Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-591/2026 23.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı “xxxx” MMMC-nin cavabdeh Cavabdeh qarşı iş üzrə Açar sözlər: kommunal xidmət haqqının ödənilməsi Hakimlər X8 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X6 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X4, Cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı “xxxx” MMMC-nin cavabdeh Cavabdeh qarşı “kommunal xidmət haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Mülkiyyətçi qismində çıxış edən “xxxx” MTK ilə idarə edən qismində çıxış edən İbrahimov Etibar Cavad oğlu arasında bağlanmış “Çoxmənzilli evin idarə edilməsi haqqında” ##.##.2016-cı il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 92a ünvanında yerləşən çoxmənzilli evlərin idarə edilməsi ilə bağlı bütün səlahiyyəti əvəzsiz olaraq idarə edənə verməyi, idarə edən isə öz növbəsində mülkiyyətçinin inşa etdiyi çoxmənzilli evi ondan qəbul edib, hazırki müqavilə ilə razılaşdırılmış şərtlər əsasında idarə edilməsini həyata keçirməyi öhdəsinə götürmüşdür. “xxxx” MMMC (bundan sonra iddiaçı) ##.##.2023-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. Bundan sonra İbrahimov Etibar Cavad oğlu ilə “xxxx” MMMC arasında bağlanmış Tələbin güzəştinə dair ##.##.2024-cü il tarixli müqaviləyə əsasən İbrahimov Etibar Cavad oğlu Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 92a ünvanında yerləşən çoxmənzilli binada yerləşən mənzillərin və qeyri-yaşayış sahələrinin idarə edilməsi ilə bağlı ##.##.2024-cü il tarixədək yaranmış bütün tələb və hüquqlarını və səlahiyyətlərini əvəzsiz olaraq idarə edənə güzəşt etmiş, idarə edən isə güzəşti qəbul etməsinə razılığını bildirmişdir. Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 3166-cı məhəllədə yerləşən **A saylı evin, *** saylı mənzili (yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, giriş 167, M5, m6) ##.##.2019-cu il tarixdə Cavabdeh (bundan sonra cavabdeh) mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. “xxxx” MMMC-nin ##.##.2025-ci il tarixli təsis yığıncağının qərarına əsasən Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 92A və 204A ünvanında yerləşən çoxmənzilli binada yerləşən mənzillərin və qeyri-yaşayış sahələrinin idarə edilməsi ilə bağlı çoxmənzilli binanın ümumi əmlakının saxlanması, təmiri və kommunal xidmətlərin göstərilməsi üzrə mənzillərin hər kv.m üçün müəyyən edilmiş 0,30 manat məbləğdəki qiymət dəyişdirilməməsi və bu xidmətlərin göstərilməsi üzrə mənzillərin hər kv.m üçün 0,30 manat məbləğində müəyyən edilməsi, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 92A və 204A ünvanında yerləşən çoxmənzilli binada yerləşən mənzillərin və qeyri-yaşayış sahələrinin idarə edilməsi ilə bağlı çoxmənzilli binanın ümumi əmlakının saxlanması, təmiri və kommunal xidmətlərin göstərilməsi üzrə sahə mülkiyyətçilərini çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqları və bu xidmətlərin göstərilməsi üzrə sakinlərlə müqavilə bağlanması qərara alınmışdır. “xxxx” MMMC-nin ##.##.2025-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 3166-cı məhəllədə yerləşən **A saylı evin, *** saylı mənzilinin mülkiyyətçisi kimi “xxxx” MMMC-yə ##.##.2025-ci il tarixə kimi ümumilikdə 1.659 manat məbləğdə borcu vardır. Arayışa əsasən borcun 716,40 manat hissəsi ##.##.2024-cü il tarixdən ##.##.2025-ci il tarixədək (20 ay üzrə), 899,58 manat hissəsi tələbin güzəştinə dair müqaviləyə * saylı Əlavəyə əsasən, 40 manat hissəsi damofonvideomüşahidə sistemi üzrə aylıq xidmət haqqı (20 ay x 2 manat) olaraq hesablanmışdır.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı İddiaçı MMMC cavabdeh Cavabdeh qarşı iddia və tələbin dəyişdirilməsi barədə ərizə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 1.659 manat əsas borcun, vəkil xidmət haqqı olaraq ödənilmiş 400 manat pulun və 32 manat məbləğdə ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq ona ödənilməsini xahiş etmişdir.
3. İddia tələbi işin yuxarıda göstərilən faktiki hallarına uyğun əsaslandırılmışdır.
4. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək, qeyd etmişdir ki, çoxmənzilli binaların idarə edilməsi ilə bağlı ciddi və davamlı problemlərin olması heç kimə sirr deyil. Təsadüfi deyil ki, mediada binaların idarə etməsi ilə bağlı problemlərə dair xeyli sayda məlumatlara rast gəlmək olar. Bunun bariz sübutu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin vətəndaş müraciətləri ilə bağlı icmal məlumatlarında bu sahəyə ayrıca hissənin həsr edilməsidir. Digər tərəfdən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, çoxmənzilli binaların idarə edilməsinin əsas şərtlərinin mənzil qanunvericiliyi ilə kifayət qədər aydın və hərtərəfli tənzimlənməsinə baxmayaraq, Konstitusiya Məhkəməsi Plenumunun iclasında müəyyən olunmuşdur ki, təcrübədə kommunal xidmətlərin göstərilməsi ilə bağlı mübahisələrin yaranması əsasən həmin binaların idarə olunmasında qanunvericiliyin tələblərinə riayət edilməməsindən irəli gəlir. Bununla belə, bu sahədə sistem xarakterli problemlər mövcuddur. ... Göründüyü kimi, binanın idarə edilmə üsulunun seçilməsi, idarəçinin təyini üçün çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı qanunvericiliyə uyğun keçirilməli və bu barədə qərar qəbul edilməlidir. Hazırki iş üzrə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin yaradılmasına qədər belə bir ümumi yığıncağın keçirilməsi və bu tarixə qədər “idarəedicilərin” mənzil qanunvericiliyi ilə müəyyən edilmiş hansı hüquqi əsasla fəaliyyət göstərməsi müəyyən edilmir. Tələb edilən haqqın özünün, onun miqdarının, hesablandığı məbləğinin əsasları və müddəti müəyyən deyil. İddiaçı konkret məbləğdə pul vəsait tələb edir. Lakin bu məbləğin necə formalaşdığı, necə hesablandığı, tərkibinin nədən ibarət olduğu, hansı dövrü əhatə etdiyi, hüquqi əsası barədə heç bir məlumat göstərilmir. Mənzil Məcəlləsinin 140.3-cü maddəsinə əsasən əgər çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi yığıncaqda yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarının müəyyənləşdirilməsi barədə qərar qəbul etməzlərsə, bu miqdar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il ## ### tarixli, *** nömrəli Fərmanının 1.1-1-ci bəndinə əsasən həmin Məcəllənin 28.5-ci və 140.3-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. “Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il ## #### tarixli, ** nömrəli Qərarının * nömrəli əlavəsi mənzil (ev) xidmətləri tariflərinin 2-ci sətrinə əsasən özəlləşdirilmiş mənzillərin mülkiyyətçilərinə mənzillərin yerləşdiyi evlərin (binaların) saxlanılması üçün xidmət haqqı 1 kv.m yaşayış sahəsi üçün 1 ayda 75 manat (ƏDV nəzərə alınmaqla) müəyyən edilmişdir. “Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında manatın denominasiyasının tətbiqi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında 2006-cı il ######ın #-dək mütləq rəqəmlərlə müəyyən olunan 5000 manat 2006-cı il ######ın #-dən 1 manata bərabər tutulmuşdur. 75 köhnə manat, 0,015 yeni manat edir. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarının müəyyənləşdirilməsi barədə qərar qəbul edilmədiyi dövr üçün iddiaçının hansı əsasla pul tələb etməsi aydın deyil. MMMC yaradılması barədə xəbəri olmayıb, belə MMMC-nin yaradılması barədə heç bir formada xəbərdar edilməmişdir. İddiaçının Nizamnaməsinin 6.3.4-cü yarımbəndinə əsasən cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək cəmiyyətin iştirakçılarının ümumi yığıncağının səlahiyyətidir. MMMC yarandıqdan sonra cəmiyyətin iştirakçılarının ümumi yığıncağının qərarını təqdim etməklə, müqavilə bağlanmasını təklif etmək əvəzinə MMMC birbaşa məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, MMMC-nin yarandığı tarixindən sonrakı dövr üçün də tələbin irəli sürülməsi üçün MMMC-nin iştirakçılarının ümumi yığıncağının mütləq ödənişlərinin və haqlarının miqdarının müəyyən edilməsi barədə qərarı olmalı, həmçinin müqavilə bağlanmalıdır ki, bunların heç biri mövcud deyil. Belə olan halda, iddia bu hissədə də əsassızdır. Bu baxımdan iddiaçı tərəfindən təqdim edilmiş ##.##.2025-ci il tarixli qərarı özüözlüyündə mahiyyəti və prosedurlara riayət edilməsi baxımından şübhəlidir və hər bir halda özündən əvvəlki münasibətlərə şamil edilə bilməz, heç bir hüquqi əhəmiyyəti yoxdur və bina idarəetməsinin sakinlərin maraqları üçün deyil, kənar biznes maraqlar üçün təşkil edildiyini bir daha göstərir. Sakinlər qarşısında heç bir hesabatlılıq mövcud deyil. Lakin məhkəmə “xxxx” MMMC tərəfindən 2012-2016-cı illər ərzində hər müvafiq il üçün xərclər və gəlirlər smetasının və maliyyə fəaliyyəti haqqında hesabatın tərtib edilməməsinə, onların təsdiq olunmaq üçün cəmiyyət iştirakçılarının ümumi yığıncağına təqdim edilməməsinə və bununla da mənzil qanunvericiliyinin normalarına riayət edilib-edilməməsinə hüquqi qiymət verməmişdir. Sakinlər qarşısında heç bir hesabatlılıq mövcud deyil və belə bir şəraitdə hazırki iddianın irəli sürülməsi əsassızdır. Hazırki etirazda göstərilən məqamlara aydınlıq gətirilmədən, müvafiq məlumat və sənədlər təqdim edilmədən hazırki işə baxıla bilməz, işin tam və hərtərəfli araşdırılması məqsədi ilə verilmiş vəsatətlər əsasında məlumatların iddiaçı tərəfindən təqdim edilməsi mühüm əhəmiyyət kəsb edir. Bu məlumatlar təqdim edildikdən sonra tərəflərindən iddianın mahiyyəti üzrə əlavə etiraz təqdim ediləcəkdir. MMMC ixtisaslaşmış funksionallığa malik hüquqi şəxsdir. Onun məqsədi çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etməkdir. Təşkilatlanmış qurum olmaqla iddiaçı binanın istismarı ilə bağlı bütün işləri aparmaq üçün müvafiq resursa malik olmalı və bunu səmərəli təşkil etməlidir. Bu baxımdan hazırki iş üzrə vəkil ilə təmsil olunmağa heç bir zərurət yoxdur. Hazırki iş üzrə hüquqi şəxs olan iddiaçı vəkil ilə müqavilə bağlamaq məcburiyyətində deyil. İşin mahiyyəti və məzmunu isə iddiaçının fəaliyyət predmeti və mahiyyəti ilə sıx bağlı olan rutin məsələdir. Digər tərəfdən hazırki iddia MMMC tərəfindən onun əmək müqaviləsi üzrə işçisi tərəfindən verilmişdir. Bu tip iddiaların bütün sakinlərə münasibətdə iddianın mətn, əsaslandırma və sənədlər baxımından eyni olması əlavə xərc çəkilməklə vəkilin cəlb edilməsinin zəruri olmamasını bariz şəkildə göstərir. MPMnin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Göründüyü kimi, vəkilə göstərdiyi yardıma görə xərclərin ödənilməsi konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə həyata keçirilməlidir. Şablon iddia ərizəsi və davranış sxemi olduğu halda, işçisi tərəfindən öz fəaliyyət istiqaməti üzrə rutin işlərin iddiaçının özü tərəfindən icra edilməsi nəzərə alınmaqla, vəkil cəlb edilməsi zərurəti yoxdur, bu zaman xərclər zəruri deyil, işin iddiaçı üçün mürəkkəbliyi, məzmunu və mahiyyəti vəkilin cəlbini tələb etmir, vəkil xərcinin cavabdehlərdən tələb edilməsi onlara qarşı təzyiq üsulu kimi seçilmişdir. Hesab edirlər ki, iddiaçının tələbinin hüquqi əsası yoxdur, həmçinin iddiaçı ərizəsində göstərilən halları təsdiq edən sübutları təqdim etməmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
5. Cavabdeh eyni zamanda iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddəti tətbiq edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
6. İddia müddətinin tətbiqi barədə ərizənin əsaslarına görə, iddia əsaslı olsa idi belə müddət ötürülmüşdür. 1 il dövrü 3 illik müddətin xaricinə düşdüyündən iddia tələblərinin 429,84 manatı (12 ay x 35,82 manat) iddia müddətindən kənar dövrə düşmüş olur. Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Belə olan halda, iddiaçının tələbinin əsaslı olub-olmamasından asılı olmayaraq hər bir halda iddiaçı 3 ildən daha əvvəlki borcu tələb edə bilməz. Görünür ki, qanuni əsasa söykənməyən tələb güzəşt edilərkən, burada süni şəkildə hüquqi əsas yaradılmasına cəhd həm də iddia müddətləri ilə bağlı məhdudiyyətləri yan keçmək olmuşdur.
7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 1.361,52 manat borcun, vəkil xidmət haqqı olaraq ödənilmiş 400 manat pulun və 32 manat məbləğdə ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1.793,52 manat məbləğində pulun cavabdeh Cavabdeh tutularaq iddiaçı “xxxx” MMMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim X5).
8. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, çoxmənzilli binada ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi ilə bağlı vəzifəsini icra etməyən cavabdeh iddiaçıya olan borcunu ödəməlidir. Çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir və çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır.
9. Hazırki halda “xxxx” MMMC-nin ##.##.2025-ci il tarixli təsis yığıncağının qərarına əsasən Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 92A və 204A ünvanında yerləşən çoxmənzilli binada yerləşən mənzillərin və qeyri-yaşayış sahələrinin idarə edilməsi ilə bağlı çoxmənzilli binanın ümumi əmlakının saxlanması, təmiri və kommunal xidmətlərin göstərilməsi üzrə mənzillərin hər kv.m üçün müəyyən edilmiş 0,30 manat məbləğdəki qiymət dəyişdirilməməsi və bu xidmətlərin göstərilməsi üzrə mənzillərin hər kv.m üçün 0,30 manat məbləğində müəyyən edilməsi, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 92A və 204A ünvanında yerləşən çoxmənzilli binada yerləşən mənzillərin və qeyri-yaşayış sahələrinin idarə edilməsi ilə bağlı çoxmənzilli binanın ümumi əmlakının saxlanması, təmiri və kommunal xidmətlərin göstərilməsi üzrə sahə mülkiyyətçilərini çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqları və bu xidmətlərin göstərilməsi üzrə sakinlərlə müqavilə bağlanması qərara alınmışdır.
10. İddiaçı tərəfindən faktiki göstərilmiş xidmətlərə görə hesablanmış borcla bağlı müvafiq sübutlar, adı çəkilən təsis yığıncağının qərarı, əvvəlki dövr üzrə tələbin güzəştinə dair müqavilə, maliyyə arayışı məhkəməyə təqdim edilmişdir. Cavabdeh tərəfindən etirazının dəlillərinin bir qismi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin yaradılmasının qanunsuz olması ilə bağlıdır ki, bu məsələ hazırki mübahisənin predmeti deyil. MMMC yaradılmış və dövlət qeydiyyatına alınmışdır.
11. Tələb edilən haqqın özünün, onun miqdarının, hesablandığı məbləğin əsaslarının müəyyən olmaması barədə dəlilə münasibətdə məhkəmə qeyd etmişdir ki, yuxarıda da qeyd edildiyi kimi, borcun məbləği ilə bağlı müvafiq sənədlər iş materiallarına iddiaçı tərəfindən əlavə edilmişdir. Lakin, məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verildiyindən müddət tətbiq edilməklə hazırki iddia qismən təmin edilməlidir.
12. İddiaçının tələb etdiyi borc xarakterinə görə vaxtaşırı icra edilməli olan öhdəliklər dairəsinə aiddir və Mülki Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Təqdim edilən maliyyə arayışından görünür ki, 1 ay üçün cəmi 35,82 manat borc, eyni zamanda damofon-videomüşahidə sistemi üzrə aylıq xidmət haqqı 2 manat hesablanmışdır. Əvvəlki 3 il üçün hesablama apardıqda məlum olur ki, iddiaçının hüquqların müdafiəsi üçün məhkəməyə müraciət etməkdə haqlı olduğu dövrün əhatə dairəsinə düşən məbləğ 1.361,52 manat (36 ay x 35,82 + 36 ay x 2) təşkil edir.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 372-ci, 373-cü, 375-ci, 377-378-ci, 385-ci, 390-cu, 442-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29cu, 38-ci, 43-cü, 109-cu, 119-cu, 120-ci, 122-ci, 125-ci, 128-ci, 135-138-ci, 140-cı, Mülki Prosessual Məcəlləsinin 14-cü, 77-ci, 119-cu, 217-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ##### 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2015-ci il tarixli, “R.Məhərrəmovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2020-ci il tarixli, “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ## #### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2008-ci il tarixli və İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Stanyo Belçikaya qarşı” iş üzrə ##.##.2009-cu il tarixli Qərarlarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
14. Cavabdeh Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilməsi və iddianın tam rədd edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə iddianın təmin edilən hissəsində qanunsuz və əsassızdır. Sakinlər qarşısında heç bir hesabatlılıq mövcud deyil. İddiaçının iştirakçılarının ümumi yığıncağı tərəfindən təsdiqlənmiş 2024-cü və 2025-ci illər üçün cəmiyyətin xərclər və gəlirlər smetasını və maliyyə fəaliyyəti haqqında hesabat, iddiaçının təftiş komissiyasının (müfəttişinin) mövcud olub-olmaması barədə məlumat, təftiş komissiyasının (müfəttişinin) 2024-cü və 2025-ci il üçün üçün cəmiyyətin gəlir və xərclər smetası barədə rəyi və maliyyə fəaliyyəti haqqında, mütləq ödənişlər və haqların miqdarı haqqında hesabatı təqdim edilmədən qərar qəbul edilməsi əsassız və qanunsuzdur. Məhkəmə, müvafiq vəsatət verilsə də, sakinlər qarşısında heç bir hesabatlılığın mövcud olmaması şəraitində bu məsələnin üzərindən sükutla keçmiş, bu barədə yeganə məlumat sahibi olan iddiaçı qanunvericiliyin tələblərinə uyğun prosedur və rəsmiləşdirmə qaydalarına uyğun olan heç bir sübut təqdim etməmişdir. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarının müəyyənləşdirilməsi barədə qərar qəbul edilmədiyi dövr üçün iddiaçının hansı əsasla pul tələb etməsi aydın deyil, qanuni ümumi yığıncaqda müəyyən edilməmiş 0,30 manatla haqqın hesablanması üçün heç bir hüquqi əsas yoxdur. Göründüyü kimi, binanın idarə edilmə üsulunun seçilməsi, idarəçinin təyini üçün çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı qanunvericiliyə uyğun keçirilməli və bu barədə qərar qəbul edilməlidir. Hazırki iş üzrə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin yaradılmasına qədər belə bir ümumi yığıncağın keçirilməsi və bu tarixə qədər “idarəedicilərin” mənzil qanunvericiliyi ilə müəyyən edilmiş hansı həqiqi və etibarlı hüquqi əsasla fəaliyyət göstərməsi müəyyən edilmir. Belə olan halda, qanuni əsasa söykənməyən “xxxx” MTK ilə İbrahimov Etibar Cavad oğlu arasında bağlanmış “çox mənzilli binanın idarə edilməsi haqqında müqavilə”dən irəli gələn tələb, belə bir tələb özü əsassız olduğundan güzəşt edilə bilməzdi və burada süni şəkildə hüquqi əsas yaradılmasına cəhd bariz şəkildə özünü göstərir. “xxxx” MTK ilə İbrahimov Etibar Cavad oğlu arasında bağlanmış “çox mənzilli binanın idarə edilməsi haqqında müqavilə”nin əvəzsiz olması da bunun əlavə təsdiqidir. Necə ola bilər ki, tərkibinə liftlər kimi təhlükə potensiallı obyektlər olan, yanğın, texniki təhlükəsizlik və s. sahələrdə ciddi tənzimləməyə tabe tutulan böyük biryaşayış kompleksi tək bir fiziki şəxs sahibkarın “idarəetməsinə” verilsin?! Sahibkarın bu sahədə portfoliosu varmı?! Məsələnin saxta, yalan və pərdələmə xarakterli olduğunu həm də o göstərir ki, tələbin güzəştinə dair ##.##.2024-cü il tarixli müqavilə üzrə küllü miqdarda təqribən 197,652.65 manat iddia edilən vəsait də ödənişsiz olaraq MMMC-yə güzəşt edilib?! Yeni yaradılmış MMMC-nin əvvəlki münasibətlər üzrə hüquqi varisi kimi çıxış edə bilməməsinin yaratdığı hüquqi vəziyyətin aradan qaldırılması məqsədi ilə guya “tələbin güzəşti”nin həyata keçirildiyi görüntüsü yaratmaq üçün formal olaraq yalan və pərdələnmiş əqdin bağlanması məsələlərin həqiqi mahiyyətini aradan qaldıra bilməz. Çox maraqlıdır, necə ola bilər ki, hazırki iddianın verilməsi üçün onun əhəmiyyətli hissəsi qədər vəsait - 400 manat xərc çəkildiyi iddia edilir, amma fərdi sahibkar İbrahimov Etibar Cavad oğlu iddia edilən vəsaiti pulsuz verir. Bu hansı məntiqə, iqtisadi qaydalara uyğundur?! Fərdi sahibkar İbrahimov Etibar Cavad oğlu xeyriyyəçidirmi, ya məqsədi gəlir əldə etmək olan sahibkardırmı?! Mülki Məcəlləsinin 193.2-ci maddəsinə əsasən əvvəlki sahib tələblərə və hüquqlara aid öz sərəncamında olan bütün sənədləri və həmin tələblərdən və hüquqlardan istifadə üçün zəruri olan bütün məlumatı yeni sahibə verməlidir. Tələbin həqiqiliyini və hüquqiliyini müəyyən etmək üçün binanın idarəetmə orqanı olan çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının idarəetmə üsulunu seçmək barədə bütün qərarları, İbrahimov Etibar Cavad oğlunun tələbin güzəşti üzrə tələblərə və hüquqlara aid MMMC-yə verdiyi bütün sənədlər və həmin tələblərdən və hüquqlardan istifadə üçün zəruri olan bütün məlumatlar, o cümlədən xidmətlərin həqiqətən göstərilməsinin və bu xidmətlərin göstərilməsi üçün xərclərin həqiqətən çəkilməsinin sübutları, borcun tələb edildiyi dövr üçün vergi hesabatları (bəyannamələri), borcun tələb edildiyi dövrü əhatə etməklə hər müvafiq il üçün xərclər və gəlirlər smetası və maliyyə fəaliyyəti haqqında hesabat, onların təsdiq olunması haqqında qərarlar, İbrahimov Etibar Cavad oğlunun “xxxx” MTK qarşısında hesabatlılığına dair sənədlər araşdırılmalıdır. Göründüyü kimi, məqsədi sakinlərdən yığılan vəsait üzrə hesabatlılığı aparmamaq olan bu müqavilələr etibarsız olmaqla heç bir hüquqi nəticə yarada bilməz. MMMC iddia ərizəsinə cəmiyyətin iştirakçılarının ümumi yığıncağının ##.##.2025-ci il tarixli qərarını əlavə etmişdir. Nə qərarın qəbul edildiyi iclasdan, nə də ki, qərarın qəbulundan sonra qərarın mövcudluğundan xəbəri olmamış və onlara çoxmənzilli binanın sahə mülkiyyətçisi qismində bu barədə heç bir məlumat verilməmişdir. İş materiallarında ##.##.2025-ci il tarixdə keçirilməsi iddia edilən iclasdan öncə məlumatlandırmaya dair heç bir sübut yoxdur. Ümumi yığıncağın keçirilməsi haqqında yazılı bildiriş, məlumatın (bildirişin) sifarişli məktubla, imza ilə əlbəəl verilməklə və ya bütün sahə mülkiyyətçiləri üçün əl çatan yerdə (yerlərdə) yerləşdirilməklə çatdırılmasını təsdiq edən sübutlar mövcud deyil. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağının keçirilməsi haqqında yazılı bildiriş, məlumatın (bildirişin) sifarişli məktubla, imza ilə əlbəəl verilməklə və ya bütün sahə mülkiyyətçiləri üçün əl çatan yerdə (yerlərdə) yerləşdirilməklə çatdırılmasını təsdiq edən sübutlar barədə müvafiq vəsatət verilsə də, bu məsələnin də üzərindən sükutla keçilmiş, bu barədə yeganə məlumat sahibi olan iddiaçı heç bir sübut təqdim etməmişdir. MMMC-nin iştirakçılarının ümumi yığıncağının ##.##.2025-ci il tarixli iclasının keçirilmə qaydaları pozulmuşdur. Ümumi yığıncağın qərarının ümumi yığıncaq tərəfindən müəyyən edilmiş qaydada rəsmiləşdirilmiş protokolu, ümumi yığıncağın qərarının iclas (gündəliyə daxil edilən məsələlərin müzakirəsi və səsə qoyulmuş məsələlər üzrə qərar qəbul edilməsi üçün birgə əyani iştirak) və ya belə iclas keçirilmədən qiyabi səsvermə (səsverməyə qoyulmuş məsələlər üzrə iştirakçıların qərarlarının yazılı formada ümumi yığıncağının keçirilməsi barədə məlumatda göstərilən yer və ya ünvana göndərilməsi) üsulu ilə qəbul edilməsi haqqında məsələ ümumiyyətlə araşdırılmamış, qərar iclas keçirilmədən qiyabi səsvermə üsulu ilə qəbul edilmişdirsə səsverməyə qoyulmuş məsələlər üzrə ümumi yığıncağı keçirilməsi barədə məlumatda göstərilən yer və ya ünvana göndərdikləri yazılı formada tərtib edilmiş hər bir qərarı mövcud deyil. Məhkəmə, müvafiq vəsatət verilsə də, bu məsələnin də üzərindən sükutla keçmiş, bu barədə yeganə məlumat sahibi olan iddiaçı heç bir sübut təqdim etməmişdir. İddiaçının damofon videomüşahidə sistemi üzrə xidmət haqqı tələbinin heç bir hüquqi əsası yoxdur. Bu vəsaitin hansı əsasla və məhz hansı hüquqi əsasla aylıq 2 manat ödənilməsi qeyri-müəyyəndir. İddia bu hissədə də tamamilə əsassızdır və rədd edilməldir. “xxxx” MTK ilə İbrahimov Etibar Cavad oğlu arasında bağlanmış “çox mənzilli binanın idarə edilməsi haqqında müqavilə”nin müddəti qanunvericiliyin tələblərinə cavab vermir. “xxxx” MTK ilə İbrahimov Etibar Cavad oğlu arasında bağlanmış “çox mənzilli binanın idarə edilməsi haqqında müqavilə”nin 3.1-ci bəndinə əsasən müqavilə ##.##.2016-cı tarixdə başlanmış və ##.##.2030-cu il tarixdə bitməlidir. Göründüyü kimi, müqavilə 14 il müddətinə bağlanıb. Halbuki, bu müddət ən çox 5 il ola bilərdi. Belə ki, Mənzil Məcəlləsinin 142.5-ci maddəsinə əsasən çoxmənzilli binanın idarə edilməsi müqaviləsi bir ildən az və beş ildən çox olmayan müddətə, bu Məcəllənin 141.6-cı maddəsində göstərilən halda isə bir ildən az və beş ildən çox olmayan müddətə bağlanılır. Göründüyü kimi, əgər şərti olaraq müqavilənin hüquqi əhəmiyyəti olsa idi onun qüvvəsi ##.##.2021-ci ildə bitmiş olmalıydı. Belə olan halda da, əgər şərti olaraq müqavilənin hüquqi əhəmiyyəti olsa idi belə ##.##.2021-ci il tarixindən sonrakı dövrü üçün hüquqi nəticə yarada bilməzdi. Göstərilənlərə əsasən hesab edir ki, müqavilənin hüquqi əsasının olmaması, məqsədinin heç də sakinlərə xidmət etmək olmaması əsası ilə yanaşı, əgər şərti olaraq müqavilənin hüquqi əhəmiyyəti olsa idi belə, ##.##.2021-ci il tarixindən sonrakı dövrü üçün o tətbiq edilə bilməzdi. Ümumiyyətlə MMMC onun tərəfindən irəli sürülmüş ##.##.2024-сü il tarixindən əvvəlki dövr üçün tələb üzrə subyektiv tələb hüququna malik əsl iddiaçı deyil. Qnun kommunal xidmətlərin göstərilməsinə dair nə, “xxxx” MTK ilə, nə gizli şəkildə pərdələnmiş formada MTK-nı təmsil edən İbrahimov Etibar Cavad oğlu ilə, nə də MTK tərəfindən yaradılmış MMMC ilə müqaviləsi yoxdur. Əgər belə bir müqavilə olsa idi belə ##.##.2021-ci il tarixdən sonrakı dövrü üçün o tətbiq edilə bilməzdi. MTK tərəfindən yaradılmış MMMC isə ona belə müqavilə bağlamaq təklifini ümumiyyətlə etməmişdir. MMMCnin iştirakçılarının ümumi yığıncağının ##.##.2025-ci il tarixli qərarına əsasən qəbul edilmiş qərarın lehinə 643 nəfər səs verib. Lakin əlavə edilmiş siyahıda 317 imza var və onlardan da yalnız 92-si mənzil mülkiyyətçisi, qalan 225 imza isə cəmi 3 nəfər qaraj sahibinə (İslamov Rafiq Yusif oğlu 90 səs, X2 90 səs və X3 45 səs) aiddir. Belə çıxır ki, qərar natamamdır və sakinlərin ödənişlərini bir neçə nəfər qaraj sahibi müəyyən edir. Hesab edir ki, iclaslarda yalnız çoxmənzilli binanın sahə mülkiyyətçiləri iştirak edə bilərdi və onların bu hüququ, yəni yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatla (çıxarışla) təsdiq edilməli idi. Hazırki iş üzrə 3 nəfər olmaqla səslərin əksəriyyətini təşkil etmiş qaraj sahələrinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınıb-alınmaması məsələsi ümumiyyətlə araşdırılmamışdır. Belə olan halda, yetərsay təmin edilməmiş qalır. Mənzil Məcəlləsinin 126.5-ci maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağını cəmiyyətin idarə heyətinin sədri və ya onun müavini aparır. Qeyd edilən şəxslər olmadıqda ümumi yığıncağı idarə heyətinin üzvlərindən biri aparır. Lakin qərardan bu hal da müəyyən edilmir. Digər tərəfdən gündəlikdə duran 2-ci məsələ üzrə qərarda qeyd edilmişdir ki, sakinlərlə müvafiq müqavilələr bağlanmalıdır. Lakin ödəniş barədə qərar qəbul etmiş cəmi 3 nəfər şəxsin də sahə mülkiyyətçisi olaraq müvafiq müqavilə bağlayıbbağlamaması və ödəniş edib-etməməsi qeyri-müəyyəndir. Belə olan halda, iclas və qərar saxta və şübhə doğurur. İclasın həqiqətən keçirilib-keçirilməməsinin müəyyən edilməsi, onun həqiqiliyinin müəyyən edilməsi üçün ##.##.2025-ci il tarixli qərarın əsli, İslamov Rafiq Yusif oğlunun 90, X2 90 və X3 45 ədəd qeyri-yaşayış sahələrinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə bütün çıxarışlar, İslamov Rafiq Yusif oğlu, X2 və X3 ilə mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti tərəfindən bağlanmış müqavilələr və mülkiyyət hüquqları yarandığı dövrdən bu günə qədər onlar tərəfindən mütləq ödənişlərin və (və ya) haqların həqiqətən ödənişini təsdiq edən ciddi hesabat blankı formasında ilkin maliyyə sənədlərinin təqdim edilməsi barədə müvafiq vəsatət verilsə də, bu məsələnin də üzərindən sükutla keçilmiş, bu barədə yeganə məlumat sahibi olan iddiaçı heç bir sübut təqdim etməmişdir. MMMC-nin iştirakçılarının ümumi yığıncağının ##.##.2025-ci il tarixli qərarı barədə məlumatların sahə mülkiyyətçilərinə qanunvericiliklə müəyyən edilmiş qaydada verilməmişdir. İş materiallarında ##.##.2025-ci il tarixdə keçirilməsi iddia edilən ümumi yığıncaqda qəbul edilmiş qərarlar və səsvermənin nəticələri barədə məlumat ümumi yığıncağın qərarı ilə müəyyən edilmiş və binanın bütün sahə mülkiyyətçiləri üçün əlçatan olan sahədə yerləşdirilməklə çatdırılmasını təsdiq edən heç bir sübut yoxdur, məhkəmə bu məsələnin üzərindən sükutla keçmiş, bu barədə yeganə məlumat sahibi olan cavabdeh heç bir sübut təqdim etməmişdir. MMMC-nin yarandığı tarixdən sonrakı dövr üçün tələbi də əsassızdır. MMMC-nin yaradılması barədə xəbəri olmayıb, belə MMMC-nin yaradılması barədə heç bir formada xəbərdar edilməyib. İddiaçının Nizamnaməsinin 6.3.4-cü yarımbəndinə əsasən cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək cəmiyyətin iştirakçılarının ümumi yığıncağının səlahiyyətidir. MMMC yarandıqdan sonra cəmiyyətin iştirakçılarının ümumi yığıncağının qərarını təqdim etməklə, müqavilə bağlanmasını təklif etmək əvəzinə MMMC birbaşa məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, MMMC-nin yarandığı tarixindən sonrakı dövr üçün də tələbin irəli sürülməsi üçün MMMC-nin iştirakçılarının ümumi yığıncağının mütləq ödənişlərinin və haqlarının miqdarının müəyyən edilməsi barədə qərarı olmalı, həmçinin müqavilə bağlanmalıdır ki, bunların heç biri mövcud deyil. Belə olan halda, iddia bu hissədə də əsassızdır. Bu baxımdan iddiaçı tərəfindən təqdim edilmiş ##.##.2025-ci il tarixli qərarı özü-özlüyündə mahiyyəti və prosedurlara riayət edilməsi baxımından şübhəlidir və hər bir halda özündən əvvəlki münasibətlərə şamil edilə bilməz, heç bir hüquqi əhəmiyyəti yoxdur və bina idarəetməsinin sakinlərin maraqları üçün deyil, kənar biznes maraqlar üçün təşkil edildiyini bir daha göstərir. Ləğv edilməli və MMMC yaradılmalı olduğu halda, bunu etməməklə inzibati xəta törədərək idarəetmənin şübhəli şəkildə fərdi sahibkar İbrahimov Etibar Cavad oğluna verməklə sakinlərdən yığılan vəsait üzrə hesabatlılığı aparmamaq, bu hesabatlılıqdan irəli gələn öhdəliklərdən yayınmaq sxeminə əsaslanmaqla qaldırılan iddia əsassızdır. Göründüyü kimi MTK ləğv edilməli və ya MMMC-yə çevrilməli olduğu halda bunu etməməklə, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarı olmadan idarəetmə barədə hər hansı bir qərar qəbul etməsi qanunsuzdur. ##.##.2024cü il tarixinə qədər binanın idarə edilməsinə dair MTK-nın hər hansı bir qərarı hazırki iddianın əsasında dura bilməz. “xxxx” MTK-nın cari hüquqi statusu, ləğv edilib-edilməməsi, təşkilatı hüquqi formasını dəyişib-dəyişməməsi barədə xronoloji ardıcıllıqla müvafiq sübutlar əlavə edilməklə məlumatların təqdim edilməsi barədə müvafiq vəsatət verilsə də, bu məsələnin də üzərindən sükutla keçilmiş, bu barədə yeganə məlumat sahibi olan iddiaçı heç bir sübut təqdim etməmişdir. Məhkəmə qətnaməsində MPM-nin 119.1-ci maddəsinə istinad edir. Həmin maddəyə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Daha sonra məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyindən iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş dövlət rüsum və vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göründüyü kimi məhkəmə iddianı qismən təmin etməklə yanaşı, həmçinin prosessual qanunvericiliyin düzgün maddəsinə istinad etməsinə baxmayaraq, öz əsaslandırması və istinadına zidd olaraq dövlət rüsumunu ödənilmiş məbləğə mütənasib azaltmamış, eyni zamanda onlara məlum olmayan səbəblərdə 400 manat vəkil xərcini tam tutmuşdur. Halbuki, dövlət rüsumu ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilən məhkəmə xərci olsa da, vəkilin göstərdiyi yardıma görə xərclər tutularkən məhkəmə bu müddəadan başqa həmçinin konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınan məhkəmə xərcidir. Məhkəmə isə nəinki bu xüsusi normanı nəzərə almamış, məsələyə tətbiq edilməli olan ümumi normanı da istinad etsə də, tətbiq etməmişdir. Göründüyü kimi, 400 manat vəkil xərcinin tam tutulması həmçinin bu dəlilə əsasən qanunsuzdur və məhkəmənin işə birtərəfli, iddiaçının mövqeyi baxımından yanaşmasının sübutudur. Görünür ki, vəkil xərcinin cavabdehdən tələb edilməsinin sakinlərə qarşı təzyiq üsulu kimi seçilməsində məhkəmə iddiaçı ilə həmfikirdir. İddiaçı tələb etdiyi pul vəsaitinin necə formalaşması, hesablanması, hansı dövrü əhatə etməsi barədə şübhədən kənar və ziddiyyətsiz izah verməmiş, tələbini təsdiq edən mötəbər sübut təqdim etməmiş, təqdim edilmiş arayış isə ziddiyyətli olmaqla, ondakı uyğunsuzluqlar aradan qaldırılmamışdır. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Buna baxmayaraq, pul tələbi üzrə borcun yaranmasının hüquqi və faktiki əsası, yaranma dövrü, tərkibi və təfərrüatlı açıqlaması, izahı, o cümlədən borc məbləğinin hesablanmasının hüquqi əsası və təsviri mövcud deyil. İddiaçının əlavə etdiyi özünün tərtib etdiyi arayış isə mahiyyəti etibarı ilə yalnız borcun məbləğini göstərməklə heç bir digər mühüm halı ziddiyyətsiz olaraq təsbit və izah etmir və işin halları üçün yetərsizdir. Məsələn ##.##.2024-cü ilə qədər olan borc iddiaçının təqdim etdiyi maliyyə arayışında elə həmin arayışda təsvir edilmiş hesablama prinsipləri əsas götürülməklə yenidən hesablandıqda rəqəmlər düz gəlmir, aydın deyil, borcun hesablanmasının başlanması tarixi göstərilmir, digər tərəfdən arayışlarda hesablama üçün əsas götürülmüş mənzilin sahələri fərqli və çıxarışa əsaslanmadan təqdim edilir. Məhkəmə, müvafiq vəsatət verilsə də, bu məsələnin üzərindən sükutla keçmiş, bu barədə yeganə məlumat sahibi olan iddiaçı heç bir sübut təqdim etməmişdir. İddia edilən borcun yaranma əsası, yaranma dövrü, tərkibi, hesablanması qaydası barədə iddiaçının təfərrüatlı rəsmi yazılı açıqlaması (izahatı), damofon videomüşahidə sistemi üzrə xidmətə görə haqqın hüquqi əsası, o cümlədən ##.##.2025-ci il tarixdən əvvəlki dövrü üçün ödəniş və haqların miqdarının müəyyən edilməsi barədə binanın idarəetmə orqanı olan çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının xronoloji ardıcıllıqla bütün qərarları təqdim edilmədən qərar qəbul edilməsi əsassız və qanunsuzdur. Hesab edir ki, hazırki iş üzrə ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi təmin edilməmiş, işə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılmamışdır. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, ona müdafiəni təşkil edə bilməyi üçün imkan verməmişdir. Tərəfindən verilmiş xeyli sayda vəsatətlər məhkəmə tərəfindən ümumiyyətlə nəzərə alınmamışdır. Həmçinin, təqdim edilmiş etirazda göstərilən məqamlara aydınlıq gətirilmədən, müvafiq məlumat və sənədlər təqdim edilmədən işə baxıla bilməməsinə baxmayaraq, işin tam və hərtərəfli araşdırılması məqsədi ilə tərəflərindən verilmiş vəsatətlər əsasında məlumatların iddiaçı tərəfindən təqdim edilməsi mühüm əhəmiyyət kəsb etməsinə baxmayaraq, iş üzrə israrla yekun qərar qəbul edilmişdir. Hazırki işdə isə zahirən görünən odur ki, məhkəmə yersiz prosessual fəallıq göstərmiş, nəyin bahasına olursa olsun işə mahiyyəti üzrə baxılmasında təkid etmiş, iddiaçıların iş üzrə mühüm əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə xidmət edən vəsatətləri əsassız təmin edilməmiş, iş üzə yekun qərar vermişdir. Hazırki iş üzrə iddaçının iddia tələbi 1.659 manatdan ibarətdir. Bu iddianın qiymətidir və dövlət rüsumu məhz bu məbləğdən hesablanmalıdır. İş üzrə ödənilmiş dövlət rüsumu və vəkil xərci isə iddianın qiymətinə daxil olmamaqla məhkəmə xərcidir və iddianın qiymətinin hesablanmasında və bundan da irəli gələrək dövlət rüsumunun hesablanmasında nəzərə alınmamalıdır. İddiaçı 41 manat dövlət rüsumu ödəmişdir və məhkəmə də məhz bu məbləği əsas götürərək məhkəmə xərclərini ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid etmişdir ki, bu da yanlışdır. 1659 manat iddianın qiyməti üzrə 36,59 manat dövlət rüsumu ödənilməli idi. İddiaçının dövlət rüsumunu və vəkil xərcini iddia qiymətinə daxil edərək hesabladığı və daha çox ödədiyi rüsum artıq ödənilmiş hissəsində bölüşdürülə bilməzdi. İşə baxılması ilə əlaqədar məsrəflər dövlət rüsumunun hesablanmasında iddianın qiymətinə daxil edilmir. Mülki Prosessual Məcəllənin 112-ci maddəsinə əsasən iddianın qiyməti yalnız iddia tələbinin predmetinə (məsələn, pul məbləği, əmlakın dəyəri və s.) görə müəyyən edilir və bu qiymət dövlət rüsumunun hesablanması üçün əsasdır. İşə baxılması ilə əlaqədar məsrəflər isə ayrıca məhkəmə xərcləri kimi nəzərdə tutulur və iddianın qiymətinə daxil edilmir, onların tərkibi ayrıca 115-ci maddədə göstərilmişdir. Bu səbəbdən məhkəmə məsrəfləri hazırki iş üzrə yenidən hesablanmalıdır. Məhkəmə işlərin məhkəmədə baxılmağa hazırlanması mərhələsini formal olmaqla, bu mərhələnin mahiyyətini heçə endirməklə keçirmiş, hazırlıq mərhələsində qaldırdığı məsələlərə aydınlıq gətirmədən işə baxılmasına yekun vurmuşdur. İşə baxmış məhkəmə iş üzrə onun qarşısında qaldırılmış məsələlərə ümumiyyətlə hüquqi qiymət verməmiş, qərar etirazda ifadə edilmiş dəlil və sübutlar baxımından əsaslandırmamışdır. Qərarın əsaslandırma hissəsi iddiaçılar üçün aydın deyil. İş üzrə vəsatətlərin hansı səbəbdən təmin edilməməsi, etirazda irəli sürülmüş konkret hallar üzrə, məhkəmənin mövqeyinin konkret olaraq nədən olması bəlli deyil. Əsaslandırma konkret hallar üzrə ya ümumiyyətlə mövcud deyil, ya da biri-biri ilə əlaqəsiz söz məcmusundan ibarətdir. Məhkəmənin qərar qəbul etmə motivi bəlli deyil və ya ifrat formal səciyyə daşıyır. İddiaçı vəkilə ödədiyini iddia etdiyi 400 manat vəsaiti tələb edir. İlk növbədə qeyd edilməlidir ki, MMMC ixtisaslaşmış funksionallığa malik hüquqi şəxsdir. Onun məqsədi çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etməkdir. Təşkilatlanmış qurum olmaqla iddiaçı binanın istismarı ilə bağlı bütün işləri aparmaq üçün müvafiq resursa malik olmalı və bunu səmərəli təşkil etməlidir. Bu baxımdan hazırki iş üzrə vəkil ilə təmsil olunmağa heç bir zərurət yoxdur. Hazırki iş üzrə hüquqi şəxs olan iddiaçı vəkil ilə müqavilə bağlamaq məcburiyyətində olmamışdır. İşin mahiyyəti və məzmunu isə iddiaçının fəaliyyət predmeti və mahiyyəti ilə sıx bağlı olan rutin məsələdir. Hazırki iddianın vəkil iştirakı olmadan iddiaçının əmək müqaviləsi üzrə işçisi olan nümayəndəsi tərəfindən verilməsi faktının özü, bu tip iddiaların bütün sakinlərə münasibətdə iddianın mətn, əsaslandırma və sənədlər baxımından sadə və birtipli olması əlavə xərc çəkilməklə vəkilin cəlb edilməsinin zəruri olmamasını göstərir. Vəkilə göstərdiyi yardıma görə xərclərin ödənilməsi konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə həyata keçirilməlidir. Artıq iddiaçının işçisi tərəfindən yazılmış və verilmiş iddia ərizəsi və davranış sxemi olduğu halda, öz fəaliyyət istiqaməti üzrə rutin işlərin iddiaçının özü tərəfindən deyil, vəkil cəlb edilməklə icrası zəruri olmamış, bu zaman ödənilmiş xərclər zəruri deyildi, işin iddiaçı üçün mürəkkəbliyi, məzmunu və mahiyyəti vəkilin cəlbini tələb etmirdi, vəkil xərcinin cavabdehdən tələb edilməsi ona qarşı təzyiq üsulu kimi seçilmişdir. Məhkəmə tələb edilən borcun yaranma əsası, yaranma dövrü, tərkibi, hesablanması qaydasını düzgün araşdırmadan, bu barədə iddiaçının təqdim etdiyi arayışda olan ziddiyyətləri aradan qaldırmadan qərar qəbul etmişdir. Binanın idarəetmə orqanı olan çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının idarəetmə üsulunu seçmək barədə heç bir qərarı olmadan, İbrahimov Etibar Cavad oğlunun tələbin güzəşti üzrə tələblərə və hüquqlara aid MMMC-ya verdiyi bütün sənədlər və həmin tələblərdən və hüquqlardan istifadə üçün zəruri olan bütün məlumatlar, o cümlədən xidmətlərin həqiqətən göstərilməsinin və bu xidmətlərin göstərilməsi üçün xərclərin həqiqətən çəkilməsinin sübutları, borcun tələb edildiyi dövr üçün vergi hesabatları (bəyannamələri), borcun tələb edildiyi dövrü əhatə etməklə hər müvafiq il üçün xərclər və gəlirlər smetası və maliyyə fəaliyyəti haqqında hesabat, onların təsdiq olunması haqqında qərarlar, İbrahimov Etibar Cavad oğlunun “xxxx” MTK qarşısında hesabatlılığına dair sənədlər tələb edilmədən işə baxılmışdır. Həmçinin “xxxx” MTK-nın cari hüquqi statusu, ləğv edilib-edilməməsi, təşkilatı hüquqi formasını dəyişibdəyişməməsi araşdırılmamışdır. MMMC-nin yarandığı tarixindən sonrakı dövr üçün tələbin irəli sürülməsi üçün MMMC-nin iştirakçılarının ümumi yığıncağının mütləq ödənişlərinin və haqlarının miqdarının müəyyən edilməsi barədə qərarı əsasında onunla bağlanmalı olan müqavilənin mövcud olub-olmaması da araşdırmadan kənarda qalmışdır. Həmçinin ümumi yığıncağının qərarının ümumi yığıncaq tərəfindən müəyyən edilmiş qaydada rəsmiləşdirilmiş protokolu, ümumi yığıncağın qərarının iclas (gündəliyə daxil edilən məsələlərin müzakirəsi və səsə qoyulmuş məsələlər üzrə qərar qəbul edilməsi üçün birgə əyani iştirak) və ya belə iclas keçirilmədən qiyabi səsvermə (səsverməyə qoyulmuş məsələlər üzrə iştirakçıların qərarlarının yazılı formada ümumi yığıncağının keçirilməsi barədə məlumatda göstərilən yer və ya ünvana göndərilməsi) üsulu ilə qəbul edilməsi haqqında məsələ ümumiyyətlə araşdırılmamış, qərar iclas keçirilmədən qiyabi səsvermə üsulu ilə qəbul edilmişdirsə, səsverməyə qoyulmuş məsələlər üzrə ümumi yığıncağı keçirilməsi barədə məlumatda göstərilən yer və ya ünvana göndərdikləri yazılı formada tərtib edilmiş hər bir qərarı mövcud deyil. Məhkəmə göstərilən halları araşdırılmamış, bu halları təsdiq və ya inkar edən sübutlar olmadan qəbul edilmiş qətnamədə heç bir əsaslandırma verilməmişdir. İddiaçının damofon-videomüşahidə sistemi üzrə xidmət haqqı tələbinin hüquqi əsasları ümumiyyətlə araşdırılmamışdır. Məhkəmə mötəbər sübutlarla borcun məbləğini və onun tərkibini, hesablanma qaydasını, xidmətlərə, o cümlədən damofon-videomüşahidə sistemi üzrə xidmətə görə haqqın hüquqi əsaslarını müəyyən etməmişdir. Əlavə olaraq məhkəmənin qənaəti Mənzil Məcəlləsinin 140.3-cü maddəsinə uyğun olmaqla, “Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il ## #### tarixli ** nömrəli Qərarının * nömrəli əlavəsi – Mənzil (ev) xidmətləri tariflərinin 2-ci sətrinə əsasən özəlləşdirilmiş mənzillərin mülkiyyətçilərinə mənzillərin yerləşdiyi evlərin (binaların) saxlanılması üçün xidmət haqqı 1 kv.m. yaşayış sahəsi üçün 1 ayda 75 manat (ƏDV nəzərə alınmaqla), * nömrəli əlavəsi – Əhali üçün kommunal xidmətləri tariflərinin 3-cü sətrinə əsasən yaşayış binalarında liftdən istifadəyə görə xidmət adambaşına 1 ayda 1000 manat (ƏDV nəzərə alınmaqla) müəyyən edilməsinə də uyğun gəlmir.
b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri
16. İddiaçının nümayəndəsi apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, apellyasiya şikayəti əsassızdır. Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin analoji iş üzrə çıxarılmış qətnaməsini məhkəməyə təqdim etməklə məhkəmədə elə bir fikir formalaşdırmaq istəyir ki, guya bu iş üzrə də işə baxan hakim eyni mövqe sərgiləməlidir. Halbuki, həmin iş üzrə iddiaçı tərəf köhnə borcu (cəmiyyət yarananadək) birinci instansiya məhkəməsində heç vaxt etiraf etməmişdir. Hazırki iş üzrə isə cavabdeh cəmiyyət yarananadək olan, yəni ##.##.2024-cü il tarixədək yaranmış borcunu etiraf etmiş, ancaq onun ödənilməsini qanunsuz hesab etmişdir. Bu fikrini isə belə əsaslandırmışdır ki, cəmiyyət qanunsuz yaradılıb və yaradıldığı zaman bundan xəbərsiz olub, köhnə borcun təzə yaradılmış cəmiyyətə aidiyyəti yoxdur və s. kimi əsassız fikirlərlə çıxış etmişdir. Göstərilənləri nəzərə alaraq cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin rədd olunmasını və yekun məhkəmə aktının çıxarılmasını xahiş etmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə iclasında cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, iddiaçı 2023-cü ildə yaranmasına baxmayaraq, əvvəlki illərə dair ödənişləri də tələb edir. İddiaçının yarandığı tarixdən borcun tutulmasına razı ola bilərdi və borcunu da qəbul edə bilərdi. Lakin onunla müqavilə bağlanmayıb, iddiaçının yaranması üçün yığıncaq keçirilməyib, nə vaxtdan yarandığı bildirilməyib. O, iddiaçının fəaliyyət göstərdiyi binada yaşayır. Kommunal xidmətlərdən istifadə edir, lakin xidmətlərdən narazıdır, bununla bağlı özlərinə məlumat vermişdir. Sonuncu dəfə kommunal xərcləri 2022-ci ilin fevral ayında ödəmişdir. Müqavilə bağlandıqdan sonra ödəniş etməyə razıdır. Ödənişlər təyinatı üzrə xərclənmədiyi üçün ödəniş etmirlər.
18. İddiaçının nümayəndəsi məhkəməyə ünvanladığı müraciətində üzrlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini və işə nümayəndələrinin iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 6.0-cı maddəsinə əsasən mənzil qanunvericiliyi həmçinin, kommunal xidmətlərin göstərilməsi və yaşayış sahəsinə və kommunal xidmətlərə görə xidmət haqlarının müəyyən edilməsi və ödənilməsi ilə bağlı münasibətləri tənzimləyir; 29.3-cü maddəsinə əsasən qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır, kommunal mənzildə otaq mülkiyyətçisi isə əlavə olaraq həmin mənzilin otaq mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır; 38.1-ci maddəsinə əsasən çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir; 43.1-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır; 45.5-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə bu Məcəllə ilə müəyyən edilmiş qaydada qəbul etdiyi qərarların icrası həmin binada bütün sahə mülkiyyətçiləri, o cümlədən, səsvermədə iştirak etməyən mülkiyyətçilər üçün məcburidir; 119.1-ci maddəsinə əsasən çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir; 120.1-ci maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin yaradılması haqqında qərar çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən onların ümumi yığıncağında qəbul edilir. Bu qərar onun lehinə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi səslərinin sayının əlli faizindən çoxuna malik olan sahə mülkiyyətçiləri səs verdikdə qəbul edilmiş hesab edilir; 121.1-ci maddəsinə əsasən bu Məcəllənin 120.2-ci maddəsində göstərilən binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirak hüququ vardır; 122.3-cü maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır; 122.4-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən mütləq ödəniş və haqların və digər ümumi xərclərin ödənilməsi üzrə öhdəliklərinin yerinə yetirilməməsi nəticəsində vurulmuş zərərin əvəzinin tam ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır; 125.2.4-cü maddəsinə əsasən cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərindəndir; 128.0.3-cü maddəsinə əsasən müvafiq il üçün cəmiyyətin xərclər və gəlirlər smetasını və maliyyə fəaliyyəti haqqında hesabat tərtib etmək, onları təsdiq olunmaq üçün cəmiyyət iştirakçılarının ümumi yığıncağına təqdim etmək mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyətinin vəzifələrindəndir; 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar; 135.2-ci maddəsinə əsasən yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan, yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan yaranmış hesab edilir; 137.1-ci maddəsinə əsasən çoxmənzilli binanın idarəetmə müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək ödənilir; 137.4-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər; 137.6-cı maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənziltikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı halda, idarəedici təşkilat tərəfindən idarə olunan çoxmənzilli binanın sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları həmin idarəedici təşkilata ödəyirlər; 137.7-ci maddəsinə əsasən bilavasitə mülkiyyətçilər tərəfindən idarə olunan çoxmənzilli binanın yaşayış sahələrinin mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq ödəyirlər; 137.8-ci maddəsinə əsasən yaşayış evlərinin mülkiyyətçiləri həmin evlərin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini çəkir, müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq kommunal xidmətlərə görə haqq ödəyirlər; 137.9-cu maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər; 137.10-cu maddəsinə əsasən mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir; 138.5-ci maddəsinə əsasən çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına və təmirinə görə çəkilən xərclərlə bağlı mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənziltikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvlərinin (iştirakçılarının) mütləq (məcburi) ödənişləri və (və ya) haqlarının miqdarı bu Məcəlləyə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsinə və ya mənzil-tikinti kooperativinin nizamnaməsinə və ya digər ixtisaslaşmış istehlak kooperativinin nizamnaməsinə müvafiq olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanları və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanları və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanları tərəfindən müəyyənləşdirilir; 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir; 139.2-ci maddəsinə əsasən yaşayış sahəsinə mülkiyyət formasının, yaşayış sahəsindən istifadə əsaslarının dəyişməsi, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılması və ləğv edilməsi kommunal xidmətlərə görə haqqın miqdarının dəyişdirilməsinə əsas deyildir; 140.1-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur; 141.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən, idarəedici təşkilat tərəfindən idarə edilməsi üsullarından birini seçməyə borcludur; 141.3-cü maddəsinə əsasən çoxmənzilli binanın idarə edilməsi üsulu binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında seçilir və istənilən vaxt onun qərarı əsasında seçilə və ya dəyişdirilə bilər. İdarəetmə üsulunun seçilməsi barədə ümumi yığıncağın qərarı binanın bütün sahə mülkiyyətçiləri üçün məcburidir.
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 194.1-ci maddəsinə əsasən tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür; 194.2-ci maddəsinə əsasən tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
23. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
24. Apellyasiya şikayətində qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilməsi və iddianın tam rədd edilməsi xahiş olunduğundan, qətnamə yalnız iddianın təmin edilən hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası cavabdehi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə dəyişdirilməlidir.
26. Belə ki, birinci instansiya məhkəməsi mübahisəyə tətbiq edilməli olan maddi hüquq normalarını düzgün seçsə də, işin faktiki hallarını tam dəyərləndirməmiş və iddiaçının xeyrinə tutulmalı olan məbləği düzgün müəyyənləşdirməmişdir.
27. Hazırki işə qiymət verilməsi üçün apellyasiya şikayətində qeyd olunan tələbləri aşağıdakı qaydada qruplaşdırmaq olar: Ümumi yığıncağın təşkili qaydalarının pozulması; tərəflər arasındakı münasibətlərin hüquqi statusunun müəyyən edilməsi; göstərilən kommunal xidmətlərə görə hesablanmış məbləğin dövrü, həcmi və nəticə etibarı ilə düzgünlüyü.
28. Məhkəmə kollegiyası ümumi yığıncağın təşkili qaydalarının pozulması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hazırki mübahisənin predmetini xidmət haqqının ödənilməsi təşkil edir və ümumi yığıncağın təşkili qaydası hazırki iş üzrə araşdırma predmeti deyil. Cavabdeh (həmçinin, digər sahə mülkiyyətçiləri) bu məsələ ilə bağlı apellyasiya şikayətində göstərilmiş dəlillərə əsaslanaraq, iddiaçıya qarşı ayrıca iddia qaldırmaq hüququna malikdir.
29. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Məhərrəmovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2020-ci il tarixli Qərarına istinadən tərəflər arasında yaranmış münasibətlərin mahiyyəti ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq şəkildə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü tələb etmir. Belə ki, Mənzil Məcəlləsinin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Bununla belə çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin üzvü olmaması onu ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi vəzifəsindən azad etmir.
30. Bu qərarda əks olunmuş hüquqi mövqeyə əsasən məhkəmə kollegiyası qeyd edir ki, nəinki müqavilənin olmadığı, hətta sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması belə onu ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi vəzifəsindən azad etmir. Belə ki, mənzil qanunvericiliyinə əsasən bu xərclər ümumi yğınıcağın qərarı ilə müəyyən edilir və sahə mülkiyyətçisi tərəfindən ödənilməlidir.
31. Qanunvericinin burada mövqeyi (ratio legis, tətbiqdə məqsəd) onunla əlaqədardır ki, zəruri rəsmiləşdirmələrin olmadığı halda belə kommunal xərclərin ictimai ehtiyacdan törəməsi birmənalıdır. Burada nəzərdə tutulan ictimai ehtiyac, binanın və onun tərkib hissəsi hesab edilən əşyaların salamatlığının qorunması, təhlükəsizliyi və uzunmüddətli istismarının təşkili hər bir mülkiyyətçinin ortaq mənafeyini ehtiva edir. Bu səbəbdən məhkəmə kollegiyası bu hissədə də apellyasiya şikayəti üzrə dəlilləri əsassız hesab edərək, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.
32. Məhkəmə kollegiyası hesablanmış kommunal haqqın məbləği ilə bağlı qeyd edir ki, tələb olunan məbləğin əsaslılığı ilə bağlı iddiaçı tərəfindən təqdim edilmiş ##.##.2025-ci il tarixli arayışda cavabdehin mülkiyyətində olan mənzilin sahəsinin 119,40 kv.m ölçüdə olduğu və mülkiyyət hüququnda payına mütənasib olaraq hər kvadrat metr üçün 0,30 manat hesablanmaqla ödənilməli olan aylıq kommunal xidmət haqqının 35,82 manat təşkil etdiyi, ümumilikdə isə 1.659 manat məbləğində kommunal xidmət haqqı borcunun yarandığı göstərilmişdir. Həmin məbləğin açıqlanmasına əsasən onun 899,58 manat hissəsi Tələbin güzəştinə dair müqaviləyə * saylı əlavənin 54-cü bəndinə əsasən, 716,40 manat hissəsi İddiaçı MMMC-nin fəaliyyətini əhatə etdiyi ##.##.2024-cü il tarixdən ##.##.2025-ci il tarixədək dövr ərzində yaranmış, 40 manat hissəsi isə (hər ay 2 manatdan hesablanmaqla 20 ay ərzində) damafon-videomüşahidə sistemi üzrə xidmət haqqı borcudur.
33. Nəzərə alınmalıdır ki, mənzilin yerləşdiyi çoxmənzilli binanın ümumi əmlakının saxlanılması, təmiri, kommunal xidmətlərin göstərilməsi ilə bağlı mütləq ödənişlərin yığılması, çoxmənzilli binanın ümumi əmlakının lazimi sanitariya, texniki vəziyyətinin təmin edilməsi və cəmiyyətinin nizamnaməsində qeyd edilən digər xidmətlərinin göstərilməsi iddiaçı cəmiyyət tərəfindən həyata keçirilir. Cəmiyyyətin təsis yığıncağının ##.##.2025-ci il tarixli qərarına əsasən cavabdehin də mənzilinin yerləşdiyi binada olan mənzillərin və qeyri-yaşayış sahələrinin idarə edilməsi ilə bağlı çoxmənzilli binanın ümumi əmlakının saxlanması, təmiri və kommunal xidmətlərin göstərilməsi üzrə mənzillərin hər kv.m üçün müəyyən edilmiş 0,30 manat məbləğinin dəyişdirilməməsi müəyyən edilmişdir.
34. Məhkəmə kollegiyası da tərəflər arasında hər hansı digər məbləğ və xərclə bağlı razılaşmanın olmasına dair hər hansı sübutun cavabdeh tərəfindən təqdim edilməməsini nəzərə alıb, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi haqlı olaraq tarifi 0,30 manatla hesablamışdır. Bu məbləğ əsas götürülməklə hesablamanın aparılması, habelə cavabdehin mülkiyyətində olan mənzilinin 119,40 kv.m ölçüdə olması aylıq xidmət haqqının 35,82 manat təşkil etdiyini təsdiq edir. Bu səbəbdən məhkəmə kollegiyası İddiaçı MMMC-nin fəaliyyəti dövrünə təsadüf edən ##.##.2024-cü il tarixdən ##.##.2025-ci il tarixədək dövr üçün 716,40 manat kommunal xidmət haqqının hesablanması ilə razılaşır, eyni zamanda, domofon video müşahidə sistemi üzrə aylıq xidmət haqqının 2 manat olmasını nəzərə alaraq, 20 ay üzrə ümumilikdə 40 manat borcun yaranmasını qəbul edir və bu məbləğin də cavabdehdən tutulması əsaslı hesab edir.
35. Lakin tələbin güzəştinə dair ##.##.2024-cü il tarixli müqaviləyə * saylı əlavəyə əsasən 899,58 manat məbləğində pulun tutulması tələbini məhkəmə kollegiyası əsaslı hesab etmir. Belə ki, həmin müqaviləyə əsasən mülkiyyətçi İbrahimov Etibar Cavad oğlu Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi pr 92A və 204A ünvanında yerləşən çoxmənzilli binada yerləşən mənzillərin və qeyri-yaşayış sahələrinin idarə edilməsi ilə bağlı məhz ##.##.2024-cü il tarixədək yaranmış bütün tələb və hüquqlarını və səlahiyyətlərini əvəzsiz olaraq iddiaçıya güzəşt etmişdir.
36. Belə olan halda, nəzərə alınmalıdır ki, Mülki Məcəllənin tələbin güzəşti ilə bağlı münasibətləri tənzimləyən normalarının məzmununa görə əvvəlki sahib tələblərə və hüquqlara aid öz sərəncamında olan bütün sənədləri və həmin tələblərdən və hüquqlardan istifadə üçün zəruri olan bütün məlumatı yeni sahibə verməlidir (maddə 193.2), tələbi başqa şəxsə güzəşt etmiş kreditor ona tələb hüququnu təsdiqləyən sənədləri təqdim etməyə və tələbin həyata keçirilməsi üçün əhəmiyyət daşıyan məlumatları bildirməyə borcludur (maddə 198.2).
37. Lakin hazırki vəziyyətdə tələbin hansı əsaslarla yaranması təsdiqini tapmır, yəni, tələb hüququnu təsdiqləyən borcun hansı əsaslarla yaranmasını əks etdirməli olan sənədlər mövcud deyildir. Bu səbəbdən yalnız tələbin güzəşti barədə müqavilə bu hissədə iddianın təmin edilməsi üçün əsas ola bilməz. Bu baxımdan iddianın bu hissəsi üzrə birinci instansiya məhkəməsi öz mövqeyində haqlı olmamış və əsassız olaraq həmin məbləği cavabdehdən iddiaçının xeyrinə tutmuşdur.
38. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, tələb yalnız ##.##.2024-cü il tarixdən ##.##.2025-ci il tarixədək hesablanmış kommunal xidmət haqqı borcunun (716,40 manat), habelə domofon video müşahidə sistemi üzrə yaranmış borcun (40 manat) tutulması hissəsində əsaslıdır. Bu səbəbdən qətnamə cavabdehdən iddiaçının xeyrinə tutulan borcun məbləği hissəsində dəyişdirilməklə, 756,40 manat məbləğində müəyyən edilməlidir.
39. Məhkəmə kollegiyası tutulan məbləğin aid olduğu dövrü nəzərə alıb, belə qənaətə gəlir ki, hazırkı vəziyyətdə cavabdeh tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizənin tətbiqinə hər hansı əsas yaranmır.
40. Məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 32 manat məbləğində dövlət rüsumunun iddianın təmin edilən hissəsinə mütənasib olaraq 30 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
41. Eyni zamanda, məhkəmə kollegiya vəkilin göstərdiyi yardıma görə xərci təsdiq edən sübutun mövcudluğunu, o cümlədən bu münasibətləri tənzimləyən aidiyyəti normaların tələblərini nəzərə alaraq hesab edir ki, göstərilmiş hüquqi xidmətə görə 400 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi əsaslıdır, bu məbləğin tutulmaması, habelə azaldılması üçün hər hansı əsas yoxdur.
42. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb, belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə cavabdehdən iddiaçının xeyrinə tutulan borcun məbləği hissəsində dəyişdirilməli, cavabdehən iddiaçının xeyrinə 756,40 manat məbləğində kommunal xidmət haqqı borcu, habelə ödənilmiş dövlət rüsumunun 30 manat hissəsinin əvəzi tutulmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
43. Eyni zamanda, məhkəmə kollegiyası vurğulayır ki, hazırkı iş üzrə iddianın qiyməti məbləğ etibarı ilə 5.000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.
44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384-cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ: Cavabdeh Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi cavabdehdən iddiaçının xeyrinə tutulan borcun məbləği hissəsində dəyişdirilsin. Cavabdeh Cavabdeh 756,40 (yeddi yüz əlli altı manat, qırx qəpik) manat məbləğində kommunal xidmət haqqı borcu, habelə ödənilmiş dövlət rüsumunun 30 (otuz) manat hissəsinin əvəzi tutularaq iddiaçı "xxxx" MMMC-yə ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdeh Cavabdeh aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.