Məhkəmə qərarları › İş №2(3-6)-641/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-641/2026

14.04.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-641/2026 14.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: kommunal xidmət haqqı) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X2 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, Cavabdehin nümayəndəsi-vəkili nümayəndə2 iştirakı ilə, İddiaçı İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı “kommunal xidmət haqqı borcunun ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə ## ##### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 3166-ci məhəllə, ev 92 A, mənzil 1075 (yeni qaydalarla: AZ1122, Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, giriş 153, M14, m6) ünvanında yerləşən ümumi sahəsi 157.20 kv.metr olan mənzil tam hissədə ##.##.2019-cu il tarixində 1119098897 qeydiyyat nömrəsi ilə Cavabdeh adına qeydiyyata alınmışdır.

2. “Mülkiyyətçi” “xxxx” Mənzil Tikinti Kooperativi ilə “İdarə edən” İbrahimov Etibar Cavad oğlu arasında bağlanmış ##.##.2016-cı il tarixli çoxmənzilli evin idarə edilməsi haqqında müqaviləyə əsasən “Mülkiyyətçi” inşa etdiyi Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi pr., 92a ünvanında yerləşən çoxmənzilli evlərin (bundan sonra Əmlak) idarə edilməsi ilə bağlı bütün səlahiyyətləri əvəzsiz olaraq “İdarə edən”ə verməyi, “İdarə edən” isə öz növbəsində “Mülkiyyətçi”nin inşa etdiyi çoxmənzilli evi ondan qəbul edib hazırki müqavilə ilə razılaşdırılmış şərtlər əsasında idarə edilməsini həyata keçirməyi öhdəsinə götürür.

3. “Mülkiyyətçi” İbrahimov Etibar Cavad oğlu ilə “İdarə edən” İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti arasında bağlanmış ##.##.2024-cü il tarixli tələbin güzəştinə dair müqaviləyə əsasən bu müqavilə “Mülkiyyətçi” ilə “İdarə edən” arasında aşağıda göstərilən tələbin və hüquqların “Mülkiyyətçi” tərəfindən “İdarə edən”ə güzəşt edilməsinin hüquqi əsaslarını və tərəflərin hüquq və vəzifələrini müəyyən edir: - Hazırkı müqaviləyə əsasən “Mülkiyyətçi” müqavilə əsasında idarə etdiyi Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi pr. 92A və 204A ünvanında yerləşən çoxmənzilli binada yerləşən mənzillərin və qeyri-yaşayış sahələrinin (bundan sonra Əmlak) idarə edilməsi ilə bağlı ## ###### 2024-cü il tarixədək yaranmış bütün tələb və hüquqlarını (o cümlədən gələcəkdə yarana biləcək tələb və hüquqlarını) və səlahiyyətlərini əvəzsiz olaraq “İdarə edən”ə güzəşt edir, “İdarə edən” isə güzəşti qəbul etməsinə razılığını bildirir. - “İdarə edən” edən öz növbəsində “xxxx” Mənzil Tikinti Kooperativi ilə, ünvan 1 ünvanında qeydiyyatda olan İbrahimov Etibar Cavad oğlu arasında bağlanmış “çox mənzilli binanm idarə edilməsi haqqında müqavilədən irəli gələn və “xxxx” Mənzil Tikinti Kooperativinin inşa etdiyi Bakı şəhəri,Yasamal rayonu, H.Zərdabi pr.92A və 204A ünvanında yerləşən çoxmənzilli binadakı “Əmlak”-ın idarə edilməsi ilə bağlı tələblərə və hüquqlara aid bütün sənədləri və həmin tələblərdən və hüquqlardan istifadə üçün zəruri olan bütün məlumatları ondan qəbul edib hazırkı müqavilə ilə razılaşdırılmış şərtlər əsasında idarə edilməsini həyata keçirməyi öhdəsinə götürür.

4. İddiaçı mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin təsis yığıncağının ## ###### 2025-ci il tarixli Qərarına əsasən Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi pr.92A və 204A ünvanında yerləşən çoxmənzilli binada yerləşən mənzillərin və qeyri-yaşayış sahələrinin (bundan sonra Yaşayış binası) idarə edilməsi ilə bağlı çoxmənzilli binanın ümumi əmlakının saxlanması, təmiri və kommunal xidmətlərin göstərilməsi üzrə mənzillərin hər kvadrat metri üçün müəyyən edilmiş 0,30 (otuz qəpik) AZN məbləğindəki qiymət dəyişdirilməsin və bu xidmətlərin göstərilməsi üzrə, mənzillərin hər kvadrat metri üçün 0,30 (otuz qəpik) AZN məbləğində müəyyən edilməsi və Bakı şəhəri,Yasamal rayonu, H.Zərdabi pr.92A və 204A ünvanında yerləşən çoxmənzilli binada yerləşən mənzillərin və qeyri-yaşayış sahələrinin (bundan sonra Yaşayış binası) idarə edilməsi ilə bağlı çoxmənzilli binanın ümumi əmlakının saxlanması, təmiri və kommunal xidmətlərin göstərilməsi üzrə sahə mülkiyyətçilərini çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqdan və bu xidmətlərin göstərilməsi üzrə sakinlərlə müqavilə bağlanılması qərara alınmışdır.

5. Maliyyə arayışına əsasən Cavabdeh Bakı şəhəri, Yasamal rayonu. Zərdabi küçəsi, 3166cı məhəllə, ev 92 A, **** saylı mənzilin mülkiyyətçisi kimi İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə ## ###### 2025-ci il tarixinə kimi (dekabr ayı daxil deyil) ümumilikdə 2515.4 (iki min beş yüz on beş) manat məbləğində borcu vardır. Borcun yaranması əsası: - Sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq hər kvadrat metr üçün ödəniş və haqların miqdarı: 0.30 ( otuz qəpik ) azn, 1 ay üçün: 50.4 AZN( əlli manat qırx qəpik) 168x0.30=50.4 - Mənzilin sahəsi: 168 kvadrat metr - 1310.20 AZN - tələbin güzəştinə dair müqaviləyə * saylı əlavə. 141-ci sıra - 1159.2 AZN - İddiaçı mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin fəaliyyəti dövrü ## ###### 2024-cü il tarixdən ## ###### 2025-ci il tarixədək. - Damofon-videomüşahidə sistemi üzrə aylıq xidmət haqqı: 2 manat: 23 ay üzrə 46 manat borc yaranıb. - Ümumi borcun hesablanması-1310.20+1159.2+46=2515.4 manat.

6. İddiaçı MMMC-nin ##.##.2025-ci il tarixli arayışına əsasən kommunal xidmətlərə görə sakinlər tərəfindən ödənilən hər kvadrat metr üçün hesablanmış 0.30 manat (30 qəpik) pul vəsaiti dəhlizlər, pilləkan qəfəsi və pilləkan boşluğu, binanın girişi və digər ümumi sahələr, lift kabinaları, lift şaxtası və liftin matorxanası, binanın fasadı və dam örtüyü, havalandırma şaxtaları və bacaları, ümumi sahələrdə olan pəncərələr, küçə qapıları və binanın ümumi sahələrində yerləşən pəncərələr, yanğın pilləkənləri, yanğın söndürmə sistemi və vasitələri, bina daxili kanalizasiya, su və onların şaxtaları, su anbarı və nasosxanası, generator, elektrik təchizatı məntəqəsi, binanın həyəti, uşaqlar üçün əyləncə atraksionları, binanın fasiləsiz olaraq elektrik enerjisi ilə təmin edilməsi üçün elektrik təchizatı məntəqəsinə qulluğun təmin edilməsi, binanın fasiləsiz olaraq su ilə təmin edilməsi üçün su nasoslarına qulluğun təmin edilməsi, binanı su ilə təchiz edən nasosların və liftlərin generator vasitəsi ilə fasiləsiz olaraq elektrik enerjisi ilə təchiz edilməsinin təmin edilməsi, binanın rabitə və televiziya xidməti ilə təmin edilməsi, binanın fasiləsiz nəzarət xidməti ilə təmin edilməsi, məişət tullantılarının daşınması, binanın ümumi sahələrinin (dəhlizlər, pilləkanlar, binanın girişi, liftin daxili və sair), həyətinin və ətrafının təmizliyinin təmin edilməsi, liftlərə texniki xidmət göstərilməsi və liftlərin işlək vəziyyətdə saxlanılması, yaşayış binasının, onun yerləşdiyi inzibati ərazinin və mərtəbələrin girişlərinin işıqlandırılması, illik torpaq haqqının ödənilməsi, liftlərin, su nasoslarının və binanın işıqlandırılmasının elektrik enetjisi haqlarının “xxxx” ASC-yə ödənilməsi, işçilərin əmək haqqlarının ödənilməsinə və əvvəlcədən nəzərdə tutulmayan digər məslələrin (poçt, nəqliyyat və sair) həllinə görə xərclənir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti cavabdeh Cavabdeh qarşı “kommunal xidmət haqqı borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 1.781,8 manat əsas borc məbləğinin, vəkil xidməti olaraq ödənilmiş 400 manat məbləğindəki pul vəsaitinin və 38 manat məbləğindəki dövlət rüsumunun əvəzinin tutularaq iddiaçı İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, sahə mülkiyyətçilərinin qərarı ilə, İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti qeydiyyata alınmışdır. Yeni yaranan Cəmiyyətin nizamnaməsinə əsasən yaşayış binasını birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etmək hüququ İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə həvalə olunub. Amma buna baxmayaraq cavabdeh Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, ünvan 4, 9-cu blok, **** saylı mənzilin mülkiyyətçisi kimi İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə ümumilikdə 1.781,8 (min yeddi yüz səksən bir manat səksən qəpik) manat məbləğində borcu vardır və cavabdeh ona edilən xəbərdarlıqlara baxmayaraq həmin borcu ödəməmişdir. Mövcud qanunvericilikdə müəyyən edilmiş qaydalara uyğun olaraq borcun ödənilməsini cavabdehdən xahiş etsələr də, cavabdeh tərəf borcunu ödəməkdən yayınıb. Bu baxımdan məhkəməyə müraciət etmək məcburiyyətində qaldıqları üçün, vəkil xidməti olaraq 400 (dörd yüz) manat və dövlət rüsumu olaraq isə 38 (otuz səkkiz) manat pul vəsaiti ödəmişlər. iddia tələbimizdə qeyd edilən 1.781,8 (min yeddi yüz səksən bir manat səksən qəpik) manat məbləğindəki əsas borc məbləği, vəkil xidməti olaraq ödənilmiş 400 (dörd yüz) manat məbləğindəki pul vəsaiti və dövlət rüsumu olaraq ödədikləri 38 (otuz səkkiz) manat məbləğindəki pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Tələbin güzəştinə dair, Y-**-***/**** saylı, ## ###### 2024-cü il tarixli müqaviləyə əsasən, ünvan 2 ünvanında qeydiyyatda olan İbrahimov Etibar Cavad oğlu öz tələblərini İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə güzəşt etmişdir. Həmçinin həmin müqavilənin şərtlərindən görünür ki, “Mülkiyyətçi” müqavilə əsasında idarə etdiyi Bakı şəhəri,Yasamal rayonu, H.Zərdabi pr. 92A və 204A ünvanında yerləşən çoxmənzilli binada yerləşən mənzillərin və qeyri-yaşayış sahələrinin (bundan sonra Əmlak) idarə edilməsi ilə bağlı ## ###### 2024-cü il tarixədək yaranmış bütün tələb və hüquqlarını (o cümlədən gələcəkdə yarana biləcək tələb və hüquqlarını) və səlahiyyətlərini əvəzsiz olaraq “İdarə edən”ə güzəşt edir, “İdarə edən” isə güzəşti qəbul etməsinə razılığını bildirir. Həmçinin həmin müqavilənin məzmunundan görünür ki, “İdarə edən” edən öz növbəsində “xxxx” Mənzil Tikinti Kooperativi ilə, ünvan 1 ünvanında qeydiyyatda olan İbrahimov Etibar Cavad oğlu arasında bağlanmış “çox mənzilli binanın idarə edilməsi haqqında müqavilədən irəli gələn və “xxxx” Mənzil Tikinti Kooperativinin inşa etdiyi Bakı şəhəri,Yasamal rayonu, H.Zərdabi pr.92A və 204A ünvanında yerləşən çoxmənzilli binadakı “Əmlak”- in idarə edilməsi ilə bağlı tələblərə və hüquqlara aid bütün sənədləri və həmin tələblərdən və hüquqlardan istifadə üçün zəruri olan bütün məlumatları ondan qəbul edib hazırkı müqavilə ilə razılaşdırılmış şərtlər əsasında idarə edilməsini həyata keçirməyi öhdəsinə götürür. Həmcinin həmin müqavilənin * saylı əlavəsindən görünür ki, cavabdeh Cavabdeh Möhbbət oğlunun Bakı şəhəri, Yasamal rayonu, H. ünvan 4, 9- cu blok, **** saylı mənzilin mülkiyyətçisi kimi İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə ## ###### 2024-cü il tarixədək 1.310,20 (bir min üç yüz on manat iyirmi qəpik) manat borcu vardır.

9. Cavabdehin nümayəndəsi-vəkili nümayəndə2 elektron kabinet vasitəsilə iddiaya etirazını məhkəməyə təqdim edərək, iddia tələblərinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının tələbini əsaslandırdığı hallar mülki və mənzil qanunvericiliyinə zidd olduğundan iddia tələbi qanunsuz və əsassızdır. Çoxmənzilli binaların idarə edilməsi ilə bağlı ciddi və davamlı problemlərin olması heç kimə sirr deyil. Təsadüfi deyil ki, mediada binaların idarəetməsi ilə bağlı problemlərə dair xeyli sayda məlumatlara rast gəlmək olar. Bunun bariz sübutu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin vətəndaş müraciətləri ilə bağlı icmal məlumatlarında bu sahəyə ayrıca hissənin həsr edilməsidir. Digər tərəfdən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ##### 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, çoxmənzilli binaların idarə edilməsinin əsas şərtlərinin mənzil qanunvericiliyi ilə kifayət qədər aydın və hərtərəfli tənzimlənməsinə baxmayaraq, Konstitusiya Məhkəməsi Plenumunun iclasında müəyyən olunmuşdur ki, təcrübədə kommunal xidmətlərin göstərilməsi ilə bağlı mübahisələrin yaranması əsasən həmin binaların idarə olunmasında qanunvericiliyin tələblərinə riayət edilməməsindən irəli gəlir. Göründüyü kimi bu sahədə sistem xarakterli problemlər mövcuddur. Çoxmənzilli binanın idarəetmə üsulunun seçilməsi ilə bağlı pozuntular AR Mənzil Məcəlləsinin 43.1-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır. Göründüyü kimi, binanın idarə edilmə üsulunun seçilməsi, idarəçinin təyini üçün çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı qanunvericiliyə uyğun keçirilməli və bu barədə qərar qəbul edilməlidir. Hazırkı iş üzrə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin yaradılmasına qədər belə bir ümumi yığıncağın keçirilməsi və bu tarixə qədər “idarəedicilərin” mənzil qanunvericiliyi ilə müəyyən edilmiş hansı hüquqi əsasla fəaliyyət göstərməsi müəyyən edilmir. Tələb edilən haqqın özünün, onun miqdarının, hesablandığı məbləğinin əsasları və müddəti müəyyən deyil. İddiaçı konkret məbləğdə pul vəsait tələb edir. Lakin, bu məbləğin necə formalaşdığı, necə hesablandığı, tərkibinin nədən ibarət olduğu, hansı dövrü əhatə etdiyi, hüquqi əsası barədə heç bir məlumat göstərilmir. AR Mənzil Məcəlləsinin 140.3-cü maddəsinə əsasən əgər çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi yığıncaqda yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarının müəyyənləşdirilməsi barədə qərar qəbul etməzlərsə, bu miqdar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il ## ### tarixli *** nömrəli Fərmanının 1.1-1-ci bəndinə əsasən həmin Məcəllənin 28.5-ci və 140.3-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. “Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il ## #### tarixli ** nömrəli Qərarının * nömrəli əlavəsi – Mənzil (ev) xidmətləri tariflərinin 2-ci sətrinə əsasən özəlləşdirilmiş mənzillərin mülkiyyətçilərinə mənzillərin yerləşdiyi evlərin (binaların) saxlanılması üçün xidmət haqqı 1 kv.m. yaşayış sahəsi üçün 1 ayda 75 manat (ƏDV nəzərə alınmaqla) müəyyən edilmişdir. “Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında manatın denominasiyasının tətbiqi haqqında” Azərbaycan Respublikası Qanununun 1ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında 2006-cı il ######ın #-dək mütləq rəqəmlərlə müəyyən olunan 5000 manat 2006-cı il ######ın #-dən 1 manata bərabər tutulsun. 75 köhnə manat, 0,015 yeni manat edir. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarının müəyyənləşdirilməsi barədə qərar qəbul edilmədiyi dövr üçün iddiaçının hansı əsasla pul tələb etməsi aydın deyil. MMMC-nin yarandığı tarixindən sonrakı dövr üçün tələbinin əsassızlığı ondadır ki, cavabdehin MMMC yaradılması barədə xəbəri olmamış, belə MMMC-nin yaradılması barədə heç bir formada xəbərdar edilməmişdir. AR Mənzil Məcəlləsinin 125.1-ci maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı cəmiyyətin ali idarəetmə orqanıdır və bu Məcəllə, həmçinin nizamnamə ilə müəyyən edilmiş qaydada çağırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ##### 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2015-ci il tarixli qərarında qeyd edilir ki, Mənzil Məcəlləsinin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər. Həmin qərarda daha sonra göstərilir ki, mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq qaydada mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü nəzərdə tutmur. Belə ki, Məcəllənin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Eyni qərarda həmçinin göstərilmişdir ki, icrası məcburi olan qərarlar, yalnız çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən Mənzil Məcəlləsində (126.9 və 44-47-ci maddələr) nəzərdə tutulan qaydada qərar qəbul edilməsi nəticəsində yarana bilər. Bu xüsusilə kommunal xidmət haqqının müəyyən edilməsinə aiddir. İddiaçının Nizamnaməsinin 6.3.4-cü yarımbəndinə əsasən cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək cəmiyyətin iştirakçılarının ümumi yığıncağının səlahiyyətidir. MMMC yarandıqdan sonra cəmiyyətin iştirakçılarının ümumi yığıncağının qərarını təqdim etməklə, müqavilə bağlanmasını təklif etmək əvəzinə MMMC birbaşa məhkəməyə müraciət etmişdir. Göründüyü kimi MMMC-nin yarandığı tarixindən sonrakı dövr üçün də tələbin irəli sürülməsi üçün MMMC-nin iştirakçılarının ümumi yığıncağının mütləq ödənişlərinin və haqlarının miqdarının müəyyən edilməsi barədə qərarı olmalı, həmçinin müqavilə bağlanmalıdır ki, bunların heç biri mövcud deyil. Belə olan halda iddia bu hissədə də əsassızdır. Bu baxımdan iddiaçı tərəfindən təqdim edilmiş ##.##.2025-ci il tarixli qərarı özü-özlüyündə mahiyyəti və prosedurlara riayət edilməsi baxımından şübhəlidir və hər bir halda özündən əvvəlki münasibətlərə şamil edilə bilməz, heç bir hüquqi əhəmiyyəti yoxdur və bina idarəetməsinin sakinlərin maraqları üçün deyil, kənar biznes maraqlar üçün təşkil edildiyini bir daha göstərir. Sakinlər qarşısında heç bir hesabatlılıq mövcud deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ##### 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2015-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmələr, həmçinin, ərizəçinin cavabdehin çoxmənzilli bina mülkiyyətçiləri ilə müqavilə bağlamadan kommunal xidmətlərə görə haqq tutması, eləcə də kommunal xidmətin növlərinə görə xərclərin bölüşdürülməsinə dair ona məlumat verməməsi barədə dəlillərinə hüquqi qiymət verməmişlər. Belə ki, çoxmənzilli binaların idarə edilməsinin əsas şərtlərindən biri kommunal xidmətləri həyata keçirən təşkilatların çoxmənzilli binanın sahə mülkiyyətçiləri qarşısında hesabat verməsidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Məhərrəmovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2020-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ######## 2020-ci il tarixli qərarında qeyd edilir ki, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti tərəfindən idarə olunan çoxmənzilli binalarda kommunal xidmətlərdən istifadəyə görə yaranmış borcların ödənilməsinə dair işlərin düzgün araşdırılması üçün vacib əhəmiyyət daşıyan hallar sırasına Mənzil Məcəlləsinin 128.0.3-cü maddəsində nəzərdə tutulmuş qaydaya riayət olunması faktının yoxlanılması daxildir. Lakin apellyasiya instansiyası məhkəməsi “xxxx” MMMC tərəfindən 2012- 2016-cı illər ərzində hər müvafiq il üçün xərclər və gəlirlər smetasının və maliyyə fəaliyyəti haqqında hesabatın tərtib edilməməsinə, onların təsdiq olunmaq üçün cəmiyyət iştirakçılarının ümumi yığıncağına təqdim edilməməsinə və bununla da mənzil qanunvericiliyinin normalarına riayət edilib-edilməməsinə hüquqi qiymət verməmişdir. Hazırkı iş üzrə sakinlər qarşısında heç bir hesabatlılıq mövcud deyil və belə bir şəraitdə hazırkı iddianın irəli sürülməsi əsassızdır. İşin tam və ədalətli araşdırılması üçün atılmalı olan prosessual addımlar Hazırkı etirazda göstərilən məqamlara aydınlıq gətirilmədən, müvafiq məlumat və sənədlər təqdim edilmədən hazırkı işə baxıla bilməz. İşin tam və hərtərəfliaraşdırılması məqsədi ilə cavabdeh tərəfindən verilmiş vəsatətlər əsasında məlumatların iddiaçı tərəfindən təqdim edilməsi mühüm əhəmiyyət kəsb edir. Bu məlumatlar təqdim edildikdən sonra tərəfimizdən iddianın mahiyyəti üzrə əlavə etiraz təqdim ediləcəkdir. Vəkil xidməti olaraq ödənilən hissə ilə bağlı tələbin əsassızlığı İddiaçı vəkilə ödədiyini iddia etdiyi vəsaiti tələb edir. İlk növbədə MMMC ixtisaslaşmış funksionallığa malik hüquqi şəxsdir. Onun məqsədi çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etməkdir. Təşkilatlanmış qurum olmaqla iddiaçı binanın istismarı ilə bağlı bütün işləri aparmaq üçün müvafiq resursa malik olmalı və bunu səmərəli təşkil etməlidir. Bu baxımdan hazırkı iş üzrə vəkil ilə təmsil olunmağa heç bir zərurət yoxdur. Hazırkı iş üzrə hüquqi şəxs olan iddiaçı vəkil ilə müqavilə bağlamaq məcburiyyətində deyil. İşin mahiyyəti və məzmunu isə iddiaçının fəaliyyət predmeti və mahiyyəti ilə sıx bağlı olan rutin məsələdir. Digər tərəfdən hazırkı iddia MMMC tərəfindən onun əmək müqaviləsi üzrə işçisi tərəfindən verilmişdir. Bu tip iddiaların bütün sakinlərə münasibətdə iddianın mətn, əsaslandırma və sənədlər baxımından eyni olması əlavə xərc çəkilməklə vəkilin cəlb edilməsinin zəruri olmamasını bariz şəkildə göstərir. AR MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Göründüyü kimi vəkilə göstərdiyi yardıma görə xərclərin ödənilməsi konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə həyata keçirilməlidir. Şablon iddia ərizəsi və davranış sxemi olduğu halda, işçisi tərəfindən öz fəaliyyət istiqaməti üzrə rutin işlərin iddiaçının özü tərəfindən icra edilməsi nəzərə alınmaqla, vəkil cəlb edilməsi zərurəti yoxdur, bu zaman xərclər zəruri deyi, işin iddiaçı üçün mürəkkəbliyi, məzmunu və mahiyyəti vəkilin cəlbini tələb etmir, vəkil xərcinin cavabdehlərdən tələb edilməsi onlara qarşı təzyiq üsulu kimi seçilmişdir. İddiaçının tələbinin hüquqi əsası yoxdur, həmçinin iddiaçı ərizəsində göstərilən halları təsdiq edən sübutları təqdim etməmişdir.

10. Daha sonra İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin nümayəndəsi- vəkili iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 2293 (iki min iki yüz doxsan üç) manat əsas borc məbləğinin, vəkil xidməti olaraq ödənilmiş 400 (dörd yüz) manat məbləğindəki pul vəsaitinin və 43 (qırx üç) manat məbləğindəki dövlət rüsumunun əvəzinin tutularaq iddiaçı İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Daha sonra cavabdehin nümayəndəsi-vəkili məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək, iddianın əsassızlığının digər əsasları ilə yanaşı, həmçinin müddətin ötürülməsi əsas götürülməklə iddia rədd edilməsini xahiş etmişdir.

12. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı Mənzil Mülkiyyətçilərin Müştərək Cəmiyyətinin mənə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki iş vardır. Iddiaçının tələbini əsaslandırdığı hallar mülki və mənzil qanunvericiliyinə zidd olduğundan iddia tələbi qanunsuz və əsassızdır. Iş üzrə iddiaçının tələblərinin əsassızlığı barədə etirazlarına xələl gətirmədən, hazırkı iş üzrə müddətlərin ötürülməsi məsələsinə diqqəti cəlb etmək istəmişdir. Belə ki, iddiaçı ilə cavabdeh arasında müqavilə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağının mütləq ödənişlərin və haqların miqdarının müəyyən edilməsi haqqında etibarlı qərarının olmamasına baxmayaraq, şərti hipotetik olaraq iddianın əsaslı olsa idi belə, tələblər üzrə müddətlər ötürülmüş olardı. Ilk növbədə qeyd edilməlidir ki, tərəflərindən vəsatət verilsə də, iddiaçı ##.##.2024-cü ilə qədər olan dövr üzrə iddia edilən borcun yaranma əsası, yaranma dövrü, tərkibi, hesablanması qaydası barədə təfərrüatlı rəsmi yazılı açıqlama (izahat) verməmişdi. Maliyyə arayışında yalnız tələbin güzəşti müqaviləsinin əlavəsinin müvafiq bəndinə istinadla borcun 1310.20 manat olduğu göstərilmişdir. Bu rəqəmi iddiaçının aylıq tələb etdiyi məbləğə böləndə natamam rəqəm alınır ki, bu da həmin borc rəqəminin hesablanması düzgünlüyü barədə sual yaradır. İddiaçının təqdim etdiyi maliyyə arayışından belə başa düşülür ki, aylıq borc 47.16 manat təşkil edir. ##.##.2024cü ildən əvvəlki dövrə aid iddia edilən 1310.20 manatı aylıq 47.16 manata böləndə bu borc məbləğinin təqribən (əslində bu təqribən yox dəqiq alınmalıdr, lakin iddiaçının təqdim etdiyi arayışın keyfiyyəti suallar doğurur) 26 ayı əhatə etməsini deyə bilərlər. ##.##.2024-cü ildən bu günə olan dövrün 23 ay olduğunu nəzərə alsaq, cəmi 49 ay, bu da hazırkı tarixə 4 il 1 ay edir. Belə olan halda iddiaçı onun iddiası əsaslı olsa idi belə, müddətləri ötürmüş olardı. 1 il 1 ay dövrü 3 illik müddətin xaricinə düşdüyündən iddia tələblərinin 613.08 manatı (13 ay x 47.16 manat) iddia müddətindən kənar dövrə düşmüş olur. AR Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Belə olan halda, iddiaçının tələbinin əsaslı olub-olmamasından asılı olmayaraq hər bir halda iddiaçı 3 ildən daha əvvəlki borcu tələb edə bilməz. Görünür ki, qanuni əsasa söykənməyən tələb güzəşt edilərkən, burada süni şəkildə hüquqi əsas yaradılmasına cəhd həm də iddia müddətləri ilə bağlı məhdudiyyətləri yan keçmək olmuşdur.

13. Daha sonra İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin nümayəndəsi- vəkili nümayəndə1 iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh ## ###### 2025-ci il tarixinə kimi (dekabr ayı daxil deyil) ümumilikdə 2515.4 manat məbləğində borcu yarandığını, bu səbəbdən cavabdeh Cavabdeh 2515.4 (iki min beş yüz on beş) manat, vəkil xidməti olaraq ödənilmiş 400 (dörd yüz) manat məbləğindəki pul vəsaitinin və 46 (qırx altı) manat məbləğindəki dövlət rüsumunun əvəzinin tutularaq iddiaçı İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) ## ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Aydan Oruclu) iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdehdən 1769.76 manat manat kommunal xidmət haqqı borcu, vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 400 (dörd yüz) manat və dövlət rüsumu olaraq ödənilmiş 37.7 manat məbləğində pul tutularaq iddiaçı İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə ödənilməsi qət edilmişdir.

15. Məhkəmə müəyyən etmişdir ki, “Mülkiyyətçi” “xxxx” Mənzil Tikinti Kooperativi ilə “İdarə edən” İbrahimov Etibar Cavad oğlu arasında bağlanmış ##.##.2016-cı il tarixli çoxmənzilli evin idarə edilməsi haqqında müqaviləyə əsasən “Mülkiyyətçi” inşa etdiyi Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi pr., 92a ünvanında yerləşən çoxmənzilli evlərin idarə edilməsi ilə bağlı bütün səlahiyyətləri əvəzsiz olaraq “İdarə edən”ə verməyi, “İdarə edən” isə öz növbəsində “Mülkiyyətçi”nin inşa etdiyi çoxmənzilli evi ondan qəbul edib hazırki müqavilə ilə razılaşdırılmış şərtlər əsasında idarə edilməsini həyata keçirməyi öhdəsinə götürmüşdür. Bundan sonra “Mülkiyyətçi” İbrahimov Etibar Cavad oğlu ilə “İdarə edən” İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti arasında bağlanmış ##.##.2024-cü il tarixli tələbin güzəştinə dair müqaviləyə əsasən “Mülkiyyətçi” müqavilə əsasında idarə etdiyi Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi pr. 92A və 204A ünvanmda yerləşən çoxmənzilli binada yerləşən mənzillərin və qeyri-yaşayış sahələrinin idarə edilməsi ilə bağlı ## ###### 2024-cü il tarixədək yaranmış bütün tələb və hüquqlarını (o cümlədən gələcəkdə yarana biləcək tələb və hüquqlarını) və səlahiyyətlərini əvəzsiz olaraq “İdarə edən”ə güzəşt edir, “İdarə edən” isə güzəşti qəbul etməsinə razılığını bildirmiş və “İdarə edən” edən öz növbəsində “xxxx” Mənzil Tikinti Kooperativi ilə İbrahimov Etibar Cavad oğlu arasında bağlanmış “çox mənzilli binanın idarə edilməsi haqqında müqavilədən irəli gələn və “xxxx” Mənzil Tikinti Kooperativinin inşa etdiyi Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi pr.92A və 204A ünvanında yerləşən çoxmənzilli binadakı “Əmlak”-ın idarə edilməsi ilə bağlı tələblərə və hüquqlara aid bütün sənədləri və həmin tələblərdən və hüquqlardan istifadə üçün zəruri olan bütün məlumatları ondan qəbul edib hazırkı müqavilə ilə razılaşdırılmış şərtlər əsasında idarə edilməsini həyata keçirməyi öhdəsinə götürmüşdür. İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti ## ###### 2023-cü il tarixdə dövlət qeydiyyatına alınmış, ona Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatı haqqında şəhadətnamə və dövlət reyestrindən çıxarış verilmişdir. Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 4 ünvanında yerləşən yaşayış binasının sahə mülkiyyətçilərinin ##.##.2025-ci il tarixli təsis yığıncağının qərarına əsasən Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi pr.92A və 204A ünvanında yerləşən çoxmənzilli binada yerləşən mənzillərin və qeyri-yaşayış sahələrinin idarə edilməsi ilə bağlı çoxmənzilli binanın ümumi əmlakının saxlanması, təmiri və kommunal xidmətlərin göstərilməsi üzrə mənzillərin hər kvadrat metri üçün müəyyən edilmiş 0,30 AZN məbləğindəki qiymətin dəyişdirilməməsi və bu xidmətlərin göstərilməsi üzrə, mənzillərin hər kvadrat metri üçün 0,30 AZN məbləğində müəyyən edilmişdir. Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 157.20 kv.m olan **** nömrəli mənzilin mülkiyyətçisi cavabdeh Cavabdeh kommunal ödənişləri lazımi qaydada həyata keçirməmişdir.

16. İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin fəaliyyət dövrü ərzində, yəni ## ###### 2024-cü il tarixdən ## ###### 2025-ci il tarixinədək hesablanmaqla cavabdeh Cavabdeh 1130.68 manat ((157.2 kv.m * 0.30 manat = 47.16 manat, 47.16 manat * 23 ay = 1084.68 manat) + 46 (2 manat * 23 ay = 46 manat) = 1130.68 manat) və tələbin güzəştinə dair müqavilənin * saylı Əlavəsinin 141-ci bəndinə əsasən cavabdeh cavabdehin adına hesablanmış 1310,2 manat olmaqla, cəmi 2440.88 manat məbləğində kommunal xidmət haqqı borcunun olduğu müəyyən olunmuşdur.

17. Məhkəmə cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi əsasında iddia müddətini tətbiq edərək hesab etmişdir ki, cavabdeh İmamverdiyev Şəhriyar Etibar oğlundan 1769.76 manat (157.2 kv.m * 0.30 manat = 47.16 manat, 47.16 manat * 36 ay = 1697.76 manat) + 72 (2 manat * 36 ay = 72 manat) = 1769.76 manat) kommunal xidmət haqqı borcu tutularaq iddiaçı İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə ödənilməlidir.

18. Məhkəmə gəldiyi nəticəni Mənzil Məcəlləsinin 6.0.10, 6.0.11, 29.3, 38.1, 45.5, 119.1, 119.6, 120.1, 120.6, 122.3, 135.1, 137.1, 137.6, 137.7, 137.8, 137.9, 137.10, 139.1, 139.2, 140.1, 141.2, 141.3, Mülki Məcəllənin 194.1, 194.2, 372.1, 372.2, 373.3, 375.1, 375.2, 385.1, 386.1, 390.1, 405.1, 425.1, 442, 448.1, Mülki Prosessual Məcəllənin 14.2, 52.2, 77.1, 88, 119.1, 121.1, 216-220, 227, 233 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

19. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin qismən və iddia tələbinin təmin edilən hissədə ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Cavabdehin apellyasiya şikayətində göstərilmişdir ki, binanın idarə edilmə üsulunun seçilməsi, idarəçinin təyini üçün çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı qanunvericiliyə uyğun keçirilməli və bu barədə qərar qəbul edilməlidir. Hazırkı iş üzrə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin yaradılmasına qədər belə bir ümumi yığıncağın keçirilməsi və bu tarixə qədər “idarəedicilərin” mənzil qanunvericiliyi ilə müəyyən edilmiş hansı həqiqi və etibarlı hüquqi əsasla fəaliyyət göstərməsi müəyyən edilmir. Belə olan halda qanuni əsasa söykənməyən “xxxx” MTK ilə İbrahimov Etibar Cavad oğluarasında bağlanmış “çox mənzilli binanın idarə edilməsi haqqında müqavilə”dən irəli gələn tələb, belə bir tələb özü əsassız olduğundan güzəşt edilə bilməzdi və burada süni şəkildə hüquqi əsas yaradılmasına cəhd bariz şəkildə özünü göstərir. “xxxx” MTK ilə İbrahimov Etibar Cavad oğlu arasında bağlanmış “çox mənzilli binanın idarə edilməsi haqqında müqavilə”nin ƏVƏZSİZ olması da bunun əlavə təsdiqidir. MTK ləğv edilməli və ya MMMC-yə çevrilməli olduğu halda bunu etməməklə, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarı olmadan idarəetmə barədə hər hansı bir qərar qəbul etməsi qanunsuzdur, ##.##.2024-cü il tarixinə qədər binanın idarə edilməsinə dair MTK-nın hər hansı bir qərarı hazırkı iddianın əsasında dura bilməz. “xxxx” MTK ilə İbrahimov Etibar Cavad oğluarasında bağlanmış “çox mənzilli binanın idarə edilməsi haqqında müqavilə”nin 3.1.-ci bəndinə əsasən müqavilə ##.##.2016-cı tarixində başlamış və ##.##.2030-cu ildə bitməlidir. Göründüyü kimi müqavilə 14 il müddətinə bağlanıb. Halbuki, bu müddət ən çox 5 il ola bilərdi. Ümumiyyətlə MMMC onun tərəfindən irəli sürülmüş ##.##.2024-сü il tarixindən əvvəlki dövr üçün tələb üzrə subyektiv tələb hüququna malik əsl iddiaçı deyil. MTK tərəfindən yaradılmış MMMC isə cavabdehə kommunal xidmət barədə müqavilə bağlamaq təklifini ümumiyyətlə etməmişdir. MMMC-nin yarandığı tarixdən sonrakı dövr üçün tələbi də əsassızdır. MMMC yaradılması barədə xəbəri olmayıb, belə MMMC-nin yaradılması barədə heç bir formada xəbərdar edilməmişdir. MMMC-nin iştirakçılarının ümumi yığıncağının ##.##.2025-ci il tarixli qərarından görünür ki, qəbul edilmiş qərarın lehinə 643 nəfər səs verib. Lakin, əlavə edilmiş siyahıda 317 imza var və onlardan da yalnız 92-si mənzil mülkiyyətçisi, qalan 225 imza isə cəmi 3 nəfər qaraj sahibinə (İslamov Rafiq Yusif oğlu 90 səs, X4 90 səs və X5 45 səs) aiddir. İclaslarda yalnız çoxmənzilli binanın sahə mülkiyyətçiləri iştirak edə bilərdi və onların bu hüququ, yəni yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatla (çıxarışla) təsdiq edilməli idi. Hazırkı iş üzrə 3 nəfər olmaqla səslərin əksəriyyətini təşkil etmiş qaraj sahələrinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınıb-alınmaması məsələsi ümumiyyətlə araşdırılmamışdır. Belə olan halda yetərsay təmin edilməmiş qalır. Digər tərəfdən gündəlikdə duran 2-ci məsələ üzrə qərarda qeyd edilmişdir ki, sakinlərlə müvafiq müqavilələr bağlanmalıdır. Lakin, ödəniş barədə qərar qəbul etmiş cəmi 3 nəfər şəxsin də sahə mülkiyyətçisi olaraq müvafiq müqavilə bağlayıbbağlamaması və ödəniş edib-etməməsi qeyri-müəyyəndir. Belə olan halda iclas və qərar saxta və şübhə doğurur. Çoxmənzilli binanın sahə isə 0,20 yeni manat edir. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarının müəyyənləşdirilməsi barədə qərar qəbul edilmədiyi dövr üçün iddiaçının hansı əsasla pul tələb etməsi aydın deyil, qanuni ümumi yığıncaqda müəyyən edilməmiş 0,30 manatla haqqın hesablanması üçün heç bir hüquqi əsas yoxdur. İddiaçı tələb etdiyi pul vəsaitinin necə formalaşması, hesablanması, hansı dövrü əhatə etməsi barədə şübhədən kənar və ziddiyyətsiz izah verməmiş, tələbini təsdiq edən mötəbər sübut təqdim etməmiş, təqdim edilmiş arayış isə ziddiyyətli olmaqla, ondakı uyğunsuzluqlar aradan qaldırılmamışdır. Vəkillə bağlanmış müqaviləyə gəldikdə isə iddiaçı təşkilatlanmış qurum olmaqla iddiaçı binanın istismarı ilə bağlı bütün işləri aparmaq üçün müvafiq resursa malik olmalı və bunu səmərəli təşkil etməlidir. Bu baxımdan hazırkı iş üzrə vəkil ilə təmsil olunmağa heç bir zərurət yoxdur. Hazırkı iş üzrə hüquqi şəxs olan iddiaçı vəkililə müqavilə bağlamaq məcburiyyətində olmamışdır. İşin mahiyyəti və məzmunu isə iddiaçının fəaliyyət predmeti və mahiyyəti ilə sıx bağlı olan rutin məsələdir. İddiaçı tərəfindən təqdimedilmiş ##.##.2025-ci il tarixli qərarı özüözlüyündə mahiyyəti və prosedurlara riayət edilməsi baxımından şübhəlidir və hər bir halda özündən əvvəlki münasibətlərə şamil edilə bilməz, heç bir hüquqi əhəmiyyəti yoxdur və bina idarəetməsinin sakinlərin maraqları üçün deyil, kənar biznes maraqlar üçün təşkil edildiyini bir daha göstərir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

22. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi.

23. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən kollegiya işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mənzil Məcəlləsi

24. Maddə 29.3. Qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır, kommunal mənzildə otaq mülkiyyətçisi isə əlavə olaraq həmin mənzilin otaq mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır.

25. Maddə 38.1. Çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir.

26. Maddə 38.2. Çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir.

27. Maddə 43.1. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır.

28. Maddə 43.2.4. Çoxmənzilli binanın idarəetmə üsulunu seçmək çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aiddir.

29. Maddə 45.5. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə bu Məcəllə ilə müəyyən edilmiş qaydada qəbul etdiyi qərarların icrası həmin binada bütün sahə mülkiyyətçiləri, o cümlədən, səsvermədə iştirak etməyən mülkiyyətçilər üçün məcburidir.

30. Maddə 119.1. Çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir.

31. Maddə 119.2. Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti qeyri-kommersiya təşkilatı olan hüquqi şəxsdir və onun əsas məqsədi mənfəət götürmək və əldə olunan mənfəəti iştirakçıları arasında bölüşdürmək deyil.

32. Maddə 122.1.3. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin cəmiyyətin qəbul olunmuş illik gəlir və xərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək hüququ vardır.

33. Maddə 122.3. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır.

34. Maddə 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar.

35. Maddə 135.2. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi aşağıdakı andan yaranmış hesab edilir: yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçi üçün - belə müqavilə bağlandığı andan; dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin kirayə müqaviləsi üzrə kirayəçi üçün - belə müqavilə bağlandığı andan; mənzil tikinti kooperativi üzvləri üçün - mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan; yaşayış sahəsinin mülkiyyətçisi üçün yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan .

36. Maddə 136.2. Çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: 136.2.1. çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; 136.2.2. kommunal xidmətlərə görə haqq.

37. Maddə 137.1. Çoxmənzilli binanın idarəetmə müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək ödənilir.

38. Maddə 137.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər.

39. Maddə 137.10. Mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir.

40. Maddə 140.1. Çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

41.Maddə 193.1. Güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələbi və ya hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə verə bilər. Tələblər və hüquqlar yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir. 42.Maddə 193.2. Əvvəlki sahib tələblərə və hüquqlara aid öz sərəncamında olan bütün sənədləri və həmin tələblərdən və hüquqlardan istifadə üçün zəruri olan bütün məlumatı yeni sahibə verməlidir. 43.Maddə 193.3. Əvvəlki sahib tələb əsasında bu hüququn və tələbin güzəşti barədə lazımınca təsdiqlənmiş sənədi də əldə edənə verməlidir. Bu sənədin təsdiqlənməsi üçün zəruri xərclər yeni sahibin üzərinə qoyulur. 44.Maddə 194.1. Tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. 45.Maddə 194.2. Tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. 46.Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 47.Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 48.Maddə 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir.

49. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

50. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

51. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

52. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

53. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

54. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

55. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

56. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

57. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

58. Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

59. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

60. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

61. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

62. Qətnamə qismən – iddianın təmin edilən hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

63. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.

64. Kollegiya hesab edir ki, iddiaçı göstərilən xidmətlərin haqqını tələb etməkdə qismən haqlı olmuşdur.

65. Göründüyü kimi, qanunvericiliyin tələbinə əsasən mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan mənzil-tikinti kooperativi üzvləri yaşayış sahəsinin saxlanması və təmirinə görə, habelə kommunal xidmətlərə görə haqq ödəmək vəzifəsi daşıyırlar.

66. Bakı şəhəri, Yasamal rayonu. Zərdabi küçəsi, 3166-cı məhəllə, ev 92 A, **** saylı mənzil cavabdeh Cavabdeh xüsusi mülkiyyətindədir, onun hüquqları ##.##.2019-cu il tarixdə qeydə alınmışdır. Binanın idarə olunması üçün sakinlər tərəfindən İddiaçı MMMC yaradılmışdır. Ona görə də binanın sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları cəmiyyətə ödəməlidirlər.

67. İddiaçı mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin təsis yığıncağının ## ###### 2025-ci il tarixli Qərarına əsasən Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi pr.92A və 204A ünvanında yerləşən çoxmənzilli binada yerləşən mənzillərin və qeyri-yaşayış sahələrinin idarə edilməsi ilə bağlı çoxmənzilli binanın ümumi əmlakının saxlanması, təmiri və kommunal xidmətlərin göstərilməsi üzrə mənzillərin hər kvadrat metri üçün müəyyən edilmiş 0,30 manat dəyişdirilməməsi qərara alınmışdır.

68. Hazırda cavabdeh həmin qərardan məlumatsız olduğunu, ümumiyyətlə MMMC-nin yaradılması, onunla və daha əvvəlki idarəçi ilə heç bir müqavilə münasibətlərinin olmadığını bildirir.

69. Kollegiya şikayətin bu dəlilinə münasibətdə qeyd edir ki, ümumi yığıncağının keçirilməsi qaydalarının pozulması, qərarların qanunsuz olmasına istinad edilir ki, kollegiya bu dəlilləri əsaslı hesab etmir.

70. Belə ki, hazırkı mübahisənin predmeti xidmət haqqının ödənilməsi ilə bağlıdır, ümumi yığıncağın qərarları, MMMC-nin təşkili prosedurlarının pozulması hazırkı iş üzrə araşdırmanın predmeti ola bilməz və cavabdeh, o cümlədən digər sahə mülkiyyətçilərinin bu qərarları mübahisələndirmək hüququ vardır.

71. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Məhərrəmovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ######## 2020-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq şəkildə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü tələb etmir. Belə ki, Mənzil Məcəlləsinin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Bununla belə çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onu ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi vəzifəsindən azad etmir.

72. Göründüyü kimi, bu hissədə cavabdehin iddiaçı ilə müqavilə münasibətlərinə daxil olmaması onun aylıq ödənişlərdən azad etmir.

73. Mülki Məcəllənin tələbin güzəşti ilə bağlı münasibətləri tənzimləyən normaların məzmununa görə əvvəlki sahib tələblərə və hüquqlara aid öz sərəncamında olan bütün sənədləri və həmin tələblərdən və hüquqlardan istifadə üçün zəruri olan bütün məlumatı yeni sahibə verməlidir (maddə 193.2), tələbi başqa şəxsə güzəşt etmiş kreditor ona tələb hüququnu təsdiqləyən sənədləri təqdim etməyə və tələbin həyata keçirilməsi üçün əhəmiyyət daşıyan məlumatları bildirməyə borcludur (maddə 198.2).

74. Hazırki halda tələbin hansı əsaslarla yaranması təsdiqini tapmır, yəni, tələb hüququnu təsdiqləyən borcun hansı əsaslarla yaranmasını əks etdirməli olan sənəd mövcud deyildir. Buna görə də məhkəmə kollegiyası qeyd edir ki, yalnız tələbin güzəşti barədə müqavilə bu hissədə iddianın təmin edilməsi üçün əsas ola bilməz.

75. Kollegiya bu səbəbdən hesab edir ki, cavabdehdən onun mükiyyətində olan 157.20 kv.m ümumi sahəyə görə 0,30 manatdan ## ###### 2024-cü il tarixdən ## ###### 2025ci il tarixədək kommunal xidmət haqqı tutulmalıdır.

76. Belə olduqda həmin məbləğ 1084,68 manat təşkil edir (157,2 x 0,30 = 47,16 aylıq ödəniş; 47,16 manat x 23 ay = 1084,68 manat).

77. İddia tələbinin domofon video müşahidə sistemi üzrə aylıq xidmət haqqı 2 manat hesablanmaqla 23 ay üzrə 2 manat, cəmi 46 manat məbləğində pul vəsaitinin tutulması barədə hissəsini də kollegiya əsassız hesab edir.

78. Belə ki, bu ödənişin tutulması ilə bağlı ümumi yığıncağın qərarı və tərəflər arasında bağlanmış müqavilə yoxdur. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, adətən domofon video müşahidə xidməti göstərən hüquqi şəxslə mənzil mülkiyyətçisi arasında bu xidmətin göstərilməsi barədə müqavilə bağlanılır və xidmət haqqı hər bir sahə mülkiyyətçisi tərəfindən həmin hüquqi şəxsə ödənilir.

79. Kollegiya qeyd edir ki, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti, adından da göründüyü kimi, bina sakinləri tərəfindən təsis və idarə olunur, yəni belə cəmiyyətin qəbul etdiyi qərar, nə qədər ki, mübahisələndirlməyib, bina sakinlərinin iradəsini ifadə etməklə, icrası məcburidir. Qəbul olunan qərardan narazı qalan sakin (cəmiyyətin üzvü olub-olmamasından asılı olmayaraq) onu məhkəmə qaydasında mübahisələndirə bilər. Həmçinin sakinlər yığılan vəsaitin xərclənməsinin hesabatını da tələb edə bilərlər.

80. Hüquqi yardım göstərilməsi ilə bağlı Kollegiya qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən həmin məbləğin 50 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulması ağlabatandır.

81. İddia ərizəsinin verilməsinə görə cavabdehdən tutulmuş 37,7 manat dövlət rüsumununun əvəzinə gəldikdə isə, kollegiya hesab edir ki, həmin hissədə də qətnamə dəyişdirilməlidir.

82. Göründüyü kimi iddia tələbi hazırda 43 % hissəsində təmin olunduğundan, tutulmuş dövlət rüsumu da iddianın təmin edilən hissəsinə mütənasib olmalıdır.

83. Belə olduqda isə cavabdehdən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 26 manat tutularaq iddiaçıya ödənilməlidir.

84. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

85. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli iş üzrə ## ###### 2025-ci il tarixli qətnaməsi cavabdeh Cavabdeh 1769.76 manat kommunal xidmət haqqı borcu, vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 400 manat və dövlət rüsumu olaraq ödənilmiş 37,7 manat məbləğində pul tutularaq iddiaçı İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə ödənilməsi hissəsində dəyişdirilsin. Cavabdeh Cavabdeh 1084,68 manat kommunal xidmət haqqı, vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 50 manat və dövlət rüsumu olaraq ödənilmiş 26 manat olmaqla, cəmi 1160,68 manat məbləğində pul tutularaq iddiaçı İddiaçı Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar