Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-741/2026 28.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı(üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 cəlb edilməklə) cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı mülki iş (Açar sözlər: «torpaq sahəsinin və üzərindəki fərdi yaşyış evinin vicdanlı üçüncü şəxsin əldə etməsi səbəbindən geri qaytarılmasının mümkün olmamasına görə əldə edilən vəsaitin kompensasiya(restitusiya) olaraq mülkiyyətçi və fərdi yaşayış evini inşa etmiş şəxs(lər) arasında dəyərinə mütənasib, həm prosessual qənaət prinsipinə, həm də ədalət mühakiməsinin məqsədlərinə uyğun olaraq bölünməsi mümkün və zəruri idi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı İddiaçı, nümayəndəsi və vəkili vəkil2, Cavabdeh cavabdeh1, onun və digər cavabdeh cavabdeh2 nümayəndəsi və vəkili vəkil3, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 nümayəndəsi və vəkili vəkil1 iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı və cavabdehlər cavabdeh1 və cavabdeh2 birgə verdiyi apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları:
1. Birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: Bakı şəhəri Əzizbəyov rayon X5 İcraiyyə Komitəsinin 1990-cı il tarixli, **/**** №-li qərarına əsasən Binə qəsəbəsi, Zevin küçəsi, ** №-li evin ** №-li mənzilində yaşayan, *** №-li məktəbdə müəllimə işləyən, ailə tərkibi 1 nəfərdən ibarət, mənzil növbəsinə durmayan, lakin ev şəraitini yaxşılaşdırmaq üçün bütün əsasları olan İddiaçı Binə qəsəbəsi №-li sahədə fərdi ev tikmək üçün 700 kv.m torpaq sahəsinin ayrılması, ümumi sahəsi 97.8 kv.m, yaşayış sahəsi 54.7 kv.m olan təsdiq edilmiş 185-000-IIIc seriyalı layihə əsasında hündürlüyü 2.2 m kürsülü evin tikintisinin aparılması qərara alınmışdır.
2. Əzizbəyov rayon XDS İK-nın **/*** saylı ##.##.1990-cı il tarixli qərarı ilə Binə qəsəbəsində vətəndaş İddiaçı ayrılmış torpaq sahəsinin yerləşmə sxemindən görünür ki, İddiaçı mövcud torpaq sahəsinin ümumi ölçüsü faktiki olaraq 600 kv.m təşkil edir (koordinatları: X 422912.14 Y 4478843.03).
3. İddiaçı Xəzər Rayon İcra Hakimiyyətinə ünvanlandığı ##.##.2023-cü il tarixli ərizədə göstərib ki, mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ünvanında yerləşən, sahəsi 350 m2, hündürlüyü 5.6 m, mərtəbəliliyi 2 olan fərdi yaşayış evini inşa etdiyini bildirərək, nəzərə alınmasını xahiş edib.
4. ##.##.2023-cü il tarixli “Memarlıq və planlaşdırma həlli”ndən görünür ki, İddiaçı sifarişi əsasında Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ünvanında yerləşən İddiaçı məxsus fərdi yaşayış evinin mövcud vəziyyətə layihəsi “Max Consulting” tərəfindən hazırlanaraq təsdiq edilmişdir.
5. ##.##.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 11 ev 8 ünvanında yerləşən ümum sahəsi 300.1 kv.m. fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına dövlət qeydiyyatına alınmışdır.
6. ##.##.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 11 ev 8 ünvanında yerləşən ölçüsü 0.0242 ha olan torpaq sahəsi İddiaçı adına dövlət qeydiyyatına alınmışdır.
7. ##.##.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 11 ev 8 ünvanında yerləşən ümumi sahəsi 300.10 kv.m fərdi yaşayış evi və 0.0358 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına dövlət qeydiyyatına alınmışdır.
8. İddiaçı tərəfindən ##.##.2024-cü il tarixdə 1 il 6 ay müddətinə (##.##.2026-cı il tarixədək) ünvan 9 ünvanında yerləşən 0.0242 ha torpaq sahəsi üzərindəki hüquqları (torpaq sahəsi üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka qoymağı, adından sənədləri toplamağı, təqdim etməyi və sair) cavabdeh1 etibar etmişdir.
9. İddiaçı tərəfindən ##.##.2024-cü il tarixdə 1 il 6 ay müddətinə (##.##.2026-cı il tarixədək) ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evi və həmin ünvanda xüsusi mülkiyyətdə olan 0.0358 ha torpaq sahəsi üzərindəki hüquqları (torpaq sahəsi üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka qoymağı, adından sənədləri toplamağı, təqdim etməyi və sair) cavabdeh1 etibar etmişdir.
10. ##.##.2024-cü il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nə əsasən hədiyyə verən İddiaçı ünvan 11 ev 8 ünvanında yerləşən 0.0242 ha torpaq sahəsini tam hissədə cavabdeh2 (hədiyyə alan) mülkiyyətinə vermişdir. Müqaviləni hədiyyə verən İddiaçı adından etibarnamə üzrə nümayəndəsi (cavabdeh) cavabdeh1 imzalamışdır.
11. ##.##.2024-cü il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nə əsasən hədiyyə verən İddiaçı ünvan 11 ev 8 ünvanında yerləşən, ümumi sahəsi 300.1 kv/m olan fərdi yaşayış evini və 0.0358 ha olan torpaq sahəsini tam hissədə cavabdeh2 (hədiyyə alan) mülkiyyətinə verir. Müqaviləni hədiyyə verən İddiaçı adından etibarnamə üzrə nümayəndəsi (cavabdeh) cavabdeh1 imzalamışdır.
12. ##.##.2025-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən satıcı cavabdeh2 ##.##.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən tam mülkiyyət üzrə ona məxsus olan ünvan 11 8A ünvanında yerləşən ümumi sahəsi 0.0242 ha olan torpaq sahəsini tam hissədə alıcı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 satır, alıcı isə həmin daşınmaz əmlaka görə 20000 (iyirmi min) manat məbləğində pulu satıcıya verir. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş ##.##.2025-ci il tarixli arayışa əsasən müqavilə bağlanandək həmin torpaq sahəsi həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağa qoyulmamışdır. Alqı-satqı üzrə daşınmaz əmlaka görə satıcıdan cəmi 145.20 AZN sadələşdirilmiş vergi məbləği tutulmuşdur.
13. ##.##.2025-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə əsasən satıcı cavabdeh2 ##.##.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən tam mülkiyyət üzrə ona məxsus olan ünvan 11 8 ünvanında yerləşən ümumi sahəsi 300.1 kv.m olan fərdi yaşayış evini və ümumi sahəsi 0.0358 ha olan torpaq sahəsini tam hissədə alıcı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 satır, alıcı isə həmin daşınmaz əmlaka görə 130.000 (bir yüz otuz min) manat (evə görə 100.000 manat, torpağa görə 30.000 manat) məbləğində pulu satıcıya verir. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş ##.##.2025-ci il tarixli arayışa əsasən müqavilə bağlanandək həmin fərdi yaşayış evi və torpaq sahəsi həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağa qoyulmamışdır. Alqı-satqı üzrə daşınmaz əmlaka görə satıcıdan cəmi 5076.60 AZN (evə görə 4861.80 AZN, torpağa görə 214.80 AZN) sadələşdirilmiş vergi məbləği tutulmuşdur.
14. ##.##.2025-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, yeni qaydalarla ünvan 11 ev 8B ünvanında yerləşən ümumi sahəsi 300.10 kv.m fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 adına dövlət qeydiyyatına alınmışdır.
15. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi İdarəsinin ##.##.2025-ci il tarixli, *-**-*-**/*-*****/**** nömrəli məktubunda göstərilib ki, ünvan 11 ev 8 ünvanı ##.##.2025-ci il tarixdə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 adına qeydiyyatdan keçmişdir və hazırda onun mülkiyyətindədir.
16. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin **(***)-**/**** saylı ##.##.2025-ci il tarixli qərardadına əsasən ##.##.2024-cü il tarixində verilmiş, ************ reyestr nömrəli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 11 ev 8 ünvanında yerləşən ümumi sahəsi 0.0242 ha olan torpaq sahəsi və ##.##.2024-cü il tarixdə verilmiş, 003013059428-***** reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 11 ev 8 ünvanında yerləşən ümumi sahəsi 300.10 kv.m olan fərdi yaşayış evinin həmin fərdi yaşayış evinin yerləşdiyi 0.0358 ha torpaq sahəsinin özgənikiləşdirilməsinin cavabdeh1, cavabdeh2 və digər şəxslərə qadağan edilməsi qərara alınmışdır.
17. Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin ##.##.2025-ci il tarixli “icraata başlamaq haqqında” qərarına əsasən icra məmuru X6 tərəfindən ##.##.2025-ci il tarixində Xəzər Rayon Məhkəməsinin **(***)-**/****-*** nömrəli, ##.##.2025-ci il tarixli icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır.
18. Binə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ##.##.2025-ci il tarixli,**** nömrəli arayışında göstərilib cavabdeh2 ünvan 19 ünvanında evin alqı-satqı dövrünə qədər qeydiyyatsız yaşamışdır.
19. ##.##.2020-ci il tarixli, **-**** nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi”nə əsasən “Azəriqaz” İB ilə istehlakçı cavabdeh2 arasında bağlanmış Xəzər rayonu, Binə qəsəbəsində istehlakçı kimi cavabdeh2 həmin müqaviləni imzalamışdır.
20. ##.##.2021-ci il tarixli abonent saldosundan çıxarışda göstərilib abonent cavabdeh2 adına 100317700700190 abonent kodu olan sayğac Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, * №-li sahə, ev 7, mənzil 19 ünvanında quraşdırılmışdır (iş v. 68).
21. ##.##.2025-ci il tarixli abonent kartından çıxarışda göstərilib ki, su xidmətləri ilə əlaqədar olaraq cavabdeh2 ilə ##.##.2020-ci il tarixdə müqavilə bağlanmış, həmin müqaviləyə əsasən ünvan 20 ünvanına müqavilə üzrə müvafiq xidmətlər göstərilmişdir.
22. “xxxx” ASC-nin abunə haqqında çıxarışında göstərilib ki, abonent cavabdeh2 abonent kodu 030501300050062 olmaqla, müvafiq sayğac quraşdırılan ünvan Xəzər rayonu, Binə qəsəbəsi, Təzə sahə, ev (bina) 0005, Mənzil 0062-dir.
23. Bakı şəhəri *** saylı Mənzil Kommunal İstismar sahəsinin ##.##.2025-ci il tarixli ** nömrəli arayışında göstərilib ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi, ev 4 mənzil 8 ünvanında qeydiyyatdadır.
24. Bakı şəhəri *** saylı Mənzil Kommunal İstismar sahəsinin ##.##.2025-ci il tarixli ** nömrəli arayışında göstərilib ki, cavabdeh1 arvadı cavabdeh2 ilə birgə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi, ev 4 mənzil 8 ünvanında qeydiyyatdadır.
Birinci instansiya məhkəməsində icraat:
25. İddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı daşınmaz əmlakın bağışlanması müqaviləsinin, həmin bağışlama müqaviləsi əsasında aparılmış alqı-satqının etibarsız hesab edilməsi və çıxarışın ləğvi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 300.10 kvm olan fərdi yaşayış evinin və 0.0358 ha torpaq sahəsinin bağışlanmasına dair ##.##.2024-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin və ünvan 2 ünvanında yerləşən 0.0242 ha torpaq sahəsinin bağışlanmasına dair ##.##.2024-cü il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, həmin bağışlanma müqavilələri əsasında aparılmış alqı-satqının etibarsız hesab edilməsi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş ##.##.2024-cü il tarixli ********** qeydiyyat nömrəli Çıxarışın və ##.##.2024-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğvi barədə qətnamə çıxarılmasını xahiş etmişdir
26. İddiada göstərilib ki, cavabdehlərdən X1 iddiaçının qardaşı, cavabdeh2 Cümşud qızı isə onun (qardaşının) arvadıdır. Əzizbəyov rayon X5 İcraiyyə Komitəsinin "Vətəndaşlara fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında” ## ####### 1990-cı il tarixli qərarı ilə iddiaçı İddiaçı fərdi ev tikmək uçun Binə qəsəbəsində 700 kv.m torpaq sahəsi ayrılmış, ümumi sahəsi 97.8 kv.m yaşayış sahəsi 54.7 kv.m olan təsdiq edilmiş 185-000-IIIc seriyalı layihə əsasında hündürlüyü 2.2 m kürsülü evin tikintisinin aparılması qərara alınmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən ünvan 11 ev 8 ünvanında yerləşən ümumi sahəsi 300.10 kv.m olan fərdi yaşayış evi və 0.0358 ha. torpaq sahəsi və ##.##.2024-cü il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən ünvan 8 ünvanında yerləşən 0.0242 ha torpaq sahəsi iddiaçı İddiaçı adına qeydiyyata alınmışdır və onun mülkiyyətindədir. Bəzi kommunal xidmətlər üzrə ödənişlərin, o cümlədən su, işıq, qaz, internet və sair xidmətlər üzrə ödənişlərin həyata keçirilməsi ilə bağlı hər dəfə problemlər yarananda həmin məsələləri həll etməkdən ötrü cavabdeh (qardaşı) cavabdeh1 həmişə iddiaçı İddiaçı müraciət edirmiş, iddiaçı da xəstə, həm də qadın olduğuna görə hər dəfə həmin problemləri həll edərkən çox yorulduğuna görə onları cavabdeh cavabdeh1 daha operativ həll edə biləcəyini zənn edərək bunu ona bildirdikdə, o, notariat kontoruna gedərək bununla bağlı ona etibarnamə verməyi məsləhət görmüşdür. Bu məqsədlə onlar ##.##.2024-cü il tarixdə birlikdə Bakı şəhəri ** saylı notariat ofisinə getmiş, orada bir qədər gözlədikdən sonra iddiaçı müvafiq sənədləri imzalamağa dəvət edilmiş və iddiaçı heç nədən şübhələnmədən həmin sənədləri imzalamışdır. İddiaçı həmin vaxt eynəyini götürmədiyi üçün imzaladığı sənədləri oxuya bilməmiş, lakin notariat ofisinin xüsusi notariusuna etibarnaməni nə məqsədlə verdiyini qabaqcadan bildirdiyinə görə iddiaçının ağlına başqa şey gəlməmiş, o, etibarnamənin bir surətini qardaşından (cavabdehdən) istədikdə isə o, daha sonra etibarnamənin surətini verəcəyini deyərək onu sakitləşdirmişdir. Sonradan iddiaçıya məlum olmuşdur ki, qardaşı - cavabdeh cavabdeh1 bir bacı olaraq onun sadəliyindən və xoş niyyətindən sui-istifadə edərək ona pis niyyət nümayiş etdirərək iddiaçının arzuladığı məzmunda deyil, tamam başqa məzmunda etibarnamə imzalatmışdır. İddiaçının qardaşı - cavabdeh cavabdeh1 ssenarisi ilə: iddiaçı ## ######## 2024-cü il tarixdə Bakı şəhəri ** saylı notariat ofisində elektron qaydada rəsmiləşdirilmiş etibarnamələr ilə Dövlət Reyestrindən Çıxarış əsasında iddiaçıya məxsus olan həm Bak şəhəri ünvan 17 ünvanında yerləşən fərdi yaşayış evi və həmin ünvanda xüsusi mülkiyyətdə olan 0.0358 ha torpaq sahəsinin üzərində, həm də Bak şəhəri ünvan 18 ünvanında yerləşən 0.0242 ha torpaq sahəsi üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, üzərində məhdudiyyətin olmaması barədə forma 1 arayış almağı, qeydiyyatda olanlar barədə forma 2 arayışı almağı, iddiaçının adından sənədləri toplamağı, təqdim etməyi, almağı, onun adından ərizə verməyi alqı-satqı müqaviləsi bağlamağı, alqı-satqı üzrə iddiaçıya çatası pulu almağı, iddiaçının adından imza etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi cavabdeh cavabdeh1 etibar etmişdir. Qardaşı - cavabdeh cavabdeh1 ## ######## 2024-cü il tarixdə Bakı şəhəri ** saylı notariat ofisində elektron qaydada rəsmiləşdirilmiş etibarnamə əsasında iddiaçıya qarşı pis niyyətini həyata keçirərək iddiaçının əmlaklarını öz adına keçirib, sonra öz arvadı cavabdeh cavabdeh2 bağışlamış, o, da öz adına çıxarış əldə etdikdən sonra həmin əmlakları özgənikiləşdirmişdir. Belə ki, ##.##.2024-cü il tarixli daşınmaz əmlakın bağışlama müqavilələrinə əsasən cavabdeh1 (İddiaçı əvəzinə) həm ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 300.10 kv.m olan fərdi yaşayış evi və 0.0358 ha torpaq sahəsini, həm də ünvan 6 ünvanında yerləşən 0.0242 ha torpaq sahəsini arvadı (cavabdeh) cavabdeh2 bağışlamışdır. Bir daha qeyd edir ki, o, (yəni iddiaçı) qardaşı (cavabdeh) cavabdeh1 həmin məqsədlər üçün etibarnamə verməmiş, niyyəti yalnız onun tərəfindən bəzi kommunal xidmətlər üzrə ödənişlərin, o cümlədən su, işıq, qaz, internet və sair xidmətlər üzrə ödənişlərin həyata keçirilməsi ilə bağlı olmuşdur. Cavabdehlə notariat kontorunda olarkən aldadılmış və arzu etdiyi əqdi deyil, iradəsinin ifadəsini əks etdirməyən əqd bağlamışdır. Cavabdehlər pis niyyətlə onunla razılığa gəlmiş və nəticədə iddiaçı üçün son dərəcə əlverişsiz şərtlərlə sözügedən əqdi bağlamağa məcbur olmuşdur. Cavabdehin ona qarşı pis niyyətini həyata keçirməsindən xəbər tutan kimi ## ####### 2024-cü il tarixdə o, Bakı şəhəri ** saylı notariat ofisinə müraciət etmiş, orada ## ######## 2024-cü il tarixli etibarnamələrə xitam verilmişdir. Cavabdehin onun iradəsinin ziddinə bağladığı həmin əqdlər iddiaçı İddiaçı son dərəcə əlverişsiz vəziyyətə saldığına görə etibarsız hesab edilməlidir.
27. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025 ci il tarixli qətnaməsi ilə (hakim Natiq Əsgərov) iddia tələbinin qismən təmin edilərək ünvan 11 * nömrəli ünvanda yerləşən 0,0242 ha torpaq sahəsinə dair İddiaçı ilə cavabdeh2 arasında bağlanılmış və * saylı Bakı “ASAN xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusu X3 tərəfindən təsdiq edilmiş ## ####### 2024-cü il tarixli, 4Ə-**** reyestr nömrəli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi” etibarsız (əhəmiyyətsiz) hesab edilməsi, ünvan 11 ev 8 ünvanında yerləşən 300.1 kv.m. fərdi yaşayış evi və 0,0358 ha torpaq sahəsinə dair İddiaçı ilə cavabdeh2 arasında bağlanılmış və * saylı Bakı “ASAN xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusu X3 tərəfindən təsdiq edilmiş ## ####### 2024-cü il tarixli, 4Ə-**** reyestr nömrəli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi” etibarsız (əhəmiyyətsiz) hesab edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, daşınmaz əmlakın bağışlanması müqavilələri etibarsız olduğundan, restitusiya tətbiq edilməklə daşınmaz əmlakın dəyəri kimi 144.778,2 AZN (bir yüz qırx dörd min yeddi yüz yetmiş səkkiz manat iyirmi qəpik) məbləğində pul vəsaiti cavabdeh cavabdeh2 tutularaq iddiaçı İddiaçı ödənilməsi, iddia ərizəsinin verilməsinə görə ödənilməmiş 100 AZN (bir yüz manat) dövlət rüsumunun məbləği cavabdehlər cavabdeh1 və cavabdeh2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi. qət edilmişdir.
28. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdehlər yaxın qohumdur, belə ki, cavabdehlərdən cavabdeh1 iddiaçının qardaşı, cavabdeh2 Cümşud qızı isə onun (cavabdehin) arvadıdır. (§ 10-12) Onların hər üçü eyni ünvanda (Binə qəsəbəsi, Ə.İsazadə, ev 4, mənzil 8-də) daimi qeydiyyatdadır. (§ 35-36) Mübahisə obyekti olan ünvan 11 ev 8 ünvanında yerləşən torpaq sahəsi iddiaçı İddiaçı Əzizbəyov rayon X5 İcraiyyə Komitəsinin ##.##.1990-cı il tarixli qərarı ilə fərdi ev tikmək uçun ayrılmışdır. (§ 13-14) Həmin torpaq sahəsi üzərində 2 mərtəbəli fərdi yaşayış evi tikilmişdir. (§ 15-16) Mübahisəli daşınmaz əmlak əvvəlcə 300.1 kv.m. fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsi olaraq vahid əmlak kimi (§ 17), daha sonra isə 300.10 kv.m fərdi yaşayış evi ilə 0.0358 ha torpaq sahəsi bir, 0.0242 ha torpaq sahəsi isə ayrı daşınmaz əmlak kimi iddiaçı İddiaçı adına ayrı-ayrılıqda dövlət qeydiyyatına alınmış və müvafiq olaraq dövlət reyestrindən çıxarışlar verilmişdır. (§ 18-19) Hər iki daşınmaz əmlaka dair ##.##.2024-cü il tarixində iddiaçı tərəfindən cavabdeh X1 onları özgəninkiləşdirmək hüququnu da ehtiva edən iki ayrı etibarnamə verilmişdir. (§ 20-21) Cavabdeh cavabdeh1 ##.##.2024-cü il tarixində həmin etibarnamələr əsasında iddiaçı İddiaçı adından çıxış edərək daşınmaz əmlakın bağışlanması müqavilələri bağlayaraq hər iki daşınmaz əmlakı digər cavabdeh (arvadı) cavabdeh2 bağışlamaqla onun mülkiyyətinə vermişdir. (§ 22-23) Bundan sonra cavabdeh cavabdeh2 da öz növbəsində ##.##.2025-ci il tarixində daşınmaz əmlakın alqı-satqı müqavilələri bağlayaraq hər iki daşınmaz əmlakı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 satmaqla onun mülkiyyətinə vermişdir. (§ 24-25) Həmin daşınmaz əmlak ##.##.2025-cü il tarixində xüsusi mülkiyyət hüququ ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 adına vahid əmlak (ümumi sahəsi 300.10 kv.m fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsi) kimi dövlət qeydiyyatına alınmış və hazırda da onun mülkiyyətindədir. İşin mübahisələndirilən halı ondan ibarətdir ki, iddiaçı ona məxsus daşınmaz əmlaka dair cavabdehə (qardaşına) əmlakın özgəninkiləşdirilməsi hüququ verən etibarnamələri aldadılması nəticəsində verdiyini, əslində məqsədinin sadəcə kommunal xidmətlərə görə xərclərin ödənilməsini nəzərdə tutan etibarnamə vermək olduğunu, yaxşı görmədiyi və eynəyini də götürmədiyi üçün etibarnamələri oxumadığını və notarius tərəfindən də izah olunmadığını, ona görə məzmununu bilmədən etibarnamələri imzaladığını, etibarnamələrin surətinin ona verilmədiyini, aldadıldığını anladıqdan dərhal sonra (etibarnamənin verildiyi günün səhərisi) notariusa gedib etibarnaməni ləğv etmək istədiyini, ancaq notariusun ondan etibarnamənin əslini istədiyi, o isə hüquqlarını bilmədiyi üçün etibarnaməni ləğv etdirə bilmədiyini, daha sonra qardaşının (cavabdehin) ona qarşı pis niyyətini həyata keçirərək həmin etibarnamələr əsasında onun evini və torpağını öz arvadına (digər cavabdehə) bağışladığını və digər cavabdeh də öz adına çıxarış əldə etdikdən sonra həmin əmlakları başqa şəxsə sadığını, nəticədə özünün aldadılaraq arzu etdiyi əqdi deyil, iradəsinin ifadəsini əks etdirməyən başqa əqd bağladığını bildirərək cavabdehin onun iradəsinin ziddinə bağladığı həmin əqdlər nəticədə iddiaçını son dərəcə əlverişsiz vəziyyətə saldığına görə həm bağışlama müqavilələrinin, həm də alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsini və verilmiş Çıxarışların ləğv edilməsini istəyir. Cavabdehlər isə iddiaya qarşı etiraz edərək, torpaq iddiaçıya aid olsa da evi özlərinin tikdiyini, evin onlara məxsus olduğunu, uzun illər orda yaşadıqlarını, kommunal xərcləri və vergiləri ödədiklərini, iddiaçının özünün evi və torpağı satmaq istədiyini, məqsədinin şəhid adından istifadə edib dövlətdən əlavə əmlak almaq olduğunu, iddiaçının özünün də əmlak vasitəçilərinə müraciət etdiyini, internetdə elan verdiyini, evin şəkillərini paylaşdığını, ancaq həmin vaxt ərzində evə bir çox alıcı baxmağa gəlsə də, evin çıxarışı olmadığına görə heç kəsin evi almaq istəmədiyini, ona görə iddiaçının öz adına çıxarış aldığını, etibarnaməni də cavabdehə məhz evi və torpaqları satmaq üçün verdiyini, etibarnamə verərkən iddiaçının ona bu işlə məşğul olmağa vaxtı olmadığı üçün sənədləşmə işləri etməyi cavabdehdən istədiyini, iddiaçının notariusa gedəndə də nə üçün getdiyini bildiyini, etibarnaməni oxuyaraq imzaladığını, evi və torpağı satmaq üçün elan verildiyini, iddiaçının özünün evin onun adından tez vaxtda çıxarılmasını istədiyini, ancaq satışın uzun sürdüyü və cavabdehin də etibarnamə ilə öz adına keçirə bilməsi mümkün olmadığı üçün sonradan onun adından satmaq məqsədilə əmlakı əvvəlcə arvadına (digər cavabdehə) bağışladığını, sonra da onun adından satıldığını, alıcını əvvəldən tanımadığını, evin təxminən 145-150 min manata satıldığını, satışdan əldə edilmiş puldan isə iddiaçıya heç bir məbləğ verilmədiyini, ev və torpağın cavabdeh cavabdeh2 bağışlandıqdan sonra onun xüsusi mülkiyyətinə keçdiyini, evi onun satdığını, ona görə pulun da iddiaçıya deyil, Sevilə çatmalı olduğunu, bütün notariat hərəkətlərinin qanunauyğun şəkildə həyata keçirildiyini, ona görə iddia tələbi əsassız olduğundan təmin edilməməli olduğunu bildirirlər. Məhkəmə qeyd edir ki, məhkəmə icraatında olan hər bir idda tələbi üzrə ilk növbədə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdehlər tərəfindən həmin hüququn pozulub-pozulmaması araşdırılmalıdır. Belə ki, “Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının ## ### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ## #### 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmənin ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı” olmasını bildirib, subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz.” İş materiallarından göründüyü kimi, etibarsız sayılması istənilən bağışlama və alqı-satqı müqavilələrin və ləğv olunması istənilən Çıxarış(lar)ın aid olduğu daşınmaz əmlak (ünvan 11 ev 8 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsi) iddiaçı İddiaçı adına dövlət qeydiyyatına alınmaqla xüsusi mülkiyyət hüququ ilə ona məxsus olmuşdur. İddiaçı hər nə qədər mübahisələndirilən alqı-satqı müqavilələrinin tərəfi olmasa da, həmin alqı-satqı müqavilələrinin tərəfi olan cavabdehə mübahisələndirilən daşınmaz əmlak etibarnamə ilə onun adından bağışlanmışdır. Mülki Məcəlləyə əsasən, bir şəxsin (təmsilçinin) etibarnaməyə əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bğladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. (MM mad. 359.1.) Hazırda iddianın predmeti həm də iddiaçının mülkiyyət hüququnun müdafiəsi ilə bağlı olduğundan və mübahisələndirilən həm bağışlama, həm də alqı-satqı müqavilələri və eləcə də Çıxarış bu hüququn realizəsinə mane olmaqla onun qanuni mənafeyinə toxunduğundan məhkəmə hesab edir ki, öz qanuni maraqlarını müdafiə etmək üçün iddiaçının hazırki tələblərlə məhkəməyə müraciət etməyə subyektiv hüququ vardır. Hazırda tərəflər arasında mübahisə üç tələblə bağlıdır: birincisi, daşınmaz əmlakın bağışlanması müqavilələrinin etibarsızlığı; ikincisi, daşınmaz əmlakın alqı-satqı müqavilələrinin etibarsızlığı; üçüncüsü, daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt sayılan dövlət reyestrindən çıxarışın ləğv edilməsi. Mülki Məcəllənin mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarını müəyyən edən 14-cü maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr digər əsaslarla yanaşı, müqavilələr və başqa əqdlərdən, habelə qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsindən əmələ gəlir. Ona görə birinci və ikinci tələbə müqavilə öhdəliklərindən əmələ gələn hüquq münasibətlərini tənzimləyən normalar, üçüncü tələbə isə əşya hüquq münasibətlərini tənzimləyən normalar çərçivəsində hüquqi qiymət verilməlidir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, hər nə qədər iddia ərizəsinin xahiş (tələb) hissəsində etibarnamələrin etibarsızlığı tələbi qeyd olunmasa da, mübahisələndirilən bağışlama müqavilələrinin etibarnamə əsasında bağlandığını nəzərə alaraq, habelə iddiaçı həm iddia ərizəsinin əsaslandırıcı hissəsində, həm də izahatlarında etibarnamələri aldadılma nəticəsində verdiyini və həmin etibarnamələr əsasında bağışlama müqavilələri bağlanıldığını iddia etdiyi üçün məhkəmə əvvəlcə həmin etibarnamələrin hüquqi qüvvəsinə qiymət verilməsini zəruri hesab edir. iddiada etibarnamələrin etibarsız sayılması barədə müstəqil tələbin irəli sürülməməsinə baxmayaraq, bağışlama müqavilələri məhz həmin sənədlər əsasında bağlanmışdır. İddiaçının etibarnamələrin aldadılma nəticəsində verilməsinə dair əsaslandırmasını və bu sənədlərin müqavilələrin hüquqi təməli olduğunu nəzərə alaraq, məhkəmə mübahisənin həlli üçün ilkin şərt kimi həmin etibarnamələrin hüquqi qüvvəsinə qiymət verilməsini zəruri hesab edir. Çünki həm Konstitusiya Məhkəməsinin, həm də Ali Məhkəmənin formalaşdırdığı hüquqi mövqeyə görə, MM-in 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq işin düzgün həlli üçün ilk növbədə tərəflərin istinad etdikləri əqdin mövcud olub-olmaması, əqd bağlandığı halda isə onun etibarlı olub-olmaması məhkəmə tərəfindən mütləq araşdırılmalıdır. Ona görə də əvvəlcə, mübahisələndirilən bağışlama müqavilələrin əsasında duran etibarnamələrin (əqdin) mövcudluq və etibarlılıq şərtlərinə uyğunluq məsələsinə qiymət verilməlidir. Hazırki etibarnamələri yuxarıda qeyd edilən maddi hüquq normaları ilə əlaqəli şəkildə tədqiq etdikdə müəyyən olunur ki, həmin etibarnamələr (əqd) forma və məzmun etibarı ilə qanunvericiliyin tələblərinə uyğun tərtib və təsdiq edilmişdir. Bununla belə, iddiaçı həmin etibarnamələri cavabdeh (qardaşı) tərəfindən aldadılması nəticəsində verdiyini, əqdin onun həqiqi iradəsinə uyğun olmadığını bildirir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1. Aldadan tərəf müqavilənin bağlanması və xüsusilə də müqavilənin bağlanmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; 2. Aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni müəyyən bir müqavilənin bağlanmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formalaşdırılmış olmalıdır; 3. Müqavilə məhz aldatma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanmış olmalıdır. Belə ki, aldatma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı. (“B.Qasımovun şikayəti üzrə” # ###### 2019cu il tarixli Qərar). Yazılı və notariat qaydada bağlanmış əqdlərə münasibətdə prezumpsiya ondan ibarətdir ki, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi məhz əqdin özündə yazılı formada göstərilən qaydada olmuşdur. Məhkəmə qeyd edir ki, yazılı və notariat qaydasında təsdiq edilmiş əqdlərə münasibətdə həqiqilik prezumpsiyası tətbiq olunur. Bu prinsipə əsasən, əqd tərəflərin iradə ifadəsinin dürüst əksini tapdığı rəsmi sənəd hesab edilir və tərəflərin həqiqi iradəsinin məhz müqavilənin mətnində təsbit olunmuş şərtlərdən ibarət olduğu qəbul edilir. Belə ki, tərəflər yazılı müqaviləni imzalamaqla orada göstərilən şərtlərin özlərinin iradə ifadələrini əks etdirdiyini qəbul edirlər, eləcə də, əgər müqavilə notariat orqanında bağlanmışdırsa, notarius müqaviləni təsdiq etmədən əvvəl onun məzmununu tərəflərə izah edir. Belə ki, tərəflər yazılı müqaviləni imzalamaqla həm orada təsbit olunmuş şərtlərin öz həqiqi iradələrinə uyğunluğunu, həm də müqavilənin notariat qaydasında təsdiqi zamanı notarius tərəfindən sənədin məzmununun onlara izah edildiyi faktını qəbul etmiş sayılırlar. Odur ki, notariat qaydasında bağlanılmış əqdin aldatma nəticəsində bağlandığı nəticəsinə gələ bilmək üçün iş üzrə həmin halları təsdiq edən çox ciddi və təkzibolunmaz mötəbər sübutlar mövcud olmalıdır. O da nəzərə alınmalıdır ki, iddia edilən etibarsızlıq hallarını sübut etmək yükü iddiaçı tərəfin üzərinə düşür. İddiaçı məhkəməyə ##.##.2024-cü il tarixli etibarnamələrin verilməsi zamanı aldatma halının olması ilə əlaqədar ümumi məlumatlar bildirsə də, konkret olaraq həmin halları təsdiqləyən mötəbər və mümkün sübutlar təqdim edə bilməmişdir. Əksinə, məhkəmə iclasında etibarnamələrin (əqdin) qanunda nəzərdə tutulmuş qaydalara riayət edilərək verilməsi müəyyən edilmişdir. İddiaçının etibarnamələri cavabdehin onun adından kommunal xidmətlərə görə ödənişləri həyata keçirməsi məqsədi ilə vermək istədiyi barədə dəlilinə məhkəmə tənqidi yanaşaraq qeyd edir ki, mübahisələndirilən daşınmaz əmlaka dair kommunal xidmətlərin (qaz, elektik, su) göstərilməsi ilə əlaqədar müqavilə və sayğaclar iddiaçının deyil, əvvəldən cavabdeh cavabdeh2 adına olmuşdur və kommunal xidmətlərə görə ödənişlərin həyata keçirilməsi üçün ümumiyyətlə etibarnaməyə ehtiyac olmamışdır. Digər tərəfdən, etibarnamələrin qısa müddətə (1 il 6 ay) verilməsi də onun məhz kommunal xidmətlərin ödənilməsi ilə bağlı verilməsi ehtimalını təkzib edir. Beləliklə, iddiaçı etibarnamələrin aldatma yolu ilə verilməsini (əqdin bağlanmasının) təsdiq edən hər hansı şübhədənkənar, təkzibedilməz, mümkün və mötəbər sübut təqdim etməmiş və məhkəmə araşdırması ilə də həmin etibarnamələrin (əqdlərin) etibarsızılığına səbəb olacaq hallar müəyyən edilməmişdir. Məhkəmə birinci iddia tələbinə, yəni daşınmaz əmlakın bağışlanması müqavilələrinin etibarsız olub-olmamasına münasibətdə qeyd edir ki, həmin bağşılama müqavilələri maddi hüquq normaları ilə əlaqəli şəkildə tədqiq edildikdə müəyyən olunur ki, həmin müqavilələr etibarsızdır (əhəmiyyətsizdir). Belə ki, mülki qanunvericiliyin tələbinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamına yönəldilmiş iradə ifadəsidir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) ... zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (MM mad. 324, 404.1, 404.2.) Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. (MM mad. 337) Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə də, əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirak etməsi; onların arasında iradə ifadəsinin bildirilməsi və onların vahidliyinin mövcud olması; əqdin formasının və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Bu şərtləri pozmaqla bağlanılmış əqd etibarsızdır. (“Ə.İbrahimovun şikayəti üzrə” 2004-cü il ## ##### tarixli, “N.Əsədovanın şikayəti üzrə” 2021-ci il ## ##### tarixli, “Mülki Məcəllənin 340.2-ci maddəsinin şərh edilməsinə dair” ## #### 2022-ci il tarixli və s. Qərarları). Etibarsızlıq, əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır (hal və nəticədir). Etibarsızlıq halını yaradan səbəblər isə müxtəlif mahiyyət və xüsusiyyətə malik olur. Məhz həmin səbəblərin müxtəlifliyinə görə etibarsızlığın da növləri fərqləndirilir: 1. əhəmiyyətsiz əqdlər; 2. mübahisə edilən əqdlər; 3. müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər; 4. məhkəmə qərarı ilə etibarsız sayılan əqdlər. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, əhəmiyyətsiz əqdlər qanunvericiliyin məcburi (imperativ) göstərişlərinə zidd olduqları üçün hər hansı əlavə qayda və ya şərtdən, müddətin keçməsindən, mübahisələndirilməsindən və ya müvafiq məhkəmə qərarından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. (“MM-nin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” # ##### 2021-ci il tarixli Qərarı).Bağışlama müqaviləsi ikitərəfli əqdin bir növü olmaqla, əmlaka mülkiyyət hüququnun hədiyyə verəndən hədiyyə alana keçməsində ifadə olunur. Bir qayda olaraq, bağışlama müqaviləsini bağlamaq niyyəti hədiyyə verən və hədiyyə alan arasında yaranmış şəxsi münasibətlərin təsiri altında yaranır. Bağışlama müqaviləsinin də etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdlər iradə ifadələri nəticəsində əmələ gəldiklərinə görə, bir əqdin etibarlı olması üçün onu əmələ gətirən iradə ifadəsinin də sağlam olması, başqa sözlə iradə və onun bildirilməsi arasında vahidliyin mövcudluğu lazımdır. Bu vahidlik həm iradənin formalaşmasında, həm də onun bildirilməsi anında mövcud olmalıdır. Belə ki, iradə formalaşdığı anda sağlam olmalı və buna uyğun olaraq bildirilməlidir. Bu uyğunluq (vahidlik) olmadığı hallarda iradə ifadəsi zədələnmiş olur. Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Normanın məzmunundan göründüyü kimi uydurma əqd, həqiqətdə heç bir hüquqi nəticə (hüquq və öhdəlik) əmələ gətirmək niyyəti olmadan, sırf görünüş üçün bağlanan əqddir. Başqa sözlə, uydurma əqd, bir qayda olaraq sırf başqalarını (üçüncü şəxsləri) aldatmaq və həqiqətdə olmayan hüquq və öhdəlikləri sanki varmış kimi göstərmək məqsədilə bağlanır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə də, görüntüdə bağlanan əqd tərəflərin üçüncü şəxslərdə hüquqauyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Tərəflərin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur. Konstitusiya məhkəməsi vurğulayır ki, o da xüsusilə qeyd edilməlidir ki, üçüncü şəxslərin dairəsi konkret şəxslərlə məhdudlaşmayaraq buraya əqdi təsdiqləyən notariusun da aid edilməsi istisna edilməməlidir. Belə ki, görüntüdə bağlanan əqd tərəflərin bütövlükdə istənilən cəmiyyət üzvündə həmin əqdin bağlanmasına dair yanlış təəssürat yaratmaq məqsədi ilə bağlanır və bu müxtəlif səbəblərdən (məsələn, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsində nəzərdə tutulan notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə haqlardan yayınma, qarşı tərəfin razılaşma şərtlərinə, işgüzar adətlərə zidd hərəkət etməyəcəyinə olan inam və s.) irəli gələ bilər. (“AR Mülki Məcəlləsinin 329, 340.2 və 661-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## #### 2025-ci il tarixli Qərar.) Qeyd edilən hüquqi mövqeyə əsasən müqavilə tərəflərinin istənilən üçüncü şəxsdə etibarlılığına dair yanlış təsəvvür yaratmaq niyyəti ilə bağladığı əqd uydurma əqd olmaqla əhəmiyyətsizdir.Uydurma əqd halında ümumilikdə hüquq sisteminə zidd davranış olaraq ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün əqdin bağlanması çıxış edir ki, bu da publik və ya fərdi maraqlara zərər vurulması ilə nəticələnə bilər. Bu səbəbdən uydurma əqdin əhəmiyyətsiz əqd olaraq qanunvericiliklə etibarsız əqdlər üçün müəyyən edilmiş nəticələrdən başqa hər hansı hüquqi nəticələr yaratması mülki qanunvericiliklə qadağan edilmişdir. Məhkəmə qanunvericilik normalarının və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinin işin faktiki hallarına tətbiqi baxımından qeyd edir ki, hazırki bağışlama müqavilələri iddiaçının adından etibarnamə əsasında cavabdeh cavabdeh1 ilə onun arvadı (digər cavabdeh) cavabdeh2 arasında bağlanılmışdır. İddiaçı ona istinad edir ki, ona məxsus olmuş daşınmaz əmlakın cavabdeh cavabdeh2 bağışlanması ilə bağlı onun ümumiyyətlə nə iradəsi, nə də belə bir iradə ifadəsi olmuş, cavabdeh (qardaşı) onu aldatmışdır. Cavabdehlər isə etirazında iddiaçının özünün evi və torpağı satmaq istədiyini, məqsədinin şəhid adından istifadə edib dövlətdən əlavə əmlak almaq olduğunu, iddiaçının özünün əmlak vasitəçilərinə müraciət etdiyini, internetdə elan verdiyini, evin şəkillərini paylaşdığını, ancaq həmin vaxt ərzində bir çox alıcı baxmağa gəlsə də, çıxarış olmadığına görə heç kəsin evi almaq istəmədiyini, ona görə iddiaçının çıxarış aldığını, etibarnamələri də cavabdehə məhz evi və torpağı satmaq üçün verdiyini, iddiaçının ona bu işlə məşğul olmağa vaxtı olmadığı üçün sənədləşmə işləri etməyi cavabdehdən istədiyini, evi və torpağı satmaq üçün elan verildiyini, iddiaçının özünün evin onun adından tez vaxtda çıxarılmasını istədiyini, ancaq satışın uzun sürdüyü və cavabdehin də etibarnamə ilə öz adına keçirə bilməsi mümkün olmadığı üçün sonradan satmaq məqsədilə əmlakı əvvəlcə arvadına (digər cavabdehə) bağışladığını, sonra da onun adından təxminən 145- 150 min manata satıldığını, satışdan əldə edilmiş pulun isə iddiaçıya verilmədiyini, ev və torpağın cavabdeh cavabdeh2 bağışlandıqdan sonra onun xüsusi mülkiyyətinə keçdiyi üçün satışdan əldə edilən pulun da iddiaçıya deyil, cavabdeh cavabdeh2 çatmalı olduğunu bildirirlər. Qeyd olunduğu kimi, əqd yalnız şəxsin müəyyən bir hüquqi nəticəni, yəni mülki hüquq və öhdəlikləri yaratmaq üçün etmiş olduğu iradə ifadəsinin nəticəsində əmələ gəlir. Bu səbəbdən, bir əqdin yaranması üçün hər şeydən əvvəl əqdi əmələ gətirən iradə mövcud olmalıdır. İddiaçının isə ona məxsus olmuş daşınmaz əmlakın cavabdehə bağışlanması ilə bağlı iradəsi mövcud olmamışdır və bu barədə bağışlama müqaviləsinin hər iki tərəfi (həm hədiyyə verən, həm də hədiyyə alan) məlumatlı olmuşdur. Başqa sözlə, hər nə qədər hazrıki bağışlama müqavilələri səlahiyyətli subyektlər arasında, qanunvericiliyin müəyyən etdiyi forma və məzmun tələblərinə uyğun bağlanılsa da, o digər etibarlılıq şərtinə, yəni iradə və onun ifadəsi arasında vahidliyin mövcudluğuna cavab vermir. Qanunvericiliyin tələbinə görə iradə ifadəsinin təfsiri zamanı məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır və bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Cavabdehlərin izahatından göründüyü kimi, iddiaçı tərəfindən müvafiq etibarnamələr cavabdehə məhz həmin daşınmaz əmlakın satılması üçün verilmişdir, lakin cavabdehin həmin etibarnamələr əsasında daşınmaz əmlakı iddiaçının adından əvvəlcə öz arvadına (digər cavabdehə) bağışlayaraq, sonradan onun (arvadının) adından satması, əslində tərəflərin həqiqi iradəsini əks etdirmədiyindən, onların bağışlama müqavilələrini yalnız görünüş üçün, yəni bağışlamaya uyğun hüquqi nəticələr yaratmaq məqsədilə deyil, bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə bağlandığını təsdiq edir. Konstitusiya Məhkəməsinin yuxarıda istinad edilən qərarında qeyd edildiyi kimi, yanlış təəssürat yaratmaq istənilən üçüncü şəxslərin dairəsi ilə konkret şəxslərlə məhdudlaşmayaraq, buraya bütövlükdə istənilən cəmiyyət üzvü, hətta əqdi təsdiqləyən notarius da aid edilməlidir. Ona görə məhkəmə hesab edir ki, daşınmaz əmlakın bağışlanması müqavilələri etibarsız, başqa sözlə uydurma əqddir (əhəmiyyətsizdir). Məhkəmə cavabdehlərin kommunal xidmətlərlə bağlı müqavilələrin, abonent hesabların, sayğacların cavabdeh cavabdeh2 adına olması, kommunal xidmət haqqlarının və vergilərin onlar tərəfindən ödənilməsi, hətta mübahisəli evin faktiki olaraq cavabdehlərin vəsaiti hesabına tikilməsi, onların uzun illər həmin evdə yaşaması cavabdehlər arasında bağlanılmış bağışlama müqavilələrinin etibarlı olmasına əsas olan hal kimi qiymətləndirilə bilməz və bütün bunlar sadəcə xərc çəkmiş şəxsə qanunvericiliyə uyğun şərtlər olduğu təqdirdə çəkilmiş xərclərin qarşı tərəfdən tələb edilməsi hüququ verə bilər. Beləliklə, məhkəmə birinci iddia tələbinə münasibətdə belə qənaətə gəlir ki, ünvan 10 ünvanında yerləşən ümumi sahəsi 300.10 kv.m olan fərdi yaşayış evinin və 0.0358 ha torpaq səhəsinə dair ##.##.2024-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi və ünvan 3 ünvanında yerləşən 0.0242 ha torpaq sahəsinə dair ##.##.2024-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarsızdır (əhəmiyyətsizdir). İkinci tələbə, yəni daşınmaz əmlakın alqı-satqı müqavilələrinin etibarsız sayılmasına münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 140-cı maddəsi, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. Daşınmaz əşya üzərində mülkiyyət hüququna dair dövlət reyestrindəki rəsmi qeydiyyat xeyrinə qeydiyyat aparılmış şəxsin həmin daşınmaz əşyanın sahibi olduğuna dair qanuni ehtimal və əsas verir (Mülki Məcəllənin 166.3-cü maddəsi). Yəni o şəxslər daşınmaz əşyanın sahibi hesab olunur ki, həmin şəxslərin xeyrinə dövlət reyestrində müvafiq qeydiyyat vardır (Konstitusiya Məhkəməsi Plenumunun “N.Hacıyevanın şikayəti üzrə” ## #### 2020-ci il tarixli Qərarı). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasına əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur (Konstitusiya Məhkəməsi Plenumunun “xxxx” Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə ## #### 2018-ci il tarixli Qərarı). Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulmasına səbəb olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə ## ####### 2004-cü il tarixli Qərarı). Mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin ləğv edilməsi və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il ## ######## tarixli Qərarı). İş materiallarından görünür ki, cavabdeh2 ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 arasında alqı-satqı müqavilələri bağlanılan zaman ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli və ##.##.2024- cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən satılan daşınmaz əmlaka mülkiyyət hüququ satıcı cavabdeh2 məxsus olmuş, müqavilələr bağlanandək həmin daşınmaz əmlak həbs altında olmamış və özgəninkiləşdirilməsinə qadağa qoyulmamış və həmin daşınmaz əmlaka dair alqı-satqı müqavilələri məhz dövlət tərəfindən verilmiş bu çıxarışlara etimad və güvən əsasında bağlanmışdır. Habelə tərəflər həmin müqavilələri əqdin forması və məzmunu ilə bağlı qanunvericiliyin imperativ tələblərinə uyğun bağlamış və müqavilə üzrə öhdəliklər də tam icra olunmuşdur (satış predmeti olan daşınmaz əmlak alıcının mülkiyyətinə verilmiş, alıcı isə bunun müqabilində müqavilədə nəzərdə tutulan pul məbləğini ödəmişdir). Bütün bunlar mübahisələndirilən alqı-satqı müqavilələrinin qanunvericiliyin müəyyən etdiyi imperativ tələblərə, müqavilənin mövcudluq və etibarlılıq şərtlərinə uyğun bağlanıldığını təsdiq edir. Daşınmaz əmlakı əldə etmiş üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 vicdanlı əldə edən olmadığını təsdiq edən hal isə müəyyən edilmir. Əksinə məhkəmə icraatına məhkəmənin təşəbbüsü ilə cəlb edilmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 izahatında tərəfləri əvvəldən tanımadığını, onlarla hər hansı əlaqəsinin, münasibətinin olmadığını, həyət evində yaşamaq istədiklərini, ona görə çoxmərtəbəli binadakı evlərini satdığını, maddi imkanlarına uyğun ev axtardıqlarını, bunun üçün maklerlə əlaqə saxladığını, həmin torpağın və evin alqı-satqısı ilə bağlı internet saytında elanı gördüklərini, telefonla danışıb əmlak vasitəçisi ilə görüşdüklərini, onunla birlikdə evə gedib baxdıqlarını, evin hər hansı probleminin olması ilə bağlı onlara heç bir məlumat verilmədiyini, evin yalnız birinci mərtəbəsinin yaşayış üçün orta şəraitli olduğunu, ikinci mərtəbəsinin isə ümumiyyətlə yaşayış üçün əlverişli olmadığını, maddi imkanlarına uyğun olduğu üçün həmin torpaq sahələrinin və evin alınmasına razılaşdıqlarını, evin yiyəsi olan cavabdeh2 ilə notariat ofisinə gedib alqı-satqı müqaviləsi bağladıqlarını, daha sonra evi öz vəsaitləri hesabına təmir edib köçüb yaşadıqlarını, yalnız 2 ay sonra qardaşının gəlib evlə bağlı nəsə problem olduğunu onlara dediyini, o vaxta kimi isə nə iddiaçı İddiaçı, nə də başqa şəxslər tərəfindən torpaq və evlə bağlı problemin olması barədə onlara müraciət edilmədiyini və məlumat verilmədiyini, özlərinin dövlət orqanlarının sənədlərinə güvənərək qanuni şəkildə alqı-satqı etdiklərini, heç bir günahları olmadığı halda indi onların evdən çıxarılmalarının tələb edilməsinin qanunsuz olduğunu bildirmişdir. İddiaçı da həmin üçüncü şəxsə məlumat vermədiyini etiraf etsə də, alıcının alqı-satqıdan 2 ay sonra qardaşı vasitəsilə məlumat əldə etməsini əsas gətirərək onun məlumatlı olduğuna istinad etmişdir. Halbuki, daşınmaz əmlakın alqı-satqısı müqaviləsi bağlanarkən və hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qediyyata alınaraq şəxsin mülkiyyətinə keçən anda üçüncü şəxsin vicdanlı olması faktı əhəmiyyət kəsb edir və həmin şəxsin hər hansı problemin olması barədə sonradan məlumat əldə etməsi onun vicdanlı olmasını aradan qaldıran hal hesab edilə bilməz. Digər tərəfdən iddiaçı tərəfin daşınmaz əmlak üzərində məhkəmə qərarı ilə həbs qoyulduğu halda onun üçüncü şəxsə satılmasının qanunsuz olduğu barədə dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarında olan “icraata başlamaq haqqında” qərardan görünür ki, həmin daşınmaz əmlakın özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə Xəzər Rayon Məhkəməsinin qərardadı (icra sənədi) üzrə icraata ##.##.2025-ci il tarixində başlanılmışdır. Alqısatqı müqaviləsi isə ##.##.2025-ci il tarixində bağlanmışdır. Yəni daşınmaz əmlakın üzərində yüklülüyün olmaması barədə arayış verilərkən, alqı-satqı müqaviləsi bağlanarkən və üçüncü şəxsin hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınarkən daşınmaz əmlakın dövlət reyestrində mübahisəli əmlak üzərində həbs qeydi mövcud olmamışdır. Belə olan halda üçüncü şəxsin həmin müvəqqəti təminat tədbirinin olmasından məlumatlı olması mümkün deyildi. Ona görə bu hal da üçüncü şəxsin vicdanlı olmasını aradan qaldıran hal kimi qiymətləndirilə bilməz. Habelə cavabdehlər də həmin üçüncü şəxsi (alıcını) əvvəldən tanımadıqlarını, onun problemləri barəsində məlumatlı olmadığını təsdiq etmişlər. Beləliklə, hazırda daşınmaz əmlakın mülkiyyətçisi olan üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 müqavilələr bağlanarkən və əmlakı əldə edərkən vicdanlı olmamasını təsdiq edən hər hansı sübut təqdim edilməmiş, məhkəmə araşdırması ilə də belə hal müəyyən edilməmişdir. Məhkəmə sübuta yetirilməyən halı isə mövcud olmayan kimi qiymətləndirməlidir. Belə olan halda, həmin üçüncü şəxs vicdanlı sayılmalı və vicdanlılıqdan irəli gələrək onun Konstitusiya və qanunvericiliklə təminat verilən mülkiyyət hüququ qorunmalıdır. Beləliklə, mübahisələndirilən alqı-satqı müqavilələrinin etibarsızlığına səbəb olacaq hər hansı hal müəyyən edilmir. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh2 ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi üçün əsas yoxdur. Ona görə həmin hissədə iddia tələbi təmin edilməməlidir. Üçüncü tələbə (Çıxarışların ləğv edilməsinə) münasibətdə məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, DƏDRXin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış daşınmaz əmlakın qeydiyyatını əks etdirən sənəd hesab edilir və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi aktdır, hər bir halda inzibati akt kimi qiymətləndirilə bilməz. Şəxsin mülkiyyət hüququ faktiki olaraq onun adına əmlakın DƏDRX-də qeydiyyata alındığı andan yaranır. DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. (Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci və İnzibati Prosessual Məcəllənin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” ## ### 2014-cü il tarixli Qərarı.) Göründüyü kimi, Çıxarış daşınmaz əmlakın dövlət qeydiyyatını əks etdirən bir hüquqi sənəd olduğundan onun ləğv edilə bilməsi üçün ilk növbədə onun əsasında dayanan hüquqi faktın özünə, yəni mülkiyyət hüququnun yaranmasına və bu hüququn qeydiyyatının qanuniliyinə qiymət verilməlidir. Qanunvericilikdə daşınmaz əmlaka mülkiyyət hüququnun yaranmasının üç qaydası nəzərdə tutulmuşdur: verilmə yolu ilə; yeni yaranmış əmlakın qeydiyyatı ilə; əldə etmə müddəti ilə. Hazırki iş üzrə mülkiyyət hüququnun yaranması əsası kimi “verilmə yolu”, yəni alqı-satqı müqaviləsi çıxış edir. Qeyd edilməlidir ki, verilmə bir şəxsin (alanın) mülkiyyət hüququnun yaranmasına səbəb olarkən, eyni zamanda digər şəxsin (verənin) mülkiyyət hüququnun xitam olunmasına (nisbi xitam) səbəb olur. Belə ki, Mülki Məcəllənin 139-1.1.3 cü maddəsinə görə, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Verilmə yolu ilə daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə yaranır. (MM mad. 178.1.) “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 11-ci maddəsinin tələbinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Ona görə verilmənin qanuni sayılması və əsaslı hüquqi nəticə yarada bilməsi üçün onun qanunvericiliyin müəyyən etdiyi qaydlara və tələblərə uyğun şəkildə həyata keçirilməsi zəruridir. Məhkəmə qanunvericilik normalarının tələbinin və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinin işin faktiki hallarına tətbiqi baxımından qeyd edir ki, iddiaçı ərizəsində (tələbində) Daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş ##.##.2024-cü il tarixli ********** qeydiyyat nömrəli Çıxarışın və ##.##.2024-cü il tarixli ********** qeydiyyat nömrəli Çıxarışın ləğv edilməsini istəyir. İş materiallarından görünür ki, iddiaçının ləğv edilməsini istədiyi hər iki Çıxarış elə iddiaçının özünün mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına dair onun adına verilmiş çıxarışlardır. (§ 18- 19) Əvvəla, həmin çıxarışların qüvvəsinə sonradan müvafiq əmlaka dair başqa şəxsin adına verilmiş çıxarışlar əsasında artıq xitam verilmişdir. Qüvvədə olmayan çıxarışın ləğv edilməsi üçün isə hüquqi əsas yoxdur. Digər tərəfdən də, iddiaçının öz adına olan çıxarışların ləğv edilməsi üçün hər hansı hüquqi marağı yoxdur. İddiaçının hüquqi marağı ona məxsus olmuş daşınmaz əmlakın bağışlanması və daha sonra alqı-satqısı müqavilələrinin etibarsız sayılması və bunun nəticəsində həmin müqavilələr əsasında verilmiş çıxarışların ləğv edilməklə daşınmaz əmlakın onun mülkiyyətinə qaytarılmasıdır. Bununla yanaşı qeyd edilməlidir ki, bağışlama müqavilələri əsasında cavabdeh cavabdeh2 adına rəsmiləşdirilmiş çıxarışlara, həmin daşınmaz əmlakın sonradan üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 satılması və onun adına yeni mülkiyyət hüququnun qeydiyyata alınması səbəbindən hüquqi qüvvəsinə xitam verilmişdir. Hazırda mübahisələndirilən daşınmaz əmlaka dair qüvvədə olan çıxarış üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 adına verilmiş ##.##.2025-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdır. Həmin çıxarışın ləğv edilməsi üçün isə hüquqi əsas yoxdur. Çünki işin hallarında göründüyü kimi, üçüncü şəxsin mülkiyyət hüququnun yaranmasının və bu hüququn dövlət qeydiyyatına alınmasının əsasını daşınmaz əmlakın alqı-satqı müqavilələri təşkil etmişdir. Həmin alqı-satqı müqavilələrinin isə, artıq qeyd olunduğu kimi, etibarsız sayılması üçün əsas yoxdur, yəni etibarlıdır. Etibarlı alqı-satqı müqavilələri əsasında aparılmış üçüncü şəxsin mülkiyyət hüququnun dövət qeydiyyatı qanuni olduğundan, bu qeydiyyata əsasən verilmiş çıxarış da qanunidir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi çıxarışların ləğv edilməsi hissəsində təmin edilməməlidir. Bununla yanaşı məhkəmə qeyd edir ki, daşınmaz əmlakın bağışlanması müqavilələri etibarsız olduğundan, belə bir tələbin mövcud olub-olmamasından asılı olmayaraq məhkəmə tərəfindən həmin əqd üzrə alınanların geri qaytarılması (restitusiya) məsələsi də həll olunmalıdır. Belə ki, Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalı, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə onun dəyərini pulla ödəməlidir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, mübahisə olunan daşınmaz əmlak bağışlanıldıqdan sonra, alqı-satqı müqavilələri əsasında üçüncü şəxsə özgəninkiləşdirilmiş və mülkiyyət hüququ ilə həmin şəxsin adına dövlət qeydiyyatına alınmışdır. Bağlanmış alqı satqı müqavilələri isə etibarsız hesab edilmədiyi və üçüncü şəxsin adına verilmiş çıxarış ləğv edilmədiyi üçün hazırda etibarsız olan bağışlama müqavilələri çərçivəsində cavabdeh cavabdeh2 mülkiyyətinə verilmiş daşınmaz əmlakın naturada geri qaytarılması mümkün deyildir. Qanunvericilikdə daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsızılığının başqa nəticələri nəzərdə tutulmadığı üçün də qanunvericiliyin tələbinə uyğun olaraq daşınmaz əmlakın dəyəri pulla ödənilməlidir. Həm işdə iştirak edən şəxslərin izahatları, həm də iş materiallarında olan alqı-satqı müqavilələri ilə müəyyən edilir ki, alqı-satqı müqavilələri üzrə cavabdeh (satıcı) cavabdeh2 mübahisə edilən daşınmaz əmlakın dəyəri kimi ümumi sahəsi 0.0242 ha olan torpaq sahəsinə görə 20.000 AZN, ümumi sahəsi 0.0358 ha olan torpaq sahəsinə görə 30.000 AZN və ümumi sahəsi 300.1 kv.m olan fərdi yaşayış evinə görə 100.000 AZN olmaqla, ümumilikdə 150.000 (bir yüz əlli min manat) məbləğində pul ödənilmişdir. Həmin məbləğdən müvafiq olaraq 145,2 AZN, 214,8 AZN və 4861,8 AZN olmaqla, ümumlikdə 5221,8 AZN (beş min iki yüz iyirmi bir manat səksən qəpik) sadələşdirilmiş vergi məbləği cavabdehdən (satıcıdan) tutulmuşdur. Nəticədə cavabdeh cavabdeh2 iddiaçıya məxsus daşınmaz əmlakın dəyəri kimi (150.000- 5221,8) 144.778,2 AZN məbləğində pul vəsaitini əldə etmişdir. Ona görə məhkəmə hesab edir ki, restitusiya tətbiq olunmaqla 144.778,2 AZN (bir yüz qırx dörd min yeddi yüz yetmiş səkkiz manat iyirmi qəpik) məbləğində pul vəsaiti cavabdeh cavabdeh2 tutularaq iddiaçı İddiaçı ödənilməlidir.
Apellyasiya şikayətlərinin və onlara qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətlərinin dəlilləri
29. Qətnamədən iddiaçı və cavabdehlər apellyasiya şikayəti vermişdir.
30. İddiaçı İddiaçı (nümayəndəsi və vəkili vəkil2) apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə tam təmin edilməsini xahiş edib göstərib ki, iddiaçı yuxarıda qeyd edilən məqsədlər üçün etibarnamə verməmişdir, niyyəti yalnız onun tərəfindən bəzi kommunal xidmətlər üzrə ödənişlərin, torpaq vergisi verilməsi ilə bağlı olmuşdur. Cavabdehlə notariat kontorunda olarkən aldadılmış və iddiaçının arzu etdiyi əqdi deyil, iradə ifadəsini əks etdirməyən əqd bağlanılmışdır. Cavabdeh pis niyyətlə iddiaçı ilə razılığa gəlmiş və nəticədə iddiaçı üçün son dərəcə əlverişsiz şərtlərlə sözügedən əqdi bağlamağa məcbur etmişdir. Cavabdehin ona qarşı pis niyyətini həyata keçirməsindən xəbər tutan kimi ## ####### 2024-cü il tarixində iddiaçı etibarnamələrə xitam vermişdir. Cavabdehin iddiaçının iradəsi ziddinə bağladığı həmin əqdlər onu son dərəcə əlverişsiz vəziyyətə saldığına görə etibarsız hesab edilməlidir. Qeyd edildiyi kimi iddiaçı yaşlı, xəstə qadın olduğu və gözünün yaxşı görmədiyi üçün torpaq vergisi, arayışlar almaq, işıq, qaz, su ilə əlaqədar xidmət haqlarını ödəmək məqsədilə qardaşı Baxseyişə etibarnamə vermək qərarına gəlmiş, daha doğrusu özü bu məqsədlə iddiaçıdan etibarnamə istəmiş, onlar birlikdə ** saylı notariusa getmiş, iddiaçı oturub gözləmiş, cavabdeh notariusun yanına keçmiş, əlində bir kağız çıxaraq etibarnamə olduğunu, yuxarıda qeyd edilənləri əhatə etdiyini və imza etməli olduğunu bildirmişdir. İddiaçı eynəyinin yanında olmamasına baxmayaraq qardaşına inanmış və imza etmişdir. cavabdeh2 ##.##.2025-ci il tarixində öz adına aldığı ##.##.2024-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən tam mülkiyyət üzrə iddiaçıya məxsus olan, ünvan 11 ev 8 A ünvanında yerləşən ümumi sahəsi 0,0242 ha torpaq sahəsini tam hissədə alıcı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 satmış, alıcı isə həmin daşınmaz əmlaka görə 20.000 manat məbləğində pulu satıcıya vermişdir. ##.##.2025-ci il tarixində isə məhkəmənin qərardadı ilə əmlakın üzərinə həbs qoyulmuşdur. Həbsdə ola-ola əmlak ##.##.2025-ci il tarixində satılmışdır. ##.##.2025-ci il tarixli AN-1 N******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı cavabdeh2 ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 11 ev 8 A ünvanında yerləşən ümumi sahəsi 300.10 kv.m olan fərdi yaşayış evini və 0.0358 ha torpaq sahəsini tam hissədə alıcı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 satmışdır. İddiaçı əmlakını Əliyev Baxseyişin həyat yoldaşı cavabdeh2 bağışlamaq fikrində olmamışdır. Belə bir fikri olsaydı, qardaşı Baxseyişə bağışlayardı. Ümumiyyətlə, İddiaçı əmlakını nə qardaşına, nə də onun həyat yoldaşına bağışlamaq fikrində olmamışdır. Cavabdeh bu yolla iddiaçının əmlakını satıb pulunu mənimsəmişdir.
31. Cavabdehlər cavabdeh1 və cavabdeh2 birgə verdiyi (cavabdehlərin nümayəndəsi və vəkili vəkil3) apellyasiya şikayətində qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv, iddia tələbinin həmin hissədə də rədd edilməsini xahiş edib şikayətində göstərib ki, iddiaçı tərəfindən cavabdehə verilmiş etibarnamələr notariat qaydasında rəsmiləşdirilmiş, qüvvədə olmuş və həmin etibarnamələrdə daşınmaz əmlak üzərində sərəncam vermək, o cümlədən bağışlama səlahiyyəti aydın şəkildə nəzərdə tutulmuşdur. Belə olan halda, nümayəndənin etibarnamədə göstərilən səlahiyyətlər çərçivəsində bağladığı bağışlama müqavilələri birbaşa təmsil edilənin iradə ifadəsi hesab olunur. Məhkəmənin etibarnaməni qanuni hesab edib, lakin həmin etibarnamə əsasında bağlanmış əqdləri etibarsız sayması 362.1-ci maddənin hüquqi mahiyyətinə ziddir. Əgər etibarnamə qüvvədədirsə, etibarsız sayılmayıbsa və ya ona xitam olunmayıbsa onun əsasında bağlanmış əqdlərin heç bir əsas olmadan etibarsız hesab edilməsi qanuna uyğun olmamışdır. Yazılı və notariat qaydada bağlanmış əqdlərə münasibətdə prezumpsiya ondan ibarətdir ki, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi məhz əqdin özündə yazılı formada göstərilən qaydada olmuşdur. Yazılı və notariat qaydasında təsdiq edilmiş əqdlərə münasibətdə həqiqilik prezumpsiyası tətbiq olunur. Bu prinsipə əsasən, əqd tərəflərin iradə ifadəsinin dürüst əksini tapdığı rəsmi sənəd hesab edilir və tərəflərin həqiqi iradəsinin məhz müqavilənin mətnində təsbit olunmuş şərtlərdən ibarət olduğu qəbul edilir. Nəzərə alınmalıdır ki, iddiaçı etibarnaməyə xitam verilməsi barədə iradəsini ifadə etməmişdir. Belə olan halda, məhkəmənin etibarnamənin qüvvədə olduğu dövrdə yerinə yetirilmiş hərəkətlərin hüquqi nəticələrini aradan qaldırması 366.2-ci maddəsinin tələblərinə birbaşa ziddir. Halbuki, etibarnamə verilmiş şəxsin qüvvədə olan etibarnamə əsasında edilmiş hərəkətləri etibarnamə verən şəxs üçün hüquqi qüvvəsini saxlamalı idi. İddiaçı müqavilələrin etibarsızlığı üçün əsasların olmasını məhkəmədə sübut edə bilməmişdir. Belə ki, ilk öncə qeyd olunur ki, İddiaçı tərəfindən cavabdeh1 ##.##.2024-cü il tarixdə 1 il 6 ay müddətinə hər iki daşınmaz əmlakla bağlı müvafiq olaraq 2 ədəd etibarnamə verilmişdir. Bağışlama müqavilələri bağlanan vaxt, yəni ##.##.2024-ci il tarixdə etibarnamələr qüvvədə olmuş və etibarsız hesab edilməsi üçün əsaslar mövcud olmamışdır. İddiaçı tərəfindən verilmiş etibarnamələrdə sözü gedən əmlaklar üzərindəki hüquqları (torpaq sahəsi üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka qoymağı, adından sənədlər toplamağı, təqdim etməyi və sair) cavabdeh X2 etibar edilmiş, o da iddiaçı İddiaçı adından etibarnamə ilə verilmiş hüquqlar əsasında bağışlama müqavilələri bağlamışdır. Göründüyü kimi həm etibarnamələr həm də bağışlama müqavilələri rəsmiləşdirilən zaman qanunvericiliyin tələblərinə riayət olunmuşdur. İddiaçı iddia ərizəsində etibarnamə verdiyi zaman yanıldığını, həmin vaxt eynəyini götürmədiyi üçün imzaladığı sənədləri oxuya bilmədiyini, cavabdehin onun sadəliyindən və xoş niyyətindən sui-istifadə edərək ona pis niyyət nümayiş etdirərək iddiaçının arzuladığı məzmunda deyil, tamam başqa məzmunda etibarnamə imzalatdığını bildirmişdir. Həmçinin, iddiaçı bildirmişdir ki, “onun cavabdeh cavabdeh1 etibarnamə verməkdə məqsədi bəzi kommunal xidmətlər üzrə ödənişlərin, o cümlədən su, işıq, qaz, internet və sair xidmətlər üzrə ödənişlərin həyata keçirilməsi ilə bağlı hər dəfə problemlər yarananda cavabdeh1 həmin məsələləri daha operativ həll edə biləcəyini zənn edə edə bilməsi olmuşdur. Həmçinin iddiaçı məhkəmə iclasında da iddia ərizəsinin məzmununa uyğun ifadə vermiş, əlavə olaraq qeyd etmişdir ki, etibarnaməni ləğv etdirmək üçün verildiyi günün səhərisi notariat ofisinə getmiş, lakin notariat ofisində etibarnamənin ləğv edilməsi üçün ondan etibarnamənin surətinin gətirməsi tələb olunmuş, cavabdehdən etibarnamənin surətini istəyəndə, onu aldadacağını gözləməmişdir. Bilmirmiş ki, etibarnamə notariusda verilibsə, özlərində etibarnamənin surəti var, heç etibarnamənin onlayn qaydada ləğv edilməsi barədə də məlumatı olmamışdır.” Halbuki həm məhkəmə iclasında iştirak edən cavabdeh, həm də cavabdehlərin nümayəndəsi və vəkili öz izahatlarında dəfələrlə bildirmişdir ki, həmin ev 90-cı illərdən cavabdehlərin istifadəsində və sahibliyində olmuşdur, evi onlar tikmişlər Sadəcə kök sənəd, yəni sərəncam iddiaçının adına olub. Həmin evdə kommunallar, vergilər cavabdeh cavabdeh2 adına olub, ödənişlər də onun tərəfindən ödənilib, qəbzlər də təqdim olunub. Cavabdehlər həmin daşınmaz əmlakı satmaq fikrində olmuşlar. İddiaçı da satmağa kömək etmək üçün evin şəkillərini paylaşırdı. Daha sonra daşınmaz əmlakın çıxarışsız satılması mümkün olmadığına görə, iddiaçının adına çıxarış alınmışdır. Hətta iddiaçı evi satılmasına kömək edəcəyini də bildirmişdir. Çıxarışlar alınandan sonra, iddiaçı cavabdeh cavabdeh1 etibarnamələri evi və torpaqları satmaq üçün vermişdi, verəndə də cavabdehə demişdir ki, evi tez bir zamanda onun adından çıxartsın. Cavabdeh cavabdeh1 etibar edilən olduğu üçün həmin əmlaklar ilə bağlı öz adına əqd bağlaya bilmədiyindən arvadı digər cavabdeh cavabdeh2 iddiaçının adından bağışlamışdır. Bundan əlavə, məhkəmə qətnamədə qeyd etmişdir ki, guya cavabdehlərin nümayəndəsi və vəkili izahatında etibarnamənin verilmə səbəbi kimi “çıxarışın alınması” və satışın həyata keçirilməsini bildirmişdir. Etibarnamənin verilməsində səbəb çıxarışın alınması necə ola bilər ki, etibarnamə veriləndə artıq sözügedən əmlakların çıxarışı mövcud olmuşdur. İddiaçınn cavabdeh cavabdeh1 etibarnamələr verməkdə məqsədinin kommunal xidmətlər ödənilməsi ilə bağlı olmadığı məhkəmə qətnaməsi ilə təsdiqini tapdığı üçün, sual olunur iddiaçı etibarnaməni cavabdehə hansı məqsədlə vermişdir? Məhkəmə həmin əmlakların satılması ilə bağlı iradə ifadəsinin kimə məxsus olduğunu düzgün müəyyən edə bilməmişdir. Belə ki, həmin iradə ifadəsi cavabdehlərə məxsus olmuşdur. İddiaçı özü də etibarnamələrin həmin əmlakların satılması səbəbi ilə verdiyini bildirməmişdir. Beləliklə, məhkəmə iradə ifadəsinin təfsiri zamanı onun məzmununu ağlabatan mühakimə əsasında müəyyənləşdirməmiş, bununla da düzgün nəticəyə gəlməyərək cavabdehlərin hüquqlarının pozulması ilə müşayət olunan qanunsuz və əsassız qətnamə qəbuletmişdir.
b) Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
32. Məhkəmə iclasında iddiaçı İddiaçı, nümayəndəsi və vəkili vəkil2 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin təmin edilməyən hissədə ləğv, iddianın isə tam təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin isə rədd edilməsini xahiş etdi.
33. Məhkəmə iclasında cavabdeh cavabdeh1, onun və digər cavabdeh cavabdeh2 nümayəndəsi və vəkili vəkil3 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin iddianın təmin edilən hissədə ləğv, həmin hissədə də rədd edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin isə rədd edilməsini xahiş etdi. 34.Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 nümayəndəsi və vəkili vəkil1 iddiaçının apellyasiya şikayətinin rədd edilməsini, cavabdehlərin apellyasiya şikayətinin həllini isə məhkəmənin mülahizəsinə buraxdığını bildirdi.
35. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq işdə iştirak etməli olan digər şəxslər(nümayəndəsi) məhkəmə iclasında iştirak etmədi və səbəbi barədə məhkəməyə məlumat vermədi. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
36. Azərbaycan Respublikasının Konstitusiyası:
Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29, İ hissə. Hər kəsin mülkiyyət hüququ vardır. Maddə 29, V hissə. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Maddə 29, VI. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər.. Maddə 60, İ hissə. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
37 . Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Maddə 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Maddə 135.9. Əgər müxtəlif növlü əşyalar ümumi təyinat üzrə istifadə edilməsini nəzərdə tutan vahid tam yaradırlarsa, bir əmlak (mürəkkəb əmlak) sayılırlar. Mürəkkəb əmlak barəsində bağlanmış əqdin qüvvəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, onun bütün tərkib hissələrinə şamil edilir. Maddə 135.10. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar daşınmaz əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Maddə 141.2. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Maddə 141.3. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 172.3. Əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. Sərhədi pozmuş qonşu pul kompensasiyası ödəməli və bundan sonra onu hər il ödəməlidir. Maddə 172.4. Qonşuluq hüququnun göstərişlərini pozan binalara çıxıntılı binalar haqqında qaydalar tətbiq edilir. Maddə 173.1. Başqa daşınmaz əmlaka keçən çıxıntıları olan binalar və digər qurğular yerləşdikləri daşınmaz əmlakın tərkib hissəsi kimi qalırlar, bu şərtlə ki, həmin əmlakın mülkiyyətçisi onlara əşya hüququna malik olsun. Qonşu ya üst tikiliyə qarşı etirazını bildirə bilər, ya da bununla barışaraq ağlabatan əvəz ödənilməsini tələb edə bilər. Maddə 173.2. Üst tikiliyə hüquq daşınmaz əmlakın dövlət reyestrində servitut kimi qeydə alına bilər. Maddə 173.3. Əgər üst tikili əsassızdırsa və hüququna toxunulmuş şəxs, bunu bilsə də, vaxtında etiraz etməzsə, üst tikilini ucaldan şəxsə, şəraitin haqq qazandırdığı hallarda, ağlabatan əvəz ödənilməklə, üst tikiliyə əşya hüququ və ya torpağa mülkiyyət hüququ verilə bilər. Maddə 173.4. Əgər qonşu sahədən binanın uçub torpaq sahəsinə tökülməsi təhlükəsi varsa, mülkiyyətçi qonşudan həmin təhlükənin qarşısının alınması üçün lazımi tədbirlər görməyi tələb edə bilər. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Maddə 188.1. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, şəxsin özünə mənsub olmayan materialların emalı yolu ilə hazırladığı yeni daşınar əmlaka mülkiyyət hüququnu materialların mülkiyyətçisi əldə edir. Emalın dəyəri materialların dəyərindən əhəmiyyətli dərəcədə yüksək olduqda, yeni əmlaka mülkiyyət hüququnu vicdanla hərəkət edərək, materialları özü üçün emal etmiş şəxs əldə edir. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Maddə 238.3. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, yerin təki və faydalı qazıntılar Azərbaycan Respublikasının mülkiyyətidir. Maddə 250.1. Torpaq sahəsi elə yüklü ola bilər ki, onun üstündə və ya altındakı binaya malik olmaq hüququ - özgəninkiləşdirilən və vərəsəlik üzrə keçən hüquq xeyrinə yükləmə aparılan şəxsə mənsub olar. Tikintiyə vərəsəlik hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınır. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 459.1. Zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Maddə 459.5. Əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi; Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
38. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” ## #### 2022-ci il tarixli, **/**** saylı Qərardadı:
Bənd 18. Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd edildiyi kimi etibarsızlıq, əqdin qanunvericiliyə zidd olması səbəbi ilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır (hal və nəticədir). Belə nəticəni, yəni etibarsızlıq halını yaradan səbəblər isə müxtəlif mahiyyət və xüsusiyyətə malik olur. Bənd 19. Məhz həmin səbəblərin müxtəlifliyi etibarsızlığın aşağıdakı fərqli növlərini meydana gətirir: əhəmiyyətsiz əqdlər, mübahisə edilən əqdlər, müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər və məhkəmə qərarı ilə etibarsız sayılan əqdlər. Bənd 20. Əhəmiyyətsiz əqdlər forma və məzmun etibarilə məcburi hüquq qaydalarına zidd olduqları üçün hər hansı əlavə qayda və ya şərtdən, yəni müddətin keçməsindən, mübahisələndirilməsindən və ya müvafiq məhkəmə qərarından asılı olmayaraq bağlandığı andan özü-özlüyündə etibarsızdır (Mülki Məcəllə, maddə 337.3). Belə əqdlərin etibarsızlığı (əhəmiyyətsizliyi) bir qayda olaraq qanunda birbaşa nəzərdə tutulur (Mülki Məcəllə, maddə 329.1, 340.1, 340.2 və s.). Bənd 27. Məhkəmə, əqdə əsaslanan mübahisəyə baxdıqda həmin əqdin etibarlı olubolmamasını hər hansı tələbdən və etibarsızlığın növündən asılı olmadan müəyyən etməlidir. Hakimin bu xüsusatlar üzrə qiymətləndirmə aparması ilə əqdin etibarsız sayılması (nəticəsinə gəlməsi) bir-birindən fərqləndirilməlidir. Sözügedən qiymətləndirmə əqdin etibarlı olubolmaması ilə bağlı hüquqi vəziyyətin nədən ibarət olduğunun təsbit edilməsidir. Başqa sözlə, bu fəaliyyət etibarsızlığın növündən asılı olmayaraq işin hallarına görə əqdin hüquqi nəticə yaradıbyaratmaması barədə dəyərləndirmədir. Bənd 28. Əqdin etibarlı və ya etibarsız sayılması yuxarıda qeyd edilən qiymətləndirmə nəticəsində məhkəmənin gəldiyi qənaətdir. Yuxarıda qeyd edildiyi kimi, etibarsızlığa səbəb olan bütün hallar məhkəmədən kənarda baş verən qanunazidd hallardır. Bu halların əqdin etibarsızlığı nəticəsini yaradıb-yaratmaması isə onun növlərindən və müvafiq növün xüsusiyyətlərindən asılıdır. Belə ki, yuxarıda sadalanan ilk üç növdə, yəni əhəmiyyətsizlik, mübahisə edilən və müvafiq razılığın olmaması hallarında etibarsızlıq nəticəsini əqdin tərəflərinin hərəkət və ya hərəkətsizliyi (məsələn, əhəmiyyətsizlik halında əqdin məcburi formaya zidd şəkildə bağlanması, mübahisə edilən əqdlərdə tərəfin əqdi məhkəmədənkənar qaydada mübahisələndirməsi, əqdin etibarlı sayılması üçün müvafiq razılığın alınmaması və s.), məhkəmə qərarı ilə etibarsız hesab edilən əqdlərdə isə bu nəticəni məhkəmənin qərarı meydana gətirir. Ona görə də məhkəmə əqdə əsaslanan mübahisəyə baxarkən bu halları təsbit etməklə iddianın və ya etirazın əsaslı olub-olmamasını da müəyyən etmiş olur. Bənd 29. Bu səbəbdən Konstitusiya Məhkəməsinin qərarında xüsusi olaraq vurğulanmışdır ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin qanunla müəyyən edilmiş müddətlər çərçivəsində mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsinin bəyan edilməsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olubolmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir.
39.Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının "Daşınmaz əşyalara dair əşya hüquqlarının əldə edilməsində üçüncü şəxslərin vicdanlılığı ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” ## ### 2026-cı il tarixli, **/**** №-li Qərardadının nəticə hissəsində göstərildi:
1. Daşınmaz əşyalara dair əşya hüquqlarının əldə edilməsi ilə bağlı mübahisələr üzrə iddianın predmetini əşyaya dair dövlət reyestrindəki qeydə iddiaçının xeyrinə düzəlişin edilməsi təşkil etdiyindən, məhkəmələr tələbdən asılı olmayaraq həmin qeydin aparılmasına əsas olmuş əqdlərin etibarlılığını yoxlamalıdırlar. 2.Daşınmaz əşyalara dair əşya hüquqlarının əldə edilməsində üçüncü şəxslərin vicdanlılığı ilə bağlı məsələlər (üçüncü şəxslərin vicdanlılığının müəyyən edilməsi, qorunması, vicdanlılığın istisna olunduğu hallar, sübutetmə standartları və digər) bu qərardadın əsaslandırıcı hissəsində göstərilən hüquqi mövqelərə uyğun həll edilməlidir. Qərardadda həmçinin göstərilib ki: Bənd 27. Daşınmaz əşya üzərində mülkiyyət hüququnu öz iradəsindən kənar itirmiş şəxslər bu hüququn müdafiəsi məqsədi ilə Mülki Məcəllənin 141.1 maddəsində nəzərdə tutulmuş iddia tələbi ilə məhkəməyə müraciət edə bilərlər. Belə iddiaların predmetini daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydə düzəliş edilməklə mülkiyyət hüququnun onun adına bərpası təşkil edir. Əsl mülkiyyətçi əşyaya sahiblikdən də məhrum olduğu halda, Mülki Məcəllənin 157.2-ci maddəsinə uyğun olaraq əşyanın özgəsinin qanunsuz sahibliyindən geri tələb olunmasını da tələb edə bilər. Bənd 28. Reyestr qeydinin ləğv edilməsi və ya etibarsız sayılması barədə, habelə onun əsasında duran əqdin etibarsızlığına dair tələb mahiyyətcə əsaslı olmayan qeydiyyatın düzəldilməsi barədə iddiadır və onun predmetini hüququ pozulmuş şəxsin mənafeyi (subyektiv hüququ) təşkil edir. Bu mənafeyin təmin olunması üçün irəli sürülən tələblərin hansı formada (ləğv, etibarsızlıq, silinmə və sair) ifadə olunmasından asılı olmayaraq, iddianın predmeti dəyişmir, belə tələblərin hər biri eyni predmet (daşınmaz əmlakın dövlət reyestrindəki qeyddə düzəlişin aparılması) hesab edilir. Bənd 29. Bu baxımdan iddia tələblərinin əşyaya dair daşınmaz əmlakın dövlət reyestrindəki qeydə düzəliş edilməsi, yəni iddiaçının adına qeydin bərpa edilməsi şəklində qaldırılması yetərlidir. Bununla bağlı ayrıca tələb qoyulmasa da, məhkəmə əşyaya dair bağlanmış bütün əqdlərin etibarlılığını yoxlamalıdır. Bunun üçün iddiaçı əşyaya dair bağlanmış əqdlərin tərəflərini iş üzrə cavabdeh qismində göstərməli, əks halda məhkəmə həmin şəxsləri cavabdeh qismində cəlb etməyi iddiaçıya təklif etməli, sonuncu razılıq vermədikdə isə öz təşəbbüsü ilə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etməlidir. Göstərilən tələblər üzrə daşınmaz əmlakın dövlət reyestrini aparan orqanın cavabdeh qismində işə cəlb edilməsi tələb olunmur. Bənd 42.Qeyd olunan dispozisiya şərtləri əsasında əqdin həqiqətən arzu edilən hüquqi nəticəni yaratmaq niyyəti ilə, yoxsa belə niyyət olmadan başqa məqsədlərlə bağlandığı aydınlaşdırılmalıdır. Təcrübədən görünür ki, bu kateqoriya mübahisələr üzrə uydurma əqdlər əsasən “vicdanlı əldə edən görüntüsü” yaratmaqla əşyanın mülkiyyətçiyə qayıtmasının qarşısını almaq məqsədilə rəsmiləşdirilir. Bənd 43. Belə uydurma əqdlər üzrə “vicdanlı əldə edən görüntüsü” yaratmaq niyyəti aşağıda qeyd olunan faktların mövcudluğu ilə müəyyənləşdirilə bilər: - əldə edənlə əqdin qarşı tərəfi arasında əlbirliyə işarə edən qohumluq, dostluq, asılılıq və ya digər yaxınlıq münasibətlərinin olması; - buna dair ağlabatan əsaslar olmadan əşya ilə bağlı müqavilənin həqiqi bazar dəyərindən dəfələrlə aşağı qiymətlə rəsmiləşdirilməsi; - buna dair ağlabatan əsaslandırma olmadan əldə edənin müqavilənin bağlanmasından öncə və ya sonra əşyaya şəxsən (və ya nümayəndəsi və ya qohumu vasitəsilə) baxış keçirməməsi, əşyanın xüsusiyyətləri barədə məlumatsız olması; - buna dair ağlabatan əsaslandırma olmadan əşyanın üçüncü şəxsin sahibliyinə verilməməsi, onun da əşyaya yiyələnməklə bağlı real cəhdlərinin olmaması, əşyanın yeni hüquqi əsaslar olmadan əsl mülkiyyətçinin sahibliyində qalmaqda davam etməsi; - əldə edənin real alıcılıq qabiliyyətini istisna edən maddi vəziyyətinin və həyat şəraitinin onun adına rəsmiləşmənin formal olmasına işarə etməsi; - buna dair ağlabatan əsaslar olmadan əşyanın dəyərinin notariusun depozit hesabına satıcı və ya onun təmsilçisi tərəfindən qoyulması və ya vəsaitin alıcının özü tərəfindən geri götürülməsi; - cavabdehin həqiqi niyyətinin olmasına dair istinad etdiyi mühüm halların məhkəmə araşdırmasında təkzib olunması; - əldə edənin əşyaya həqiqi marağının olmamasına işarə edən davranışları (lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, buna dair ağlabatan əsaslar olmadan məhkəmə proseslərinə gəlməməsi, ona qarşı verilmiş iddia ərizəsinə etiraz etməməsi, əleyhinə çıxarılmış məhkəmə aktlarından şikayət verməməsi və sair); - əqdin görünüş üçün bağlandığına əsas verən digər hallar. Bənd 44. Əksər hallarda bu faktlardan yalnız birinin mövcudluğu əqdin görünüş üçün bağlanması qənaətinə gəlmək üçün kifayət etmir. Məsələn, əşyanın həqiqi dəyərindən aşağı qiymətə əldə edilməsinə dair təkbaşına halın mövcudluğu əqdin uydurma olmasının təsdiqi üçün yetərli deyil. Əks yanaşma Mülki Məcəllənin müqavilə azadlığına və müqavilə qiymətinin tərəflərin razılaşması ilə müəyyənləşdirilməsinə dair 390 və 398.1-ci maddələrinin tələblərinə zidd olardı. Bu baxımdan, məhkəmə iş üzrə bütün faktiki halları ayrı-ayrılıqda deyil, onların qarşılıqlı əlaqəsini nəzərə almaqla, sübutların məcmusu əsasında qiymətləndirməlidir. Xüsusilə dolayı sübutlara əsaslanarkən bu sübutlar bir-birini tamamlamalı, uzlaşmalı və alternativ izahları istisna edən vahid məntiqi sistem yaratmalı, yəni onlar məcmu şəkildə yalnız bir nəticəyə - əqdin uydurma olması qənaətinə aparmalıdır. Bununla yanaşı, istisna hallarda elə bir yeganə faktın mövcudluğu da mümkün ola bilər ki, bu, özü-özlüyündə digər ağlabatan izahları aradan qaldıraraq mübahisə üçün həlledici əhəmiyyət kəsb etsin. Məsələn, alıcının real alıcılıq qabiliyyətini istisna edən maddi durumunun və həyat şəraitinin həddindən artıq ağır olmasına baxmayaraq, kifayət qədər yüksək dəyəri olan qeyri-yaşayış sahəsi əldə etməsi və bunun formal olmamasına dair hər hansı ağlabatan əsaslandırma verə bilməməsi. Bənd 45.Bu qaydada aparılan qiymətləndirmə əsasında əqdin uydurma olması təsdiq edilərsə, məhkəmə digər şərtlərin yoxlanılmasına keçmədən araşdırmanı yekunlaşdırmalı və reyestrdə üçüncü şəxsin adına aparılmış qeydin ləğvi barədə iddia onunla bağlanmış müqavilənin etibarsız (əhəmiyyətsiz) olması səbəbindən təmin edilməlidir.
40. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri:
41. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərilən dəlillər iddianın təmin edilməyən hissəsində qətnamənin ləğv edilməsi və iddianın həmin hissədə də təmin olunması üçün əsas ola bilməz, cavabdehlərin apellyasiya şikayəti isə iddianın təmin edilən hissəsində qətnamənin ləğv edilməsi və iddianın həmin hissədə də rədd olunması üçün əsas olmasa da, dəyişdirilməsi üçün əsasdır.
42. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair ## ### 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
43. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ## ####### 2020-ci il tarixli **/**** nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
44. İddia tələbi qismən təmin edildiyi üçün iddiaçının apellyasiya şikayətinin obyektini iddianın təmin edilmədiyi hissəsi, cavabdehlərin apellyasiya şikayətinin obyektini isə qətnamənin iddianın təmin edildiyi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), hər iki şikayətin predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətlərin predmeti də qətnamənin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
45. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
46. İddanın faktiki əsası (faktiki hallar) təmin edilməyən hissədə tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından, təmin edilən hissədə isə tələbin qanuni əsasının şərtlərinə qismən uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə qismən uzlaşdığından iddiaçıya ödənilməli vəsaitin miqdarı hissəsi istisna olmaqla birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.
47. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddia təmin edilməyən hissədə tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından, həmçinin cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından haqlı sayılmır, təmin edilən hissədə isə tələbin qanuni əsasının şərtlərinə qismən uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə qismən uzlaşdığından iddiaçıya ödənilməli vəsaitin miqdarı hissəsi istisna olmaqla haqlı sayılırdı.
48. Əlbətdə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.
49. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.
50. Məhkəmə tərkibi vurğulayır ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı mülkü hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. İşin həqiqi hallarını dəqiq müəyyən edilməsi, həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu düzgün müəyyən etməyi mümkün edir. Bu mənada məhkəmə tərkibi birinci instansiya məhkəməsinin iddia üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından torpaq sahəsinin və üzərindəki fərdi yaşyış evinin vicdanlı üçüncü şəxsin əldə etməsi səbəbindən geri qaytarılmasının mümkün olmamasına görə əldə edilən vəsaitin kompensasiya(restutisiya) olaraq mülkiyyətçi və fərdi yaşayış evini inşa etmiş şəxslər arasında torpaq sahəsinin və üzərindəki fərdi yaşayış evinin real bazar dəyərlərinə mütənasib həm prosessual qənaət prinsipinə, həm də ədalət mühakiməsinin məqsədlərinə uyğun olmasına baxmayaraq bölməməsi istisna olmaqla, digər hissələrdə düzgün nəticəyə gəldiyini müəyyən etdi. Bu hallar da məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün deyil, dəyişdirilməsi üçün əsas sayılır. Buna baxmayaraq, iddia tələbinin və apellyasiya şikayətlərinin dəlilləri ilə əlaqədar əlavə hüquqi dəyərləndirmə aparılmasını da məhkəmə tərkibi zəruri hesab edir.
51. Əvvəla, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının cavabdeh olan qardaşına verdiyi etibarnamənin hansı məqsədlər üçün verməsi barədə tam, hərtərəfli və geniş hüquqi dəyərləndirmə apalıb və bu cür dəyərləndirməni apellyasiya instansiyası məhkəməsi də düzgün hesab edir. İddiaçının nümayəndəsi və vəkili tərəfindən bu cür dəlillərdən yenidən apellyasiya şikayətində istifadə edilməsi isə anlaşılan olmamışdır. Belə ki, göstərilən məqsədlər üçün etibarnamə verilməsinə də hər hansı bir zərurət olmayıb. Çünki kommunal xidmətlərin ödənilməsi üçün hansısa etibarnaməyə də gərək yox idi. Başqa sözlə, kommunal xidmətlər yaxud torpaq vergisi ödəmək üçün mütləq etibarnamə tələb olunmurdu. Üstəlik iddiaçı şəhid ailəsi statusunda olduğu üçün torpaq vergisi ödəyicisi də deyildi. Demək ki, bu cür dəlillər iddiaçının nümayəndəsinin və vəkilinin şəxsi mülahizələrinə əsaslanan subyektiv fikirləri hesab olunur. 52.Bununla yanaşı, etibarnamənin verilməsinin iddiaçının iradəsinə uyğun olması o demək deyil ki, həmin etibarnamə əsasında iddiaçı mülkiyyətində olan torpaq sahəsi və üzərində inşa olunmuş fərdi yaşayış evinin özgəninkiləşdirilməsindən əldə edilən bütün vəsaiti də cavabdehlərə bağışlamaq niyyətində olub. Əslində iddiaçının belə bir məqsədi olmuş olsa idi, etibarnamə verilməsindən qısa müddət sonra onun ləğv edilməsinə nail olmaq istəməzdi. Demək ki, iddiaçı ona 1990-cı ildə qanuni əsaslarla ayrılmış və üzərində fərdi yaşayış evinin tikintisinə icazə verilmiş torpaq sahəsindən imtina etmək niyyəti olmayıb. Düzdü, cavabdeh olan qardaşı qeyd olunan torpaq sahəsinin də iddiaçıya ayrılmasının onun əməyi və zəhməti nəticəsində başa gəldiyini göstərsə də buna dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir, üstəlik bunun ağlabatan izahını da məhkəmənin diqqətinə çatdıra bilmir. 53.Göstərilənlərlə yanaşı, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının "Daşınmaz əşyalara dair əşya hüquqlarının əldə edilməsində üçüncü şəxslərin vicdanlılığı ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” ## ### 2026-cı il tarixli, **/**** №-li Qərardadının nəticə hissəsində göstərildi ki, daşınmaz əşyalara dair əşya hüquqlarının əldə edilməsi ilə bağlı mübahisələr üzrə iddianın predmetini əşyaya dair dövlət reyestrindəki qeydə iddiaçının xeyrinə düzəlişin edilməsi təşkil etdiyindən, məhkəmələr tələbdən asılı olmayaraq həmin qeydin aparılmasına əsas olmuş əqdlərin etibarlılığını yoxlamalıdırlar. Daşınmaz əşyalara dair əşya hüquqlarının əldə edilməsində üçüncü şəxslərin vicdanlılığı ilə bağlı məsələlər (üçüncü şəxslərin vicdanlılığının müəyyən edilməsi, qorunması, vicdanlılığın istisna olunduğu hallar, sübutetmə standartları və digər) bu qərardadın əsaslandırıcı hissəsində göstərilən hüquqi mövqelərə uyğun həll edilməlidir. İddiaçı iddianın təmin edilməyən hissəsini mübahisələndirməklə faktki olaraq cavabdeh cavabdeh2 ilə 3-cü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 arasında bağlanmış alqı-satqı müqavilələrinin etibarsızlığını tələb edib ona görə ki, sözügedən torpaq sahəsinə və üzərindəki fərdi yaşayış evinə dair dövlət reyestrindəki qeydə xeyrinə düzəliş edilməsinə nail olsun. Bunun üçün isə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 həmin torpaq sahəsini və üzərindəki evi vicdanlı əldə etməməsinin sübuta yetirilməsi tələb olunur. Belə ki, dövlət reyestrində düzəlişin aparılması barədə tələbin təmin olunmasını istisna edən hallardan biri daşınmaz əşyaya hüquqların vicdanlı əldə edilməsidir. 54.Vicdanlılıq dedikdə, vəziyyətin tələb etdiyi bütün diqqətin göstərildiyi halda, bir haqqın qazanılmasına və ya başqa bir hüquqi nəticənin gerçəkləşməsinə dair hansısa əngəlin (maneənin) varlığının fərqində olmamaq başa düşülür. Başqa sözlə, əşya hüququ əldə edən üçüncü şəxs həmin hüququ qazanmasına maneə olan halı bilmirsə (və ya vəziyyətin şərtlərinə görə bilməli deyilsə) vicdanlı sayılır. Vicdanlılığın hüququn qazanıldığı anda mövcud olması kifayətdir. Hüquqi nəticə (mülkiyyət hüququnun yaranması) gerçəkləşdikdən sonra üçüncü şəxsin sözügedən maneəni öyrənməsi onun əldə etdiyi hüquqa təsir etmir.
55. O da nəzərə alınmalıdır ki, mülki hüquq münasibətlərində "vicdanlılıq prezumpsiyadır (quivis bonus praesumitur)” qaydası tətbiq olunur. Yəni əşyanı əldə edənin vicdanlı olduğu ehtimal edilir. Ona görə də, vicdanlılığın qorunması qaydasından yararlanan şəxs özünün vicdanlı olduğunu sübut etmək vəzifəsi daşımır. Onun vicdanlı olmadığını sübuta yetirmək, bundan fayda əldə edəcək tərəfin, yəni üçüncü şəxsin vicdanlı olmadığını iddia edənin üzərinə düşür. 56.Daşınmaz əşyaya sərəncam verən şəxsin buna səlahiyyəti olmadığını, o cümlədən dövlət reyestrində onun mülkiyyətçi olaraq qeydiyyatının əsassız olduğunu bilmədən həmin əşya üzərində hüquq əldə edən şəxslərin qorunması ilə bağlı mülki qanunvericilikdə qaydalar nəzərdə tutulmuşdur. Mülki Məcəllənin 140 və 148.2-ci maddələrinə görə, reyestrin məzmununun qeyri dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Eyni zamanda MM-in 149.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. 57.Göründüyü kimi, iddiaçının mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 vicdanlı olmadığını sübut etmək yükü vardır. Bu cür mübahisələr üzrə məhkəmə təcrübəsində ən çox rast gəlinən etibarsızlıq halı uydurma əqdlərlə bağlı olur. Buna görə də Mülki Məcəllənin 340.1-ci maddəsinin dispozisiya şərtləri əsasında əqdin həqiqətən arzu edilən hüquqi nəticəni yaratmaq niyyəti ilə, yoxsa belə niyyət olmadan başqa məqsədlərlə bağlandığı aydınlaşdırılmalıdır. Təcrübədən görünür ki, bu kateqoriya mübahisələr üzrə uydurma əqdlər əsasən “vicdanlı əldə edən görüntüsü” yaratmaqla əşyanın mülkiyyətçiyə qayıtmasının qarşısını almaq məqsədilə rəsmiləşdirilir.
58. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının "Daşınmaz əşyalara dair əşya hüquqlarının əldə edilməsində üçüncü şəxslərin vicdanlılığı ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” ## ### 2026-cı il tarixli, **/**** №-li Qərardadının 43-cü bəndində belə uydurma əqdlər üzrə “vicdanlı əldə edən görüntüsü” yaratmaq niyyətinin həmin bənddə qeyd olunan faktların mövcudluğu ilə müəyyənləşdirilə bilməsinin mümkünlüyü göstərildi. Həmin faktlardan əlavə bu cür niyyətin digər hallarla da müəyyənləşdirilə bilməsi istisna olunmur. 59.Qeyd olunan Qərardadda da göstərildiyi kimi, əksər hallarda bu faktlardan yalnız birinin mövcudluğu əqdin görünüş üçün bağlanması qənaətinə gəlmək üçün kifayət etmir. Bununla belə, iddiaçı tərəf apellyasiya baxışında qeyd olunan hallardan yalnız birini, yəni torpaq sahəsinin və fərdi yaşayış evinin həqiqi dəyərindən aşağı qiymətə əldə edilməsini göstərdi, digər yaxud eyni xarakterli halların mövcudluğuna dair isə heç bir dəlil göstərmədi. Baxmayaraq ki, əşyanın həqiqi dəyərindən aşağı qiymətə əldə edilməsinə dair təkbaşına halın mövcudluğu əqdin uydurma olmasının təsdiqi üçün yetərli deyil. Çünki əks yanaşma Mülki Məcəllənin müqavilə azadlığına və müqavilə qiymətinin tərəflərin razılaşması ilə müəyyənləşdirilməsinə dair 390 və 398.1-ci maddələrinin tələblərinə zidd olardı. Bununla belə qeyd olunan halın yoxlanılması məqsədi ilə “xxxx” Qiymətləndirmə Şirkəti MMC tərəfindən verilmiş MB-**/**** saylı, ## #### 2026-cı il tarixli rəydə qeyd edildi ki, ünvan 11 8 ünvanında yerləşən ümumi sahəsi 0.0242 ha. olan torpaq sahəsinin hesablanmış bazar dəyəri 20.000 (iyirmi min) manat təşkil edir. ünvan 11 ev 8 ünvanında yerləşən ümumi sahəsi 300.1 kv.m olan fərdi yaşayış evinin və 0.0358 ha olan torpaq sahəsinin hesablanmış bazar dəyəri 180.000 (yüz səksən min) manat təşkil edir. Göründüyü kimi, qeyd olunan ünvandakı torpaq sahəsinin dəyərinin alqı-satqı müqaviləsində göstərilən qiymətlə eyni olduğu təsdiq olundu. ünvan 11 ev 8 ünvanında yerləşən ümumi sahəsi 300.1 kv.m olan fərdi yaşayış evinin və 0.0358 ha olan torpaq sahəsinin birlikdə hesablanmış bazar dəyərinin 180.000 (yüz səksən min) manat olması da baxmayaraq ki, evin həqiqi dəyərindən dəfələrlə aşağı qiymətə rəsmiləşdirilmə sayıla bilməz, ancaq bu dəyər artımı da mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 sonradan həmin evdə apardığı təmirlə bağlı olduğu təkzib olunmadı. Göründüyü kimi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 mübahisəli torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınanadək iddiaçı və cavabdehlər arasında baş verən proseslərdən hansısa məlumata malik olmasına dair nə işdə hansısa birbaşa və dolayı sübutlar mövcud deyil, nə də iddiaçı tərəf əşyanın dəyərindən başqa hansısa hala xüsusi olaraq istinad etmir. Demək ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 adına qeyd olunan torpaq sahəsi və üzərindəki ev dövlət qeydiyyatına alınanədək iddiaçı tərəfindən cavabdeh2 adına aparlmış qeydə dair reyestrə etirazın daxil edilməsi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 cavabdeh2 reyestr qeydinin qeyri-dəqiq olduğunu bilməsinə dair məhkəməyə hər hansı bir sübut təqdim edilmədiyindən iddiaçının mübahisələndirdiyi hissədə qətnamə ləğv edilə bilməz.
60. Göstərilənlərə baxmayaraq, işdə olan mötəbər sübutlarla təsdiq olunur ki, mübahisəli ünvandakı torpaq sahəsi fərdi yaşayış evi inşa etməsi üçün hələ sovet dövründə qanunla müəyyən edilmiş qaydada iddiaçıya ayrılıb, buna baxmayaraq 1990-cı illərin ortalarından başlayaraq cavabdeh tərəfindən həmin torpaq sahəsində mübahisə predmeti olan fərdi yaşayış evi inşa olunub, cavabdeh həmin torpaq sahəsi və ev özgəninkiləşdirilənə qədər ailə üzvləri ilə birlikdə həmin evdə yaşamışdır. Düzdü iddiaçı da həmin evin inşa olunmasında digər qardaş və bacılarının, eləcə də valideynlərinin əməyi olduğunu qeyd edir, ancaq buna dair məhkəməyə mötəbər sübut təqdim edilməyib. Eləcə də cavabdeh də torpaq sahəsinin iddiaçının adına ayrılsa da onun “fəaliyyəti” nəticəsində baş verdiyini göstərsə də bu hal da hansısa sübutla təsdiq olunmur. Demək ki, torpaq sahəsinin və fərdi yaşayış evinin iddiaçının adına ilkin olaraq mülkiyyət hüququ əsasında qeydə alınmasına baxmayaraq, torpaq sahəsi iddiaçının əməyi və zəhməti nəticəsində əldə edilmiş, üzərində inşa olunan mübahisə predmeti olan ev isə cavabdehin vəsaiti, əməyi və zəhməti sahəsində inşa olunmuşdur. Bu cür vəziyyətdə isə sözügedən torpaq sahəsi və evin özgəninkiləşdirilməsindən əldə edilən vəsaitin tamamilə iddiaçıya qaytarılması nə ədaləti təmin etmir, nə də bu cür mövqe ədalət mühakiməsinin məqsədlərinə cavab vermir. Birinci instansiya məhkəməsi dolayı olsa da bu vəziyyətlə razılaşdığını nümayiş etdirib, lakin cavabdeh tərəfin çəkdiyi xərcin əvəzinin başqa icraatda əsas olduğu halda tələb etməli olduğunu göstərib. Belə ki, birinci instansiya məhkəməsi qeyd edib ki, cavabdehlərin kommunal xidmətlərlə bağlı müqavilələrin, abonent hesabların, sayğacların cavabdeh cavabdeh2 adına olması, kommunal xidmət haqqlarının və vergilərin onlar tərəfindən ödənilməsi, hətta mübahisəli evin faktiki olaraq cavabdehlərin vəsaiti hesabına tikilməsi, onların uzun illər həmin evdə yaşaması cavabdehlər arasında bağlanılmış bağışlama müqavilələrinin etibarlı olmasına əsas olan hal kimi qiymətləndirilə bilməz və bütün bunlar sadəcə xərc çəkmiş şəxsə qanunvericiliyə uyğun şərtlər olduğu təqdirdə çəkilmiş xərclərin qarşı tərəfdən tələb edilməsi hüququ verə bilər.
61. Buna baxmayaraq birinci instansiya məhkəməsi torpaq sahəsinin və üzərindəki fərdi yaşyış evinin vicdanlı üçüncü şəxsin əldə etməsi səbəbindən geri qaytarılmasının mümkün olmamasına görə əldə edilən vəsaitin kompensasiya(restitusiya) olaraq İddiaçı və fərdi yaşayış evini inşa etmiş cavabdehlər arasında torpaq sahəsinin və üzərindəki fərdi yaşayış evinin real bazar dəyərlərinə mütənasib həm prosessual qənaət prinsipinə, həm də ədalət mühakiməsinin məqsədlərinə uyğun olmasına baxmayaraq bölməməsi düzgün olmamışdır. Belə ki, alqı-satqı müqavilələrində torpaq sahələrinin və fərdi yaşayış evinin ayrı-ayrılıqda qiyməti göstərilmişdir.
62. Məhz bu qiymətlərin həqiqiliyini yoxlamaq məqsədi ilə də Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsini müəyyən edən *(***)-****/**** saylı, ## ##### 2025ci il tarixli və *(***)-****/**** saylı, 13 may 2025-ci il tarixli 3 ulduzla indeksləşdirilmiş qərarlarına uyğun olaraq (*(***)-****/**** saylı, ## ##### 2025-ci il tarixli qərarda qeyd edilir ki,... Beləliklə, çıxıntılı binanın onu inşa edənin əşyasının tərkib hissəsi sayılması üçün birinci imkan bina sahibinin həmin tikili üçün əvvəlcədən bir əşya hüququna malik olmasıdır. İkinci imkan isə ondan ibarətdir ki, bina inşa etmiş şəxsin belə bir əşya hüququ mövcud olmasa da, qanunda nəzərdə tutulan şərtlərin gerçəkləşməsinə görə müdaxilə etdiyi torpaq mülkiyyətçisindən məhdud əşya hüququ (servitut, tikintiyə vərəsəlik hüququ) və ya tam əşya hüququ (mülkiyyət hüququ) tələb etmək səlahiyyəti olsun. Bu cür səlahiyyət bir qayda olaraq, müqavilədən deyil, çıxıntılı binanın artıq inşa edilmiş olmasından, məhdudiyyətə məruz qalmış torpaq mülkiyyətçisinin buna vaxtında etiraz etməməsindən və digər qanuni şərtlərin mövcudluğundan irəli gəlir. Bu münasibət çərçivəsində ərazinin mülkiyyətçisi çıxıntılı bina sahibinin xeyrinə bir servitut qurmaq və ya müdaxilə olunan torpaq sahəsinin mülkiyyətini ona keçirmək, bina sahibi isə ağlabatan əvəz ödəmək öhdəliyi altına düşür. Torpaq sahəsinin bina çıxan hissəsinə və ya tamamına münasibətdə bina sahibinə əşya hüququ verilməklə mülkiyyətçiyə ağlabatan əvəz ödənilməsi tələbləri üzrə iddianın hüquqi əsasını Mülki Məcəllənin 173.3-cü maddəsi təşkil edir. Bu tələbi irəli sürmək həm də ərazi mülkiyyətçisinin hüququdur. Ona görə ki, bina sahibi həmin tələbi irəli sürmədiyi təqdirdə onun yaratdığı mövcud faktiki vəziyyətlə torpaq mülkiyyətçisi iradəsi əleyhinə, özü də qeyri-müəyyən müddətə mülkiyyətinin bir qismindən məhrum edilmiş, yaxud məhdudlaşdırılmış vəziyyətdə qalır. Bu isə yolverilməz bir vəziyyətdir. Bina sahibinə konkret olaraq hansı (ən uyğun) əşya hüququnun verilməsini məhkəmə hər işin konkret halına (torpaqdan məhrumiyyətin dərəcəsinə, xarakterinə və s.) görə müəyyən etməlidir. Bu səbəbdən qanunverici məsələnin həllini işin halları baxımından hakimin mülahizə sərbəstliyinə buraxaraq, Mülki Məcəllənin 173.3-cü maddəsində tənzimləməni “üst tikiliyə əşya hüququ və ya torpağa mülkiyyət hüququ verilə bilər” şəklində ifadə etmişdir. Qeyd: Bu qərarın əsaslandırıcı hissəsində daşınmaz əşya üzərində mülkiyyət hüququnun əhatə dairəsi (üfüqi, şaquli və maddi), vahid daşınmaz əşya konsepsiyası, ondan istisnalar, əsassız tikinti, çıxıntılı bina və özbaşına tikilinin fərqləri kimi məsələlərə də izahlar verilmişdir) torpaq sahəsinin hazırki dövrə olan real bazar dəyərinin müəyyən edilməsi üçün qiymətləndirici rəyi alındı.
63. “xxxx” Qiymətləndirmə Şirkəti MMC tərəfindən verilmiş MB-**/**** saylı, ## #### 2026cı il tarixli rəyində ünvan 11 8 ünvanında yerləşən ümumi sahəsi 0.0242 ha. olan torpaq sahəsinin hesablanmış bazar dəyəri 20.000 (iyirmi min) manat təşkil etdiyi müəyyən edildiyindən, ünvan 11 ev 8 ünvanında yerləşən ümumi sahəsi 0.0358 ha olan torpaq sahəsinin alqı-satqı müqaviləsində dəyərinin 30000(otuz min)manat göstərilməsinin də həqiqi və real olduğu öz təsdiqini tapdı.
64. Qeyd olunan rəy apellyasiya baxışı zamanı tədqiq edildi, tərəflər mübahisəli ünvandakı torpaq sahəsinin dəyərinin fərqli, yəni yüksək yaxud aşağı olması barədə əlavə qiymətləndirici rəyi təqdim edə bilmək hüquqlarının olduğu halda bu hüquqlarının icrası barədə heç bir təşəbbüs göstərmədilər. Qeyd olunduğu kimi bu cür qiymətləndirmə keçirilməsində məqsəd həm də Ali Məhkəmənin yuxarıda adları qeyd olunan vahid məhkəmə təcrübəsini müəyyən edən qərarlarının məzmunundakı göstərişlərin icrası olmuşdur. Ona görə də Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsini müəyyən edən *(***)-****/**** saylı, ## ##### 2025-ci il tarixli və *(***)-****/**** saylı, 13 may 2025-ci il tarixli 3 ulduzla indeksləşdirilmiş qərarlarına uyğun olaraq, eləcə də prosessual qənaət prinsipinin tələbləri nəzərə alınmaqla cavabdeh cavabdeh2 iddiaçı İddiaçı xeyrinə tutulan məbləğdən fərdi yaşayış evinin dəyəri çıxılmaqla, qalan torpaq sahəsinin dəyəri olan 50000(əlli min) manat saxlanılmalıdır. Bu nəticə tərəflər arasında gələcəkdə yarancaq yeni mübahisələrin də qarşısını almaqla, mövcud vəziyyətdə eyni məsələ ilə bağlı bütün mübahisələri birdəfəlik həll etmiş olur.
65. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki: İddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməməli, cavabdehlər cavabdeh1 və cavabdeh2 birgə apellyasiya şikayəti qismən təmin edilməli; Mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsi daşınmaz əmlakın dəyəri kimi 144.778,2 AZN (bir yüz qırx dörd min yeddi yüz yetmiş səkkiz manat iyirmi qəpik) məbləğində pul vəsaiti cavabdeh cavabdeh2 tutularaq iddiaçı İddiaçı ödənilməsi hissəsində dəyişdirilməli və həmin məbləğ azaldılaraq 50000(əlli min)manat müəyyən edilməli; Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalı; Qiymətləndiricinin xidmət haqqı olan 300 (üç yüz) manat iddiaçı İddiaçı, cavabdehlər cavabdeh1 və cavabdeh2 müştərək qaydada tutularaq “xxxx” Qiymətləndirmə Şirkəti MMC-nin (VÖEN: N, H/h:№ AZ**IBAZ********************; “Azərbaycan Beynəlxxxxı” ASC Yasamal filialı, Kodu: 805562, VÖEN: **********, Müxbir hesab: AZ03NABZ01350100000000002944, S.W.İ.F.T BİK: IBAZAZ2X) hesabına köçürülməlidir.
66. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
İddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin, cavabdehlər cavabdeh1 və cavabdeh2 birgə apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsi daşınmaz əmlakın dəyəri kimi 144.778,2 AZN (bir yüz qırx dörd min yeddi yüz yetmiş səkkiz manat iyirmi qəpik) məbləğində pul vəsaiti cavabdeh cavabdeh2 tutularaq iddiaçı İddiaçı ödənilməsi hissəsində dəyişdirilsin və həmin məbləğ azaldılaraq 50000(əlli min)manat müəyyən edilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qiymətləndiricinin xidmət haqqı olan 300 (üç yüz) manat iddiaçı İddiaçı, cavabdehlər cavabdeh1 və cavabdeh2 müştərək qaydada tutularaq “xxxx” Qiymətləndirmə Şirkəti MMC-nin (VÖEN: N, H/h:№ AZ**IBAZ********************; “Azərbaycan Beynəlxxxxı” ASC Yasamal filialı, Kodu: 805562, VÖEN: **********, Müxbir hesab: AZ03NABZ01350100000000002944, S.W.İ.F.T BİK: IBAZAZ2X) hesabına köçürülsün. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.