Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-510/2026 07.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər “xxxx” cavabdeh5, cavabdeh3, cavabdeh1 və cavabdeh2 qarşı (X8mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) müqavilənin etibarsız hesab edilməsi, qeydin ləğv edilməsi, ərizələrin və maliyyə arayışının etibarsız hesab edilməsi tələbinə dair ilkin, cavabdeh2 İddiaçı qarşı mənzildən çıxarılma tələbinə dair qarşılıqlı iddia ərizələri barədə mülki iş üzrə (açar sözlər: müqavilənin etibarsız hesab edilməsi, yaşayış sahəsindən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X7 (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X9 katibliyi, iddiaçının nümayəndəsi nümayəndə1, cavabdeh cavabdeh2 iştirakı ilə, iddiaçı İddiaçı cavabdehlər “xxxx” cavabdeh5, cavabdeh3, cavabdeh1 və cavabdeh2 qarşı (X8mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) müqavilənin etibarsız hesab edilməsi, qeydin ləğv edilməsi, ərizələrin və maliyyə arayışının etibarsız hesab edilməsi tələbinə dair ilkin, cavabdeh2 İddiaçı qarşı mənzildən çıxarılma tələbinə dair qarşılıqlı iddia ərizələri barədə mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı – qarşılıqlı cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
1. Salyan Rayon Məhkəməsinin ## ###### 2020-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsinə əsasən İddiaçı cavabdeh1 qarşı pul tələbinə dair ilkin iddiasının təmin olunmaması, cavabdeh1 İddiaçı qarşı qarşılıqlı iddiasının qismən təmin edilməsi, İddiaçı ailəsi ilə birlikdə cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küçəsi, **A nömrəli yaşayış binasının 1-ci igirş, 2-cü mərtəbəsində yerləşən sahəsi 122 kv.m olan 3 otaqlı * nömrəli mənzildən çıxarılmaları, cavabdeh1 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küçəsi, **A nömrəli yaşayış binasının 1-ci igirş, 2-cü mərtəbəsində yerləşən sahəsi 122 kv.m olan 3 otaqlı * nömrəli mənzilə mənzilə köçürülmələri qət edilmişdir.
2. Şirvan Apellyasiya Məhkəməsinin ## ###### 2020-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinə əsasən İddiaçı apellyasiya şikayəti təmin edilməmiş və Salyan Rayon Məhkəməsinin ## ###### 2020-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir.
3. Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ##### 2021-ci il tarixli, 2(102)- ****/**** nömrəli qərarına əsasən İddiaçı kasassiya şikayəti qismən təmin edilərək Şirvan Apellyasiya Məhkəməsinin ## ###### 2020-ci il tarixli, 2(106)- ****/**** nömrəli qətnaməsinin ilk iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilməsi və işə həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır.
4. Şirvan Apellyasiya Məhkəməsinin ## ##### 2022-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinə İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək Salyan Rayon Məhkəməsinin ## ###### 2020-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsinin ilk iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilməsi, ilk iddianın qismən təmin edilməsi, cavabdeh1 mənzilin dəyəri üzrə 80000 ABŞ dolları icra vaxtı manata olan məzənnə ilə, mənzilin təmiri xərci üzrə 12465 manat, ödənilmiş dövlət rüsumunun əvəzi üzrə 30 manat məbləğdə pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
5. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsinin məktubundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küçəsi, ev 22A, mənzil 6 (yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, Elvin Salahov, 1-ci döngə, 96, M3, m2) ünvanı “xxxx” Kiçik Müəssisəsinin mənzil tikintisi haqqında ##.##.2023-cü il tarixli müqaviləyə və ##.##.2023-cü il tarixli maliyyə arayışına əsasən ##.##.2023-cü il tarixdə cavabdeh2 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir, mənzilin ümumi dəyəri 68320 ABŞ dolları olması qeyd olunur.
6. cavabdeh1 ************* nömrəli ərizəsindən görünür ki, onunla “xxxx” Kiçik Müəssisəsi arasında bağlanmış ##.##.2019-cu il tarixli müqaviləyə əsasən onun adına olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küçəsi, ev 22A yaşayış binasının 1-ci igirş, 3-cü mərtəbəsində yerləşən sahəsi 122 kv.m olan 3 otaqlı * nömrəli mənzilin müqaviləsinin cavabdeh2 adına keçirilməsinə etiraz etməmişdir.
Birinci instansiya məhkəməsində icraat
7. Iddiaçı İddiaçı cavabdehlər “xxxx” cavabdeh5, cavabdeh3, cavabdeh1 və cavabdeh2 qarşı iddia ərizəsi, sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi (keçmiş Talıblı küçəsi) ev 22 A, mənzil 6 (yeni qaydalarla: AZI070, Bakı şəhəri, Yasamal rayonu, Elvin Salahov, 1-ci döngə, 96, M3, m2) ünvanına dair cavabdeh “xxxx” Kiçik Müəssisəsi ilə cavabdeh cavabdeh2 arasında bağlanılmış ## #### 2023-cü il tarixli ****** nömrəli yaşayış binasında - mənzil tikintisi haqqında müqavilə və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair, həmçinin cavabdeh cavabdeh2 adına Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ## ###### 2023-cü il tarixli, ********** nömrəli aparılan qeydiyyatın və həmin tarixdə verilən çıxarışın ləğv edilməsi, cavabdehlər cavabdeh1 və cavabdeh3 mənzilin cavabdeh cavabdeh2 adına keçirilməsinə etiraz etməmələrinə dair ## ######## 2019-cu il tarixli, ************* nömrəli cavabdeh1 və ## ######## 2019-cu il tarixində cavabdeh3 ************* nömrəli ərizələrinin, ## ####### 2019-cu il tarixli “xxxx” Kiçik Müəssisəsi ilə cavabdeh cavabdeh1 arasında bağlanılmış yaşayış binasında mənzil tikintisi haqqında müqavilə, ## ####### 2019-cu il tarixli və ## ### 2023-cü il tarixli maliyyə arayışlarının etibarsız hesab edilməsi, mənzilin sənədlərinin cavabdeh cavabdeh1 adına əvvəlki hüquqi vəziyyətinə qaytarılmasına dair və mənzilin cavabdeh “xxxx” Kiçik Müəssisəsinin rəhbərliyi tərəfindən mənimsəyərək aldığı 68320 ABŞ dolları pulun digər cavabdeh cavabdeh2 qaytarılması və yaxud gələcəkdə cavabdeh2 pul tələbi ilə bağlı cavabdeh “xxxx” cavabdeh5 qarşı iddia qaldırmaq hüququnun olmasının izah edilməsi göstərilməklə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Iddia işin yuxarıda qeyd olunan hallar ilə əsaslandırılmış və qeyd olunmuşdur ki, Salyan Rayon Məhkəməsinin ## ###### 2020-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi və Şirvan Apellyasiya Məhkəməsinin ## ##### 2022-ci il tarixli, *(***)-***/**** nömrəli qətnamələrinin icra olunması ilə bağlı icra hərəkətlərinin getdiyi mərhələdə cavabdeh “xxxx” Kiçik Müəssisənin rəhbərliyi növbəti özbaşınalıq və qanunsuzluq edərək iş materiallarında olan cavabdehlər cavabdeh1 və cavabdeh3 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küçəsi (keçmiş Talıblı küçəsi) 22 A nömrəli yaşayış binasının 1-ci giriş, 3-cü mərtəbəsində yerləşən, sahəsi 122 kv.m olan 3 otaq, * nömrəli mənzilin satılmasına etiraz etməmələrinə dair köhnə ərizələri əlavə etməklə mənzildə iddiaçı İddiaçı yaşaya yaşaya, mənzilin bütün təmir xərclərini və bütün komunal haqlarını iddiaçının ödədiyi halda mənzilin içinə baxış keçirməyən, mənzilin kvadraturasını, ölçülərini görməyən cavabdeh cavabdeh2 sataraq, pulunu alıb mənimsəmiş və mənzili cavabdeh cavabdeh2 adına qeydiyyat vəsiqəsi ilə keçirmişlər. Iddia tələbi təmin edilərək həmin müqavilə ləğv edilməli, mənzilin alqısatqısına görə cavabdeh “xxxx” Kiçik Müəssisəsinin rəhbərliyinin artıq üçüncü dəfədir ki, mənimsəyərək aldığı 68320 ABŞ dolları cavabdeh cavabdeh2 qaytarılmalı və qanuni qüvvəsini almış qətnamə üzrə onun cavabdeh cavabdeh1 ödədiyi və almalı olduğu pulun müqabilində cavabdeh cavabdeh1 müqavilə ilə məxsus olan, hansı ki, ona təhvil verməli olduğu mənzilin adına keçirilməsi üçün hüquqi sənədləşmələrin həyata keçirilməsinə razılıq verilməsi ilə bağlı icra mərhələsindəki hərəkətlər yekunlaşdırılmalıdır.
9. Cavabdeh cavabdeh2 iddiaçı İddiaçı qarşı mənzildən çıxarılma tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ailə üzvləri ilə birlikdə onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küçəsi, ev **A nömrəli yaşayış binasının 1-ci giriş, 3-cü mərtəbəsində yerləşən, sahəsi 122 kv.m. olan 3 otaqlı * nömrəli mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, cavabdeh cavabdeh2 Bakı şəhəri Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küçəsi, ev **A nömrəli yaşayış binasının 1-ci giriş, 3-cü mərtəbəsində yerləşən, sahəsi 122 kv.m. olan 3 otaqlı * nömrəli mənzili qanuni əsaslarla almış, həmin mənzilin alınmasında hər hansı bir qanuni pozuntusuna yol verilməmiş və onun xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikasında xüsusi mülkiyyət toxunulmazdır və qanunla qorunur. Ona görə ilk iddia rədd edilməli, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ailə üzvləri ilə birlikdə xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küçəsi, ev **A nömrəli yaşayış binasının 1-ci giriş, 3-cü mərtəbəsində yerləşən, sahəsi 122 kv.m. olan 3 otaqlı * nömrəli mənzildən çıxarılmalıdır.
11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinə əsasən ilkin iddia rədd edilmiş, qarşılıqlı iddia təmin edilmiş, İddiaçı ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küçəsi, ev 22A yaşayış binasının 1-ci giriş, 3-cü mərtəbəsində yerləşən sahəsi 122 kv.m olan 3 otaqlı * nömrəli mənzildən çıxarılması qət edilmişdir.
12. Qətnamənin əsaslarına görə, işin faktiki halları ilə müəyyən olunur ki, qanuni qüvvəsini almış məhkəmə aktları ilə cavabdeh1 mənzilin dəyəri üzrə 80000 ABŞ dolları icra vaxtı manata olan məzənnə ilə, mənzilin təmiri xərci üzrə 12465 manat, ödənilmiş dövlət rüsumunun əvəzi üzrə 30 manat məbləğdə pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Eyni zamanda, cavabdeh1 qarşılıqlı iddiası təmin edilərək, İddiaçı ailəsi ilə birlikdə cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küçəsi, **A nömrəli yaşayış binasının 1-ci igirş, 2-cü mərtəbəsində yerləşən sahəsi 122 kv.m olan 3 otaqlı * nömrəli mənzildən çıxarılmaları qət edilmişdir. Iddiaçı mübahisəli mənzilə dair cavabdeh “xxxx” Kiçik Müəssisəsi ilə cavabdeh2 arasında bağlanılmış ##.##.2023-cü il tarixli, ****** nömrəli mənzil tikintisi haqqında müqavilənin və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. Göründüyü kimi, mübahisəli Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küçəsi, **A nömrəli yaşayış binasının 1-ci igirş, 2cü mərtəbəsində yerləşən sahəsi 122 kv.m olan 3 otaqlı * nömrəli mənzilə dair iddiaçının hüquqlarının olmadığı qanuni qüvvəsini almış məhkəmə aktları ilə öz təsdiqini tapmış və mənzilə görə ödənilmiş pulun iddiaçıya geri qaytarılması qət edilmişdir. Odur ki, hazırkı vəziyyətdə iddiaçının həmin mənzilə dair sonralar cavabdehlərin öz aralarında bağladıqları müqavilənin etibarsızlığını irəli sürmək üçün müvafiq subyektiv hüququ yoxdur. Eyni ilə əlaqəli digər tələblər – daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın və çıxarışın ləğv edilməsi və digər tələblər də bu səbəbdən təmin edilməməlidir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2012-ci il tarixli Qərarındakı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Cavabdehin iddiaçı qarşı qarşılıqlı iddia tələbi isə iddiaçının mübahisəli mənzildən çıxarılması barədədir. Bu tələb təmin edilməlidir. Belə ki, mənzil hazırda cavabdeh cavabdeh2 mülkiyyətində və iddiaçı İddiaçı faktiki sahibliyindədir. İddiaçı sahibliyinin qanuni əsasları mövcud deyildir. Mülkiyyətçi isə özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə qeyd etmişdir ki, iddiaçı İddiaçı ailə üzvü ilə birlikdə cavabdeh1 tələbi əsasında Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küçəsi, **A nömrəli yaşayış binasının 1-ci igirş, 2-cü mərtəbəsində yerləşən sahəsi 122 kv.m olan 3 otaqlı * nömrəli mənzilini boşatlmaları barədə qanuni qüvvəsini almış məhkəmə aktı mövcud olsa da, hazırda bu tələbi həmin iş üzrə tərəf olmayan yeni mülkiyyətçi irəli sürmüşdür. Odur ki, bu hissədə tələbə mahiyyəti üzrə baxılması qanunvericiliyin tələblərinə uyğundur.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, 157.2, 337.1, 337.3, 354.1, 373.2, 390.1, 390.2, 425.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının ## ####### 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2012-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
14. Həmin qətnamədən iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, qətnaməni ləğv, ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd olunması yeni qətnamə çıxarılmasını, həmçinin bu müqavilələri və ərizələri tərtib edib, əmlakı əldən çıxarıb, mənimsəmə, özbaşınalıq, əsassız varlanmaları faktları ilə bağlı cavabdehlərin cinayətkar əməlləri barədə Baş Prokurorluğa təqdimat verilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayətinin dəlillərinə görə, mənzilin mübahisəli olduğunu bilə-bilə cavabdeh cavabdeh2 Bakı şəhəri Yasamal Rayon Məhkəmsində verdiyi izahatında bildirmişdir ki, o, cavabdeh1 Salyan rayonunda ferma almaq üçün 2015-ci ildə 50000 manat pul vermişdir. Göründüyü kimi hər hansı mənzil almaqdan söhbət belə getmir. Sonradan cavabdeh cavabdeh2 əvvəllər ona verdiyi 50000 manat pulunu bərpa etmək üçün cavabdeh cavabdeh1 2015-ci ildə verdiyi pulu qaytarmadığını görüb, Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 22 A, mənzil 6 (yeni qaydalarla: AZ 1070, Bakı şəhəri, Yasamal rayonu. Elvin Salahov, 1-ci döngə. 96, M3, m2) müqavilə üzrə cavabdehin adına olan mübahisəli mənzili almaq qərarına gəlmişdir. Halbuki, məhkəmə qərarlarının qüvvədə olmasına baxmayaraq cavabdeh cavabdeh2 mənzili alarkən mənzilə qətiyyən heç bir baxış keçirmədən, “xxxx” KMnin komendantından evdə kimin yaşadığını soruşmuş, komendant da öz növbəsində evdə yaşayanın kirayənişin olduğunu bildirməsinə dərhal inanmış, bir sözlə cavabdeh2 ev almaq iddiasına düşmüşdür. Həqiqətin qaytarmağa pulunun olmadığını başa düşəndən sonra, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küçəsi (keçmiş Talıblı küçəsi) 22 A nömrəli yaşayış binasının 1-ci giriş, 3-cü mərtəbəsində yerləşən, sahəsi 122 kv.m olan 3 otaq, * nömrəli mənzilinə heç bir baxış keçirmədən və orada kimin yaşamasını və təmirinin hansı vəziyyətdə olmasına hər hansı baxış keçirmədən əlavə 150000 manat “xxxx” KM-yə ödəməklə ona ərizə və sənədlər verilərək çıxarış adına keçirilmişdir. cavabdeh1 olan 2015-ci ildə verdiyi 50000 manat pulu diriltmək üçün bu mübahisəli evə pul ödəyib almışdır. Göründüyü kimi X5 alqı-satqı üçün pul ödəməsi, evə gəlib baxmadan, təmirini, evin kvadraturasının nə qədər olması, yaşamağa yararlı olub-olmamasını müəyyən etmədən, evin qapısını döyüb baxış keçirmədən alqı-satqı edərək, mənzil alması heç inandırıcı deyil və tam qanunsuz və cavabdehlərin özbaşına və cinayətkar əməllləri ilə aparılan əməliyyat və hərəkətlərdir. Belə ki, birinci instansiya məhkəməsi ## ###### 2025-ci il tarixində mülki prosessual qanunvericiliyin tələblərini birtərəfli qaydada kobud şəkildə pozaraq cavabdeh cavabdeh2 nümayişkaranə şəkildə tribunaya dəvət edərək, imzasız ərizəsi və qarşılıqlı iddia ərizəsinə imza etdirərək, həmin günü qarşılıqlı iddia ərizəsini icraata götürmüşdür. Haqlı olaraq hakimə etiraz verərək, hakimin dəyiişilməsini tələb etsə də, sonradan, yəni yekunda həmin hissədə qarşılıqlı iddianı cavabdeh cavabdeh2 xeyrinə təmin edərək qanunsuz, ədalətsiz, qanunsuz və birtərəfli qətnamə çıxarılmışdır. Salyan Rayon Məhkəməsinin ## ###### 2020-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi və Şirvan Apellyasiya Məhkəməsinin ## ##### 2022ci il tarixli, *(***)-***/**** nömrəli qətnamələrinin icra olunması ilə bağlı icra hərəkətlərinin getdiyi mərhələdə cavabdehlər “xxxx” Kiçik Müəssisəsinin rəhbərliyi və cavabdehlər cavabdeh2, cavabdeh1, cavabdeh3 növbəti özbaşınalıq və qanunsuzluq edərək mənzilə çıxarış alması azmış kimi, üstəlik verdiyi imzasız ərizə və qarşılıqlı iddia ərizəsini iddianın yolverilməzliyinə görə qəbul etməkdən imtina əvəzinə icrata götürməklə mülki iş üzrə qanunsuz və birtərəfli nəticəyə gəlməklə normanın tələblərini pozmuşdur. Lakin cavabdeh cavabdeh1 və cavabdeh3 nümayəndə və vəkilləri qərəzli olaraq mübahisənin mənzilin alınmasına görə olmadığını və ümumiyyətlə məhkəmə qətnamələrində iddiaçı İddiaçı cavabdeh cavabdeh1 80000 ABŞ dolları və 12465 manat pulun alınıb verilməsi mənzil ilə əlaqəsinin olmadığıni bildirməsinin özü məhkəmə tərəfindən tənqidi yanaşılmamış və həmin qərarlarda göstərilən halların sübuta ehtiyacı olmaması məhkəmə tərəfindən nəzərə alınmamışdır. Həmçinin özünü vicdanlı hesab etməyə çalışan cavabdeh cavabdeh2 izahatında cavabdeh1 2015-ci il tarixində Salyan rayonu ərzisində ferma almaq məqsədilə 50000 manat verib, uzun müddətdən sonra pulunun öldüyünü və Həqiqətdən pul ala bilmədiyini görüb, yenidən məhkəmə mübahisələrinin getdiyi və məhkəmə qərarları icra mərhələsində olduğu mənzilə görə cavabdeh “xxxx” KM-ə gəlib 150000 (bir qüz əlli min) manat pul ödəyərək mənzil alıb, sənədləşdirməsi yalnız əqdi pərdələmək, əmlakı, pulu, mənzili X6 əlindən çıxarılmasına hesablanmış qanunsuz hərəkətlər olmaqla bərabər bu normanın tələblərini pozmaqla məhkəmə diqqətindən və araşdırmasından kənarda saxlanılmışdır. Qətnamələrin icra olunması ilə bağlı icra hərəkətlərinin getdiyi mərhələdə cavabdehlər “xxxx” Kiçik Müəssisənin rəhbərliyi və cavabdehlər cavabdeh2, cavabdeh1, cavabdeh3 növbəti özbaşınalıq və qanunsuzluq edərək iş materiallarında olan cavabdehlər cavabdeh1 və cavabdeh3 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küçəsi (keçmiş Talıblı küçəsi) 22 A nömrəli yaşayış binasının 1-ci giriş, 3-cü mərtəbəsində yerləşən, sahəsi 122 kv.m olan 3 otaq, * nömrəli mənzilin satılmasına etiraz etməmələrinə dair məhkəmə mübahisələrinin getdiyi dövrdən yəni 2019-cu ildən bəri gizli saxladıqları və qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının olmasına baxmayaraq, növbəti özbaşınalıq və qanunsuzluğa gedərək, ## ######## 2019-cu ilə aid ərizələr məhkəmələrə düşünülmüş şəkildə Salyan Rayon Məhkəməsinə və digər məhkəmələrə bildirmədən cavabdehlər cavabdeh1 və cavabdeh3 mənzilin iddiaçı İddiaçı mənzili alan zamanı ödədiyi pulu qaytarmadığını bildiyi halda, müqavilə üzrə mərhum ərindən adına keçirmiş mübahisəli mənzildən iddiaçını məhrum etməkdən ötrü düşünülmüş şəkildə digər cavabdeh oğlu cavabdeh3 ilə sözləşərək mübahisəli mənzili cavabdeh cavabdeh2 adına keçirilməsinə etiraz etməmələrinə dair ## ######## 2019-cu il tarixli, ************* nömrəli cavabdeh1 və ## ######## 2019-cu il tarixində cavabdeh3 ************* nömrəli ərizələri Bakı şəhəri ** saylı Notariat ofisində cavabdeh “xxxx” KM-nin vasitəçiliyi ilə rəsmiləşdirmişlər. Halbuki, 2019-cu ildən 2022-ci ilə qədər davam edən bütün məhkəmə mübahisələrindən cavabdehlərin tam xəbərləri olmuşdur. Cavabdeh “xxxx” KM X1, cavabdeh1, cavabdeh2 hər birinə borclarının olmamalarına dair maliyyə arayışları vermiş, yalnız iddiaçı İddiaçı qarşı düşmənçilik apararaq, hər hansı sənədləşmə işlərinin aparılmasına maneə yaratmışdır. Bu səbəbdən cavabdeh cavabdeh2 adına cavabdeh “xxxx” KM tərfindən ## ### 2023-cü il tarixli maliyyə arayışlarının etibarsız hesab edilməsi ilə bağlı tələbləri, ümumiyyətlə məhkəmə tərəfindən araşdırılmamış, həmin ziddiyyətli məqamların olmasına baxmayaraq, birtərəfli yanaşmadan kənara çıxmayaraq birtərəfli və qanunsuz qətnamə çıxarmaqdan çəkinməmişdir. Cavabdeh cavabdeh2 özü məhkəməyə izahatlarında və məhkəmə iclas protokollarında verilən suallara cavabında etiraf edir ki, o, əvvəlcə cavabdeh1 Salyan rayonu ərazisində ferma almaqdan ötəri 2015-ci ildə 50000 manat pul ödəmişdir. Sonradan cavabdeh2 cavabdeh1 ona 2015-ci ildə verdiyi pulunu geri qaytarmadığını başa düşəndən sonra Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küçəsi (keçmiş Talıblı küçəsi) 22 A nömrəli yaşayış binasının 1-ci giriş, 3-cü mərtəbəsində yerləşən, sahəsi 122 kv.m olan 3 otaq, * nömrəli mənzilinə heç bir baxış keçirmədən və orada kimin yaşamasını və təmirinin hansı vəziyyətdə olmasına hər-hansı baxış keçirmədən 150000 manat “xxxx” KM-yə ödəməklə ona ərizə və sənədlər verilərək çıxarış adına keçirilmişdir. cavabdeh1 olan 2015-ci ildə verdiyi 50000 manat pulu diriltmək üçün bu mübahisəli evə pul ödəyib almışdır. Göründüyü kimi X5 alqı-satqı üçün pul ödəməsi, evə gəlib baxmadan, təmirini, evin kvadraturasının nə qədər olması, yaşamağa yararlı olub-olmamasını müəyyən etmədən, evin qapısını döyüb baxış keçirmədən alqı-satqı edərək, mənzil alması heç inandırıcı deyil və tam qanunsuz və cavabdehlərin özbaşına və cinayətkar əməllləri ilə aparılan əməliyyat və hərəkətlərdir. Həmçinin cavabdeh2 50000 manat pulu fermaya görə, 150000 manat pulu isə guya evin qalan pulu olaraq “xxxx” KM-nin ofisində ödədiyini bildirir. Nədənsə “xxxx” KM müqaviləni 68320 ABŞ dolları ilə əskiyinə bağlamışdır. Iddiaçının bu qədər konstitusion və prosessual hüquqlarının cavabdehlər “xxxx” Kiçik Müəssisəsinin rəhbərliyinin, cavabdehlər cavabdeh2, cavabdeh1, cavabdeh3 və Bakı şəhəri ** saylı Notariat ofisinin, üstəlik hazırda Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən pozulmasına laqeyd və səthi yanaşıla bilinməz. Iddiaçı on ildən artıq bir müddətdir ki, ailə üzvləri ilə mübahisəli mənzili alıb, təmir etdirib daimi mənzil kirayə haqlarını ödəməklə yaşayır. Cavabdehlərin qərəzli və qanunsuz əməlləri məhkəmə müstəvisində ziddiyyətli olmaqla bərabər düzgün, ədalətli və qanuni araşdırılmamışdır. Sanki iddiaçı İddiaçı bu qədər cavabdehin məkrli oyununa gəlmiş və ümidini məhkəmədən umsa belə məhkəmə də birtərəfli mövqeyi ilə qanunsuz, birtərəfli və ədalətsiz qətnamə çıxarılması ilə iddiaçının maraqlarının və hüquqlarının pozulmasına göz yummuşdur. Məhkəmə qətnamələrindən mübahisələrin Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küçəsi (keçmiş Talıblı küçəsi) 22 A nömrəli yaşayış binasının 1-ci giriş, 3-cü mərtəbəsində yerləşən, sahəsi 122 kv.m olan 3 otaq, * nömrəli mənzil ilə bağlı getməsinə baxmayaraq cavabdeh cavabdeh1 nümayəndəsi və vəkili nümayəndə2 “cavabdeh1 yaşlı və qoca qadın olduğunu, onun qəpiyinin olmadığını, pulu Həqiqətin kürəkəni Xaliddən almağını və Həqiqət Emilə yalnız pensiyasından 200-300 manat verə bilər” kimi fikirlər deməklə, cavabdeh cavabdeh1 iddiaçı İddiaçı mənzilə görə ödədiyi pulunu bu yolla mənimsəməyə və ona qarşı vicdansız davranmasına bu cür qanunsuz istiqamət vermişdir. Iddiaçının bu qədər konstitusion və prosessual hüquqlarının pozulması ilə cavabdehlər “xxxx” Kiçik Müəssisənin rəhbərliyinin, cavabdehlər cavabdeh2, cavabdeh1, cavabdeh3 və Bakı şəhəri ** saylı Notariat ofisinin maddi və prosessual normalarının pozulduğu hallar birinci instansiya məhkəməsi tərəfindən düzgün araşdırılmamış və qanuni qüvvəsini alan məhkəmə qərarları ola-ola qanunsuz, birtərəfli və ədalətsiz qətnamə çıxarılması ilə iddiaçı İddiaçı maraqlarını və hüquqlarını bir daha heçə sayaraq, bir növ onun mənzilinin, əmlakının və mənzilə görə ödənilməli olan pulunun əldən çıxması ilə bərabər, həmçinin məhkəmənin gəldiyi nəticə, ümumiyyətlə bir-birinə zidd olmaqla, işin hallarına ümumiyyətlə uyğun gəlmir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh2 cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək, apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
17. Apellyasiya şikayətinə qarşı etirazın dəlillərinə görə, cavabdeh cavabdeh2 qanuni əsaslarla cavabdeh1 məxsus olmuş Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küçəsi (keçmiş Talıblı küçəsi) **A saylı yaşayış binasının 1-ci giriş, 3cü mərtəbəsində yerləşən, sahəsi 122 kvadrat metr olan 3 otaqlı * saylı mənzili 180000 manata satın almışdır. Onlar cavabdeh1 ilə 2017-ci ildə mənzilə görə razılıq əldə etmişlər və cavabdeh 2017-ci ildə ona ilkin olaraq 50000 manat pul verdi, qalanını da 2023-cü ildə verdi. cavabdeh1 ##.##.2019-cu il tarixdə ** saylı Notariat ofisində ərizə verərək, həmin mənzilin onun adına keçirilməsinə razılığını bildirmişdir. Salyan Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli, *(***)- ****/**** nömrəli qərardadı ilə mənzilin üzərinə həbs qoyulduğu üçün həmin vaxt mənzilin mənim adıma keçirilməsi mümkün olmamışdır. Salyan Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli qərardadı ilə Salyan Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli, *(***)-****/**** nömrəli qərardadı ləğv edilmiş, Bakı şəhəri, ünvan 1) ünvanında inşa edilmiş ev **A saylı evin 1-ci girişi, 3-cü mərtəbə, ümumi sahəsi 122.0 kv metr olan 3 otaqlı, * saylı mənzilinin üzərindən həbs götürülmüşdür. Bundan sonra cavabdeh1 ##.##.2023-cü il tarixli notarial ərizə yazaraq, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küçəsi (keçmiş Talıblı küçəsi) **A saylı yaşayış binasının 1-ci giriş, 3-cü mərtəbəsində yerləşən, sahəsi 122 kvadrat metr olan 3 otaqlı * saylı mənzilin onun adına keçirilməsinə razı olduğunu bildirmişdir. Bundan sonra “xxxx” Kiçik Müəssisəsi mənzili onun adına sənədləşdirmişdir. Daha sonra isə cavabdeh cavabdeh2 həmin mənzilə dair hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmışdır. Hal-hazırda mübahisəli mənzil onun xüsusi mülkiyyətindədir. O, vicdanlı alıcıdır, saxta sənədlərlə ev almamışdır. “xxxx” Kiçik Müəssisəsi mənzili onun adıma sənədləşdirərkən heç bir qanunsuzluğa yol verməmişdir. Lakin İddiaçı cavabdeh cavabdeh2 mülkiyyət hüquqlarını pozmaqda davam edir. Hesab edir ki, İddiaçı Dayanət oğlunun apellyasiya şikayəti əsassızdır və təmin olunmamalıdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Iddiaçının nümayəndəsi nümayəndə1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir.
19. Cavabdehlər cavabdeh1 və cavabdeh3 nümayəndəsi nümayəndə2 apellyasiya şikayətinə etirazla eyni məzmunlu izahat verərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
20. Cavabdeh cavabdeh2 apellyasiya şikayətinin təmin olunmamasını birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.
21. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən digər şəxslər (onların nümayəndələri) məhkəmə iclasına gəlmədikləri üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmışdır.
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 324.5. Iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.
23. Azərbaycan Respublikası Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının # ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ##### 2021-ci il tarixli Qərarı: “Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər. (B.Qasımovun şikayəti üzrə 2019-cu il # ###### tarixli Qərar).”
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.N.Məmmədovanın şikayəti üzrə” ## ####### 2004-cü il tarixli Qərarı “Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir.”
25. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Daşınmaz əşyalara dair əşya hüquqlarının əldə edilməsində üçüncü şəxslərin vicdanlılığı ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” ## ### 2026-cı il tarixli qərardadı: “17. Əşya hüquqlarının əldə edilməsi baxımından vicdanlılıq dedikdə, vəziyyətin tələb etdiyi bütün diqqətin göstərildiyi halda, hüququn qazanılmasına dair hansısa maneənin varlığının obyektiv olaraq fərqində olmamaq başa düşülür.
43. Belə uydurma əqdlər üzrə “vicdanlı əldə edən görüntüsü” yaratmaq niyyəti aşağıda qeyd olunan faktların mövcudluğu ilə müəyyənləşdirilə bilər: - əldə edənlə əqdin qarşı tərəfi arasında əlbirliyə işarə edən qohumluq, dostluq, asılılıq və ya digər yaxınlıq münasibətlərinin olması; ... - buna dair ağlabatan əsaslandırma olmadan əldə edənin müqavilənin bağlanmasından öncə və ya sonra əşyaya şəxsən (və ya nümayəndəsi və ya qohumu vasitəsilə) baxış keçirməməsi, əşyanın xüsusiyyətləri barədə məlumatsız olması; - buna dair ağlabatan əsaslandırma olmadan əşyanın üçüncü şəxsin sahibliyinə verilməməsi, onun da əşyaya yiyələnməklə bağlı real cəhdlərinin olmaması, əşyanın yeni hüquqi əsaslar olmadan əsl mülkiyyətçinin sahibliyində qalmaqda davam etməsi; - cavabdehin həqiqi niyyətinin olmasına dair istinad etdiyi mühüm halların məhkəmə araşdırmasında təkzib olunması. ... 67. Qanunvericiliyin əsl məqsədi isə ilk baxışda formal olaraq vicdanlı görünən şəxsi deyil, həqiqətən vicdanlı olan şəxsi qorumaq olduğuna görə, mübahisənin səthi şəkildə araşdırılması və ya formal yanaşma əsasında həlli qəbuledilməzdir.”
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.
Apellyasiya baxışının hədləri
27. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilərək, iddianın təmin olunması tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası ilkin iddianın ## ####### 2019-cu il tarixli “xxxx” Kiçik Müəssisəsi ilə cavabdeh cavabdeh1 arasında bağlanılmış yaşayış binasında mənzil tikintisi haqqında müqavilənin, ## ####### 2019-cu il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi hissələrində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və əlavə əsaslandırma aparılmasına zərurət görmür.
29. Birinci instansiya məhkəməsi ilkin iddianı müqavilənin etibarsız sayılması hissəsində rədd edərkən bir tərəfdən iddiaçının bu tələbi irəli sürməyə subyektiv hüququnun olmadığını bildirmiş, digər tərəfdən əqdlərin etibarsız sayılması üçün əsasların müəyyən edilmədiyini göstərmişdir.
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Bağırovun şikayəti üzrə” ## #### 2008-ci il tarixli Qərarında vurğulamışdır ki, “apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”.
31. Ilkin iddianın ## ####### 2019-cu il tarixli “xxxx” Kiçik Müəssisəsi ilə cavabdeh cavabdeh1 arasında bağlanılmış yaşayış binasında mənzil tikintisi haqqında müqavilənin etibarsız sayılması barədə hissəsi onunla əsaslandırılır ki, Qətnamələrin icra olunması ilə bağlı icra hərəkətlərinin getdiyi mərhələdə cavabdehlər “xxxx” Kiçik Müəssisənin rəhbərliyi və cavabdehlər cavabdeh2, cavabdeh1, cavabdeh3 növbəti özbaşınalıq və qanunsuzluq edərək iş materiallarında olan cavabdehlər cavabdeh1 və cavabdeh3 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küçəsi (keçmiş Talıblı küçəsi) 22 A nömrəli yaşayış binasının 1-ci giriş, 3-cü mərtəbəsində yerləşən, sahəsi 122 kv.m olan 3 otaq, * nömrəli mənzilin satılmasına etiraz etməmələrinə dair məhkəmə mübahisələrinin getdiyi dövrdən yəni 2019-cu ildən bəri gizli saxladıqları və qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının olmasına baxmayaraq, növbəti özbaşınalıq və qanunsuzluğa gedərək, ## ######## 2019-cu ilə aid ərizələr məhkəmələrə düşünülmüş şəkildə Salyan Rayon Məhkəməsinə və digər məhkəmələrə bildirmədən cavabdehlər cavabdeh1 və cavabdeh3 mənzilin iddiaçı İddiaçı mənzili alan zamanı ödədiyi pulu qaytarmadığını bildiyi halda, müqavilə üzrə mərhum ərindən adına keçirmiş mübahisəli mənzildən iddiaçını məhrum etməkdən ötrü düşünülmüş şəkildə digər cavabdeh oğlu cavabdeh3 ilə sözləşərək mübahisəli mənzili cavabdeh cavabdeh2 adına keçirilməsinə etiraz etməmələrinə dair ## ######## 2019-cu il tarixli, ************* nömrəli cavabdeh1 və ## ######## 2019-cu il tarixində cavabdeh3 ************* nömrəli ərizələri Bakı şəhəri ** saylı Notariat ofisində cavabdeh “xxxx” KM-nin vasitəçiliyi ilə rəsmiləşdirmişlər. Halbuki, 2019-cu ildən 2022-ci ilə qədər davam edən bütün məhkəmə mübahisələrindən cavabdehlərin tam xəbərləri olmuşdur.
32. Apellyasiya şikayətinin dəlilləri işin halları ilə qismən təsdiqini tapır. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinə əsasən İddiaçı ailəsi ilə birlikdə cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küçəsi, **A nömrəli yaşayış binasının 1-ci giirş, 2-cü mərtəbəsində yerləşən sahəsi 122 kv.m olan 3 otaqlı * nömrəli mənzildən çıxarılmaları, cavabdeh1 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küçəsi, **A nömrəli yaşayış binasının 1-ci giriş, 2-cü mərtəbəsində yerləşən sahəsi 122 kv.m olan 3 otaqlı * nömrəli mənzilə mənzilə köçürülmələri, həmçinin, cavabdeh1 mənzilin dəyəri üzrə 80000 ABŞ dolları icra vaxtı manata olan məzənnə ilə, mənzilin təmiri xərci üzrə 12465 manat pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Yəni, cavabdeh1 ilə İddiaçı bir – birlərinin qarşısında məhkəmə qətnaməsinə əsasən yaranmış öhdəlikləri mövcuddur.
33. Apellyasiya instansiyasında məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, mənzildən çıxarılma barədə icra sənədi ilə bağlı icra hərəkətləri davam etdirilir, pul vəsaitinin tutulması barədə icra sənədi üzrə isə borclunun pensiyasından tutulmalar aparılır. Yəni, əgər mənzil cavabdeh2 adına keçirilməsə idi, icra icraatı çərçivəsində tutma hazırkı mübahisənin predmeti olan mənzilə yönəldilməli idi. Buna görə də borcun əmlakına yönəldilməsi və məcburi satılması hesabına ödənilməsinin qarşısını almaq məqsədilə formal olaraq mübahisə olunan alqı-satqı müqavilələrini rəsmiləşdirməklə əslində uydurma əqd bağlamışdır. Tərəflər arasında olan məhkəmə mübahisələrindən cavabdeh2 xəbərdar olması sonuncunun özü tərəfindən də inkar edilmir.
34. Mülki Məcəllənin 340.1-ci maddəsinə görə uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir, uydurma əqd əhəmiyyətsizdir. Normanın məzmunundan göründüyü kimi uydurma əqd, həqiqətdə heç bir hüquqi nəticə (hüquq və öhdəlik) əmələ gətitmək niyyəti olmadan, sırf görünüş üçün bağlanan əqddir. Bu halda əqdin tərəfləri hüquq və öhdəliklər yaratmağı arzu etmir, əksinə belə nəticənin əmələ gəlməməsi barəsində öz aralarında razılığa gəlmiş olurlar. Başqa sözlə, uydurma əqd, bir qayda olaraq sırf başqalarını (üçüncü şəxsləri) aldatmaq və həqiqətdə olmayan hüquq və öhdəlikləri sanki varmış kimi göstərmək məqsədilə bağlanır.
35. Iddiaçı ona istinad edir ki, mübahisə olunan əqdlərin rəsmiləşdirilməsində məqsəd borclunun müqavilələrin predmeti olan əşyaların mülkiyyətçisi kimi görünməməsini təmin etməklə tələbin həmin əmlaka yönəldilmənin qarşısını almaqdır. Belə olan halda, alacağının borclunun əmlakı hesabına ödənilməsi imkanı aradan qalxır və tələbkar kimi hüquqları pozulur.
36. Məhkəmə kollegiyası qeyd edir ki, uydurma əqd bir qayda olaraq üçüncü şəxsləri aldatmaq və xarici aləmə həqiqətdə olmayan bir hüquqi vəziyyəti göstərmək məqsədilə bağlandığı üçün bu vəziyyətə görə mənafeyi pozulan hər bir şəxs həmin əqdin etibarsızlığına dair məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Mövcud vəziyyətdə həmin şəxsin subyektiv hüququnun olmaması barədə mövqe məhkəmə müdafiəsi hüququna ziddir.
37. Buna görə də belə qənaətə gəlir ki, kreditorun (tələbkarın) borclunun öz əmlakını icradan yayındırmaq məqsədilə bağladığı əqdlərin etibarsız sayılması barədə tələb irəli sürməyə subyektiv hüququ vardır və belə iddia uydurma əqdə dair maddi hüquq normasının dispozisiya şərtləri əsasında həll edilməlidir.
38. Həmçinin, məhkəmə kollegiyası bu nəticəyə gələrkən onu da nəzərə alır ki, razılıq ərizələrinin yazıldığı dövrdə artıq tərəflər arasında məhkəmə mübahisələri mövcud olmuşdur, cavabdeh1 ilə cavabdeh2 əvvəldən münasibətlərinin olması işin mübahisələndirilməyən halıdır, müqavilənin 2023-cü ildə bağlanmasına baxmayaraq əşya cavabdeh1 sahibliyinə verilməmişdir və bununla bağlı iddia (qarşılıqlı iddia) yalnız qarşı tərəfin əqdin etibarsızlığı ilə bağlı iddia qaldırmasından sonra verilmişdir.
39. Işin halları ilə cavabdeh2 vicdanlı alıcı olması ilə bağlı arqumentləri də təkzib olunur. Əvvəla cavabdeh2 tərəfindən mənzil əldə olunarkən bu barədə dövlət reyestrində qeyd mövcud olmamış və ilkin qeydiyyat onun adına aparılmışdır.
40. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.N.Məmmədovanın şikayəti üzrə” ## ####### 2004-cü il tarixli Qərarında qeyd olunur ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Lakin yuxarıda qeyd olunduğu kimi tərəflər arasında həmin daşınmaz əmlakla bağlı məhkəmə mübahisəsinin mövcud olması, iddiaçıların müqavilə bağlandığı vaxt orada yaşaması cavabdeh2 məlum olmuşdur.
41. Buna görə də, məhkəmə kollegiyası bu qənaətə gəlir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin olunmaqla qətnamə ilkin iddianın Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi (keçmiş Talıblı küçəsi) ev 22 A, mənzil 6 (yeni qaydalarla: AZI070, Bakı şəhəri, Yasamal rayonu, Elvin Salahov, 1-ci döngə, 96, M3, m2) ünvanına dair cavabdeh “xxxx” Kiçik Müəssisəsi ilə cavabdeh cavabdeh2 arasında bağlanılmış ## #### 2023-cü il tarixli ****** nömrəli yaşayış binasında - mənzil tikintisi haqqında və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, sonuncunun adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ## ###### 2023-cü il tarixli, ********** nömrəli aparılan qeydiyyat və həmin tarixdə verilən çıxarışın ləğv edilməsi, cavabdehlər cavabdeh1 və cavabdeh3 mənzilin cavabdeh cavabdeh2 adına keçirilməsinə etiraz etməmələrinə dair ## ######## 2019-cu il tarixli, ************* nömrəli cavabdeh1 və ## ######## 2019-cu il tarixində cavabdeh3 ************* nömrəli ərizələrinin, ## ### 2023-cü il tarixli maliyyə arayışlarının etibarsız hesab edilməsi, mənzilin sənədlərinin cavabdeh cavabdeh1 adına əvvəlki hüquqi vəziyyətinə qaytarılmasına dair və mənzilin cavabdeh “xxxx” Kiçik Müəssisəsinin rəhbərliyi tərəfindən mənimsəyərək aldığı 68320 ABŞ dolları pulun digər cavabdeh cavabdeh2 qaytarılması tələblərinin rədd olunduğu və qarşılıqlı iddianın təmin olunduğu hissələrdə ləğv edilməli, həmin hissələrdə iş üzrə yeni qətnamə çıxarılaraq ## #### 2023-cü il tarixli ****** nömrəli yaşayış binasında - mənzil tikintisi haqqında və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməli, sonuncunun adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ## ###### 2023-cü il tarixli, ********** nömrəli aparılan qeydiyyat və həmin tarixdə verilən çıxarışın ləğv edilməli, qarşılıqlı iddia isə rədd edilməlidir.
42. Həmçinin, məhkəmə kollegiyası tələbin mənzilin cavabdeh “xxxx” Kiçik Müəssisəsinin rəhbərliyi tərəfindən mənimsəyərək aldığı 68320 ABŞ dolları pulun digər cavabdeh cavabdeh2 qaytarılması hissəsinə münasibətdə qeyd edir ki, həmin məbləğin sonuncu tərəfindən cavabdeh1 və ya “xxxx” Kiçik Müəssisəsindən tələb edəcəyi məlum deyildir və bu xüsusat hazırkı araşdırmanın predmetini təşkil etmədiyindən, sonuncunun bu barədə hər hansı tələbi olmadığından iddia bu hissədə təmin edilə bilməz.
43. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi qismən - ilkin iddianın Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi (keçmiş Talıblı küçəsi) ev 22 A, mənzil 6 (yeni qaydalarla: AZI070, Bakı şəhəri, Yasamal rayonu, Elvin Salahov, 1-ci döngə, 96, M3, m2) ünvanına dair cavabdeh “xxxx” Kiçik Müəssisəsi ilə cavabdeh cavabdeh2 arasında bağlanılmış ## #### 2023-cü il tarixli ****** nömrəli yaşayış binasında - mənzil tikintisi haqqında və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, sonuncunun adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ## ###### 2023-cü il tarixli, ********** nömrəli aparılan qeydiyyat və həmin tarixdə verilən çıxarışın ləğv edilməsi, cavabdehlər cavabdeh1 və cavabdeh3 mənzilin cavabdeh cavabdeh2 adına keçirilməsinə etiraz etməmələrinə dair ## ######## 2019-cu il tarixli, ************* nömrəli cavabdeh1 və ## ######## 2019-cu il tarixində cavabdeh3 ************* nömrəli ərizələrinin, ## ### 2023-cü il tarixli maliyyə arayışlarının etibarsız hesab edilməsi, mənzilin sənədlərinin cavabdeh cavabdeh1 adına əvvəlki hüquqi vəziyyətinə qaytarılmasına dair və mənzilin cavabdeh “xxxx” Kiçik Müəssisəsinin rəhbərliyi tərəfindən mənimsəyərək aldığı 68320 ABŞ dolları pulun digər cavabdeh cavabdeh2 qaytarılması tələblərinin rədd olunduğu və qarşılıqlı iddianın təmin olunduğu hissələrdə ləğv edilsin, həmin hissələrdə iş üzrə yeni qətnamə çıxarılsın. Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi (keçmiş Talıblı küçəsi) ev 22 A, mənzil 6 (yeni qaydalarla: AZI070, Bakı şəhəri, Yasamal rayonu, Elvin Salahov, 1-ci döngə, 96, M3, m2) ünvanına dair cavabdeh “xxxx” Kiçik Müəssisəsi ilə cavabdeh cavabdeh2 arasında bağlanılmış ## #### 2023-cü il tarixli ****** nömrəli yaşayış binasında - mənzil tikintisi haqqında və alqı-satqı müqaviləsi etibarsız hesab edilsin, həmin mənzilə cavabdeh2 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ## ###### 2023-cü il tarixli, 1123089116 nömrə ilə aparılan qeydiyyatın və bu qeydiyyat əsasında verilmiş çıxarış ləğv edilsin. Ilkin iddia qalan hissələrdə rədd edilsin. cavabdeh2 İddiaçı ailə üzvləri ilə birlikdə onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küçəsi, ev **A nömrəli yaşayış binasının 1-ci giriş, 3-cü mərtəbəsində yerləşən, sahəsi 122 kv.m. olan 3 otaqlı * nömrəli mənzildən çıxarılmaları barədə qarşılıqlı iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.