Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-746/2026 23.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh * saylı Bakı Asan xidmət mərkəzində Notariat Kontoruna; iddiaçı Əliyeva İradə Sabir qızının cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi * saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı mülki iş üzrə (Açar sözlər: mirasın qəbul edilməsi üçün buraxılmış müddətin bərpa edilməsi və vərəsəlik işinin açılması öhdəliyinin qoyulması) hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlu və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi X10, iddiaçı İddiaçı, birləşdirilmiş mülki iş üzrə iddiaçı Əliyeva İradə Sabir qızının, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Əliyev İlqar Sabir oğlu və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 iştirakları ilə, iddiaçı İddiaçı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 cəlb edilməklə) cavabdeh * saylı Bakı Asan xidmət mərkəzində Notariat Kontoruna qarşı “mirasın qəbul edilməsi üçün buraxılmış müddətin bərpa edilməsi və vərəsəlik işinin açılması öhdəliyinin qoyulması” tələbi barədə mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əliyev İlqar Sabir oğlu; birləşdirilmiş mülki iş üzrə iddiaçı Əliyeva İradə Sabir qızının cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi * saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, İddiaçı və Əliyev İlqar Sabir oğlu cəlb edilməklə) “mirasın qəbul edilməsi müddətinin bərpa edilməsi və vərəsəlik şəhadətnaməsi verilməsi öhdəliyinin notariusa həvalə edilməsi” tələbinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)- ****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əliyev İlqar Sabir oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Ağdam rayon qeydiyyat şöbəsi tərəfindən ##.##.1965-ci il tarixdə verilmiş İ-ИЕ seriyalı ****** nömrəli nikah haqqında şəhadətnamənin sürətindən görünür ki, X6 və X7 ##.##.1965-ci il tarixdə nikaha daxil olmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 19 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Əliyev, arvada Əliyeva soyadı verilmişdir.
2. İddiaçı, Əliyev İlqar Sabir oğlu, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və Əliyeva İradə Sabir qızının X1 ## ###### 2012-ci il tarixdə vəfat etmişdir. O, birgə nikah dövründə əldə olunmuş ünvan 2 (yeni ünvan: AZ 1075, ünvan 3) ünvanında yerləşən mənzilə malik olmuşdur. Miras qoyanın birinci növbə vərəsələri arvadı X7, övladları İddiaçı, Əliyev İlqar Sabir oğlu, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və Əliyeva İradə Sabir qızı olmuşlar. X7 ## ####### 2025-ci il tarixdə vəfat etmişdir.
3. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin Mərkəzi Texniki İnventarizasiya Bürosu tərəfindən tərtib edilmiş, Bakı şəhəri, 16-cı Naqornaya küçəsi, ** nömrəli ev üzrə X6 adına 1973-cü il tarixdə rəsmiləşdirilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasport mövcuddur.
4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş, daşınmaz əmlak üzərində hüququn mərhum X6 məxsus olduğunu təsdiq edən arayışa əsasən, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 54,30 kv.m olan fərdi yaşayış evi və 0,03 hektar torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə mərhum X6 adına dövlət qeydiyyatına alınmışdır.
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi * saylı Bakı "ASAN xidmət" Mərkəzində Notariat ofisindən Bakı Apellyasiya Məhkəməsinə daxil olmuş materiallardan görünür ki, X6 adına vərəsəlik işi açılmışdır.
Birinci mülki iş üzrə:
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı İddiaçı cavabdeh * saylı Bakı Asan xidmət mərkəzində Notariat Kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ## ###### 2012-ci il tarixdə vəfat etmiş X6 qalmış miras əmlakın qəbul edilməsi müddətinin bərpa olunması və miras əmlaka dair vərəsəlik işinin açılması öhdəliyinin cavabdeh * saylı Bakı "Asan Xidmət" Mərkəzində Notariat ofisinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, ünvan 2 (Yeni qaydalarla: AZ1075, ünvan 3) ünvanında yerləşən mənzil X1nun mülkiyyətində olmuşdur. Lakin mərhum ## ###### 2012-ci il tarixdə ürək xəstəliyindən vəfat etmişdir. Mərhumun vəfat etməsi ilə bağlı Nərimanov Rayon Qeydiyyat şöbəsi tərəfindən ## ###### 2012-ci il tarixdə ölüm haqqında şəhadətnamə verilmişdir. X3, qardaşı Əliyev İlqar Sabir oğlu, bacıları Əliyeva İradə Sabir qızı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və o, mərhumun qanun üzrə vərəsələridir. Atası vəfat etdikdən sonra bütün vərəsələr öz aralarında razılaşmışlar ki, miras əmlaka dair vərəsəlik işinin açılması ilə bağlı birlikdə notariat ofisinə müraciət edəcəklər. Lakin yas mərasiminə daha sonra isə öz ailə problemlərinə başları qarışdığından miras əmlaka dair vərəsəlik işinin açılması ilə bağlı müracət edə bilməmişlər. Tərəfindən miras əmlaka dair vərəsəlik işinin açılması ilə əlaqədar cavabdeh * saylı Bakı ''Asan Xidmət" Mərkəzində Notariat ofisinə müraciət edilmişdir. Lakin cavabdeh * saylı Bakı "Asan Xidmət" Mərkəzində Notariat ofisi ##.##.2025-ci il tarixli **** saylı cavab məktubu ilə vərəsəlik işinin açılması və qanun üzrə vərəsə kimi vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina etmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, qanunvericiliyin tələblərinə əsasən miras əmlakın qəbulu ilə bağlı müəyyən edilmiş müddət ötürüldüyündən qanun üzrə vərəsə kimi ona vərəsəlik şəhadətnaməsinin verilməsi mümkün olmadığından məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Bu səbəbdən mirasın qəbul edilməsi üçün nəzərdə tutulmuş müddətin bərpası ilə bağlı məhkəməyə müraciət etməli olmuşdur.
8. Məhkəmənin ##.##.2025-ci il tarixli iclasında Əliyev İlqar Sabir oğlu, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və Əliyeva İradə Sabir qızı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.
9. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək İddiaçı ##.##.2012-ci il tarixdə vəfat etmiş X1ndan miras qalmış əmlakı qəbul etməsi üçün buraxılmış müddətin bərpa edilməsi; mərhum X6 miras qalmış əmlaka dair vərəsəlik işinin açılması öhdəliyinin * saylı Bakı Asan xidmət mərkəzində Notariat Ofisinin üzərinə qoyulması qət edilmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, miras qoyan ##.##.2012-ci ildə vəfat etmiş, lakin mirasın qəbul edilməsi üçün müddətin uzadılması barədə iddia tələbi məhkəməyə ##.##.2025-ci il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin əvvəllər qüvvədə olan 1246-cı maddəsinin müddəalarına uyğun olaraq müddətin ötürülməsi müəyyən edilsə də, Konstitusiya Məhkəməsinin Plenumunun yeni hüquqi mövqeyi nəzərə alınaraq mirasın qəbulu üçün nəzərdə tutulmuş müddətlər barədə norma qüvvədə olmadığından, iddiaçının "vərəsəlik hüququ üzrə ötürülmüş müddətin bərpası” tələbinə dair iddiası təmin edilməlidir. Belə ki, iddiaçı notariat ofisinə müraciət etsə də, onun müraciəti müsbət şəkildə öz həllini tapmamışdır. Məhkəmə iddiaçının ərizəsində istinad etdiyi halları nəzərə alaraq, iddiaçının mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikmə səbəbini üzrlü sayır və buna görə də hesab etmişdir ki, bu müddət uzadılmalıdır.
11. Məhkəmə iddia tələbinin notarius üzərinə vərəsəlik işinin açılması öhdəliyinin qoyulması hissəsinə münasibətdə qeyd etmişdir ki, notarius məhz tərəf mirasın qəbulu üçün nəzərdə tutulmuş müddəti ötürdüyü üçün vərəsəlik işinin açılmasından imtina etmişdir. Lakin məhkəmə tərəfindən həmin müddətin buraxılması üzrlü sayılaraq uzadıldığından müddətin ötürülməsi səbəbindən vərəsəlik işinin açılmaması üçün əsaslar mövcud deyil. Belə olan halda iddia tələbi həmin hissədə də təmin edilməlidir.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1145, 1146, 1151.1, 1159.1.1, 1243 və 1246-cı maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2014-cü il tarixli Qərarına; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2022-ci il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Qərarına; “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 40-cı maddəsinə; “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 107-ci bəndinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri
13. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əliyev İlqar Sabir oğlu qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** saylı iş üzrə ## ###### 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
14. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 1243.2-1243.3-cü maddəsində vərəsənin notariat ofisinə mirasın qəbul edilməsi haqda və əmlaka sahiblik etməyə və idarə etməyinə faktiki başladıldığı zaman, mirası şəksiz nümayiş etdikdə miras qəbul edilmiş sayılmasın göstərsə də iddiaçı İddiaçı ünvan 2-da ailə həyatı qurduqdan sonra orada yaşamır nədə ki mərhum atalarının dövründən sonra da orada yaşamayıb və əmlakı faktiki istifadə etməyib və ona sahiblik etməyib. O, 2008-ci il tarixindən başqa bir yaşayış yerində yaşayır, bunu təsdiq edən yaşayış yeri haqda arayışdır. Bu fakt özlüyündə əmlakdan faktiki istifadə etməyini, ona dair sərəncam verməyini nə dəki həmin zaman mülkiyyətə sahiblənmək üçün notariat orqanına müraciət etməyini təsdiq və sübut etmir. Məhkəmə isə bu hallara əsaslanmış və iddiaçı İddiaçı əmlaka sahiblik edən kimi qəbul etmişdir. Buda hadisənin real vəziyyətini təhrif etmiş olubdur. Maddələrin tələbləri pozulmuş olubdur. Məhkəmə yaranmış mübahisəni öz təşəbbüsu ilə mediasiya vasitəsilə həll edilməsi təklifini heç bir tərəfə təqdim etməmişdir. Mediasiya mübahisənin alternativ həll yolu kimi məsələnin kökündən araşdırılmasına və barışıq müqaviləsinin bağlanmasına münbit şərait yaratmış olur. Bu səbəbdən məhkəmə tərəflərə və 3-cü şəxslərə təkli etməklə mübahisəni barışıq sazışının bağlanmasına və müsbət həll üçün təşəbbüskar olmuş olardı. Lakin məhkəmə bu hüquq opsiyanı tədbiq etməkdə maraqsız yanaşmış və mübahisənin daha da şiddətlənməsinə səbəbkar olmuşdur. Mirasın qəbul edilməsi üçün müəyyən edilən müddətin ötürülməsi, gecikməsi kimi səbəbləri iddiaçı İddiaçı, məhkəmə zalında olarkən vərəsəliyin 6 ay ərzində açılmasını bilməməsini və atası vəfat etdikdən sonra başının yas mərasiminə, daha sonra isə öz ailə problemlərinə qarışdığından vaxtında mirasın açılması üçün notariusa müraciət etməməyi ilə müddətin 13 il ərzində ötürülməsi və gecikməsinin üzürlü səbəb olduğu kımi qiymətləndirilməsi ağlabatan deyil. Başa düşülür ki, 6 ay müddət ərzində notariusa müraciət etməməyi ola bilər, lakin 6 ay 6 il deyil, nədə ki, 12 il deyil. 13 il həddindən artıq bir müddətdir. O ki qaldı yas mərasiminə, daha sonra isə öz ailə problemlərinə başları qarışdığı kimi səbəbdən müddətin ötürülməsi bu səbəbdə atalarının 2012-ci ildə dünyasını dəyişdiyini və yas mərasimi həmin illərdə olduğunu nəzərə alaraq 13 il müddətində hər il yas mərasimi keçirilmir ki, iddiaçı İddiaçıin hər il yas mərasiminə başı qarışsın. İddiaçının müddətin ötürülməsinə və gecikməsi üçün gətirdiyi bəhanələr üzrlü yox , üzrsüz səbəblərdi. Hər bir halda məntiqli və həqiqi hesab edilə bilməz.
İcraatı birləşdirilmiş iş üzrə:
Birinci instansiya məhkəməsində icraat
15. İddiaçı Əliyeva İradə Sabir qızı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi * saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ## ###### 2012-ci ildə vəfat etmiş X6 miras qalmış əmlakın qəbul edilməsi müddətinin bərpa edilməsi və miras əmlaka dair ona vərəsəlik şəhadətnaməsi verilməsi öhdəliyinin cavabdeh * saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. İddia onunla əsaslandırılmışdır ki, ünvan 2 (yeni ünvan AZ 1075, Bakı şəhəri, Nərimanov rayonu, Rəhim Şıxəliyev küçəsi giriş 172) ünvanında yerləşən mənzil onun X1nun mülkiyyətində olmuşdur. X1 ## ###### 2012-ci il tarixində vəfat etmişdir. Onun ölüm şəhadətnaməsi Nərimanov rayon Qeydiyyat Şöbəsi tərəfindən ## ###### 2012-ci il tarixdə verilmişdir. X6 vəfatından sonra onun qanun üzrə birinci növbə vərəsələri onun X3, qardaşı Əliyev İlqar Sabir oğlu, bacıları mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, İddiaçı və o olmuşdur. Atasının vəfatından sonra bütün vərəsələr razılığa gəlmişlər ki, vərəsəlik işinin açılması üçün birlikdə notariat orqanına müraciət etsinlər. Lakin atasını vəfatından sonra anası uzun müddət xəstə olduğundan o, anasının yanında qalmaqla ölənədək həmin evdə anasına qulluq etmiş və orada yaşamışdır. Digər vərəsələrdən də heç biri bu vaxtadək vərəsəlik işi açılması üçün notariat orqanına müraciət elməmişlər. X3 isə ##.##.2025-ci il tarixdə vəfat elmişdir. Onun həmin evdə yaşamasını bacıları, qohumları və qonşuları təsdiq edə bilərlər. Bacısı Lalə ata mülkünün vərəsələr arasında bərabər bölünməsinə razı olsa da qardaşı İlqar bacıları İradə Əliyeva və Tahirənin həmin evdə qeydiyyatda olmamalarını əsas gətirərək onlara həmin evdən vərəsə payının verilməsinə etiraz edir. İlqar Əliyev 1999-cu ilədək atasnın mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Hacı Murad küyəsi ev 29-da ailəsi ilə yaşamış, sonradan Biləcəri qəsəbəsindəki evinə köçmüş və hazırda da orada yaşayır. Atası ölənədək İlqar ona baxmamış, yalnız öldükdən sonra evə gəlmiş, lakin faktiki orada yaşamasa da bacılar olaraq onu qəbul etmişlər. 2012-ci ildə atası vəfat edəndən 2025-ci il oktyabr ayınadək yəni anası ölənədək də anasına İradə və bacıları baxmışlar. Atası evində qardaşı İlqar və bacısı Lalə pasport qeydiyyatındadırlar. Atasının vəfatından sonra həmin evdə anası və bacısı Lalə ilə birlikdə o yaşamışdır. Qardaşı İlqar Əliyev bacısı Tahirə ilə onun həmin evdə qeydiyyatda olmamasından sui-istiladə edərək mülkdən vərəsə payı almalarına etiraz edir. İddiaçı İradə Əliyeva ##.##.2025-ci il tarixdə mirasın qəbulu və vərəsəlik şəhadətnaməsi alması üçün * saylı Bakı "Asan Xidmət" Mərkəzinə miraciət etmiş, lakin notariat orqanın ##.##.2025-ci il tarixli **** saylı məktubu ilə Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş müddəti ötürdüyündən ona vərəsəlik şəhadətnaməsi verilməsindən imtina edilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Buna görə də o, atasının mülkiyyətində olmuş miras əmlakdakı payının əldə edilməsi üçün məhkəmə müdafiəsi hüququndan istifadə etmək məcburiyyətində qalmışdır.
17. Məhkəmənin ##.##.2026-cı il tarixli iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, İddiaçı və Əliyev İlqar Sabir oğlu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.
18. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əliyev İlqar Sabir oğlu ##.##.2026-cı il tarixdə iddia tələbinə etiraz verərək bildirmişdir ki, ##.##.2026-cı il tarixdə məhkəmə iclasında təqdim etdiyi izahatından və videoyazıdan görünməsindən azmış kimi kiçik bacısı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 da özünün iç üzünü açıb göstərmişdir. Onu və həyat yoldaşını hədələyib və təhdid edərək öz evlərində rahat yaşamağa imkan vermir. Əgər ötürülmüş 13 il bərpa olub və vərəsəlik şəhadətnaməsi verilərsə nələr baş verəcəyi bəllidir. 34 il qız-qıza qohumluğunun pis fəsadları və çətinliklərinə dözərək yaşayıb sonu yaxşı olar fikri ilə gəlib bu günə çıxmışlar. İndi görür ki, onun və ailə üzvlərinin fikirləşdiyi kimi olmur. Dözülməz hallar və hadisələr ilə üz-üzə qalmışlar. 11-12 yaşından rəhmətlik atası ilə bərabər tikib qurduğu evə uzaqdan nisgillə baxır. Bacılarının bu qədər pul həvəskarı və ona, onun ailəsinə qarşı qəddar olmalarını belə ağlına gətirməmişdir. Rəhmətlik atası miras payı kimi bacısı İradə Əliyevaya Əliyar Əliyarev küçəsi, ev 19 ünvanındakı 4.5 sot torpaq və içərisində 2 yerdə 3 otaqlı evi pay olaraq qoyub getmişdir. Qiyməti 350.000 manat olan bir yeri bacısı bir gecədə 140.000 manata satıb özünə 2 yerdə “Elmlər Akademiyası” metrosu və “İnşaatçılar” metrosu yanında ev almışdır. Orada şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdadırlar. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir.
19. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə iddia təmin edilərək Əliyeva İradə Sabir qızının ##.##.2012-ci il tarixdə vəfat etmiş X1ndan miras qalmış əmlakı qəbul etməsi üçün buraxılmış müddətin üzrlü hesab edilməklə ona münasibətdə bərpa edilməsi; mərhum X6 miras qalmış əmlaka dair vərəsəlik işinin açılması öhdəliyinin * saylı Bakı “ASAN Xidmət” mərkəzində Notariat Ofisinin üzərinə qoyulması qət edilmişdir.
20. Məhkəmə qeyd etmişdir ki, X6 ##.##.2012-ci il tarixdə vəfat etmiş, onun vərəsələrindən olan həyat yoldaşı X7 ##.##.2025-ci il tarixdə vəfat etmişdir. İddiaçı qeyd olunan əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə vaxtında ərizə ilə notariat ofisinə müraciət etməmişdir. Həmin dövrdə də MM-in 1246 və 1273-1-ci maddələri qüvvədə olmuşdur. Hazırda iddiaçı həmin müddətin üzrlü səbəbdən ötürülməsi barədə sübutları məhkəməyə təqdim etməsə də, iddiaçının bacıları olan müstəqil tələb irəli sürməyən üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və İddiaçı iddiaçının mübahisəli Bakı şəhəri, Nərimanov rayonu, Hacı Murad küçəsi, ** saylı (yeni qaydalarla AZ 1075, Bakı şəhəri, Nərimanov rayonu, Rəhim Şıxəliyev küçəsi giriş 172) evdə uzun müddət yaşamasını, valideyinlərinin xəstə olması və sonuncunun valideynlərinə baxmasını qəbul etmiş, digər müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əliyev İlqar Sabir oğlu da iddiaçının başqa evinin olmasını bildirsə də onun mübahisəli əmlakda yaşamasını inkar etməmişdir. Belə olan halda iddiaçı Əliyeva İradə Sabir qızının miras əmlakda faktiki yaşamasına baxmayaraq həmin əmlak barədə vərəsə kimi susması onun mirasın qəbulundan imtinası kimi qiymətləndirilə bilməz. Belə ki, atasının vəfat etməsindən sonra vərəsələr olaraq vərəsəlik işinin açılması üçün birlikdə aidiyyəti notariat orqanına müraciət etmələri barədə aralarında razılaşmışlar, lakin bu barədə vərəsələr birlikdə notariusa müraciət etməmiş, iddiaçının hüquqi savadı olmadığı, valideynlərinə qulluq etdiyi üçün də o, vaxtında bu barədə notarial qaydada ərizə verməmişdir.
21. İş üzrə üçüncü şəxs iddiaçının qardaşı Əliyev İlqar Sabir oğlu da iddia tələbinə rəsmi etiraz etməsinə baxmayaraq miras əmlakın onun və bacıları arasında bölünməsinə etiraz etməməsini, lakin bu bölgünü notariat orqanına müraciət edilmədən öz aralarında aparmaları və hər birinin adına vərəsəlik şəhadətnaməsi alınmadan onun tərəfindən digər vərəsələrə paylarına uyğun pul vəsaiti verilməklə yalnız öz adına vərəsəlik şəhadətnaməsinin verilməsini və əmlaka dair müvafiq çıxarış alınmasını təklif etmiş, lakin iş üzrə iddiaçı və digər müstəqil tələb irəli sürməyən 3-cü şəxslər həmin təkliflə razılaşmamışdırlar.
22. Məhkəmə qeyd etmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2023-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə iddiaçı qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməmişdir. Ona görə də mübahisə hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun həll edilməli, qüvvədən düşmüş müddəalar iddiaçıya tətbiq edilməməli, mərhumdan miras qalmış əmlakın qəbul edilməsi üçün buraxılmış müddət üzrlü hesab edilməklə bərpa edilməli, mərhum X6 miras qalmış əmlaka dair vərəsəlik işinin açılması öhdəliyi * saylı Bakı “Asan Xidmət” mərkəzində Notariat Ofisinin üzərinə qoyulmalıdır.
23. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14, 135.2, 1133.1, 1133.2, 1145, 1146, 1151.1, 1159.1.1, 1243, 1246, 1248.1 və 1301 -ci maddələrinə; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2023-cü il qərarına istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin dəlilləri
24. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əliyev İlqar Sabir oğlu qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** saylı iş üzrə ## ###### 2026-cı il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
25. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə yaranmış mübahisəni öz təşəbbüsu ilə mediasiya vasitəsilə həll edilməsi təkliflərini heç bir tərəfə təqdim etməmişdir. Mediasiya mübahisənin alternativ həll yolu kimi məsələnin kökündən araşdırılmasına və barışıq müqaviləsinin bağlanmasına münbit şərait yaratmış olur. Bu səbəbdən məhkəmə tərəflərə və 3-cü şəxslərə təklif etməklə mübahisəni barışıq sazışının bağlanmasına və müsbət həll üçün təşəbbüskar olmuş olardı. Lakin məhkəmə bu hüquqi opsiyanı tədbiq etməkdə maraqsız yanaşmış və mübahisənin daha da şiddətlənməsinə səbəbkar olmuşdur. Ataları - X6 ## ###### 2012-ci ildə dünyasını dəyişdiyi nəzərə alınsa miras məhz atalarının öldüyü gündən 6 ay müddətində açılmalı və həmin müddətdə atalarından qalan miras əmlakına dair vərəsəlik şəhadətnaməsi alınmalı idi. Lakin iddaçı Əliyeva İradə həmin zaman notariat orqanına müraciət etməmiş və qanunla nəzərdə tutulan 6 ay müddətində mirasa dair öz iradəsini bildirməmişdir. 2012-ci ildən bu günə 14 il müddət ötmüşdür və iddiaçı Əliyeva İradə mirasın qəbul edilməsinə vaxtında müraciət etməməyinin üzrlü olan səbəbi məhkəməyə təqdim etməmişdir. Mülki Məcəlləylə göstərilən 6 ay müddəti daxilində miras qəbul olunmadığı halda həmin məcəllənin 1262-ci və 1263-cü maddələri tədbiq edilir. Bu da özlüyündə onu bildirir ki, iddiaçı Əliyeva İradə 6 ay ərzində notariat orqanına müraciət etməmiş və mirasın qəbul edilməsi ilə bağlı məsələ haqda susmuşdur. Susmaq isə miras əmlakından imtina edilməsi kimi anlamına gətirib çıxarır. Bu maddadə susma - miras əmlakından imtina edilməsi qanun anlayışını əmələ gətirir. Bu səbəbdən Əliyeva İradənin susması miras əmlakından imtina edilməsi kimi məhkəmə tərəfindən qəbul edilməli, lakin məhkəmə əksinə olaraq buraxılmış 14 il müddəti heç bir tutarlı səbəb olmadan üzrlü hesab edərək, miras əmlakın qəbul edilməsi üçüm müddəti bərpa etmişdir. Məhkəmə işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxmalı idi. İddiaçı ataları vəfat etdiyi gündə 14 il müddətinə notariusa müraciət etməməyinin üzrlü səbəbi olduğunu təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Lakin məhkəmə müddətin buraxılmasının tutarlı səbəb olmadan miras əmlakının qəbul edilməsi üçün müddətin bərpa edilməsi haqda qərar vermişdir. Bundan başqa atalarından qalan miras əmlak daşınmaz əmlakın hüququ müəyyən edən sənədləri olmadığından məhkəmə mirasa aid münasibəti bildirə bilməzdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Apellyasiya şikayətlərinə qarş etiraz daxil olmamışdır.
Apelyasiya baxışının hədləri
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
30. Nəzərə alınmalıdır ki, Bakı Apellyasiya Məhkəməsi MK-nın *(*-*)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadı ilə iddiaçı Əliyeva İradə Sabir qızının cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi * saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, İddiaçı və Əliyev İlqar Sabir oğlu cəlb edilməklə) “mirasın qəbul edilməsi müddətinin bərpa edilməsi və vərəsəlik şəhadətnaməsi verilməsi öhdəliyinin notariusa həvalə edilməsi” tələbinə dair *(*-*)-****/**** saylı mülki iş iddiaçı İddiaçı cavabdeh * saylı Bakı Asan xidmət mərkəzində Notarıat Kontoruna (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Əliyev İlqar Sabir oğlu, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və Əliyeva İradə Sabir qızı cəlb edilməklə) qarşı “mirasın qəbul edilməsi üçün buraxılmış müddətin bərpa edilməsi və vərəsəlik işinin açılması öhdəliyinin qoyulması” tələbinə dair *(*-*)-***/**** saylı mülki işlə bir icraatda baxılması üçün birləşdirilməsi qərara alınmışdır. Hər iki mülki işə *(*-*)-***/**** saylı nömrə verilmişdir.
31. Məhkəmə kollegiyası qeyd edir ki, şikayət verən tərəf hər iki qətnamənin ləğv edilməsini və iddiaların rədd edilməsini xahiş etdiklərindən apellyasiya baxışının predmetini qətnamələrin hər birinin bütövlükdə yoxlanılması təşkil edir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
32.Məhkəmə kollegiyasının iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əliyev İlqar Sabir oğlu tərəfindən verilmiş apellyasiya şikayətlərini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. 33.Məhkəmə kollegiyasının iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 apellyasiya şikayətlərinin təmin edilib-edilməməsi məsələsini kollegiyanın mülahizəsinə buraxaraq, mübahisənin tam şəkildə öz həllini tapması məqsədilə miras əmlakdakı payların qanunvericiliyə uyğun şəkildə onların arasında bölüşdürülməsini xahiş etmişdir. 34.Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı və birləşdirilmiş mülki iş üzrə iddiaçı Əliyeva İradə Sabir qızı apellyasiya şikayətlərinin təmin edilib-edilməməsi məsələsini kollegiyanın mülahizəsinə buraxaraq, mübahisənin tam şəkildə öz həllini tapması məqsədilə miras əmlakdakı payların qanunvericiliyə uyğun şəkildə onların arasında bölüşdürülməsini xahiş etmişdirlər. 35.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər tərəflər məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən maddi hüquq norması
Azərbaycan Respublikası Konstitusiyasının
36.13-cü maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 37.29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. 38.43-cü maddəsinin 1-ci bəndinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
39.«İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair * saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 40.1133.1 və 1133.2-ci maddələrinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 41.1134.1 və 1134.2-ci maddələrinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. 42.1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 43.1159.1.1-ci maddəyə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 44.1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 45.1245-ci maddəsinə əsasən vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. 46.1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir (qüvvədən düşüb). 47.1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. 48.1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir (qüvvədən düşüb). 49.1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. 50.1321-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. 51.1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. 52.1325.1-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir.
"Notariat haqqında” Azərbaycan Respublikası Qanununun
53.9-cu maddəsinin birinci hissəsinə görə, notarius öz vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərməlidir. 54.34-cü maddəsinin ikinci və üçüncü hissələrinə görə, təsdiq edilməli olan hüquq və ya fakt barəsində mübahisə edən digər əlaqədar şəxsdən ərizə alınması haqqında məhkəmədən məlumat gəldikdə notariat hərəkətlərinin aparılması məhkəmədə iş həll edilənədək dayandırılmalıdır.Təsdiq edilməli olan hüquq və ya fakt barəsində mübahisə etmək üçün məhkəməyə müraciət etmək arzusunda olan digər əlaqədar şəxsin xahişi ilə notariat hərəkətinin aparılması on gün müddətinə təxirə salınmalıdır. Bu müddətdə məhkəmədən təsdiq edilməli olan hüquq və ya fakt barəsində əlaqədar şəxsdən ərizə daxil olduğu haqqında məlumat alınmazsa, artıq notariat hərəkətinin aparılmasının dayandırılmasına yol verilmir. 55.59-cu maddəsinə müvafiq olaraq, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. 56.60-cı maddəsinə əsasən, notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır. Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də müəyyən etməyə çalışmalıdır.
57.“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ####### 2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 1246cı maddəsi ilə müəyyən edilmiş müddət (altı ay) mirasın qəbulunun notariat qaydasında realizəsi (rəsmiləşdirilməsi) üçün nəzərdə tutulmuş müddət olaraq qəbul edilməli, mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbulunun notariat qaydada rəsmiləşdirilməsinə yol verilməməlidir. Həmin müddətin ötürülməsindən sonra miras əmlakın qəbulu məsələsi məhkəmə qaydasında həll edilə bilər. Burada nəzərə almaq lazımdır ki, mirasın qəbul edilməsi, habelə mirasdan imtina ilə əlaqədar müddətlərin axımı vərəsələrin vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən başlayır.
58.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun## ###### 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 59.14.2, 77.1 və 88-ci maddələrinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
60. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əliyev İlqar Sabir oğlu tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsi və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddialar qismən təmin edilməlidir.
61. Mülki iş üzrə məhkəmə tərəfindən müəyyən edilmiş hallardan görünür ki, iddiaçıların və üçüncü şəxslərin X1 ## ###### 2012-ci il tarixdə vəfat etmişdir. Onun birgə nikah dövründə əldə olunmuş ünvan 2 (yeni ünvan: AZ 1075, ünvan 3) ünvanında yerləşən mənzilə malik olması işin mübahisələndirilməyən halıdır. Miras qoyanın birinci növbə vərəsələri arvadı X7, övladları İddiaçı, Əliyev İlqar Sabir oğlu, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və Əliyeva İradə Sabir qızı olmuşlar.
62. Mübahisənin hazırkı mərhələsində düzgün hüquqi həlli üçün miras qoyan X6 ölümündən sonra ona məxsus əmlak hüquqlarının tərkibinin və həmin hüquqların vərəsələr arasında bölüşdürülməli olan paylarının, habelə vərəsələrin mirası qanunla müəyyən edilmiş qaydada qəbul edib-etmədiklərinin müəyyən edilməsi zəruridir.
63. Məhkəmə kollegiyası hüquqi qiymətləndirməyə keçməzdən əvvəl qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair" ## ###### 2023-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqe X6 ölümü ilə yaranmış vərəsəlik münasibətlərinə şamil edilmir.
64. Beləliklə, mirasın açıldığı tarixdə qüvvədə olmuş və hazırkı mübahisəyə tətbiq edilməli olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
65. Göründüyü kimi, mirasın açıldığı tarixdə qüvvədə olmuş Mülki Məcəllənin tələblərinə əsasən, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Vərəsə miras əmlakını faktiki idarə etməyə başladıqda və ya ona faktiki sahiblik etdikdə, habelə vərəsəliyin açıldığı yerdə notariat orqanına mirasın qəbul edilməsi barədə ərizə verdikdə mirası qəbul etmiş hesab olunur. Bu hərəkətlər vərəsəlik açıldığı gündən altı ay müddətində həyata keçirilməlidir.
66. Beləliklə də, qanunvericilik mirasın qəbulunun iki üsulunu (formal və qeyri-formal) müəyyən etmişdir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin mirasın açıldığı yerin notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşülür. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu o zaman qüvvədə olur ki, vərəsə özünün konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir.
67. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, onun üzərində fiziki “ağalıq” edir. Mirasa faktiki sahiblik müxtəlif üsullarla həyata keçirilir: vərəsənin miras qoyanın yaşadığı evə köçməsi; vərəsənin miras açılandan əvvəl və sonra orada yaşaması və yaşamağa davam etməsi; əvvəllər miras qoyana məxsus olan əmlakdan vərəsənin faktiki istifadə etməsi. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (“G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2014-cü il tarixli qərarı).
68. İş materiallarından müəyyən olunur ki, X6 vərəsələrindən heç biri, mirasın açıldığını bildiyi halda, qanunla müəyyən edilmiş müddət ərzində mirası formal qaydada qəbul etmək üçün hər hansı hərəkət etməmiş, mirasın açıldığı yer üzrə notariat orqanına yalnız 2025-ci ilin müxtəlif aylarında ayrı-ayrılıqda müraciət etmişlər.
69. Məhkəmə kollegiyası nəzərə alır ki, miras əmlak birgə nikah dövründə əldə edilmiş əmlakdır və X6 vəfat etdiyi dövrdə onun arvadı X7 və övladlarından Əliyeva İradə Sabir qızı mübahisəli evdə yaşamışlar. Üçüncü şəxs Əliyev İlqar Sabir oğlu həmin ünvanda yaşadığını və bununla da miras əmlakı faktiki qəbul etdiyini bildirsə də, bu halı təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Digər vərəsələr İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 sözügedən ünvanda yaşamaması, habelə miras əmlaka faktiki sahiblik etməməsi işin mübahisəsiz halıdır. Bu isə Əliyev İlqar Sabir oğlu, İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 mirası nə faktiki, nə də formal qaydada qəbul etmədiklərini göstərir.
70. Məhkəmə iddiaçı Əliyeva İradə Sabir qızının “## ###### 2012-ci il tarixdə vəfat etmiş X6 qalmış miras əmlakın qəbul edilməsi müddətinin bərpa olunması” tələbinə münasibətdə yuxarıda qeyd edilənlərə əsasən ayrıca hüquqi qiymət verməyi zəruri hesab etmir və bu mövqeyini prosessual qənaət prinsipi ilə əsaslandırır.
71. Kollegiya iddiaçı İddiaçı “## ###### 2012-ci il tarixdə vəfat etmiş X6 qalmış miras əmlakın qəbul edilməsi müddətinin bərpa olunması” tələbinə münasibətdə isə qeyd edir ki, iddiaçı mirasın açıldığını bildiyi halda, qanunla müəyyən edilmiş müddət ərzində mirasın qəbul edilməsi ilə bağlı hər hansı hərəkət etməmiş, mirasın açıldığı yer üzrə notariat kontoruna yalnız ##.##.2025-ci il tarixdə müraciət etmişdir. İşə baxılarkən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən müəyyən edilmiş müddətin buraxılmasının üzrlü səbəblərlə əlaqədar olduğunu təsdiq edən və həmin müddətin bərpasına əsas verən hər hansı hal sübuta yetirilməmişdir.
72. Belə ki, qanunla nəzərdə tutulmuş müddətin bərpası üçün yalnız şəxsin iradəsindən asılı olmayan, onun tərəfindən aradan qaldırılması mümkün olmayan və müvafiq hərəkətin vaxtında yerinə yetirilməsinə maneə yaradan hallar üzrlü səbəb kimi qəbul edilə bilər.
73. Halbuki iddiaçı iddia ərizəsində miras əmlaka sahiblik etməyə və onu idarə etməyə başlamamasının, notariat orqanına müraciət etməməsinin ailə problemləri ilə əlaqədar olduğunu göstərmişdir. Belə olan halda, yalnız iddiaçının izahatına əsaslanan həmin halın mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddətin buraxılmasının üzrlü səbəbi kimi qiymətləndirilməsi qanunvericiliyin tələblərinə uyğun hesab edilə bilməz. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçının iradəsindən asılı olmayan və müddətin bərpasına əsas verə biləcək xəstəlik, xəstə ailə üzvünə qulluq, uzunmüddətli ezamiyyət və digər analoji hallar müəyyən edilməmişdir.
74. Beləliklə, X6 ölümündən sonra ünvan 1 (yeni ünvan: AZ 1075, ünvan 3) ünvanında yerləşən ev üzərində yaranmış əmlak hüquqları X7 və Əliyeva İradə Sabir qızına müvafiq olaraq ¾ (¼ + ½) və ¼ pay həcmində keçmişdir.
75. Üçüncü şəxs Əliyev İlqar Sabir oğlunun apellyasiya şikayətində atasından qalan miras əmlak üzərində hüququn dövlət qeydiyyatına alınmamasına istinad etməsi ilə əlaqədar məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
76. Mülki Məcəllənin 1151.1-ci maddəsinin dispozisiya şərtlərinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Göründüyü kimi, həmin maddədə nəzərdə tutulan əmlak hüquqları (miras aktivi) anlayışı yalnız dövlət reyestrində qeydiyyata alınmış hüquqlarla məhdudlaşmır və bu anlayış geniş təfsir edilməlidir.
77. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair” ## ##### 2014-cü il tarixli qərarında deyilir ki, miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133-cü maddəsinə əsasən vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60cı maddəsi
78. baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il ## ####### tarixli Qərarında qeyd olunmuşdur ki, şəxsi xarakterli hüquq və vəzifələr miras qoyanın vərəsələrinə vərəsəlik qaydasında keçmir. Miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər isə vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. 79.Bu baxımdan qeyd edilməlidir ki, mərhum X6 və arvadı X7 birgə nikah dövründə əldə etdikləri, uzun müddət istifadələrində və sahibliyində olmuş mübahisəli ev üzərində mülkiyyət hüququnun rəsmiləşdirilməsi ilə bağlı qanuni gözləntiləri və maddi dəyəri olan hüquqları mövcud olmuşdur. Həmin hüquq mahiyyət etibarilə şəxsə bağlı hüquq olmayıb əmlak xarakteri daşıdığından, onların vəfatı ilə xitam olunmamış, Mülki Məcəllənin 1151-ci maddəsinə uyğun olaraq miras kütləsinə daxil olmuş və vərəsəlik qaydasında vərəsələrinə keçmişdir.
80. Bundan başqa nəzərə alınmalıdır ki, iş materiallarında Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin Mərkəzi Texniki İnventarizasiya Bürosu tərəfindən tərtib edilmiş, Bakı şəhəri, 16-cı Naqornaya küçəsi, ** nömrəli ev üzrə X6 adına 1973-cü il tarixdə rəsmiləşdirilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair pasport mövcuddur.
81. İş materiallarına Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş, daşınmaz əmlak üzərində hüququn mərhum X6 məxsus olduğunu təsdiq edən arayış da əlavə edilmişdir. Həmin arayışa əsasən, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 54,30 kv.m olan fərdi yaşayış evi və 0,03 hektar torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə mərhum X6 adına dövlət qeydiyyatına alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8ci maddəsində
82. daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar göstərilmişdir.
83. Həmin Qanunun 8.0.5-ci maddəsində göstərilir ki, 2006-cı il ####un #-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 84.Həmin Qanunun 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. 85.Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ####### 2015-ci il tarixli, *** saylı qərarı təsdiq edilmiş “* saylı əlavə üzrə daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7.1-ci bəndinə əsasən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına çıxarış tərtib edilir. 86.Həmin Təlimatın 7.2-ci bəndinə əsasən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış tərtib edilir.
87. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, vərəsələrin valideynlərinin mübahisəli daşınmaz əmlak üzərində olan hüquqlarının onların sağlığında dövlət qeydiyyatına alınmaması hazırkı mübahisənin mahiyyəti üzrə həll edilməsini və həmin əmlakın vərəsələr arasında bölüşdürülməsi predmetinə çevrilməsini istisna etmir.
88. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxs Əliyev İlqar Sabir oğlunun apellyasiya şikayətində atasından qalmış miras əmlak üzərində hüququn dövlət qeydiyyatının olmamasına istinad etməsi əsassızdır. Belə ki, miras qoyanın əmlak üzərində hüququnun dövlət qeydiyyatına alınmaması həmin əmlakın miras kütləsinə daxil edilməsinə və vərəsələrin hüquqlarının müəyyən edilməsinə mane olmur.
89. Miras əmlak üzərində vərəsələrin paylarının müəyyən edilməsi baxımından qeyd edilməlidir ki, X6 ölümündən sonra ünvan 1 (yeni ünvan: AZ 1075, ünvan 3) ünvanında yerləşən ev üzərində ¾ pay həcmində əmlak hüquqlarına malik olmuş X7 ## ####### 2025-ci il tarixdə vəfat etmişdir. Həmin mənzil üzərində ¼ pay həcmində hüquqa malik olan övladlarından Əliyeva İradə Sabir qızı isə mübahisəli evdə yaşamışdır. X4 məxsus hüquqlarla bağlı vərəsəlik münasibətləri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2023-cü il tarixli Qərarı qüvvəyə mindikdən sonra yarandığından, həmin münasibətlərə sözügedən Qərarda ifadə edilmiş hüquqi mövqe tətbiq edilməlidir.
90. Həmin Qərarın məzmununa görə, vərəsəlik hüquq münasibətləri miras qoyanın ölümü və ya ölmüş elan edilməsi anından başlamış olur. Qanunvericilik vərəsəlik hüququnun yaranmasını miras qoyanın ölümü və ya ölmüş elan edilməsi ilə şərtləndirmiş və bu hüquqa vəsiyyətnamə olduğu təqdirdə vəsiyyətnamədə göstərilən şəxslərin, əks halda (vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi halda) isə qanunla müəyyən edilmiş vərəsələrin malik olduğunu təsbit etmişdir. Miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir.
91. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin VII hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir.
92. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun adı çəkilən Qərarına əsasən, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab olunur və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Bu isə o deməkdir ki, miras əmlakın Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq bölüşdürülməsi üçün əsas şərt vərəsənin mirası qəbul etməsi deyil, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməməsidir.
93. Hazırkı iş üzrə də vərəsələrdən heç birinin mirasdan imtina etməsi müəyyən edilməmişdir. Belə olan halda, miras qoyan X7 məxsus miras əmlak üzərində olan hüquqlar vərəsələri arasında bölüşdürülməlidir. Belə ki, vərəsələrin dairəsi, payların nisbəti və digər vərəsəlik münasibətləri ilə bağlı vərəsələr arasında fikir ayrılığı olduqda, bu mübahisə məhkəmə tərəfindən həll edilir. Miras şərikləri arasında mirasın bölüşdürülməsi ilə bağlı ixtilaflar yarandıqda, həmin mübahisəyə məhkəmə tərəfindən baxılır.
94. Nəzərə alınmalıdır ki, vərəsəlik mübahisəsi üzrə çıxarılan məhkəmə qərarı bir qayda olaraq, miras əmlaka payların müəyyən olunması və ya mirasın bölüşdürülməsi, yaxud digər ixtilaflar üzrə vərəsələr arasındakı mübahisəni birdəfəlik həll edir və yekun hüquqi nəticə yaradır. Vərəsələrin miras əmlaka paylarını təsbit edən (və ya mirasın bölüşdürülməsi nəticəsində konkret əşyalar üzərində vərəsələrin mülkiyyət hüquqlarını tanıyan) məhkəmə qərarı ilə miras şərikliyinə, dolayısı ilə vərəsəlik hüquq münasibətlərinə son verilir.
95. Hüquqi müəyyənlik prinsipi baxımından da, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə ## ###### 2011-ci il tarixli Qərarı).
96. Göründüyü kimi, miras şərikləri arasında mirasın bölüşdürülməsi ilə bağlı mübahisə mövcuddur. Tərəflərə məhkəməmdənkənar qaydada mirasın bölüşdürülməsi qaydasının müəyyənləşdirilməsi təklif olunsa da, onlar miras paylarının mülki qanunvericiliyin tələblərinə uyğun qaydada müəyyən edilməsini və həmin qaydada aralarında bölüşdürülməsini xahiş etmişlər. Beləliklə də, kollegiya ziddiyyətli məqamların aradan qaldırılması məqsədilə məhkəmə qaydasında tərəflərin miras əmlakdakı paylarının müəyyən edilməsini zəruri hesab etmişdir.
97. Paylar müəyyən edilərkən nəzərə alınmışdır ki, ünvan 1 (yeni ünvan: AZ 1075, ünvan 3) ünvanında yerləşən ev vərəsələrin valideynləri – mərhum X6 ilə X7 birgə nikah dövründə əldə edilmiş, həmin mənzil üzrə X7 payı ¾ hissə təşkil etmiş, digər ¼ hissə isə Əliyeva İradə Sabir qızına məxsus olmuşdur. Bu səbəbdən X7 məxsus ¾ hissə pay onun dörd övladı arasında bölüşdürülməlidir. Nəticədə miras əmlakda İddiaçı 3/16 hissə, Əliyev İlqar Sabir oğlunun 3/16 hissə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 3/16 hissə, Əliyeva İradə Sabir qızının isə 7/16 hissə (3/16 + 1/4) payı müəyyən edilməlidir.
98. Yuxarıda qeyd edilənlərə əsasən, hazırkı iş üzrə miras əmlakda payların müəyyən edilməsi və ya mirasın bölüşdürülməsi məhkəmənin iddia tələblərindən kənara çıxması kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyasının bu qənaəti mübahisənin hərtərəfli, tam və yekun həllinin təmin edilməsinə yönəlmişdir.
99. İddiaçıların ## ###### 2012-ci il tarixdə vəfat etmiş X6 qalmış miras əmlaka dair vərəsəlik işinin açılması öhdəliyinin cavabdeh * saylı Bakı "ASAN xidmət" Mərkəzində Notariat ofisinə həvalə edilməsinə dair tələblərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi * saylı Bakı "ASAN xidmət" Mərkəzində Notariat ofisindən Bakı Apellyasiya Məhkəməsinə daxil olmuş materiallardan görünür ki, X6 adına vərəsəlik işi açılmışdır. Bu səbəbdən hazırkı tələb üzrə mübahisə predmeti aradan qalxdığından həmin tələbə ayrıca hüquqi qiymət verilməsinə zərurət qalmamışdır.
100. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
101. MPM-nin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
102. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.
103. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əliyev İlqar Sabir oğlu apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsi ləğv edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsi ləğv edilsin. Birləşdirilmiş mülki işlər üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbləri qismən təmin edilsin. ünvan 2 (yeni ünvan: AZ 1075, Rəhim Şıxəliyev küçəsi, giriş 172) ünvanında yerləşən, ümumi sahəsi 54,30 kv.m olan fərdi yaşayış evi və 0,03 hektar torpaq sahəsi üzrə miras payları X9 – 3/16 hissə, X2 – 3/16 hissə, Əliyev İlqar Sabir oğluna – 3/16 hissə, Əliyeva İradə Sabir qızına – 7/16 hissə olmaqla müəyyən edilsin. İddia ərizələri digər hissədə rədd edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Fuad Abdıyev