Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-851/2026 07.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X5 qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki iş üzrə (açar sözlər: subroqasiya qaydasında pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X7 (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi Bayramlı Möhtəbər Arif qızının katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X5 qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
1. ##.##.2019-cu il tarixli, ****/CFI-***/****-**** nömrəli “xxxx” ASC tərəfindən tərtib edilmiş sığorta aktından görünür ki, sığortalı X4 sığortalanmış qeyri yaşyış sahəsi olan Bakı şəhər, Xətai rayon, M.Hadi küçəsi 39D əmlakına subasma nəticəsində dəymiş zərər 1000 manat təşkil etmiş, müəyyən edilmiş zərərdən 200 manat azadolma məbləği çıxılaraq, 800 manat tərəflərindən X4 hesabına ödənilmişdir.
2. “xxxx” ASC tərəfindən tərtib edilmiş ##.##.2018-ci il tarixli dəymiş zərərin hesabatından görünür ki, ünvan 3 ünvanına dəymiş zərər 1000 manat təşkil edir.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X9 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 3 əmlakı üzərində X10 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ##.##.2017-ci il tarixdə qeydiyyata alınmışdır.
4. ** saylı MKIS tərəfindən tərtib edilmiş ##.##.2018-ci il tarixli aktdan görünür ki, ünvan 3 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində qeyri yaşayış sahəsində fəaliyyət göstərən “Mərmərə” kafesinin sahibi X4 Xətai MKTB-ya müraciəti əsasında MKIS-nə daxil olmuş məktuba əsasən obyektə baxış keçirildi. Məlum oldu ki, obyektin üstündə 2-ci mərtəbədə yerləşən Təhminə Hüseyni iyə məxsus ** saylı mənzildən ## ##### 2018-ci il tarixində kafeyə su axıdılıb.
5. ##.##.2015-ci il tarixli icarə müqaviləsindən görünür ki, ünvan 3 əmlakı X10 tərəfindən X4 icarəyə verilmişdir.
6. ***XOH********** saylı kredit köçürməsindən görünür ki, “xxxx” ASC tərəfindən X4 hesabına 800 manat ödəniş olunmuşdur.
7. ##.##.2021-ci il tarixli, ********-*********/ASI nömrəli alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, X5 tərəfindən ünvan 3, ** saylı mənzil X6.
8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların X9 daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhər, Xətai rayon, M.Hadi küçəsi 39D, ** saylı mənzil üzərində X6 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ##.##.2021-ci il tarixdə qeydiyyata alınmışdır.
9. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı X10 cavabdeh X5 qarşı, cavabdeh X5 ona dəymiş maddi ziyana görə 15000 manat və mənəvi ziyana görə isə 10000 manat və ödənilmiş 30 manat pulun alınaraq ona ödənilməsi və eyni zamanda su axıdılmasına səbəb olmuş halların aradan qaldırılmasının cavabdehə həvalə edilməsi barədə iddia tələbi rədd edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
10. Iddiaçı “xxxx” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X5 800 manat məbləğində əsas və 30 manat məbləğində dövlət rüsumu, ümumilikdə 830 manat məbləğində pul vəsaitinin iddiaçı “xxxx” ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər.
11. Iddia onunla əsaslandırılmışdır ki, “xxxx” ASC tərəfindən X4 istifadəsində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (“Mərmərə” kafesi) yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərlərin əvəzinin ödənilməsi məqsədilə ##.##.2017-ci il tarixində “daşınmaz əmlakın icbari sığortası” növü üzrə RAZ********** nömrəli sığorta müqaviləsi (şəhadətnaməsi) ilə sığortalanmışdır. ##.##.2018-ci il tarixində X4 istifadəsində olan qeyri-yaşayış sahəsi (“Mərmərə” kafesi) çoxmərtəbəli binanın yuxarı, yəni cavabdeh X5 məxsus ünvan 5 saylı mənzildən axan su kütlələri (subasma) nəticəsində zərər görmüşdür. Iş materiallarında olan ** saylı Mənzil-Kommunal Istismar Sahəsi tərəfindən tərtib olunmuş ##.##.2018-ci il tarixli aktdan görünür ki, ünvan 4 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində qeyri-yaşayış sahəsi kimi fəaliyyət göstərən “Mərmərə” kafesinə 2-ci mərtəbədə yerləşən cavabdeh X5 məxsus ** saylı mənzildən su axıdılmışdır. Iş materiallarında olan ##.##.2018-ci il tarixli dəymiş zərərin hesabatı ilə bağlı rəydən görünür ki, X4 istifadəsində olan ünvan 6 ünvanında yerləşən qeyriyaşayış sahəsinə (“Mərmərə” kafesi) subasma nəticəsində 1000 manat məbləğində zərər vurulmuşdur. Beləliklə, baş vermiş hadisə ilə bağlı ##.##.2019-cu il tarixli, ****/CFI***/****-**** nömrəli aktla 200 manat azadolma məbləği çıxılmaqla, 800 manat məbləğində pul vəsaiti “xxxx” ASC tərəfindən faydalanan şəxsin bank hesabına köçürülmüşdür.
12. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
13. Qətnamənin əsaslarına görə, Bakı şəhər, Xətai rayon, M.Hadi küçəsi 39D əmlakı ##.##.2017-ci il tarixdən X10 xüsusi mülkiyyətindədir və ##.##.2015-ci il tarixli icarə müqaviləsi ilə X10 tərəfindən oğlu X4 icarəyə verilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ### 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı X10 cavabdeh X5 qarşı, cavabdeh X5 ona dəymiş maddi ziyana görə 15000 manat və mənəvi ziyana görə isə 10000 manat və ödənilmiş 30 manat pulun alınaraq ona ödənilməsi və eyni zamanda su axıdılmasına səbəb olmuş halların aradan qaldırılmasının cavabdehə həvalə edilməsi barədə iddia tələbi rədd edilmişdir. Belə ki, həmin qətnamədən görünür ki, iş üzrə keçirilmiş məhkəmə-tikinti texniki ekspertizasının ## #### 2019-cu il tarixli ***** saylı rəyi ilə ünvan 2 ünvanında yerləşən yaşayış evinin birinci mərtəbəsindəki qeyri yaşayış sahəsi olan “Mərmərə” adlı kafeyə su sızma nəticəsində ziyan dəydiyi müəyyən edilsə də, lakin su sızmanın hansı mərtəbədən və ya hansı mənzildən baş verdiyini müəyyən edilmədiyindən və iddiaçı tərəfindən məhz Bakı şəhəri Xətai rayonu M.Hadi 23/24 bina 39D-də yerləşən ** saylı mənzildən suyun axıdılmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən iddia tələbi təmin edilməmişdir. Göründüyü kimi, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi ev 39D ünvanına ünvan 5 saylı mənzildən suyun axıdılması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1, 936.2, 936.5, 1096.1, 1097.1, 1108.1, 1114.1-ci maddələrinə, “Icbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.6, 25.1.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 82-ci maddəsinə, Insan hüquqları üzrə Avropa Məhkəməsi “Ryabıx Rusiya Federasiyasına qarşı” iş üzrə ##.##.2003-cü il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazin dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
15. Iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti həmin qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilməsini və iddanın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Apellyasiya şikayətinin dəlillərinə görə, baş vermiş subasma hadisəsi ilə bağlı Xətai Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin ** saylı Mənzil Kommunal Istismar Sahəsinin ##.##.2018-ci il tarixli aktı təqdim edilmişdir və aktdan hadisənin həmin binanın X5 məxsus olan Xətai rayonu, Məhəmməd Hadi küçəsi **D saylı evin ** saylımənzilindən su axması nəticəsində baş verməsi faktımüəyyən edilir. Cavabdeh tərəfindən həmin aktda müəyyən edilmiş halın mövcudluğunu təkzib edən heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin, Xətai rayonu, M.Hadi küçəsi ev 39D, ** saylı mənzilin subasma hadisəsinin baş verdiyi ##.##.2018-ci il tarixdə X5 mülkiyyətində olması faktıməhkəmə tərəfindən müəyyən olunmuşdur. Buna görə də, cavabdehin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1111.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.4-cü maddəsinin tələblərinə əsasən mülki hüquqi məsuliyyəti yaranmışdır. Belə ki, cavabdeh istinad edilən normaların tələbləri baxımından yaşayış sahəsinin mülkiyyətçisi kimi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır. Subroqasiya tələbi üzrə vurulmuş zərərin ödənilməsi tələbinə dair iddialar üzrə məhkəmə təcrübəsinə nəzər yetirsək, subasma hadisələrinə dair Mənzil Kommunal Istismar Sahələri tərəfindən tərtib olunan aktlar məhkəmə tərəfindən sığorta hadisəsinin baş vermə səbəbini özündə əks etdirən və baş verməsi faktını təsdiq edən mötəbər sübut kimi qiymətləndirilir və belə mübahisələrin nəticəsində həlledici rola malikdir. Belə ki, “xxxx” ASC-nin məhkəmə təcrübəsində analoji işlərlə bağlı iddia tələbinin təmin olunması ilə nəticələnən qətnamələr mövcuddur. Cinayət hüququndan fərqli olaraq mülki hüquq zərərvuranın (hüququ pozan şəxsin) təqsir prezumpsiyasını (latınca «praesumptio» — güman etmək mənasını ifadə edir) müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə hüququ pozan şəxs (zərərvuran) özünün təqsirsizliyini sübut edənə kimi, onun təqsirli olması güman edilir, yəni əksi sübut edilənə kimi şəxs mülki hüquq pozuntusu törətməkdə təqsirli sayılır. Məsuliyyətdən azad olmaq üçün zərərvuran (hüququ pozan şəxs) təqsirinin olmamasını sübut etməlidir. Deməli, sübutetmə yükünü öhdəliyi pozmuş şəxs çəkir, yəni təqsirin olmadığını öhdəliyi pozmuş şəxs sübuta yetirir (AR MM-ın 448-ci maddəsinin 4-cü bəndi). Təqsir prezumpsiyasına görə zərərçəkən tərəf zərərvuranın (hüququ pozan şəxsin) təqsirini sübut etməyə borclu deyildir. Zərərçəkən tərəf sübut etməlidir ki, başqa subyektin davranışı nəticəsində onun hüquq və qanunla qorunan mənafeyi pozulmuşdur. Amma təqsir prezumpsiyası zərərçəkəni məhkəməyə zərərvuranın təqsirli olmasını təsdiqləyən sübutlar təqdim etmək imkanından və hüququndan məhrum etmir. Zərərçəkən ona zərər vurulması faktını sübuta yetirməlidir. Belə ki, zərər vurulması faktını hamıdan əvvəl zərərçəkən bilir. (Яn Şapp. Osnovı qrajdanskoqo pravo Qermanii. Uçebnik. M., 1996, s.110-120.). Bununla yanaşı vurğulanmasını zəruri hesab edirik ki, mülki qanunvericilikdə “Təqsirsiz məsuliyyət” prinsipi də öz əksini tapmışdır. Azərbaycan RespublikasıMülki Məcəlləsinin 1097.3-cü maddəsinə əsasənQanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan RespublikasıMülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## ##### 2022-ci il tarixli qərarına əsasən Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir. Məhkəmə qeyd etdiyimiz hallara düzgün hüquqi qiymət verməmiş, işin hallarını hüquqi və məntiqi mühakimə əsasında qanunvericiliyin istinad edilən normaları ilə əlaqəli şəkildə araşdırmamış və işin halları üzrə səhv nəticəyə gəlmişdir. Göstərilən hallar məhkəmə tərəfindən qətnamənin əsaslandırılmadığını və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## ###### 2005-ci il tarixli, * saylı Qərarının 2-ci bəndinin tələblərinin pozulduğunu deməyə əsas verir. Birinci instansiya məhkəməsi işin qeyd edilən hallarını hərtərəfli araşdırmamaqla işin halları üzrə səhv nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi mübahisəni həll edərkən Mülki-Prosessual Məcəllənin 82.3-cü maddəsinə istinad edərək yanlışlığa yol verib. Bununla məhkəmə “res judicata” prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə istinad edir. Lakin sözügedən prinsip və 82.3-cü maddənin tələbləri eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə olan mübahisələrə tətbiq olunur. “xxxx” ASC Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində baxılmış *(***)-***/**** saylı mülki iş üzrə tərəf qismində çıxış etməmiş, hər hansı tələb irəli sürməmişdir. Hazırkı mülki iş üzrə iddia subroqasiya qaydasında vurulmuş zərərin ödənilməsi tələbi ilə bağlıdır. Göründüyü kimi, hər iki iş üzrə tərəflər və iddia tələbi fərqlilik təşkil etdiyindən Mülki-Prosessual Məcəllənin 82.3-cü maddəsinin və “res judicata” prinsipinin tətbiqi hazırkı halda istisna edilir. Məhkəmənin mövqeyindən məsələyə yanaşdıqda belə nəticəyə gəlmək olar ki, zərərvuran bir hərəkət və ya hərəkətsizliklə bir neçə şəxsə məxsus əmlaka zərər vurduğu halda həmin şəxslərdən birinin qaldırdığı iddia üzrə iddiaçının zərərvuranın təqsirini sübut etməməsi bütün digər iddiaçıların qaldırdıqları iddialarda preyudisial əhəmiyyət kəsb edir. Lakin yuxarıda qeyd edildiyi kimi Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsi hər bir tərəfə öz sübutlarını təqdim etmək imkanı verir və hesab edir ki, hüquq subyektlərindən birinin öz iddiası üzrə zəruri sübutları təqdim edə bilməməsinə görə iddianın rədd edilməsi digər hüquq subyektlərinin ziyanına şərh edilməməlidir və belə bir yanaşma MPM-in “sübutetmə” institutunun tələblərinə tamamilə ziddir. Sübutların təqdim edilməsinin vacibliyi baxımından, MPM-in 77-ci maddəsi hansı tərəfin sübut təqdim etməli olmasını müəyyən edir. Həmin maddənin mənasına görə tərəflər özü üçün əlverişli olan halları sübut etməlidir. Bu bir qayda olaraq, o deməkdir ki, adətən iddiaçı öz tələbini əsaslandıran, cavabdeh isə etirazının əsasını təşkil edən (icra, borcların əvəzləşdirilməsi, icradan imtina etmək hüququ və ya iddia müddətinin keçməsi) halları sübut etməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək, apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.
19. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı (onun nümayəndəsi) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Maddə 926.2. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.
21. “Icbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 23.1.6. sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır. Maddə 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.3. Icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxişinin hədləri
23. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilib, iddianın təmin olunması tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
24. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
25. Iş materialları ilə müəyyən olunur ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ### 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı X10 cavabdeh X5 qarşı, cavabdeh X5 ona dəymiş maddi ziyana görə 15000 manat və mənəvi ziyana görə isə 10000 manat və ödənilmiş 30 manat pulun alınaraq ona ödənilməsi və eyni zamanda su axıdılmasına səbəb olmuş halların aradan qaldırılmasının cavabdehə həvalə edilməsi barədə iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən görünür ki, iş üzrə keçirilmiş məhkəmə-tikinti texniki ekspertizasının ## #### 2019-cu il tarixli ***** saylı rəyi ilə ünvan 2 ünvanında yerləşən yaşayış evinin birinci mərtəbəsindəki qeyri yaşayış sahəsi olan “Mərmərə” adlı kafeyə su sızma nəticəsində ziyan dəydiyi müəyyən edilsə də, lakin su sızmanın hansı mərtəbədən və ya hansı mənzildən baş verdiyini müəyyən edilmədiyindən və iddiaçı tərəfindən məhz Bakı şəhəri Xətai rayonu M.Hadi 23/24 bina 39D-də yerləşən ** saylı mənzildən suyun axıdılmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən iddia tələbi təmin edilməmişdir.
26. Birinci instansiya məhkəməsinin qətnaməsində haqlı olaraq qeyd olunduğu kimi, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi ev 39D ünvanına ünvan 5 saylı mənzildən suyun axıdılması müəyyən edilməmişdir.
27. Mülki prosessual qanunvericiliyin tələblərinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
28. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur, iş üzrə düzgün olmayan qətnamənin çıxarılması ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə birinci instansiya məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır, əlavə araşdırma və qiymətləndirmə aparılmasına zərurət görmür.
29. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
30. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.