Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(3-6)-802/2026 02.03.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-5213/2025 saylı, 19 dekabr 2025-ci il tarixli qərardadından İddiaçı şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı cavabdeh tərəfindən mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilən müddət ötürülmüş hesab edilməsi və miras əmlak üzərində yalnız iddiaçının vərəsəlik hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən mərhum X1 miras qalan ünvan 1 ünvanında yerləşən 63,3 kv.metrlik mənzilin miras əmlak kimi qəbul edilməsi üçün qanunvericiliklə nəzərdə tutulan 6 aylıq müddətin ötürülmüş hesab edilməsi, miras əmlakın faktiki olaraq İddiaçı tərəfindən qəbul edildiyinin müəyyən edilməsi və iddiaçının əmlak üzrə yeganə varis kimi tanınması barədə qətnamə çıxarılmasını xahiş edib. Cavabdeh isə iddiaya etiraz edərək göstərmişdir ki, cavabdeh iddiaçının adına verilmiş xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş və həmin mülki iş hazırda məhkəmənin icraatındadır. Hazırkı iddia tələbinə həmin məhkəmə prosesi çərçivəsində qiymət verilməlidir. İddiaçının hazırkı tələblə məhkəməyə müraciət etməsi əsassızdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-5213/2025 saylı, 19 dekabr 2025-ci il tarixli qərardadı ilə (hakim Solmaz Ədilova) iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilməsi və iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun ona qaytarılması qərara alınmışdır. Məhkəmə qənaətində göstərib ki, baxılan iş üzrə iddia tələbini Cavabdeh tərəfindən mərhum X1 miras qalan miras əmlak kimi qəbul edilməsi üçün qanunvericiliklə nəzərdə tutulan 6 aylıq müddətin ötürülmüş hesab edilməsi təşkil edir. Araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdeh ünvan 1 ünvanında yerləşən 63,3 kv.metrlik mənzilə dair iddiaçıya verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və vərəsəlik hüququnun tanınması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İşin müəyyən edilən hallarına əsasən hazırkı iddia tələbinə məhkəmədə baxıla bilməz. Ona görə ki, cavabdehin iddiaçıya verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və vərəsəlik hüququnun tanınması tələbinə dair mülki işin icraatı çərçivəsində məhkəmə tərəfindən cavabdeh tərəfindən qanunla müəyyən edilmiş miras əmlakın qəbul edilməsi müddətinin ötürülübötürülməməsi məsələsinə baxılıb qiymət verilməlidir. İddiaçı (nümayəndəsi və vəkili Nümayəndə) şikayət verərək qərardadının ləğv edilib sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-5213/2025 saylı, 03 fevral 2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, cavabdehin vəkili etirazla müraciət edərək şikayətin təmin edilməməsini, qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş edib, lakin iddiaçı tərəfindən hər hansı sübut, etiraz və ya izahat təqdim edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Konstitusiyanın 60-cı maddəsinin İ və İV hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir... Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Konstitusiyanın 125-ci maddəsinin İİ hissəsinə əsasən məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının apellyasiya məhkəmələri, Azərbaycan Respublikasının ümumi məhkəmələri və digər ixtisaslaşdırılmış məhkəmələri həyata keçirirlər. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 153.2., 153.2.1-ci maddəsinə əsasən hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə görə, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin hazırki iddia ərizəsini icraata qəbul edib məhkəmədə baxılmalı olmayan bir tələbə baxması mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Əvvəla, işin mübahisəsiz halıdır ki, cavabdeh miras əmlak olan mənzilə dair iddiaçıya verilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsini və özünün də vərəsəlik hüququnun tanınmasını ayrıca icraatda tələb edib və həmin işə baxılır. Hazırkı iş üzrə iddiaçının tələbi isə 3 hissədən: 1-ci tələb cavabdeh tərəfindən miras əmlak olan mənzilin qəbul edilməsi üçün qanunvericiliklə nəzərdə tutulan 6 aylıq müddətin ötürülmüş hesab edilməsi; 2-ci tələb miras əmlakın faktiki olaraq İddiaçı tərəfindən qəbul edildiyinin müəyyən edilməsi; 3-cü tələb iddiaçının əmlak üzrə yeganə varis kimi tanınmasından ibarətdir. Göründüyü kimi, cavabdehin digər işdəki tələbinin məzmunundan bəlli olub ki, iddiaçı artıq yeganə vərəsə kimi miras mənzilə dair vərəsəlik şəhadətnaməsi alıb. Demək ki, 2 və 3-cü tələblərdə göstərilən məsələlər artıq öz həllini tapıb və o cür tələblərə məhkəmə qaydasında yenidən baxıla bilməz yaxud baxılmasına da hansısa lüzum və zərurət də yoxdur. O ki qaldı 1-ci tələbə, yəni cavabdeh tərəfindən miras əmlak olan mənzilin qəbul edilməsi üçün qanunvericiliklə nəzərdə tutulan 6 aylıq müddətin ötürülmüş hesab edilməsinə, belə bir tələbin ayrıca icraatda irəli sürülməsinə də əsas yoxdur. Çünki bu məsələ hər bir halda digər işdə yoxlanılacaq. Ona görə də 1-ci tələb üzrə ayrıca iddia irəli sürməkdənsə, iddiaçı digər işdə müddətin ötürülməsi məsələsinə etiraz formasında münasibət bildirə bilər. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-5213/2025 saylı, 19 dekabr 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qəraraaldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-5213/2025 saylı, 19 dekabr 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(3-6)-802/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-802/2026
02.03.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver