Məhkəmə qərarları › İş №2(3-6)-566/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-566/2026

26.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-566/2026 26.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Məmmədov Orxan Fuad oğluna qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “deliktdən yaranmış öhdəlik və ziyanın tələbi” ) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X10 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X5 ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İddiaçı İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Məmmədov Orxan Fuad oğluna qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e*(***)-***/**** nömrəli ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İş materiallarında olan, ##.##.2023-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, satıcı “Piksel Group” (Vöen **********) tərəfindən alıcı İmranlı Nərmin Sahib qızına İlbater B modelli su təmizləmə sistemi və onun ayrılmaz tərkib hissələri olan aksesuarlarını 1130 manat məbləğində satılmışdır. Habelə müqavilədə qeyd edilmişdir ki, quraşdırılmadan sonra avadanlıqda hər hansı bir nasazlıq olduqda, zəmanətə uyğun olaraq, avadanlığa baxış və nasazlığın aradan qaldırılması şirkətin gücü və vəsaiti hesabına həyata keçirilir, əgər nasazlıq aradan qaldırıla bilməzsə, avadanlıq tam yenisi ilə əvəz olunur, yoxlanır və alıcıya təhvil verilir.

2. İş materiallarında olan, tərəflər tərəfindən imzalanmış filtrlərin dəyişdirilməsi barədə əlavədən görünür ki, filtrlərin istismar müddəri 9 aya qədər, 6 aydan tez çirklənərsə pulsuz dəyişdirilir, ana membranın istismar müddəti 24 ay, 12 aya qədər göstərici 60 ppm- i aşarsa pulsuz , 12 ayı keçdikdə isə alıcının hesabına dəyişdirilməsi qeyd edilmişdir.

3. İş materiallarında olan, «xxxx» Azərbaycan şirkəti tərəfindən verilən su təmizləmə sistemlər zəmanət talonundan görünür ki, məhsulun satış tarixi ##.##.2024-cü il, zəmanət müddəti 1 il, dillerin adı imzası hissəsində Orxan Ə. qeyd olunmuşdur.

4. İş materiallarında olan, ##.##.2023-cü il tarixli ****** nömrəli qəbzdən görünür ki, İmranlı Nərmin Sahib qızı tərəfindən « xxxx » şirkətinə 1120 manat ödəniş olunmuşdur.

5. İş materiallarında olan, ******* nömrəli, ##.##.2023-cü il tarixli X4 tərəfindən İmranlı Kamrana verilən qaimə fakturadan görünür ki, 21500 manatlıq mebel sifarişinə 10000 manat beh alınmış, 10 dekabr təhvil verilmə günüdür.

6. İş materiallarında olan, Müstəqil Ekspertizası Mərkəzi tərəfindən verilən ** nömrəli ##.##.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 51 ünvanında inşa edilən 4 bloklu, 20 mərtəbəli yaşayış evinin C blokunda yerləşən *** saylı mənzilin mətbəxində su filtri quraşdırılarkən borunun qısa olması və tarım şəkildə bərkidilməsi (bağlanması), bunun nəticəsində suyun axma zamanı həmin borunun krana bərkidilən (bağlanan) hissədə tarım olduğuna görə deformasiyaya uğramasına və yerindən qopmasına (qırılmasına) səbəb olmuşdur. Belə ki, tədqiqat zamanı su filtrinin düzgün quraşdırılmadığı müəyyən edilmişdir, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 51 ünvanında inşa edilən 4 bloklu, 20 mərtəbəli yaşayış evinin C blokunda yerləşən *** saylı mənzilin mətbəxində quraşdırılmış su filtrinin düzgün quraşdırılmaması nəticəsində mənzilə su sızması baş vermişdir.

7. İş materiallarında olan, X15 tərəfindən “xxxx” Azərbaycan adı ilə fəaliyyət göstərən Məmmədov Orxan Fuad oğluna ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, cavabdehdən xəbərdarlıq məktubunu aldığı vaxtdan 3 iş günü ərzində vurulmuş ziyan məbləğini tam ödənilməsini xahiş etmiş, vurulmuş zərər məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə tərəflərindən ziyan məbləğinin məhkəmə qaydasında tutulması ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir.

8. İş materiallarında olan, xəbərnamə qəbzindən görünür ki, xəbərdarlıq məktubu ##.##.2024-cü il tarixdə Məmmədov Orxan Fuad oğlu tərəfindən təhvil alınmışdır. İş materiallarında olan, ##.##.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, Bakı şəhəri ** saylı Vəkil Bürosuna hüquqi yardımın alınmasına görə 300 manat ödəniş edilmişdir.

9. İş materiallarında olan, “Azemis” Elektron Məhkəmə informasiya sistemindən çıxarılan vergi məlumatları barədə çıxarışdan görünür ki, Məmmədov Orxan Fuad oğlu aktiv vergi ödəyicisidir, ********** nömrəli VÖEN-lə fəaliyyət göstərir.

10. İş materiallarında olan, satıcı “X7” MMC və payçı İddiaçı arasında bağlanmış ##.##.2022-ci il tarixli, *** nömrəli müqavilədən görünür ki, payçı, “X7” lahiyəsi çərçivəsində, Gəncə prospekti 51 ünvanında inşa edilən 4 bloklu, 20 mərtəbəli yaşayış evinin C blokunun 11- ci mərtəbəsində 3 otaqlı, ümumi sahəsi 165 m2 olan *** saylı, yaşayış səhəsinin sərmayələşdirilməsində iştirak edir. “Satıcı” isə yaşayış evi istifadəyə verildikdən sonra həmin yaşayış sahəsinin “Payçı”-ya verilməsini öhdəsinə götürür.

11. “X7” MMC tərəfindən verilmiş ##.##.2022-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı (AA0726386) qızının, *** nömrəli müqaviləyə əsasən, C bloku, 11-ci mərtəbə, sahəsi 165 m2 olan 3 otaqlı mənzilə görə heç bir borcu qalmamışdır.

12. ******* nömrəli qaimə fakturadan görünür ki, dəymiş ziyan kimi sökmək-3000 manat, laminat-9000 manat, PVC-3000 manat, nəqliyyat-150 manat, daşınma-200 manat, usta yığma- 3000 manat məbləğlərində qeyd olunmuşdur. ##.##.2023-cü il tarixli qaimə fakturadan görünür ki, toplam laminat 3250 manat məbləğ təşkil edir. Müqavilə №** əlavə 1 xərclər smetasından çıxarışdan görünür ki, laminatın döşənməsi 625 manat təşkil edir.

13. İş materiallarına əlavə edilən cavabdehin nümayəndəsi və vəkili tərəfindən təqdim edilən X1 Cihazları Filtre ve Kalıp İıh. İhr.San.Tic.Ltd.Şti tərəfindən verilən məlumatda qeyd olunmuşdur ki, şəkildəki kimi müştərinin kranından gələn spiral boru başlığından sıyrılmışdır, araşdırma nəticəsində xortumun qırıldığı, həmçinin borunun qırıq olduğu rəsmi olaraq sübut edilərək şəkillərlə əsaslandığı məlumatı onlara çatdırılmış, xortumun 8 dişdən az bağlantısı olsaydı suyun dərhal axacağı aydındır, suyun 13 gün ərzində axmaması dişlərin tam montaj edildiyini göstərir, problemin mənbəyinin başqa bir müdaxilə edildiyi üçün yarandığını qeyd etmişlər.

14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2025-ci il tarixli, *-**-**/*-**/**** nömrəli ekspertiza rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 51 ünvanında inşa edilən 4 bloklu, 20 mərtəbəli yaşayış evinin C blokunda yerləşən *** saylı mənzilin mətbəxində quraşdırılmış su filteri düzgün quraşdırılmadığı müəyyən edilir. Belə ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 51 ünvanında inşa edilən 4 bloklu, 20 mərtəbəli yaşayış evinin C blokunda yerləşən *** saylı mənzilin mətbəxində quraşdırılmış su filterinin su xəttinə birləşən boru tarım şəkildə çəkildiyi (birləşdiyi) görə deformasiyyaya uğraması və yerindən qopması ilə izah olunur. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 51 ünvanında inşa edilən 4 bloklu, 20 mərtəbəli yaşayış evinin C blokunda yerləşən *** saylı mənzilin mətbəxində su filteri düzgün quraşdırılmadığından mənzilə suyun axdığı müəyyən edilmişdir, (faktiki olaraq mənzilə aid olan ümumi su xəttindən gələn su açarı açıldıqdan sonra su filtrinin borusunun birl\şm hissəsindən suyun axdığı müşahidə olunmuşdur. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 51 ünvanında inşa edilən 4 bloklu, 20 mərtəbəli yaşayış evinin C blokunda yerləşən *** saylı mənzilin mətbəxində quraşdırılmış su xəttinə birləşən boru tarım şəkildə çəkildiyi (birləşdiyi) görə deformasiyyaya uğraması və yeripdən qopması səbəbi olduğu müəyyən edilmişdir. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 51 ünvanında inşa edilən 4 bloklu, 20 mərtəbəli yaşayış evinin C blokunda yerləşən *** saylı mənzilə su axıdılması nəticəsində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli olan işlərə sərf ediləcək (edilmiş) matşrialların həcmi smetada göstərilmişdir. Qiymətləndirmə fəaliyyəti elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilimir.

15. “xxxx” MMC tərəfindən verilən ##.##.2025-ci il tarixli, **/**-***/** nömrəli mütəxəssis rəyindən görünür ki, Bakı şəhər, Xətai rayonu, Gəncə prospekti 51 ünvanında inşa edilən 4 bloklu, 20 mərtəbəli yaşayış evinin C blokunda yerləşən *** saylı mənzildə yaranmış qüsurların aradan qaldırılması üçün yerinə yetirilmiş tikinti-təmir işlərinin hazırki orta bazar qiymətlərinə uyğun olaraq təqribi ümumi dəyəri 25215.96 manat məbləğində müəyyən edilmişdir.

16. Apellyasiya icraatı zamanı İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı və uçot idarəsinə göndərilmiş sorğuya cavab olaraq bildirilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1009420311) (bundan sonra- Cəmiyyət) ##.##.2025-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır və hazırda fəaliyyəti aktivdir. Hüquqi şəxslərin dövlət reyestr məlumatlarına əsasən, Cəmiyyətin qanuni təmsilçilik funksiyasına malik direktor vəzifəsini X11 icra edir. Eyni zamanda 21.04.202cı il tarixinə vergi ödəyicilərinin vahid dövlət reyestri məlumatlarına əsasən, Məmmədov Orxan Fuad oğlunun ##.##.2015-ci il tarixdə ********** nömrəli VÖEN-lə vergi uçotuna alındığı müəyyən edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

17. İddiaçı İddiaçı cavabdeh Məmmədov Orxan Fuad oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Məmmədov Orxan Fuad oğlundan 25000 manat məbləğində vurulmuş ziyanın, 1120 manat məbləğində tərəfindən aralarında bağlanmış müqavilə üzrə ödənilmiş pulun və hüquqlarının müdafiə edilməsi üçün vəkillə bağladığı müqavilə üzrə vəkil bürosuna ödədiyi 300 manat məbləğində xidmət haqqının tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. İddiaçının nümayəndəsi və vəkili daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflərindən ödənilmiş 300 manat qiymətləndirmə xərcinin də cavabdehdən tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

19. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə «X7» Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış ## ###### 2022-ci il tarixli, *** saylı müqaviləyə əsasən, «X7» layihəsi çərçivəsində Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 51 ünvanında inşa edilən 4 bloklu, 20 mərtəbəli yaşayış evinin C blokunun 11-ci mərtəbəsində 3 otaqlı, ümumi sahəsi 165 m2 olan *** saylı yaşayış sahəsinin sərmayələşdirilməsində iştirak edir. Satıcı isə yaşayış evi istifadəyə verildikdən sonra həmin yaşayış sahəsinin «Payçı»-ya verilməsini öhdəsinə götürmüşdür. Həmin mənzilin dəyəri olan 247500 manat məbləğində pul iddiaçı tərəfindən tam şəkildə ödənilmiş və bununla bağlı ona ##.##.2022-ci il tarixli borcun olmaması barədə maliyyə arayışı verilmişdir. Qeyd edilən yaşayış mənzil iddiaçının istifadəsinə verilmiş, tərəfindən təmir etdirilmiş və müvafiq mebellərlə təhciz edilmişdir. Lakin evin su təhcizatında və digər məsələrdə problemlər olduğundan həmin evdə yaşayış olmamışdır. Daha sonra mənzilinə su filtirlərinin quraşdırılması məqsədilə cavabdeh özünü «xxxx» Azərbaycan şirkəti kimi təqdim edən Məmmədov Orxan Fuad oğlu ilə aralarında ##.##.2023-cü il tarixli müqavilə bağlanılmış alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilənin şərtlərinə əsasən iddiaçıya ümumi dəyəri 1130 manat dəyərində olan «moyka» və su filtrlərinin satılması razılaşdırılmışdır. Qeyd edilən müqavilə çərçivəsində cavabdeh müqavilə üzrə satılan su filtrlərini və moykanı quraşdırmağı öz öhdəsinə götürmüş və bununla bağlı zəmanət talonu verəcəyini bildirmişdir. Tərəfindən qeyd edilən müqavilə üzrə alqı-satqı və quraşdırma xərci olaraq 1120 manat məbləğində pul cavabdehə ödənilmiş və iddiaçıya ##.##.2023-cü il tarixli ****** nömrəli qəbz verilmişdir. Daha sonra cavabdeh tərəfindən ##.##.2024-cü il tarixdə cavabdeh tərəfindən satılmış su filtləri və moyka ona məxsus mənzilə quraşdırılmış və həmin tarixdə zəmanət talonu verilmişdir. Həmin mənzil istifadəyə tam yararlı olmadığından köçüb evə yaşamamış və indiyədək mənzildə hər hansı bir yaşayış yoxdur. Cavabdeh su filtlərini lazımi qaydada quraşdırmadığından məzilinə su axmış və evinə içindəki mebellərlə birlikdə 25000 manat məbləğində maddi ziyan dəymişdir. Belə ki, tərəfindən ##.##.2024-cü il tarixdə «xxxx» MMC-nə su filtirlərinin düzgün quraşdırılıb-quraşdırılmadığını müəyyənləşdirmək üçün mühəndis-texniki ekspertizasının keçirilməsi xahiş olunmuşdur. «xxxx» MMC-nin ##.##.2024cü il tarixli, ** nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 51 ünvanında inşa edilən 4 bloklu, 20 mərtəbəli yaşayış evinin C blokunda yerləşən *** saylı mənzilin mətbəxində su filtiri quraşdırılarkən borunun qısa olması və tarım şəkildə bərkidilməsi (bağlanması), bunun nəticəsində suyun axma zamanı həmin borunun krana bərkidilən (bağlanan) hissədə tarım olduğuna deformasiyaya uğramasına və yerindən qopmasına (qırılmasına) səbəb olmuşdur. Belə ki, tədqiqat zamanı su filtrinin düzgün quraşdırılmadığı müəyyən edilmişdir. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 51 ünvanında inşa edilən 4 bloklu, 20 mərtəbəli yaşayış evinin C blokunda yerləşən *** saylı mənzilin mətbəxində quraşdırılmış su filtirinin düzgün quraşdırılmaması nəticəsində mənzilə su sızması baş vermişdir. Göründüyü kimi mənzilinə su axmasının və mənə bu qədər maddi ziyan vurulmasının səbəbi məhz cavabdehin öhdəsinə götürdüyü vəzifə öhdəliklərini lazımi qaydada yerinə yetirməməsi, su filtirlərini düzgün quraşdırmaması olmuşdur ki, hazırda da onun səhvləri nəticəsində iddiaçıya 25000 manat məbləğində maddi ziyan dəymişdir. Tərəfindən cavabdehə 25000 manat məbləğində vurulmuş ziyan məbləğinin və 1120 manat məbləğində ödədiyi pulun qaytarılması ilə bağlı xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh buna reaksiya verməmiş və pulu ödəməmişdir.

20. Cavabdeh və onun nümayəndəsi və vəkili tərəfindən verilmiş yazılı etirazda qeyd edilmişdir ki, cavabdeh təxminən 3 ilə yaxındır ki, Bakı şəhəri, 8-ci mikrorayon. H.Hüseynov küçəsi ** saylı ünvanda yerləşən Piksell Aqua adlanan mağazada fiziki şəxs kimi VOEN əsasında su filterlərinin satışı ilə məşğul olur. ##.##.2023-cü il tarixdə X16 Aqua mağazasına gəldikdən sonra ondan yaşadığı Bakı şəhəri, Gəncə prospekti ** saylı ünvanda yerləşən evin 292-saylı mənzilinin mətbəxində quraşdırılmasından ötrü qiymət 1120 manat olan Türkiyə istehsallı bir ədəd moyka və qiyməti 300 manat olan Türkiyə istehsallı bir ədəd su filtrini sifariş etdi. Cavabdeh həmin tarixdə Nərmin Mürsəliyevya qeyd edilən bir ədəd moykanı və bir ədəd su filtrini ona 1120 manata satması barədə aralarında müqavilə bağlamış və ondan aldığı 1120 manat pulu Posterminala mədaxil etmiş və bu barədə qəbzi Nərmin Mürsəliyevaya vermişdir. Cavabdeh ##.##.2023-cü il tarixdə Piksell Aqua mağazasında işləməyən və Piksell Aqua mağazasına heç bir aidiyyəti oımayan mağazanın yaxınlığında yaşayan fərdi qaydada santexnik fəaliyyəti ilə məşğul olan usta X2 Nərmin Mürsəliyevanın sifariş etdiyi Türkiyə istehsallı bir ədəd moykanı və Türkiyə istehsallı bir ədəd su filtrini Nərmin Mürsəliyevaya çatdırılmasından ötrü vermiş və X3 həmin tarixdə Türkiyə istehsallı bir ədəd moykanı və Türkiyə istehsallı bir ədəd su filtrini Nərmin Əliyevaya Bakı şəhəri. B.Nuriyev küçəsi ** saylı evin qarşısinda vermişdir. ##.##.2024-cü il tarixdə Nərmin Mürsəliyeva razılıq verdikdən sonra X3 həmin tarixdə Nərmin Mürsəliyevanın yaşadığı Bakı şəhəri, Gəncə prospekti ** saylı ünvanda yerləşən evin *** saylı mənzilinə getdi və Türkiyə istchsallı bir ədəd moykanı və Türkiyə istchsallı bir ədəd su filtrini onun yaşadığı mənzilin mətbəxində quraşdırdı. Nərmin Mürsəliyeva onun mənzilində quraşdırılıniş bir ədəd moykanın və Türkiyə istehsallı bir ədəd su filterinin keyfiyyətli olmasından və peşəkarlıqla quraşdırılınasından razı qalmış və ona həmin tarixdə bu barədə “təşəkkür” səsi belə göndərmişdir. ##.##.2024-cü il tarixdə saat 09 radələrinə Nərmin xanımın həyat yoldaşı Kamran İmranlı ***-***-**-** saylı mobil telefon nömrədən X3in işlətdiyi ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək ona demişdir ki, su filtrinin şlanqının partlaması nəticəsində mənzili su basmışdır. O. bu barədə mağazada satıcı işləyən Səbinə Quliyevanın işlətdiyi ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək mənzilini su basmasını əks etdirən video görüntünü Watshapp vasitəsi ilə ona göndərmişdir. Satıcı Səbinə xanım və X3 ona bu barədə məlumat verdikdən sonra o X3i mənzilə baxış keçirməsi məqsədi ilə Bakı şəhəri, Gəncə prospekti ** saylı ünvanda yerləşən evin *** saylı mənzilə göndərmişdir. X3 mənzilə Kamran İmranlının və sonuncunun anasının iştirakı ilə baxış keçirən zaman müəyyən etmişdir ki, quraşdırılan su filtrində su filtrinin şlanqı partlamamış və işlək vəziyyətindədir. Eləcədə quraşdırdığı moykadada heç bir problem yoxdur və moyka da işlək vəziyyətdədir. X3 ##.##.2024-cü il tarixdə mənzilə baxış keçirən zaman müəyyən etmişdir ki, su mənzilə moykanın xaricində ##.##.2024-cü il tarixdə kənar şəxslər tərəfindən paltaryuyan maşın və qab yuyan maşının şlanqlarının moykanm qoşulduğu əsas şəbəkəyə təxminən 2-3 sm aralıda olan su şəbəkəsinə birləşdirərkən moykanın xaricində olan moykanın şlanqı qırılmışdır. Bu barədə çəkilmiş foto şəkili etirazına əlavə edir. Belə ki, su filtrinin və moykanın şlanqları quraşdırıldığı ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək tam işlək vəziyyətdə olmuşdur. “xxxx” tərəfindən verilmiş ## ### 2024-cü il tarixli ** saylı mütəxəssis rəyində göstərimişdir ki, Bakı şəhəri, Gəncə prospekti 51 ünvanında inşa edilmiş 4 bloklu, 20 mərtəbəli yaşayış evinin C blokunda yerləşən *** saylı mənzilin mətbəxində su filtri quraşdırılarkən borunun qısa olması və tarım şəkildə bərkidilməsi (bağlanması), bunun nəticəsində suyun axma zamanı həmin borunun krana bərkidilən (bağlanan) hissədə tarım olduğuna görə deformasiyaya üğramasına və yerindən qopmasına (qırılmasına) səbəb olmuşdur. Belə ki, tədqiqat zamanı su filtrinin düzgün quraşdırılmadığı müəyyən olunmuşdur. Bakı şəhəri, Gəncə prospekti 51 ünvanında inşa edilmiş 4 bloklu, 20 mərtəbəli yaşayış evinin C blokunda yerləşən *** saylı mənzilin mətbəxində quraşdırılmış su filtrinin düzgün quraşdırılmaması nəticəsində mənzilə su sızması baş vermişdir. Tədqiqat zamanı ekspert mütəxəssis Şükür Hüseynov tərəfindən məqsədli olaraq onun iştirakı təmin edilməmişdir. Tədqiqat aparmış ekspert mütəxəssis Şükür Hüseynov su filtrinin şlanqının yanında su filtrinin şlanqının birləşdirilməsindən sonra paltar yuyan maşının və qab yuyan maşın şlanqlarını moyka bir-birlərinə yaxın məsafədə birləşdirilməsi barədə məqsədli olaraq bilərəkdən tərtib etdiyi qeyd edilən mütəxəssis rayonda heç nə göstərməmişdir va su filtrinin şlanqında zədə aşkar edilməmişdir. Hazırda da su filtri işlək vəziyyətdədir. Qırılan isə moykanın xaricində olan soyuq su xəttinə birləşdirilən şlanqıdır. Ekspert mütəxəssis tərəfindən isə heç bir elmi əsaslandırma aparmadan subyektiv mülahizələrinə əsaslanaraq gözəyarı olaraq guya su filtrinin şlanqının qopması göstərilmişdir. Bu hal onu bir daha təsdiq edir ki, ekspert mütəxəssis tərəfindən tədqiqat iddiaçının sifarişi əsasında birtərəfli, qeyri obyektiv aparılmış və məhz bu səbəbdən ekspert mütəxəssis tərəfindən həqiqəti əks etdirməyən guya su filtrinin düzgün quraşdırılmaması və su filtrinin düzgün quraşdırılmaması nəticəsində mənzilə su sızması barədə yanlış nəticəyə gəlinmişdir. xxxx tərəfindən verilmiş ## ### 2024-cü il tarixli ** saylı mütəxəssis rəyini əsassız və qanunsuz hesab edərək mütəxəssis rəyinə tərəfimdən ##.##.2024-cü il tarixdə etiraz edildiyindən Xətai rayon məhkəməsi tərəfindən *(***)-****/**** saylı mülki iş üzrə ##.##.2024-cü il tarixli qərardadla məhkəmə-texniki tikinti ekspertizası təyin edilmi və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə tapşırılmışdır. Məhkəmətikinti texniki ekspertizasının ##.##.2025-cil tarixli, **/**** nömrəli rəyində (ekspert Elmar Səidov) göstərilmişdir ki, Bakı şəhəri, Gəncə prospekti 51 ünvanında inşa edilmiş 4 bloklu, 20 mərtəbəli yaşayış evinin C blokunda yerləşən *** saylı mənzilin mətbəxində quraşdırılmış su filtrin düzgün quraşdırılmadığı müəyyən olunur. Belə ki, Bakı şəhəri, Gəncə prospekti 51 ünvanında inşa edilmiş 4 bloklu, 20 mərtəbəli yaşayış evinin C blokunda yerləşən *** saylı mənzilin mətbəxində quraşdırılmış su filtrinin su xəttinə birləşən boru tarım şəkildə çəkildiyinə (birləşdiyi) görə deformasiyaya uğraması və yerindən qopması ilə izah olunur. Cavabdeh rəyi əsassız və qanunsuz hesab edir. Məhkəmə-texniki tikinti ekspertizasının eksperti Elmar Səidov da xxxxnin ekspert mütəxəssisi Şükür Hüseynov kimi su filtrinin şlanqının vanında su filtrinin birləşdirilməsindən sonra paltar yuvan masının və qab yuvan masının slanqlarınm movkava bir-birlərinə yaxın məsafədə birləşdirilməsi səbəbindən deformasiyaya uğraması və verindən qopmasını göstərməli olduğu halda məqsədli olaraq bilərəkdən tərtib etdiyi qevd edilən rəydə bu barədə heç nə göstərməyərək Şükür Hüseynov tərəfindən tərəfindən verilmiş mütəxəssis rəyində yazdığı cümlələrin yerini dəvisərək evni məzmunlu rəy vermişdir. Ekspert tərəfindən isə hec bir elmi əsaslandırma aparmadan subyektiv mülahizələrinə əsaslanaraq gözəyarı olaraq guya su filtrinin şlanqının qopması göstərilmişdir. (Bu barədə video görüntü iş materiallarına əlavə edilmişdir) Hazırda da su filtri işlək vəziyyətdədir. Qırılan isə moykanın xaricində olan soyuq su xəttinə birləşdirilən şlanqdır. “xxxx” MMC tərəfindən verilmiş ## ###### 2025-cil il tarixli, **/**-***-/**** nömrəli mütəxəssis rəyində göstərilmişdir ki. Bakı şəhəri, Gəncə prospekti 51 ünvanında inşa edilmiş 4 bloklu, 20 mərtəbəli yaşayış evinin C blokunda yerləşən *** saylı mənzilində yaranmış qüsurların aradan qaldırılması üçün yerinə yetirilmiş tikinti-təmir işlərinin hazırki orta bazar qiymətlərinə uyğun olaraq təqribi ümumu dəyyəri 25215,96 (iyirmi beş min iki yüz on beş manat doxsan altı qəpik) manat məbləğində mcəyyən o!unur.(lstifadə olunmuş və görülmeş işlərin ayrı-ayrılıqda dəyəri smetada ətraflı göstərilmişdir). Qeyd edilən mütəxəssis rəyi ilə razı deyil. Mütəxəssis rəyini vermiş Xəyyam İsgəndərov, qiymətləndiricilər Yaqub İsgəndərov və Hüseyn Talıbov da heç bir elini əsaslandırma aparmadan subyektiv mülahizələrinə əsaslanaraq guya mənzilə dəymiş ziyanın məbləğini tərtib etdiyi mütəxəssis rəyində X17 iddia ərizəsində göstərdiyi 25.000 manat civarından bir qədər artıq, yəni 215 manat 96 qəpik çox göstərməklə X17 tərəfindən ekspertizanın keçirilməsi üçün “xxxx” MMC-nin hesabına ödənilmiş 300 manat pulun sanki əvəzi olaraq sonuncunun arzuladığı mütəxəssis rəyini vermişdir. Göstərdiyim xüsusat “xxxx” MMC tərəfindən verilmiş ## ###### 2025-cil il tarixli, **/**-***-/**** nömrəli mütəxəssis rəyinin obyektivliyini şübhə altına alır.

21. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli ## ###### 2025-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh Məmmədov Orxan Fuad oğlundan 25000 manat məbləğində vurulmuş ziyan, mütəxəssis rəyinin alınması üçün ödənilmiş 300 manat və hüquqi yardımın alınmasına görə ödənilmiş 300 manat xidmət haqqı olmaqla, cəmi 25600 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilməsi, 100 manat məbləğində ekspertiza tədqiqatının dəyərinin cavabdeh Məmmədov Orxan Fuad oğlundan alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

22. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, iddia tələbinin “cavabdeh Məmmədov Orxan Fuad oğlundan 25000 manat məbləğində vurulmuş ziyanın tutulmasına” dair hissəsinə münasibətdə hesab etmişdir ki, tələb bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, ##.##.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçının gəlini İmranlı Nərmin Sahib qızı tərəfindən alınmış « xxxx » Azərbaycan şirkətinə məxsus su filtri ##.##.2024-cü il tarixdə Bakı şəhər, Xətai rayonu, Gəncə prospekti 51 ünvanında inşa edilən 4 bloklu, 20 mərtəbəli yaşayış evinin C blokunda yerləşən *** saylı mənzilinin mətbəxində quraşdırılmışdır. Daha sonra həmin mənzildə subasma hadisəsi baş vermiş, iddiaçının əmlakına zərər dəymişdir. Bakı şəhər Xətai Rayon Məhkəməsinin e-**(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki, məhkəmə əmtəəşünaslıq ekspertizaları təyin olunmuşdur. Göründüyü kimi, mənzilin mətbəxində su filtri düzgün quraşdırılmamış, su filtrinin su xəttinə birləşən borusu tarım şəkildə çəkildiyinə (birləşdiyi) görə deformasiyaya uğrayaraq, yerindən qopmuş, nəticədə su filtri düzgün quraşdırılmadığından mənzilə suyun axdığı müəyyən edilmişdir. Cavabdeh tərəf quraşdırılma xidmətinin onlar tərəfindən edilmədiyini bildirsə də, tərəflər arasında imzalanmış filtrlərin dəyişdirilməsi barədə əlavədən görünür ki, filtrlərin istismar müddəti 9 aya qədər, 6 aydan tez çirklənərsə pulsuz dəyişdirilməsi, ana membranın istismar müddəti 24 ay, 12 aya qədər göstərici 60 ppm- i aşarsa pulsuz , 12 ayı keçdikdə isə alıcının hesabına dəyişdirilməsi qeyd edilmişdir. Həmçinin «xxxx» Azərbaycan şirkəti tərəfindən verilən su təmizləmə sistemlər zəmanət talonundan görünür ki, məhsulun satış tarixi ##.##.2024-cü il, zəmanət müddəti 1 il, dillerin adı imzası hissəsində Orxan Ə. qeyd olunmuşdur. Habelə müqvilədə qeyd edilmişdir ki, quraşdırılmadan sonra avadanlıqda hər hansı bir nasazlıq olduqda, zəmanətə uyğun olaraq, avadanlığa baxış və nasazlığın aradan qaldırılması şirkətin gücü və vəsaiti hesabına həyata keçirilir, əgər nasazlıq aradan qaldırıla bilməzsə, avadanlıq tam yenisi ilə əvəz olunur, yoxlanır və alıcıya təhvil verilir. “xxxx” MMC tərəfindən verilən ##.##.2025-ci il tarixli, **/**-***/** nömrəli mütəxəssis rəyindən görünür ki, Bakı şəhər, Xətai rayonu, Gəncə prospekti 51 ünvanında inşa edilən 4 bloklu, 20 mərtəbəli yaşayış evinin C blokunda yerləşən *** saylı mənzildə yaranmış qüsurların aradan qaldırılması üçün yerinə yetirilmiş tikinti-təmir işlərinin hazırki orta bazar qiymətlərinə uyğun olaraq təqribi ümumi dəyəri 25215.96 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iddia tələbinin “1120 manat məbləğində tərəflər arasında bağlanmış müqavilə üzrə ödənilmiş pulun cavabdehdən tutulmasına” dair hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, ##.##.2023cü il tarixli alqı-satqı müqaviləsi iddiaçı İddiaçı ilə deyil, iddiaçının gəlini İmranlı Nərmin Sahib qızı arasında bağlanmış, həmçinin ##.##.2023-cü il tarixli ****** nömrəli qəbzdən göründüyü kimi 1120 manat ödəniş İmranlı Nərmin Sahib qızı tərəfindən « xxxx » şirkətinə ödənilmişdir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçının əmlakına dəymiş 25000 manat məbləğində vurulmuş ziyan cavabdeh Məmmədov Orxan Fuad oğlundan tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilməlidir.

23. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci, 21.2ci, 21.3-cü, 1096-cı, 1097-ci, 1111-ci, 1115-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 121.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” ## #### 2019-cu il Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

24. Cavabdeh Məmmədov Orxan Fuad oğlu apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

25. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi maddi və prosessual hüquq normaları pozularaq qəbul edilmişdir. İddiaçı iddiasını cavabdeh və iddiaçı arasında bağlanmış müqavilə ilə əsaslandırır. Lakin mülki işin sənədlərindən də görsənir ki, cavabdeh və iddiaçı arasında hər hansı bir müqavilə yoxdur. İddiaçının məhkəməyə təqdim etdiyi ##.##.2023-cü il tarixli müqavilədən də görsənir ki, həmin müqavilə İmranlı Nərmin Sahib qızı ilə “xxxx” Azərbaycan arasında bağlanmışdır. X8 bu müqavilənin tərəfi olmadığı üçün halhazırki iddia ilə məhkəməyə müraciət edə bilməzdi. Hal-hazırkı iddia İmranlı Nərmin Sahib qızı tərəfindən “xxxx” Azərbaycana qarşı verilə bilərdi. Lakin işin hallarında da görsənir ki, əsl olmayan iddiaçı əsl olmayan cavabdehə qarşı məhkəməyə iddia ərizəsi vermişdir. Eyni zamanda iddiaçı su filtirinin mənzilə düzgün quraşdırılmaması nəticəsində onun mənzilinə maddi ziyanın dəydiyini bildirmişdir. Lakin cavabdehin iddiaçı qarşısında su filtirinin quraşdırılması ilə əlaqədar hər hansı bir öhdəlik götürməyi barəsində sübut məhkəməyə təqdim edilməmişdir. İşin hallarından da görsənir ki, həmin su filtiri tamamilə başqa şəxs tərəfindən, X2 tərəfindən həmin mənzilə quraşdırılmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

27. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

28. İştirak etdiyi məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; 1111.2-ci maddəsinə əsasən əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir; 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoya bilər.

30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

e) Apellyasiya baxışının hədləri

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

33. Cavabdeh tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və yeni qətnamənin qəbul edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

35. Hazırkı mülki işin faktiki hallarına əsasən məhkəmə kollegiyası qeyd edir ki, satıcı “X7” MMC və payçı İddiaçı arasında bağlanmış ##.##.2022-ci il tarixli, *** nömrəli müqavilədən görünür ki, payçı, “X7” lahiyəsi çərçivəsində, Gəncə prospekti 51 ünvanında inşa edilən 4 bloklu, 20 mərtəbəli yaşayış evinin C blokunun 11-ci mərtəbəsində 3 otaqlı, ümumi sahəsi 165 m2 olan *** saylı, yaşayış səhəsinin sərmayələşdirilməsində iştirak edir. “Satıcı” isə yaşayış evi istifadəyə verildikdən sonra həmin yaşayış sahəsinin “Payçı”-ya verilməsini öhdəsinə götürmüşdür. “X7” MMC tərəfindən verilmiş ##.##.2022-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı (AA0726386) qızının, *** nömrəli müqaviləyə əsasən, C bloku, 11-ci mərtəbə, sahəsi 165 m2 olan 3 otaqlı mənzilə görə heç bir borcu qalmamışdır. ##.##.2023-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, satıcı “Piksel Group” (Vöen **********) tərəfindən alıcı İmranlı Nərmin Sahib qızına İlbater B modelli su təmizləmə sistemi və onun ayrılmaz tərkib hissələri olan aksesuarlarını 1130 manat məbləğində satılmışdır.

36. ##.##.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçının gəlini İmranlı Nərmin Sahib qızı tərəfindən alınmış « xxxx » Azərbaycan şirkətinə məxsus su filtri ##.##.2024cü il tarixdə Bakı şəhər, Xətai rayonu, Gəncə prospekti 51 ünvanında inşa edilən 4 bloklu, 20 mərtəbəli yaşayış evinin C blokunda yerləşən *** saylı mənzilinin mətbəxində quraşdırılmışdır. Daha sonra həmin mənzildə subasma hadisəsi baş vermiş, iddiaçının əmlakına zərər dəymişdir.

37. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya məxsus Bakı şəhər, Xətai rayonu, Gəncə prospekti 51 ünvanında inşa edilən 4 bloklu, 20 mərtəbəli yaşayış evinin C blokunda yerləşən *** saylı mənzilə mənzilin mətbəxində su filtri düzgün quraşdırılmamış, su filtrinin su xəttinə birləşən borusu tarım şəkildə çəkildiyinə (birləşdiyi) görə deformasiyaya uğrayaraq, yerindən qopmuş, nəticədə su filtri düzgün quraşdırılmadığından mənzilə suyun axdığı müəyyən edilmişdir.

38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edir ki, tərəflər arasında imzalanmış filtrlərin dəyişdirilməsi barədə əlavədən görünür ki, filtrlərin istismar müddəti 9 aya qədər, 6 aydan tez çirklənərsə pulsuz dəyişdirilməsi, ana membranın istismar müddəti 24 ay, 12 aya qədər göstərici 60 ppm- i aşarsa pulsuz , 12 ayı keçdikdə isə alıcının hesabına dəyişdirilməsi qeyd edilmişdir. Həmçinin «xxxx» Azərbaycan şirkəti tərəfindən verilən su təmizləmə sistemlər zəmanət talonundan görünür ki, məhsulun satış tarixi ##.##.2024-cü il, zəmanət müddəti 1 il, dillerin adı imzası hissəsində Orxan Ə. qeyd olunmuşdur. Habelə müqvilədə qeyd edilmişdir ki, quraşdırılmadan sonra avadanlıqda hər hansı bir nasazlıq olduqda, zəmanətə uyğun olaraq, avadanlığa baxış və nasazlığın aradan qaldırılması şirkətin gücü və vəsaiti hesabına həyata keçirilir, əgər nasazlıq aradan qaldırıla bilməzsə, avadanlıq tam yenisi ilə əvəz olunur, yoxlanır və alıcıya təhvil verilir. Göründüyü kimi, zəmanət talonu məhsulun satışı zamanı vacib əhəmiyyətli sənəd olduğundan həmin sənəd də şirkət tərəfindən yalnız öz işçisinə həvalə edilə bilərdi. Hazırki vəziyyətdə isə Orxan Əliyev də həmin satıcının adından həmin qurğunu quraşdırmaqla satıcının adından zəmanət talonunu imzalamaqla alıcıya təhvil verdiyindən sonuncunun sonradan şahid qismində dəvət edilərək dindirilməsinə zərurət yoxdur. Eyni zamanda satıcı kimi blankda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti göstərilsə də, blankda satıcı qismində göstərilən VÖEN cavabdeh Orxan Məmmədova məxsus olmaqla satıcı qıismində də onun olması müəyyən edilir. Əlavə olaraq qeyd edilir ki, Orxan Məmmədov tərəfindən satışın həyata keçirilməsi də işin mübahisələndirilən halı olmamışdır. Yeganə dəlil avadanlığı quraşdıran şəxsin ona aidiyyəti olmamasıdır ki, bu dəlil də yuxarıda qeyd edildiyi kimi təkzib edilir. Belə ki, zamanət talonu məhz avadanlıq quraşdırıldıqdan sonra məhz həmin şəxs tərəfindən imzalanmaqla iddiaçı tərəfə təqdim edilmişdir.

39. Bundan əlavə məhkəmə kollegiyası cavabdehin digər dəlilinə münasibətdə isə qeyd edir ki, müqavilənin tərəfi kimi İmranlı Nərmin Sahib qızı çıxış etsə də, maddi ziyan dəyən mənzilin mülkiyyətçisi İddiaçı olduğundan onun tərəfindən də iddianın qaldırılması labüddür. Yəni alıcı kimi qeyd edilən şəxs iddiaçının gəlini olmaqla məhz iddiaçının şifahi tapşırığı (tapşırıq müqaviləsi) əsasında sonuncunun mülkiyyətində olan mənzilə onun mənafeyi üçün su filtirinin quraşdırılması ilə bağlı həmin avadanlığın alqı satqısını həyata keçirmişdir.

40. Göründüyü kimi iddiaçıya maddi zərər vurulması iş materialları və ekspertiza rəyi ilə təsdiq olunduğundan maddi ziyanın əvəzinin ödənilməsi ilə bağlı hissədə iddianı qismən təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

41. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri nəzərə almaqla belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh Məmmədov Orxan Fuad oğlunun apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ödənilmiş dövlət rüsumu cavabdeh Məmmədov Orxan Fuad oğluna aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar