Məhkəmə qərarları › İş №2(3-6)-466/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-466/2026

10.06.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-466/2026 10.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə İddiaçılar iddiaçı3, iddiaçı2, İsmayılova Mənsurə Həmid qızı, iddiaçı5 və iddiaçı4 cavabdeh cavabdeh2 (üçüncü şəxslər Bakı Şəhəri ** saylı Notariat Ofisi və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs) qarşı “miras paydan imtina ərizələrinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsindən iddiaçı iddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə ## #### 2026-cı il tarixində Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar iddiaçı3, iddiaçı2, İsmayılova Mənsurə Həmid qızı, iddiaçı5 və iddiaçı4 cavabdeh cavabdeh2 qarşı (üçüncü şəxslər Bakı şəhəri ** saylı notariat ofisi və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs) “miras paydan imtina ərizələrinin ləğv edilməsi, miras əmlakda payların müəyyən edilməsi və bölünməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Bakı şəhəri ** saylı notariat ofisi tərəfindən reyestrdə 7 E-9-4862, 4863, 4864 nömrələrlə qeydə alınmış ##.##.2013cü il tarixli ərizələrin və reyestrdə 7 E-09-4897 nömrə ilə qeydə alınmış ##.##.2013-cü il tarixli ərizənin ləğv edilməsi, mərhum ataları və babaları X1 miras qalmış Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.F.Axundov küçəsində yerləşən ** saylı fərdi yaşayış evi və İsmayıllı rayonu, Ərəgit kəndində yerləşən fərdi yaşayış evindən vərəsələrin paylarının müəyyən edilməsi və miras şərikləri arasında bərabər bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Səlimə Miriyeva) iddia təmin edilməmişdir. İddiaçı iddiaçı3 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı iddiaçı iddiaçı3 tərəfindən iddia tələbinin “Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.F.Axundov küçəsində yerləşən ** saylı fərdi yaşayış evi, İsmayıllı rayonu, Ərəgit kəndində yerləşən fərdi yaşayış evi üzərində vərəsələrin paylarının müəyyən edilməsi və mirasın vərəsələr arasında bərabər bölünməsi” hissəsindən imtina edilməsi barədə ərizə təqdim edilmişdir. Sonuncu (hazırki) iclasda iş üzrə tərəflər iştirak etməmişlər və məhkəmə kollegiyası hazırki məsələyə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası ərizəni iş materialları ilə birlikdə tədqiq edərək hesab edir ki, iddiaçının qeyd edilən hissədə iddiadan imtinası qəbul edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə ləğv edilməklə iş üzrə icraata həmin hissədə xitam verilməlidir. Belə ki, iddiaçı iddiaçı3 tərəfindən Bakı Apellyasiya Məhkəməsinə ərizəsindən görünür ki, iddia tələbindən “Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.F.Axundov küçəsində yerləşən ** saylı fərdi yaşayış evi, İsmayıllı rayonu, Ərəgit kəndində yerləşən fərdi yaşayış evi üzərində vərəsələrin paylarının müəyyən edilməsi və mirasın vərəsələr arasında bərabər bölünməsi” hissəsində imtina edir və iş üzrə icraata müvafiq hissədə xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 370-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, iddiaçının “Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.F.Axundov küçəsində yerləşən ** saylı fərdi yaşayış evi, İsmayıllı rayonu, Ərəgit kəndində yerləşən fərdi yaşayış evi üzərində vərəsələrin paylarının müəyyən edilməsi və mirasın vərəsələr arasında bərabər bölünməsi” hissəsində iddiadan imtinası qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilərək təsdiq edilməli, mübahisəyə dair çıxarılmış birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə həmin hissədə mülki işin icraatına xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Həmçinin, həmin Məcəllənin 262.2-ci maddəsində qeyd olunub ki, məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 370, 384.0.5, 400, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı iddiaçı3 iddia tələbinin “Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.F.Axundov küçəsində yerləşən ** saylı fərdi yaşayış evi, İsmayıllı rayonu, Ərəgit kəndində yerləşən fərdi yaşayış evi üzərində vərəsələrin paylarının müəyyən edilməsi və mirasın vərəsələr arasında bərabər bölünməsi” hissəsində imtinası barədə ərizəsi qəbul edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsi qismən ləğv edilsin. İddiaçı iddiaçı3 cavabdeh cavabdeh2 qarşı (üçüncü şəxslər Bakı şəhəri ** saylı notariat ofisi və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs) qarşı iddia ərizəsi üzrə işə “Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.F.Axundov küçəsində yerləşən ** saylı fərdi yaşayış evi, İsmayıllı rayonu, Ərəgit kəndində yerləşən fərdi yaşayış evi üzərində vərəsələrin paylarının müəyyən edilməsi və mirasın vərəsələr arasında bərabər bölünməsi” hissəsində xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar