Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-761/2026 13.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı ASC-nin cavabdeh Cavabdeh qarşı iş üzrə Açar sözlər: subroqasiya qaydasında pulun tutulması Hakimlər X7 (sədrlik edən və məruzəçi), X3 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X2 iştirakı ilə, İddiaçı İddiaçı ASC-nin cavabdeh Cavabdeh qarşı “subroqasiya qaydasında pulun tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (London Pub adı altında fəaliyyət göstərən restoran şəbəkəsi) X1 mülkiyyətindədir. Həmin əmlak ondan qanuni əsaslarla istifadə edən X6 tərəfindən ##.##.2020-ci il tarixdən ##.##.2021-ci il tarixədək “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə sığortalanmışdır. ** saylı Mənzil Kommunal İstismar Sahəsinin ##.##.2020-ci il tarixli aktına əsasən Nəsimi rayonu, H.Aslanov küçəsi, *** saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsini istifadə edən X6 şikayət ərizəsi əsasında həmin restorana ##.##.2020-ci il tarixdə baxış keçirilmiş, bu zaman üst mərtəbədə yerləşən cavabdeh Cavabdeh mülkiyyətçisi olduğu ** saylı mənzildən su axını nəticəsində restorana xeyli ziyan dəydiyi müəyyən edilmişdir. Belə ki, sahənin tavanları sarımtıl ləkələrə qərq olmuş, divarları yararsız hala düşmüş və elektrik naqilləri sıradan çıxmışdır. 18-ci mənzilin sahəsinə xəbərdarlıq edilsə də, bu hal bir neçə dəfə baş vermişdir. Ekspert İlqar Zeynalov tərəfindən tərtib edilən hesabata əsasən qeyri-yaşayış sahəsinə dəymiş ziyanın məbləği 600 manat təşkil edir. İddiaçı tərəfindən zərərçəkən X6 hesabına 150 manat azadolma məbləği çıxılmaqla ##.##.2020-ci il tarixdə 450 manat pul köçürülmüşdür.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı İddiaçı ASC cavabdeh Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdeh 450 manat məbləğində əsas və 30 manat məbləğində dövlət rüsumu, ümumilikdə 480 manat məbləğində pul vəsaitinin iddiaçı İddiaçı ASC-nin xeyrinə tutulmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC tərəfindən sığortalı X6 istifadəsində olan ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (London Pub) əmlak yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərlərin əvəzinin ödənilməsi məqsədilə ##.##.2020-ci il tarixdə “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə sığortalanmışdır. ##.##.2020-ci il tarixdə X6 istifadəsində olan qeyri-yaşayış sahəsi (London Pub) çoxmərtəbəli binanın yuxarı, yəni cavabdeh Cavabdeh məxsus olan ** nömrəli mənzildən axan su kütlələri (subasma) nəticəsində zərər görmüşdür. İş materiallarında olan ** saylı Mənzil Kommunal İstismar Sahəsinin ##.##.2020-ci il tarixli arayışına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Həzi Aslanov küçəsi 105, mənzil 18-dən gələn su, X6 istifadəsində olan qeyri-yaşayış obyektinin tavanını yararsız hala salmış, elektrik naqilləri sıradan çıxmışdır. Həmçinin, iş materiallarında olan ** saylı Mənzil Kommunal İstismar Sahəsinin ##.##.2025-ci il tarixli məktubuna əsasən Bakı şəhəri, Nəsimi rayonu, Həzi Aslanov küçəsi 105, ** saylı mənzilin mülkiyyətçisi Cavabdehdır. İş materiallarında olan ##.##.2020-ci il tarixli dəymiş zərərin həcmi ilə bağlı *** nömrəli rəyə əsasən X6 istifadəsində olan Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun 19 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (London Pub) su basma nəticəsində 600 manat məbləğində zərər vurulmuşdur. Baş vermiş hadisə ilə bağlı ##.##.2020-ci il tarixli, AKT2093/CFİ- 0089/2020 nömrəli aktla 150 manat azadolma məbləği çıxılmaqla, 450 manat məbləğində pul vəsaiti İddiaçı ASC tərəfindən faydalanan şəxsin bank hesabına köçürülmüşdür.
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ilə iddia təmin edilməmiş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. (hakim X5)
6. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, belə qənaətə gəlmişdir ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin “ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı” malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Demək, subroqasiya hüququndan istənilən şəxsə qarşı deyil, zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı istifadə edilə bilər, özü də subroqasiya hüququ sığorta ödənişini vermiş sığortaçıya sığorta ödənişi məbləğində keçir. Eyni zamanda, sığortaçı subroqasiya hüququndan zərəvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edilə bilər. Lakin hazırki iş üzrə cavabdehin zərərə görə məsuliyyət daşımalı olan şəxs hesab edilməsi üçün onun təqsiri müəyyən edilməlidir. Onun təqsiri isə müəyyən edilməmişdir. Göründüyü kimi, qanunvericilikdə (“İcbari sığrta haqqında” Qanunun 25-ci maddəsində) sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişinin sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya qaydasında geri tələb etməsinin əsasları müəyyən edilmişdir. Hazırki iş üzrə iddiaçının cavabdehdən subroqasiya qaydasında pul tələb etməsi üçün qanunvericilikdə müəyyən edilmiş hallar baş verməmişdir. İddiaçı tərəfindən subroqasiya hüququnun yaranması sübut edilə bilməmişdir. Belə ki, iddiaçı tələbini əsaslandıra biləcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Hazırda iddiaçı qeyri-yaşayış sahəsinə dəymiş ziyanın cavabdehə məxsus mənzildən su axması nəticəsində baş verdiyini iddia etsə də, bu faktı təsdiq edə biləcək mötəbər sübutlar iş materiallarına əlavə edilməmiş və məhkəmə tərəfindən də həmin hallar aşkar edilməmişdir. İddiaçı tərəfindən sübut kimi təkcə Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi ** saylı MKİS tərəfindən verilən ##.##.2020-ci il tarixli aktın surətidir ki, həmin aktda qeyri-yaşayış sahəsinə su axıntısının olduğu qeyd edilsə də, lakin bu, iddia olunan deliktin konkret olaraq cavabdehə məxsus mənzildəki su borularının nasazlığı və ya cavabdehin digər hüquqazidd hərəkəti nəticəsində nəticəsində baş verməsi qənaətinə gəlmək üçün kifayət deyildir.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 888-ci, 936cı, Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 88-ci, 217.3-cü, 217.4-cü, “İcbari sığortalar haqqında” Azərbaycan Respubkasının Qanununun 25-ci, 49-cu maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı İddiaçı ASC qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra Qanun) 25.1.3-cü maddəsinə əsaslanmaqla yanlışlığa yol verib. Həmin maddə mülki məsuliyyətin icbari sığortasına aiddir. Lakin hazırki müqavilə daşınmaz əmlakın icbari sığortası ilə bağlıdır. Buna görə də, mübahisə Qanunun 25-ci maddəsi ilə deyil, Qanunun 23.1.6-cı maddəsinə uyğun olaraq Mülki Məcəllənin 936-cı maddəsi əsasında həll edilməlidir. Həmin normaya əsasən sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək sığortaçının hüquqlarındandır. Bakı Apellyasiya Məhkəməsi də analoji işlər üzrə bir sıra qərarlarında məsələyə məhz qeyd etdikləri hüquqi mövqedən yanaşmışdır (Analoji iş üzrə Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının ##.##.2025-ci il tarixli, *- *(***)-****/**** nömrəli qərarının surəti əlavə edilir). Baş vermiş subasma hadisəsi ilə bağlı Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin ** saylı Mənzil Kommunal İstismar Sahəsinin ##.##.2020-ci il tarixli aktı təqdim edilmiş və aktdan hadisənin həmin binanın Cavabdeh məxsus olan Nəsimi rayonu, H.Aslanov küçəsi *** saylı evin, ** saylı mənzilindən su axması nəticəsində baş verməsi faktı müəyyən edilir. Cavabdeh tərəfindən həmin aktda müəyyən edilmiş halın mövcudluğunu təkzib edən heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin, iş materiallarına əlavə edilmiş ** saylı MKİS-in ##.##.2025-ci il tarixli, ** saylı məktubundan müəyyən olunur ki, Nəsimi rayonu, H.Aslanov küçəsi *** saylı evin, ** saylı mənzilinin mülkiyyətçisi Cavabdehdır. Buna görə də, cavabdehin Mülki Məcəlləsinin 1111.2-ci və Mənzil Məcəlləsinin 29.4-cü maddəsinin tələblərinə əsasən mülki hüquqi məsuliyyəti yaranmışdır. Belə ki, cavabdeh istinad edilən normaların tələbləri baxımından yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır. Subroqasiya tələbi üzrə vurulmuş zərərin ödənilməsi tələbinə dair iddialar üzrə məhkəmə təcrübəsinə nəzər yetirilsə, subasma hadisələrinə dair Mənzil Kommunal İstismar Sahələri tərəfindən tərtib olunan aktlar məhkəmə tərəfindən sığorta hadisəsinin baş vermə səbəbini özündə əks etdirən və baş verməsi faktını təsdiq edən mötəbər sübut kimi qiymətləndirilir və belə mübahisələrin nəticəsində həlledici rola malikdir. Belə ki, İddiaçı ASC-nin məhkəmə təcrübəsində analoji işlərlə bağlı iddia tələbinin təmin olunması ilə nəticələnən qətnamələr mövcuddur. Cinayət hüququndan fərqli olaraq mülki hüquq zərərvuranın (hüququ pozan şəxsin) təqsir prezumpsiyasını (latınca “praesumptio” güman etmək mənasını ifadə edir) müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə hüququ pozan şəxs (zərərvuran) özünün təqsirsizliyini sübut edənə kimi, onun təqsirli olması güman edilir, yəni əksi sübut edilənə kimi şəxs mülki hüquq pozuntusu törətməkdə təqsirli sayılır. Məsuliyyətdən azad olmaq üçün zərərvuran (hüququ pozan şəxs) təqsirinin olmamasını sübut etməlidir. Deməli, sübutetmə yükünü öhdəliyi pozmuş şəxs çəkir, yəni təqsirin olmadığını öhdəliyi pozmuş şəxs sübuta yetirir. Təqsir prezumpsiyasına görə zərərçəkən tərəf zərərvuranın (hüququ pozan şəxsin) təqsirini sübut etməyə borclu deyildir. Zərərçəkən tərəf sübut etməlidir ki, başqa subyektin davranışı nəticəsində onun hüquq və qanunla qorunan mənafeyi pozulmuşdur. Amma təqsir prezumpsiyası zərərçəkəni məhkəməyə zərərvuranın təqsirli olmasını təsdiqləyən sübutlar təqdim etmək imkanından və hüququndan məhrum etmir. Zərərçəkən ona zərər vurulması faktını sübuta yetirməlidir. Belə ki, zərər vurulması faktını hamıdan əvvəl zərərçəkən bilir. Bununla yanaşı mülki qanunvericilikdə “Təqsirsiz məsuliyyət” prinsipi də öz əksini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Məhkəmə qeyd etdikləri hallara düzgün hüquqi qiymət verməmiş, işin hallarını hüquqi və məntiqi mühakimə əsasında qanunvericiliyin istinad edilən normaları ilə əlaqəli şəkildə araşdırmamış və işin halları üzrə səhv nəticəyə gəlmişdir. Göstərilən hallar məhkəmə tərəfindən qətnamənin əsaslandırılmadığını və məhkəmə tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ##.##.2005-ci il tarixli, * saylı qərarının 2-ci bəndinin tələblərinin pozulduğunu deməyə əsas verir. Qeyd edilən qərarın müvafiq bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə, qanuni hesab edilir. Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsinə müvafiq olaraq mübahisə edilən münasibəti tənzimləyən hüquq norması olmadıqda, məhkəmə oxşar münasibətləri tənzimləyən hüquq normalarını tətbiq edir. Belə normalar da olmadıqda, məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə, presedent hüququna mülki qanunvericiliyin prinsiplərinə istinad etməklə qətnamə qəbul etməyə haqlıdır. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Tərəflərindən susızma hadisəsinin cavabdehin təqsiri nəticəsində baş verməsini təsdiq edən sübut kimi ** saylı Mənzil Kommunal İstismar Sahəsinin ##.##.2020-ci il tarixli aktı təqdim edildiyindən hazırda cavabdeh özü üçün əlverişli olan halı, 2017-ci il tarixdə susızma hadisəsi baş berən vaxt cavabdehin həmin mənzildə yaşamamasını sübut etməlidir. Lakin cavabdehin həmin halı təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim etməməsinə baxmayaraq, məhkəmə MPM-in 77.1-ci maddəsinin tələblərini pozaraq işin halları üzrə səhv nəticəyə gəlmişdir. Məhkəmə tərəfindən iş üçün əhəmiyyəti olan “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1.6cı maddəsinin tələblərinə müvafiq olaraq iddiaçının tələb hüququnun yaranıb-yaranmaması, mənzilin mülkiyyətçisinin mənzil daxilində yerləşən su xətlərinin texniki xidməti və təmirinə görə məsuliyyə daşıyıb-daşımaması, iş materialları arasında sübut qismində məhkəməyə təqdim olunan ** saylı Mənzil Kommunal İstismar Sahəsinin ##.##.2020-ci il tarixli aktının iddiaçının tələbinin əsaslı olduğunu təsdiq edib-etməməsi halları aydınlaşdırılmamışdır. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsi tərəfindən iddiaçının cavabdehə qarşı subroqasiya hüququnun yaranmaması barədə gəldiyi nəticə işdə olan sübutlarla (** saylı Mənzil Kommunal İstismar Sahəsinin ##.##.2020-ci il tarixli aktı və ## #### 2025-ci il tarixli, ** saylı məktubu, ##.##.2020-ci il tarixli dəymiş zərərin hesabatı ilə bağlı *** nömrəli rəy) öz təsdiqini tapmır. Göstərilənlərə əsasən məhkəmə tərəfindən qətnamədə göstərilmiş nəticə işin aşağıdakı hallarına uyğun deyil: Subasma hadisəsi Cavabdeh məxsus ** nömrəli mənzildən su axması nəticəsində baş vermişdir. ünvan 1 ünvanında yerləşən ** nömrəli mənzil Cavabdeh mülkiyyətindədir və mənzilin daxilində yerləşən su xətlərinin texniki cəhətdən yararlı vəziyyətdə olmasında cavabdeh məsuldur. ** saylı Mənzil Kommunal İstismar Sahəsinin ##.##.2020-ci il tarixli aktında ** nömrəli mənzildən su axması nəticəsində sığortalanmış obyektə zərər dəyməsi müəyyən olunur və cavabdeh tərəfindən iş materiallarına həmin aktla müəyyən edilmiş halı təkzib edən hər hansı bir sübut əlavə edilməmişdir. İddiaçının tələb hüququ “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra Qanun) 25.1.3-cü maddəsi ilə deyil, həmin Qanunun 23.1.6-cı maddəsinə uyğun olaraq Mülki Məcəllənin 936-cı maddəsi əsasında yaranmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hər hansı üzrlü səbəb göstərmədən, iddiaçı İddiaçı ASC məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, cavabdeh isə məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə kollegiyası apellyasiya şikayətinə həmin tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır; 888.1-ci maddəsinə əsasən əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin sığortası aiddir; 888.2-ci maddəsinə əsasən əmlakın sığortası zamanı əmlakın zədələnməsi, itirilməsi (məhv olması) və çatışmazlığı, eyni zamanda əmlak hüquqlarının itirilməsi ilə bağlı risklər sığortalanır; 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1111.2-ci maddəsinə əsasən əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir; 1114.1-ci maddəsinin tələblərinə görə başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır; 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır; 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
14. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 29.4-cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur.
15. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun: 15.1-ci maddəsinə əsasən icbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir; 15.3-cü maddəsinə əsasən əmlaka dəyən zərərin məbləği aşağıdakılardan ibarətdir: 15.3.1. zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclər, yaxud həmin əmlak məhv olmuş hesab edildikdə, onun sığorta hadisəsinin baş verməsindən bilavasitə əvvəlki dəyəri; 20.3-cü maddəsinə əsasən əmlaka dəyən zərər üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında əmlakın təmirinə, bərpasına və ya yenisi ilə əvəz edilməsinə xərclərin çəkilməsi, yaxud qiymətləndirilmiş zərər məbləğinin faydalanan şəxsə birbaşa ödənilməsi yolu ilə həyata keçirilir; 23.1.6-cı maddəsinə əsasən sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək sığortaçının hüquqlarındandır; 35.1-ci maddəsinə əsasən daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir; 41.1-ci maddəsinə əsasən daşınmaz əmlakın icbari sığortası üzrə sığortalanmış əmlaka dəyən zərərə görə sığorta ödənişinin verilməsi bu Qanunun 39-cu maddəsində nəzərdə tutulmuş müvafiq sığorta məbləğləri həddində bu Qanunun Ümumi bölməsində müəyyən edilmiş ümumi əsaslarla həyata keçirilir.
Apellyasiya baxışının hədləri
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
17. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
18. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın təmin edilməsi xahiş olunduğundan, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş, mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia təmin edilməlidir.
20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən ilk növbədə qeyd edir ki, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (London Pub adlı restoran) X1 mülkiyyətindədir. Həmin əmlak ondan qanuni əsaslarla istifadə edən X6 tərəfindən ##.##.2020-ci il tarixdən ##.##.2021-ci il tarixədək “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə sığortalanmışdır. ** saylı Mənzil Kommunal İstismar Sahəsinin ##.##.2020-ci il tarixli aktına əsasən Nəsimi rayonu, H.Aslanov küçəsi *** saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsini istifadə edən X6 şikayət ərizəsi əsasında həmin sahəyə ##.##.2020-ci il tarixdə baxış keçirilmişdir. Bu zaman üst mərtəbədə yerləşən cavabdeh Cavabdeh mülkiyyətçisi olduğu ** saylı mənzildən suyun axıdılması nəticəsində restorana xeyli ziyan dəydiyi müəyyən edilmişdir. Ekspert İlqar Zeynalov tərəfindən tərtib edilən hesabata əsasən qeyri-yaşayış sahəsinə dəymiş ziyanın məbləği 600 manat təşkil edir. İddiaçı tərəfindən zərərçəkən X6 hesabına 150 manat azadolma məbləği çıxılmaqla ##.##.2020-ci il tarixdə 450 manat pul köçürülmüşdür.
21. Hazırda iddiaçı həmin hallara istinad edərək, sığorta hadisəsi nəticəsində X6 ödənilmiş 450 manat sığorta ödənişinin əvəzini ona dəymiş həmin məbləğdə zərərə görə məsuliyyət daşıyan ** saylı mənzilin mülkiyyətçisi olmuş cavabdeh Cavabdeh tələb edir.
22. Cavabdeh iddianı qəbul etmir. Cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatında suyun axıdılması iddia edilən dövrdə mənzildə yaşadığını, lakin 3 ildir ki, mənzili sataraq köçdüyünü, mənzildə yaşayan zaman onun mənzilindən qeyd edilən qeyri-yaşayış sahəsinə suyun axıdılması barədə məlumat verildiyini və məsələ ilə bağlı usta göndərildiyini, lakin usta tərəfindən onun sanitar qovşağında (hamam otağı) aparılan söküntü zamanı suyun axıdılmasının öz təsdiqini tapmadığını, bundan sonra yenidən tikinti materialları alaraq oranı düzəltdirdiyini, bu işlərin həmin usta tərəfindən görülməsinə baxmayaraq, xərcləri şəxsən qarşıladığını, MKİS-in nümayəndələri tərəfindən onun mənzilinə baxış keçirilmədiyini, ümumiyyətlə qeyri-yaşayış sahəsinin mülkiyyətçisi Cəlil Hüseynovla aralarında mübahisələrin olduğunu, onların mənzillə bağlı şəxsi qərəzlərinin olduğunu və ona mənzildən istifadə ilə bağlı müəyyən maneələrin yaradıldığını, bu hərəkətlərin mənzilin ondan alınması məqsədi ilə edildiyini bildirmiş və iddianın rədd edilməsini xahiş etmişdir.
23. Məhkəmə kollegiyası mübahisənin mahiyyətini nəzərə alıb qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. İddiaçı da öz mövqeyinin təsdiqi olaraq sığorta aktını, ** saylı MKİS-in aktını və məktubunu, dəymiş zərərlə bağlı hesabatı, sığorta ödənişin edilməsinə dair qəbzi, habelə fotoşəkilləri təqdim edir. Həmin sənədlərlə qeyd edilən qeyri-yaşayış sahəsinə üst mərtəbədə yerləşən cavabdeh Cavabdeh mülkiyyətçisi olduğu ** saylı mənzildən suyun axıdılması nəticəsində maddi ziyanın vurulduğu (sahənin tavanları sarımtıl ləkələrə qərq olmuş, divarları yararsız hala düşmüş və elektrik naqilləri sıradan çıxmışdır), zərərin 600 manat təşkil etdiyi, iddiaçı tərəfindən zərərçəkən X6 hesabına 150 manat azadolma məbləği çıxılmaqla ##.##.2020-ci il tarixdə 450 manat pul vəsaitinin köçürüldüyü öz təsdiqini tapır. Bununla belə, göstərilən qeyri-yaşayış sahəsinə ** saylı mənzildən suyun axıdılması nəticəsində zərər vurulması faktı öz təsdiqini tapır.
25. Cavabdeh suyun onun mənzilindən axıdılmasını, ümumiyyətlə bu hadisənin baş verməsində təqsirinin olmasını təkzib edən hər hansı sübut təqdim edə bilmir. Əksinə ona bu barədə məlumat verildikdən sonra onun tərəfindən sanitar qovşaqda təmir işlərinin aparılması suyun məhz onun mənzilindən axıdıldığını və zərərin vurulmasında məhz onun təqsirli olduğunu təsdiq edir. Hər bir halda, cavabdehin sanitar qovşağında aparılan söküntüdən sonra yenidən tikinti materiallarının alınması və təmir işlərinin aparılması xərclərini öz vəsaiti hesabına qarşılaması su axıtma halının baş verdiyini təsdiq edir ki, təkzib etmir. Lakin birinci instansiya məhkəməsi işin faktiki hallarına, o cümlədən təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət verməmiş və hər hansı əsas olmadan iddiaçının cavabdehdən subroqasiya qaydasında pul tələb etməsi üçün qanunvericiliklə müəyyən edilmiş halların baş verməməsi, iddiaçı tərəfindən subroqasiya hüququnun yaranmasının sübuta yetirilə bilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyasının bu mövqeyi apellyasiya şikayətinin dəlillərinin və buna uyğun olaraq iddianın əsaslı olduğunu təsdiq edir.
26. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən sığortalanmış qeyri-yaşayış sahəsinə cavabdehə məxsus mənzildən suyun axadılması və bununla da mülki hüquq pozuntusunun (delikt) onun tərəfindən törədilməsi, bunun nəticəsində iddiaçı tərəfindən zərərçəkənə sığorta ödənişi ödənilməklə subroqasiya hüququnu (yəni sığorta ödənişi alan şəxsə dəymiş zərərə görə mülki məsuliyyət daşımalı olan şəxsə qarşı tələb irəli sürmək hüququnu) əldə etməsi öz təsdiqini tapdığından iddiaçının cavabdehə qarşı tələbi əsaslıdır və zərər məbləği bu cavabdehdən tutulmalıdır.
27. Məhkəmə kollegiyası dəymiş zərərin qiymətləndirilməsi barədə barədə ##.##.2020ci il tarixli hesabatla zərər məbləğinin 600 manat məbləğində müəyyən edilməsini, bu hesabatın mötəbərliyini təkzib edən hər hansı sübutun təqdim edilməməsini və nəticədə məbləğ etibarı ilə iddiaçı tərəfindən zərərçəkənə 450 manat sığorta ödənişinin verilməsini nəzərə alıb, belə qənaətə gəlir ki, cavabdehdən iddiaçının xeyrinə məhz 450 manat məbləğində pul vəsaiti tutulmalıdır.
28. Beləliklə, məhkəmə kollegiyası nümayiş etdirdiyi hüquqi mövqeyə əsaslanıb, belə qənaətə gəlir ki, iddiaçı İddiaçı ASC-nin apellyasiya şikayəti əsaslıdır və bu səbəbdən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla, iddia təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə ödənilmiş 450 manat məbləğində sığorta ödənişinin və 30 manat məbləğində dövlət rüsumunun əvəzi tutulmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir.
29. Hazırkı iş üzrə iddianın qiyməti məbləğ etibarı ilə beş min manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz.
30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci, 382-ci, 384-387-ci, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ: İddiaçı İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin edilsin. Ödənilmiş sığorta ödənişinin əvəzi qismində 450 (dörd yüz əlli) manat məbləğində pul vəsaiti, habelə 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdeh Cavabdeh iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçı İddiaçı ASC-yə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.