Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-800/2026 15.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 oğluna və * saylı Bakı “ASAN” xidmət mərkəzinin notariat ofisinə qarşı iş üzrə (Açar sözlər: qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğvi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), X11 və X2 ibarət tərkibdə, Xəlilov Tural Xəlil oğlunun katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı Salamov (Paşayev) Abdulla Rövşən oğlunun cavabdehlər cavabdeh2 və * saylı Bakı “ASAN” xidmət mərkəzinin notariat ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğvi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. X8 ##.##.2024-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir.
2. Bakı Şəhər Səbail Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə ##.##.1999-cu il təvəllüdlü X9 atasının X8 olması müəyyən edilmiş və qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır.
3. Reyestrdə 2V-143, 2V-144, 2V-145, 2V-146, 2V-147, 2V-148, 2V-149, 2V-150, 2V- 151, 2V-152 nömrələr ilə qeyd edilmiş ##.##.2025-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən X8 vərəsəsi qardaşı cavabdeh2dur və o, miras əmlakdan irs almalıdır. Şəhadətnamələr ilə verilən miras əmlak buraxılış ili 2013-cü il olan X3 Yük markalı **OM*** dövlət nömrə nişanlı, buraxılış ili 2006-cı il olan BMW X-5 MİNİK markalı **OD*** dövlət nömrə nişanlı, buraxılış ili 2000-ci il oian Mercedes E320 MİNİK markalı **OG*** dövlət nömrə nişanlı, buraxılış ili 2009-cu il olan BMW 760Lİ MİNİK markalı **DO*** dövlət nömrə nişanlı, buraxılış ili 2015-ci il olan Mercedes Benz G63 AMG MİNİK markalı **XX*** dövlət nömrə nişanlı, buraxılış ili 2009-cu il olan DAEWOO BC212 Avtobus markalı **ND*** dövlət nömrə nişanlı, buraxılış ili 2009-cu il olan DAEWOO BC212 Avtobus markalı **MJ*** dövlət nömrə nişanlı, buraxılış ili 2009-cu iI olan DAEWOO BC212 Avtobus markalı **RO*** dövlət nömrə nişanlı, buraxılış ili 2021-ci il olan KİA FRONTİER-PU XÜSUSİ.TƏY. markalı **OL*** dövlət nömrə nişanlı, buraxılış ili 1997-ci il olan BMW 528 minik markalı **UA*** dövlət nömrə nişanlı nəqliyyat vasitələrindən ibarətdir.
4. * saylı Bakı “ASAN” xidmət mərkəzinin notariat ofisinin ##.##.2025-ci il tarixli, **** nömrəli məktubundan görünür ki, X9 ##.##.2024-cü il tarixdə vəfat etmiş X8 miras qalmış əmlaklara dair verilmiş vərəsəlik şəhadətnamələrinin ləğvi ilə bağlı ##.##.2025-ci il tarixli müraciətinə baxılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1136-cı maddəsinə əsasən nikahdankənar uşaq o halda atasının vərəsəsi sayılır ki, atalıq qanunda nəzərdə tutulmuş qaydada müəyyənləşdirilmiş olsun. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalığın tanınması faktı məhkəmə qaydasında müəyyən oluna bilər. Yuxarıda qeyd edilənlərə əsasən ##.##.2024-cü il tarixdə vəfat etmiş X8 anası X4 ilə nikahının olmaması və qanunla müəyyən edilmiş qaydada atalığın müəyyən edilməməsi, yəni, atalığın müəyyən edilməsi haqqında şəhadətnamə olmadığından atalığın müəyyən edilməsi faktı ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi təqdim edildikdən sonra müraciətə yenidən baxılması təkrar diqqətə çatdırılır. Əlavə olaraq bildirilir ki, atalıq müəyyən olunduqdan sonra vərəsəlik şəhadətnamələrinin ləğvi ilə bağlı məhkəməyə müraciət etməlidir.
5. İddiaçının ərizəsinə əsasən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, **(***)-***/**** nömrəli qərardadı ilə müvəqqəti təminat tədbiqi qismində yuxarıda sadalanan nəqliyyat vasitələrinin üzərinə həbs qoyulmuşdur.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı X9 cavabdeh * saylı Bakı “ASAN” xidmət mərkəzinin notariat ofisinə qarşı cavabdeh2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh * saylı Bakı “ASAN XİDMƏT” Mərkəzində notarial ofisi tərəfindən cavabdeh2 adına verilmiş ##.##.2025-ci il tarixli, *V-*** nömrəli, *V-*** nömrəli, *V-*** nömrəli, *V-*** nömrəli, *V-*** nömrəli, *V-*** nömrəli, *V-*** nömrəli, *V-*** nömrəli, *V-*** nömrəli, *V-*** nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
7. Daha sonra iddiaçı X9 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, şəhadətnamələrin verildiyi şəxsin cavabdeh2 cavabdeh qismində işə cəlb edilməsini məhkəmədən xahiş etmişdir.
8. İddiaçı iddia tələbini yuxarıda göstərilən işin hallarına istinad etməklə belə əsaslandırmışdır ki, valideynləri X8 və X4 rəsmi nikahları olmasa da, o, faktiki olaraq uzun illər ailə münasibətlərində yaşamışlar. Hətta valideynləri faktiki nikah dövründə olarkən onun bir bacısı da, ##.##.1999-cu il təvəllüdlü X10 dünyaya gəlmişdir. Atası birgə nikah dövründə olarkən onlara atalığını vermiş, daim ailə münasibətində yaşamışlar və valideynləri ayrıldıqdan sonra da daima atası ilə ünsiyyətdə olmuşdur. Hətta ayrılmaqlarına baxmayaraq atası daim ailəsi ilə ünsiyyətdə qalmış və əlaqə saxlamışdır. Ata tərəf qohumları ilə də əlaqəsi vardır. X5 ##.##.2024-cü il tarixində dünyasını dəyişmişdir. Yas mərasimi ilə bağlı işləri yoluna qoyduqdan sonra o, vərəsəlik işlərini həll etmək istəyərkən ona məlum olmuşdur ki, valideynləri rəsmi nikahlarının olmaması səbəbilə atalığın məhkəmə tərəfindən müəyyən olunması zəruridir. Bundan sonra, atalığın müəyyən olunması faktının tanınması tələbinə dair müraciət etmişdir. Cavabdeh notariat ofisi tərəfindən heç bir araşdırma aparılmadan, məhkəmədə atalığın tanınması ilə bağlı iş getdiyi halda mərhum X5ndan miras qalmış əmlaklara dair ümumi müddətlər bitmədən əmisi cavabdeh2 ##.##.2025-ci il tarixində qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Hesab edir ki, cavabdeh cavabdeh2 adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamələr tamamilə qanunsuz və əsassızdır. Belə ki, o, birinci dərəcəli varisdir və bunu nəzərə almadan cavabdeh2 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi onun konstitusion hüququ olan vərəsəlik hüququnun pozulması ilə nəticələnmişdir. Əmisi özü də notariat kontoruna birinci dərəcəli varis olmağı barədə cavabdehə heç bir məlumat vermədən miras əmlakları ələ keçirməyə çalışmışdır. Hətta onda olan məlumata əsasən mərhum atasının banklarda da müxtəlif hesablarda vəsaiti olmuş, lakin həmin vəsaitləri həmin vaxt işləri ilə əlaqədar əmilərinin adına açdırırdı. Hazırda isə həmin vəsaitlərdən heç bir xəbər olmamaqla bərabər əmisi onun haqqı olan miras əmlakdan da məhrum etməyə çalışır.
9. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Ş.Ş.Qədirova) iddia təmin edilmiş, * saylı Bakı “ASAN” xidmət mərkəzinin notariat ofisi tərəfindən cavabdeh2 adına verilmiş ##.##.2025-ci il tarixli *V-*** nömrəli, *V-*** nömrəli, *V-*** nömrəli, *V-*** nömrəli, *V-*** nömrəli, *V-*** nömrəli, *V-*** nömrəli, *V-*** nömrəli, *V-*** nömrəli, *V-*** nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi qət edilmişdir.
10. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Salamov (Paşayev) Abdulla Rövşən oğlu ##.##.1999-cu il tarixdə Bakı şəhərində doğulmuşdur, X5, anası X4r. Valideynlərinin rəsmi nikahı qeydə alınmamış və atalıq müəyyən edilməmişdir. X1 ##.##.2024cü il tarixdə vəfat etmişdir. Atası öldükdən sonra X9 miras əmlak barədə qanun üzrə vərəsəlik hüququnu rəsmiləşdirmək istəmiş, lakin X8 anası X4 ilə nikahının olmaması və qanunla müəyyən edilmiş qaydada atalığın müəyyən edilməməsi səbəbindən notariat ofisi tərəfindən vərəsə sayılmamışdır. Daha sonra iddiaçı tərəfindən “atalığın etiraf edilməsi faktının müəyyən olunması” barədə ərizə ilə məhkəməyə müraciət edilmiş və nəticədə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli ## ###### 2025-ci il tarixli qətnaməsi ilə ərizənin təmin edilərək, ## ###### 1999-cu il təvəllüdlü X9 atasının X8 olmasının müəyyən edilməsi qət edilmişdir. Sözügedən qətnamə qanuni qüvvəyə minmişdir. Bununla da Salamov (Paşayev) Abdulla Rövşən oğlu ##.##.2024-cü il tarixdə vəfat etmiş X8 birinci növbə vərəsəsi sayılır.
11. cavabdeh2 qardaşının özündən əvvəlki birinci növbə vərəsəsi Salamov (Paşayev) Abdulla Rövşən oğlunun olduğunu və onun olduğu yeri bildiyi halda, yalnız özü notariat ofisinə müraciət etmiş, birinci növbə vərəsəni, yəni iddiaçını notariusdan gizlətmişdir. Notariat ofisi isə qanunun tələblərini pozaraq, digər vərəsələrin müəyyənləşdirilməsi üçün hər hansı tədbir görməmiş, onları vərəsəliyə çağırmamış, cavabdeh2 yeganə vərəsə kimi tanıyaraq, adına miras əmlaka dair ##.##.2025-ci il tarixdə *V-*** nömrəli, *V-*** nömrəli, *V-*** nömrəli, *V-*** nömrəli, *V-*** nömrəli, *V-*** nömrəli, *V-*** nömrəli, *V-*** nömrəli, *V-*** nömrəli, *V-*** nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr vermişdir.
12. Konstitusiya Məhkəməsi Plenumunun istinad olunan ##.##.2023-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin VII hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir.
13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1134.1, 1136, 1145, 1146, 1151.1, 1159.1, 1159.1.1, 1159.2, 1159.3, 1159.4, 1159.5, 1160, 1243.2, 1300, 1318-ci maddələrinə, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 55-ci maddəsinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2023-cü il tarixli Qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1, 217.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
14. Cavabdeh cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X8 ##.##.2024-cü il tarixdə vəfat etmişdir. Mərhumun ölümündən sonra qanunvericiliklə müəyyən edilmiş müddətdə cavabdeh tərəfindən mirasın açıldığı yer üzrə notariat orqanına müraciət edilmişdir. Həmin vaxt mərhumun uşağının mövcudluğunu təsdiq edəcək heç bir sənəd olmamış və belə bir hal onlara məlum olmamışdır. X7 ilə iddiaçının anası arasında rəsmi nikah qeydə alınmamış, atalığın qanunla müəyyən edilmiş qaydada tanınmasına dair məhkəmə qətnaməsi vərəsəlik şəhadətnamələrinin verildiyi tarixdə qanuni qüvvəyə minməmişdir. Belə ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli atalığın müəyyən edilməsi barədə qətnaməsindən apellyasiya şikayəti verilmiş və iş həmin dövrdə apellyasiya instansiyasının icraatında olmuşdur. Bu səbəbdən notariat orqanı tərəfindən mövcud və hüquqi qüvvədə olan sənədlər əsasında cavabdeh2 mərhumun qanuni vərəsəsi kimi tanınmış və onun adına ##.##.2025-ci il tarixdə 2V-143-dən 2V-152-dək reyestr nömrələri ilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Digər tərəfdən məhkəmə proseslərində vəkilinin vəsatətləri nəzərə alınmamış və onun iştirakı təmin edilməmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını və vərəsəlik şəhadətnamələrinin verildiyi tarixdə mövcud olan hüquqi vəziyyəti düzgün qiymətləndirməmiş, sonradan yaranmış hüquqi nəticələri geriyə şamil etməklə əsassız nəticəyə gəlmişdir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi Mülki Məcəllənin 1159-cu maddəsinin tələblərini pozaraq, iddiaçının birinci növbəli vərəsə statusunu yetərli, obyektiv və inandırıcı sübutlar olmadan tanımışdır. Belə ki, atalığın müəyyən edilməsi ilə bağlı aparılmış məhkəmə araşdırması zamanı heç bir genetik (DNT) ekspertizası təyin edilməmiş, atalığı bilavasitə təsdiq edən tibbi-bioloji sübutlar əldə olunmamışdır. Atalığın müəyyən edilməsi yalnız fotoşəkillər, subyektiv xarakter daşıyan, hüquqi baxımdan sübutetmə gücü məhdud olan bəzi sənədlər və şahid ifadələri əsasında həyata keçirilmişdir. Halbuki, bu cür materiallar şəxslər arasında qan qohumluğunu qəti şəkildə təsdiq etmir və atalığın müəyyən edilməsi kimi ciddi hüquqi nəticələr doğuran məsələdə obyektiv və elmi sübutları əvəz edə bilməz. Qeyd edilməlidir ki, təqdim edilmiş fotoşəkillər əsasında uşağın konkret şəxsə aid olması barədə hüquqi nəticəyə gəlmək mümkün deyildir. Belə vizual materiallar uşağın atalığını deyil, sadəcə müəyyən şəxslərlə birgə olmasını göstərə bilər. Bu isə hüquqi baxımdan atalığın müəyyən edilməsi üçün yetərli hesab edilə bilməz. Əks halda, istənilən şəxs barədə subyektiv təsəvvürlərə əsaslanaraq atalığın müəyyən edilməsi mümkün olardı ki, bu da hüquqi təhlükəsizlik prinsipinə ziddir. Bundan əlavə, məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş etirazları və izahatları lazımi qaydada araşdırmamış, sübutlara birtərəfli yanaşmış və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 və 88-ci maddələrinin tələblərini pozmuşdur. İddiaçı əsassız olaraq iddia edir ki, onun atasının ailəsi ilə əlaqəsi olmuşdur. Lakin ailə üzvlərinin heç biri iddiaçını tanımamış, onunla hər hansı ailə münasibəti və ya davamlı əlaqəsi olmamışdır. Bu barədə verilmiş ifadələr həqiqətə uyğun deyildir və iş materialları ilə təsdiqlənmir. Belə olan halda, birinci instansiya məhkəməsinin iddiaçını Mülki Məcəllənin 1159.1.1-ci maddəsi üzrə birinci növbəli vərəsə kimi tanıması hüquqi və faktiki əsaslardan məhrumdur. Atalığın hüquqi baxımdan mübahisəli və sübut olunmamış olması fonunda cavabdeh2 Mülki Məcəllənin 1159.2-ci maddəsinə uyğun olaraq ikinci növbəli vərəsə kimi miras hüququnun tanınmaması maddi hüquq normalarının kobud şəkildə pozulması ilə nəticələnmişdir. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 1159-cu maddəsində nəzərdə tutulmuş vərəsəlik növbəliliyini pozmuş, bununla da qanuni vərəsə olan tərəfin mülki hüquqlarının əsassız şəkildə məhdudlaşdırılmasına yol vermişdir. Bu isə qəbul edilmiş qətnamənin qanunsuz və əsassız olmasını şərtləndirən mühüm haldır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Ona verilmiş suallara cavab olaraq bildirdi ki, nəqliyyat vasitələrinin üzərinə həbs qoyulmuş, hazırda da atasının adınadır. Cavabdeh onun atalığın müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməyindən məlumatlı idi.
18. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmişlər. * saylı Bakı “ASAN” xidmət mərkəzinin notariat ofisinin notariusu elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 29.VII. Dövlət vərəsəlik hüququna təminat verir.
20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1136. Nikahdankənar uşaq o halda atasının vərəsəsi sayılır ki, atalıq qanunda nəzərdə tutulmuş qaydada müəyyənləşdirilmiş olsun. Əgər həmin uşaq atasından əvvəl ölərsə, onun uşaqları atalarına çatası mirasdan pay tələb edə bilərlər. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1151. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə 1160. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2023-cü il tarixli Qərarı: Miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il ## ####### tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinin davamı olaraq qeyd edir ki, mirasdan imtinanın ehtimal oluna bilmə imkanı mülkiyyət hüququnu və onun davamlılığını təmin edən vərəsəlik hüququnun konstitusion təminatını pozur. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin VII hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. Mülki Məcəllənin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Konstitusiyanın 29cu maddəsinin VII hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd edir ki, Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır. Digər tərəfdən Konstitusiya Məhkəməsinin Plenumu Ali Məhkəmənin sorğusuna səbəb olmuş mülki işlər üzrə mübahisələrin yekunlaşmadığını, eləcə də sorğuya baxılan zaman digər məhkəmələrin icraatında olan oxşar mübahisələr üzrə işlərin də dayandırıldığını nəzərə alaraq hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarı qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan mübahisələrə də tətbiq olunmalıdır.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
24. Hazırkı işdə iddia təmin edilmiş, apellyasiya şikayətində cavabdeh cavabdeh2 qətnaməni bütövlükdə mübahisələndirdiyindən, qətnamənin əsaslığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası iddiaçını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
26. Belə ki, iş materiallarına əsasən iddiaçının mərhum Rövşən Salamovun (miras qoyan) oğlu olması faktı məhkəmə qətnaməsi ilə təsdiq edilmiş və həmin qətnamə qanuni qüvvəsini almışdır. Odur ki, məhkəmə kollegiyası məhkəmə tərəfindən iddiaçının birinci növbəli vərəsə olmasının yetərli, obyektiv və inandırıcı sübutlar olmadan tanınması ilə bağlı dəlillərini əsassız sayır.
27. Mülki qanunvericiliyin tələblərinə əsasən iddiaçı miras qoyanın övladı olmaqla qanun üzrə birinci növbəli vərəsədir, cavabdeh isə miras qoyanın qardaşı olmaqla ikinci növbəli vərəsədir. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Başqa sözlə, ikinci növbəli vərəsələr yalnız birinci növbəli vərəsə olmadıqda miras əmlakı ala bilərlər.
28. İşdən o da görünür ki, cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında ##.##.2025-ci il tarixli şəhadətnamələri almamışdan əvvəl artıq iddiaçının miras qoyanın övladı olması ilə bağlı birinci instansiya məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi qəbul edilmiş, cavabdeh isə digər şəxslərlə birlikdə həmin qətnamədən apellyasiya şikayəti vermişlər.
29. Cavabdeh özü də apellyasiya şikayətində qeyd edir ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli atalığın müəyyən edilməsi barədə qətnaməsindən apellyasiya şikayəti verilmiş və iş həmin dövrdə apellyasiya instansiyasının icraatında olmuşdur.
30. Beləliklə müəyyən edilir ki, cavabdeh notariat orqanına müraciət edərkən sözügedən məhkəmə işindən məlumatlı olmuş, lakin bu halı notariusun nəzərinə çatdırmamış, özünü miras qoyanın vərəsəsi kimi təqdim etməklə hazırda mübahisələndirilən şəhadətnamələrin verilməsinə nail olmuşdur.
31. Cavabdeh miras qoyanın ölümündən sonra qanunvericiliklə müəyyən edilmiş müddətdə mirasın açıldığı yer üzrə notariat orqanına müraciət etdiyini bildirsə də, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad olunan qərarındakı hüquqi mövqeyə görə vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri qüvvədən düşmüş hesab edilmiş, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam etdiyi bildirilmişdir.
32. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehin vəkilinin vəsatətlərinin nəzərə alınmaması və onun iştirakının təmin edilməməsi ilə bağlı dəlillərini də məhkəmə kollegiyası əsassız sayır. İş materiallarına əsasən, cavabdehin vəkili məhkəmənin hazırlıq iclasında iştirak etmiş, baxış iclası ilə bağlı məhkəməyə ərizə ünvanlayaraq iclasın onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
33. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, miras əmlak olan nəqliyyat vasitələrinin üzərinə həbs qoyulmuş, iddiaçının bildirdiklərinə əsasən onlar cavabdehin adına rəsmiləşdirilməmişlər. Odur ki, mübahisələndirilən şəhadətnamələrin ləğv edilməsi ilə bərabər onların əsasında cavabdehin adına reyestrdə aparılmış qeydlərin ləğv edilməsi tələb edilmir.
34. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
Cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakimlər: Məhəmməd Rüstəmli Fərrux Qasımov Günay Axundova