmin tələb üzrə tərəflərin çəkişməsi təmin edilməklə qətnamə qəbul olunmalıdır. Hazırkı işdə olan sübutlar əqd üzrə alınanları tam müəyyənləşdirməyə imkan vermir. Çünki həqiqi alğı-satqı münasibəti olmayıb, 1-ci müqavilə üzrə depozit hesaba köçürülən pul mənzilin qiyməti kimi deyil, borc kimi verilib.
24. Məhkəmə qeyd etmişdir ki, hazırki iş üzrə də borc münasibətlərinə əsaslanan münasibətlər olmadığı üçün bu məhkəmə mübahisəsinin predmeti ola bilməz. Lakin hər bir halda təqdim edilmiş sübutlar əqd etibarsız sayıldığından əqd üzrə alınanları tam müəyyənləşdirməyə imkan verir. Belə ki, Mülki Məcəllənin 337.5-ci maddəsinin dispozitiv şərtindən göründüyü kimi, restitusiya yalnız tərəflərin əqd üzrə bir-birindən aldıqlarına münasibətdə tətbiq oluna bilər. Buna görə də məhkəmə hesab edir ki, hazırki mübahisə restitusiya ilə bağlı normaların tələbləri baxımından həll edilməlidir.
25. Məhkəmə hesab etmişdir ki, cavabdehin etibarsız sayılmış əqd üzrə iddiaçıdan aldığı məbləğin 70000 manat olması yuxarıda sadalanan işin halları və araşdırılan sübutlarla tam öz təsdiqini tapmışdır. Eyni zamanda araşdırma zamanı təqdim edilmiş görüntülərdə cavabdeh tərəfindən iddiaçıya 1500 və 2000 manat qaytarılması da öz əksini tapdığından məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya qaytarılmalı olan məbləğ 66500 (altmı şaltı min beş yüz) məbləğində müəyyən edilməlidir.
26. Birinci instansiya məhkəməsi iddia tələbinin Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə faizi üzrə hesablanmış 12 200 manat pulun və 800 manat (evin alışı və satışı zamanı) notarial xərcin tutulması hissələr ilə bağlı hesab etmişdir ki, tərəflər arasında alqı-satqı ilə bağlı deyil, faizlə pul verilməsi ilə bağlı münasibətlər olması işin mübahisəsiz halı kimi təsdiqini tapdığı üçün tələb bu hissələrdə əsaslı sayıla bilməz.
27. Hüquqi yardımla bağlı ödənilmiş 300 manat xərclə əlaqədar iddiaçı tərəfdən hər hansı sübut – müqavilə, qəbz təqdim edilmədiyindən, məhkəmə iddia tələbinin o hissədə təmin edilməməsi qənaətinə gəlmişdir.
28. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəlləsinin 337.1-337.3, 337.4, 337.5, 389.1, 6.2., 390.1-ci maddələri; “T.Mənsurovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2010-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına vя qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2011-ci il tarixli Qərarı; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının # ###### 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ##.##.2022-ci il tarixli Qərarı; və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 121.1, 218.3, 82.3, 107, 217.4 və 220.5-ci maddələrinə istinadla əsaslandırmışdır
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
29. Iddiaçı İddiaçı apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilərək iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
30. Apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə iddiaçının iddia tələbinin 40000 manat hissədə, başqa sözlə iddiaçıya əsil həqiqətdə 110000 manat verməsinə dair tələbinin əsaslı olmasına dair istinad etdiyi hallar üzrə verdiyi izahatlarının heç bir sübut növü ilə təsdiqini tapmadığı üçün inandırıcı və əsaslı saymır. Iddiaçı həm qəbul edilmiş məhkəmə aktlarında həm də Nəsimi Rayon Polis Şöbəsi tərəfindən aparılmış araşdırma materiallarına əsasən cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarda da bu faktın, yəni 110000 manat verilməsinin öz əksini tapmasına istinad etsə də, təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilmiş səs yazılarında fakt öz təsdiqini tapmamış, əksinə cavabdehin 70000 manatdan əlavə məbləğlərinin faiz olması və bu faizin də dayandırılması kimi danışıqların olması müəyyən edilmişdir. Təqdim olunmuş sübutlar tərəflər arasında həqiqətən də faizlə pul verilməsi faktının olmasını təsdiq edir. Buna görə də məhkəmə iddiaçının cavabdehə məhz 110000 manat verməsinə dair izahatını da heç bir sübutla təsdilənmədiyindən inandırıcı saymır və iddia tələbinin də məhz qalan məbləğ hissəsində qaytarılmalı olmasına dair hissəsinə hüquqi qiymət verilməli olmasını qeyd edir. Eyni zamanda məhkəmə iş materiallarında olan səs yazılarını tədqiq edərək belə qənaətə gəlmişdir ki, guya cavabdeh yalnız 70.000 manat məbləğində pul almış, qalan məbləğ isə faiz xarakterli olmuşdur. Halbuki, qeyd olunan səs yazılarının məzmunu iddiaçının 110.000 manat tələbini inkar etmir və borcun 70.000 manat olmasını təsdiq edən heç bir açıq və birmənalı ifadə ehtiva etmir. Əksinə, səs yazılarında iddiaçı ardıcıl olaraq 110.000 manat pulunu tələb edir, cavabdeh isə həmin məbləğin hansı qaydada qaytarılmasını müzakirə edir. Səs yazısının cavabdeh Cavabdeh tərəfindən qeydə alındığı və onun video çəkiliş aparıldığını bildiyi şəraitdə danışdığı nəzərə alındıqda, cavabdehin borcun real məbləğini qəsdən dəqiq ifadə etməməsi ehtimalı tamamilə əsaslıdır. Səs yazısında yer alan aşağıdakı dialoq bunu açıq şəkildə göstərir: – Qadın səsi: “Sən 110 min almısan, Müjgan, ya 70 min almısan?” – Cavabdeh: “70 min almışam.” – Qadın səsi: “Bayaqdan 110 min deyir.” – Cavabdeh: “Yox e, o indi əlavə faizdi...” Bu dialoqdan da göründüyü kimi, cavabdeh 110.000 manat məbləğini inkar etmir, sadəcə onun mahiyyətini fərqli formada təqdim etməyə çalışır. Səs yazılarının tam şəkildə tədqiqi göstərir ki, həmin sübutlar borcun məhz 70.000 manat olmasını təsdiq etmir və bu barədə məhkəmənin gəldiyi qənaət əsassızdır. Iş materiallarında iddiaçı tərəfindən cavabdehə 70.000 manatın bir dəfə, 40.000 manatın isə ayrıca ödəniş şəklində verilməsinə dair sübutlar mövcud olduğu halda, məhkəmənin yalnız 70.000 manat hissəni əsaslı, 40.000 manat hissəni isə əsassız hesab etməsinin faktiki və hüquqi əsasları qətnamədə göstərilməmişdir. Bundan əlavə, məhkəmə tərəfindən iddiaçının uzun müddət pul vəsaitindən məhrum edilməsi nəticəsində əlavə maddi zərərə məruz qalması, eləcə də çəkdiyi xərclər və digər zərərlərlə bağlı hallara ümumiyyətlə hüquqi qiymət verilməmişdir ki, bu da qətnamənin əsaslandırılma tələblərinə ziddir. Göstərilən hüquq normaları əqdin etibarsız hesab edilməsi halında tərəflərin ilkin vəziyyətə qaytarılmasını (restitusiyanı) və xüsusilə alıcının ödədiyi pul vəsaitinin tam həcmdə ona qaytarılmasını imperativ qaydada nəzərdə tutur. Iş üzrə mübahisəli alqı-satqı müqaviləsi qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə etibarsız hesab edildiyindən, cavabdeh Cavabdeh müqavilə üzrə aldığı 110.000 (yüz on min) manat pul vəsaitini iddiaçı İddiaçı tam həcmdə qaytarmaq öhdəliyi yaranmışdır. Lakin, birinci instansiya məhkəməsi əqdin etibarsızlığının hüquqi nəticələrini düzgün müəyyən etməmiş, Mülki Məcəllənin 337.1 və 337.5-ci maddələrinin tələblərinə zidd olaraq cavabdehdən yalnız 66.500 manat məbləğində pul vəsaitinin tutulmasını nəzərdə tutan qətnamə qəbul etmişdir. Bununla da məhkəmə tərəflərin ilkin vəziyyətə qaytarılması prinsipini pozmuşdur. Məhkəmə tərəfindən cavabdehin iddiaçıdan guya yalnız 70.000 manat pul aldığı qənaətinə gəlinməsi, etibarsız əqd üzrə restitusiya öhdəliyinin həcminin süni şəkildə azaldılmasına gətirib çıxarmışdır. Halbuki iş materialları, o cümlədən sübutlar toplusu cavabdeh tərəfindən alınmış pul vəsaitinin 110.000 manat olduğunu təsdiq edir və bu halın özü belə mübahisəli müqavilənin etibarsızlığı fonunda məbləğin tam qaytarılmasını tələb edir. Beləliklə, birinci instansiya məhkəməsi etibarsız əqdin hüquqi nəticələrini müəyyən edərkən Mülki Məcəllənin 337.1 və 337.5-ci maddələrini düzgün tətbiq etməmiş, nəticədə iddiaçının hüquqlarının natamam bərpasına səbəb olan qanunsuz qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutlara obyektiv, hərtərəfli və tam qiymət verməmişdir. Belə ki, məhkəmə iş materiallarında mövcud olan və iddiaçı tərəfindən cavabdehə 110.000 manat pul vəsaitinin cavabdehə ödənilməsi təsdiq edən sübutlar (əvvəl qəbul edilmiş məhkəmə aktlarını, Nəsimi Rayon Polis Şöbəsi tərəfindən aparılmış araşdırma materialları əsasında qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı, habelə təqdim edilmiş səs yazılarını) təqdim edilmişdir. Lakin qeyd olunan sübutlar ayrı-ayrılıqda və qarşılıqlı əlaqədə qiymətləndirməmişdir. Məhkəmə yalnız səs yazılarının müəyyən hissələrinə istinad etməklə cavabdehin iddiaçıdan 70.000 manat məbləğində pul aldığı qənaətinə gəlmiş, lakin həmin səs yazılarının məzmununun iddia tələbinin 110.000 manat olmasını inkar etmədiyini, əksinə iddiaçının bütün danışıq boyu məhz bu məbləği tələb etdiyini nəzərə almamışdır. Bununla da məhkəmə sübutları birtərəfli şəkildə qiymətləndirmişdir. Üstəlik məhkəmə tərəfindən səs yazısının cavabdeh tərəfindən qeydə alınması və cavabdehin danışığın məzmununu təhrif etməyə cəhd göstərməsini nəzərə almamışdır. Eyni zamanda, iş materiallarında iddiaçı tərəfindən cavabdehə 70.000 manatın bir dəfə, 40.000 manatın isə qısa müddət ərzində ödənilməsinə düzgün hüquqi qiymət verməmişdir, məhkəmənin yalnız 70.000 manat məbləğini əsaslı, 40.000 manat məbləğini isə əsassız hesab etməsinin nə faktiki, nə də hüquqi əsasları qətnamədə göstərilməmişdir. Bu isə sübutlara seçici yanaşıldığını və onların hərtərəfli araşdırılmadığını açıq şəkildə göstərir. Bundan başqa, məhkəmə tərəfindən sübutların qarşılıqlı əlaqədə qiymətləndirilməsi prinsipi pozulmuş, cavabdehin təqdim etdiyi izahatlara faktiki olaraq qabaqcadan müəyyən edilmiş üstünlük verilmiş, iddiaçının təqdim etdiyi sübutlar isə kifayət qədər əsaslandırılmadan etibarsız sayılmışdır ki, bu da MPM-nin 88-ci maddəsinin tələblərinə ziddir. Beləliklə, birinci instansiya məhkəməsi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət vermədiyindən, Mülki Prosessual Məcəllənin 88-ci maddəsini düzgün tətbiq etməmiş, nəticədə iş üzrə səhv hüquqi nəticəyə gəlmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
b) Proses iştirakçılarının izahatı
32. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayətini müdafiə edərək qətnamənin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsini xahiş etdi. Izahatında və ona verilən suallara cavab olaraq qeyd etdi ki, məhkəmə iş materiallarına əlavə edilmiş səs yazılarına istinad edir. Birinci instansiya məhkəməsi bunu səhv təfsir etmişdir. 40 min manata faiz kimi qiymət verməklə yanlışlığa yol vermişdir. Əvvəla onu demək istəyir ki, 40 min manat 70 min manatın faizini təşkil edə bilməz. Tərəflər arasında olan münasibətlər alqı-satqı münasibətləri olmuşdur. Hər-hansı pul verilməsi ilə bağlı münasibətlər olmayıb. Sonradan həmin alqı-satqı müqaviləsi yalançı əqd kimi qiymətləndirilərək, ləğv edilmişdir. Mülki Məcəllənin tələblərinə əsasən əqd etibarsız sayıldığı halda münasibətlər əvvəlki vəziyyətə qayıdır. Tərəflər bir-birindən aldıqlarını geri qaytarmalıdır. Pulun ödənilməməsi ilə bağlı faizlərin hesablanılması məsələsinə gəldikdə isə qeyd etmək istəyir ki, bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun qərarı var. Pulun ödənişi gecikdirilirsə, o pula hesablanmış faizlər ödənilməlidir. Birinci təklif edilib ki, vergi məsələri üçün 70 min köçürülsün. Sonradan alıcı düşünüb ki, 110 min manat verirsə, hamısını depozit hesabına köçürsün. Alqı-satqı müqaviləsi bağlanıldığı gündən pulu qarşı tərəfdədir, o bu puldan yararlanır, istifadə edir. Pulu verdiyi vaxtdan iddia qaldırılan günə qədər olan müddəti hesablamş, həmin müddət üçün olan faiz hesablanaraq ödənilməlidir.
33. Işə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh Cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram ünvanlayaraq vəkili olmadığına görə məhkəmə iclasında iştirak edə bilməyəcəyini, buna görə məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası cavabdehin əvvəlki və hazırkı məhkəmə iclasına üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədən gəlmədiyini nəzərə alaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
34. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29, İ-IV hissələr. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
35. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 445.1.Icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2.1.Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 445.7.Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddələr 385.1.1, 385.1.2, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır.
Apellyasiya baxışının hədləri
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
39. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının iddianın təmin edilməyən hissəsində yoxlanılması təşkil edir. Çünki iddiaçı qətnaməni həmin hissədə mübahisələndirmiş, cavabdeh isə apellyasiya şikayəti verməmişdir.
Məhkəmə kollegiyasının mövqeyi
40. Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatını dinləyib apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, iddia tələbi təmin edilməlidir.
41. Belə ki, iş materiallarının tədqiqi ilə müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Iddiaçı İddiaçı və cavabdeh Cavabdeh arasında Bakı şəhəri ** saylı notariat ofisində Daşınmaz əmlakın alğı-satqısına dair ##.##.2021-ci il tarixli AN-İ seriyalı ******* saylı müqaviləyə əsasən, sonuncuya məxsus ünvan 1 ünvanında yerləşən mənzili İddiaçı 110.000 manata satmışdır. Müqavilənin şərtinə görə 70.000 manat banka həmin gün, qalan 40.000 manat isə ##.##.2021-ci il tarixdə ödənilməlidir. 42.Qəbzdən görünür ki, İddiaçı 70.000 manat məbləğində pulu ##.##.2021-ci il tarixdə saat 15:11:24-də notariusun depozit hesabına mədaxil etmişdir. Notariat işində olan digər qəbzdən isə görünür ki, İddiaçı həmin gün saat 15:54:17-də notariusun depazit hesabına 40.000 manat pul da mədaxil etmişdir.
43. Cavabdeh İddiaçı, Bakı şəhəri ** saylı Notariat Ofisinə və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, mənzillə bağlı alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e- *(***)-****/**** nömrəli, ## ### 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilsə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ######## 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia tələblərinin təmin edilməsi qət edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının *(***)-***/**** saylı qərarı ilə də apellyasiya instansiyası məhkəməsinin qeyd edilən qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
44. Qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən edilmişdir ki, İddiaçılə alğı-satqı müqaviləsi həqiqi deyil, həmin müqavilə borc götürülmüş pulun qaytarılmasının “təminatı” kimi bağlanıb. Bununla belə, həmin iş üzrə məhkəmələrin mövqeyinə görə əgər restitusiyanın tətbiqi barədə iddia yoxdursa, əqd etibarsız sayılarkən məhkəmə öz təşəbbüsü ilə restitusiyanı o halda tətbiq edə bilər ki, əqd üzrə alınanları həmin işdə olan sübutlar əsasında tam müəyyənləşdirmək mümkün olsun. Bunu müəyyənləşdirmək mümkün deyilsə, restitusiya barədə ayrcıa iddia verilməli, müvafiq sübutlar təqdim edilməli və həmin tələb üzrə tərəflərin çəkişməsi təmin edilməklə qətnamə qəbul olunmalıdır. Hazırkı işdə olan sübutlar əqd üzrə alınanları tam müəyyənləşdirməyə imkan vermir. Çünki həqiqi alğı-satqı münasibəti olmayıb, 1-ci müqavilə üzrə depozit hesaba köçürülən pul mənzilin qiyməti kimi deyil, borc kimi verilib.
45. Hazırki iş üzrə iddiaçının tələbi isə əvvəlki mülki iş üzrə əqdin etibarsızlığının nəticlərinin tətbiqindən (restitusiya) ibarətdir. Belə ki, iddiaçı məhkəmə qətnaməsi ilə etibarsız hesab edilmiş Bakı şəhəri ** saylı Notariat Ofisində 4Ə-82 nömrə ilə reyestrdə qeydə alınmış ##.##.2021- ci il tarixli ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən tərəfindən Cavabdeh 110 000 (yüz on min) manat pul verməsinə istinad edərək həmin pulun qaytarılmasını, həmçinin müqavilənin dəyəri ilə yanaşı bütün ödənilməli vəsait üzrə (110 000 manat) Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə 12200 manat ödənilməsini xahiş etmişdir.
46. Iddianı qismən təmin edən birinci instansiya məhkəməsi iddiaçının cavabdehə məhz 110000 manat verməsinə dair izahatını da heç bir sübutla təsdilənmədiyindən inandırıcı hesab etməmiş, cavabdehin etibarsız sayılmış əqd üzrə iddiaçıdan aldığı məbləğin 70000 manat olmasının iş materialları ilə öz təsdiqini tapdığını qeyd edərək, eyni zamanda təqdim edilmiş görüntülərdə cavabdeh tərəfindən iddiaçıya 1500 və 2000 manat qaytarılması da öz əksini tapdığını nəzərə alaraq iddianı 66500 manat həcmində qismən təmin etmişdir.
47. Cavabdeh qətnamədən apellyasiya şikayəti verməmişdir. Iddiaçı isə apellyasiya şikayətində məhkəmənin iş materiallarında mövcud olan və iddiaçı tərəfindən 110.000 manat pul vəsaitinin cavabdehə ödənilməsi təsdiq edən sübutları (əvvəl qəbul edilmiş məhkəmə aktlarını, Nəsimi Rayon Polis Şöbəsi tərəfindən aparılmış araşdırma materialları əsasında qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı, habelə təqdim edilmiş səs yazılarını) düzgün qiymətlədirmədiyini qeyd etmişdir.
48. Kollegiya 40000 manat hissədə iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır.
49. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının iddia tələbinin 40000 manat hissədə, başqa sözlə iddiaçıya əsil həqiqətdə 110000 manat verməsinə dair tələbinin əsaslı olmasına dair istinad etdyi hallar üzrə verdiyi izahatlarının heç bir sübut növü ilə təsdiqini tapmadığı üçün inandırıcı və əsaslı hesab etməmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçı həm qəbul edilmiş məhkəmə aktlarında həm də Nəsimi Rayon Polis Şöbəsi tərəfindən aparılmış araşdırma materiallarına əsasən cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarda da bu faktın, yəni 110000 manat verilməsinin öz əksini tapmasına istinad etsə də, təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilmiş səs yazılarında fakt öz təsdiqini tapmamış, əksinə cavabdehin 70000 manatdan əlavə məbləğlərinin faiz olması və bu faizin də dayandırılması kimi danışıqların olması müəyyən edilmişdir.
50. Kollegiya hesab edir ki, işə baxan məhkəmə bu hissədə sübutetmə yükünü düzgün bölüşdürməmişdir. Belə ki, iddiaçı İddiaçı və cavabdeh Cavabdeh arasında Bakı şəhəri ** saylı notariat ofisində Daşınmaz əmlakın alğı-satqısına dair ##.##.2021-ci il tarixli AN-İ seriyalı ******* saylı müqaviləyə əsasən, sonuncuya məxsus ünvan 1 ünvanında yerləşən mənzili İddiaçı 110.000 manata satmışdır. Müqavilənin şərtinə görə 70.000 manat banka həmin gün, qalan 40.000 manat isə ##.##.2021-ci il tarixdə ödənilməlidir. Qəbzdən görünür ki, İddiaçı 70.000 manat məbləğində pulu ##.##.2021-ci il tarixdə saat 15:11:24-də notariusun depozit hesabına mədaxil etmişdir. Notariat işində olan digər qəbzdən isə görünür ki, İddiaçı həmin gün saat 15:54:17-də notariusun depazit hesabına 40.000 manat pul da mədaxil etmişdir. 51.Iddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında izahatında qeyd etdi ki, birinci təklif edilib ki, vergi məsələri üçün 70 min manat köçürülsün. Sonradan alıcı düşünüb ki, 110 min manat verirsə, hamısını depozit hesabına köçürsün.
52. Səs yazılarına gəldikdə isə səs yazısında qadın səsi: “Sən 110 min almısan, Müjgan, ya 70 min almısan?”Cavabdeh: “70 min almışam.” Qadın səsi: “Bayaqdan 110 min deyir.” Cavabdeh: “Yox e, o indi əlavə faizdi...”
53. Cavabdeh Cavabdeh nümayəndəsi və vəkili tərəfindən təqdim edilmiş flaş kartda olan, “VID- 20251028-WA0025” adlı video yazıda Cavabdeh 40000 manatı “əlavə faiz” adlandırmış, İddiaçı “Sənin evinin 110 min qiymətidi..Gəl al 110 minə..Heç Aytən vermədi, gəl al 110 minə..Heç Aytən vermədi, “Andrey” verdi, fərqi yoxdu”...”; ifadəsinə qarşı Cavabdeh: “bilirəm..Mən sizə 10 min, 15 min, belə-belə versəm də..problem deyil də?” ifadəsi ilə cavab vermiş, evi 70000 manata “girov” qoymuşdursa evin qiymətinin 110000 olmasını bildirən qarşı tərəfə hər hansı bir etiraz ifadəsi səsləndirməmişdir. 54.Kollegiya hesab edir ki, cavabdeh 40000 manat pulun qaytarılmalı olmamasını, həmin məbləğin əlavə faiz olmasını sübut etməlidir. Cavabdeh müqavilə bağlanarkək 70000 manata hansı səbəbdən 40000 manat faiz hesablanmasına razılaşmasına dair heç bir əsaslı dəlil irəli sürməmişdir. 55.Kollegiya qeyd edir ki, cavabadehin dəlilləri əsassız olduğundan və təsdiqini tapmadığından iddia tələbi həmin hissədə təmin edilməlidir. 56.Kollegiya qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. 57.Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hazırki mübahisə üzrə sübutetmə yükü cavabdehin üzərinə düşür. 58.“Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə ## #### 2007-ci il tarixli qərarında Insan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. 59.Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
60. Bundan əlavə, iddiaçı bank uçot dərəcəsi ilə zərərini tələb edir. Işə baxan məhkəmə «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2009-cu il tarixli qərarına istinad edərək iddianı rədd edərkən qeyd etmişdir ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi pozsa da, iddiaçıdan aldığı pul vəsaitinin saxlamaqla ondan faydalanmasına dair hər hansı bir sübut mövcud olmadığından iddia tələbi təmin edilə bilməz.
61. Həmin Qərarda qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. 62.Həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır:qanunsuz saxlama;qaytarmaqdan boyun qaçırma;ödənilməsini digər şəkildə gecikdirmə;başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. 63.Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ — əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Istifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. 64.Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur.
65. O cümlədən kollegiya qeyd edir ki, öhdəliyin icra edilməməsi zamanı faizlərin ödənilməsi ilə bağlı qanunvericilikdə bir sıra tənzimləmələr nəzərdə tutulmuşdur. Belə ki, Mülki Məcəllənin 445.7, 449.1 və 745.5-ci maddələrində müvafiq olaraq aşağıdakı müddəalar təsbit edilmişdir: - Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər; - özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər; - kredit müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa (daha yuxarı məbləğin müəyyənləşdirilməsi istisna olmaqla), kredit üzrə ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) kredit müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edilmə günü üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi əlavə edilməklə hesablanır. Bu maddədə müəyyən edilən həddə gecikdirilmə faizləri tətbiq edildikdə, əlavə dəbbə pulu (cərimə, penya) və ya digər formada hər hansı ödəniş tələb edilə bilməz.
66. Mülki Məcəllənin 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir.
67. Kollegiya hesab edir ki, hazırki zərər tələbi Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən təmin edilə bilər. 68.Iddiaçı tələbində qeyd etmişdir ki, ##.##.2021-ci il tarixli ******* nömrəli alqı-satqı müqaviləsi artıq 41 aydır ki, imzalanmışdır. Hesab edilir ki, müqavilənin dəyəri ilə yanaşı həmçinin bütün ödənilməli vəsait üzrə (110 000 manat) Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə cavabdehdən tutuaraq iddiaçı İddiaçı ödənilməlidir. Hesablamalara görə bu məbləğ 12200 manat edir. 69.Kollegiya qeyd edir ki, 110000 manat vəsait ##.##.2021-ci il tarixli alğı-satqı müqaviləsi üzrə Cavabdeh ödənildiyindən, alğı-satqı müqaviləsi Cavabdeh iddia tələbi üzrə çıxarılmış məhkəmə qətnaməsi ilə etibarsız sayıldığından, əhəmiyyətsiz əqd bağlandığı andan etibarsız olduğundan və pul vəsaiti geri qaytarılmadığından həmin vəsaitin gecikmə faizi tutulmalıdır. 110000 manatın illik beş faizi 5500 manat etdiyindən, 5500\12*27 ay=12375 manat edir. Iddiaçı tələbində 12200 manat tələb etdiyindən məhkəmə kollegiyası da qeyd edir ki, tələb həcmində iddia təmin edilməlidir. 70.Kollegiya 800 manat (evin alışı və satışı zamanı) notarial xərcin və 300 manat vəkil xərcinin tutulması tələbinin təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, tərəflər arasında alqı-satqı ilə bağlı deyil, pul verilməsi ilə bağlı münasibətlər olması işin mübahisəsiz halı kimi təsdiqini tapdığı üçün tələb bu hissədə əsaslı sayıla bilməz. Hüquqi yardım ilə bağlı ödənilmiş 300 manat xərclə əlaqədar iddiaçı tərəfdən hər hansı sübut – müqavilə, qəbz təqdim edilməmişdir. 71.Beləliklə, kollegiya qeyd olunan xüsusatları ümumiləşdirərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi qismən ləğv edilməli, iddia tələbi təmin edilməli, cavabdeh Cavabdeh 40000 manat və 12200 manat cəmi 52200 manat (əlli iki min iki yüz) pul vəsaiti tutularaq iddiaçı İddiaçı ödənilməli, qətnamə mübahisələndirirlən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
72. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
Qət etdi:
Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi qismən ləğv edilsin. Iddia tələbi təmin edilsin. Cavabdeh Cavabdeh 40000 manat və 12200 manat, cəmi 52200 manat (əlli iki min iki yüz) pul vəsaiti pul vəsaiti tutularaq iddiaçı İddiaçı ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid edilsin. Qətnamə mübahisələndirirlən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.
Sədrlik edən Günay Axundova Hakimlər Fərrux Qasımov Məhəmməd Rüstəmli