Məhkəmə qərarları › İş №2(3-6)-748/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-748/2026

07.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-748/2026 07.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: debitor borcun ödənilməsi) hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, cavabdeh Cavabdeh nümayəndəsi-vəkili X9 iştirakı ilə, iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin cavabdeh Cavabdeh qarşı “debitor borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 4471/2025 saylı, ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi İşin halları

1. ##.##.2023-cü il tarixli, XS-**-*****/** nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi”ndən görünür ki, “Azəriqaz” İstehsalat Birliyi müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçı Cavabdeh keyfiyyətli qazla təin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba ödəməyi öhdəsinə götürür.

2. ##.##.2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 104.5 kv/m, yaşayış sahəsi 41.6 kv/m, yardımçı sahəsi 62.9 kv/m olan 3 otaqlı fərdi yaşayış evi alıcı X3 mülkiyyətinə verməyi, X3 isə evin dəyərini satıcı Cavabdeh verməyi öhdəsinə götürmüşdür.

3. *************** saylı abonent kodu üzrə tərtib olunmuş abonent saldosu məlumatlarına əsasən 2025-ci il ərzində istehlak edilmiş qazın dəyərinin 5.885,36 manat təşkil etdiyi, həmin il ərzində 7.394,31 manat məbləğində ödəniş aparıldığı müəyyən edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı “Azəriqaz” İstehsalat Birliyi cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi sahə ev 117-də qeydiyyatda olan ##.##.1973-cü il təvəllüdlü Cavabdeh 2.751,60 manat əsas borcun, əvvəlcədən ödənilmiş 47,55 manat dövlət rüsumunun, ümumilikdə isə 2.799,15 manat borcun (pulun) tutularaq “Azəriqaz” İstehsalat Birliyinin xeyrinə ödənilməsi (bank hesabları:ABB, Kod 8051700, M/H: AZ03NABZ01350100000000002944, VÖEN 9900001881, W.İ.F.T. İBAZAZ2X, AZ95IBAZ38010019444103326269) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, SOCAR “Azəriqaz” İB-nin Zaqatala Regional qaz istismarı İdarəsinin Qəbələ xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan Qəbələ rayonu, Nohurqışlaq kəndində yerləşən cavabdeh Cavabdeh məxsus mənzilində alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. İstehlakçıya məxsus mənzildə uzun müddət təbii qazdan istifadə edilsədə qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdeh Cavabdeh *************** saylı qaz hesabında ödənilməmiş 2.751,60 manat borc vardır və hazırda məcburi qaydada ödənişinin təmin edilməsi üçün məhkəməyə müraciət edilir. Tələb olunan borcun 2.751,60 manat borc sayğac göstəricisinə əsasən aparılmış hesabata əsasən yaranmış borc məbləğidir.

6. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-4471/2025 nömrəli ## ###### 2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək cavabdeh Cavabdeh debitor borc (sayğac vasitəsilə istifadə) üzrə hesablanmış 2.751,6 manat məbləğində pul vəsaitinin və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 47,55 manat dövlət rüsumunun tutulması və iddiaçı “Azəriqaz” İstehsalat Birliyinə ödənilməsi qət edilmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı (qaz paylayıcısı) ilə cavabdeh (istehlakçı) arasında “Qazın alqı-satqısı müqaviləsi” ##.##.2023-cü il tarixində bağlanmışdır. Yəni tərəflər arasında müqavilə münasibəti həmin tarixdən etibarən yaranmışdır. Belə olduğu təqdirdə, iddiaçı tərəfindən müqavilə münasibətləri çərçivəsində öhdəliyin icrası müvafiq müqavilə bağlandıqdan sonrakı dövrə tələb edilə bilər. Yəni hazırkı iş üzrə cavabdeh qazın alqı-satqısına dair müqavilə bağlandığı andan (##.##.2023-cü il tarixindən) sonra yaranmış olan qazdan istifadə borcuna görə məsuliyyət daşıyır. İddia ərizəsi və iş materialları əsasında müəyyən edilir ki, iddiaçı “Azəriqaz” İstehsalat Birliyi iddia tələbi üzrə qanunamüvafiq olaraq cavabdehlə aralarında müqavilə bağlandığı dövrdən sonra hesablanmış debitor borcun tutulmasını məhkəmədən xahiş etmişdir. Bu səbəbdən 2023-ci ilin mart ayından 2025-ci ilin sentybar ayınadək olan dövr üçün təbii qazın sərfiyyatına görə ödənilməmiş debitor borcun cavabdehdən tələb edilməsi qanunidir.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1 və 448ci maddələrinə; “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11.6-cı maddəsinə; Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsin 284-1, 284-5.1, 284-5.2 və 284-5.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri

9. Cavabdeh Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin e-2(003)-4471/2025 saylı, ## ###### 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

10. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəflərin hüquq bərabərliyinə və faktlara əsasən araşdırma aparmadan qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, abonent kodu 253806700002870 olan qaz sayğacı quraşdırılmış ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 104.5 kv/m, yaşayış sahəsi 41.6 kv/m, yardımçı sahəsi 62.9 kv/m olan 3 otaqlı fərdi yaşayış evinin (0.0408 ha torpaq sahəsi) mülkiyyətçisi o deyil. Həmin evi ##.##.2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən vətəndaş X3 (AA7227148, FİN:1QYDYUL) satmış, təbii qazdan həmin şəxsin ailə üzvləri tərəfindən istifadə olunmuş və onlar tərəfindən istifadə olunmuş qazın pulu ödənilmişdir. Mübahisələndirilən qətnamənin çıxarılmasından sonra məsələnin aydınlaşdırılması məqsədilə ##.##.2026-cı il tarixdə Qəbələ Qaz İstismar İdarəsinə nümayəndəsi vasitəsilə müraciət etdi və Abonentin saldosuna əsasən bir daha məlum oldu ki, 253806700002870 abonent kodu X4 adına qeydiyyata alınmış, mütəmadi ödənişlər edilmiş, 2026-cı yanvar ayına 616.60 manat borc qalmışdır. Göründüyü kimi iddiaçı məhkəməyə düzgün olmayan məlumatlar verərək iddia qaldırmış, məhkəmə də həmin səhv məlumatlar əsasında qanunsuz qətnamə qəbul etmişdir.

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12.Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh nümayəndəsi-vəkili X9 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, müqavilə 2024-cü ilin noyabr ayında bağlanmışdır. Cavabdeh tərəfindən mülkiyyətçiyə belə bir iddia olduğu bildirilmişdir. 2025-ci il üçün borc ödənilmişdir. Hal-hazırda heç bir borc yoxdur. Borc məbləği işin gedişatı ərəfəsində ödənilmişdir. Bundan başqa iş üzrə cavabdeh də düzgün seçilməmişdir. Ödənişin ödənilməsi barədə saldonu da məhkəməyə təqdim edərək nəzərə alınmasını xahiş etmişdir. 13.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında təmsil edilməmiş və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etməmişlər. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

14.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 15.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 16.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 17.Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

18.6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindəndir. 19.21.1-ci və 21.2-ci maddələrinin tələblərinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin maddəsinə əsasən Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 20.385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 21.386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 22.427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 23.433.1-ci maddəsinə görə borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 24.442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 25.448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ** saylı ##.##.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın

26.1.3-cü bəndinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2011-ci il tarixli, ** saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” Qazpaylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir 27.1.4-cü bəndinə əsasən, istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 28.3.4.1-cü bəndinə əsasən, özbaşına qaz qurğularının quraşdırılmasını həyata keçirmək istehlakçılara qadağandır. 29.4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. 30.4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 31.4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 32.4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 33.4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 34.5.2-ci bəndinə əsasən, bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. 35.5.5-ci bəndinə əsasən, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. 36.6.5-6.7-ci bəndlərinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qazpaylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallara adan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarım bəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktlar rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. 37.6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

38.“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə (aktlar tərtib edildiyi zaman qüvvədə olan redaksiyada) əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin maddənin 9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmadığından şikayət təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə, iddia rədd edilməlidir.

40. Belə ki, birinci instansiya məhkəməsi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə yaranmış debitor borcunun məbləği ilə bağlı mühüm əhəmiyyətə malik bütün faktiki halları tam və hərtərəfli araşdırmamışdır.

41. İddia ərizəsindən göründüyü kimi, qazpaylayıcı müəssisə tərəfindən qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evi üzrə 2023-ci ilin mart ayından 2025-ci ilin sentyabr ayınadək olan dövrdə təbii qazın verilməsi təmin edilmiş, istehlak göstəriciləri əsasında istifadə olunmuş qazın dəyəri 2.751,6 manat məbləğində hesablanmışdır. Həmin məbləğ sözügedən ünvanda istifadə edilmiş təbii qazın dəyərinə görə hesablanmış sərfiyyət borcudur. Birinci instansiya məhkəməsi tərəflər arasında müqavilə münasibətlərinin ##.##.2023cü 42. il tarixindən etibarən yarandığını qeyd edərək belə nəticəyə gəlmişdir ki, iddiaçı müqavilə bağlandıqdan sonrakı dövr – yəni 2023-cü ilin mart ayından 2025-ci ilin sentybar ayınadək olan dövr üçün ödəniş tələb etmək hüququna malikdir və cavabdeh qazdan istifadə ilə əlaqədar yaranmış borca görə məsuliyyət daşıyır. 43.Cavabdeh isə verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmadığını bildirmiş və qeyd etmişdir ki, *************** saylı abonent kodu üzrə qaz sayğacı ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 104.5 kv/m, yaşayış sahəsi 41.6 kv/m, yardımçı sahəsi 62.9 kv/m olan 3 otaqlı fərdi yaşayış evinə quraşdırılmışdır, lakin o, sözügüdən yaşayış evi ##.##.2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X3. Qeyd olunan abonent kodu isə X4 adına qeydiyyata alınmış, bu müddət ərzində mütəmadi ödənişlər həyata keçirilmiş və 2026-cı ilin yanvar ayına 616,60 manat borc qalığı müəyyən edilmişdir. 44.Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, tərəflər arasında yazılı müqavilənin mövcud olması faktı müvafiq dövr üzrə ödəniş öhdəliyinin yaranmasını şərtləndirən yeganə hal kimi qiymətləndirilə bilməz. Belə ki, hüquq münasibətləri yalnız yazılı müqavilədən deyil, həm də tərəflərin faktiki davranışlardan yarana bilər. Belə ki, qazpaylayıcı müəssisə tərəfindən müvafiq xidmətlərin göstərilməsi və həmin xidmətlərdən istehlakçı tərəfindən istifadə edilməsi, tərəflər arasında yazılı müqavilənin olubolmamasından

45. asılı olmayaraq, dövlət tərəfindən müəyyən edilmiş tariflərə uyğun olaraq xidmət haqqının ödənilməsi öhdəliyini yaradır. Mübahisəli münasibətləri tənzimləyən qanunvericiliyə əsasən, yaşayış sahəsinə dair qazın alğı-satqı müqaviləsi mövcud olmadığı halda belə, faktiki istehlak edilmiş xidmətlərə görə fiziki şəxs qazı qəbul edən və ondan məişət məqsədləri üçün istifadə edən istehlakçı kimi qiymətləndirilir. Bu halda qazpaylayıcı müəssisə istehlak faktını qeyd edir və hesablaşmanı sayğac göstəriciləri əsasında qüvvədə olan qaydalara uyğun aparır.

46. Hazırkı iş üzrə araşdırılmış materiallardan görünür ki, tərəflər arasında müqavilə bağlansa da, cavabdehin istinad edilən dövr üzrə qazpaylayıcı müəssisə tərəfindən göstərilən xidmətlərdən istifadə etmədiyi müəyyən edilmişdir.

47. Belə ki, ##.##.2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 104.5 kv/m, yaşayış sahəsi 41.6 kv/m, yardımçı sahəsi 62.9 kv/m olan 3 otaqlı fərdi yaşayış evi alıcı X3 mülkiyyətinə verməyi, X3 isə evin dəyərini satıcı Cavabdeh verməyi öhdəsinə götürmüşdür.

48. *************** saylı abonent kodu üzrə tərtib olunmuş abonent saldosu məlumatlarına əsasən 2025-ci il ərzində istehlak edilmiş qazın dəyərinin 5.885,36 manat təşkil etdiyi, həmin il ərzində 7.394,31 manat məbləğində ödəniş aparıldığı müəyyən edilmişdir. Beləliklə, 2025-ci ildə həyata keçirilmiş ödənişlər həmin ilin sərfiyyat dəyərini 1.508,95 manat məbləğində üstələmişdir. Bu isə ##.##.2024-cü il tarixədək yaranmış borcun ödənildiyi qənaətinə gəlməyə əsas verir.

49. Bu halda, məhkəmə kollegiyası hesab edir ki, daşınmaz əmlakın cavabdehin mülkiyyətində olmadığı dövr üzrə yaranmış sərfiyyat borcuna görə onun məsuliyyətə cəlb edilməsi üçün hüquqi əsaslar mövcud deyildir. Belə ki, *************** saylı abonent kodu üzrə saldo məlumatlarının təhlili göstərir ki, ##.##.2024-cü il tarixədək yaranmış borc sonrakı dövrdə həyata keçirilmiş ödənişlər hesabına ödənilmiş, hazırda mövcud olan borc qalığı isə həmin tarixdən sonrakı dövr üzrə formalaşmışdır. Bu səbəbdən cavabdehin iddiaçının qarşısında məsuliyyət daşıması istisna edilir.

50. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, iddianın qiyməti beş min manatdan az olduğundan hazırki qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

51. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər.

52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-4471/2025 nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin cavabdeh Cavabdeh qarşı “debitor borcun ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 24 manat məbləğində pul iddiaçı “Azəriqaz” İstehsalat Birliyindən tutularaq cavabdeh Cavabdeh ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar