Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-874/2026 07.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər cavabdeh2, cavabdeh1 (qanuni nümayəndəsi Qanuni nümayəndə) və Bakı şəhəri ** saylı Notariat Ofisinə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi,çıxarışın ləğv edilməsi, miras payı) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, Cavabdeh, eyni zamanda, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 nümayəndəsi cavabdeh2, Cavabdeh cavabdeh1 qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 Publik Hüquqi Şəxsinin * saylı Abşeron Ərazi İdarəsi, Bakı şəhəri ** saylı Notariat Ofisinin notariusu Mirzəzadə İslam Natiq oğlu, X7, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdehlər cavabdeh2, cavabdeh1 (qanuni nümayəndəsi Qanuni nümayəndə) və Bakı şəhəri ** saylı Notariat Ofisinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və s. tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- ****/**** nömrəli ## ###### 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə ## ##### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhər ** saylı notariat ofisinin 2V-30,** saylı reyestr nömrəli Vərəsəlik işinə (##.##.2022 – ##.##.2024) daxil olan: - ##.##.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, ##.##.2022-ci il tarixdə vəfat etmiş X10 vərəsəsi ünvan 4 ünvanında qeydiyyatda olan qızı cavabdeh2dır və o, miras əmlakdan 1/8 hissədə pay almalıdır. Şəhadətnamə əsasında verilən miras əmlak: mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 Publik Hüquqi Şəxsinin * saylı Abşeron Ərazi İdarəsi tərəfindən ##.##.2023cü il tarixdə X10 verilmiş 308013038428-***** reyestr nömrəli, ********** qeydiyyat nömrəli “hüququn ölmüş şəxsə məxsus olması haqqında” dövlət reyestrindən arayışa əsasən Abşeron rayonu, Saray qəsəbəsi, X5 küçəsi, ev 21 ünvanında yerləşən, ümumi sahəsi 302.9 kv/m olan fərdi yaşayış evindən və ümumi sahəsi 0.0942 ha olan torpaq sahəsindən ibarətdir; - ##.##.2024-cü il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, * saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən ##.##.2018-ci il tarixdə təsdiq edilən və reyestrdə 161 nömrəsi ilə qeyd olunan vəsiyyətnaməyə əsasən ##.##.2022-ci il tarixdə vəfat etmiş X10 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi - nəticəsi cavabdeh1dur və o, miras əmlakdan 6/8 hissədə pay almalıdır. Şəhadətnamə əsasında verilən miras əmlak: mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 Publik Hüquqi Şəxsinin * saylı Abşeron Ərazi İdarəsi tərəfindən ##.##.2023-cü il tarixdə X10 verilmiş 308013038428-***** reyestr nömrəli, ********** qeydiyyat nömrəli “hüququn ölmüş şəxsə məxsus olması haqqında” dövlət reyestrindən arayışa əsasən Abşeron rayonu, Saray qəsəbəsi, X5 küçəsi, ev 21 ünvanında yerləşən, ümumi sahəsi 302.9 kv/m olan fərdi yaşayış evindən və ümumi sahəsi 0.0942 ha olan torpaq sahəsindən ibarətdir. (Digər vərəsələr: cavabdeh2 ##.##.2024-cü ildə mirasda payı 1/8 hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir; X6 mirasda payı mirasın 1/8 hissəsi açıq saxlanılır); - mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 Publik Hüquqi Şəxsinin * saylı Abşeron Ərazi İdarəsi tərəfindən ##.##.2023-cü il tarixdə X10 verilmiş ********** qeydiyyat nömrəli “hüququn ölmüş şəxsə məxsus olması haqqında” dövlət reyestrindən arayışdan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, X5 küçəsi, ev 21 ünvanında yerləşən, ümumi sahəsi 302.9 kv/m olan fərdi yaşayış evi və ümumi sahəsi 0.0942 ha olan torpaq sahəsi tam payda X10 məxsus olmuş, həmin arayış əsasında mərhumun vərəsəsi müəyyən edildiyi təqdirdə həmin daşınmaz əmlak üzərində vərəsənin hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alına biləcəyi və arayışın notariat ofisin vərəsəliyin rəsmiləşdirilməsi üçün verilməsi qeyd olunmuşdur; - Mirasın qəbul edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi barədə vərəsə cavabdeh2 ##.##.2022-ci il tarixli ərizəsindən görünür ki, ərizə verənin atası X10 ölmüşdür və ərizəçi ondan irs qalmış pul vəsaitindən ibarət miras əmlakı qəbul edir və mirasın tərkibinə daxil olan pul vəsaitindən ona çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini (əmlakın növü – mənzil) xahiş edir; - cavabdeh1 tərəfindən notariat ofisinə ünvanlanmış ##.##.2024-cü il tarixli ərizədən görünür ki, o, miras əmlaka - Abşeron rayonu, Saray qəsəbəsi, X5 küçəsi, ev 21 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsinə qanun üzrə vərəsəlik üzrə şəhadətnamə verilməsini xahiş edir; - Qanuni nümayəndə tərəfindən notariat ofisinə ünvanlanmış ##.##.2024-cü il tarixli ərizədən görünür ki, o, oğlu cavabdeh1 mirasın qəbulu ilə bağlı ərizəni imzalamasına etiraz etmir; - ##.##.2018-ci il tarixli vəsiyyətnamədən görünür ki, X10 ölən günədək özünün bütün əmlakını cavabdeh1 vəsiyyət etmişdir; - X6 nümayəndəsi İddiaçı tərəfindən ** saylı notarius ofisinə verilmiş ##.##.2022-ci il tarixli ərizədən görünür ki, X6 atası X10 irs qalan daşınar və daşınmaz əmlakdan ibarət mirası qəbul edir və ona çatası hissəyə dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsini xahiş edir; - Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş ##.##.2022-ci il tarixli arayışdan görünür ki, X10 ## ###### 2022-ci ildə ölmüşdür; - cavabdeh2 tərəfindən notariat ofisinə ünvanlanmış ##.##.2024-cü il tarixli ərizədən görünür ki, o, ##.##.2022-ci il tarixdə vəfat etmiş atası X10 ondan, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, X6 başqa digər vərəsələri yoxdur.
2. Zəngilan Rayon İcra Hakimiyyətinin ##.##.2024-cü il tarixli məktubundan və Qəyyumluq və Himayəçilik Komissiyasının ## ### 2024-cü il tarixli ** nömrəli protokolundan çıxarışdan görünür ki, gələcəkdə azyaşlının mənafeyinə mənfi təsir göstərməyəcəyi şərti ilə Abşeron rayonu, Saray qəsəbəsi, X5 küçəsi, ev 21-də cavabdeh1 babasından miras qalmış əmlakdan 6/8 hissədə payın özgəninkiləşdirilməsinə / bağışlanmasına Qəyyumluq və Himayəçilik Komissiyasının ## ### 2024- cü il tarixli qərarı ilə icazə verilmişdir.
3. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, X5 küçəsi, ev 21 ünvanında yerləşən fərdi yaşayış evi və 0.0942 ha torpaq sahəsi ##.##.2024-cü il tarixdə 1/8 hissədə cavabdeh2, 6/8 hissədə cavabdeh1 məxsusdur. 1/8 hissədə açıq pay saxlanılmışdır.
4. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ##.##.2022-ci il tarixli *(***)-****/**** nömrəli Qərardan görünür ki: - Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakin Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, ##.##.2020-ci il tarixli çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsi, X5 küçəsi ev 21 ünvanında yerləşən, ümumi sahəsi 302.99 kv.m olan fərdi yaşayış evi X10 mülkiyyətində olmuşdur. X10 tərəfindən X6 ##.##.2021-ci il tarixdən ##.##.2031-ci ilədək verilmiş və Abşeron rayonu * saylı notariat ofisi tərəfindən 7E **** reyestr sayla qeydə alınmış etibarnamə əsasında X6 etibarnaməni etibaretmə qaydasında ona verilmiş səlahiyyətlərini Sumqayıt Asan Xidmət mərkəzində notariat ofisində 7E-**** reyestr sayla qeydə alınmış ## #### 2021-ci il tarixli etibarnamə ilə İddiaçı vermiş, bundan sonra İddiaçı həmin etibarnamə ilə Sumqayıt Asan Xidmət mərkəzində notariat ofisində 4Ə-*** reyestr saylı, ##.##.2021-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi ilə X10 məxsus Abşeron rayon, Saray qəsəbəsi, X5 küçəsi, ev 21 ünvanında yerləşən, ümumi sahəsi 302.9 kv.m olan fərdi yaşayış evini X6 bağışlamış və sonuncunun mülkiyyət hüququ ##.##.2021-ci ildə qeydiyyata alınmışdır; - İddiaçı X10 cavabdehlər X6 və X3 (üçüncü şəxslər Abşeron rayon * saylı Notariat ofisi və İddiaçı) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X6 ##.##.2021-ci il tarixində Abşeron rayon * saylı Notariat Ofisində verilmiş **** reyestr nömrəli, ##.##.2021-ci il tarixində X3 Sumqayıt şəhəri * saylı notariat ofisində verilmiş **** reyestr nömrəli və Sumqayıt Asan Xidmət Mərkəzinin Notariat ofisində İddiaçı verilmiş 7E-**** reyestr nömrəli etibarnamələrin etibarsız hesab olunması, ##.##.2021-ci il tarixli, 4Ə-*** reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab olunması, həmin müqavilənin əsasında Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeydiyyatın və verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir; - Abşeron Rayon Məhkəməsinin (hakim C.Səfiyeva) ## ###### 2021-ci il tarixli, 2(012)- ****/**** saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir; - Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-***/**** nömrəli ## #### 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Abşeron Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ## ###### 2021-ci il tarixli qətnaməsi qismən, ##.##.2021-ci il tarixli, 4Ə-*** reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab olunması, həmin müqavilənin əsasında Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeydiyyatın və verilmiş çıxarışın ləğvinin təmin edilməməsi hissəsində ləğv olunmuş, həmin hissədə yeni qətnamə qəbul edilərək, Sumqayıt Asan Xidmət mərkəzində notariat ofisində 4Ə-*** reyestr saylı, ##.##.2021-ci il tarixli X10 adından etibarnamə ilə çıxış edən nümayəndəsi İddiaçı ilə X6 arasında bağlanmış Abşeron rayonu, Saray qəsəbəsi, X5 küçəsi, ev 21 ünvanında yerləşən, ümumi sahəsi 302.9 kv.m olan fərdi yaşayış evinin bağışlanmasına dair müqavilə etibarsız hesab edilməsi, həmin müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində Abşeron rayonu, Saray qəsəbəsi, X5 küçəsi, ev 21 ünvanında yerləşən, ümumi sahəsi 302.99 kv.m olan fərdi yaşayış evinin X6 adına ##.##.2021-ci ildə aparılmış qeydiyyat və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi, qətnamənin cavabdeh X6 ##.##.2021-ci il tarixində Abşeron rayon * saylı Notariat Ofisində verilmiş **** reyestr nömrəli, ##.##.2021ci il tarixində X3 Sumqayıt şəhəri * saylı notariat ofisində verilmiş **** reyestr nömrəli və Sumqayıt Asan Xidmət Mərkəzinin Notariat ofisində İddiaçı verilmiş 7E-**** reyestr nömrəli etibarnamələrin etibarsız hesab olunmasının təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılması və s. qət edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2022-ci il tarixli *(***)-****/**** nömrəli Qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-***/**** nömrəli, ## #### 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 Publik Hüquqi Şəxsinin * saylı Abşeron Ərazi İdarəsi, Bakı şəhəri ** saylı Notariat Ofisinin notariusu Mirzəzadə İslam Natiq oğlu, X7, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdehlər cavabdeh2, cavabdeh1 (qanuni nümayəndəsi Qanuni nümayəndə) və Bakı şəhəri ** saylı Notariat Ofisinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh cavabdeh1 verilmiş Bakı şəhəri ** saylı notariat ofisində ##.##.2024-cü il tarixdə 2V-31 № ilə qeyd edilmiş Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnəmənin və cavabdeh cavabdeh2 verilmiş Bakı şəhəri ** saylı notariat ofisində ##.##.2024-cü il tarixdə 2V-30 №-ilə qeyd edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnəmənin etibarsız hesab edilməsi, həmin şəhadətnamələr əsasında verilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrlı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəli, 308013038428-***** reyestr nömrəli çıxarışın ləğv edilməsi və mərhum atası X6 Abşeron rayonu, Saray qəsəbəsi, X5 küçəsi, ev 21 ünvanında yerləşən ümumi sahəsi 302.9 kv/m olan fərdi yaşayış evindən və ümumi sahəsi 0.0942 ha olan torpaq sahəsindən ibarət miras əmlakda miras payının ½ hissədə müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Daha sonra iddiaçı İddiaçı (vəkili-nümayəndəsi Vəkil) tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verilərək, cavabdeh cavabdeh1 verilmiş Bakı şəhəri ** saylı notariat ofisində ##.##.2024- cü il tarixdə 2V-31 № ilə qeyd edilmiş Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnəmənin və cavabdeh cavabdeh2 verilmiş Bakı şəhəri ** saylı notariat ofisində ##.##.2024-cü il tarixdə 2V30 № ilə qeyd edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamələr əsasında verilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrlı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəli, 308013038428-***** reyestr nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.2022-ci il tarixdə vəfat etmiş babası X10 məxsus Abşeron rayonu, Saray qəsəbəsi, X5 küçəsi, ev 21 ünvanında yerləşən ümumi sahəsi 302.9 kv/m olan fərdi yaşayış evindən və ümumi sahəsi 0.0942 ha olan torpaq sahəsindən ibarət miras əmlaka dair Bakı şəhəri ** saylı notariat ofisində ##.##.2024-cü il tarixdə 2V-30 № ilə qeyd edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnəmə və 2V-31 № ilə qeyd edilmiş Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Cavabdeh cavabdeh2 mirasda payı Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnəməyə əsasən mirasın 1/8 hissəsinə tanınmış, cavabdeh cavabdeh1 isə Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnəməyə əsasən mirasda payı mirasın 6/8 hissəsinə tanınmışdır. Hər iki şəhadətnamə ilə atası X6 mirasda payı mirasın 1/8 hissəsində açıq saxlanmışdır. Şəhadətnamələrin verilməsindən iddiaçının xəbəri olmamışdır. Bu barədə məhz cavabdehlər tərəfindən iddiaçıya qarşı Abşeron Rayon Məhkəməsində irəli sürülmüş mirasa daxil olan əmlak Abşeron rayonu, Saray qəsəbəsi, X5 küçəsi, ev 21 ünvanından çıxarılma barədə müvafiq iddia tələbindən sonra xəbər tutmuşdur. Belə ki, cavabdeh Bakı şəhəri ** saylı notariat ofisinə vəkil sorğusu ilə müraciət edildikdən sonra iddiaçıya məlum olmuşdur ki, müvafiq şəhadətnamələr verilmişdir. Vərəsəlik mülki qanunvericiliyin tələbləri pozulmaqla həyata keçirilmişdir. Belə ki, miras qoyan – mərhum babası X10 ##.##.2022-ci il tarixdə vəfat etmişdir. Qanun üzrə babasının 4 vərəsəsi vardır: mərhum atası X6, bibisi iş üzrə cavabdeh cavabdeh2 və digər bibiləri mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 və X11. Mirasın qəbulu ilə bağlı mərhum atası X6 tərəfindən iddiaçının nümayəndəliyi vasitəsilə ##.##.2022-ci il tarixdə cavabdeh Bakı şəhəri ** saylı notariat ofisinə ərizə verilmişdir. Atasından başqa mirasın qəbulu ilə bağlı bibisi cavabdeh cavabdeh2 ##.##.2022-ci il tarixdə müraciət etmişdir. Bibiləri mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 və X11 mirasın qəbulu ilə bağlı müraciət etməmiş nə də ki, mirası qəbul etməkdən imtina etmişlər. Yəni, babası tərəfindən diğər cavabdeh cavabdeh1 bütün əmlakının vəsiyyət edilməsi baradə vəsiyyətnamə mövcud olsa da vərəsə olaraq o, qanunla müəyyən edilmiş müddətdə mirasın qəbulu ilə bağlı nə ərizə vermiş, nə də ki, miras əmlakı faktiki qəbul etmişdir. Miras açıldığı vaxtdan məhz 2 il sonra ##.##.2024-cü ildə mirasın qəbulu barədə ərizə ilə notariat ofisinə müraciət etmiş və ona mirasda miras payın 6/8 hissəsinə dair Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Hansı ki, istər qanun üzrə vərəsə istərsə də vəsiyyət üzrə vərəsə üçün mirasın qəbulu üçün qanunverici (mübahisəli hüquq münasibəti yarandığı vaxt qüvvədə olan) 6 ay müddət müəyyən etmişdir. Həmin müddət ərzində vərəsə mirasın qəbulu ilə bağlı notariat orqanına müvafiq ərizə verməli və ya faktiki miras əmlaka və ya bir hissəsinə sahiblik etməlidir. Vərəsəlik üzrə notariat işindən də görünür ki, cavabdeh cavabdeh1 tərəfindən mirasın əmlakın faktiki qəbulu ilə bağlı hər hansı bir sübut yoxdur. Həmçinin, miras əmlak Abşeron rayonu, Saray qəsəbəsi, X5 küçəsi, ev 21 ünvanında yerləşən ümumi sahəsi 302.9 kv/m olan fərdi yaşayış evindən və ümumi sahəsi 0.0942 ha olan torpaq sahəsi faktiki olaraq 1990cı ildən mərhum atası X6 istifadəsində olmuş, həmin ünvanda pasport qeydiyyatında olmuşdur. İddiaçı özü 1990-cı ildən həmin ünvanda yaşayır, ailə üzvləri də həmin ünvanda yaşayırlar, pasport qeydiyyatındadırlar. Bir sözlə, cavabdeh cavabdeh1 həmin evlə heç bir əlaqəsi olmamışdır ki, faktiki əmlaka sahiblik etmiş olsun. Göründüyü kimi, vərəsəlik şəhadətnamələri verilərkən mübahisəli hüquq münasibəti yaranan vaxt qüvvədə olan AR Mülki Məcəlləsinin 1243.2-ci, 1246, 1248-ci maddələrinin tələbləri pozulmuş, həmçinin cavabdeh Bakı şəhəri ** saylı notariat ofisinin notariusu tərəfindən Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu bəndinin tələbinə riayət olunmamışdır. Nəticədə mərhum atası X6 çatası mirasda miras payın həcmi əhəmiyyətli dərəcədə azalmışdır. Vərəsəlik hüququ işin hallarına uyğun ,yəni qanun üzrə vərəsəlik qaydasında həyata keçirilmiş olsa idi, atasının mirasda payı mirasın ½ hissəsinə müəyyən olunmalı idi. Sadalanlara əsasən hesab edir ki, cavabdeh cavabdeh1 verilmiş Bakı şəhəri ** saylı notariat ofisində ##.##.2024-cü il tarixdə 2V-31 № ilə qeyd edilmiş Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnəmə və cavabdeh cavabdeh2 verilmiş Bakı şəhəri ** saylı notariat ofisində ##.##.2024-cü il tarixdə 2V-30 №-ilə qeyd edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnəmə etibarsız hesab edilməli, həmin şəhadətnamələr əsasında verilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrlı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəli, 308013038428-***** reyestr nömrəli çıxarış ləğv edilməli, mərhum atası X6 mirasda payı mirasın ½ hissəsinə Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməlidir.
8. Cavabdeh Bakı şəhəri ** saylı Notariat Ofisi tərəfindən etiraz təqdim edilərək, iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Etiraz belə əsaslandırılmışdır ki, ## ###### 2022-ci ildə vəfat edən X10 vərəsəlik işi onun vərəsələri tərəfindən verilmiş mirası qəbul haqqında ərizələrə əsasən ## #### 2022-ci ildə V-25 nömrəsi ilə açılmışdır. Müəyyən edilmişdir ki, ölənin dörd övladı vardır və həmin dörd övladın yalnız ikisi – cavabdeh2 və X6 notariat ofisinə müraciət etmişlər. Məlum olmuşdur ki, mərhum X10 ## ###### 2018-ci ildə özünə məxsus bütün daşınar və daşınmaz əmlakı ##.##.2008-ci il təvəllüdlü X8 notariat orqanında tərtib etdiyi vəsiyyətnamə ilə vəsiyyət etmişdir. Bununla əlaqədar, ofisin notariusu Mirzəzadə İslam Natiq oğlu həmin şəxsin axtarışına başlamışdır. Azyaşlı olduğu üçün onu tapmaqda müəyyən çətinliklərlə üzləşilmişdir. Nəhayət, 2024-cü ildə azyaşlının anası tapılmış, onlarla əlaqə saxlanılmış və vərəsəlik məsələləri ilə bağlı notariat ofisinə dəvət edilmişdir. Hüquq və vəzifələri onlara izah olunmuş, qanuni nümayəndənin notariat qaydasında təsdiq edilmiş ərizəsinə əsasən X8 mirası qəbul etməsi haqqında ərizə rəsmiləşdirilmiş və miras kütləsinə daxil edilmişdir. 2022-ci ildən bu günə qədər nə X6, nə də onun övladları (nümayəndələri) tərəfindən mirasın rəsmiləşdirilməsi ilə bağlı hər hansı addım atılmamış, şikayət və ya etiraz irəli sürülməmişdir. Halbuki, MM-nin 1272-ci maddəsinə əsasən (mirasın qəbulu və ya ondan imtina barəsində mübahisə açılması müddəti), mübahisə maraqlı şəxs müvafiq əsası bildiyi gündən etibarən iki ay ərzində qaldırıla bilər. İddiaçının göstərdiyi arqumentlər, o cümlədən, vərəsənin faktiki olaraq həmin ünvanda yaşaması və bunun miras payına təsir etməli olduğu fikri hüquqi baxımdan əsassızdır. Mülki qanunvericilik faktiki yaşayış vərəsəlik payının müəyyən olunmasında hüquqi əhəmiyyət kəsb edən hal kimi tanımır. Vərəsəlik hüququ qanuna və vəsiyyətnaməyə əsaslanır və faktiki istifadə və ya faktiki yaşama hüququ vərəsəlik payının müəyyən edilməsinə təsir göstərmir. İddiaçı iddia edir ki, guya notarius vəsiyyətnamə üzrə vərəsəyə imtina vermiş olsaydı və azyaşlını müddətin bərpası ilə bağlı məhkəməyə yönləndirsə idi, digər vərəsələr qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə üzrə ½ hissədə pay alacaqdılar. Bu, tamamilə yanlış yanaşmadır. Çünki, notarius həmin işi dayandırıb, azyaşlının mirasın qəbul müddətinin uzadılması (bərpası) barədə məhkəmə qərarını gözləməli idi və nəticədə, bugün olduğu kimi paylar yenə də bölüşdürülərək vərəsəlik hüququ haqqında şəhadətnamə veriləcəkdi. Azərbaycan Respublikasının və dünya ölkələrinin hüquq sistemlərində vəsiyyətnamə miras qoyanın son və iradəli ifadəsi hesab olunur və ona hörmətlə yanaşılması hüququn fundamental prinsiplərindən biri kimi qəbul edilir. Bir çox ölkənin miras hüququnda vəsiyyətnamənin qanun üzrə vərəsəlikdən üstünlüyü xüsusi vurğulanır. Bu baxımdan vəsiyyətnamə mövcud olan işlərdə mirasın kimə və hansı qaydada keçməsi məsələləri məhz miras qoyanın iradəsinə uyğun olaraq həll edilməlidir və bu, həm yerli qanunvericiliyin, həm də beynəlxalq hüquq doktrinasının qəbul etdiyi vahid yanaşmadır. Azyaşlının məhkəməyə göndərilməsinin səbəbi ondan ibarətdir ki, bu mərhələdə müddətin qəsdən və ya bilərəkdən buraxılması müəyyən edilməmişdir. Azyaşlının hüquq və maraqlarının qorunması prinsipi nəzərə alınmışdır. Heç bir məhkəmə azyaşlının hüququnu məhdudlaşdıraraq onun müddətin bərpası ilə bağlı iddiasını rədd etməzdi. Bu isə vaxt itkisinə, əlavə vəsait sərfinə və məhkəmələrin əsassız yerə yüklənməsinə səbəb olardı. Qeyd olunan bütün hallara görə aparılmış bütün notariat hərəkətləri – vərəsəlik işinin açılması, vəsiyyətnamənin əlavə olunması, azyaşlı vərəsənin mirası qanuni nümayəndəsi vasitəsilə qəbul etməsi və pay bölgüsünün müəyyən edilməsi tam şəkildə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq maddələrinə uyğun icra edilmişdir.
9. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 Publik Hüquqi Şəxsinin * saylı Abşeron Ərazi İdarəsi tərəfindən ##.##.2025-ci il tarixli sorğuya cavabdan görünür ki, keçmiş DTXK tərəfindən idarəyə təqdim edilmiş DBF elektron baza məlumatlarında X4 mülkiyyətində Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən ##.##.2005-ci il tarixli JN-1367A (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də qeyd olunan 0.09 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin olması qeyd edilmişdir. Abşeron rayonu * saylı notariat kontoru tərəfindən təsdiq edilmiş ##.##.2012-ci il tarixli 4Ə-*** reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 0.0942 ha torpaq sahəsi X10 adına özgəninkiləşdirilmişdir. 0.0942 ha torpaq sahəsi üzərində X10 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ##.##.2012-ci il tarixində 308013038428 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Torpaq sahəsində yerləşən fərdi yaşayış evi (Abşeron rayonu, Saray qəsəbəsi, X5 küçəsi, ev 21) üzərində X10 adına mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ##.##.2018-ci il tarixində 308013038428- ***** reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. ##.##.2020-ci il tarixində sözügedən fərdi yaşayış evinə X10 adına 308013038428-***** reyestr nömrəli dublikat çıxarış verilmişdir. Sumqayıt “ASAN xidmət” mərkəzində notariat kontoru tərəfindən təsdiq edilmiş ##.##.2021-ci il tarixli 4Ə-*** reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən fərdi yaşayış evi X6 adına özgəninkiləşdirilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2022-ci il tarixli icra qərardadına əsasən X10 adına ##.##.2023-cü il tarixində Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayış verilmişdir. Bakı şəhəri ** saylı notariat kontoru tərəfindən təsdiq edilmiş ##.##.2024-cü il tarixli 2V30 və 2V31 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında sözügedən fərdi yaşayış evinə paylı çıxarış cavabdeh2 (payı 1/8 hissə), cavabdeh1 (payı 6/8 hissə) (1/8 hissə isə açıq pay olaraq saxlanılmışdır) adına verilmişdir.
10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) ## ###### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Günay Abidova) iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
11. Məhkəmə iddianı rədd edərkən qeyd etmişdir ki, cavabdeh yetkinlik yaşına çatmayan cavabdeh1 qanuni nümayəndəsi tərəfindən müəyyən edilmiş müddət ərzində müraciət edilməməsi onun vərəsəlik hüquqlarının məhdudlaşdırılmasına əsas verə bilməz. İddiaçının nümayəndəsi öz izahatında bildirmişdir ki, məhkəmə müddətin ötürülməsi ilə yanaşı, qanuni nümayəndə Qanuni nümayəndə mirasın açıldığından xəbərdar olmasına baxmayaraq rəsmi müraciət etməmiş olmasını onun miras əmlakı qəbul etməkdə maraqlı olmaması kimi qiymətləndirməli və nəzərə almalıdır. İddia etmişdir ki, əslində Qanuni nümayəndə sonradan cavabdeh2 mirasda payını artırmaq məqsədi ilə onunla əlbir olmuş və notariusa bu səbəblə sonradan müraciət etmişdir. Məhkəmə qeyd etmişdir ki, miras əmlak Qanuni nümayəndə deyil, onun qanuni nümayəndəsi olduğu məhdud fəaliyyət qabiliyyətli cavabdeh1 vəsiyyət edilmişdir. Bu o deməkdir ki, qanuni nümayəndənin niyyətinin və ya əmlakı qəbul etməkdə maraqlı olub-
12. olmamasının məhkəmə üçün əhəmiyyəti yoxdur. Bundan əlavə, qanuni qüvvəsini almış məhkəmə qətnaməsindən də görünür ki, iddiaçı özü miras əmlaka münasibətdə vicdanlı davranmamış, hələ miras qoyanın sağlığında atasına verilmiş etibarnamə əsasında səlahiyyətlərin ona ötürülməsi yolu ilə həmin əmlakı atasına bağışlamış, bununla da, əmlakın mülkiyyətçisi olmuş mərhum babasının mülkiyyət hüququndan əsassız məhrum olmasına və digər vərəsələrin hüquqlarının pozulmasına səbəb olmuşdur.
13. Məhkəmə hesab etmişdir ki, qeyd olunan müddətlər məhdud fəaliyyət qabiliyyətli şəxslərə şamil olunmadığından, yəni onun müəyyən olunmuş müddət ərzində müraciət etməmiş olmasının imtina kimi qəbul edilməsinə yol verilmədiyindən, qanuni nümayəndənin müraciət edib-etməməsindən asılı olmayaraq cavabdeh1 vərəsəlik hüququ öz mövcudluğunu davam etdirdiyindən, notarius qanunvericinin məhdud fəaliyyətli qabiliyyətli şəxsin hüquqlarının müdafiəsi məqsədini əsas götürməklə, azyaşlının ərizəsi əsasında notarial rəsmiləşdirmə aparmaqda və vərəsəlik şəhadətnaməsini verməkdə haqlı olmuşdur.
14. Bundan əlavə, notarius tərəfindən miras əmlakın pay bölgüsü də mülki qanunvericiliyin tələblərinə uyğun aparılmış və şəhadətnamələrdə düzgün əks olunmuşdur. Belə ki, əmlak vəsiyyət edildiyindən, mərhum miras qoyanın uşaqları əmlakdan məcburi pay hüququna sahib olmuş və qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını ( ¼-in yarısını) – 1/8 hissəsini əldə etmişlər. Mirasdan imtina etmiş vərəsələrin payları isə vəsiyyətnamə üzrə vərəsənin payına əlavə edilmişdir. Həmçinin, digər cavabdeh qanun üzrə vərəsə cavabdeh2 qanunla müəyyən edilmiş müddət ərzində ərizə ilə notariusa müraciətini də nəzərə alaraq, ona verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığı üçün heç bir əsas müəyyən edilməmişdir.
15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.3, 33, 1133, 1134.2, 1145, 1146, 1151, 1151.1.1, 1193, 1196, 1243.1, 1243.2, 1243.3 (## #### 2025ci il tarixədək olan redaksiyada), 1244, 1246 (## ###### 2023-cü il tarixli qərarla qüvvədən düşmüş hesab edilmişdir), Maddə 1248.1 və 1248.2 (## ###### 2023-cü il tarixli qərarla qüvvədən düşmüş hesab edilmişdir), 1256, 1262, 1268.2, 1269, 1273-1, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 88, 106.1, 107, 119.1, 216-220, 227 və 233-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
16. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ##.##.2022-ci il tarixdə vəfat etmiş babası X10 məxsus yaşayış evindən və torpaq sahəsindən ibarət miras əmlaka dair Bakı şəhəri ** saylı notariat ofisində ##.##.2024-cü il tarixdə 2V-30 №- ilə qeyd edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnəmə və 2V-31 № ilə qeyd edilmiş Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Cavabdeh cavabdeh2 mirasda payı Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnəməyə əsasən mirasın 1/8 hissəsinə tanınmış, cavabdeh cavabdeh1 isə Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnəməyə əsasən mirasda payımirasın 6/8 hissəsinə tanınmışdır. Hər iki şəhadətnamə ilə atası X6 mirasda payı mirasın 1/8 hissəsində açıq saxlanmışdır. Şəhadətnamələrin verilməsindən xəbəri olmamışdır. Bu barədə məhz cavabdehlər tərəfindən ona qarşı Abşeron Rayon Məhkəməsində irəli sürülmüş mirasa daxil olan əmlak Abşeron rayonu, Saray qəsəbəsi, X5 küçəsi, ev 21 ünvanından çıxarılma barədə müvafiq iddia tələbindən sonra xəbər tutmuşdur. Belə ki, cavabdeh Bakı şəhəri ** saylı notariat ofisinə vəkil sorğusu ilə müraciət edildikdən sonra ona məlum olmuşdur ki, müvafiq şəhadətnamələr verilmişdir. Vərəsəlik mülki qanunvericiliyin tələbləri pozulmaqla həyata keçirilmişdir. Belə ki, miras qoyan-mərhum babası X10 ##.##.2022-ci il tarixdə vəfat etmişdir. Qanun üzrə babasının 4 vərəsəsi vardır: mərhum atası X6, bibisi iş üzrə cavabdeh cavabdeh2 və digər bibiləri mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 və X11. Mirasın qəbulu ilə bağlı mərhum atası X6 tərəfindən onun nümayəndəliyi vasitəsilə ##.##.2022-ci il tarixdə cavabdeh Bakı şəhəri ** saylı notariat ofisinə ərizə verilmişdir. Atasında başqa mirasın qəbulu ilə bağlı bibisi cavabdeh cavabdeh2 ##.##.2022-ci il tarixdə müraciət etmişdir. Bibiləri mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 və X11 mirasın qəbulu ilə bağlı müraciət etməmiş nə də ki, mirası qəbul etməkdən imtina etmişlər. Yəni bildirmək istəyir ki, babası tərəfindən diğər cavabdeh cavabdeh1 bütün əmlakının vəsiyyət edilməsi baradə vəsiyyətnamə mövcud olsa da, vərəsə olaraq o, qanunla müəyyən edilmiş müddətdə mirasın qəbulu ilə bağlı nə ərizə vermiş, nə də ki, miras əmlakı faktiki qəbul etmişdir. Miras açıldığı vaxtdan məhz 2 il sonra ##.##.2024-cü ildə mirasın qəbulu barədə ərizə ilə notariat ofisinə müraciət etmiş və ona mirasda miras payın 6/8 hissəsinə dair Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Hansı ki, istər qanun üzrə vərəsə, istərsə də vəsiyyət üzrə vərəsə üçün mirasın qəbulu üçün qanunverici (mübahisəli hüquq münasibəti yarandığı vaxt qüvvədə olan) 6 ay müddət müəyyən etmişdir. Həmin müddət ərzində vərəsə mirasın qəbulu ilə bağlı notariat orqanına müvafiq ərizə verməli və ya faktiki miras əmlaka və ya bir hissəsinə sahiblik etməlidir. Vərəsəlik üzrə notariat işindən də görünür ki, cavabdeh cavabdeh1 tərəfindən mirasın əmlakın faktiki qəbul ilə bağlı hər hansı bir sübüt yoxdur. Həmçinin qeyd edir ki, miras əmlak Abşeron rayonu, Saray qəsəbəsi, X5 küçəsi, ev 21 ünvanında yerləşən ümumi sahəsi 302.9 kv/m olan fərdi yaşayış evindən və ümumi sahəsi 0.0942 ha olan torpaq sahəsi faktiki olaraq 1990-cu ildən mərhum atası X6 istifadəsində olmuş, həmin ünvanda pasport qeydiyyatında olmuşdur. O özü 1990-cu ildən həmin ünvanda yaşayır, ailə üzvləri də həmin ünvanda yaşayırlar, pasport qeydiyyatındadırlar. Bir sözlə cavabdeh cavabdeh1 həmin evlə heç bir əlaqəsi olmamışdır ki, faktiki əmlaka sahiblik etmiş olsun. Göründüyü kimi vərəsəlik şəhadətnamələri verilərkən mübahisəli hüquq münasibəti yaranan vaxt qüvvədə olan AR Mülki Məcəlləsinin 1243.2-ci, 1246, 1248-ci maddələrinin tələbləri pozulmuş, həmçinin cavabdeh Bakı şəhəri ** saylı notariat ofisinin notariusu tərəfindən Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu bəndinin tələbinə riayət olunmamışdır. Nəticədə mərhum atam X6 çatası mirasda miras payın həcmi əhəmiyyətli dərəcədə azalmışdır. Vərəsəlik hüququ işin hallarına uyğun, yəni qanun üzrə vərəsəlik qaydasında həyata keçirilmiş olsa idi atasının mirasda payı mirasın ½ hissəsinə müəyyən olunmalı idi. Həmçinin bildirir ki, iddiaçı sözügedən fərdi yaşayış evində əsaslı təmir işləri görmüş və xərc çəkmişdir. Notariat orqanının və cavabdehlərin qanunsuz hərəkətləri olmasa idi, iddiaçı yaşayış evi üçün xərc çəkməzdi və nəticədə ona maddi ziyan vurulmazdı. İşin faktiki hallarından da görünür ki, 6 aylıq müddət ötürülmüşdür. Buna baxmayaraq, notariat orqanı və cavababdehlər qanunsuzluq etmiş nəticədə də iddiaçıya xeyli maddi zərər vurmuşdur. Bu səbəblə də çıxarılmış qətnaməni tamamilə qanunsuz və əsassız hesab edir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Proses iştirakçılarının izahatı
19. Məhkəmə iclasında iştirak edən cavabdeh, eyni zamanda, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 nümayəndəsi cavabdeh2 və cavabdeh cavabdeh1 qanuni nümayəndəsi Qanuni nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Sonuncu həmçinin bildirdi ki, notariusa gec müraciət etməsinin səbəbi iddiaçının mərhumun verdiyi etibarnamədən sui-istifadə edərək miras əmlakı atasının adına rəsmiləşdirməsi olmuşdur, yəni o, məhkəmə qərarını gözləmişdir ki, əmlak mərhumun adına bərpa olunsun.
20. İddiaçının nümayəndəsi, eyni zamanda birinci instansiya məhkəməsində vəkili olmuş Vəkil məhkəməyə ərizə ilə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsində baxılan mülki işdə məhkəmə iclasının hazırki iclasla eyni vaxta təsadüf etdiyindən, hazırki iclasın təxirə salınmasını xahiş etmişdir.
21. Vəkil tərəfindən başqa məhkəmə iclasında iştirakı ilə bağlı, həmçinin hazırki icraat üçün vəkil kimi səlahiyyətlərini təsdiq edən order əlavə edilmədiyindən işə onun iştirakı olmadan baxılmasını kollegiya mümkün hesab etmişdir.
22. Məhkəmə iclasının yeri və vaxtı barədə digər tərəflərə məlumat verilməsinə baxmayaraq, onlar (nümayəndə) məhkəmə iclasına gəlmədiklərindən, işə oların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası
23. Maddə 29, VII hissə. Dövlət vərəsəlik hüququna təminat verir.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
24. Maddə 28.3. 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır.
25. Maddə 1133. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
26. Maddə 1134.2. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olubolmadığına baxmayaraq, ola bilərlər.
27. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
28. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
29. Maddə 1151. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.
30. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).
31. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.
32. Maddə 1196. Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır.
33. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
34. Maddə 1243.2. və 1243.3. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir (## #### 2025-ci il tarixədək olan redaksiyada).
35. Maddə 1244. Mirası fəaliyyət qabiliyyətli şəxs qəbul edə bilər. Fəaliyyət qabiliyyəti olmayan və məhdud fəaliyyət qabiliyyətli şəxslər mirası öz qanuni nümayəndələri vasitəsilə qəbul edirlər.
36. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir (## ###### 2023-cü il tarixli qərarla qüvvədən düşmüş hesab edilmişdir).
37. Maddə 1248.1, 1248.2. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir (## ###### 2023-cü il tarixli qərarla qüvvədən düşmüş hesab edilmişdir).
38. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.
39. Maddə 1262. Əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın.
40. Maddə 1268.2. Əgər vərəsə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxsdirsə, mirasdan imtinaya məhkəmənin icazəsi ilə yol verilir.
41. Maddə 1269. Mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktik başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət etməlidir (## #### 2025-ci il tarixədək olan redaksiyada).
42. Maddə 1273-1. Vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263cü maddələri tətbiq edilir (## ###### 2023-cü il tarixli qərarla qüvvədən düşmüş hesab edilmişdir).
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
45. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
47. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
48. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
49. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
50. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
51. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
52. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
53. Qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
54. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
55. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı İddiaçı babası - X10 ölümünədək mülkiyyətində olan bütün əmlakları ##.##.2018-ci il tarixdə təsdiq edilən və reyestrdə 161 nömrəsi ilə qeyd olunan vəsiyyətnaməyə əsasən nəticəsi cavabdeh1 vəsiyyət etmişdir. Daha sonra miras əmlak iddiaçının atası X6 mülkiyyətinə keçmişdir. Belə ki, X10 tərəfindən X6 etibarnamə verilmiş, o da etibaretmə əsasında ona verilmiş səlahiyyətlərini etibarnamə ilə oğlu (iddiaçı) İddiaçı vermiş, bundan sonra İddiaçı həmin etibarnamə əsasında ##.##.2021-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi ilə X10 məxsus miras əmlakı X6 bağışlamışdır. Sonuncunun əmlaka mülkiyyət hüququ ##.##.2021-ci ildə qeydiyyata alınmışdır. Miras qoyan X10 məhkəməyə müraciət edərək, oğluna verdiyi etibarnamənin aldatma yolu ilə qol çəkdirməklə verildiyini, bağışlanma müqaviləsinin uydurma əqd olduğunu bildirmiş və həm etibarnamənin, həm bağışlanma müqaviləsinin etibarsız hesab olunmasını, həm də Ağammədov Əlövsətin adına verilmiş çıxarışın ləğvini tələb etmişdir. Birinci instansiya məhkəməsi iddiaçının tələbini rədd etsə də, apellyasiya instansiyasında iddiaçının tələbi qismən təmin olunmuş, bağışlanma müqaviləsi etibarsız hesab edilmiş və Ağammədov Əlövsətin adına Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeydiyyat və verilmiş çıxarış ləğv edilmişdir. Kassasiya instansiyasında da Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır. Məhkəmə prosesləri davam edən müddətdə - ##.##.2022-ci ildə miras qoyan vəfat etmişdir.
56. Miras əmlaka dair mülkiyyət hüququ ##.##.2023-cü il tarixdə verilmiş “Hüququn ölmüş şəxsə məxsus olması haqqında” dövlət reyestrindən arayışa əsasən təkrarən mərhum miras qoyan X10 mülkiyyətinə keçmişdir. Qanun üzrə vərəsələr cavabdeh2 və X6 (nümayəndəsi İddiaçı vasitəsi ilə) müvafiq olaraq, ##.##.2022-ci il və ##.##.2022-ci il tarixlərdə ** saylı notariusa mirası qəbul etmək məqsədi ilə ərizə ilə müraciət etmişlər. Digər iki qanun üzrə vərəsə isə mirası qəbul etməmiş və ya ondan imtina etməmişlər.
57. Vəsiyyətnamə üzrə vərəsə cavabdeh1 qanuni nümayəndəsi Qanuni nümayəndə razılığı əsasında ##.##.2024-cü il tarixli ərizə ilə notariat ofisinə müraciət edərək, vəsiyyət üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. ##.##.2024-cü ildə cavabdeh1 vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, cavabdeh2 isə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. ##.##.2024-cü il tarixdə 1/8 hissədə cavabdeh2, ##.##.2024-cü il tarixdə 1/8 hissədə açıq payın saxlanılmaqla, 6/8 hissədə cavabdeh1 adına qeydiyyata alınmaqla bu barədə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrlı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəli, 308013038428- ***** reyestr nömrəli çıxarış verilmişdir.
58. Hazırda iddiaçı miras əmlakın qəbulu üçün vərəsəlik münasibətləri yaranan zaman qüvvədə olan qanunvericiliklə müəyyən olunmuş 6 aylıq müddətin ötürüldüyünü, cavabdeh cavabdeh1 qanuni nümayəndəsinin vərəsəlik işinin açılmasından xəbərdar olmasına baxmayaraq həmin müddət ərzində notariusa ərizə ilə müraciət etmədiyini, belə olan halda, notariusun digər vərəsənin – iddiaçının razılığını almadan və ya məhkəməyə müraciət edilmədən kobud pozuntuya yol verməklə şəhadətnamələri tərtib etdiyini iddia edərək, tərtib olunmuş şəhadətnamələrin etibarsız hesab edilməsini və həmin şəhadətnamələr əsasında verilmiş çıxarışın ləğv olunmasını xahiş edir.
59. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir.
60. Belə ki, fiziki şəxsin ölümü və ya onun ölmüş elan edilməsi ilə miras açılır və miras qoyanın vərəsələri ola biləcək şəxslər mirasın açıldığı andan vərəsəliyə çağırılmış hesab edilirlər.
61. Hazırki iş üzrə vərəsəlik hüquq münasibətlərinin yarandığı – mirasın açıldığı vaxt miras qoyanın öldüyü vaxt olan ##.##.2022-ci il tarixi hesab olunur. Həmin vaxt qüvvədə olan və iddiaçının iddiasının hüquqi əsasını təşkil edən müddəalar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2023-cü il tarixli Qərarı ilə qüvvədən düşmüş hesab edilsə də, Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və həmin vaxt məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilmişdir. Hazırki iş üzrə vərəsəlik hüquq münasibətləri isə daha yarandığından, məhkəmə haqlı olaraq həmin vaxt qüvvədə olan maddi hüquq normalarına istinad etmişdir.
62. Mülki Məcəllənin 1246 və 1248.1-ci maddələrinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər.
63. Hazırki halda mirası vəsiyyətnamə əsasında qəbul edən şəxs - cavabdeh1 yetkinlik yaşına çatmamış şəxsdir və mirasın açıldığı vaxt 14 yaşında, ərizə ilə müraciət etdiyi tarixdə isə 16 yaşında olmuş, yəni məhdud fəaliyyət qabiliyyətli şəxs olmuşdur. Mirası isə fəaliyyət qabiliyyətli şəxs qəbul edə bilər. Mülki qanunvericilik fəaliyyət qabiliyyəti olmayan və məhdud fəaliyyət qabiliyyətli şəxslər üçün mirasın qəbulu ilə bağlı fərqli müddəalar nəzərdə tutduğundan, yuxarıda qeyd edilən və iddianın hüquqi əsasını təşkil edən müddətlə bağlı müddəalar hazırki mübahisə üzrə tətbiq oluna bilməz.
64. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ####### 2022-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Qanunvericinin müəyyən etdiyi bu müddətin kəsici müddət kimi – yəni, vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət kimi qiymətləndirilməsi yolverilməzdir.
65. Mülki Məcəllənin 1268.2-ci maddəsinə əsasən, fəaliyyət qabiliyyəti tam olmayan şəxslərin mirasdan imtinası ancaq məhkəmənin qərarı əsasında mümkündür. Mülki Məcəllənin 1244-cü maddəsinə görə isə bu cür şəxslər yalnız qanuni nümayəndələri vasitəsi ilə mirası qəbul edə bilərlər. Belə olan halda qanuni nümayəndə mirasın qəbulu üçün nəzərdə tutulan 3 və ya 6 aylıq müddət ərzində qəbul üçün müraciət etməsə də, məhdud fəaliyyət qabiliyyətli və ya tam fəaliyyət qabiliyyətsiz şəxslərin vərəsəlik hüquqları öz mövcudluğunu davam etdirər. Əks halda sözügedən şəxslərin mirasdan imtinasının ancaq məhkəmə qərarı ilə mümkün ola biləcəyini nəzərdə tutan Mülki Məcəllənin 1268.2ci maddəsinin tələbi açıqca pozulmuş olar.
66. Birinci instansiya məhkəməsi haqlı olaraq göstərmişdir ki, qeyd olunan müddətlər məhdud fəaliyyət qabiliyyətli şəxslərə şamil olunmadığından, yəni onun müəyyən olunmuş müddət ərzində müraciət etməmiş olmasının imtina kimi qəbul edilməsinə yol verilmədiyindən, qanuni nümayəndənin müraciət edib-etməməsindən asılı olmayaraq cavabdeh1 vərəsəlik hüququ öz mövcudluğunu davam etdirdiyindən, notarius qanunvericinin məhdud fəaliyyətli qabiliyyətli şəxsin hüquqlarının müdafiəsi məqsədini əsas götürməklə, azyaşlının ərizəsi əsasında notarial rəsmiləşdirmə aparmaqda və vərəsəlik şəhadətnaməsini verməkdə haqlı olmuşdur. Əks yanaşma məhdud fəaliyyət qabiliyyətli şəxsin hüquqlarının həyata keçirilməsini qanuni nümayəndəsinin niyyətindən asılı etməklə, sui-istifadəyə açıq hala gətirər və məhdudlaşdırılmasına səbəb olardı.
67. Notarius tərəfindən miras əmlakın pay bölgüsü də mülki qanunvericiliyin tələblərinə uyğun aparılmış və şəhadətnamələrdə düzgün əks olunmuşdur.
68. Əmlak vəsiyyət edildiyindən, mərhum miras qoyanın uşaqları əmlakdan məcburi pay hüququna sahib olmuş və qanun üzrə qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (¼-in yarısını) – 1/8 hissəsini əldə etmişlər.
69. Mirasdan imtina etmiş vərəsələrin payları isə vəsiyyətnamə üzrə vərəsənin payına əlavə edilmişdir. Həmçinin, digər cavabdeh qanun üzrə vərəsə cavabdeh2 qanunla müəyyən edilmiş müddət ərzində ərizə ilə notariusa müraciətini də nəzərə alaraq, ona verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığı üçün heç bir əsas müəyyən edilməmişdir.
70. İddia tələbinin digər hissəsi – həmin şəhadətnamələr əsasında verilmiş “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın ləğv edilməsi tələbi iddia tələbinin əsas hissəsindən törəyən tələb olduğundan və həmin hissədə iddia tələbi və apellyasiya şikayəti təmin olunmadığından, kollegiya iddianın həmin hissəsinə münasibət bildirəyi zəruri hesab etmir.
71. Kollegiya apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir və onları birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsaslı hesab etmir.
72. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.