Məhkəmə qərarları › İş №2(3-6)-791/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-791/2026

04.03.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(3-6)-791/2026 04.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Xanlar oğlunun sədrliyi ilə, Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2(5-101)-355/2026 nömrəli qərardadından iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı tərəfindən verilən şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “Qanunsuz tikilinin sökülməsi, ərazinin boşaldılması və zəbt olmuş torpaq sahəsinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, gələcəkdə baş verə biləcək xoşagəlməz hadisələrin, o cümlədən texnogen qəzaların, yanğınların və partlayış təhlükəsinin qarşısının alınmasını nəzərə alaraq, ünvan 1 ünvanında, 24043, 240125 və 24019 nömrəli neft-qaz quyularının mühafizə zonasında, X-409132; Y-4478168 coğrafi koordinatlarda, Cavabdeh1 tərəfindən, Bakı şəhəri, ünvan 2 ünvanında, 24011 və 24048 nömrəli neft-qaz quyularının mühafizə zonasında, X- 409158; Y-4478117 coğrafi koordinatlarda Cavabdeh5 tərəfindən, Bakı şəhəri, ünvan 3 ünvanında, 24011, 24038 və 24041 nömrəli neft-qaz quyularının mühafizə zonasında, X-409157; Y-4478102 coğrafi koordinatlarda, Cavabdeh5 tərəfindən, Bakı şəhəri, ünvan 4 ünvanında, 24011, 24038 və 24041 nömrəli neft-qaz quyularının mühafizə zonasında, X-409162; Y-4478092 coğrafi koordinatlarda, Cavabdeh3 tərəfindən, ünvan 1 ünvanında, 24038, 24041 və 25046 nömrəli neft-qaz quyularının mühafizə zonasında, X-409174; Y-4478078 coğrafi koordinatlarda, Cavabdeh4 tərəfindən inşa edilmiş özbaşına tikililərin cavabdehlərin hesabına sökülməsi, ərazinin boşaldılması, zəbt edilmiş torpaq sahəsinin geri qaytarılması və ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutularaq “Azneff” İB-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2(5-101)-355/2026 nömrəli qərardadı ilə iddia ərizəsinin icraata qəbulundən imtina edilməsi qərara alınmışdır. İddiaçı həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hazırkı işdə təqdim edilən iddia ərizəsi bütün bu tələblərə cavab verir, iddianın mahiyyəti eyni hüquq pozuntusuna –yəni SOCAR-a məxsus ərazidə qanunsuz tikililərin inşasına aiddir. Bu baxımdan iddianın bir neçə cavabdehə qarşı eyni zamanda verilməsi tam əsaslı və prosessual baxımdan mümkündür. Hazırkı işdə cavabdehlərin hamısı eyni ərazi və eyni küçədə qanunsuz tikinti aparmış şəxslərdir. Bu səbəbdən də hesab edirik ki, onların hər biri eyni hüquqi pozuntu ilə bağlı olduğundan iddianın vahid formada qaldırılması qanunidir və prosessual baxımdan doğrudur. Məhkəmənin xüsusilə diqqətinə çatdırırıq ki, tikinti işləri aparılan ərazi neft-qaz quyularının mühafizə zonasında yerləşir. Bu isə potensial olaraq ciddi qəzalara və bədbəxt hadisələrə səbəb olar bilər. Odur ki, çıxarılacaq qərarın təmin edilməsi və gələcəkdə yanğın və partlayışla nəticələnə bilən, insanların həyat və sağlamlığı üçün potensial riskin qarşısının vaxtında alınması, həmçinin bədbəxt və xoşagəlməz hadisələrin qarşısının alınması məqsədilə müvafiq tədbirlər görülməsi zəruridir və vacibdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin, Bakı Apellyasiya Məhkəməsinin və Rayon Məhkəmələrinin təcrübəsində eyni əraziyə dair bir neçə cavabdehə qarşı vahid iddia ərizələrinin qəbulu və icraata götürülməsi geniş yayılmışdır. Belə ki, SOCAR-ın balansında olan torpaq sahələrinə dair qanunsuz tikililərin sökülməsi tələbi ilə çoxsaylı cavabdehlərə qarşı iddialar vahid işdə birləşdirilmiş və icraata qəbul edilmişdir. Həmçinin, eyni hüquqi əsaslara malik olan bu tələblə bağlı “Azneft” İB tərəfindən çoxsaylı iddia ərizələri Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə təqdim edilmişdir. Həmin iddia ərizələrinin bir qismi Sabunçu rayon Məhkəməsi tərəfindən icraata qəbul edilərək hazırda məhkəmə baxışındadır və işlər üzrə mahiyyəti üzrə araşdırma aparılır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2(5-101)-355/2026 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2(5-101)-355/2026 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə iddia ərizəsi geri qaytarılmalıdır. 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddia ərizəsinin məzmunundan aydın olur ki, ünvan 1 ünvanında, 24043, 240125 və 24019 nömrəli neft-qaz quyularının mühafizə zonasında ayrı-ayrı şəxslər tərəfindən tikilmiş qanunsuz tikililərin sökülməsi məqsədilə onların hamısına qarşı bir iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin görünür ki, bu tikililərin heç birinin bir-biri ilə əlaqəsi yoxdur və ayrı-ayrı şəxslər tərəfindən tikilmişdir. İddiaçı hər bir cavabdehə qarşı ayrıca iddia ərizəsi ilə məhkəməyə müraciət etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia ərizəsində cavbdehlərin hamısına qarşı ayrı tələb irəli sürüldüyünə və bu tələblərin bir-biri ilə əlaqəsi olmadığına görə iddia ərizəsini icraata qəbul etməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2(5-101)- 355/2026 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2(5-101)-355/2026 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar