Məhkəmə qərarları › İş №2(3-6)-60/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-60/2026

27.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-60/2026 27.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı İddiaçı ASC-nin cavabdeh Cavabdeh qarşı "sığorta müqaviləsi üzrə pul" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e- *(***)-***/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları ##.##.2021-ci il tarixdə saat 01:25-də Xırdalan şəhəri, Nizami küçəsində toqquşma nəticəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsinin baş verməsində təqsiri olan şəxs “VAZ 2106” minik markalı **-UP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh olmuşdur. Yol-nəqliyyat hadisəsi nəticəsində X1 mülkiyyətində olan və hadisə zamanı etibarnamə əsasında X5 tərəfindən idarə edilən “Mercedes Benz E280” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər dəymişdir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin **-******/**/AA-****/** saylı, ## ##### 2021-ci il tarixli sığorta aktından görünür ki, ## ###### 2021-ci il tarixdə sığorta hadisəsi nəticəsində dəymiş zərər 5.000 manat müəyyən edilmiş, İddiaçı ASC tərəfindən X5 5.000 (beş min) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Abşeron DYP-nin ##.##.2021-ci il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6-cı və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Hazırda iddiaçı tərəfindən ödənilmiş vəsaitin cavabdeh Cavabdeh tərəfindən geri qaytarılmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı İddiaçı ASC cavabdeh Cavabdeh qarşı "sığorta müqaviləsi üzrə pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5.000 (beş min) manat sığorta ödənişi məbləğinin və 70.00 (yetmiş manat) manat dövlət rüsumunun, cəmi 5.070 (beş min yetmiş) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx” ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə X8 arasında ##.##.2021-ci il tarixində PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “VAZ 2106” markalı, **-UP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh Cavabdeh ##.##.2021-ci il tarixdə “VAZ 2106” markalı, **-UP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Abşeron rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmiş, “Mercedes Benz E280” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün İddiaçı ASC tərəfindən 5.000 (beş min) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı Abşeron RPİ DYPŞ-dən ünvanlarına inzibati xəta haqqında qərar daxil olmuş, həmin qərara əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələri ilə təqsirli bilinmiş və Cavabdeh hadisə yerindən yayındığı qeyd olunmuşdur. Abşeron RPİ DYPŞ-nin İddiaçı ASC-yə təqdim etdiyi arayışa əsasən cavabdeh Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Qeyd olunanlara əsasən, iddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 5.000 (beş min) manat sığorta ödənişinin məbləğini cavabdehdən tələb etmək hüququna malikdir. Cəmiyyət tərəfindən cavabdeh Cavabdeh ünvanına ##.##.2023-cü il tarixli, AS-**/*** saylı geriyə tələb (subroqasiya) məktubu göndərilsə də, müvafiq sığorta ödənişi məbləği bugünədək cəmiyyətə ödənilməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-2(004) ***/**** saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, cavabdeh Cavabdeh 5.000 (beş min) manat məbləğində ödənilmiş sığorta ödənişi və 70 (yetmiş) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehdən siğorta ödənişinin tutulmasını tələb etməkdə haqlıdır. Belə ki, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Cavabdeh iddia tələbinə etiraz etsə də, etirazını əsaslandıran sübutları məhkəməyə təqdim etməmişdir. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından göründüyü kimi, İddiaçı ASC ilə X6 arasında ##.##.2021-ci il tarixdə icbari sığorta müqaviləsi bağlanmış və **- UP-*** dövlət qeydiyyat nişanlı “VAZ 2106” markalı nəqliyyat vasitəsi sığortalanmışdır. Bu hal cavabdeh tərəfindən mübahisələndirilmir, çünki nəqliyyat vasitəsinin həmin tarixdə icbari qaydada sığortalanması mövcuddur və razılıq əsasında idarə olunması qəbul edilir. ##.##.2021ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı, toqquşma faktı və hadisənin baş verdiyi yer cavabdeh tərəfindən qəbul edilir. Lakin cavabdeh hesab edir ki, birinci instansiya məhkəməsi hadisənin bütün texniki və faktiki hallarını lazımi dərəcədə araşdırmamış, toqquşmanın səbəblərini dəqiqləşdirməmiş və hadisənin baş verməsinə təsir edən digər mümkün amilləri nəzərə almamışdır. Hadisə ilə bağlı foto və digər görüntü materialları iş materiallarında yoxdur və məhkəmə bu çatışmazlığı aradan qaldırmaq üçün tədbir görməmişdir. İş üzrə ən vacib məqam ziyanın məbləğidir. Ziyanın məbləğinin müəyyən edilməsi üçün məhkəmə tərəfindən ekspertiza təyin edilmiş, lakin ekspertiza faktiki olaraq aparılmamışdır. Təyin edilmiş ekspertiza təşkilatı tərəflərlə əlaqə yarada bilmədiyini bildirmiş, fotoşəkil və digər məlumatların olmaması səbəbindən qiymətləndirmə işini mümkün saymamışdır. Bu halda məhkəmənin ziyanın məbləğini əvvəlki hesablama və sığorta aktına əsasən müəyyən etməsi prosessual baxımdan yolverilməzdir. Qeyd olunan sənədlər ekspert rəyi deyil və ziyanın obyektiv məbləğini müəyyən etmək üçün kifayət etmir. Cavabdeh ziyanın 5.000 manat məbləğində olmasına qəti etiraz edir və ziyanın məbləğinin ekspertiza yolu ilə müəyyən edilməsi vacibliyini bildirmişdir. Məhkəmə iş materiallarında olan inzibati xəta haqqında qərara istinad etmiş, lakin cavabdeh hesab edir ki, inzibati xəta üzrə qərar avtomatik olaraq mülki məsuliyyətin həcmini müəyyən etmir. İnzibati qərarın mövcudluğu hadisənin səbəb və nəticələrinin tam araşdırılmaması şəraitində mülki məsuliyyətin müəyyən edilməsinə əsas yarada bilməz. Həmin qərarın mülki iş üzrə sübut kimi qiymətləndirilməsi üçün əlavə araşdırmalar aparılmalı idi. Subroqasiya tələbi ilə bağlı iddiaçının cavabdehə məktub göndərdiyi göstərilsə də, cavabdeh həmin məktubu faktiki olaraq almamışdır və məktubun ona çatdırılması barədə sübut iş materiallarında yoxdur. Bununla yanaşı, subroqasiya hüququnun həyata keçirilməsi üçün iddiaçı ödədiyi məbləğin real və əsaslı olduğunu sübut etməlidir, lakin bu sübutlar məhkəməyə təqdim edilməmişdir. Cavabdeh birinci instansiya məhkəməsində iddianın əsassız olduğunu bildirmiş, lakin məhkəmə cavabdehin etirazlarını nəzərə almamış, xüsusilə də ziyanın məbləğinin ekspertiza keçirilərək müəyyən edilməsinin vacibliyini qiymətləndirməmişdir. Hadisənin başvermə mexanizmi, qarşı tərəfin hərəkətləri, yol şəraiti, texniki amillər və digər əhəmiyyətli hallar da məhkəmə tərəfindən araşdırılmamışdır. Beləliklə, cavabdehin mövqeyinə görə, birinci instansiya məhkəməsi iş üzrə bütün faktiki halları tam və obyektiv qaydada araşdırmamış, ziyanın məbləği dəqiq müəyyən edilməmiş, ekspertiza aparılmadan qətnamə qəbul edilmişdir. Eyni zamanda məhkəmə qətnaməsində sığortaçının subroqasiya hüququna istinad etmişdir. Lakin Mülki Məcəllənin 936.1 və 936.2-ci maddələrinə uyğun olaraq subroqasiya hüququ yalnız o halda sığortaçıya keçir ki, sığortaçı tərəfindən zərərin faktiki olaraq əsaslı və sübut olunmuş məbləği ödənilsin. Subroqasiya hüququnun meydana gəlməsi üçün zərərin real məbləği müəyyən edilməli, zərərvuran şəxsə qarşı tələb yalnız ödənilmiş zərərin həcmi çərçivəsində həyata keçirilməli, zərərin məbləğinin ekspertiza ilə təsdiqi təmin olunmalıdır. Bu işdə isə sığortaçı tərəfindən 5.000 manat ödəniş edilməsi iddia olunsa da, həmin məbləğin real zərərə uyğun olub-olmadığı heç bir ekspert rəyilə təsdiq edilməmiş, məhkəmə təyin etdiyi ekspertizanın aparılmaması faktını düzgün qiymətləndirməmiş və yenidən ekspertiza təyin etməmişdir. Bu isə subroqasiya mexanizminin əsas elementindən-zərərin dəqiq müəyyən edilməsindən-məhrum olunmuş vəziyyətdə qərar qəbul edilməsi deməkdir. Beləliklə, Mülki Məcəllənin 936-cı maddəsi məhkəmə tərəfindən natamam araşdırmaya əsasən tətbiq edilmiş, maddənin məqsəd və mahiyyəti pozulmuşdur. Digər tərəfdən iş materiallarında zərərin 5.000 manat olmasını təsdiq edən nə fotoşəkillər, nə müstəqil ekspert rəyi, nə də zərərin həcminə dair sübutlar mövcuddur. Məhkəmə özü də ekspertizanın keçirilməsinin mümkün olmadığını təsdiq edən məktubu almış, lakin buna baxmayaraq ziyanın obyektiv müəyyən edilməsinə yönəlmiş hər hansı əlavə tədbir görməmişdir. Ziyanın müəyyən edilməməsi maddi hüququn ən mühüm tələblərindən birinin pozulmasıdır. Bu halda ziyanın dəqiq məbləği məlum olmadığı üçün iddia təmin edilə bilməzdi. Buna baxmayaraq, məhkəmə ziyanı sübut edən sənəd olmadığı halda, ekspertiza aparılmadığı halda, foto və digər materiallar təqdim edilmədiyi halda, iddianı təmin etmişdir. Apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin *(*-*)-**/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə mütəxəssis (ekspert) rəyinin alınması, mütəxəssis rəyinin verilməsi “xxxx” MMC nin mütəxəsisslərinə həvalə olunması qərara alınmış, iş üzrə icraat dayandırılmışdır. “xxxx” MMC-nin ##.##.2026-cı il tarixli, PQ-M-**/**** nömrəli məktubu ilə mütəxəssis rəyi daxil olmuş və iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə Kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş iddiaçı öz nümayəndəsinin Məhkəmə Kollegiyasının iclasında iştirakını təmin etmədiyindən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, qətnamə tam yoxlanılmalıdır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq: Mülki Məcəllə: 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. “İcbari Sığortalar haqqında” Qanun: 20.4. Mülki məsuliyyətin sığortasında sığorta olunanın bir sığorta hadisəsi nəticəsində iki və ya daha artıq üçüncü şəxsin əmlakına vurduğu zərərə görə məsuliyyətinin məbləği müvafiq sığorta məbləğini aşarsa, sığorta ödənişi üçüncü şəxslərə həmin sığorta məbləğinin hər bir üçüncü şəxsə dəymiş zərərə mütənasib olan həcmdə verilir. 25.2. Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. 63.1. Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh Cavabdeh tutulmalı olan məbləğ hissəsində dəyişdirilməlidir. Məhkəmə Kollegiyası ilk olaraq qeyd edir ki, subroqasiya tələbi sığorta ödənişi vermiş sığortaçının vurulmuş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı irəli sürülən tələbidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, ##.##.2021-ci il tarixdə saat 01:25-də Xırdalan şəhəri, Nizami küçəsində toqquşma nəticəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsinin baş verməsində təqsiri olan şəxs “VAZ 2106” minik markalı **-UP- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh olmuşdur. Yol-nəqliyyat hadisəsi nəticəsində X1 mülkiyyətində olan və hadisə zamanı etibarnamə əsasında X5 tərəfindən idarə edilən “Mercedes Benz E280” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər dəymişdir. İş matariallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 21-019021/04/AA ****/** saylı, ## ##### 2021-ci il tarixli sığorta aktından görünür ki, ## ###### 2021-ci il tarixdə sığorta hadisəsi nəticəsində dəymiş zərər 5.000 manat müəyyən edilmiş, İddiaçı ASC tərəfindən X5 5.000 (beş min) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Abşeron DYP-nin ##.##.2021-ci il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6cı və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Göründüyü kimi işin halları baxımından isə vurulmuş zərərə görə məsuliyyət daşıyan şəxs qanuna müvafiq qaydada təqsiri müəyyən olunmuş cavabdeh Cavabdehdur. Cavabdehin apellyasiya şikayətin birinci instansiya məhkəməsi hadisənin bütün texniki və faktiki hallarını lazımi dərəcədə araşdırmaması, toqquşmanın səbəblərini dəqiqləşdirməməsi və hadisənin baş verməsinə təsir edən digər mümkün amilləri nəzərə almamaması dəlilləri ilə bağlı kolegiya qeyd edir ki, işin faktiki halları ilə cavabdehin qeyd edilən yol-nəqliyyat hadisəsi zamanı təqsirinin olması Abşeron DYP-nin ##.##.2021-ci il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə müəyyən edilmişdir ki, cavabeh həmin qərarın ləğv edilməsi və ya həmin hadisə ilə bağlı başlanılmış icraata məhz cavabdehin təqsirsiz olması əsası ilə xitam verilməsi ilə bağlı hər hansı mötəbər sübut təqdim edə bilməmiş, həmçinin qeyd edilən hallar iş materialları ilə müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin mahiyyəti üzrə əsaslı olması barədə düzgün nəticəyə gəlmişdir. Bundan başqa cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, hadisə ilə bağlı foto və digər görüntülər iş materiallarında yoxdur və məhkəmə bu çatışmazlığı aradan qaldırmaq üçün tədbir görməmişdir. İş üzrə ən vacib məqam ziyanın məbləğidir. Ziyanın məbləğinin müəyyən edilməsi üçün məhkəmə tərəfindən ekspertiza təyin edilmiş, lakin ekspertiza faktiki olaraq aparılmamışdır. Göründüyü kimi hazırki mübahisə məhz avtomobilə dəymiş ziyanın məbləği ilə bağlı olmuşdur. Məhkəmə Kollegiyası cavabdehin dəlillərinə münasibətdə qeyd edir ki, hadisə ilə bağlı foto və digər görüntü materialları eləcə də hadisədən sonra dəymiş ziyanın müəyyən edilməsi üçün aktın tərtib edilməsinə əsas olan sənədlər iş materiallarına əlavə edilmədiyindən, apellyasiya baxışı zamanı İddiaçı ASC ilə X8 arasında ##.##.2021-ci il tarixində PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “VAZ 2106” markalı, 99 UP-786 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almasına dair müvafiq sənədlər (sığorta hadisəsi ilə bağlı olan bütün sənədlər, xüsusilə hadisəni əks etdirən fotoşəkillər və disk) İddiaçı ASC-dən götürülməsi barədə qərardad qəbul edilmişdir. Bundan başqa iş materiallarında olan ##.##.2021-ci il tarixli hesablama aktından görünür ki, X5 məxsus “Mercedes Benz E280” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir edilməsi üçün məbləğ 5.000 manat müəyyən edilmişdir. Həmçinin iş materiallarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e- *(***)-***/**** saylı, ## ##### 2025-ci il tarixli qərardadına əsasən dəymiş ziyanın tam həcmini müəyyən etmək üçün mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması “X7 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə tapşırılmışdır. “X7 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin YDQM seriyalı, ***-***/**** saylı, ## ######## 2025-ci il tarixli qiymətləndirmə işinin keçirilməsinin mümkün olmaması barədə ## ######## 2025-ci il tarixdə məhkəməyə daxil olmuş məktubda qeyd olunmuşdur ki, tərəflərə xidmət haqqının ödənilməsi ilə bağlı müraciət olunması üçün hər iki tərəflə əlaqə saxlanılmasına cəhd edilmişdir. İddiaçı tərəfin nümayəndəsi, İddiaçı ASC-nin əməkdaşı Nümayəndə ilə iş materiallarında göstərilən mobil nömrə vasitəsilə (055-205-90-46) əlaqə yaradılmış, ona xidmət haqqının ödənilməsi təklif olunmuşdur. Lakin, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə qiymətləndirmə prosesində maraqlı olmadıqlarını bildirərək xidmət haqqının ödənilməsindən imtina etmişdir. Cavabdeh Cavabdeh ilə isə iş materiallarında göstərilən mobil nömrə (070-861-19-19) vasitəsilə əlaqə yaratmaq mümkün olmamışdır. İş materiallarına avtomobilin qəza zamanı çəkilmiş fotoşəkilləri təqdim edilmədiyindən və tərəflər tərəfindən də bu fotoşəkillər təqdim olunmadığından, qiymətləndirmə işinin həyata keçirilməsi mümkün olmamışdır. Həm məlumatların çatışmazlığı, həm də baxışın mümkün olmaması qiymətləndirmənin obyektivliyinə və nəticələrinə əsaslı təsir göstərdiyindən qiymətləndirmə işinin həyata keçirilməsi mümkün olmamışdır. Göründüyü kimi birinci instansiya məhkəməsi cavabdehdən tutulmalı olan məbləği müəyyən edərkən məhz ##.##.2021-ci il tarixli hesablama aktına istinad etmişdir. Bununla belə Məhkəmə Kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi istinad edilən hesablama aktının bu sahədə xüsusi biliyə malik olan mütəxəssis tərəfindən tərtib edilib-edilməməsi aydınlaşdırılmamışdır. Bu baxımdan iş üzrə obyektiv nəticəyə gəlmək üçün eləcə də cavabdehin dəlillərinə qiymət verilməsi üçün ## ###### 2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı cavabdeh X5 olan “Mercedes Benz E280” markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın tam həcmini müəyyən edilməsi zəruri olduğundan iş üzrə mütəxəssis rəyi alınması qərara alınmışdır. Kollegiyaya təqdim edilmiş “xxxx” MMC-nin ##.##.2026-cı il tarixli, PQ-M-**/**** nömrəli məktubu ilə daxil olmuş mütəxəsssis rəyindən görünür ki, aparılan hesablamalar və təhlillərə əsasən, ## ###### 2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı X5 mülkiyyətində olan “Mercedes Benz E 280” markalı, **-EM-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərin məbləği ##.##.2026-cı il tarixinə 4.700 (dörd min yeddi yüz) manat təşkil edə bilər. xxxx MMC-nin xidmət haqqı isə 500 (beş yüz) manat təşkil edir. Qeyd edilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya baxışı zamanı təyin edilmiş mütəxəssis rəyinin nəticəsində ziyanın real miqdarının 4.700 manat olduğu müəyyən edilmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, heç bir sübutun məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəsi olmasa da, apellyasiya baxışı zamanı 4.700 təqdim edilmiş mütəxəssis rəyi məhz hesablama aktında olan çatışmazlıqları aradan qaldırmaq məqsədi daşıdığı üçün, avtomobilə dəymiş ziyanın miqdarı məhz 4.700 manat məbləğində müəyyən edilməlidir. Göründüyü kimi iş materiallarında ##.##.2021-ci il tarixli hesablama aktından göstərilən məbləğə dair şübhələr olduğundan apellyasiya baxışı zamanı iş üzrə mütəxəssis rəyi alınmış və ## ###### 2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı cavabdeh X5 olan “Mercedes Benz E280” markalı, 90 EM-521 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin ümumi məbləği 4.700 müəyyən edilmişdir ki, cavabdehdən tutulmalı olan məbləğ 4700 manat müəyyən edilməlidir. Məhkəmə Kollegiyası həmçinin qeyd edir ki, mütəxəssis rəyinin nəticə hissəsini şübhə altına almaq üçün isə əsas yoxdur, həmin hissə mütəxəssis tərəfindən müvafiq hesablamalar aparılmaqla əsaslandırılmışdır. Birinci instansiya məhkəməsi isə işin sadalanan hallarına dair araşdırma aparmayaraq (ekspertiza təyin etsə də baş tutmamışdır) iddia tələbini cavabdehdən tutulmalı olan məbləğə münasibətdə tam təmin etdiyindən Məhkəmə Kollegiyası həmin məbləğin düzgün hesablanmaması barədə apellyasiya şikayətinin dəlilini qismən əsaslı hesab edir. Məhkəmə Kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilməli, cavabdeh X3 tutulmalı olan məbləğ 4.700 manat müəyyən edilməli və qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məsrəflərlə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Apellyasiya baxışı zamanı təqdim edilmiş mütəxəssis rəyinin dəyəri olaraq 500 manat məbləğində vəsaitin 250 manat hissəsi iddiaçı İddiaçı ASC-dən, qalan 250 manat hissəsi isə cavabdeh Cavabdeh tutularaq “xxxx” MMC-nin hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası Qət etdi: Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*(***)-***/**** saylı qətnaməsi-cavabdeh Cavabdeh tutulmalı olan məbləğ hissəsində dəyişdirilsin. Cavabdeh Cavabdeh vurulmuş maddi ziyana görə 4.700 (dörd min yeddi yüz) manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği tutularaq iddiaçı İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Apellyasiya baxışı zamanı təqdim edilmiş mütəxəssis rəyinin dəyəri olaraq 500 manat məbləğində vəsaitin 250 manat hissəsi iddiaçı İddiaçı ASC-dən, qalan 250 manat hissəsi isə cavabdeh Cavabdeh tutularaq “xxxx” MMC-nin hesabına köçürülsün. Qətnamədən, kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar