Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(3-6)-501/2026 23.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Maraqlarına toxunan şəxs "xxxx" MTK-nın nümayəndəsi-vəkili X4 iştirakı ilə, İddiaçı Baxşəli oğlunun Cavabdeh qarşı “pay haqqının bölünməsi, payların müəyyən olunması, kompensasiya ödənilməklə pay hüququna xitam verilməsi və yaşayış sahəsindən çıxarılma” tələbinə dair ilk iddia ərizəsi, Cavabdeh İddiaçı Baxşəli oğluna qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakda payların dəyərinin müəyyən edilməsi və bölünməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(007)-289/2012 saylı qətnaməsindən maraqlarına toxunan şəxs "xxxx" MTK-nın nümayəndəsi-vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Baxşəli oğlu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 851-ci məhəllədə yerləşən MTK-nın 9-mərtəbəli, 10 saylı yaşayış evinin 92 saylı mənzili üçün MTK-ya üzvlük haqqı kimi ödədiyi pay haqqının manatın ekvivalentinə uyğun olaraq ödədiyi 42.000 ABŞ dolları məbləğində pulun tərəflərin arasında bölünməsi, tərəflər arasında paylar müəyyən olunaraq övladları Kamran və Rəhmanın onun yanında qalması nəzərə alınaraq öz payının 2/3 hissə, Cavabdeh payının isə 1/3 hissə müəyyən olunmasına, eyni zamanada, paylara mütənasib olaraq, manatın ekvivalentinə uyğun olaraq 14.000 ABŞ dolları məbləğində pulun İddiaçı tərəfindən kompensasiya ödənilməklə Cavabdeh pay hüququna xitam verilməsi və Cavabdeh hal-hazırda yaşadıqları Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 851-ci məhəllədə yerləşən MTK-nin 9- mərtəbəli, 10 saylı yaşayış evinin 92 saylı mənzilindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bununla yanaşı qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh İddiaçı Baxşəli oğluna qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakda payların dəyərinin müəyyən edilməsi və bölünməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən tərəflərin birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri Nizami rayonu, M.X.Şərifli küçəsi, ev 94B, mənzil 10 ümvanında yerləşən sahəsi 17.26 kv.m-dən ibarət olan bir otaqlı mənzili, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğıu küçəsi, 851-ci məhəllədə yerləşən MTK-nın 9-mərtəbəli, 10 saylı yaşayış evinin 92 saylı mənzil üçün tərəflərin birgə vəsaitlərindən manatın ABŞ dollarına ekvivalentinə uyğun olaraq 42.000 ABŞ dolları məbləğində pay haqqını və həmin mənzilin əsaslı təmiri üçün birgə vəsaitdən xərclədikləri manatın ABŞ dollarına ekvivalentinə uyğun olaraq 52.000 ABŞ dolların ümumi dəyərinin müəyyən edilməklə, bərabər paylara bölünərək İddiaçı Baxşəli oğlundan Cavabdeh çatası payın tutularaq sonuncuya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(007)-289/2012 saylı qətnaməsi ilə ilkin və qarşılıqlı iddialar qismən təmin edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 851-ci məhəllədə yerləşən MTK-nin 9-mərtəbəli, 10 saylı yaşayış evinin 92 saylı mənzili üçün ödənilmiş 42.000 (qırx iki min) ABŞ dolları (qətnamənin icra olunduğu günə ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla, manatla) kooperativə pay haqqının və 31.258 (otuz bir min iki yüz əlli səkkiz) manat dəyərində mənzildə aparılmış təmir-tikinti işlərinin xərcinin 3/5 (beşdə üç) hissəsinə X1, 2/5 (beşdə iki) hissəsinə isə Cavabdeh payları müəyyən edilməsi, İddiaçı Baxşəli oğlu tərəfindən Cavabdeh 2/5 (beşdə iki) hissədə olan payına uyğun olaraq 16.800 ABŞ dolları (qətnamənin icra olunduğu günə ABŞ dollanrı manata məzənnəsi nəzərə almmaqla, manatla) kooperativə pay haqqının və 12503.2 (on iki min beş yüz üç tam onda iki) manat Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 851-ci məhəllədə yerləşən MTK-nin 9mərtəbəli, 10 saylı yaşayış evinin 92 saylı mənzilin təmir-tikinti xərclərinin əvəzinin ödənilərək həmin əmlakdakı hüquqlarına xitam verilməsi, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 851-ci məhəllədə yerləşən MTK-nin 9-mərtəbəli, 10 saylı yaşayış evinin 92 saylı mənzilindən çıxarılması, ilk və qarşılıqlı iddiaların qalan hissədə təmin edilməməsi qət edilmişdir. "xxxx" MTK-nın nümayəndəsi-vəkili Vəkil1 məhkəməyə ərizə təqdim edərək, qeyd olunan qətnamənin maraqlarına toxunduğu üçün "xxxx" MTK-nın mülki iş üzrə maraqlarına toxunan şəxs qismində tanınmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 yanvar 2026-cı il tarixli, 2(5-99)- 289/2012 saylı qərardadı ilə "xxxx" MTK Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 289/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermək üçün hüquq və maraqlarına toxunan şəxs kimi tanınmışdır. Maraqlarına toxunulan şəxs "xxxx" MTK-nın nümayəndəsi-vəkili Vəkil1 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-289/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilməsini xahiş etmişdir. Qeyd edilən apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(3-6)-501/2026 nömrəli 30 yanvar 2026-cı il tarixli qərardadı ilə mümkün hesab edilərək baxılması üçün təyin edilmişdir. Məhkəmə Kollegiyasının iclasında iştirak edən maraqlarına toxunan şəxs "xxxx" MTK-nın nümayəndəsi-vəkili X6 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə Kollegiyasgngn iclası barədə lazimi qaydada xəbərdar edilmiş digər tərəflər Məhkəmə Kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, "xxxx" MTK-nın nümayəndəsi-vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, "xxxx" MTK-nın nümayəndəsi-vəkili Vəkil1 ərizə ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, 2(007)-289/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsinin əldə edilməsini xahiş etmiş, daha sonra isə məhkəməyə ərizə təqdim edərək, qeyd olunan qətnamənin maraqlarına toxunduğu üçün "xxxx" MTK-nın mülki iş üzrə maraqlarına toxunan şəxs qismində tanınmasını xahiş etmişdir. Maraqlarına toxunulan şəxs "xxxx" MTK-nın nümayəndəsi-vəkili Vəkil1 tərəfindən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-289/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinə baxılması üçün iş materialları Bakı Apellyasiya Məhkəməsinə göndərilməsinə baxmayaraq Məhkəmə Kollegiyası hesab edir ki, faktiki olaraq mülki iş mövcud deyildir. Belə ki, təqdim edilən 2(5-99)-289/2012 saylı iş mülki iş kimi təqdim olunsa da, məhkəmə qərarları toplusu üstünlük təşkil edir, yəni məhkəmə iclaslarının protokolları və digər prosessual qanunvericiliklə tərtib olunması nəzərdə tutulmuş sənədlər mövcud deyildir. Beləliklə də Məhkəmə Kollegiyası hesab edir ki, 2(007)-289/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsinin surəti və digər materiallar əlavə edilməklə iş materialları Bakı Apellyasiya Məhkəməsinə göndərilsə də, müxtəlif məhkəmə qərarlarının surətlərinin toplanması ilə yığılmış iş mülki iş materialları kimi qiymətdləndirilə bilməz. Məhkəmə Kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən İddiaçı Baxşəli oğlunun Cavabdeh qarşı “pay haqqının bölünməsi, payların müəyyən olunması, kompensasiya ödənilməklə pay hüququna xitam verilməsi və yaşayış sahəsindən çıxarılma” tələbinə dair ilk iddia ərizəsi, Cavabdeh İddiaçı Baxşəli oğluna qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakda payların dəyərinin müəyyən edilməsi və bölünməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsinə dair mülki işin arxivdə aşkar olunmamasının səbəbləri ilə bağlı hər hansı araşdırma aparılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 1 saylı Əlavədə qeyd edilir ki, başa çatması barədə qətnamə qəbul edilmiş və ya xitam verilmiş mülki iş üzrə itirilmiş məhkəmə icraatının və ya icra üzrə icraatın tam və ya qismən bərpa edilməsi bu Əlavə ilə müəyyən edilmiş qaydada məhkəmə tərəfindən həyata keçirilir. İtirilmiş məhkəmə icraatı və ya icra üzrə icraatın bərpası işdə iştirak edən şəxslərin ərizəsi üzrə başlanır. Məhkəmə icraatının bərpası haqqında ərizə mübahisənin mahiyyəti üzrə qətnamə və iş üzrə icraata xitam verilməsi haqqında qərardad çıxarmış məhkəməyə verilir. İtirilmiş icra icraatının bərpasına dair ərizə icranın olduğu yerə görə məhkəməyə verilir. Ərizədə ərizəçinin məhz hansı icraatın bərpa olunmasını istəməsi, məhkəmə tərəfindən mahiyyət üzrə qətnamə, yaxud iş üzrə icraatın xitam verilməsi barədə qərardad qəbul edilib-edilməməsi, ərizəçinin həmin icraatda hansı prosessual vəziyyətdə olması, ərizəçinin ünvanı və ya yaşadığı yer, icraatın itirilməsi barədə hansı halların məlum olması, icraat sənədlərinin surətlərinin harada olması və onlar barəsində məlumatlar, hansı sənədlərin bərpasını ərizəçinin zəruri hesab etməsi, bu sənədlərin hansı məqsədlə bərpa edilməsi göstərilməlidir. Hazırkı işin hallarından görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(007)-289/2012 saylı qətnaməsindən maraqlarına toxunulan şəxs "xxxx" MTK-nın nümayəndəsi-vəkili Vəkil1 tərəfindən apellyasiya şikayəti verilmiş, lakin qeyd edilən mülki iş mövcud olmadığı halda qətnamənin qəbul edildiyi sözügedən mülki işin hansı səbəbdən məhkəmənin arxivində olmaması məhkəmə tərəfindən araşdırılmamış, həmin işin icraatın bərpası ilə bağlı hər hansı tədbir görülməmişdir. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, maraqlarına toxunulan şəxs "xxxx" MTK-nın nümayəndəsi-vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü barədə qərardad qəbul edilsə də, yuxarıda göstərilən hallar müəyyən edildikdən sonra kollegiya faktiki olaraq mövcud olmayan mülki işdən verilmiş apellyasiya şikayətinin mümkünlüyü üçün əsas olmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə isə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd edilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, İddiaçı Baxşəli oğlunun Cavabdeh qarşı “pay haqqının bölünməsi, payların müəyyən olunması, kompensasiya ödənilməklə pay hüququna xitam verilməsi və yaşayış sahəsindən çıxarılma” tələbinə dair ilk iddia ərizəsi, Cavabdeh İddiaçı Baxşəli oğluna qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakda payların dəyərinin müəyyən edilməsi və bölünməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(007)-289/2012 saylı qətnaməsindən maraqlarına toxunan şəxs "xxxx" MTK-nın nümayəndəsi-vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(3-6)-501/2026 nömrəli 30 yanvar 2026-cı il tarixli qərardadı ləğv edilərək, "xxxx" MTK-nın nümayəndəsivəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və apellyasiya şikayətinin "xxxx" MTK-nın nümayəndəsi-vəkili Vəkil1 qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə 1 saylı Əlavənin tələbləri baxımından icraat qanunvericiliyə uyğun bərpa edildikdən sonra qətnamənin maraqlarına toxunulub-toxunulmaması və bununla bağlı apellyasiya şikayətinin verilməsi məsələsi yenidən MPM-nin tələblərinə uyğun müzakirə edilə bilər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363, 366-cı maddəsini rəhbər tutaraq Məhkəmə Kollegiyası, QƏRARA ALDİ: İddiaçı Baxşəli oğlunun Cavabdeh qarşı “pay haqqının bölünməsi, payların müəyyən olunması, kompensasiya ödənilməklə pay hüququna xitam verilməsi və yaşayış sahəsindən çıxarılma” tələbinə dair ilk iddia ərizəsi, Cavabdeh İddiaçı Baxşəli oğluna qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakda payların dəyərinin müəyyən edilməsi və bölünməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(007)-289/2012 saylı qətnaməsindən maraqlarına toxunan şəxs "xxxx" MTK-nın nümayəndəsi-vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(3-6)-501/2026 nömrəli 30 yanvar 2026-cı il tarixli qərardadı ləğv edilsin, "xxxx" MTK-nın nümayəndəsi-vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apellyasiya şikayətinin "xxxx" MTK-nın nümayəndəsi-vəkili Vəkil1 qaytarılması üçün mülki iş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(3-6)-501/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-501/2026
23.02.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver