Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(3-6)-81/2026 21.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: şikayət verilməsi üçün nəzərdə tutulan prosessual müddətin ötürülməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1621/2025 nömrəli, 24 noyabr 2025-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yoxlayaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 25.500 manat məbləğində borcun silinməsini və kartından tutulmanın dayandırılması barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1621/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Hacı Həsən kəndində yerləşən “Yeni Yol” küçəsi, ev 315 ünvanı üzrə (abonent kodu: **********00000) İddiaçı təbii qazdan istifadə qaydalarının pozulması ilə bağlı 2017-ci, 2021-ci və 2022-ci illər üçün hesablanmış 11.497,68 manat borcun 2.844,68 manat hissəsinin silinməsi qət edilmişdir.
3. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1621/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 1621/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən vermiş olduğu apellyasiya şikayəti geri qaytarılmışdır. (forma və məzmuna dair tələblərə riayət edilməməsi və qanunla nəzərdə tutulmuş prosessual müddətin ötürülməsi səbəbindən).
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1621/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 1621/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən yenidən vermiş olduğu apellyasiya şikayəti geri qaytarılmışdır. (qanunla nəzərdə tutulmuş prosessual müddətin ötürülməsi səbəbindən).
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1621/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1621/2025 nömrəli, 07 oktyabr 2025-ci il tarixli qərardadından vermiş olduğu şikayət geri qaytarılmışdır. (forma və məzmuna dair tələblərə riayət edilməməsi və qanunla nəzərdə tutulmuş prosessual müddətin ötürülməsi səbəbindən).
6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1621/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1621/2025 nömrəli, 04 noyabr 2025-ci il tarixli qərardadından vermiş olduğu şikayət geri qaytarılmışdır. (forma və məzmuna dair tələblərə riayət edilməməsi və qanunla nəzərdə tutulmuş prosessual müddətin ötürülməsi səbəbindən).
7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1621/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1621/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından vermiş olduğu şikayət geri qaytarılmışdır. (forma və məzmuna dair tələblərə riayət edilməməsi səbəbindən).
8. İddiaçı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1621/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından şikayət verərək, sözügedən qərardadın ləğv edilərək, mülki iş materiallarının apellyasiya şikayəti ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1621/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, İddiaçı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1621/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından vermiş olduğu şikayətin baxılması üçün mülki iş ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Tətbiq edilən hüquq normaları:
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 396.1-ci maddəsinə əsasən, şikayət birinci instansiya məhkəməsinin qərardadı rəsmi qaydada verildikdən sonra 10 gün müddətində birinci instansiya məhkəməsinə verilə bilər.
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.1-cı maddəsinə əsasən, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir.
12. Həmin Məcəllənin 130.1-ci maddəsinin tələblərinə görə, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
13. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
14. Həmin Məcəllənin 363.1.3-cü maddəsində qeyd edilir ki, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.
15. Həmin Məcəllənin 366.2-ci maddəsində qeyd edilir ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1621/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
17. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1621/2025 nömrəli, xx.xx.2025-ci il qərardadı İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə 02 dekabr 2025-ci il il tarixdə yerləşdirilmişdir.
18. Həmin qərardadla məhkəmə tərəfindən iddiaçının şikayət verərkən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə “2 saylı Əlavə”də təsbit olunan apellyasiya şikayəti üçün göstərilən forma və məzmuna dair tələblərə riayət etmədiyi və qanunla nəzərdə tutulmuş prosessual müddətin ötürdüyü müəyyən edilmişdir.
19. Sözügedən qərardaddan İddiaçı tərəfindən verilən şikayət isə onun “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabineti vasitəsilə 05 dekabr 2025-ci il tarixdə forma və məzmuna dair tələblərə riayət edilmədən məhkəməyə təqdim edilmişdir.
20. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1621/2025 nömrəli, xx.xx.2025-ci il qərardadı ilə iddiaçı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli şikayət geri qaytarılmış və həmin qərardad İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə 19 dekabr 2025-ci il il tarixdə yerləşdirilmişdir.
21. İddiaçı xx.xx.2025-ci il tarixdə yenidən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e- 2(011)-1621/2025 nömrəli, xx.xx.2025-ci il qərardadından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə “2 saylı Əlavə”də təsbit olunan apellyasiya şikayəti üçün göstərilən forma və məzmuna dair tələblərə riayət edilməklə, şikayət versə də, qanunvericiliklə müəyyən edilmiş 10 günlük müddəti ötürmüş olmuşdur.
22. Belə ki, birinci instansiya məhkəməsinin qeyd olunan qərardadı 02 dekabr 2025-ci il tarixdə iddiaçıya rəsmi qaydada təqdim edilməsinə baxmayaraq, iddiaçı məhkəmənin qeyd olunan qərardadından xx.xx.2025-ci il tarixdə şikayət verdiyi zaman qanunvericiliklə müəyyən edilmiş 10 günlük müddəti ötürmüşdür.
23. Bundan əlavə, mülki iş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən çoxsaylı qərardadlar əsasında İddiaçı şikayət verilməsi üçün qanunvericilikdə nəzərdə tutulan prosessual müddətlər, habelə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə “2 saylı Əlavə”də təsbit olunan apellyasiya şikayəti üçün göstərilən forma və məzmuna dair tələblər barədə dəfələrlə məlumatlandırılmışdır.
24. Bununla belə, İddiaçı həmin qərardaddan şikayət verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsinə dair məhkəməyə hər hansı ərizə də təqdim etməmiş və şikayət üçün nəzərdə tutulan forma və məzmuna dair tələblər barədə məlumatlı olmasına baxmayaraq, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1621/2025 nömrəli, xx.xx.2025-ci il qərardadından yenidən xx.xx.2025-ci il tarixdə şikayət verərkən, sözügedən tələblərə riayət etməmişdir.
25. Mülki Prosessual Məcəllənin 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.).
26. Mülki Prosessual Məcəllənin 130.3-cü maddəsinə görə, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.
27. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1621/2025 nömrəli, 24 noyabr 2025-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət qanunla müəyyən edilmiş müddət ötürülməklə verildiyindən, eləcə də ötürülmüş müddətin bərpa edilməsi barədə ərizə təqdim edilməyindən qeyri-mümkün hesab edilməli və şikayət qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 366, 402, 405.0.2ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARAALDİ:
Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1621/2025 nömrəli, 24 noyabr 2025-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayət İddiaçı geri qaytarılması üçün mülki işlə birlikdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim, imza: Rəşid Səmədov Hakimlər, imzalar: Xumar Mərdanova Vahid Sadıqov