Məhkəmə qərarları › İş №2(3-6)-751/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-751/2026

14.04.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

AzərbaycaņRespublikası̧adından Qətnamə Bakı̧şəhəri İş̧№̧2(3-6)-751/2026 14.04.2026 BAKI̧APELLYASIYA̧MƏHKƏMƏSI Iddiaçı̧İddiaçı cavabdeh Cavabdeh 1 Cavabdeh 2 qarşı̧qanunsuz̧hesablanmış̧borcuņsilinməsi̧tələbinə̧daiŗmülki̧iş̧üzrə (açaŗsözlər:̧borcuņsilinməsi) Bakı̧Apellyasiya̧MəhkəməsiniņMülki̧Kollegiyası hakimləŗX6̧(sədrliķedəņvə̧məruzəçi),̧X2̧və̧X4̧ibarəţtərkibdə, məhkəmə̧iclasınıņkatibi̧X14 katibliyi, iddiaçı̧İddiaçı̧iştirakı̧ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh 1 Cavabdeh 2 qarşı qanunsuz hesablanmış borcun silinməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ###### 2025ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh 1 Cavabdeh 3 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Işin halları

1. ##.##.2006-cı il tarixli, ****** nömrəli xüsusi orderdən görünür ki, Əzizbəyov rayonu, Zirə qəsbəsi, Dəmiryol dayanacağı ev 1 ünvanında yerləşən * nömrəli mənzil Əzizbəyov MKTB tərəfindəņX7̧verilmişdir.

2. Ölüm haqqında şəhadətnamədən görünür ki, X8 ##.##.2009-cu il tarixində ölmüşdür.

3. Nikah haqqında şəhadətnamədən görünür ki, X3 ilə X9 arasında ##.##.2007-ci il tarixində Bakı Şəhəri Əzizbəyov rayon VVADQ şöbəsi *** nömrəli akt qeydi ilə nikah bağlanmış və̧nikahdaņsonra̧ərə̧Zeynalov,̧arvada̧Zeynalova̧soyadı̧verilmişdir.

4. Bakı şəhəri ** saylı Dövlət Notariat Kontorunun ##.##.2013-cü il tarixli, *** nömrəli məktubundan görünür ki, X3 mərhum anası X7 vərəsəsi olması barədə Daşınmaz Əmlakın DövləţReyestri̧XidmətiniņBakı̧şəhəŗƏrazi̧Idarəsinə̧göndərilmişdir.

5. Cavabdeh 1 IB ilə bağlanmış ##.##.2020-ci il tarixli, **-**** nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi”ndən görünür ki, həmin müqavilədə istehlakçı olaraq Tamilyoko Anna göstərilsə də, müqaviləni istehlakçı qismində İddiaçı imzalamışdır. Bu müqaviləyə əsasən, Cavabdeh 1 Cavabdeh 3 müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba̧ödəməyi̧öhdəsinə̧götürür.

6. ##.##.2022-ci il tarixli ərizədən görünür ki, İddiaçı Xəzər rayonu, Zirə qəsəbəsi, Dəmiryol küçəsi ünvanında yerləşən ona məxsus yaşayış sahəsinin qaz xətti üzərində quraşdırılmış ******** nömrəli qaz sayğacının sayğac qutusuna baxış keçirilməsi barədə ilə bağlı̧Cavabdeh 1 Cavabdeh 2̧müraciəţetmişdir.

7. ##.##.2025-ci il tarixində çap olunmuş Abonent saldosundan görünür ki, abonent Tamilyako Anna, abonent kodu 100321900000130, ünvan ünvan 5, nömrəsi 40010779, quraşdırılma tarixi ##.##.2020-ci il və həmin abonent koduna 07/2025-ci il tarixinə akt əsasında 7436,7̧manaţolmaqla,̧ümumilikdə̧8106,5̧manaţməbləğində̧borçhesablanmışdır.

8. ##.##.2020-ci il tarixli, ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktdan görünür ki, həmin tarixdə *************** nömrəli sayğac quraşdırılmış, yeni sayğac quraşdırılarkən köhnə sayğac aşkarlanmamışdır. Həmin akt istehlakçınıņnümayəndəsi̧olaraq̧İddiaçı̧tərəfindəņimzalanmışdır.

9. Ölüm haqqında şəhadətnamədən görünür ki, X3 ##.##.2023-cü il tarixində ölmüşdür.

10. “xxxx” ASC-nin bildiriş xəbərdarlığından görünür ki, ünvan 7 ünvanı üzrə istehlakçı İddiaçıdır.

11. Zirə qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyin ##.##.2025-ci il tarixli, *** nömrəli arayışından görünür ki, İddiaçı 2007-ci ildən mərhum yoldaşı X3 ilə rəsmi nikah bağlandığı gündən etibarən, övladları X5 və X1 ilə birlikdə bu günə qədər Xəzər rayonu, Zirə qəsəbəsi, Dəmiryol Stansiyası ərazisində yerləşən fərdi yaşayış evində qeydiyyatsız yaşayırlar.

Birinci instansiya məhkəməsində icraat

12. Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 1 Cavabdeh 3 tərəfindən qanunsuz hesablanmış 8106 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını̧xahiş̧etmişdir.̧

13. Iddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən * nömrəli mənzil kimi qeyd olunan ünvan Cavabdeh 1 ASC-də ünvan 2 kimi qeyd olunmuşdur. Həmin mənzil ##.##.2006-cı ildə iddiaçının mərhum qayınanası X7 və sonuncunun oğlu X3 Bakı şəhəri Əzizbəyov Rayon Icra Hakimiyyətinin Mənzil Komunal Təsərrüfatı Birliyi tərəfindən verilmişdir. Həmin vaxtdan X7, oğlu X3 və iddiaçı mənzil icarədarının gəlini kimi qeyd olunan mənzildə yaşayıblar. X7 ##.##.2019-cu il traixdə, onun oğlu, yəni iddiaçının əri X3 ##.##.2023-cü ildə vəfat etmişlər. Həmin vaxtdan bəri iddiaçı mənzildə tək olmaqla yaşayır. Mənzildə iddiaçının ailəsi yaşamazdan əvvəl də qaz xətti olmuş və abonentin saldosunda (abonent kodu 100321900000130) abonentin adı X7 qabaqkı icarədar Anna Tamilyakonun adına olmuş, həmçinin abonentin saldosunda mənzilin ünvanı ünvan 3 kimi qeyd edilmişdir. Lakin əsassız olaraq 8106 manat məbləğində borc hesablanmışdır. Həmin ünvanda qaz ödənişləri tam vaxtında ödənilmiş və hər hansı kənar müdaxilə olmamışdır. Həmin sayğaca bu qədər borcun əsassız hesablanması olduqca böyük çətinliklər yaratmışdır. Sayğacda bu məbləğdə pozuntu halının və yaxud hansı əsasla hesablanması məhz istehlakçı tərəfindən yarandığına dair hər hansı̧mötəbəŗsübuţyoxdur.̧

14. Cavabdeh Cavabdeh 1 Cavabdeh 3 ## ###### 2025-ci il tarixində məhkəməyə elektron kabinet vasitəsilə iddia ərizəsinə etiraz ərizəsi təqdim edərək, iddiaçının qeyd edilən evdə yaşadığını təsdiq edən heç bir arayışın olmadığını, arayışın abonent saldosunda göstərilən ünvandan fərqli olduğunu, iddiaçı ilə Cavabdeh 1 IB arasında heç bir müqavilə olmadığını, borc məbləğinin idddiaçıya aid olmasını sübut edən heç bir sənədin iddia ərizəsinə əlavə edilmədiyini, həmçinin iddiaçının istehlakçı ilə qohumluq əlaqələrini müəyyən edən sənədlərin iş materiallarına əlavə edilmədiyini bildirmiş və iddiaçının yuxarıda sadalanan səbəblərə görə iddia irəli sürməsinə heç bir subyektiv hüququnun olmamasını qeyd etmişdir. Buna görə də, cavabdeh Cavabdeh 1 Cavabdeh 3 iddia ərizəsinin icraata götürülmədən iddiaçıya̧geri̧qaytarılması̧haqqında̧qərardaḑqəbuļedilməsini̧məhkəmədəņxahiş̧etmişdir.̧

15. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinə əsasən iddia qismən təmin edilərək, cavabdeh Cavabdeh 1 Cavabdeh 3 tərəfindən *************** nömrəli abonent saldosuna (ünvan: ünvan 5) əsassız hesablanmış 7436,7 manat (yeddi min dörd yüz otuz altı manat yetmiş qəpik) məbləğində borcun silinməsi, iddianın qalan hissədə təmin olunmaması, iddia ərizəsinin verilməsinə görə ödənilməmiş 94,37 manat (doxsan dörd manat otuz yeddi qəpik) dövlət rüsumunun məbləğinin cavabdeh Cavabdeh 1 Cavabdeh 3ndəņalınaraq̧dövləţbüdcəsinə̧ödənilməsi̧qəţedilmişdir.

16. Qətnamənin əsaslarına görə, məhkəmə cavabdeh Cavabdeh 1 Cavabdeh 3nin etiraz ərizəsinə münasibətdə qeyd etmişdir ki, *************** nömrəli abonent saldosu üzrə istehlakçı Tamilyako Annadır. Həmin istehlakçı isə iddiaçının yaşadığı evdə qaynanasından əvvəl mülkiyyətçi olmuş şəxsdir və Tamilyako Anna ##.##.2006-cı ildən bəri həmin ünvanda yaşamır. ##.##.2006-cı il tarixdən etibarən ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının qaynanasının mülkiyyətində, onun vəfatından sonra isə X7 oğlu X3 mülkiyyətində olmuşdur. Hazırkı mülki iş üzrə iddiaçı olan İddiaçı isə mərhum X3 arvadıdır. Yuxarıda qeyd olunan hallar və iddiaçının abonent saldosu üzrə qeyd olunmuş ünvanda yaşaması faktı iş materiallarına əlavə olunmuş sübutlar və iddiaçının izahatı ilə öz təsdiqini tapmışdır. Bu səbəblə də məhkəmə qeyd etmişdir ki, cavabdeh Cavabdeh 1 Cavabdeh 3nin etiraz ərizəsində qeyd etmiş olduğu dəlillər əsassızdır və iddiaçının iddia tələbinə mahiyyəti üzrə baxılmamlıdır. Məhkəmə qeyd etmişdir ki, hazırki mübahisə predmetini borcun silinməsi təşkil etdiyindən, ilk növbədə həmin borcun (zərərin) hesablanmasına əsas olan hallara, bu halları təsdiq edən aktların qanuniliyinə və eləcə də bu halların baş verməsində iddiaçının təqsirliliyi məsələsinə hüquqi qiymət verilməlidir. Bu mənada borcun cavabdeh tərəfindən tərtib edilmiş müvafiq akt əsasında hesablandığını nəzərə alaraq məhkəmə hesab etmişdir ki, qəbul etdiyi aktın qanuniliyini, o cümlədən həmin aktda qeyd edilmiş qüsurları və həmin qüsurların yaranmasında iddiaçının təqsirini, habelə hesablanmış borcun məbləğinin əsaslılığını və qanuniliyini sübutetmə yükü aktı qəbul etmiş orqanın, yəni cavabdeh Cavabdeh 1 Cavabdeh 3nin üzərinə düşür. Belə ki, qanunvericiliyin imperativ tələbinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının səlahiyyətli nümayəndələri istehlakçını 5 iş günü əvvəl məlumatlandırmaqla qaz qurğularına və qazpaylayıcı şəbəkəyə 6 ayda bir dəfədən az olmayaraq texniki baxış keçirməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməlidir. Istehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Həmçinin, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Lakin cavabdeh Cavabdeh 1 IB tərəfindən iş materiallarına qanunvericiliklə müəyyən edilmiş sənədlər əlavə edilməmiş, yalnız hazırkı mülki iş üzrə məhkəməyə etiraz ərizəsi təqdim olunmuşdur. Həmin etiraz ərizəsi isə mülki işin hər hansı faktiki halını sübuta yetirən sübut olaraq məhkəmə tərəfindən qiymətlindirilə bilməz. Belə olduğu təqdirdə məhkəmə hesab etmişdir ki, qanunsuz hesablanmış borcun silinməsi ilə bağlı iddia tələbi, akt əsasında hesablanmış borca münəsibətdə əsaslı olduğundan təmin edilməli və borcun akt əsasında hesablanmış 7436,7 manat məbləğində hissəsi silinməlidir. Məhkəmə cavabdeh Cavabdeh 1 IB tərəfindən abonent saldosuna daxil edilmiş debitor borca münasibətdə qeyd etmişdir ki, mülki işin materialları əsasında və iddiaçının izahatı əsasında iddiaçı İddiaçı *************** nömrəli abonent saldosuna malik qaz sayğacından istifadə etməsi faktı öz təsdiqini tapmışdır. Həmçinin, iddiaçı özü də debitor borcla bağlı məbləği mübahisələndirmədiyini izahatında etiraf etmişdir. Bu səbəbdən məhkəmə qeyd etmişdir ki, qanunsuz hesablanmış borcun silinməsi ilə bağlı iddia tələbi debitor borca münasibətdə təmin edilməməlidir.

17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448, 1096.1-ci maddələrinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı, ## ### 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 3.1.3, 4.8, 4.9, 6.7, bəndlərinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a)̧Apellyasiya̧şikayətiniņdəlilləri

18. Cavabdeh Cavabdeh 1 Cavabdeh 3 həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin - iddianın təmin edildiyi hissədə ləğv edilməsi və iddianın rədd olunması barədə̧qətnamə̧çıxarılmasını̧xahiş̧etmişdir.̧

19. Apellyasiya şikayətinin dəlillərinə görə, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Bütün bunlar isə cavabdeh tərəfindən mübahisələndirilən qətnamənin ləğv edilməsinə əsasdır. Belə ki, Cavabdeh 1 IB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən Iddiaçı tərəfindən özünə sərf etdiyi tərzdə təbii qazdan sayğaca müdaxilə etmək vasitəsilə istifadə etməklə, o cümlədən istifadə etdiyi təbii qazın dəyərini vaxtında ödəmədən təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarla rəsmiləşdirilmişdir. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının Qanunun 6.2.-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Belə ki, abonentin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aktlar əsasında ümumilikdə 8106 manat manat ziyan hesablanmışdır. Birinci instansiya məhkəməsində cavabdeh tərəfindən əsaslandırılmış etiraz verilərək, aşağıdakı arqumentlərlə iddia ərizəsi təkzib edilmişdir: 1. Iddiaçı İddiaçı öz iddia ərizəsində ona aid olmayan borcun silinməsini məhkəmədən tələb etmişdir. 2. Iddiaçının qeyd edilən evdə yaşadığını təsdiq edən heç bir arayışı yoxdur. 3. Təqdim edilmiş arayışda abonent saldosunda göstərilən ünvandan tamam fərqli ünvandır. 4. Iddiaçının Cavabdeh 1 IB ilə öhdəliklərini müəyyən edən heç bir müqaviləsi yoxdur. 5. Borc məbləğinin iddiaçıya aid olmasını sübut edən heç bir sənəd iddia ərizəsinə əlavə edilməmişdir. 6. Iddiaçının istehlakçı ilə qohumluq əlaqələrini və ya istehlakçıdan evin alınmasına dair heç bir alqı satqı müqaviləsi və ya digər hüquq müəyyənedici sənəd əlavə edilməmişdir. Iddiaçının zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməli nəticəsində cavabdehə dəymiş maddi zərər tam həcmdə ödənilməlidir. Lakin birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Iddiaçının təqsirli hərəkətləri nəticəsində cavabdehə dəymiş zərər qiymətləndirilərək, iddiaçıya aid olan abonent koduna hesablanmışdır. Lakin birinci instansiya məhkəməsi bu halı nəzərə almamışdır. Təqdim edilmiş sayğacların saldoları, aktlar, fotoşəkillər sübut qismində araşdırılmamış, onlardan istifadə edilməmişdir. Birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv həllinə lazımi şərait yaratmayaraq, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra əlaqəli şəkildə araşdırmamış, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməmiş, nəticədə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, təqdim edilmiş iş üçün mühüm əhəmiyyətə malik olan məlumatları özündə əks etdirən sayğaclar üzrə saldolar, fotoşəkillər, aktlar, nəzərə alınmayıb. Birinci iinstansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədə göstərilən dəlillər işin faktiki və həqiqi hallarına tam uyğun olmadığından, işin faktiki və həqiqi halları məhkəmə tərəfindən tam, obyektiv və hərtərəfli araşdırılmadığından məhkəmə tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Iddiaçı tərəfdən qanunsuz qoşulmanı həyata keçirməməsini təsdiq edən halları sübut edən sənədlər məhkəməyə təqdim edilməmişdir. Cavabdeh olaraq iddia ərizəsinin təmin edilməməsinə dair, onun əsassız olmasına dair kifayət qədər sübutlar (aktlar, faktları təsbitləyən fotoşəkillər, saldo və s.) birinci instansiya məhkəməsinə təqdim edilmişdir. Iddiaçıya aid olan abonent koduna hesablanaraq vurulmuş məbləğ iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyri-qanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı(iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Göründüyü kimi, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə səhv nəticəyə gəlmiş və bununla da mübahisələndirilən qətnamədə göstərdiyi nəticə işin hallarına uyğuņolmamışdır.̧

b)̧Apellyasiya̧şikayətinə̧qarşı̧etirazıņdəlilləri

20.̧Apellyasiya̧şikayətinə̧qarşı̧etiraz̧məhkəməyə̧təqdim̧edilməmişdir.

c)̧Məhkəmə̧icraatı̧iştirakçılarınıņizahatları

21. Iddiaçı İddiaçı apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək, apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədəņsaxlanılmasını̧məhkəmədəņxahiş̧etmişdir.̧̧

22. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh (onun nümayəndəsi) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı̧olmadaņbaxılmışdır.̧̧

Tətbiq edilən hüquq

23.̧AzərbaycaņRespublikasınıņMülki̧Məcəlləsi: Maddə̧14.2.̧Mülki̧hüquqlarıņvə̧vəzifələriņəmələ̧gəlməsi̧əsasları̧aşağıdakılardır: 14.2.6.̧Başqa̧şəxsə̧zərəŗvurulması. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə̧zərəriņəvəziniņdaha̧az̧miqdarda̧ödənilməsi̧nəzərdə̧tutulmasın.̧ Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində̧əldə̧edəcəyi̧gəlirləŗ(əldəņçıxmış̧fayda)̧başa̧düşülür.̧ Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa̧görə̧məsuliyyətdəņqabaqcadaņazaḑetməķolmaz. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə̧1096.2.̧Delikţtörətmiş̧şəxşmülki̧hüquq̧məsuliyyəti̧daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərəriņəvəzi̧zərərvuraņtərəfindəņtam̧həcmdə̧ödənilməlidir.

24. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: (## ### 2022-ci il tarixindəņsonra̧qüvvədə̧olaņredaksiyası)̧ Maddə 6-2.1. Qaz paylayıcısının işçiləri istehlakçıya 5 (beş) iş günü əvvəl sifarişli poçt göndərişi və ya istehlakçının əvvəlcədən razılığı ilə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim etməklə (göndərməklə), bu Qanunun 6-2-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulan hallar istisna olmaqla, ildə bir dəfə (hər il noyabrın 1-dək) müayinə keçirilməsini təmin etməli, nəticəsi barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada 2 (iki) nüsxədə müayinə aktını istehlakçının (və ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinin) iştirakı ilə tərtib etməli və aktın bir nüsxəsini istehlakçıya (və ya onunsəlahiyyətli nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindəņbirinə)̧təqdim̧etməlidir.̧̧ Maddə 13.8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində̧nəzərdə̧tutulmuş̧qazdaņistifadə̧qaydaları̧ilə̧tənzimlənir; 13.9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. Istehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 1999-cu tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edəņQaydalar”:̧ Maddə 5.1. Əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdə tutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1- ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. Istehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazıņdəyəriniņistehlakçı̧tərəfindəņödənilməsi̧tələb̧edilə̧bilməz

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2011-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə” Qaydaları (## #### 2023-cü il tarixinədək qüvvədə olan redaksiyada): 2.̧Qaz̧qurğularınıņqazpaylayıcı̧şəbəkəyə̧qoşulması,̧istismara̧qəbulu̧və̧istismarı 2.7. Qaz paylayıcısı tərəfindən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-2-ci maddəsinə uyğun olaraq ildə 1 (bir) dəfə (hər il noyabrın 1-dək) müayinə həyata keçirilir. Müayinə zamanı aşkar edilmiş nöqsan və (və ya) pozuntuların aradan qaldırılması məqsədilə “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-3-cü maddəsinə̧uyğuņolaraq̧texniki̧xidməţhəyata̧keçirilir. 5.̧Qazıņdəyəriniņödəmə̧şərtləri 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. Istehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindəņödənilməsini̧tələb̧edə̧bilməz.̧

6. Istehlakçıya qazın verilməsinin dayandırılmasının əsasları və qazın alqı-satqı müqaviləsiniņləğvi̧ 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş̧zərəriņödənilməsini̧qanunvericiliyə̧uyğuņolaraq̧həmiņşəxsdəņtələb̧etməlidir.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2011-ci il tarixli, ** nömrəli qərarı̧ilə̧təsdiq̧edilmiş̧“Qazdaņistifadə”̧Qaydaları: 3.1. Qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi̧ilə̧qaz̧paylayıcısı̧aşağıdakı̧vəzifələri̧yerinə̧yetirməlidir: 3.1.3. qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə̧saxlamalı.̧ 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına̧təchiz̧edilir,̧quraşdırılıŗvə̧dəyişdirilir.̧ 4.6. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə̧olduğunu̧təsdiq̧edəņplombu̧olmalıdır.̧ 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə̧sərbəsţşəkildə̧baxılmasına̧imkaņolmalıdır.̧ 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına̧görə̧cavabdehliyi̧isə̧özləri̧daşıyırlar.̧ 4.9. Istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. Istehlakçının arzusu̧ilə̧qaz̧sayğacınıņtexniki̧baxışdaņkeçirilməsinə̧görə̧istehlakçı̧vəsaiţödəməlidir.̧ 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş̧zərəriņödənilməsini̧qanunvericiliyə̧uyğuņolaraq̧həmiņşəxsdəņtələb̧etməlidir.̧ 6.6. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindəņqazıņverilməsi̧bərpa̧edilməlidir.̧ 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı̧ilə̧aktla̧rəsmiləşdirilməli̧və̧aktıņbiŗnüsxəsi̧istehlakçıya̧təqdim̧edilməlidir.̧

28.̧AzərbaycaņRespublikası̧Mülki̧ProsessuaļMəcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardaņistifadə̧etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuţetməlidir.̧ Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmiņsübutlara̧tətbiq̧edilməli̧hüquq̧normalarına̧müvafiq̧olaraq̧qiyməţverir.̧ Maddə̧217.1.̧Məhkəməniņqətnaməsi̧qanuni̧və̧əsaslı̧olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə̧uyğuņəsaslandırılmalıdır.̧ Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olaņvə̧əlavə̧təqdim̧olunmuş̧sübutlaŗəsasında̧mahiyyəti̧üzrə̧baxır.̧ Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq,̧məhkəməniņmaddi̧və̧prosessuaļhüquq̧normalarına̧riayəţetməsini̧yoxlayır. Maddə̧384.0.̧Apellyasiya̧instansiyası̧məhkəməsi: 384.0.3.̧qətnaməni̧dəyişdirə̧bilər. Maddə̧392.̧Apellyasiya̧instansiyası̧məhkəməsi̧qətnaməsiniņməzmunu: 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini̧və̧yaxuḑqətnaməniņdəyişdirildiyini̧göstərməyə̧borcludur.

Apellyasiya baxışının hədləri

29. Apellyasiya şikayəti ilə qətnamənin qismən ləğv edilib, iddianın təmin edilən hissəsində mübahisələndirildiyindən, iddiaçı isə apellyasya şikayəti vermədiyindən, birinci instansiya məhkəməsinin bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edilən qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə, yəni apellyasiya şikayəti həddində hüquqi qiymət verilməli, qətnamə apellyasiya şikayətinin dəlilləri üzrə iddianın təmin edilən hissəsində yoxlanılmalı, apellyasiya şikayətinin dəlilləri ilə ehtiva olunmayaņhissələrə̧toxunulmamalıdır.̧

Apellyasiya instansiyasın məhkəməsinin mövqeyi

30. Işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyasının araşdırması ilə belə nəticəyə gəlinir ki, birinci̧instansiya̧məhkəməsi̧tərəfindəņçıxarılmış̧qətnamə̧dəyişdirilməlidir.

31. Iddiaçının hazırkı tələbi irəli sürməkdə subyektiv hüququnun olmaması ilə bağlı dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, G.Z.Zeynalovanın borcun hesablandığı ünvanda yaşaması, həmin ünvana münasibətdə digər istehlakçı ilə, sonradan cavabdehin özü ilə də müqavilə bağlaması, aktın ona imzalatdırılması iş materialları ilə təsdiqini tapır. Iş materillarına əlavə edilmiş Cavabdeh 1 Cavabdeh 3 ilə bağlanmış ## ##### 2020-ci il tarixli, **-**** nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi”ndən görünür ki, həmin müqavilədə istehlakçı olaraq Tamilyoko Anna göstərilsə də, müqaviləni istehlakçı qismində İddiaçı imzalamışdır. Bu müqaviləyə əsasən, Cavabdeh 1 Cavabdeh 3 müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba ödəməyi öhdəsinə götürür. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan xüsusat qətnamənin ləğvi üçün əsas ola bilməz̧və̧iddiaçınıņhazırkı̧tələbi̧irəli̧sürməkdə̧subyektiv̧hüququ̧vardır.

32. Abonent saldosunda aktlara əsasən borcun hesablanması müəyyən olunsa da, cavabeh tərəfindən heç bir akt nə birinci instansiyası məhkəməsinə təqdim edilməmiş, nə də apellyasiya şikayətinə əlavə olunmamışdır. MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Aktlar məhkəməyə təqdim olunmadığından bu aktların qanuna uyğun tərtib olunub – olunmamasını da müəyyən etmək mümkün deyildir.

33. Iddianın əsasını 2013-2020-ci illər aralığında tərtib edilmiş aktlar üzrə borc məbləğləriniņsilinməsi̧təşkiļedir.̧

34. Müqayisəli təhlil əsasında aparılmış tədqiqata əsasən müəyyən olunur ki, borcun məbləği 2013-cü il üzrə - 100,8 manat; 2016-cı il üzrə - 390,7 manat; 2017-ci il üzrə - 1674 manat; 2018-ci il üzrə - 2672 manat, 2019-cu il üzrə - 1200,6 manat, 2020-ci il üzrə - 1003,7 manat, ümumlikdə 7041,8 manat təşkil edir və həmin hissədə borcun mövcudluğu öz təsdiqini tapır. Lakin birinci instansiya məhkəməsi düzgün hesablama aparmayaraq 7436,7 manat məbləğində borcun silinməsi qənaətinə gəlmişdir. Buna görə də məhkəmə qətnaməsi silinməli olaņborcuņməbləğində̧dəyişdirilərəķ7041,8 manaţmüəyyəņolunmalıdır.

35. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə silinməli olan borcun məbləği hissəsində düzgün olmadığından, cavabdehin apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə qismən təsdiq olunmaqla, qətnamənin dəyişdirilməsinə əsas verir. Buna görə də iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə müzakirə olunan qaydada̧dəyişdirilməlidir.̧̧

36. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə̧kollegiyası̧qəţetdi:

Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh 1 Cavabdeh 3 tərəfindən verilmiş apellyasiya şikayəti̧qisməņtəmiņedilsin.̧̧̧ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi silinməli olan borcun məbləği hissəsində dəyişdirilərək məbləğ 7041,8 manaţmüəyyəņedilsin.̧ Qətnamə̧mübahisələndiriləņdigəŗhissələrdə̧dəyişdirilmədəņsaxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali MəhkəməsiniņMülki̧Kollegiyasına̧kassasiya şikayəti̧verilə̧bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar