Azәrbaycan Respublikası adından Qərardad Bakı şәhәri İş № 2(3-6)-727/2026 05.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlәr Eyvazov Rafael Əmir oğlu (sәdrlik edәn vә mәruzәçi), X2 vә X4 ibarәt tәrkibdә, Cәfәrli Pәri Ilham qızının katibliyi, Cavabdeh Cavabdeh iştirakı ilә, Iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı “pulun tutulması” tәlәbinә dair kiçik iddialara dair işlәr üzrә Bakı şәhәri Xәtai Rayon Mәhkәmәsinin e-*(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qәtnamәsindәn cavabdeh tәrәfindәn verilmiş apellyasiya şikayәtinә açıq mәhkәmә iclasında baxaraq, MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı MMC (bundan sonra, iddiaçı) cavabdeh Cavabdeh (bundan sonra, cavabdeh) qarşı “pulun tutulması” tәlәbinә dair iddia ilә mәhkәmәyә müraciәt edәrәk, cavabdehdәn ## ####### 2017-ci tarixli, VSBK***** nömrәli müqavilә üzrә 1920,59 manat qalıq borcun, 129,02 manat cәrimә borcunun, cәmi 2049,61 manat mәblәğindә pulun vә iddia әrizәsinin verilmәsi üçün ödәnilmiş 40.49 manat dövlәt rüsumunun iddiaçının xeyrinә tutulması barәdә qәtnamә çıxarılmasını xahiş etmişdir. Iddia onunla әsaslandırılmışdır ki, satıcı “xxxx” MMC ilә alıcı Cavabdeh arasında bağlanmış ## ####### 2017-ci tarixli, VSBK***** nömrәli nisyә alğı-satqı müqavilәsinә әsasәn, cavabdehә 2099 manat dәyәrindә soyuducu (satış müqavilәsinә * saylı Əlavәdә Tәhvil-tәslim aktında göstәrilәn) nisyә satılmışdır. Lakin, cavabdeh müqavilәyә vә tәrәflәr arasında tәrtib edilmiş “ödәniş qrafik”nin şәrtlәrinә әmәl etmәmiş, pulun qaytarılmasına dair öhdәliyi vaxtında vә lazımi qaydada icra etmәmişdir. Müqavilәnin 6.1-ci bәndi vә 6.1.1-ci yarımbәndinә әsasәn, cavabdeh müqavilә üzrә üzәrinә götürdüyü borc öhdәliklәrini yerinә yetirmәdiyi (lazımınca yerinә yetirmәdiyi) tәqdirdә, kreditor nisyә mala görә hesablanmış borcu vә dәbbә pulunu dәrhal tәlәb etmәk hüququna malikdir. Cavabdehin iddiaçı qarşısında ## ####### 2017-ci tarixli, VSBK***** saylı müqavilә üzrә qalıq borcu 1920,59 manat tәşkil edir. Müqavilәnin 5.6-cı bәndinә әsasәn, borcun ödәnişi gecikdirildikdә, hәr gecikdirilmiş gün üçün gecikdirilmiş borc mәblәğinin 0,3%-i hәcmindә cәrimә (dәbbә pulu) ödәmәyi cavabdeh öhdәsinә götürmüşdür. Borclu kreditor qarşısında müqavilә üzrә cәrimә borcu 12902,40 manat tәşkil edir. Hazırda cavabdehә qarşı güzәşt siyasәti tәtbiq edildiyi üçün hesablanmış cәrimә mәblәğinin yalnız 1%-ni ödәmәyi borcludan tәlәb edir. Belә olan halda, hesablanmış cәrimә mәblәğinin 1%-i 129,02 manat tәşkil edir. Faktor İddiaçı MMC ilә müştәri “xxxx” MMC arasında bağlanmış ## ######## 2022-ci il tarixli, ** nömrәli Faktorinq müqavilәsinә әsasәn, “xxxx” MMC ilә borclu Cavabdeh arasında bağlanmış ## ####### 2017-ci tarixli, VSBK***** nömrәli nisyә alğı-satqı müqavilәsindәn irәli gәlәn pul tәlәbini İddiaçı MMC-yә güzәşt etmişdir. “xxxx” MMC tәrәfindәn borclu Cavabdeh ## ####### 2017-ci il tarixli, VSBK***** nömrәli nisyә alğı-satqı müqavilәsindәn irәli gәlәn pul tәlәbinin İddiaçı MMC-yә güzәşt edilmәsi barәdә bildiriş verilmişdir. Bakı şәhәri Xәtai Rayon Mәhkәmәsinin e-*(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qәtnamәsi ilә (hakim Aygün Hәsәnova) iddia qismәn tәmin edilmiş, cavabdeh Cavabdeh ## ####### 2017-ci tarixli, VSBK***** nömrәli nisyә alğı-satqı müqavilәsinә әsasәn ödәnilmәmiş 1920,59 (bir min doqquz yüz iyirmi manat әlli doqquz qәpik) manat әsas borc, 30 (otuz) manat cәrimә borcu olmaqla, cәmi 1950,59 (bir min doqquz yüz әlli manat әlli doqquz qәpik) manat pul vәsaitinin vә dövlәt rüsumuna görә ödәnilmiş 40,49 (qırx manat qırx doqquz qәpik) manat alınaraq iddiaçı İddiaçı MMC-yә ödәnilmәsi, iddia tәlәbinin qalan hissәdә rәdd olunması qәrara alınmışdır. Cavabdeh qeyd edilәn qәtnamәdәn apellyasiya şikayәti verәrәk, qәtnamәnin lәğv olunmasını, iddianın tәmin olunmaması barәdә yeni qәtnamәnin çıxarılmasını xahiş etmiş, şikayәtin dәlillәrindә hazırki iddia tәlәbinә sadәlәşdirilmiş icraat qaydasında baxıldığını, cavabdehә bu barәdә hәr hansı mәlumatın verilmәdiyi, nәticәdә onun iş üzrә hәr hansı sübut tәqdim etmәk, araşdırmada iştirak etmәk imkanlarının olmadığı, işin faktiki hallarından isә onun tәrәfindәn deyil, onun keçmiş tanışı X1 digәr şәxslәrlә birgә cavabehә mәxsus sәnәdlәri saxtalaşıdıraraq, dәlәduzluq cinayәti törәtdiyi, bununla bağlı qanuni qüvvәsini almış mәhkәmә qәrarının olduğu, hәmin şәxslәr tәrәfindәn saxta sәnәdlәr tәqdim olunaraq cavabdehin adına әsassız borc mәblәğlәrinin yaradıldığı, cavabdehin faktiki olaraq iddiaçı qarşısında hәr hansı borc öhdәliyinin olmaması vә s. göstәrilmişdir. Bakı Apellyasiya Mәhkәmәsinin Mülki Kollegiyasının *(*-*)-***/**** nömrәli, ## ###### 2026-cı il tarixli qәrardadı ilә şikayәtә apellyasiya qaydasında baxılması mümkün hesab olunaraq, ona yazılı icraat qaydasında ## #### 2026-cı il tarixdә baxılması qәrara alınmışdır. Daha sonra, Bakı Apellyasiya Mәhkәmәsinin Mülki Kollegiyasının *(*-*)-***/**** nömrәli, ## #### 2026-cı il tarixli qәrardadı ilә şikayәtә tәrәflәr dәvәt edilmәklә (şifahi icraat qaydasında) mәhkәmә iclasında baxılması qәrara alınmışdır. Mәhkәmә iclasında iştirak edәn cavabdeh apellyasiya şikayәtini müdafiә edәrәk, şikayәtdә göstәrilәnlәrә uyğun izahat vermiş, әlavә olaraq bildirmişdir ki, onun adına Kontakt Home mağazasında iki әdәd әşya - Bosch vә Samsung markalı soyuducular alınmış, hazırkı mübahisә Bosch markalı soyuducu ilә bağlı olmuş, onun adına saxta sәnәd hazırlayan şәxslәr barәsindә cinayәt işi açılmış, hәmin şәxslәr cinayәt mәsuliyyәtinә cәlb olunmuş, onlar barәsindә Bakı şәhәri Xәtai Rayon Mәhkәmәsinin ##.##.2021-ci il tarixli, *(***)-***/**** saylı hökmü çıxarılaraq onlar mәhkum edilmiş, elәcә dә iddiaçı tәrәfindәn hәmin mәhsulların alınması barәdә eyni vaxtlarda mәhkәmәyә müraciәt olunmuş vә hәr iki iddia tәmin olunmamış, hәmin qәrarlar qanuni qüvvәsini almışdır. Iddiaçı yenidәn eyni tәlәblә mәhkәmәyә müraciәt etmiş, birinci instansiya mәhkәmәsi isә bu hala diqqәt yetirmәmiş, pul vәsaitinin tutulması barәdә qәtnamә çıxarmışdır. Qeyd olunanlara әsasәn, apellyasiya şikayәtinin tәmin olunmasını xahiş edir. Işә baxılması ilә bağlı mәhkәmә iclasının yeri vә vaxtı barәdә iddiaçı tәrәfә rәsmi qaydada mәlumat verilmiş, lakin nümayәndәsi mәhkәmә iclasına gәlmәmişdir. Bu sәbәbdәn dә, mәhkәmә kollegiyası, Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin (bundan sonra, MPM) 376.2-ci maddәsinә әsasәn, işә iddiaçının nümayәndәsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mәhkәmә kollegiyası izahatı dinlәyib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayәti qismәn tәmin olunmalı, birinci instansiya mәhkәmәsinin qәtnamәsi lәğv olunmalı, iş üzrә icraata xitam verilmәlidir. Belә ki, Azәrbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 60-cı maddәsinin İ vә II hissәlәrinә әsasәn, hәr kәsin hüquq vә azadlıqlarının inzibati qaydada vә mәhkәmәdә müdafiәsinә tәminat verilir. Hәr kәsin hüququ var ki, onun işinә qәrәzsiz yanaşılsın vә hәmin işә inzibati icraat vә mәhkәmә prosesindә ağlabatan müddәtdә baxılsın. Konstitusiyanın müddәalarına uyğun olaraq mülki prosessual qanunvericilikdә hәr bir maraqlı şәxsin pozulmuş hüquqlarının vә qanuni mәnafelәrinin müdafiәsi üçün mәhkәmәyә müraciәt edә bilmәsi tәsbit olunmuşdur. Belә ki, MPM-in 4.1-ci maddәsinә әsasәn bütün fiziki vә hüquqi şәxslәr özlәrinin qanunla qorunan hüquq vә azadlıqlarını, elәcә dә maraqlarını qorumaq vә tәmin etmәk mәqsәdilә qanunla müәyyәn edilmiş qaydada mәhkәmә müdafiәsindәn istifadә etmәk hüququna malikdirlәr. «Insan hüquqlarının vә X7 haqqında» Avropa Konvensiyasının 6-cı maddәsinin birinci bәndinә görә hәr kәs onun mülki hüquq vә vәzifәlәri müәyyәn edilәrkәn vә ya ona qarşı hәr hansı cinayәt ittihamı irәli sürülәrkәn qanun әsasında yaradılmış müstәqil vә qәrәzsiz mәhkәmә vasitәsilә, ağlabatan müddәtdә işin әdalәtli vә açıq araşdırılması hüququna malikdir. Qeyd edilmәlidir ki, mәhkәmәyә müraciәt etmәk hüququ ilk növbәdә iddianın qaldırılması ilә hәyata keçirilir. Hüquq subyektlәrinin hәll edilmәsi üçün mәhkәmәyә müraciәt etdiklәri mübahisәlәrin dairәsi kifayәt qәdәr genişdir. Iddialar bir-birindәn maraqlı şәxslәrin – proses tәrәflәrinin adları ilә, iddiaçının müdafiәsini xahiş etdiyi subyektiv maddi hüquqlarla, mәhkәmә müdafiәsi üçün müraciәt etmәyin әsası olmuş hallarla fәrqlәnirlәr. Qüvvәdә olan prosessual qanunvericilikdә iddianı fәrdilәşdirәn iki elementә rast gәlmәk olar: iddianın predmeti vә onun әsası (mәsәlәn, MPM-in 53, 153-cü maddәlәri). Bu elementlәr nәinki iddianı, hәmçinin iş üzrә prosesin özünü konkretlәşdirmәyә, onun hәcmini, xarakterini, mәhkәmәnin fәaliyyәtinin istiqamәtini vә xüsusiyyәtlәrini müәyyәn etmәyә imkan verir. Prosesdә iddianın predmeti dedikdә, iddiaçının, barәsindә qәrar qәbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. Iddianın predmetinә qanunla qorunan maraqları, o cümlәdәn bütövlükdә hüquq münasibәtlәrini aid etmәk olar. Iddianın predmeti ilә iddianın obyekti fәrqlәndirilmәlidir. Iddianın obyekti - iddiaçının әldә etmәyә çalışdığı maddi nemәtdir: pul mәblәği, qeyri-yaşayış sahәsi, sair konkret әmlak. Iddianın obyekti iddianın predmetinә daxildir vә müstәqil әhәmiyyәt kәsb etmir. Iddia tәlәbinin artırılması vә ya azaldılması mәsәlәsi qaldırıldığı zaman bütövlükdә iddianın predmeti deyil, yalnız maddi obyektin hәcmi dәyişdirilir. Apellyasiya baxışı zamanı müәyyәn olunmuşdur ki, qüvvәdә olan Bakı şәhәri Xәtai Rayon Mәhkәmәsinin e-*(***)-****/**** saylı, ##.##.2020-ci il tarixli qәtnamәsindәn görünür ki, iddiaçı “xxxx” MMC-nin cavabdeh Cavabdeh qarşı “cavabdehdәn ##.##.2017-ci il tarixli VSBK***** nömrәli nisyә satış müqavilәsi üzrә satılmış Bosch markalı soyuducuya görә ödәnilmәmiş 1920,59 manat әsas borcun vә 300 manat cәrimә borcu olmaqla, cәmi 2220,59 manat borcun, hәmçinin ödәnilmiş 30,40 manat dövlәt rüsumunun tutulması” tәlәbinә dair iddiası tәmin olunmamışdır (Sorğuya cavab olaraq qeyd edilәn qәtnamәnin ##.##.2020-ci il tarixdә qanuni qüvvәsini alması göstәrilmişdir). Bununla yanaşı, Bakı şәhәri Xәtai Rayon Mәhkәmәsinin e-*(***)-****/**** saylı, ##.##.2020-ci il tarixli qәrardadı ilә hәmin iş üzrә dәlәduzluq (Azәrbaycan Respublikası CMnin 178-ci maddәsindә nәzәrdә tutulan) vә rәsmi sәnәdlәrin saxtalaşdırılması (Azәrbaycan Respublikası CM-nin 320-ci maddәsindә nәzәrdә tutulan) cinayәt әmәllәrinin әlamәtlәrinin aşkara çıxarılması barәdә Bakı şәhәri Xәtai rayon prokuroruna xәbәr verilmәsi qәrara alınmışdır. Bunun davamı olaraq Bakı şәhәri Xәtai Rayon Mәhkәmәsinin ##.##.2021-ci il tarixli, *(***)-***/**** saylı hökmünә әsasәn, X8 qabaqcadan әlbir olan bir qrup şәxs halında etibardan sui-istifadә etmә vә aldatma yolu ilә özgәnin әmlakını әlә keçirmәk üçün tanışı Cavabdeh adına olan hüquq verәn rәsmi sәnәd olan AZE ******** nömrәli şәxsiyyәt vәsiqәsini alaraq niyyәtlәrini ona bildirmәdәn özünә mәxsus 3x4 ölçüdә olan fotoşәkili kompüter texnikasından istifadә etmәklә standart kompüter kağızında rәngli printerlә eyni ölçüdә çıxarıb kәsәrәk vәsiqәnin üz qatının plyonkasını aralayıb fotoşәkilin üzәrinә yapışdırdıqdan sonra vәsiqәnin üz qatının plyokasını yenidәn üzәrinә çәkmiş, üzәrindәki fotoşәkil özünә, anket mәlumatları isә Cavabdeh aid olan, hüquq verәn rәsmi sәnәd olan şәxsiyyәt vәsiqәsini istifadә etmәk mәqsәdilә saxtalaşdıraraq qanunsuz hazırlayıb ## ####### 2017-ci il tarixdә saat 14 radәlәrindә ünvan 1 ünvanında yerlәşәn «xxxx» MMC-nin әmәkdaşına tәqdim edәrәk, 2199 manat dәyәrindә bir әdәd «BOSCH» markalı soyuducunu kreditә götürәrәk hәmin saxta sәnәddәn istifadә etmәklә dәlәduzluq etmişdir. Göründüyü kimi, hazırkı mübahisәyә dair eyni tәrәflәr arasında, eyni predmet üzrә vә eyni әsaslara qanuni qüvvәyә minmiş mәhkәmә qәrarı vardır. Bununla yanaşı, hazırki iş üzrә iddiaçının İddiaçı MMC olması da vәziyyәti dәyişdirmir. Çünki, sonuncu tәlәbin ona mәhz “xxxx” MMC tәrәfindәn güzәşt olunması (varislik) әsası ilә iddia vermişdir. Belә ki, Mülki Mәcәllәnin 194.1-ci maddәsinin tәlәbinә görә, tәlәb sahibi (kreditor) borclunun razılığı olmadan tәlәbi üçüncü şәxsә güzәşt edә bilәr (tәlәbin güzәşti), bu şәrtlә ki, hәmin güzәşt öhdәliyin mahiyyәtinә, onun borclu ilә razılaşmasına vә ya qanunvericiliyә zidd olmasın. Güzәştin yolverilmәzliyi barәdә borclu ilә razılaşma yalnız borclunun üzrlü mәnafeyi olduqda mümkündür. Mülki Mәcәllәnin 196.1-ci maddәsinә әsasәn görә, әgәr bu Mәcәllәdә vә ya müqavilәdә ayrı qayda nәzәrdә tutulmayıbsa, ilkin kreditorun tәlәbi yeni kreditora hüququn keçdiyi mәqamda mövcud olmuş hәcmdә vә şәrtlәrlә keçir. Xüsusilә, öhdәliyin icrasını tәmin edәn hüquqlar, habelә tәlәblә bağlı olan digәr hüquqlar, o cümlәdәn ödәnilmәmiş faizlәrә hüquq yeni kreditora keçir. MPM-in 233.3-ci maddәsinә әsasәn qәtnamә qanuni qüvvәyә mindikdәn sonra tәrәflәr vә işdә iştirak edәn digәr şәxslәr, habelә onların hüquq varislәri mәhkәmәdә eyni iddia tәlәblәrini, eyni әsas üzrә yenidәn irәli sürә bilmәzlәr, habelә mәhkәmә tәrәfindәn müәyyәn edilmiş faktlara vә hüquq münasibәtlәrinә qarşı başqa prosesdә mübahisә edә bilmәzlәr. Göründüyü kimi, qanuni qüvvәyә minmiş mәhkәmә qәtnamәsi ilә eyni predmet, eyni әsaslar vә eyni hüquqi münasibәt üzrә iddia rәdd edildikdәn sonra, iddiaçının hәmin tәlәbi başqa şәxsә güzәşt etmәsi (sessiya) hәmin tәlәbin hüquqi mahiyyәtini dәyişdirmir. Tәlәb hüququnu әldә edәn yeni kreditor әvvәlki kreditorun hüquqi vәziyyәtinә daxil olur vә tәlәb hüququnu onun malik olduğu hәddә vә hәmin hüquqi nәticәlәrlә birlikdә әldә edir. Buna görә dә, әvvәlki iş üzrә qanuni qüvvәli mәhkәmә aktının tәkzibolunmazlığı vә preyudisial tәsiri yeni kreditor üçün dә mәcburidir. Bu halda yeni kreditorun irәli sürdüyü iddia әvvәlki işdә hәll olunmuş mübahisәnin tәkrar qaldırılmasından ibarәt olduğuna görә, mәhkәmә işә mahiyyәti üzrә baxmamalı, icraata xitam vermәli idi. Belә ki, MPM-nin 261.0.2-ci maddәsinә әsasәn eyni tәrәflәr arasında, eyni predmet barәsindә vә eyni әsaslar üzrә mәhkәmәnin qanuni qüvvәyә minmiş qәtnamәsi vә ya iddiaçının iddiadan imtina etmәsi vә ya tәrәflәrin barışıq sazişinin tәsdiq olunması ilә әlaqәdar iş üzrә icraata xitam edilmәsi haqqında mәhkәmәnin qәrardadı olarsa iş üzrә icraata xitam verilir. Qanuni qüvvәdә olan mәhkәmә qәrarının preyudisiallığı, yәni mәhkәmә aktının qanuni qüvvәsinin tәkzibedilmәzliyi, müstәsnalığı vә mәcburiliyi kimi keyfiyyәt göstәricilәrinin nәticәsidir. Çünki, preyudisiya institutu mәhkәmә aktlarına yenidәn baxılmasının qarşısının alınmasına, mәhkәmә tәcrübәsindә eyniliyin, sabitliyin vә hüquqi müәyyәnliyin tәmin edilmәsinә yönәlmişdir. Konstitusiya Mәhkәmәsinin Plenumu әvvәlki qәrarlarında formalaşdırdığı hüquqi mövqeyini tәsdiqlәyәrәk qeyd edir ki, qanuni qüvvәyә minmiş mәhkәmә aktı özündә mübahisәlәndirilәn maddi hüququn, yaxud belә hüquqa әsaslanan faktın mövcud olubolmamasını qәti surәtdә müәyyәnlәşdirir vә sәlahiyyәtli şәxsin tәlәbi ilә hәr hansı qeyd-şәrt qoyulmadan onların hәyata keçirilmәsini ehtiva edir. Mәhz bu baxımdan prosessual qanunvericilikdә nәzәrdә tutulmuş bütün müdafiә vasitәlәri istifadә edildikdәn sonra qanuni qüvvәyә minmiş mәhkәmә aktı tәkzibolunmazlıq, müstәsnalıq vә mәcburilik kimi hüquqi xüsusiyyәtlәrә malikdir (Konstitusiya Mәhkәmәsi Plenumunun C.Ismayılzadәnin şikayәti üzrә 2014-cü il # #### tarixli Qәrarı). Hüquqi müәyyәnlik prinsipi baxımından eyni predmet üzrә qanuni qüvvәyә minmiş fәrqli mәhkәmә qәrarlarının olması nәticәdә mәhkәmә aktlarının icrası prosesini mümkünsüz vә sәmәrәsiz edir (Konstitusiya Mәhkәmәsi Plenumunun “xxxx” Qapalı Sәhmdar Cәmiyyәtinin şikayәti üzrә 2020-ci il ## ###### tarixli Qәrarı). Birinci instansiya mәhkәmәsinin qeyd edilәn prosessual maneәyә baxmayaraq (MPMin 284-4-cü maddәsinә әsasәn әrizәnin qәbulundan ümumiyyәtlә imtina olunmalı idi) iddiaya mahiyyәti üzrә baxaraq onu tәmin etmәsi mülki prosessual hüququn hüquqi müәyyәnlik, res judicata vә mәhkәmә qәrarlarının sabitliyi prinsiplәrini pozur. Tәlәb hüququnun güzәşti qanuni qüvvәyә minmiş qәtnamәnin nәticәlәrini aradan qaldırmır vә tәrәflәrә eyni mübahisәni formal subyekt dәyişikliyi yolu ilә yenidәn mübahisәlәndirmәk imkanı vermir. Buna görә dә, sonradan qәbul edilmiş qәtnamә prosessual hüquq normalarının kobud pozuntusu ilә çıxarıldığından lәğv edilmәli, iş üzrә icraata xitam verilmәlidir. Hәtta yuxarıda qeyd edilәnlәr nәzәrә alınmasa belә (mәhkәmәnin qeyd edilәn halların mövcudluğunu ilkin sәnәdlәrdәn görmәmәsi halında belә), iddiaçının istinad etdiyi müqavilә üzrә tәlәb hüququnun uzun müddәt әvvәl yaranması (tәqribәn 6 il әvvәl), buna dair cavabdehin iddia müddәtinin tәtbiqi barәdә әrizә tәqdim etmәk hüququnun olması, ümumiyyәtlә kiçik mәblәğlә bağlı ödәnişin uzun müddәt әrzindә hәyata keçirilmәmәsi vә bu müddәt әrzindә müvafiq tәlәbin irәli sürülmәmәsi vә s. bu kimi halların araşdırılması zәrurәti iddiaya şifahi icraat qaydasında baxılmasını ehtiva etmişdir. Qeyd edilmәlidir ki, sadәlәşdirilmiş icraatın tәtbiqinin müsbәt әhәmiyyәti nәzәrә alınsa belә, bu tәrәflәrin çәkişmә vә dinlәnilmә hüquqlarını mәhdudlaşdırmamalıdır. Iş materiallarından mübahisәnin faktiki vә ya hüquqi baxımdan mürәkkәb olduğu, iddia müddәtinin tәtbiqi, sübutların qiymәtlәndirilmәsi, tәrәflәrin izahatlarının dinlәnilmәsi vә ya әlavә sübutların araşdırılması zәrurәti yarandığı hallarda mәhkәmә şifahi mәhkәmә baxışına keçmәlidir. Belә yanaşma prosessual sürәt ilә әdalәtli mәhkәmә araşdırması arasında tarazlığı tәmin edir vә MPM-in әsas prinsiplәrinә, elәcә dә Insan Hüquqları vә X7 haqqında Konvensiyanın 6-cı maddәsindә nәzәrdә tutulan әdalәtli mәhkәmә araşdırması hüququna uyğun hesab olunur. Belәliklә, mәhkәmә kollegiyası, hesab edir ki, iddiaçı eyni tәlәblә tәkrar mәhkәmәyә müraciәt etmәkdә haqlı olmamış, birinci instansiya mәhkәmәsi isә yuxarıda göstәrilәn halları nәzәrә almamış, prosessual hüquq normalarının tәlәblәrini kobud surәtdә pozmuş, әsassız olaraq hәmin tәlәbә mahiyyәti üzrә baxmışdır. MPM-in 385.1 vә 385.1.1-ci maddәlәrinә әsasәn, maddi hüquq normalarının vә ya prosessual huquq normalarının pozulması vә ya düzgün tәtbiq edilmәmәsi mәhkәmә qәtnamәsinin apellyasiya qaydasında lәğv edilmәsi üçün әsasdır. MPM-in 384.0.5-ci maddәsinә әsasәn, apellyasiya instansiyası mәhkәmәsi birinci instansiya mәhkәmәsinin qәtnamә vә ya qәrardadını qismәn lәğv edә, qәtnamә vә ya qәrardadı tamamilә, yaxud qismәn lәğv edib, bu Mәcәllәnin 259.0.1-259.0.5-ci vә 259.0.8—259.0.12-ci maddәlәrinә müvafiq olaraq iddianı tamamilә, yaxud qismәn baxılmamış saxlaya, qәtnamә vә ya qәrardadı tamamilә, yaxud qismәn lәğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Belәliklә, mәhkәmә kollegiyası, hesab edir ki, apellyasiya şikayәti qismәn tәmin olunaraq, birinci instansiya mәhkәmәsinin qәtnamәsi lәğv olunmalı, mülki işin icraatına xitam verilmәlidir. Şәrh olunanlara әsasәn vә MPM-in 261, 263-264, 357-358, 391, 405.0.2-ci maddәlәrini rәhbәr tutaraq mәhkәmә kollegiyası QƏRARA ALDI: Iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı “borc” tәlәbi barәdә kiçik iddialara dair işlәr üzrә Bakı şәhәri Xәtai Rayon Mәhkәmәsinin e-*(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qәtnamәsindәn cavabdeh tәrәfin apellyasiya şikayәti qismәn tәmin olunsun. Qәrardaddan, onun işdә iştirak edәn şәxslәrә rәsmi qaydada verildiyi gündәn 10 (on) gün müddәtindә Bakı Apellyasiya Mәhkәmәsi vasitәsi ilә Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin Mülki Kollegiyasına kassasiya şikayәti verilә bilәr.
Məhkəmə qərarları › İş №2(3-6)-727/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-727/2026
05.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver