Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-709/2026 30.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh İB-nə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh İstehsalat Birliyinin verdiyi apellyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları
1. Cavabdeh İstehsalat Birliyi tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ##.##.2018-ci il tarixli ******* saylı, ##.##.2018-ci il tarixli ******* saylı, ##.##.2018-ci il tarixli ******* saylı, ##.##.2018-ci il tarixli ******* saylı, ##.##.2019-cu il tarixli ******* saylı, ##.##.2019-cu il tarixli ******* saylı, ##.##.2019-cu il tarixli ******* saylı, ##.##.2019cu il tarixli ******* saylı, ##.##.2019-cu il tarixli ******* saylı, ##.##.2019-cu il tarixli ******* saylı, ##.##.2019-cu il tarixli ******* saylı, ##.##.2019-cu il tarixli ******* saylı, ##.##.2019-cu il tarixli ******* saylı, ##.##.2019-cu il tarixli ******* saylı, ##.##.2020-ci il tarixli ******* saylı, ##.##.2020ci il tarixli ******* saylı, ##.##.2020-ci il tarixli ******* saylı, ##.##.2020-cu il tarixli ******* saylı, ##.##.2020-ci il tarixli ******* saylı, ##.##.2020-ci il tarixli ******* saylı, ##.##.2021-ci il tarixli ******* saylı, ##.##.2021-ci il tarixli ******* saylı, ##.##.2021-ci il tarixli ******* saylı, ##.##.2021ci il tarixli ******* saylı, ##.##.2021-ci il tarixli ******* saylı, ##.##.2021-ci il tarixli ******* saylı, ##.##.2021-ci il tarixli ******* saylı, ##.##.2021-ci il tarixli ******* saylı, ##.##.2021-ci il tarixli ******* saylı, ##.##.2021-ci il tarixli ******* saylı, ##.##.2021-ci il tarixli ******* saylı, ##.##.2021ci il tarixli ******* saylı, ##.##.2022-ci il tarixli ******* saylı, ##.##.2022-ci il tarixli ******* saylı, ##.##.2022-ci il tarixli ******* saylı, ##.##.2022-ci il tarixli ******* saylı, ##.##.2022-ci il tarixli ******* saylı, ##.##.2022-ci il tarixli ******* saylı aktların surətindən məlum olur ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində qaz sayğacına baxış keçirilmiş və “sayğacdan kənar əlavə xətlə təbii qazdan qeyriqanuni istifadə edir” kimi qeyd edilmişdir.
2. İddiaçı aktlara əsasən hesablanmış borcun qanunsuz olduğunu iddia edərək borcun silinməsini tələb edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı İddiaçı cavabdeh Cavabdeh İB-nə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh İstehsalat Birliyi tərəfindən təbii qazdan istifadəyə görə əsassız hesablanmış 7213,96 (yeddi min iki yüz on üç manat doxsan altı qəpik) manat məbləğində borcun *************** saylı abonent kodundan silinməsinə və pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdiyi xərcin - 300 manat məbləğində pulun Cavabdeh İstehsalat Birliyindən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3 76 ünvanda qeydiyyatda olmaqla yaşayır. İddiaçının ünvan 1ndə fərdi yaşayış evi var və uzun müddətdir ki, həmin evdə yaşayış yoxdur. Həmin ünvanda abonent kodu iddiaçının adınadır. Abonent kodu 100607600400011–dir. Hazırda iddiaçıya məxsus evdə yenidən yaşamaq qərarına gəlmişdir. Ünvanında elektron sayğac quraşdırılıb. Lakin cavabdehin əməkdaşları adına borc olduğunu mənə bildirmiş və təbii qazdan istifadə etməyim üçün iddiaçıya kart təqdim etməmişlər. İddiaçı bunun səbəbini araşdırmaq üçün cavabdeh təşkilata müraciət etmişdir. Müraciəti əsasında iddiaçıya cavabdeh təşkilat tərəfindən müvafiq sənədlər təqdim edildi. İddiaçıya təqdim edilmiş sənədlərə əsasən, barəsində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ##.##.2018-ci il tarixli ******* saylı, ##.##.2018-ci il tarixli ******* saylı, ##.##.2018-ci il tarixli ******* saylı, ##.##.2018-ci il tarixli ******* saylı, ##.##.2019-cu il tarixli ******* saylı, ##.##.2019cu il tarixli ******* saylı, ##.##.2019- cu il tarixli ******* saylı, ##.##.2019-cu il tarixli ******* saylı, ##.##.2019-cu il tarixli ******* saylı, ##.##.2019-cu il tarixli ******* saylı, ##.##.2019-cu il tarixli ******* saylı, ##.##.2019-cu il tarixli ******* saylı, ##.##.2019-cu il tarixli ******* saylı, ##.##.2019cu il tarixli ******* saylı, ##.##.2020-ci il tarixli ******* saylı, ##.##.2020-ci il tarixli ******* saylı, ##.##.2020-ci il tarixli ******* saylı, ##.##.2020-cu il tarixli ******* saylı, ##.##.2020-ci il tarixli ******* saylı, ##.##.2020-ci il tarixli ******* saylı, ##.##.2021-ci il tarixli ******* saylı, ##.##.2021ci il tarixli ******* saylı, ##.##.2021-ci il tarixli ******* saylı, ##.##.2021-ci il tarixli ******* saylı, ##.##.2021-ci il tarixli ******* saylı, ##.##.2021-ci il tarixli ******* saylı, ##.##.2021-ci il tarixli ******* saylı, ##.##.2021-ci il tarixli ******* saylı, ##.##.2021-ci il tarixli ******* saylı, ##.##.2021ci il tarixli ******* saylı, ##.##.2021-ci il tarixli ******* saylı, ##.##.2021-ci il tarixli ******* saylı, ##.##.2022-ci il tarixli ******* saylı, ##.##.2022-ci il tarixli ******* saylı, ##.##.2022-ci il tarixli ******* saylı, ##.##.2022-ci il tarixli ******* saylı, ##.##.2022-ci il tarixli ******* saylı, ##.##.2022ci il tarixli ******* saylı aktlar tərtib edilmişdir. Bundan başqa, abonentin saldosundan aydın olur ki: 2018-ci aprel ayında – 108 manat 2018-ci ilin avqust ayında – 216 manat 2020-ci ilin dekabr ayında – 208,80 manat borc hesablanmışdır. Həmin aktlara əsasən, guya mənzildə təbii qazdan sayğacsız istifadə aşkarlanmışdır. Həmin aktlar əsasında, dəymiş ziyanın hesablanması göstərilmişdir. Lakin həmin aktlarla iddiaçı razı deyildir. Çünki həmin aktlar tamamilə əsassızdır. Belə ki, cavabdeh əgər 2018-ci ildən təbii qazdan sayğacsız istifadə halını aşkar etmişdirsə, bəs niyə görə bu qanunsuzluğun qarşısını almaq üçün təbii qazın verilməsini dayandırmırdı. Çünki, “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2011-ci il tarixli Qərarının 6.5-ci bəndinə görə, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Göründüyü kimi, qanunvericilik imperativ qaydada qazpaylayıcısının üzərinə qazın verilməsini dayandırılması vəzifəsi qoymuşdur. 2018-ci ildə tərtib edilmiş aktlarda təbii qazdan qeyriqanuni istifadə edilməsi göstərilsə də, pozuntunun konkret nədən ibarət olması qeyd edilməmişdir. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Həmin aktlar tərtib edilərkən hər hansı bir müdaxilənin olub-olmaması müəyyən edilməmiş və hal şahidlərinin iştirakı təmin edilməmişdir. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar və itirilmiş təbii qazın dəyərinin hesablanması barədə sənəd borc məbləğinin yaranması üçün əsaslı hesab edilə bilməz. Əvvəla, bu aktlar məhz sayğacsız qeyri-qanuni təbii qazdan istifadə edilməyini bilavasitə təsdiq etmir. Çünki, bu aktlar yalnız cavabeh tərəfin maraqlı şəxsləri tərəfindən tərtib edilmişdir. İtirilmiş təbii qazın dəyəri hesablanarkən hər hansı bir normativ hüquqi akta, hansısa qaydalara da istinad edilməmişdir. Bu cür hesablama üsulu ilə, ümumiyyətlə hansısa şəxsin cavabdehə hansısa miqdarda maddi ziyan vurmasını müəyyən etmək mümkünsüzdür. Bundan başqa tərtib edilmiş aktlarda Məmmədov Azərin aktlara imza çəkməkdən imtina etməsi göstərilmişdir. Tərtib edilmiş aktların bir nüsxəsi iddiaçıya təqdim edilməmişdir. Tərtib edilmiş əsassız aktlar ucbatından 7213,96 manat borc yazılmışdır.
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə, cavabdeh Cavabdeh İstehsalat Birliyi tərəfindən iddiaçı İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu: 100607600400011) hesablanmış 7213.96 manat məbləğində borcu silməyin cavabdeh Cavabdeh İB-yə həvalə edilməsi, hüquqi yardıma görə ödənilmiş 300 manatın cavabdehdən tutularaq, iddiaçı İddiaçı ödənilməsi, cavabdeh Cavabdeh İB-dən 92 manat dövlət rüsumunun tutularaq, dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, mülki-prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, “xxxx” ASC tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ##.##.2018-ci il tarixli ******* saylı, ##.##.2018-ci il tarixli ******* saylı, ##.##.2018-ci il tarixli ******* saylı, ##.##.2018-ci il tarixli ******* saylı, ##.##.2019-cu il tarixli ******* saylı, ##.##.2019-cu il tarixli ******* saylı, ##.##.2019-cu il tarixli ******* saylı, ##.##.2019cu il tarixli ******* saylı, ##.##.2019-cu il tarixli ******* saylı, ##.##.2019-cu il tarixli ******* saylı, ##.##.2019-cu il tarixli ******* saylı, ##.##.2019-cu il tarixli ******* saylı, ##.##.2019-cu il tarixli ******* saylı, ##.##.2019-cu il tarixli ******* saylı, ##.##.2020-ci il tarixli ******* saylı, ##.##.2020ci il tarixli ******* saylı, ##.##.2020-ci il tarixli ******* saylı, ##.##.2020-cu il tarixli ******* saylı, ##.##.2020-ci il tarixli ******* saylı, ##.##.2020-ci il tarixli ******* saylı, ##.##.2021-ci il tarixli ******* saylı, ##.##.2021-ci il tarixli ******* saylı, ##.##.2021-ci il tarixli ******* saylı, ##.##.2021ci il tarixli ******* saylı, ##.##.2021-ci il tarixli ******* saylı, ##.##.2021-ci il tarixli ******* saylı, ##.##.2021-ci il tarixli ******* saylı, ##.##.2021-ci il tarixli ******* saylı, ##.##.2021-ci il tarixli ******* saylı, ##.##.2021-ci il tarixli ******* saylı, ##.##.2021-ci il tarixli ******* saylı, ##.##.2021ci il tarixli ******* saylı, ##.##.2022-ci il tarixli ******* saylı, ##.##.2022-ci il tarixli ******* saylı, ##.##.2022-ci il tarixli ******* saylı, ##.##.2022-ci il tarixli ******* saylı, ##.##.2022-ci il tarixli ******* saylı, ##.##.2022-ci il tarixli ******* saylı aktların surətində “mənzildə kənar xəttdən istifadə edildiyi müəyyən edildi” kimi qeyd edilsə də, cavabdeh iddiaçı tərəfindən kənar elektrik xəttindən istifadə ilə bağlı, həmçinin iddiaçının yaşadığı evinə dair hesablanmış 7213.96 manat məbləğində borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir.
7. Həmçinin abonentin saldosundan (Hesab nömrəsi: 100607600400011) görünür ki, 2018ci ilin aprel ayında 108 manat, 2018-ci ilin avqust ayında 216 manat və 2020-ci ilin dekabr ayında 208.80 manat borc yazılmışdır.
8. Eyni zamanda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin */*** saylı ## ######## 2025-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata ayrıca təqdim edilmiş iddiaçı İddiaçı Ağaməmməd qızına məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində quraşdırılmış elektrik sayğacı üzərində (gövdəsində, bağlanc vintlərində halhazırda və əvvəllər) hər hansı kənar müdaxilə nəticəsində yarana bilən zədə, iz və əlavə xətt aşkar edilməmişdir.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18-ci; «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 3, 18-ci maddəsinin 1ci bəndi, 26-cı; “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.8-ci; Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2011-ci il tarixli ** saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 4.2, 4.6-4.9-cu; Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 282.1 və 282.2-ci; “Dövlət rüsumu haqqında” qanunun 9.1.5 və 9.4-cü və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1, 77.1, 89.1, 119.1, 124.4, 115.0.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh Cavabdeh İB apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsinə və apellyasiya şikayətinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmiş, prosessuаl hüquq normаsının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə mübahisələndirilən qətnamənin ləğv edilməsinə əsasdır. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarındaolan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktı aşkar olunmuş, aşkar olunmuş fakt yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktla rəsmiləşdirilmişdir (iş materiallarında vardır). Daha sonra həmin Akt əsasında “Dəymiş ziyanın bərpasına dair” Tələbnamə təsdiq edilmişdir (iş materiallarında vardır). Həmin Tələbnaməyə əsasən itirilmiş (qeydə alınmayan) təbii qazın həçminin miqdarı ölçülmüş və bu əsasla da dəymiş ziyanın məbləği hesablanmışdır. Göründüyü kimi iddiaçı İddiaçı qanunazidd, təqsirli hərəkətlər etməklə, yəni təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etməklə Cavabdeh İB-nə böyük məbləğdə ziyan vurmuşdur. Belə olan halda birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək, səhv nəticəyə gələrək, qismən əsassız qətnamə qəbul etmişdir. Halbuki, iş materiallarına tərəflərindən əlavə edilmiş sübutlar iddia tələbinin rədd edilməsinə əsas verdiyi halda, 1-ci instansiya məhkəməsi əsassız yerə iddia tələbini təmin etmişdir. Bildirir ki, 1-ci instansiya məhkəməsi sübutlara faktların müəyyən edilməsi, mötəbərliyi baxımından obyektiv, qərəzsiz, hərtərəfli araşdırılmasını və sonra hüquq normalarına müvafiq olaraq düzgün qiymətləndirilməsini təmin etməmişdir. Belə olmasaydı 1ci instansiya məhkəməsi iddia tələbinin rədd ediməsini qət edərdi. Məhkəmə Kollegiyasının diqqətinə çatdırır ki, iddiaçı İddiaçı aid olan 100607600400011 abonent koduna hesablanaraq vurulmuş məbləğ onun tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
13. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası iddiaçı və cavabdehin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
14. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
15. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu
Maddə 13, hissə 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazpaylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6- cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Maddə 13. 9-cu bənd. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2011-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz (## #### 2023-cü il tarixli *** nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə dəyişikliyə kimi olan redaksiya) . 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. 6.1.4. qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə Qaz paylayıcısı bu Qaydaların 3.1.4-cü yarımbəndinin tələblərinə əməl etməklə aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər. 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir (## #### 2023-cü il tarixli *** nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə dəyişikliyə kimi olan redaksiya).
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
20. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli, iddia tələbi 2506.8 manat borcun silinməsi hissəsində təmin edilməməlidir.
22. Belə ki, iddiaçı tələbində cavabdeh tərəfindən iddiaçıya məxsus abonent hesabına (hesab nömrəsi: 100607600400011) hesablanmış 7213,96 manat borcun silinməsini xahiş etmişdir. Tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 3 76 ünvanda qeydiyyatda olmaqla yaşayır. İddiaçının ünvan 1ndə fərdi yaşayış evi var və borcun yazıldığı həmin evdə uzun müddətdir ki yaşayış yoxdur. Cavabdeh əgər 2018-ci ildən təbii qazdan sayğacsız istifadə halını aşkar etmişdirsə, bu qanunsuzluğun qarşısını almaq üçün təbii qazın verilməsini dayandırmamış, həmin aktlar tərtib edilərkən hal şahidlərinin iştirakı təmin edilməmiş, Məmmədov Azərin aktlara imza çəkməkdən imtina etməsi göstərilmiş, tərtib edilmiş aktların bir nüsxəsi iddiaçıya təqdim edilməmişdir.
23. Cavabdeh İstehsalat Birliyi tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ##.##.2018-ci il tarixli ******* saylı, ##.##.2018-ci il tarixli ******* saylı, ##.##.2018-ci il tarixli ******* saylı, ##.##.2018-ci il tarixli ******* saylı, ##.##.2019-cu il tarixli ******* saylı, ##.##.2019-cu il tarixli ******* saylı, ##.##.2019-cu il tarixli ******* saylı, ##.##.2019cu il tarixli ******* saylı, ##.##.2019-cu il tarixli ******* saylı, ##.##.2019-cu il tarixli ******* saylı, ##.##.2019-cu il tarixli ******* saylı, ##.##.2019-cu il tarixli ******* saylı, ##.##.2019-cu il tarixli ******* saylı, ##.##.2019-cu il tarixli ******* saylı, ##.##.2020-ci il tarixli ******* saylı, ##.##.2020ci il tarixli ******* saylı, ##.##.2020-ci il tarixli ******* saylı, ##.##.2020-cu il tarixli ******* saylı, ##.##.2020-ci il tarixli ******* saylı, ##.##.2020-ci il tarixli ******* saylı, ##.##.2021-ci il tarixli ******* saylı, ##.##.2021-ci il tarixli ******* saylı, ##.##.2021-ci il tarixli ******* saylı, ##.##.2021ci il tarixli ******* saylı, ##.##.2021-ci il tarixli ******* saylı, ##.##.2021-ci il tarixli ******* saylı, ##.##.2021-ci il tarixli ******* saylı, ##.##.2021-ci il tarixli ******* saylı, ##.##.2021-ci il tarixli ******* saylı, ##.##.2021-ci il tarixli ******* saylı, ##.##.2021-ci il tarixli ******* saylı, ##.##.2021ci il tarixli ******* saylı, ##.##.2022-ci il tarixli ******* saylı, ##.##.2022-ci il tarixli ******* saylı, ##.##.2022-ci il tarixli ******* saylı, ##.##.2022-ci il tarixli ******* saylı, ##.##.2022-ci il tarixli ******* saylı, ##.##.2022-ci il tarixli ******* saylı aktların surətindən məlum olur ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində qaz sayğacına baxış keçirilmiş və “sayğacdan kənar əlavə xətlə təbii qazdan qeyriqanuni istifadə edir” kimi qeyd edilmişdir.
24. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin */*** saylı ## ######## 2025-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir.
25. Kollegiya qeyd edir ki, ekspert rəyi də digər sübutlarla yanaşı qiymətləndirilir.
26. Belə ki, saldodan ödənişlərin edilmədiyi müəyyən olunur. Bununla əlaqədar əldə edilmiş Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi Bakı Filialının 3-15-2-1/2-1568/2026 nörməli, ## ##### 2026-cı il tarixli mütəxəssis rəyinə əsasən abonentin qazdan qanunsuz istifadə halı təsdiq edilərsə, sayğacdan kənar qoşulma halında və işin hallarına uyğun 2019, 2020, 2021, 2022-ci illər (illərin müvafiq ayları) üzrə qaz paylayıcısına dəymiş zərərin məbləği 2506,80 manat müəyyən edilə bilər.
27. Kollegiya mütəxəssis rəyinin tərtibi zamanı qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümünün, əvvəlki dövrün orta gündəlik qaz sərfinin və abonentin istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətlərinin və qaz sayğacının markasının nəzərə alınmağını qeyd edərək hesab edir ki, Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi Bakı Filialının 3-15-2-1/2- 1568/2026 nörməli, ## ##### 2026-cı il tarixli mütəxəssis rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. 28.Belə olan halda kollegiya hesb edir ki, 2506,80 manat məbləğində borcun silinməsi hissəsində iddia tələbi əsassızdır.
29. Cavabdeh tərəfindən tərtib edilmiş ##.##.2022-ci il tarixli ******* saylı, ##.##.2022-ci il tarixli ******* saylı aktlara münasibətdə kollegiya qeyd edir ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa ## ###### 2022-ci il tarixli ***-VIQD nömrəli qanuna əsasən əlavə edilmiş (2022-ci il ###ın #-dən qüvvəyə minmiş) *-* nömrəli maddənin tələbində qeyd edilir ki, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
30. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz .
31. Məhkəmə kollegiyası qeyd edir ki, istehlakçının qazın talanmasında, habelə sayğaca müdaxilə etməsində təqsirli olması müvafiq orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Cavabdeh Cavabdeh İstehsalat Birliyinin istinad etdiyi ##.##.2022-ci il tarixli ******* saylı, ##.##.2022-ci il tarixli ******* saylı aktlar üzrə göstərilən sübutlar məhkəməyə təqdim edilməmişdir.
32. Qeyd edilənlərə əsasən kollegiya iddia tələbini qismən əsaslı hesab edərək qeyd edir ki, ümumilikdə silinməsi tələb edilən 7213,96 manat borcdan 2506,80 manat çıxılaraq yerdə qalan 4707,16 manat borcun silinməsi hissəsində iddia əsaslıdır.
33. Beləliklə, kollegiya qeyd edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi 2506,80 manat borcun silinməsi hissəsində maddi hüquq normasının pozulması və işin bütün hallarının araşdırılmaması ilə qəbul edildiyindən ləğv edilməli, həmin hissədə iddia təmin edilməməli, apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumununun məbləği apellyatorun özünə aid edilməlidir.
34. MPM-in 402-ci maddəsinin tələblərinə əsasən kollegiya qeyd edir ki, mübahisələndirilən hissədə iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən şikayət verilə bilməz.
35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
Qət etdi: Cavabdeh Cavabdeh İstehsalat Birliyinin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi qismən ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. 2506,80 manat borcun silinməsi hissəsində iddia tələbi təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Məhəmməd Rüstəmli Nigar Nəbizadə