Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-883/2026 25.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 İsmayıl oğlu, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4, Bakı şəhəri ** saylı Notariat Ofisi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 PHŞ * saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № *(103)-883/2026 (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi, yalan əqd) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X5 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı İddiaçı, iddiaçının nümayəndəsi və vəkili X3, cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 İsmayıl oğlu, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4, Bakı şəhəri ** saylı Notariat Ofisi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 PHŞ * saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi və s.” tələbinə mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə ## ### 2026-cı il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı İddiaçı Bakı şəhəri ** saylı Notariat Ofisi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 PHŞ * saylı Bakı Ərazi İdarəsi cavabdeh Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh Cavabdeh arasında 2023-cü ilin avqust ayında ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakın satılması ilə bağlı bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında ##.##.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın (çıxarışın) ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı 2023-cü ilin avqust ayında şəxsi mülkiyyətində olmuş ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 169.1 kv.metr olan mənzili girov qoyub borca pul götürməklə bağlı cavabdeh Cavabdeh ilə razılığa gəlmiş və 384.000 manat borc verilməsinə razılaşmışlar. Cavabdeh bununla bağlı mənzili onun adına alqı-satqı yolu ilə keçirməyi, borc ödənildikdən sonra geri qaytaracağını bildirmiş və iddiaçı İddiaçı bu şərtə məcbur qalaraq razılıq vermişdir. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 2023-cü ilin avqust ayında alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı razılaşdırılmış borc məbləğindən 10.000 manat məbləğində pulu cavabdehə qaytarmışdır. Qeyd edilən səbəbdən də alqı-satqı müqaviləsi bağlandıqdan sonra mənzil cavabdehə təhvil verilməmişdir və hal-hazıradək iddiaçı həmin mənzildə yaşayır. Lakin cavabdeh aralarında olan şifahi razılaşmanı pozaraq iddiaçının məlumatı və razılığı olmadan mənzili başqa şəxsə satmışdır. Bununla da iddiaçıya aydın olmuşdur ki, cavabdeh onu aldatmışdır. Vacib əhəmiyyətli yanılma nəticəsində iddiaçı müqavilə bağlanmasına məcbur olmuşdur və yanılaraq müqavilədə mənzilin dəyəri az göstərilmişdir. Həmin ərazidə eyni ölçülü mənzillərin dəyəri 500.000 manatdan yuxarıdır. Həmçinin cavabdeh iddiaçını aldatmaqla onu əmlakından məhrum etmişdir. Göründüyü kimi, iddiaçı əlverişsiz şərtlər altında müqavilə bağlamağa məcbur olmuşdur, həmin vaxt müqavilənin doğuracağı nəticəni dərk etməmişdir. Cavabdehlə aralarında bağlanmış alqı-satqı müqaviləsi iddiaçının hüquqlarını kobud şəkildə pozmuş və ona görə də etibarsız hesab olunmalıdır.
3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakim Günay Abidova) iddia təmin edilməmişdir.
4. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 337.1, 337.5, 340, 356, 359.1, 404.1, 404.2, 560.1, 560.2, 560.3, 646.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 80, 88, 104.1, 106.1, 119.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
5. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış, əlavə olaraq göstərmişdir ki, məhkəmə müqavilə tərəflərinin öz hüquq və vəzifələrini vicdanla yerinə yetiribyetirməməsini aydınlaşdırmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
8. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, evin satılmasına yazılı razılıq verməmiş və alqı-satqıda iştirak etməmişdir. Əgər evi satmışdırsa, nəyə görə evdə yaşamağa davam etmişdir.
9. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçı şəxsən cavabdehi tanımır. Lətafət adlı makleri tanıyıb və ona güvənmişdir. Onun barəsində başlanmış cinayət işinə xitam verilmiş və bu xitamdan şikayət verilməmişdir. Həmçinin mülki qaydada da iddia qaldırılmamışdır.
10. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdeh ucuz ev alaraq satışından gəlir əldə etməklə məşğuldur və bu ev də ona bir az daha ucuz təklif edildiyindən almışdır. Tərəflər arasında daha öncə də alqısatqı münasibətləri olmuşdur. Həmin ev iddiaçının tələbi əsasında qaytarılmışdır. İddiaçının oğlu həm birinci dəfə, həm də ikinci dəfə borcu olduğunu bildirmiş, borcu bağlamaq üçün evlərini satmağa məcbur olduğunu demiş və alqı-satqı baş tutmuşdur. Cavabdeh sələmə pul verməmişdir. İddiaçı özü o vaxtı evdən hələ çıxmamaq üçün vaxt istəmişdir.
11. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq müstəqil tələb irəli sürməyən üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər. Bakı şəhəri ** saylı Notariat Ofisi tərəfindən məhkəməyə ərizə ünvanlanaraq iclasın onların nümayəndələrinin iştirakı olmadan keçirilməsi xahiş olunmuşdur.
12. İşin halları, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
13. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur
14. Maddə 337.1. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər
15. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır.
16. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
17. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
18. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.
19. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.
20. Maddə 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır.
21. Maddə 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur.
22. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir.
23. Maddə 359.3. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz.
24. Maddə 360.1. Əgər başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin.
25. Maddə 360.2. Təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir
26. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamədir.
27. Maddə 362.2. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir.
28. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
29. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
30. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
31. Maddə 739.1. (əvvəlki redaksiyada) Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
32. Maddə 739.2. (əvvəlki redaksiyada) Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
36. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apelyasiya baxışının hədləri
37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
39. İddiaçı tərəfindən qətnamə tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
41. Məhkəmə kollegiyası iş üzrə sübutlara, müəyyən edilmiş hallara qiymət verərək, iddianı rədd edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
42. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarına əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsi, ev 7 ünvanında yerləşən *** nömrəli mənzil ##.##.2016-cı il tarixdə iddiaçı İddiaçı adına qeydiyyata alınmışdır. ##.##.2023-cü il tarixdə iddiaçının oğluna 1 il müddətinə verdiyi ümumi etibarnamə əsasında o, sözügedən mənzili Bakı şəhəri ** saylı Notariat Ofisinin xüsusi notariusu X4 tərəfindən təsdiq edilmiş ##.##.2023-cü il tarixli alqı-satqı müqaviləsi əsasında 350.000 manata iş üzrə cavabdeh Cavabdeh satmış, müqaviləni cavabdehin əvəzinə isə onun etibarnamə əsasında nümayəndəsi Ələkbər-zadə Zaur Vaqif oğlu imzalamışdır. Notariat ofisi tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən həmin məbləğdə pul vəsaitinin notariusun depozit hesabına köçürülməsi və iddiaçının oğluna təqdim edilməsi üçün notariusun müvafiq banka məktub göndərməsi müəyyən edilir. Mənzil ##.##.2024-cü il tarixdə təsdiq edilmiş müqavilə ilə 384.000 manata iş üzrə üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 İsmayıl oğluna, ##.##.2024-cü il tarixli müqavilə isə 500.000 manata iş üzrə digər üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 satılmışdır və hazırda sonuncunun mülkiyyətindədir. İddiaçı vasitəçi (makler) kimi fəaliyyət göstərən Şahid aldatma yolu ilə onun bir neçə əmlakını (o cümlədən, hazırkı mübahisənin predmeti olan mənzili) alqısatqı edərək pulunu mənimsəməsi ilə bağlı polisə şikayət etmiş, Bakı şəhəri Nərimanov rayon Polis idarəsi tərəfindən ##.##.2025-ci il tarixdə faktla bağlı cinayət işi başlanılmışdır.
43. İddiaçı oğlunun 300.000 manat məbləğində pulu faizə götürdüyünü, pulun qaytarılmasının təminatı kimi isə cavabdehlə hazırda etibarsızlığı mübahisələndirilən müqavilənin bağlandığını, pul ödəniləndə mənzilin də onun mülkiyyətinə qaytarılacağını, borcdan yalnız 10.000 manat hissəsinin ödənildiyini və borcun tam geri qaytarılmadığını, oğlunun ona verilən etibarnamədən sui-istifadə edərək mənzili ucuz satdığını mübahisələndirərək, yalnız cavabdehlə aralarında bağlanmış müqavilənin etibarsız hesab edilməsini və cavabdehin adına verilmiş çıxarışın ləğv edilməsini məhkəmədən xahiş edir. Mübahisəli mənzil cavabdehdən sonra başqa 2 alıcı tərəfindən əldə edilmiş, hazırki tələb isə yalnız ilk alıcı olan Cavabdeh qarşı irəli sürülmüşdür.
44. Kollegiya ilk növbədə iddiaçının mübahisələndirilən əqdin oğluna verdiyi etibarnamə əsasında, lakin xəbəri və razılığı olmadan bağlandığına dair şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
45. Belə ki, iş materiallarında olan “Elektron notariat” Avtomatlaşdırılmış İnformasiya Sistemindən Çıxarışdan görünür ki, İddiaçı ##.##.2023-cü il tarixdə 1 il müddətinə X1 etibarnamə vermişdir. Həmin etibarnamə ilə o, harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq əmlakını idarə etməyi, onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə hesablaşma aparmağı, miras əmlak üzərində sərəncam verməyi, mirası qəbul etməyi və ondan imtina etməyi, vərəsəlik şəhadətnaməsini almağı, bütün şəxslərdən, müəsssisələrdən, idarələrdən, təşkilatlardan, banklardan, poçtdan və teleqrafdan bütün əsaslar üzrə ona çatası əmlakı, pulu, əmanəti, qızılzinyət əşyalarını, qiymətli kağızları, sənədlərin dublikatını, pensiya və plastik kartları və onların pin kodlarını, eləcə də sənədləri almağı, adından bütün növ ərizələri verməyi, imzalamağı, işləri aparmağı, hüquqmüəyyənedici sənədləri (çıxarış, kadastr planı, şəhadətnamə, lisensiya və s.) almağı, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, daşınmaz əmlakın, vətəndaşlıq vəziyyəti aktlarının, hüquqi şəxslərin, nəqliyyat vasitələrinin, qiymətli kağızların qeydiyyatını, ünvanlı sosial yardımın və pensiyanın təyinatını həyata keçirən qurumlarda, qeyri dövlət və ictimai təşkilatlarda, notariat ofislərində, ASAN Xidmət mərkəzlərində, səhiyyə və təhsil müəssisələrində, vergi və gömrük orqanlarında, istənilən bank və digər kredit təşkilatlarında, nəqliyyat və karqo xidmətini həyata keçirən təsərrüfat subyektləri qarşısında onu təmsil etməyi, yeni kart sifariş etməyi, əvəzindən bütün növ müqavilələri, ərizələri, işgüzar əqdləri, bəyannamələri və digər zəruri sənədləri imzalamağı, imza hüququ ilə ərizələr və müraciətlər imzalamaqla bütün səlahiyyətlərini həyata keçirməyi etibar etmişdir.
46. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respulbikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ##### 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il ## ##### tarixli Qərar)... Tərəfin iradə ifadəsinin zədələnmiş olduğu hallarda (hakimiyyətdən sui-istifadə, aldatma, zorakılıq, hədə, vacib əhəmiyyətli yanılma və s. nəticəsində) əqdlər mübahisələndirilməklə etibarsız hala gəlir. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Tərəflər arasında əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa, məhkəmə qərarı əsasında əqdin etibarsızlığı halının mövcud olub-olmadığı müəyyən edilə bilər.
47. Göründüyü kimi iddiaçıya məxsus mənzil barədə mübahisəli əqd bağlanması iddiaçının öz oğluna ##.##.2023-cü il tarixdə, yəni müqavilə bağlanmazdan əvvəl verdiyi və 01 il müddətində qüvvədə olan etibarnamə əsasında bağlanmışdır və iddiaçı həmin sənədləşmələrin aparılması ilə bağlı iradə ifadəsinin olmadığını bildirsə də, həmin iradə ifadəsi iddiaçı tərəfindən öz oğluna bütün əmlakları üzərində sərbəst sərəncam verməyi özündə ehtiva edən etibarnamənin verilməsi ilə həyata keçirilmişdir. Kollegiya daşınmaz əmlakın iddiaçı tərəfindən alqı-satqısının aparılmasına dair niyyətinin olmamasına münasibətdə qeyd edir ki, iddiaçı əmlakın üzərində hər cür, o cümlədən sərəncam vermə səlahiyyətinin də nəzərdə tutulduğu baş etibarnaməni könüllü olaraq vermişdir və bu zaman verilməsini istəmədiyi səlahiyyətlər dairəsini seçmək onun öz imkanı daxilində olmuşdur.
48. Qanuna əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir Göründüyü kimi, təmsilçilik bir şəxsin hansısa hüquqi hərəkəti başqa bir şəxsin adından və hesabına yerinə yetirmək, bunun hüquqi nəticələrinin həmin şəxs üçün meydana gəlməsini təmin etməkdir. Bu səbəbdən təmsilçi vasitəsilə əqd bağlandıqda təmsil olunanın əlavə olaraq bir iradə bəyan etməsinə gərək yoxdur. Təmsilçinin hərəkəti təmsil olunanın iradəsinə uyğun hesab edilir.
49. Daha sonra, iddiaçı onun oğlu ilə cavabdeh arasında, əslində, borc münasibətlərinin olduğunu, oğlunun 300.000 manat məbləğində pulu faizə götürdüyünü, pulun qaytarılmasının təminatı kimi isə cavabdehlə hazırda etibarsızlığı mübahisələndirilən müqavilənin bağlandığını, pul ödəniləndə mənzilin də onun mülkiyyətinə qaytarılacağını, nəticə etibarilə tərəflər arasındakı təminatlı kredit müqaviləsinin alqı-satqı müqaviləsi adı altında pərdələndiyini və bunun yalan əqd hesab edilməli olduğunu bildirmişdir. Kollegiya bu mövqeyə münasibətdə isə aşağıdakıları qeyd edir.
50. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Xüsusilə qeyd olunmalıdır ki, mülki hüquq münasibətlərinə girən subyektlərin müqavilə azadlığı çərçivəsində, qanunvericiliyə və işgüzar adətlərə uyğun qaydada bağladıqları müqavilələrin etibarlılığı prezumpsiyası qəbul olunur. Bu o deməkdir ki, belə bir əqdlə əmlak hüququ əldə etmiş tərəf bağladığı müqavilənin etibarlı olduğunu sübuta yetirməyə borclu deyil. Əksinə, qanunvericiliyə və işgüzar adətlərə uyğun şəkildə bağlanmış müqavilənin etibarsızlığını iddia edən tərəf öz iddiasını sübuta yetirməlidir. İstinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.
51. Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” ##.##.2022-ci il tarixli plenum qərarı) əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir. eləliklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər.
52. Lakin xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil.
53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin və 29-cu maddəsinin İ və II hissələrinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329, 340.2 və 661-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ##.##.2025-ci il tarixli qərarına əsasən, Diqqətə alınmalı olan əsas məsələ odur ki, pərdələnən müqavilə tərəflərin həqiqi iradə ifadəsini əks etdirsə də, yalnız mülki qanunvericiliklə nəzərdə tutulmuş forma şərti də daxil olmaqla etibarlılıq tələblərinə cavab verdiyi təqdirdə, etibarlı əqd kimi arzu olunan hüquqi nəticələrə səbəb ola və həmin əqdə dair qaydalar müvafiq olaraq məhkəmə tərəfindən tətbiq edilə bilər. Bu baxımdan, müvafiq mübahisələr üzrə məhkəmə təcrübəsində daşınmaz əşyanın alğı-satqı müqaviləsi üzrə tərəflərin müqavilə bağlanarkən heç də müqavilə predmeti olan daşınmaz əşyanın qarşı tərəfin mülkiyyətinə keçirilməsi ilə bağlı hüquqi niyyətinin olmadığı, əslində bu müqavilənin onlar arasında mövcud olan gerçək borc münasibətlərinin təminatı məqsədilə bağlandığı müəyyən edildiyi halda, həmin təminat xarakterli müqaviləyə (pərdələnən müqaviləyə) ipoteka müqaviləsinin qaydalarının tətbiqi mülki qanunvericiliyin tələbləri ilə uzlaşmır. Belə ki, əşyanın yüklü hala gətirilməsi ilə bağlı əqd əşyaya sərəncam xarakterli olmaqla belə əqd Mülki Məcəllənin 144.1-ci maddəsinə əsasən notarial qaydada təsdiqlənməlidir. Həmin maddəyə görə, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 329.1-ci maddəsində təsbit edilmişdir ki, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdin forması ilə bağlı tələbə isə müqavilənin bütün mühüm şərtlərinin məhz qanunvericiliklə müəyyən edilmiş formada razılaşdırılması halında riayət edilmiş olur. Mülki Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılan şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
54. Göstərilənlərlə yanaşı o da nəzərə alınmalıdır ki, tərəflər aralarındakı borc münasibətlərini yalan əqd olaraq alğı-satqı müqaviləsi vasitəsilə təminat altına almış olduqları təqdirdə, sonradan borclu tərəfindən alğı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı tələbin irəli sürülməsi, bəzi hallarda hüquqlardan istifadə edilməsi zamanı vicdanlılığın qorunması prinsipinə zidd olmaqla kreditorların mənafelərinin, mülki dövriyyənin sabitliyinin pozulmasına gətirib çıxara bilər. Belə ki, azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində əmlak və qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrası böyük iqtisadi-sosial əhəmiyyətə malikdir. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi borc və ya kredit müqavilələri üzrə tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə yönəlməklə yanaşı, dövlətin iqtisadi-maliyyə vəziyyətinin stabilliyinə və inkişafına xidmət edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il ## ###### tarixli Qərarı). Bu baxımdan, mülki hüququn əsas prinsiplərindən olan vicdanlılıq prinsipinin təmin edilməsi, hüquqdan sui-istifadənin qarşısının alınması məqsədi ilə bu kimi hallarda əqdin yalan əqd olaraq etibarsızlığı ilə bağlı iddiaların işin faktiki halları, tərəfin güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilib-keçirilmədiyi nəzərə alınmaqla rədd edilməsi istisna edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin, 29-cu maddəsinin İ və II hissələrinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin məzmununa və hüquqi təyinatına, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən müqavilə tərəflərinin istənilən üçüncü şəxsdə etibarlılığına dair yanlış təsəvvür yaratmaq niyyəti ilə bağladığı əqd yalan əqd olmaqla əhəmiyyətsizdir.
55. «Qavazov Bolqarıstana qarşı» iş üzrə ## #### 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir.
56. Konstitusiya Məhkəməsinin 2 fərqli qərarında da qeyd edildiyi kimi, istər hazırki situasiyada, yəni təminatlı borc münasibətlərinin alqı-satqı müqaviləsi adı altında pərdələnməsi halında, istərsə də ümumilikdə bütün növ yalan əqdlərdə tərəflərdən yalnız birində bu cür yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2ci maddəsinin tətbiqi üçün kifayət deyil. Belə ki, hazırki iş üzrə iddiaçı bu cür iddiada olsa da, cavabdeh bağlanılmış alqı-satqı müqaviləsinin iddiaçının oğlu ilə arasında olan borc münasibətlərinin pərdələnməsi məqsədilə bağlanmasını qəbul etməmiş, mənzil alqı-satqısı ilə məşğul olduğunu və ucuz mənzil tapdığı vaxt alaraq daha baha qiymətə satmaqla gəlir əldə etdiyini bildirmişdir. Nəticə etibarilə yuxarıda qeyd edildiyi kimi bu cür pərdələmə niyyətinin hər iki tərəfdə olması heç bir mötəbər sübutla öz təsdiqini tapmamışdır. Bu zaman da Konstitusiya Məhkəməsinin də bu barədə yuxarıda göstərilən mövqelərinə uyğun olaraq əqdin yalan əqd kimi qiymətləndirilməsinə dair mötəbər əsas mövcud olmuş olmur.
57. O da qeyd edilməlidir ki, hər bir halda mübahisəli mənzil cavabdehdən sonra başqa 2 alıcı tərəfindən əldə edilmiş, hazırki tələb isə yalnız ilk alıcı olan Cavabdeh qarşı irəli sürülmüşdür və bu halda iddia tələbi prosessual olaraq da düzgün formada tərtib edilməmişdir.
58. Kollegiya həmçinin bildirir ki, iddiaçı istər hazırki icraat zamanı, istərsə də cinayət qaydasında etdiyi müraciətdə Şahid adlı şəxs tərəfindən aldadıldğını, makler kimi aldatma yolu ilə İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən mənzili ##.##.2023-cü il tarixdə Cavabdeh Ələkbər-zadə Zaur Vaqif oğluna verdiyi etibarnamə əsasında Cavabdeh ilə alqı-satqı etdiyini bildirmişdir.
59. Bu arqumentə münasibətdə kollegiyanın mövqeyi ondan ibarətdir ki, əgər iddiaçının qeyd etdiyi hal həqiqəti əks etdirmiş olsa idi belə, bu hal hazırda mübahisələndirilən əqdin əhəmiyyətsiz hesab edilməsi üçün əsas təşkil etmir və göstərilən faktların öz təsdiqini mötəbər dəlillərlə tapması halında ona dəymiş zərərin ödənilməsini həmin şəxsdən tələb edə bilər.
60. Beləliklə, kollegiyanın qənaətinə görə iddiaçının öz iddia ərizəsində və apellyasiya şikayətində göstərdiyi dəlillər cavabdehlə arasında bağlanılan etibarlı alqı-satqı müqavilənin etibarsız hesab olunmasına əsas vermir və qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə dair hər hansı mötəbər sübut yoxdur.
61. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə ## ###### 2011-ci il tarixli Qərarı).
62. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
63. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
64. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
65. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
66. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.
67. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumun dəyəri onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev