Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-795/2026 06.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Köçəri qızının cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (açar sözlər: tikilinin sökülməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi, İddiaçı İddiaçı Köçəri qızının, Cavabdeh Cavabdeh, Cavabdeh Cavabdeh nümayəndəsi (vəkili) X3 iştirakı ilə, İddiaçı İddiaçı Köçəri qızının cavabdeh Cavabdeh qarşı tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin ##.##.2024-cü il tarixli məktubundan görünür ki, əraziyə baxış keçirilmiş və Cavabdeh tərəfindən fərdi yaşayış sahəsi haqqında ev quşlarının saxlanması və yetişdirilməsi zamanı Azərbaycan Respublikasının "Baytarlıq" Qanunun 19-cu maddəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə müəyyən edilmiş qaydaların tələblərinin pozulduğu aşkar edilmişdir. Belə ki, heyvanlar (quşların) saxlanan binanın içi və ətrafı ağardılmır, dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirləri mütəmadi aparılmır, heyvanların (ev quşların) saxlanması, yetişdirilməsi qaydada biotermik və istifadəsi ilə məşğul olan sahibkar tərəfindən əldə edilən peyin kütləsi müvafiq xəstəliklərə zərərsizləşdirilmir və heyvanlar (ev quşları) arasında müxtəlif növ yoluxucu xəstəliklərə qarşı peyvəndləmə və diaqnostik müayinə işləri həyata keçirilmir. Eyni zamanda "Baytarlıq" haqqında Azərbaycan Respublikası Qanununun 40-сı maddəsinin pozulmasında təqsirkar olan şəxslərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıdığı vətəndaş Cavabdeh nəzərinə çatdırılmışdır. Bununla əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş "heyvanların (ev quşların) saxlanması, yetişdirilməsi və istifadə olunmasını baytarlıq (baytarlıq-sanitariya) qaydaları və normalarına uyğun həyata keçirmək, qaydada müvafiq təlimatlara əməl etmək haqqında “Qaydalar" vətəndaş Cavabdeh rəsmi təqdim edilərək icrası ilə bağlı məcburi göstərişlər verilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş ##.##.2025-ci il tarixli yerli baxış iclası protokolundan görünür ki, cavabdeh toyuqların saxlanılması üçün ayrıca tikili tikmişdir. Həmin tikili daxildən iki hissəyə bölünmüşdür. Toyuqların saxlanıldığı hissənin qapısı və pəncərəsi var. Digər hissədə isə əlavə əşyalar yığılmışdır. Toyuq hininin yerləşdiyi tikili iddiaçının yaşadığı evin arxa tərəfində yerləşir. Həmçinin toyuqların saxlanıldığı tikilinin divarı iddiaçıya məxsus evin divarına bitişikdir. Həmin yerdən həm iddiaçının evinin arxa tərəfinə, həm də boş əraziyə qapı açılmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı İddiaçı Köçəri qızı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh həmin ərazidə qanunsuz olaraq yaşaması və qanunsuz tikilidən istifadə etməsinin dayandırılması, qanunsuz olaraq istifadə etdiyi pulsuz su və elektrik enerjisinə dair hüquqi qiymət verilməsi üçün aidiyyəti orqanlara məlumat verilməsi, qanunsuz tikilinin sökülməsi və ərazinin əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, cavabdeh Cavabdeh məxsus Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 103 A ünvanında yerləşən toyuq hininin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, uzun müddətdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 103 A ərazisində yerləşən, qaçqın və məcburi köçkün ailələri üçün müvəqqəti olaraq ayrılmış ərazidə yaşayır. Sözü gedən ərazi Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin balansındadır və burada yalnız qeydiyyatda olan ailələrin məskunlaşmasına icazə verilir. Lakin Cavabdeh heç bir hüquqi əsası olmadan həmin ərazidə qanunsuz şəkildə məskunlaşmış və özbaşına tikili inşa edərək orada yaşamış və ferma tikərək ərazidən qanunsuz olaraq istifadə etmişdir. O, ərazidə yalnız qeydiyyatda olan ailələr üçün dövlət tərəfindən pulsuz təqdim edilən elektrik enerjisi və su kimi kommunal resurslardan da qeyriqanuni olaraq istifadə etmişdir. Bu, həm onun, həm də digər məcburi köçkünlərin hüquqlarının pozulmasına səbəb olmaqla yanaşı, dövlət əmlakından sui-istifadə halıdır. ##.##.2025-ci il tarixində o, Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə qonşu kimi onun qanunsuz və ictimai asayişi pozan davranışları barədə rəsmi müraciət etmişdir. Həmin müraciət əsasında aparılan profilaktik söhbətlər nəticə verməmiş, bu səbəbdən polis orqanı tərəfindən məhkəməyə yazılı müraciət etməyi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, ikinci dərəcəli dövlət R cənab X2 həmin ərazidə yaşayan bir neçə məcburi köçkün ailəsi tərəfindən Cavabdeh qeyri-etik davranışları, şantaj və təhqiramiz ifadələri ilə bağlı kollektiv ərizə ilə müraciət olunmuşdur. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) onun eyni ünvanda yaratdığı qanunsuz "toyuq fermasını" araşdırmış və nəticədə bu obyektin mövcud sanitariya və baytarlıq standartlarına uyğun olmadığını rəsmən təsdiq etmişdir. Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə onun dövlətə və məcburi köçkün ailələrinə qarşı təhdidlər və nalayiq ifadələrlə çıxış etməsi barədə əlavə şikayət ərizəsi təqdim olunmuşdur. ##.##.2025-ci il tarixində Cavabdeh əsassız və hüquqi əsası olmayan iddialarla qardaşı X4 məhkəməyə vermişdir. Bu iddia, açıq şəkildə pul almaq məqsədi daşıyan manipulyasiya xarakteri daşıyır və özünü haqlı göstərməyə yönəlmiş bir cəhddir. Yuxarıda göstərilən hallar bir daha sübut edir ki, cavabdehin fəaliyyəti təkcə tikinti və yaşayış hüququnun pozulması ilə bitmir, o, eyni zamanda ətraf mühitə ziyan vuran, ictimai asayişi pozan və bir sıra hüquqi və inzibati pozuntularla müşayiət olunan davamlı davranışlar sərgiləyir. Cavabdeh Cavabdeh etiraz ərizəsi ünvanlayaraq, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, o, 1993-cü ildə Ağdam şəhəri, Sabir küçəsi ** saylı evdən iki övladı ilə birlikdə məcburi köçkün düşmüş, hazırda Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 103 a saylı evdə məcburi köçkün kimi məskunlaşmışdır. 2024-cü ilin sentyabrına qədər ona və uşaqlarına çörək pulu verilirdi. Həmin tarixdən çörək pulu qanunsuz kəsildiyinə görə o, cavabdeh Azərbaycan Respublikası Ağdam rayon İcra Hakimiyyətinə qarşı Gəncə İnzibati Məhkəməsinə iddia ərizəsi vermiş və bu ilin noyabr ayının 04-də iddia ərizəsi üzrə inzibati işə baxılacaqdır. Məcburi köçkün olduğuna və maddi vəziyyətinin ağır olması ilə əlaqədar qeyd edilən ünvanın həyətində toyuq saxlayır. Toyuq saxladığı həyət 4 tərəfdən daş hasarla hörülmüşdür. Buna görə həyətdə saxladığı toyuqların heç bir qonşuya zərəri yoxdur. İddiaçı İddiaçı Köçəri qızı bununla əlaqədar ondan Azərbyacan Respublikası Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinə, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinə şikayətlər etmiş, həmin təşkilatlardan nümayəndələr gəlib onun toyuq hininə baxmış, lakin hər hansı bir qanunsuzluq aşkar edilmədiyinə görə çıxıb getmişlər. İddiaçı İddiaçı Köçəri qızının qanunsuz tikilinin sökülməsinə dair iddia ərizəsi ona qarşı qərəzliliyi ilə əlaqədardır. O, toyuq hinini 7 il bundan əvvəl tikmiş, iddiaçı İddiaçı Köçəri qızı isə 1 il bundan əvvəl ondan aldığı torpaq sahəsində qeyri-qanuni tikili inşa etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı Köçəri qızı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, onlar özbaşına tikililərdə yaşayırlar. Cavabdeh əvvəl toyuqları evində saxlayırdı. Sonra qoxusuna dözə bilmədiyi üçün onun evinin arxa tərəfində saxlamışdır. 2 ildir ki, onların arasında mübahisə gedir. Müvafiq qurumlardan da gəlib baxış keçirmişlər və yaşayış yerinə uyğun olmadığını və tikilinin ancaq məhkəmə qərarı ilə sökülə biləcəyini bildirmişlər. Cavabdeh toyuqlara dən tökür, dən yerdə qalır və siçovullar gəlir. Onlar öz evlərində qoxudan dayana bilmirlər. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh bildirmişdir ki, iddiaçının qardaşı onu döyüb, ondan sonra mübahisələri başlamışdır. 8 ildir ki, o, həmin tikilini tikmişdir. Orada 50 ədəd toyuq saxlayır. O, toyuq saxlayıb sataraq ehtiyacını qarşılayır. Əvvəllər həmin yer zibil atılan yer olmuşdur. O, oranı təmizləyib, daha sonra toyuq saxlamağa başlamışdır. Toyuq saxladığı yer təmizdir, iddiaçıya heç bir maneəçiliyi yoxdur. İddianın təmin edilməməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh Cavabdeh məxsus, Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 103 a ünvanında saxlanılan toyuqların ərazidən köçürülməklə toyuq hininin sökülməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh yaşayış məntəqəsinin ərazisində toyuq hini inşa edərək çox sayda ev quşları saxlayır və qanunvericiliklə tələb olunan qaydalara əməl etməməklə iddiaçının hüquqlarını pozur. Ev quşları çox sayda və antisanitar şəraitdə saxlanılmaqdadır. Halbuki şəhər yerlərində, şəhər tipli qəsəbələrdə, ayrı-ayrı yaşayış sahələrində, çoxmərtəbəli binaların arasında ev quşları saxlamaq ətraf mühitin təmizliyinə ziyan vurmaqla bərabər baytarlıq, sanitariya-gigiyena tələblərinin pozulmasına, pis qoxu, səs-küy yaranmasına səbəb olur, ərazinin epizootoloji sabitliyinə və insanların sağlamlığına təhlükə yaradır. Həmçinin keçirilmiş yerli baxış zamanı toyuq hininin iddiaçının yaşayış evinə yaxın məsafədə (bitişik) yerləşdiyi, ərazidə qoxunun olduğu, tullantıların ətraf mühitə yayıldığı və bunun da qonşular üçün real narahatçılıq yaratdığı müəyyən edilmişdir. Cavabdehin ev heyvanları saxlamaq hüququ həmin ərazidə yaşayan digər şəxslərin (iddiaçıların) təhlükəsiz və sağlam mühitdə yaşamaq hüquqlarını pozur və bu pozuntu aradan qaldırılmalıdır. Digər tərəfdən, cavabdeh bu hüququndan sui-istifadə etmiş, bu hüquqla bağlı vəzifələrini həyata keçirməmişdir. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin müvafiq məktubundan da görünür ki, cavabdeh tərəfindən ev quşlarının saxlanılması zamanı baytarlıq və sanitariya qaydalarının tələbləri pozulmuş, dezinfeksiya, deratizasiya və digər zəruri tədbirlərin aparılmadığı aşkar edilmişdir. Bu hallar toyuqların saxlanmasının antisanitar şəraitdə həyata keçirildiyini və insanların sağlamlığı üçün təhlükə yaratdığını təsdiq edir. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən toyuq hinində ev quşlarının saxlanılması faktiki olaraq iddiaçının normal yaşayış şəraitini pozur, davamlı narahatçılıq yaradır, sanitariya və baytarlıq tələblərinə ziddir və bu hal qonşuluq hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Ona görə də məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab etmişdir ki, iddia təmin edilməli, cavabdeh Cavabdeh məxsus Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev pr. 103A ünvanında saxlanılan toyuqlar ərazidən köçürülməklə toyuq hini sökülməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 31, 39, 41-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 6.3, 170.2-ci maddələrinə, “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları”nın 1.2, 4.4.2, 5-ci bəndlərinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Heyvanların saxlanması, yetişdirilməsi və istifadə olunması” Qaydalarının 2.1, 2.14-cü bəndlərinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Heyvanların yetişdirilməsi, çoxaldılması, tədarükü (kəsimi), istifadəsi və dövlət baytarlıq nəzarətində olan məhsulların istehsalı, saxlanması, emalı, daşınması, satışı və istifadəsi ilə məşğul olan şəxslərin sağlamlığının heyvan və insanlar üçün ümumi olan yoluxucu xəstəliklərdən qorunması” Qaydalarının 2.3-cü bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh nümayəndəsi (vəkili) X3 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, birinci instansiya məhkəməsinin çıxardığı qətnamə qanunsuz və əsassızdır. Belə ki, İddiaçı Köçəri qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, o, Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 103 a ünvanında yaşayır. Onun mənzili ilə qonşuluqda onun ümumi istifadədə olan həyətyanı sahədə qanunsuz tikililər inşa etmişdir və orada antisanitar şəraitdə çoxlu sayda ev quşları (toyuq və cücə) saxlamaqdadır. İddiaçı mövcud vəziyyəti ağırlaşdırmaq və dözülməz səviyyəyə çıxarmaq üçün qeyd etmişdir ki, həmin tikilidən (toyuq hinindən) ətrafa dözülməz və kəskin üfunət qoxusu yayılır. Bu qoxu xüsusilə yay aylarında və küləkli havalarda onun mənzilinə daxil olur, nəticədə pəncərələri açmaq və mənzili havalandırmaq qeyri-mümkün olur. Bundan əlavə, iddiaçı bildirmişdir ki, onun azyaşlı övladı astma-bronxit xəstəliyindən əziyyət çəkir. Qonşuluqda saxlanılan quşların tükü, toztorpağı və kəskin qoxusu uşağın səhhətində ciddi problemlər yaradır, boğulma hallarına səbəb olur. İddiaçı dəfələrlə ona xəbərdarlıq etsə də, buna məhəl qoymamışdır. İddiaçı məhkəmədən ona məxsus toyuq hininin sökülməsini və toyuqların həmin ərazidən köçürülməsini xahiş etmişdir. Hansı ki, məhkəməyə bu halların səbəbinin həmin qoxu olduğunu sübut edən heç bir sübut təqdim etməmişdir. Hansı ki, iddiaçının övladının xəstəliyinin səbəbi ona görə onun öz pəncərəsinin qarşısında dözülməz halda olan və antibakterial vəziyyətdə olan zibil topluluğudur. O, məhkəmə iclasında iddiaya etiraz edərək bildirmişdir ki, o, 1993-cü ildən etibarən həmin ünvanda yaşayır. Həmin tikili və təsərrüfat onun yeganə dolanışıq mənbəyidir. Qeyd edir ki, o, ərazini mütəmadi olaraq təmizləyir, dezinfeksiya edir və qonşulara mane olmamağa çalışır. Tikilinin sökülməsini əsassız hesab edir və bu onun maddi durumunu ağırlaşdıracaqdır. O, iddianın rədd edilməsini xahiş edir. Birinci instansiya məhkəməsinin qətnaməsi bir neçə maddi və prosessual hüquq normalarının pozulması, işin faktiki hallarına düzgün qiymət verilməməsi səbəbindən əsassızdır və ləğv edilməlidir. Hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qərəzli və subyektiv düşüncələrə, Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə zidd olaraq, maddi hüquq normalarının pozulması və işin faktiki hallarının düzgün qiymətləndirilməməsi ilə qəbul edilmişdir. Təhlükəsizlik və məsafə, yerində baxış aktında (əgər dürüst tərtib edilibsə) görünməlidir ki, heyvanların saxlandığı yerlə iddiaçının pəncərəsi arasında kifayət qədər məsafə var və ərazi 4 tərəfdən qapalıdır. O, 40 ildir həmin ərazidə məskunlaşmışdır. Məhkəmənin "qanunsuz yaşayış" və "qanunsuz tikili" vurğusu bu işin predmeti olan "təsir" (qoxu) məsələsi ilə qarışdırılmamalıdır. Yaşayışın statusu toyuqların qoxusuna dair mübahisəyə təsir etməməlidir. Əgər problem qoxudursa, məhkəmə söküntü deyil, "sanitar qaydalara əməl edilməsi" öhdəliyi qoya bilərdi. Söküntü ən son və ən ağır tədbirdir ki, bu da mülkiyyət hüququnu ifrat dərəcədə məhdudlaşdırır. İddiaçı ##.##.2025-ci ildə məhkəməyə dəqiqləşdirmə ərizəsi təqdim etmişdir. Əvvəla məhkəmə bunu özü təklif etmişdir. Mülki məhkəmə icraatında bu qəbul edilməzdir. İddiaçı hansı iddianı irəli sürdüyünü özü müəyyənləşdirir. Bundan başqa verilmiş dəqiqləşdirmə ərizəsi cavabdehə rəsmi şəkildə təqdim edilməmiş və həmin ərizəyə etiraz imkanı yaradılmamışdır. Bu da kobud pozuntudur. Qeyd edilən qərardan anlaşılır ki, məhkəmə əvvəl şəxsin subyektiv hüququnun olubolmamasını müəyyən etməli idi. Qərara əsasən subyektiv hüququn üç təzahür forması var. Onlardan ilki öz hərəkətlərinə hüquqi ixtiyar kriteriyasıdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi qətnamə qəbul edəndə subyektiv hüquqla bağlı məsələyə kiçik bir abzasdan ibarət yanaşma sərf edərək iddiaçının məhkəməyə müraciət etməkdə subyektiv hüququnun olmasını bildirmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyinə görə subyektiv hüququnun digər iki təzahür forması başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququdur. Yenə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mövqeyinə görə subyektiv hüquqla bağlı üç təzahür formasından ilki olmasa digərlərin həyata keçirilməsi istisnadır. Çünki, birinci element yəni hüquqi ixtiyar bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Həmin yanaşmanı onların mübahisələrinə tətbiq edərlərsə o, zaman iddiaçının iddia ilə bağlı subyektiv hüququnun olmaması görünər. Buna iki prizmadan yanaşmaq olar. Əvvəla iddiaçının iddia tələbində irəli sürdüyü qoxunun gəlməsi, antisanitar vəziyyətlə bağlı iddiaçının hüquqi ixtiyarı yalnız inzibati məsuliyyət yaradan hüquq çərçivəsində yalnız müvafiq icra orqanına müraciət etməkdə ehtiva olunur. Yəni şəxs bu konteksdə inzibati orqana müraciət edə bilərdi. İddiaçı bunu etmiş və “AQTA” bununla bağlı rəy qəbul etmişdir. Vətəndaşa inzibati məsuliyyət daşıması ilə bağlı xəbərdarlıq edilmişdir. Bu mərhələdən sonra qoxunun aradan qaldırılması, toyuq saxlanılmasının qarşısının alınması və s. hərəkətlərlə bağlı müraciət hüququ inzibati orqanın müstəsna hüququdur. Ancaq “AQTA” bunu həyata keçirməmiş çünki, cavabdeh müvafiq hərəkətləri etmiş və ona ünvanlanmış məktubda olan çatışmazlıqları aradan qaldırmışdır. Bunu ##.##.2025-ci il tarixli baxış iclasında iddiaçının özü də təsdiq edir. Bu baxımdan iddiaçının iddia tələbində irəli sürdüyü qoxunun gəlməsi, antisanitar vəziyyət və s. hərəkətlərdə əks olunan pozuntu artıq mövcud deyil və yalnız inzibati orqanın müraciəti əsasında inzibati hüquq aidiyyəti ilə baxıla bilərdi. Subyektiv hüquqla bağlı ikinci önəmli xüsusat isə iddiaçının tikilinin sökülməsi ilə bağlı iddiasıdır. İddiaçının bununla bağlı da subyektiv hüququ yoxdur. Belə ki, mübahisə predmeti olan tikili yerləşən torpaq sahəsi iddiaçının mülkiyyətində deyildir. Məhkəmənin gəldiyi qənaətə əsasən torpaq sahəsində həm iddiaçıya məxsus olan, həm də cavabdehə məxsus olan tikililər özbaşına tikilidir. Nəticə etibari ilə tikilinin (toyuq hininin) sökülməsini tələb etmək hüququ yalnız həmin torpaq sahəsini mülkiyyətiçisi olan zavoda yəni dövlətə məxsusdur. Bu baxımdan məhkəmə iddiaçının subyektiv hüququ olmadığı üçün iddianı rədd etməli idi. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı İddiaçı Köçərli qızının apellyasiya şikayətinə qarşı etirazı onunla əsaslandırılmışdır ki, o, cavabdeh X5 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 103 a ünvanında yerləşən toyuq hininin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bildirir ki, o, uzun müddətdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 103 a ərazisində yerləşən, qaçqın və məcburi köçkün ailələri üçün müvəqqəti olaraq ayrılmış ərazidə yaşayır. Sözügedən ərazi Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin balansındadır və burada yalnız qeydiyyatda olan ailələrin məskunlaşmasına icazə verilir. X6 heç bir hüquqi əsas olmadan həmin ərazidə qanunsuz şəkildə məskunlaşmış və özbaşına tikili inşa edərək orada yaşamış və ferma tikərək ərazidən qanunsuz olaraq istifadə etmişdir. O, ərazidə yalnız qeydiyyatda olan ailələr üçün dövlət tərəfindən pulsuz təqdim edilən elektrik enerjisi və su kimi kommunal resurslardan da qeyri-qanuni olaraq istifadə etmişdir. Bu, həm onun, həm də digər məcburi köçkünlərin hüquqlarının pozulmasına səbəb olmaqla yanaşı, dövlət əmlakından suiistifadə halıdır. ##.##.2025-ci il tarixində o, Nərimanov rayon Polis İdarəsinə qonşu kimi onun qanunsuz və ictimai asayişi pozan davranışı barədə rəsmi müraciət etmişdir. Həmin müraciət əsasında aparılan söhbətlər nəticə verməmiş, bu səbəbdən polis orqanı tərəfindən ona məhkəməyə yazılı müraciət etməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Bas İdarəsinə həmin ərazidə yaşayan bir neçə məcburi köçkün ailəsi tərəfindən Cavabdeh qeyri-etik davranışı barədə müraciət olunmuşdur. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) onun eyni ünvanda yaratdığı qanunsuz toyuq fermasını araşdırmış və nəticədə bu obyektin mövcud sanitariya və baytarlıq standartlarına uyğun olmadığını rəsmən təsdiq etmişdir. Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə onun dövlətə və məcburi köçkün ailələrinə qarşı təhdidlər və nalayiq ifadələrlə çıxış etməsi barədə əlavə şikayət ərizəsi təqdim olunmuşdur. ##.##.2025-ci il tarixində Cavabdeh əsassız və hüquqi əsası olmayan iddialarla qardaşı X4 məhkəməyə vermişdir. Bu iddia, açıq şəkildə pul almaq məqsədi daşıyan manipulyasiya xarakteri daşıyır və özünü haqlı göstərməyə yönəlmiş bir cəhddir. Yuxarıda göstərilən hallar bir daha sübut edir ki, cavabdehin fəaliyyəti təkcə tikinti və yaşayış hüququnun pozulması ilə bitmir. O, eyni zamanda ətraf mühitə ziyan vuran, ictimai asayişi pozan və bir sıra hüquqi və inzibati pozuntularla müşayiət olunan davamlı davranışlar sərgiləyir. Bildirir ki, o, məcbur olub cavabdeh Cavabdeh qarşı tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi özünün ## ##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ilə iddianı təmin etmişdir. Cavabdeh Cavabdeh məxsus Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 103 a ünvanında saxlanılan toyuqlar ərazidən köçürülməklə, toyuq hininin sökülməsi barədə qətnamə çıxarmışdır. Qətnamə ilə razılaşmayan cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Şikayətində də özü həmin ərazidə toyuq hininin olduğunu, neçə illərdir orada toyuq saxladığını, sakinlər və dövlət orqanları tərəfindən müxtəlif tədbirlər görüldüyünü etiraf edir. Cavabdeh bildirir ki, həmin ərazidə 1993-cü ildən yaşayır. Bu tamamilə yanlışdır, o, 2018-ci il tarixdən həmin ünvanda yaşayır. Sonra bildirir ki, hazırda Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 103 a saylı evdə məcburi köçkün kimi məskunlaşmışdır və 40 ildir ki, göstərilən ünvanda yaşayır. Bunlar hamısı yalan və uydurmadır. Ümumiyyətlə onun heç bir zaman məcburi köçkün statusu olmamışdır. Bildirir ki, onun uşaqları xəstədir və bunun səbəbi onun pəncərəsinin qarşısında toyuq saxlaması deyildir, zibilliyin olmasıdır. Onun uşaqları heç bir zaman xəstə olmamışdır. Onun həmin ərazidə toyuq saxlaması tək onu deyil, bütün sakinləri narahat edir və müxtəlif orqanlara şikayət olunmuşdur. Cavabdeh bildirir ki, əgər toyuq hini sökülərsə onun maddi durumu pisləşəcək, ona görə ki, o, ailəsini toyuq satmaqla dolandırır. Halbuki o, özünün şəxsi evini satıb pulu banka qoymuş, yalandan məcburi köçkün statusundan istifadə edərək həmin ərazini zəbt etmişdir. Onun həmin evdə qeydiyyatı yoxdur. İcra məmuru dəfələrlə ona xəbərdarlıq etmiş, lakin heç bir nəticə olmamışdır. Neçə dəfə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) onun eyni ünvanda yaratdığı qanunsuz toyuq fermasını araşdırmış və nəticədə bu obyektin mövcud sanitariya və baytarlıq standartlarına uyğun olmadığını rəsmən təsdiq etmişdir. Dəfələrlə müvafiq qurumlardan da gəlib baxış keçirmişlər və yaşayış yerinə uyğun olmadığını və tikilinin ancaq məhkəmə qərarı ilə sökülə biləcəyini bildirmişlər. 20 nəfər qonşu akt tərtib edərək aidiyyəti orqanlara şikayət etmişlər. Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə onun dövlətə və məcburi köçkün ailələrinə qarşı təhdidlər və nalayiq ifadələrlə çıxış etməsi barədə əlavə şikayət ərizəsi təqdim olunmuşdur. Hesab edir ki, cavabdehin apellyasiya şikayəti yalnız məhkəmə süründürməçiliyinə rəvac vermə baxımından irəli sürülmüşdür. Ona görə də cavabdeh X5 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən verdiyi apellyasiya şikayətinin rədd edilməsi və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinin qüvvədə saxlanılması barədə qərar qəbul edilməsi xahiş olunur. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edib izahatında göstərmişdir ki, o, Ağdam rayonundan məcburi köçkündür. Məskunlaşdıqları sahə metronun Ulduz stansiyasının yaxınlığında, H.Əliyev pr. Keşlə qəsəbəsinin ərazisidir. Deyilənlərə əsasən may ayında onlar da Ağdam rayonuna köçürüləcəklər. O, ali təhsilli olmaqla iki istitut bitirmişdir. Yaşlı vaxtında şəxsi istehlakı üçün toyuq saxlamağa başlamışdır. Əvvəllər toyuqlarının sayı 200 ədəd, daha sonra 50, hazırda isə 30 ədəddir. Toyuq saxlanılan sahə dörd tərəfdən hasara alınıb. Hinin plastik pəncərəsi vardır. Zavod həyətinə açılır. Hin qarajların arxasında yerləşir. Əslində o qonşusu olan iddiaçıya yaxşılıq etmiş, ona torpaq sahəsi vermişdir. İddiaçı onun torpağının hin hissəsində öz artıq yüklərini yığmışdır. Baytarlıqdan hamıya məktub göndərirlər. Bu ümumi prosesdir. İddiaçı şikayət etdiyi üçün bir məktub da ona göndərilmişdir. Baytarlıqdan gəlib hinə baxılmışdır. Məktub ona hini ağartmaq üçün göndərilmişdir. O, həmin vaxt yoxlamaya gələnlərə toyuqların iynələrini vaxtı-vaxtında vurdurmasını, dərmanlarını verməsini demişdir. Öz qohumu ona hini çoxunun evindən təmiz saxlamasını demişdir. Hakim özü hinə baxış keçirəndə buralar lap çiçək kimidir, heç hinə oxşamır demişdir. Ora əvvəllər zibilxana olmuş, o həmin yeri təmizləyib hin tikmiş, dezinfeksiya etmişdir ki, özünün dolanışığı, həm yumurtasını yemək üçün, toyuğun yumurtasını yeyir, hərdən qonşular istəyəndə 3-4 manatlıq satır. İddiaçı ona qarşı qərəzli davranır. Qaçqın və X9 üzrə Dövlət Komitəsinə ondan şikayət edir. İddiaçı qohumları ilə onun üstünə hüçüm edir, 65 yaşlı qardaşı onu yumruqla vurmuşdur. Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh nümayəndəsi (vəkili) X3 apellyasiya şikayətini müdafiə edib, şikayətn məzmununa uyğun izahat verib, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı Köçəri qızı apellyasiya şikayəti ilə razılaşmayıb izahatında göstərmişdir ki, cavabdehin izahatında qeyd etdikləri həqiqət deyildir. Məskunlaşdıqları ərazidə 30-40 məcburi köçkün ailəsi yaşayır. Vəkilin dediyi kimi orada 40 yaşamaları mümkün deyil. 1986-cı ildə orada ümumiyyətlə məcburi köçkün yaşamayıb. 1994-cü ildə məcburi köçkünlər orada kompakt şəkildə yaşayıblar. O, 2007-ci ildən gəlin gələrək orada yaşayır, məcburi köçkünlərin miqrasıyasına dair sənədi də var. Cavabdeh xanım 2018-ci ildə ora gəlib. X1, Ağayeva Lalə yaşayırdı. Onlar rəhmətə gedəndən sonra cavabdeh həmin ünvanda yaşamağa başlayıb. Birinci ildən cavabdeh orada toyuq saxlamağa başlamışdır. O, daha 20 nəfər qonşu ilə müxtəlif orqanlara müraciət etsə də, onlara məhkəməyə müraciət etməli olmaları bildirilmişdir. İddiaçı hini tikərkən onlar hini onlardan aralıda tikilməsini xahiş etsələr də nəticəsi olmamışdır. İddiaçının bacısının da toyuq hini vardır. Lakin həmin hin kənarda yerləşdiyindən onlara manelər yaratmır. Bacısının hininin yanında yer olsa da, bacısı iddiaçıya həmin ərazidə hin tikməyə icazə verməmişdir. O, Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin Nərimanov rayon şöbəsinə müraciət etmiş, cavabdeh onlara torpağı almasını demişdir. Cavabdeh ona aid olan sahədən istifadə etməyə manelər yaradır, həmin sahəni taxta ilə kəsib toyuğunun başına düşür deyir. Onun sərdiyi paltarları açıb, qonşu kirayəşinin qapısına bağlayaraq ora keçə bilməzsən deyir. Bu sahəni mən təmizləmişəm sən ora keçə bilməzsən deyir. Əraziyə MİS ilə icranın əməkdaşları da gəlmişdilər. Onlar orada iki bacı toyuq saxlayırlar, onlardan başqa toyuq saxlayan yoxdur. Cavabdeh bu tərəfi bağladı, qonşu ilə mübahisələri düşdü, qonşunu döydülər. AQTA nümayəndələri gələrkən 20 nəfər qonşu öz etirazını bildirmişdir. Onların müraciəti əsasında AQTA nümayəndələri 3 dəfə gəlib, polis gəlib, onlara məhkəməyə kompakt şəkildə müraciət etmələrini tövsiyyə etmişlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Maddə 31.Təhlükəsiz yaşamaq hüququ İ. Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır. II. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır. Maddə 39. Sağlam ətraf mühitdə yaşamaq hüququ İ. Hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır. II. Hər kəsin ətraf mühitin əsl vəziyyəti haqqında məlumat toplamaq və ekoloji hüquqpozma ilə əlaqədar onun sağlamlığına və əmlakına vurulmuş zərərin əvəzini almaq hüququ vardır. III. Heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə və ya zərər vura bilməz. Maddə 41. Sağlamlığın qorunması hüququ İ. Hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. II.Dövlət müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən səhiyyənin bütün növlərinin inkişafı üçün zəruri tədbirlər görür, sanitariya-epidemiologiya salamatlığına təminat verir, tibbi sığortanın müxtəlif növləri üçün imkanlar yaradır. III. İnsanların həyatı və sağlamlığı üçün təhlükə törədən faktları və halları gizlədən vəzifəli şəxslər qanun əsasında məsuliyyətə cəlb edilirlər. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. II. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. III. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. IV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Baytarlıq haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 19.0. Heyvan yetişdirilməsi, heyvan mənşəli məhsulların və xammalın istehsalı, emalı, saxlanması, daşınması və satışı ilə məşğul olan hüquqi və fiziki şəxslərin baytarlıq (baytarlıq-sanitariya) tələbləri üzrə vəzifələri aşağıdakılardır: 19.0.1. heyvanların saxlanması, yetişdirilməsi və istifadə olunmasını baytarlıq (baytarlıqsanitariya) qaydaları və normalarına uyğun həyata keçirmək, müvafiq təlimatlara əməl etmək; 19.0.2. ərazini, istehsalat binalarını və obyektlərini, yem məhsullarını və yem əlavələrini, həmçinin heyvan mənşəli məhsulların və xammalın emalı, saxlanması, daşınması və satışı üçün lazım olan avadanlıq və qurğuları baytarlıq qaydaları və normativlərinə uyğun saxlamaq, ətraf mühitin çirklənməsinə yol verməmək; 19.0.3. dövlət baytarlıq nəzarətinə cəlb edilən məhsulların istehsalı, tədarükü, saxlanması, emalı və satışı, habelə daşınması ilə bağlı dövlət baytarlıq nəzarəti obyektlərinin yerləşdirilməsi, tikintisi, bərpası və istismara verilməsində qanunvericiliklə müəyyən edilmiş qaydada zoogigiyenik və baytarlıq (baytarlıq-sanitariya) tələblərinə əməl etmək; 19.0.4. heyvan xəstəliklərinin qarşısını almaq və dövlət baytarlıq nəzarətinə cəlb edilən yüklərin təhlükəsizliyini təmin etmək üçün qanunvericiliklə müəyyən edilmiş baytarlıq qaydalarına əməl etməklə baytarlıq və inzibati-təsərrüfat tədbirlərini həyata keçirmək; 19.0.5. istifadəsində olan heyvanların identikləşdirilməsini (kodlaşdırılmasını) və heyvanlar üçün bioloji preparatlar istehsalı obyektlərinin qeydiyyatını təmin etmək; 19.0.6. yeni əldə edilmiş heyvanlar, doğulmuş bala və satış haqqında müvafiq icra hakimiyyəti orqanına vaxtında məlumat vermək; 19.0.7. heyvanların kütləvi xəstələnməsi və ya onların qeyri-adi vəziyyətləri, heyvan tələfatı halları haqqında müvafiq icra hakimiyyəti orqanına təcili məlumat vermək və müfəttişlər gələnə kimi xəstəliyə şübhəli heyvanları təcrid etmək; 19.0.9. qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada heyvanlara baxış keçirilməsində, diaqnostika, profilaktika və müalicə tədbirlərinin həyata keçirilməsində, xidməti vəzifələrinin yerinə yetirilməsində baytarlıq mütəxəssislərinə lazımi şərait yaratmaq və köməklik göstərmək; 19.0.10. qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada heyvanları və onlardan alınan məhsulları baytarlıq baxışından keçirmək üçün baytarlıq müfəttişlərinə maneəsiz və vaxtında təqdim etmək; 19.0.11. əhalinin və heyvanların sağlamlığı üçün təhlükə yaradan heyvanların, heyvan mənşəli məhsulların və xammalın, yem məhsullarının və yem əlavələrinin zərərsizləşdirilməsi üçün baytarlıq müfəttişlərinin tələblərini yerinə yetirmək; 19.0.12. baytarlıq baxışından keçirilməyən, baytarlıq (baytarlıq-sanitariya) tələblərinə cavab verməyən və ticarət üçün xüsusi ayrılmış yerlərdən kənarda heyvanların kəsilməsinə, ətin və digər məhsulların qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlıq (baytarlıq-sanitariya) ekspertizası aparılmadan satışına və istifadəsinə yol verməmək; 19.0.13. heyvanların, heyvan mənşəli məhsulların və xammalın ticarəti ilə yalnız onların sağlamlığını və baytarlıq normativlərinin tələblərinə uyğunluğunu təsdiq edən baytarlıq sənədləri olduqda məşğul olmaq; 19.0.14. heyvanların, heyvan mənşəli məhsulların və xammalın idxalı və ixracında bu Qanunun tələblərinə və Azərbaycan Respublikasının digər qanunvericiliyinə əməl etmək. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları” Bənd 1.1. Bu Qaydalar yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının (bundan sonra - ev heyvanları) saxlanma şərtlərini, onların saxlanılmasına nəzarəti, heyvan sahibinin hüquq və vəzifələrini və digər qaydaları müəyyən edir. Bənd 1.2. Ev heyvanları saxlayan şəxslər (bundan sonra - şəxslər) ərazinin epizootoloji sabitliyini və insanların sağlamlığını qorumağa borcludurlar. Maddə 4.4. Ev heyvanlarının saxlanması ilə bağlı aşağıdakılar qadağandır: 4.4.2. ev heyvanlarının ictimai yerlərdə, binaların ümumi istifadə yerlərində saxlanması və qidalandırılması; Bənd 5.1. Ev heyvanı saxlayan və ya ona baxan hər bir şəxs həmin heyvanın növünə və cinsinə uyğun olaraq, yaşayışı üçün yer ayırmalı, təbii tələbatlarını nəzərə alaraq, ona aşağıdakı qayğıları göstərməlidir: 5.1.6. heyvanlar xəstələndikdə, insanları, heyvanları dişləmə və zədələmə halları müşahidə edildikdə, onlara baxmaq və karantində saxlamaq üçün Agentliyin regional bölməsinə müraciət etməli; 5.1.7. ölmüş heyvanların cəsədlərini utilləşdirmək və basdırmaq üçün sahibsiz heyvanları qəbul edən məntəqəyə təhvil verməli; 5.1.8. ətraf mühitin çirklənməsinə yol verməməli, ərazini baytarlıq qaydaları və normativlərinə uyğun saxlamalı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Heyvanların saxlanması, yetişdirilməsi və istifadə olunması” Qaydaları Bənd 2.1. Heyvanların saxlanması, yetişdirilməsi və istifadəsi ilə məşğul olan iri heyvandarlıq təsərrüfatlarına və vətəndaşlara mənsub heyvan saxlanan binalar yeraltı suların yaxın olmadığı yerlərdə tikilməli, onların ətrafı hasarlanmalı və yaşıllaşdırılmalıdır. Bənd 2.14. Heyvanların saxlanması, yetişdirilməsi və istifadə edilməsi ilə məşğul olan fiziki və hüquqi şəxslər onları həddindən artıq istismar etməməli, ətraf mühitin çirklənməsinə yol verməməli, əldə edilən peyin kütləsi müvafiq qaydada biotermiki zərərsizləşdirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2007-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Heyvanların yetişdirilməsi, çoxaldılması, tədarükü (kəsimi), istifadəsi və dövlət baytarlıq nəzarətində olan məhsulların istehsalı, saxlanması, emalı, daşınması, satışı və istifadəsi ilə məşğul olan şəxslərin sağlamlığının heyvan və insanlar üçün ümumi olan yoluxucu xəstəliklərdən qorunması” Qaydaları Bənd 2.3. Heyvan saxlayan şəxslər vaxtaşırı olaraq, heyvanlar arasında epizootiya əleyhinə tədbirlər planına əsasən, ayrı-ayrı xəstəliklərə görə diaqnostik müayinələrin və peyvəndləmə tədbirlərinin aparılmasını təşkil etməli və hər hansı bir qorxulu xəstəlik aşkar edildiyi halda baytarlıq-sanitariya qaydalarına uyğun hərəkət etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il ## #### tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005ci il ## ###### tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il ## ##### tarixli qərarlar). Sübutlar qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №*****/**, §282). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə iddia təmin olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyndən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki iş üzrə tədqiq olunmuş sübutlardan müəyyən olunur ki, məcburi köçkün olan tərəflər Nərimanov rayonu Heydər Əliyev prospekti 103A ünvanında yerləşən özbaşına inşa olunan, qonşuluqda yerləşən tikililərdə məskunlaşmışlar. Cavabdeh yaşayış məntəqəsinin ərazisində özbaşına inşa etdiyi toyuq hinində çox sayda ev quşlarını qanunvericiliklə tələb olunan qaydalara əməl etmədən saxlamaqla iddiaçının hüquqlarını pozur. Belə ki, araşdırma zamanı müəyyən olunmuşdur ki, iddiaçının müraciəti əsasında dəfələrlə həmin əraziyə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin və digər qurumların əməkdaşları gəlmiş, cavabdehə qanunvericiliyin tələbləri izah olunmuş, lakin cavabdeh öz qanunsuz fəaliyyətini davam etdirdiyindən, iddiaçı pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Kollegiya qeyd edir ki, şəhər yerlərində, şəhər tipli qəsəbələrdə, ayrı-ayrı yaşayış sahələrində, çoxmərtəbəli binaların arasında ev quşları saxlamaq ətraf mühitin təmizliyinə ziyan vurmaqla bərabər baytarlıq, sanitariya-gigiyena tələblərinin pozulmasına, pis qoxu, səs-küy yaranmasına səbəb olur, ərazinin epizootoloji sabitliyinə və insanların sağlamlığına təhlükə yaradır. Kollegiya eyni zamanda qeyd edir ki, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Hər kəsin sağlam ətraf mühitdə, təhlükəsiz yaşamaq, ətraf mühitin əsl vəziyyəti haqqında məlumat toplamaq və ekoloji hüquqpozma ilə əlaqədar onun sağlamlığına və əmlakına vurulmuş zərərin əvəzini almaq hüququ vardır. Heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə və ya zərər vura bilməz. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Qonşular öz hüquqularını həyata keçirərkən bir-birinə qarşılıqlı hörmət bəsləməli, öz hüquqlarını həyata keçirərkən bir-birilərinə hədsiz təsirlərdən çəkinməlidir. Hazırkı işdən görünür ki, cavabdehə qanunsuz fəaliyyəti ilə bağlı dəfələrlə edilmiş xəbərdarlıqların nəticəsi olmamışdır. Bu hal cavabdehin Məhkəmə kollegiyasının iclasında özünün verdiyi izahatından da müəyyən olunur. Belə ki, yaşadığı ünvana qonşularının şikayətləri əsasında gələn, şikayətdə qeyd olunan faktları yerində aşkar edən və bu barədə ona rəsmi qaydada tədqim olunan QTA-in xəbərdarlığına cavabdeh hamıya təqdim olunan məktub kimi yanaşmaqla əhəmiyyət vermədiyini nümayiş etdirir. Kollegiya qeyd edir ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş yerli baxış zamanı toyuq hininin iddiaçının yaşayış evinə yaxın məsafədə (bitişik) yerləşdiyi, ərazidə qoxunun olduğu, tullantıların ətraf mühitə yayıldığı və bunun da qonşular üçün real narahatçılıq yaratdığı müəyyən edilmişdir. Bundan başqa apellyatorun özünün məhkəməyə təqdim etdiyi video çəkilişdən də görünür ki, tərəflər qonşuluqda yaşamaqla hasarları bitişikdir, cavabdeh yaşayış məntəqəsində inşa etdiyi hində hazırda 50-60 ədəd toyuq-cücə saxlamasını, hava yaxşı olduqda toyuq-cücələri əraziyə buraxmasını bildirir. Göründüyü kimi mövcud qanunvericiliyin tələblərinə əməl etmədən özbaşına inşa etdiyi tikilidə çoxsaylı ev heyvanları saxlayan, onların satışını həyata keçirən cavabdeh həmin ərazidə yaşayan iddiaçının təhlükəsiz və sağlam mühitdə yaşamaq hüquqlarını, edilmiş xəbərdarlıqlara məhəl qoymayaraq pozmaqda davam etdiyindən, iddiaçı pozulmuş hüquqlarının bərpası üçün hazırkı iddia tələbləri ilə məhkəməyə müraciət etməkdə, birinci instansiya məhkəməsi isə iddia tələblərini təmin etməkdə haqlı olmuşdur. Beləliklə də, Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda istinad olunan tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Cavabdeh Cavabdeh nümayəndəsi (vəkili) X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(3-6)-795/2026
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-795/2026
06.04.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver