Məhkəmə qərarları › İş №2(3-6)-792/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-792/2026

02.03.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(3-6)-792/2026 02.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı (Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) mülki iş üzrə (açar sözlər: bir və ya bir neçə cavabdehə qarşı bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə iddianın mümkünlüyü) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı (Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “qanunsuz tikilinin sökülməsi, ərazinin boşaldılması və zəbt olmuş torpaq sahəsinin geri qaytarılması” tələbinə dair iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2(5-101)-292/2026 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “qanunsuz tikilinin sökülməsi, ərazinin boşaldılması və zəbt olmuş torpaq sahəsinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, gələcəkdə baş verə biləcək xoşagəlməz hadisələrin, o, cümlədən texnogen qəzaların, yanğınların və partlayış təhlükəsinin qarşısının alınmasını nəzərə alaraq, ünvan 1 ünvanında, 24019, 24125 və 24043 nömrəli neft-qaz quyularının mühafizə zonasında, X-409141; Y-4478173 coğrafi koordinatlarda Cavabdeh1 tərəfindən Bakı şəhəri, ünvan 2 ünvanında, 24019, 24125 və 24043 nömrəli neft-qaz quyularının mühafizə zonasında, X-409131; Y-4478157 coğrafi koordinatlarda Cavabdeh2 tərəfindən ünvan 1 ünvanında, 24019, 24125 və 24043 nömrəli neft-qaz quyularının mühafizə zonasında, X-409160; Y- ******* coğrafi koordinatlarda, Cavabdeh3 tərəfindən ünvan 1 ünvanında, 24019, 24125 və 24128 nömrəli neft-qaz quyularının mühafizə zonasında, X- 409169; Y-4478130 coğrafi koordinatlarda, Cavabdeh4 tərəfindən ünvan 1 ünvanında, 24021, 24014 və 24036 nömrəli neft-qaz quyularının mühafizə zonasında, X-409311; Y-4478100 coğrafi koordinatlarda, Cavabdeh5 tərəfindən inşa edilmiş-" özbaşına tikililərin cavabdehlərin hesabına sökülməsi, ərazinin boşaldılması, zəbt edilmiş torpaq sahəsinin geri qaytarılması və ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutularaq “Azneff” İB-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2(5-101)-292/2026 saylı qərardadı ilə iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “qanunsuz tikilinin sökülməsi, ərazinin boşaldılması və zəbt olmuş torpaq sahəsinin geri qaytarılması” tələbinə dair iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması, xx.xx.2025ci il tarixdə ********** nömrəli qəbzə əsasən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun büdcədən iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçınə geri qaytarılması qərara alınmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinin tələblərinə əsasən geri qaytarılmalıdır. Belə ki, iddiaçı bir iddia ərizəsində bir-biri ilə əlaqəsi olmayan bir neçə iddia tələbini birləşdirmişdir. Məhkəmə qeyd etmişdir ki, ərizənin məzmunundan da göründüyü kimi cavabdehlərin hər birinə qarşı ayrıca tələb irəli sürülmüş və bu tələblərin bir-biri ilə heç bir əlaqəsi yoxdur. Həmin tələblərin hər biri ayrıca iddia tələbi ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə uyğun olaraq tərtib edilərək məhkəməyə müraciət olunmalıdır. Şikayətin dəlilləri, şikayətə qarşı etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 15 yanvar 2026-cı il tarixli, 2(5-101)- 292/2026 saylı qərardadından Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Azneft" İstehsalat Birliyi şikayət verərək, qərardadın ləğv edilərək işə mahiyyəti üzrə baxılmasına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı SOCAR-ın İddiaçı (“Azneft” İB) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “qanunsuz tikilinin sökülməsi, ərazinin boşaldılması və zəbt olmuş torpaq sahəsinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 4 ünvanında, 24019, 24125 və 24043 nömrəli neft-qaz quyularının mühafizə zonasında, X- 409141 Y-4478173 coğrafi koordinatlarda Cavabdeh1 tərəfindən, ünvan 5 ünvanında, 24019, 24125 və 24043 nömrəli neft-qaz quyularının mühafizə zonasında, X-409131; Y- 4478157 coğrafi koordinatlarda Cavabdeh2 tərəfindən, ünvan 6 ünvanında, 24019, 24125 və 24043 nömrəli neft-qaz quyularının mühafizə zonasında, X-409160; Y4478157 coğrafi koordinatlarda Cavabdeh3 tərəfindən, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Nefçilər küçəsi, ev (2-ci mədən küçəs ünvanında, 24019, 24125 və 24128 nömrəli neft-qaz quyularının mühafizə zonasında, X409169; Y-4478130 coğrafi koordinatlarda, Cavabdeh4 tərəfindən, ünvan 7 ünvanında 24021, 24014 və 24036 nömrəli neft-qaz quyularının mühafizə zonasında, X-409311; Y-4478100 coğrafi koordinatlarda, Cavabdeh5 tərəfindən inşa edilmiş "özbaşına tikililərin cavabdehlərin hesabına sökülməsi, ərazinin boşaldılması, zəbt edilmiş torpaq sahəsinin geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2(5-101)- 292/2026 nömrəli qərardadı ilə “Azneft” İB-nin iddia ərizəsi icraata qəbul edilmədən iddiaçıya geri qaytarmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinə istinad edərək iddia ərizəsini icraata qəbul edilmədən geri qaytarmışdır. Aşağıda qeyd olunanlara əsasən hesab edilirik ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2(5-101)-292/2026 nömrəli qərardadı əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 51.1-ci maddəsinə əsasən, iddia müştərək qaydada bir neçə iddiaçı tərəfindən və ya bir neçə cavabdehə qarşı qaldırıla bilər. İddiaçıların və ya cavabdehlərin hər biri digər tərəfə dair prosesdə müstəqil çıxış edir. Həmin Məcəllənin 149.3-cü maddəsinə əsasən iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Belə ki, hazırkı işdə təqdim edilən iddia ərizəsi bütün bu tələblərə cavab verir, iddianın mahiyyəti eyni hüquq pozuntusuna yəni “SOCAR”-a məxsus ərazidə qanunsuz tikililərin inşasına aiddir. Bu baxımdan iddianın bir neçə cavabdehə qarşı eyni zamanda verilməsi tam əsaslı və prosessual baxımdan mümkündür. Hazırkı işdə cavabdehlərin hamısı eyni ərazi və eyni küçədə qanunsuz tikinti aparmış şəxslərdir. Bu səbəbdən də hesab edirlir ki, onların hər biri eyni hüquqi pozuntu ilə bağlı olduğundan iddianın vahid formada qaldırılması qanunidir və prosessual baxımdan doğrudur. Xüsusi ilə qeyd olunur ki, tikinti işləri aparılan ərazi neft-qaz quyularının mühafizə zonasında yerləşir. Bu isə potensial olaraq ciddi qəzalara və bədbəxt hadisələrə səbəb olar bilər. Odur ki, çıxarılacaq qərarın təmin edilməsi və gələcəkdə yanğın və partlayışla nəticələnə bilən, insanların həyat və sağlamlığı üçün potensial riskin qarşısının vaxtında alınması, həmçinin bədbəxt və xoşagəlməz hadisələrin qarşısının alınması məqsədilə müvafiq tədbirlər görülməsi zəruridir və vacibdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin, Bakı Apellyasiya Məhkəməsinin və rayon məhkəmələrinin təcrübəsində eyni əraziyə dair bir neçə cavabdehə qarşı vahid iddia ərizələrinin qəbulu və icraata götürülməsi geniş yayılmışdır. Belə ki, SOCAR-ın balansında olan torpaq sahələrinə dair qanunsuz tikililərin sökülməsi tələbi ilə çoxsaylı cavabdehlərə qarşı iddialar vahid işdə birləşdirilmiş və icraata qəbul edilmişdir. Həmçinin, eyni hüquqi əsaslara malik olan bu tələblə bağlı “Azneft” İB tərəfindən çoxsaylı iddia ərizələri Bakı şəhəri Sabunçu Rayon Məhkəməsin təqdim edilmişdir. Həmin iddia ərizələrinin bir qismi Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən icraata qəbul edilərək hazırda məhkəmə baxışındadır və bu işlər üzrə mahiyyəti üzrə araşdırma aparılır. Bununla yanaşı, təqdim edilmiş iddia ərizələrinin bir qismi isə icraata qəbul edilmədən geri qaytarılmışdır. Ona görə də Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2(5-101)- 292/2026 nömrəli qərardadının ləğv edilərək işə mahiyyəti üzrə baxılmasına təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2(5-101)-292/2026 saylı qərardadı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(5-101)-292/2026 nömrəli, xx.xx.2026-cı il tarixli qərardadından iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti İddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməməsi və mülki işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Cavabdeh1 şikayətə qarşı etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı "Azneft" İB tərəfindən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli qərardadından verilmiş apellyasiya şikayəti ilə tanış olmuşdur. Bildirir ki, ona qarşı irəli sürülən söküntü və torpaq sahəsinin boşaldılması tələbləri əsassızdır. O, sözügedən yaşayış evini 2010-cu ildə əldə etmişdir. Evin həmin tarixdə mövcud olması və fiziki vəziyyəti "xxxx" MMC tərəfindən hazırlanmış xx.xx.2010-cu il tarixli, 741 nömrəli "Qiymətləndirmə rəyi" ilə təsdiq olunur. O, bu əmlakı əldə edərkən onun mübahisəli olduğunu bilməmişdir. 16 ildir ki, ailəsi ilə birlikdə orada yaşayır. Balaxanı Bələdiyyəsi tərəfindən ona vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında şəhadətnamə verilmişdir. Həmin sənəddə tikilinin koordinatları (x: 409145.00, y: 4478175.00) və təyinatı rəsmən qeyd olunmuşdur. Bələdiyyənin onu vergi uçotuna alması bu tikilinin qeyri-qanuni olmadığını və dövlət tərəfindən tanındığını birbaşa sübut edir. İddiaçı “Azneft” İB ötən 16 il ərzində ona qarşı heç bir iddia qaldırmamışdır. Ona görə də “Azneft” İB-in apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərardadının qüvvədə saxlanılması xahiş olunur. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır. Tətbiq edilən hüquq normaları Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 149.3. İddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Maddə 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; 152.1.7. bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə; Maddə 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Maddə 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya şikayətin dəlilləri üzrə qeyd edir ki, prosessual qanunvericiliyin tələblərinə əsasən iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbini bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Bir və ya bir neçə cavabdehə qarşı bir-biri ilə əlaqədar olmayan bir neçə tələbini bir iddia ərizəsində birləşdirən iddiaçının iddia ərizəsi isə MPM-in tələbinə əsasən hakim tərəfindən geri qaytarılması üçün prosessual əsasdır. İddiaçı şikayətində cavabdehlərə qarşı olan tələblərinin bir-biri ilə bağlı olmasını bildirsə də, iddia tələblərindən görünür ki, iddiaçı bir neçə cavabdehə qarşı bir-biri ilə bağlı deyil, eyni tələbləri, yəni ayrı-ayrı ünvanlarda inşa olunmuş özbaşına tikililərin sökülməsi və s. tələblərini bir iddia ərizəsində birləşdirmişdir. Göründüyü kimi iddiaçının hər bir cavabdehinə qarşı olan tələbi yalnız həmin cavabdehə aid olmaqla tələblər arasında heç bir bağlılıq yoxdur. Bundan başqa bir neçə cavabdehə qarşı ayrı-ayrı icraatlarda baxılmalı olan iddia tələblərini bir iddia ərizəsində birləşdirməklə iddiaçı qanunla müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsindən də yayınmışdır. İstinad olunanlara əsasən kollegiya hesab edir ki, bir-biri ilə bağlılığı olmayan və yalnız iddiaçının maraqlarına görə bir icraatda birləşdirilmiş iddia tələblərinə bir icraatda baxılması tərəflərin prosessual hüquq və vəzifələrinin təmin edilməsinə, mülki işə qanunla müəyyən olunmuş müddətlər çərçivəsində baxılmasına maneələr yaradacağından iddia ərizəsini geri qaytaran birinci instansiya məhkəməsinin qənaəti əsaslıdır. Belə ki, iddia ərizəsi MPM-in tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2026-ci il tarixli, 2(5-101)-292/2026 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar