Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(3-6)-527/2026 10.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, X3 və X1 ibarət tərkibdə, Məhkəmə İclas katibi X11, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “kommunal xidmət haqqı borcunun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)-4691/2025 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları: Qeyri-kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında şəhadətnamədən görünür ki, İddiaçı MMMC xx.xx.2023-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. "xxxx" MTK ilə X6 arasında bağlanmış çoxmənzilli evin idarəedilməsi haqqında xx.xx.2016-cı il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 92A ünvanında yerləşən çoxmənzilli evlərin idarə edilməsi ilə bağlı bütün səlahiyyəti əvəzsiz olaraq idarə edənə verməyi, idarə edən isə öz növbəsində mülkiyyətçinin inşa etdiyi çoxmənzilli evi ondan qəbul edib hazırkı müqavilə ilə razılaşdırılmış şərtlər əsasında idarə edilməsini həyata keçirməyi öhdəsinə götürmüşdür. Tələbin güzəştinə dair xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən X6 Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti 92A ünvanında yerləşən çoxmənzilli binada yerləşən mənzillərin və qeyri-yaşayış sahələrinin idarə edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixədək yaranmış bütün tələb və hüquqlarını və səlahiyyətlərini əvəzsiz olaraq idarə edənə güzəşt edir, idarə edən isə güzəşti qəbul etməsinə razılığını bildirir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 3166-ci məhəllə, ev 92 A, mənzil 1093 (yeni qaydalarla: AZ1122, Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, giriş 153, M17, m3) ünvanında yerləşən ümumi sahəsi 134.40 kv.metr olan mənzil tam hissədə Cavabdeh adına xx.xx.2019-cu il tarixində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Hazırda İddiaçı MMMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən kommunal xidmət haqqı borcunun eləcə də vəkil xidməti olaraq ödənilmiş 400 (dörd yüz) manat məbləğindəki pul vəsaitinin və 46 (qırx altı) manat məbləğindəki dövlət rüsumunun əvəzinin tutularaq İddiaçınə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı “kommunal xidmət haqqı borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1.447,65 (min dörd yüz qırx yeddi manat altmış beş qəpik) manat əsas borc məbləğinin, vəkil xidməti olaraq ödənilmiş 400 (dörd yüz) manat məbləğindəki pul vəsaitinin və dövlət rüsumu olaraq ödənilmiş 35 (otuz beş) manat məbləğindəki pul vəsaitinin əvəzinin tutularaq İddiaçınə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, sahə mülkiyyətçilərinin qərarı ilə, İddiaçı qeydiyyata alınmışdır. Yeni yaranan Cəmiyyətin nizamnaməsinə əsasən yaşayış binasını birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etmək hüququ İddiaçınə həvalə olunub. Amma buna baxmayaraq Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi 92A, 9-cu blok, 1093 saylı mənzilin mülkiyyətçisi kimi İddiaçınə ümumilikdə 1.447,65 (min dörd yü qırx yeddi manat altmış beş qəpik) manat məbləğində borcu vardır və cavabdeh ona edilən xəbərdarlıqlara baxmayaraq həmin borcu ödəməmişdir. Mövcud qanunvericilikdə müəyyən edilmiş qaydalara uyğun olaraq borcun ödənilməsini cavabdehdən xahiş etsələr də, cavabdeh tərəf borcunu ödəməkdən yayınıb. Bu baxımdan məhkəməyə müraciət etmək məcburiyyətində qaldıqları üçün, vəkil xidməti olaraq 400 (dörd yüz) manat və 35 (otuz beş) manat dövlət rüsumu ödəmişlər. İddia tələbində qeyd edilən 1.447,65 (min dörd yüz qırx yeddi manat altmış beş qəpik) manat məbləğindəki əsas borc məbləği, vəkil xidməti olaraq ödənilmiş 400 (dörd yüz) manat məbləğindəki pul vəsaiti və 35 (otuz beş) manat məbləğindəki dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Tələbin güzəştinə dair, Y-71-003/2024 saylı, 01 yanvar 2024-cü il tarixli müqaviləyə əsasən, ünvan 3 ünvanında qeydiyyatda olan X6 öz tələblərini İddiaçınə güzəşt etmişdir. Həmçinin həmin müqavilənin şərtlərindən görünür ki, “Mülkiyyətçi” müqavilə əsasında idarə etdiyi Bakı şəhəri,Yasamal rayonu, H.Zərdabi pr. 92A və 204A ünvanında yerləşən çoxmənzilli binada yerləşən mənzillərin və qeyri-yaşayış sahələrinin (bundan sonra Əmlak) idarə edilməsi ilə bağlı 01 yanvar 2024-cü il tarixədək yaranmış bütün tələb və hüquqlarını (o cümlədən gələcəkdə yarana biləcək tələb və hüquqlarını) və səlahiyyətlərini əvəzsiz olaraq “İdarə edən”ə güzəşt edir, “İdarə edən” isə güzəşti qəbul etməsinə razılığını bildirir. Həmçinin həmin müqavilənin məzmunundan görünür ki, “İdarə edən” edən öz növbəsində "xxxx" Mənzil Tikinti Kooperativi ilə, ünvan 6 ünvanında qeydiyyatda olan X6 arasında bağlanmış “çox mənzilli binanın idarə edilməsi haqqında müqavilədən irəli gələn və "xxxx" Mənzil Tikinti Kooperativinin inşa etdiyi Bakı şəhəri,Yasamal rayonu, H.Zərdabi pr.92A və 204A ünvanında yerləşən çoxmənzilli binadakı “Əmlak”in idarə edilməsi ilə bağlı tələblərə və hüquqlara aid bütün sənədləri və həmin tələblərdən və hüquqlardan istifadə üçün zəruri olan bütün məlumatları ondan qəbul edib hazırkı müqavilə ilə razılaşdırılmış şərtlər əsasında idarə edilməsini həyata keçirməyi öhdəsinə götürür. Həmcinin həmin müqavilənin 1 saylı əlavəsindən görünür ki, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi 92 A, 9-cu blok,1093 saylı mənzilin mülkiyyətçisi kimi İddiaçınə 01 yanvar 2024-cü il tarixədək 1.053,00 (min əlli üç manat sıfır qəpik) manat borcu vardır. Həmcinin iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi 92A, 9-cu blok,1093 saylı mənzilin mülkiyyətçisi kimi İddiaçınə 01 yanvar 2024-cü il tarixdən, 01 oktyabr 2024-cü il tarixədək 394,65 (üç yüz doxsan dörd manat altmış beş qəpik) manat borcu vardır. Həmcinin iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi 92A, 9-cu blok, 1093 saylı mənzilin mülkiyyətçisi kimi İddiaçınə ümumilikdə 1.447,65 (min dörd yüz qırx yeddi manat altmış beş qəpik) manat məbləğində borcu vardır. Daha sonra İddiaçı nümayəndəsi-vəkili Nümayəndə2 iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 01 dekabr 2025ci il tarixinə kimi (dekabr ayı daxil deyil) ümumilikdə 2061,55 manat məbləğində borcu yarandığını, bu səbəbdən Cavabdeh 2061,55 (iki min altımış bir min əlli beş qəpik) manat əsas borc məbləğinin, vəkil xidməti olaraq ödənilmiş 400 (dörd yüz) manat məbləğindəki pul vəsaitinin və 46 (qırx altı) manat məbləğindəki dövlət rüsumunun əvəzinin tutularaq İddiaçınə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya etiraz edərək və iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək, iddia tələbinin əsassız olmaqla yanaşı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə üç illik iddia müddətini ötürməsini nəzərə alaraq, iddianın rədd olunmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)- 4691/2025 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 1523.52 (min beş yüz iyirmi üç manat əlli iki qəpik) manat kommunal xidmət haqqı borcu, vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 400 (dörd yüz) manat və dövlət rüsumu olaraq ödənilmiş 35.24 (otuz beş manat iyirmi dörd qəpik) manat məbləğində pulun tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, kommunal xidmət haqqının cavabdehə məxsus mənzilin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ümumi sahəsi ilə deyil, müqavilədə göstərilən ümumi sahəsinə görə hesablanması üçün əsas məhkəmə baxışı gedişində əmələ gəlməmiş və iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandıra bilməmişdir. Lakin kommunal xidmət haqqı tələbinin artırılaraq 1 dekabr tarixinə kimi hesablanması əsası məhkəmə baxışı gedişində əmələ gəlmiş əsasdır. Belə ki, kommunal xidmət haqqının ödənilməsi davam edən münasibətdir və iddiaçının məhkəmə baxışında iddia tələbini artıraraq kommunal xidmət haqqının 1 dekabr tarixinə kimi hesablanaraq ödənilməsini tələb etməsi və məhkəmənin bunu qəbul etməsi tərəflər arasında eyni hüquq münasibətlərindən irəli gələn tələblər üzrə ayrıayrı məhkəmə çəkişmələrinin yaranmasının qarşısını alır, həmçinin prosessual qənaət prinsipinə əməl edilməklə, məhkəmə müdafiəsinin səmərəliyini təmin edir. İş materiallarına əsasən İddiaçı fəaliyyət dövrü ərzində, yəni 01 yanvar 2024-cü il tarixdən 01 dekabr 2025-ci il tarixinədək hesablanmaqla Cavabdeh 973.36 manat (134.40 kv.m * 0.30 manat = 40.32 manat, 40.32 manat * 23 ay = 927.36 manat) + 46 (2 manat * 23 ay = 46 manat) = 973.36 manat) və tələbin güzəştinə dair müqavilənin 1 saylı Əlavəsinin 146-cı bəndinə əsasən Cavabdeh adına hesablanmış 1053 manat olmaqla, cəmi 2026.36 manat məbləğində kommunal xidmət haqqı borcunun olduğu müəyyən olunmuşdur. Məhkəmə cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi əsasında iddia müddətini tətbiq edərək hesab etmişdir ki, Cavabdeh 1523.52 manat (134.40 kv.m * 0.30 manat = 40.32 manat, 40.32 manat * 36 ay = 1451.52 manat) + 72 (2 manat * 36 ay = 72 manat) = 1523.52 manat) kommunal xidmət haqqı borcu tutularaq İddiaçınə ödənilməlidir. Məhkəmə iddiaçının məhkəmə xərcləri ilə əlaqədar pul tələblərinə münasibətdə hesab etmişdir ki, iddia qismən təmin edildiyindən iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 46 manat məbləğində dövlət rüsumunun 35.24 manatı və vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 400 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçınə ödənilməlidir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilməsi və iddia tələblərinin tam rədd edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, MMMC-nin iştirakçılarının ümumi yığıncağının xx.xx.2025-ci il tarixli qərarından görünür ki, qəbul edilmiş qərarın lehinə 643 nəfər səs verib. Lakin, əlavə edilmiş siyahıda 317 imza var və onlardan da yalnız 92-si mənzil mülkiyyətçisi, qalan 225 imza isə cəmi 3 nəfər qaraj sahibinə (X12 90 səs, X9 90 səs və X10 45 səs) aiddir. Belə çıxır ki, qərar natamamdır və sakinlərin ödənişlərini bir neçə nəfər qaraj sahibi müəyyən edir. Hesab edir ki, iclaslarda yalnız çoxmənzilli binanın sahə mülkiyyətçiləri iştirak edə bilərdi və onların bu hüququ, yəni yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatla (çıxarışla) təsdiq edilməli idi. Hazırkı iş üzrə 3 nəfər olmaqla səslərin əksəriyyətini təşkil etmiş qaraj sahələrinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınıb-alınmaması məsələsi ümumiyyətlə araşdırılmamışdır. Belə olan halda yetərsay təmin edilməmiş qalır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 126.5-ci maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağını cəmiyyətin idarə heyətinin sədri və ya onun müavini aparır. Qeyd edilən şəxslər olmadıqda ümumi yığıncağı idarə heyətinin üzvlərindən biri aparır. Lakin, qərardan bu hal da müəyyən edilmir. Digər tərəfdən gündəlikdə duran 2-ci məsələ üzrə qərarda qeyd edilmişdir ki, sakinlərlə müvafiq müqavilələr bağlanmalıdır. Lakin, ödəniş barədə qərar qəbul etmiş cəmi 3 nəfər şəxsin də sahə mülkiyyətçisi olaraq müvafiq müqavilə bağlayıb-bağlamaması və ödəniş edibetməməsi qeyri-müəyyəndir. Belə olan halda iclas və qərar saxta və şübhə doğurur. İclasın həqiqətən keçirilib-keçirilməməsinin müyyən edilməsi, onun həqiqliyinin müəyyən edilməsi üçün xx.xx.2025-ci il tarixli qərarın əsli, X7 90, X4 90 və X5 45 ədəd qeyri-yaşayış sahələrinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə bütün çıxarışlar, X12, X8 və X10 ilə mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti tərəfindən bağlanmış müqavilələr və mülkiyyət hüquqları yarandığı dövrdən bu günə qədər onlar tərəfindən mütləq ödənişlərin və (və ya) haqların həqiqətən ödənişini təsdiq edən ciddi hesabat blankı formasında ilkin maliyyə sənədlərinin təqdim edilməsi barədə müvafiq vəsatət verilsə də, bu məsələnin də üzərindən sükutla keçilmiş, bu barədə yeganə məlumat sahibi olan cavabdeh heç bir sübut təqdim etməmişdir. MMMC-nin iştirakçılarının ümumi yığıncağının xx.xx.2025-ci il tarixli iclasının keçirilmə qaydaları pozulmuşdur. Sakinlər qarşısında heç bir hesabatlılıq mövcud deyil. MMMC-nin yarandığı tarixindən sonrakı dövr üçün tələbi də əsassızdır MMMC yaradılması barədə xəbəri olmayıb, belə MMMC-nin yaradılması barədə heç bir formada xəbərdar edilməmişdir. MMMC yarandıqdan sonra cəmiyyətin iştirakçılarının ümumi yığıncağının qərarını təqdim etməklə, müqavilə bağlanmasını təklif etmək əvəzinə MMMC birbaşa məhkəməyə müraciət etmişdir. Göründüyü kimi MMMC-nin yarandığı tarixindən sonrakı dövr üçün də tələbin irəli sürülməsi üçün MMMC-nin iştirakçılarının ümumi yığıncağının mütləq ödənişlərinin və haqlarının miqdarının müəyyən edilməsi barədə qərarı olmalı, həmçinin müqavilə bağlanmalıdır ki, bunların heç biri mövcud deyil. Belə olan halda iddia bu hissədə də əsassızdır. Bu baxımdan iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli qərarı özü-özlüyündə mahiyyəti və prosedurlara riayət edilməsi baxımından şübhəlidir və hər bir halda özündən əvvəlki münasibətlərə şamil edilə bilməz, heç bir hüquqi əhəmiyyəti yoxdur və bina idarəetməsinin sakinlərin maraqları üçün deyil, kənar biznes maraqlar üçün təşkil edildiyini bir daha göstərir. Ləğv edilməli və MMMC yaradılmalı olduğu halda, bunu etməməklə inzibati xəta törədərək idarəetmənin şübhəli şəkildə fərdi sahibkar X2 verməklə sakinlərdən yığılan vəsait üzrə hesabatlılığı aparmamaq, bu hesabatlılıqdan irəli gələn öhdəliklərdən yayınmaq sxeminə əsaslanmaqla qaldırılan iddia əsassızdır. "xxxx" MTK ilə X6 arasında bağlanmış “çox mənzilli binanın idarə edilməsi haqqında müqavilə”nin müddəti qanunvericiliyin tələblərinə cavab vermir. İddiaçının damofon-videomüşahidə sistemi üzrə xidmət haqqı tələbinin heç bir hüquqi əsası yoxdur. Bu vəsaitin hansı əsasla və məhz hansı hüquqi əsasla aylıq 2 manat ödənilməsi qeyri müəyyəndir. İddia bu hissədə də tamamilə əsassızdır və rədd edilməldir. İddiaçı vəkilə ödədiyini iddia etdiyi 400 manat vəsaiti tələb edir. İlk növbədə qeyd edilməlidir ki, MMMC ixtisaslaşmış funksionallığa malik hüquqi şəxsdir. Onun məqsədi çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etməkdir. Təşkilatlanmış qurum olmaqla iddiaçı binanın istismarı ilə bağlı bütün işləri aparmaq üçün müvafiq resursa malik olmalı və bunu səmərəli təşkil etməlidir. Bu baxımdan hazırkı iş üzrə vəkil ilə təmsil olunmağa heç bir zərurət yoxdur. Hazırkı iş üzrə hüquqi şəxs olan iddiaçı vəkil ilə müqavilə bağlamaq məcburiyyətində olmamışdır. Hazırkı iş üzrə iddaçının iddia tələbi 2061,55 manatdan ibarətdir. Bu iddianın qiymətidir və dövlət rüsumu məhz bu məbləğdən hesablanmalıdır. İş üzrə ödənilmiş dövlət rüsumu və vəkil xərci isə iddianın qiymətinə daxil olmamaqla məhkəmə xərcidir və iddianın qiymətinin hesablanmasında və bundan da irəli gələrək dövlət rüsumunun hesablanmasında nəzərə alınmamalıdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdeh izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş iddiaçı öz nümayəndəsinin Məhkəmə Kollegiyasının iclasında iştirakını təmin etmədiyindən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnaməni iddia tələbinin təmin edilən hissəsində mübahisələndirmişdir. Həmçinin iddia tələbinin təmin edilməyən hissəsi iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin təmin edilən hissəsində yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Mülki Məcəllə: 193.1. Güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələbi və ya hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə verə bilər. Tələblər və hüquqlar yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir. 193.2. Əvvəlki sahib tələblərə və hüquqlara aid öz sərəncamında olan bütün sənədləri və həmin tələblərdən və hüquqlardan istifadə üçün zəruri olan bütün məlumatı yeni sahibə verməlidir. 193.3. Əvvəlki sahib tələb əsasında bu hüququn və tələbin güzəşti barədə lazımınca təsdiqlənmiş sənədi də əldə edənə verməlidir. Bu sənədin təsdiqlənməsi üçün zəruri xərclər yeni sahibin üzərinə qoyulur. 194.1. Tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. 198.2. Tələbi başqa şəxsə güzəşt etmiş kreditor ona tələb hüququnu təsdiqləyən sənədləri təqdim etməyə və tələbin həyata keçirilməsi üçün əhəmiyyət daşıyan məlumatları bildirməyə borcludur. Mənzil Məcəlləsi: 29.3. Qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır, kommunal mənzildə otaq mülkiyyətçisi isə əlavə olaraq həmin mənzilin otaq mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır. 38.1. Çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir. 38.2. Çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir. 43.1. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır. 43.2.4. Çoxmənzilli binanın idarəetmə üsulunu seçmək çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aiddir. 109.5. Kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənziltikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənziltikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir. 119.1. Çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. 119.2. Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti qeyri-kommersiya təşkilatı olan hüquqi şəxsdir və onun əsas məqsədi mənfəət götürmək və əldə olunan mənfəəti iştirakçıları arasında bölüşdürmək deyil. Maddə 120.5. Tikilməkdə olan çoxmənzilli binalarda yaşayış və qeyri-yaşayış sahələrinə mülkiyyət hüquqları məxsus olacaq (hüquqlarını əldə edəcək) şəxslər bu fəslin müddəalarına uyğun olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətini yaratmaq hüququna malikdirlər. 122.3. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. 122.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən mütləq ödəniş və haqların və digər ümumi xərclərin ödənilməsi üzrə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində vurulmuş zərərin əvəzinin tam ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. 135.2. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi aşağıdakı andan yaranmış hesab edilir: 135.2.3. mənzil-tikinti kooperativi üzvləri üçün - mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan; 135.2.4. yaşayış sahəsinin mülkiyyətçisi üçün - yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan; Maddə 136.2. Çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir. 136.2.1. çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; 136.2.2. kommunal xidmətlərə görə haqq. 137.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. 137.5. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənzil-tikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər. 137.7. Bilavasitə mülkiyyətçilər tərəfindən idarə olunan çoxmənzilli binanın yaşayış sahələrinin mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq ödəyirlər. 137.8. Yaşayış evlərinin mülkiyyətçiləri həmin evlərin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini çəkir, müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq kommunal xidmətlərə görə haqq ödəyirlər. 137.9. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. 137.10. Mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. 138.5. Çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına və təmirinə görə çəkilən xərclərlə bağlı mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvlərinin (iştirakçılarının) mütləq (məcburi) ödənişləri və (və ya) haqlarının miqdarı bu Məcəlləyə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsinə və ya mənzil-tikinti kooperativinin nizamnaməsinə və ya digər ixtisaslaşmış istehlak kooperativinin nizamnaməsinə müvafiq olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanları və ya mənziltikinti kooperativinin idarəetmə orqanları və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanları tərəfindən müəyyənləşdirilir. 140.1. Çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2015-ci il tarixli Qərarı: .... Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər. Konstitusiya Məhkəməsinin Plenumu xüsusilə vurğulayır ki, belə müqavilələrdə müəyyən olunan xərclər və xidmət haqları görülən işlərə və xidmətlərə uyğun hesablanmalı, real qiymətləri əks etdirməlidir, eləcə də sahə mülkiyyətçilərinin sosial, iqtisadi və maddi vəziyyəti nəzərə alınmaqla aydın və ağlabatan olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Məhərrəmovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2020-ci il tarixli Qərarı: .... Mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq şəkildə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü tələb etmir. Belə ki, Mənzil Məcəlləsinin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Bununla belə çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onu ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi vəzifəsindən azad etmir. ... Lakin apellyasiya instansiyası məhkəməsi "xxxx" MMMC tərəfindən 2012- 2016-cı illər ərzində hər müvafiq il üçün xərclər və gəlirlər smetasının və maliyyə fəaliyyəti haqqında hesabatın tərtib edilməməsinə, onların təsdiq olunmaq üçün cəmiyyət iştirakçılarının ümumi yığıncağına təqdim edilməməsinə və bununla da mənzil qanunvericiliyinin normalarına riayət edilib-edilməməsinə hüquqi qiymət verməmişdir. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Belə ki, iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 3166-ci məhəllə, ev 92A, mənzil 1093 (yeni qaydalarla: AZ1122, Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, giriş 153, M17, m3) ünvanında yerləşən ümumi sahəsi 134.40 kv.metr olan mənzil tam hissədə Cavabdeh adına xx.xx.2019-cu il tarixində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qeyrikommersiya Qurumlarının Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mənzil mülkiyətçilərinin müştərək cəmiyyəti 28 dekabr 2023-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. İstinad edilən normalara əsasən müəyyən edilir ki, çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir və çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. Hazırda da çoxmənzilli binada ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi ilə bağlı vəzifəsini icra etməyən cavabdeh iddiaçıya olan borcunu ödəməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMMC-nin xx.xx.2025-ci il tarixli təsis yığıncağının qərarına əsasən Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 92A və 204A ünvanında yerləşən çoxmənzilli binada yerləşən mənzillərin və qeyri-yaşayış sahələrinin idarə edilməsi ilə bağlı çoxmənzilli binanın ümumi əmlakının saxlanması, təmiri və kommunal xidmətlərin göstərilməsi üzrə mənzillərin hər kvadrat metri üçün müəyyən edilmiş 0,30 manat məbləğdəki qiymət dəyişdirilməməsi və bu xidmətlərin göstərilməsi üzrə mənzillərin hər kv.m üçün 0,30 manat məbləğində müəyyən edilməsi, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 92A və 204A ünvanında yerləşən çoxmənzilli binada yerləşən mənzillərin və qeyri-yaşayış sahələrinin idarə edilməsi ilə bağlı çoxmənzilli binanın ümumi əmlakının saxlanması, təmiri və kommunal xidmətlərin göstərilməsi üzrə sahə mülkiyyətçilərini çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqları və bu xidmətlərin göstərilməsi üzrə sakinlərlə müqavilə bağlanması qərara alınmışdır. Göründüyü kimi, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur və iddiaçı tərəfindən faktiki göstərilmiş xidmətlərə görə hesablanmış borcla bağlı müvafiq sübutlar, adı çəkilən təsis yığıncağının qərarı, maliyyə arayışı məhkəməyə təqdim edilmişdir. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin mahiyyəti üzrə əsaslı olması barədə düzgün nəticəyə gəlmişdir. Lakin cavabdehdən tutulmalı olan borcun məbləği birinci instansiya məhkəməsi tərəfindən düzgün müəyyən edilməmişdir. Belə ki, iş materiallarında olan maliyyə arayışına əsasən Cavabdeh Bakı şəhəri, Yasamal rayonu. Zərdabı küçəsi, 3166-cı məhəllə, ev 92A, 1093 saylı mənzilin mülkiyyətçisi kimi İddiaçınə 01 dekabr 2025-ci il tarixinə kimi (dekabr ayı daxil deyil) ümumilikdə 2061,55 (iki min altmış bir) manat məbləğində borcu vardır. Borcun yaranması əsası: • Sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq hər kvadrat metr üçün ödəniş və haqların miqdarı: 0.30 ( otuz qəpik ) azn, 1 ay üçün: 24.12 AZN( iyirmi dörd manat on iki qəpik) 139.5x0.30=41.85 • Mənzilin sahəsi: 139.05 kvadrat metr • 1053.00 AZN - tələbin güzəştinə dair müqaviləyə 1 saylı əlavə. 146-cı bənd • 942.55 AZN-İddiaçı fəaliyyəti dövrü 01 yanvar 2024-cü il tarixdən 01 dekabr 2025-ci il tarixədək. • Damofon-videomüşahidə sistemi üzrə aylıq xidmət haqqı: 2 manat: 20 ay üzrə 40 manat borc yaranıb • Ümumi borcun hesablanması1053.00+962,55+46=2061,55 manat təşkil edir. İş materialları ilə müəyyən olunur ki, mübahisəli mənzilin sahəsi maliyyə arayışında göstərildiyi kimi 139,50 deyil, 134,40 kv., hər ayın ödənişi isə 41,85 manat yox, 40,32 manat təşkil edir (134,40*0,30=40,32). Məhkəmə Kollegiyası hesab edir ki, mənzilin sahəsinin 134.40 kv.m olması cavabdeh tərəfindən mübahisələndirilmir və xidmət haqqının 0,30 manat nəzərə alınmaqla aylıq xidmət haqqının 40.32 manat müəyyən olunması, beləliklə də borc İddiaçı MMMC-nin fəaliyyəti dövrü 01 yanvar 2024-cü il tarixdən 01 dekabr 2025-ci il tarixədək 927,36 manat (23 ay*40,32) hesablanmalıdır. İddiaçının tələbin güzəştinə dair müqaviləyə 1 saylı əlavəyə əsasən 1053 manat məbləğində tələbini isə Məhkəmə Kollegiyası əsaslı hesab etmir. Tələbin bu hissəsi onunla əsasladırılır ki, tələbin güzəştinə dair 01 yanvar 2024-cü il tarixli müqaviləyə əsasən mülkiyyətçi X6 Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi pr 92A və 204A ünvanında yerləşən çoxmənzilli binada yerləşən mənzillərin və qeyri-yaşayış sahələrinin idarə edilməsi ilə bağlı 01 yanvar 2024-cü il tarixədək yaranmış bütün tələb və hüquqlarını və səlahiyyətlərini əvəzsiz olaraq idarəçi İddiaçı MMMC-yə güzəşt etmişdir. Mülki Məcəllənin tələbin güzəşti ilə bağlı münasibətləri tənzimləyən normaların məzmununa görə əvvəlki sahib tələblərə və hüquqlara aid öz sərəncamında olan bütün sənədləri və həmin tələblərdən və hüquqlardan istifadə üçün zəruri olan bütün məlumatı yeni sahibə verməlidir (maddə 193.2), tələbi başqa şəxsə güzəşt etmiş kreditor ona tələb hüququnu təsdiqləyən sənədləri təqdim etməyə və tələbin həyata keçirilməsi üçün əhəmiyyət daşıyan məlumatları bildirməyə borcludur (maddə 198.2). Lakin hazırkı halda tələbin hansı əsaslarla yaranması təsdiqini tapmır. Yəni, tələb hüququnu təsdiqləyən borcun hansı əsaslarla yaranmasını əks etdirməli olan sənəd mövcud deyildir. Buna görə də Məhkəmə Kollegiyası qeyd edir ki, yalnız tələbin güzəşti barədə müqavilə bu hissədə iddianın təmin edilməsi üçün əsas ola bilməz və bu hissədə iddianın təmin olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsassızdır. Tələbin domofon video müşahidə sistemi üzrə aylıq xidmət haqqı 2 manat hesablanmaqla pul vəsaitinin tutulması barədə hissəsini də Məhkəmə Kollegiyası əsassız hesab edir. Belə ki, bu ödənişin tutulması ilə bağlı ümumi yığıncağın qərarı və tərəflər arasında bağlanmış müqavilə yoxdur. Həmçinin Məhkəmə Kollegiyası qeyd edir ki, adətən domofon video müşahidə xidməti göstərən hüquqi şəxslə mənzil mülkiyyətçisi arasında bu xidmətin göstərilməsi barədə müqavilə bağlanılır və xidmət haqqı hər bir sahə mülkiyyətçisi tərəfindən həmin hüquqi şəxsə ödənilir. Apellyasiya şikayətinin dəlilləri kimi ümumi yığıncağın keçirilməsi qaydalarının pozulması, qərarların qanunsuz olmasına istinad edilir ki, Məhkəmə Kollegiyası bu dəlilləri əsaslı hesab etmir. Belə ki, hazırkı mübahisənin predmeti xidmət haqqının ödənilməsi ilə bağlıdır, ümumi yığıncağın qərarları hazırkı iş üzrə araşdırmanın predmeti ola bilməz və cavabdeh, o cümlədən digər sahə mülkiyyətçilərinin bu qərarları mübahisələndirmək hüququ vardır. Digər tərəfdən Məhkəmə Kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Məhərrəmovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 22 sentyabr 2020-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq şəkildə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü tələb etmir. Belə ki, Mənzil Məcəlləsinin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Bununla belə çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onu ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi vəzifəsindən azad etmir. Bu qərarda əks olunmuş hüquqi mövqeyə əsasən Məhkəmə Kollegiyası qeyd edir ki, nəinki müqavilənin olmadığı, hətta sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması belə onu ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi vəzifəsindən azad etmir, mənzil qanunvericiliyinə əsasən bu xərclər ümumi yğınıcağın qərarı ilə müəyyən edilir və sahə mülkiyyətçisi tərəfindən ödənilməlidir Göstərilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, tələb yalnız 01 yanvar 2024-cü il tarixdən 01 dekabr 2025-ci il tarixədək ödənilməli olan 927,36 manat borcun tutulması hissəsində əsaslıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin olunduğundan tələbin təmin olunduğu hissədə mütənasiblik və ağlabatanlıq meyarları nəzərə alınmaqla hüquqi yardıma görə ödənilmiş 400 manat pul vəsaitindən tutulmalı olan pul vəsaitinin məbləği 50 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 350 manat hissəsi isə iddiaçının özünə aid edilməlidir. Məhkəmə Kollegiyası hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayət qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)- 4691/2025 saylı qətnaməsi Cavabdeh tutulmalı olan pul vəsaitinin məbləği hissəsində dəyişdirilsin. Cavabdeh İddiaçı xeyrinə 927,36 (doqquz yüz iyirmi yeddi manat, otuz altı qəpik) manat məbləğində pul tutulsun. Hüquqi yardıma görə ödənilmiş pul vəsaitinin 50 manat hissəsi Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.