Məhkəmə qərarları › İş №2(3-6)-894/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-894/2026

13.04.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-894/2026 13.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Sadıqov Vahid Nəriman oğlu və Səmədov Rəşid oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, İddiaçı iddiaçı3, onun nümayəndəsi-vəkili vəkil2, Cavabdeh cavabdeh2 İdayət qızının nümayəndəsi-vəkili vəkil1 iştirakı ilə, İddiaçılar iddiaçı3, iddiaçı9, iddiaçı8, iddiaçı2, Sonduk (Ağayeva) Zərifə Nüsrət qızı, iddiaçı5, iddiaçı7, iddiaçı6, iddiaçı1 cavabdehlər cavabdeh2 İdayət qızı, * saylı Bakı "ASAN Xidmət" Mərkəzində Notariat Ofisi, Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə qarşı "vəsiyyətnamənin və vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun hüquqi nəticələrinin ləğvi, vərəsəlik hüququnun tanınması və miras əmlakda payın müəyyən edilməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı iddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: Miras qoyan X7 ##.##.2023-ci il tarixdə tarixdə vəfat etmişdir. İddiaçılar mərhum X7 bacı və qardaşlarıdır. Mərhum X7 cavabdeh ##.##.1993-cü il təvəllüdlü cavabdeh2 İdayət qızı ilə (Əliyev Mirzaur adlı şəxslə,özünü kişi cinsi ilə bu ad ilə təqdim etmiş, əslində qadın cinsində olmuşdur) ##.##.2019-cu ildə toy mərasimi təşkil olunaraq evlənmişlər. * saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisinin reyestrində 2V-**** nömrə ilə qeyd edilmiş ##.##.2022-ci il tarixli vəsiyyətnaməyə əsasən, X7 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, ölən günədək ona məxsus olan bütün əmlakını cavabdeh2 İdayət qızına vəsiyyət etmişdir. Daha sonra * saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisi tərəfindən cavabdeh2 İdayət qızına ##.##.2024-cü il tarixdə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Vəsiyyətnaməyə əsasən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən ##.##.2019-cu il tarixdə X7 verilmiş 011011002375-***** reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən paylı mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 163.1 kv/m olan fərdi yaşayış evinin (1/2 hissədən qalan hissə)-nin mərhuma məxsus hissəsindən ibarət olmuşdur. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 011011002375-***** reyestr nömrəli çıxarışdan görünür ki, ünvan 1 (Yeni qaydalarla: AZ1138, ünvan 3 241) ünvanında yerləşən ümumi sahəsi 163,10 kv.m olan fərdi yaşayış evi və üzərində yerləşdiyi 0,0186 ha torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə 1/2 hissədən 1 hissədə cavabdeh2 İdayət qızının adına ##.##.2024-cü il tarixində qeydiyyata alınmışdır. İş üzrə iddiaçılar həmin əmlakın digər paylı mülkiyyətçiləridir. Daha sonra cavabdeh cavabdeh2 Hidayət qızı X5, X2, X11, X12, X9, iddiaçı8, iddiaçı2, X10, iddiaçı3, iddiaçı5, iddiaçı7, X3, X4, X17, X15 ##.##.2025-ci il tarixli bildiriş ünvanlayaraq ki, onun həmin mənzildən istifadə etməsinin mümkün olmadığını, ona görə də öz payını satmaq qərarına gəldiyini, onlar tərəfindən satın alınma ilə bağlı 45 gün ərzində müsbət cavab gəlməzsə, məhkəmə qaydasında evin satılıb, payına düşən ödənişin ona verilməsi ilə bağlı iddia qaldıracağını bildirmişdir. Hazırda iddiaçılar vəsiyyətnamənin və vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun hüquqi nəticələrinin ləğvi, vərəsəlik hüququnun tanınması və miras əmlakda payın müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdirlər. Birinci instansiya məhkəməsində icraat: İddiaçılar iddiaçı3, iddiaçı9, iddiaçı8, iddiaçı2, iddiaçı4, iddiaçı5, iddiaçı7, iddiaçı6 cavabdehlər cavabdeh2 İdayət qızı və * saylı Bakı “ASAN Xidmət” Mərkəzinin notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh * saylı Bakı “ASAN Xidmət” Mərkəzinin notariat ofisinin xüsusi X18 tərəfindən təsdiq olunmuş vəsiyyətnamənin, həmin vəsiyyətnamə əsasında cavabdeh cavabdeh2 İdayət qızının adına verilmiş, ##.##.2024-cü il tarixli, reyestr 2V-351 № ilə qeyd olunmuş “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsız hesab edilərək ləğv edilməsinə, həmin “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin hüquqi nəticələrinin ləğv edilməsinə, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 163.1 kv.m. olan xüsusi mülkiyyətinin əvvəlki hüquqi vəziyyətinə geri qaytarılmasına və hazırki iddiaçıların həmin miras əmlakı üzrə “vərəsəlik hüququnun tanınaraq payının müəyyən edilməsinə” dair qətnamə qəbul edilməsi, cavabdeh cavabdeh2 İdayət qızı barəsində “xüsusi qərar” qəbul ediərək prokurorluğa göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı3 mərhum bacısı X7 ##.##.2023-cü il tarixdə vəfat etməsi ilə əlaqədar ölüm faktı Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsinə ##.##.2023-cü il tarixli *** nömrəli sənədlə qeydiyyata alınmış və müvafiq olaraq ölüm haqqında şəhadətnamə verilmişdir. iddiaçı3 mərhum bacısı X7 cavabdeh ##.##.1993-cü il təvəllüdlü cavabdeh2 İdayət qızı ilə Əliyev Mirzaur adlı şəxslə (özünü kişi cinsi ilə bu ad ilə təqdim etmiş, əslində qadın cinsində olmuşdur) ##.##.2019-cu ildə Yasamal rayonunda yerləşən “Star Hall” restoranında toy mərasimi təşkil olunaraq evlənmişlər. Daha sonra ailə münasibəti qurduqdan sonra iddiaçıların mərhum bacısı X7 həmin şəxsin (hazırki cavabdeh olan Kərimova İdayət qızının) Günel kişi cinsli deyil də, qadın cinsli olmasını onu yalandan deyərək aldatdığını bilmişdir. Bundan sonra iddiaçı3 mərhum bacısı X7 bu xəbəri eşitdikdən sonra mənəvi izdirab çəkmiş, bu da onun səhətinə pis təsir etmiş, xərçəng xəstəliyi səbəbi ilə ##.##.2023-cü il tarixdə vəfat etmişdir. Vəfatından bir müddət sonra iddiaçılar II dərəcəli vərəsə olaraq mərhumun miras əmlakı üzrə pay sahibi olmaq məqsədilə vərəsəlik üzrə müraciət etmək üzrəykən onlara müraciət məktubu ünvanlanaraq mərhumun vərəsəsi olan bir kəsin payın satılması müraciəti edilmişdir. Daha sonra araşdırarkən məlum olmuşdur ki, şəxsin adına vərəsəlik işi açılmış, onlar bacı-qardaşları notariat orqan tərəfindən aydınlaşdırılmadan, əsla rəsmi nikahı olmayan, övladı olmayan, ata-anası sağ olmayan (İ dərəcəli vərəsələr) mərhumun II dərəcəli vərəsələrinin olmasının bildiyi halda hazırki vərəsəlik işində “ailə tərkibi arayışı olmadan, qeyri-qanuni formada saxtalaşdırılmış vərəsəlik işi apararaq, mərhum X7 (##.##.2023-cü il ölüm tarixli) əlyazmasının olduğu deyilən, arxa vərəqəsində ##.##.2022-ci il tarixli, reyestrdə 2V-**** ilə qeyd edilmiş vəsiyyətnamə * saylı Bakı “ASAN Xidmət” mərkəzinin Notariat Ofisinin Xüsusi X18 tərəfindən təsdiq olunmuşdur. Hansıki, həmin vəsiyyətnamə əsasında ünvan 2 ünvanında qeydiyyatda olan mərhum X7 həmin vəsiyyətnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ölən günədək ona məxsus olan bütün əmlakını Beyləqən rayonu, Dünyamalılar ərazi idarəsi, Dünyamalılar kəndi ünvanında qeydiyyatda olan cavabdeh2 İdayət qızına vəsiyyət etmişdir. Bunun əsasında ##.##.2024-cü il tarixli, reyestrdə 2V-351 № ilə qeyd olunmuş “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə tərtib olunmuşdur. X7 (##.##.2023- cü il ölüm tarixli) əlyazması əsasında arxa vərəqəsində ##.##.2022-ci il tarixli, reyestrdə 2V-**** № ilə qeyd edilmiş vəsiyyətnamə Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərini pozaraq tərtib olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlaklın Dövlət Resyestri Xidmətinin RX seriyalı, 1461402 №li Çıxarış əsasında ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 163.1 kv.m olan xüsusi mülkiyyətə hazırki iddiaçılar üzrə pay müəyyən olunmuşdur. X7 (##.##.2023-cü il ölüm tarixli) əlyazması əsasında arxa vərəqəsində ##.##.2022-ci il tarixli, reyestrdə 2V-**** N ilə qeyd edilmiş vəsiyyətnamədəki xətt nümunələrinin mərhum X7 məxsus olması şübhə altında olan məsələlərdəndir. Belə ki, mərhum X7 onun aldadan cavabdeh cavabdeh2 İdayət qızına vəsiyyət etməsi mümkün deyildir, qeyri-mümkündür. Cavabdeh cavabdeh2 İdayət qızı şəxs barəsində hüquq mühafizə orqanına Azərbaycan Respublikasının Baş Prokurorluğuna (surəti Bakı şəhər Prokurorluğuna) ##.##.2025-ci il tarixli ərizə ünvanlanmışdır. Mərhumun həmin şəxs tərəfindən kişi adı ilə evləndirilərək aldadılması və digər hallar hazırki sənədlərin saxtalaşdırılmasına təkan edən hallar olmaqla yanaşı, cavabdehlərin birbaşa qanun pozuntusu edərək mərhumun əmlakının ələ keçirilməsini həyata keçrimişlər. Bundan əlavə, mərhum X7 atası Ağayev Nüsrət Nuru oğlu ##.##.1990-cı ildə, anası X19 ##.##.2018-ci ildə vəfat etmişdir. Mərhum X7 övladı statusu üzrə əsla adına doğum şəhadətnaməsi və evlilik statusu üzrə adına rəsmi nikah şəhadətnaməsi rəsmiləşdirilməmişdir. Ata-anasının sağ olmaması ona dair miras əmlak kütləsinin birbaşa II dərəcəli vərəsələrə pay hüququ tanımağa xidmət etməkdədir. Odur ki, hazırda mərhum X7 (##.##.2023- cü il ölüm tarixli) əlyazması əsasında arxa vərəqəsində ##.##.2022-ci il tarixli, reyestrdə 2V-**** № ilə qeyd edilmiş, cavabdeh orqan * saylı Bakı “ASAN” Xidmət mərkəzinin Notariat Ofisinin Xüsusi X18 tərəfindən təsdiq olunmuş vəsiyyətnamənin, həmin vəsiyyətnamə əsasında cavabdeh cavabdeh2 İdayət qızının adına verilmiş, ##.##.2024-cü il tarixli, reyestrdə 2V-351 № ilə qeyd olunmuş, “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsız hesab edilərək ləğv edilməsi və həmin “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin hüquqi nəticələrinin ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 163.1 kv.m olan xüsusi mülkiyyətinin əvvəlki hüquqi vəziyyətinə geri qaytarılması və cavabdeh cavabdeh2 (hər kəsə Mirzaur kimi özünü təqdim edən) İdayət qızı barəsində “xüsusi qərar“ qəbul edilərək prokurorluğa göndərilməsi zərurəti mövcuddur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçılar vəsiyyətnamənin saxtalığını və ya qeyri-qanuniliyini iddia etsələr də, bu hal iş materiallarında olan sübutlarla öz təsdiqini tapmamışdır. Belə ki, mülki qanunvericiliyə görə, vəsiyyətnamə notarial qaydada təsdiq edilməlidir. * saylı Bakı "ASAN Xidmət" mərkəzində notariat ofisi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərardadıda əsasən **** nömrəli, ##.##.2025-ci il tarixli məktubla ##.##.2022-ci il tarixli 2V-**** reyestr nömrəli vəsiyyətnaməyə dair notariat sənədlərinin surəti və notariat kitabı məhkəməyə təqdim etmişdir. Həmin məktuba əlavə edilmiş Notariat hərəkətlərinin qeyd edilməsi üçün 2V reyestri kitabında qeyd edilmiş **** nömrəli ##.##.2022-ci il tarixli notariat hərəkətindən görünür ki, X7 vəsiyyətnamənin təsdiqi ilə bağlı notariat hərəkəti aparılmış, notariat hərəkətinin aparılması barədə qeyddə X7 öz ad, soyad və ata adını qeyd edərək imzalamışdır. *V/**** nömrəli notariat işində olan * saylı Bakı “ASAN Xidmət” mərkəzində Notariat ofisinin reyestrində 2V-**** nömrə ilə qeyd edilmiş ##.##.2022-ci il tarixli vəsiyyətnamədən görünür ki, X7 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, ölən günədək ona məxsus olan bütün əmlakını cavabdeh2 İdayət qızına vəsiyyət etmiş, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1166-1178-ci və 1193-cü maddələrinin məzmunu ona izah edilmişdir. Məhəmə iclasında cavabdeh * saylı Bakı "ASAN Xidmət" Mərkəzində Notariat Ofisinin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, tərəfə nəyisə məcbur etmək, təsir göstərmək mümkün deyil. Belə ki, notariat ofisi kamera müşahidəsi altındadır. İddiaçıların mərhum bacıları özü notariat ofisinə gələrək vəsiyyətnaməni özü yazıb və imzalayıb. Qardaş və bacılar 2-ci dərəcə vərəsələrdirlər. Notariat hərəkətləri ilə bağlı video görüntülər 15-45 gün müddətində saxlanılır. Tərəfin fəaliyyət qabiliyyəti və iradə ifadəsi yoxlanılıb. Şəxs əl ilə vəsiyyətnaməni yaza bilirsə, şahidin iştirakı tələb olunmur, yaza bilmədiyi halda kompüter vasitəsilə yazılır və 2 nəfər şahid iştirak edir. Məhkəmə qeyd etmişdir ki, Mülki Məcəllənin tələblərinə görə, vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir, vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir. Vəsiyyətnaməni vəsiyyət edən tərtib edərək, imzalamalı, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləməlidir. Vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir, yəni vəsiyyətnaməni vəsiyyət edən özü yazdıqda şahid iştirakı məcburi deyil. Bundan başqa Bakı şəhəri Yasamal rayon Məhkəməsi tərəfindən X13 ünvanlanmış ****/**** nömrəli, ##.##.2025-ci il tarixli məktubdan görünür ki, Yasamal Rayon Məhkəməsində elektron məhkəmə tətbiq olunduğu dövrdən (2013-cü ildən) hazırkı dövrə kimi iddiaçı3 X7 fəaliyyət qabiliyyətli olmayan və ya məhdud fəaliyyət qabilliyyətli olmayan şəxs hesab edilməsinə dair Yasamal Rayon Məhkəməsinin icraatına heç bir ərizə daxil olmamışdır. Bu arayış təsdiq edir ki, mərhumun fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə məhkəmə aktı olmamışdır. Məhkəmə qeyd etmişdir ki, mərhumun onkoloji xəstəliyinin olması, onun hüquqi baxımdan iradə ifadə etməsinə mane olan bir amil deyil. İddiaçılar iddia edir ki, mərhumun ata-anasının vəfat etməsi və övladının, rəsmi nikahının olmaması, ona dair miras əmlak kütləsinin II dərəcəli vərəsələrə çatmağına xidmət edir. Bununla bağlı qeyd olunmalıdır ki, mülki qanunvericilik vərəsəlik növbəliliyində vəsiyyətnaməyə üstünlük verir. İddiaçılar mərhum X7 bacı-qardaşları olaraq onun qanun üzrə 2-ci növbə vərəsələrdir. Lakin vəsiyyətnamə olduqda qanun üzrə vərəsəlik deyil, vəsiyyət üzrə vərəsəlik əsas götürülür. Bu zaman Mülki Məcəlləyə görə, yalnız uşaqlar, valideynlər və arvad (ər) vəsiyyətnamədən asılı olmayaraq məcburi pay tələb edə bilər. Göründüyü kimi, qanunvericilikdə bacı-qardaşların məcburi pay hüququ nəzərdə tutulmamışdır, buna görə də Elmira Ağayevanın özünə məxsus olan bütün əmlakını kənar şəxsə vəsiyyət etməkdə tam sərbəst olmuşdur. İddiaçılar cavabdehin özünü Mirzaur kimi təqdim etməsini, tərəflər arasında rəsmi nikah olmamasını mərhumun aldadılması halı hesab etsələr də, nəzərə alınmalıdır ki, vəsiyyətnamə tərtib edilərkən notarius şəxsin şəxsiyyət vəsiqəsini yoxlayır. Vəsiyyətnamədə vərəsə kimi Mirzaur deyil, rəsmi olaraq cavabdeh2 İdayət qızı qeyd olunub. İddiaçılar tərəfindən təqdim edilmiş fotoşəkillərdən və video-görüntülərdən də görünür ki, Elmira Ağayeva və cavabdeh2 ##.##.2019-cu il tarixdə toy mərasimi keçirərək evlənmişlər. Bundan başqa iş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısının ##.##.2023-cü il tarixli *** nömrəli Sərəncamına əsasən, ##.##.1965-ci il təvəllüdlü X7 mülkiyyətlərinə hüququ olmadan cavabdeh2 İdayət qızı patron (köməkçi) təyin edilmişdir. Qeyd olunan sübutlar onlar arasında könüllülüyə əsaslanan, yaxın (sevgi) münasibətin olduğunu və mərhum Elmira Ağayevanın vəsiyyət etdiyi şəxsin rəsmi kimliyindən xəbərdar olduğunu sübut edir. İş üzrə tərəflərin məhkəmə iclasında verdiyi izahatlardan və iş materiallarında olan fotoşəkillər, audio-video yazılardan da görünür ki, mərhum Elmira Ağayeva cavabdeh2 ilə ##.##.2019-cu ildə nikah münasibətlərinə daxil olmuş, uzun müddət (Elmira Ağayeva vəfat edənədək) bir yerdə yaşamışlar. Belə olan halda, məhrumun cavabdehin şəxsiyyəti barədə məlumatsız olması ağlabatan deyil. Vəsiyyətnamənin tərtib olunma tarixindən də görünür ki, o, cavabdehlə faktiki birlikdə yaşamağa başladığı müddətdən xeyli sonra, mərhumun vəfatından 1 il qabaq tərtib edilmişdir. Belə olan halda cavabdehin mərhumu aldatması istisna olunur. Həmçinin məhkəmə hesab etmişdir ki, mərhum Elmira Ağayeva vəsiyyətnaməni bağlayarkən öz hərəkətlərinin mənasını başa düşmüş, vəsiyyətnamə qanunun tələb etdiyi formada tərtib edilmişdir. Vəsiyyətnamə üzrə vərəsəlik qaydasında iddiaçılar, mərhumun ikinci dərəcəli vərəsələri olduğundan bu əmlak üzərində məcburi pay hüquqları yoxdur. Ona görə də iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin cavabdeh cavabdeh2 (hər kəsə Əliyev Mirzaur kimi özünü təqdim edən) İdayət qızı barəsində “xüsusi qərardad“ qəbul edilərək araşdırılması və nəticəsi barədə məhkəməyə məlumat verilməsi üzrə Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsini təmin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş materiallarını düzgün araşdırmadan işin hallarına obyektiv qiymət verməmişdir. Belə ki, iddiaçı3 mərhum bacısı X7 cavabdeh ##.##.1993-cü il təvəllüdlü cavabdeh2 İdayət qızı ilə Əliyev Mirzaur adlı şəxslə (özünü kişi cinsi ilə bu ad ilə təqdim etmiş, əslində qadın cinsində olmuşdur) ##.##.2019-cu ildə Yasamal rayonunda yerləşən “Star Hall” restoranında toy mərasimi təşkil olunaraq evlənmişlər. Daha sonra ailə münasibəti qurduqdan sonra iddiaçıların mərhum bacısı X7 həmin şəxsin (hazırki cavabdeh olan Kərimova İdayət qızının) Günel kişi cinsli deyildə, qadın cinsli olmasını onu yalandan deyərək aldatdığını bilmişdir. Bundan sonra iddiaçı3 mərhum bacısı X7 bu xəbəri eşitdikdən sonra mənəvi izdirab çəkmiş, bu da onun səhətinə pis təsir etmiş və xərçəng xəstəliyinə düçar olmuşdur. Eyni zamanda, mərhum X7 xərçəng xəstəliyi səbəbiilə ##.##.2023-cü il tarixində vəfat etmişdir. Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi tərəfindən verilmiş ##.##.2023-cü il tarixli “ölüm haqqında tibbi şəhadətnaməsinə” əsasən, mərhum X7 ##.##.2023-cü il tarixdə saat 17:30 radələrində Bakı şəhərində mədənin dəqiqləşdirilməmiş lokalizasiyalı bədxassəli yenitörəməsi səbəbindən evdə vəfat etmiş olaraq qeyd olunmuşdur. Hazırki iddiaçılardan olan iddiaçı3 Azərbaycan Respublikası Prokurorluğu Bakı şəhəri Nərimanov rayon prokurorunun köməkçisi,R X14 tərəfindən veilmiş ## ###### 2024-cü il tarixli ***-C-** nömrəli qərarın ləğv edilməsi və araşdırılması məqsədilə aidiyyatı üzrə Nərimanov Rayon Prokurorluğuna həvalə edilməsi ilə bağlı məhkəmə nəzarəti qaydasında verilmiş şikayətlə məhkəməyə müraciət etmiş və şikayət təmin olunmuş və Bakı şəhəri Nərimanov rayon prokurorunun köməkçisi, R X14 tərəfindən qəbul edilmiş ## ###### 2024-cü il tarixli ***-C** nömrəli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarı ləğv edilmiş, toplanmış material üzrə araşdırma davam etdirilməsinə dair *(***)-***/**** saylı ##.##.2025-ci il tarixli qərar Bakı şəhəri Yasamal rayon Məhkəməsinin hakimi Xalidə Əlisoy tərəfindən qəbul olunmuşdur. Eyni zamanda, cavabdeh cavabdeh2 İdayət qızı adına vərəsəlik işi açılmış, ailə üzvləri, bacı və qardaşları notariat orqan tərəfindən aydınlaşdırılmadan, əsla rəsmi nikahı olmayan, övladı olmayan, ata anası sağ olmayan (İ dərəcəli vərəsələr) mərhumun II dərəcəli vərəsələrinin olmasının bildiyi halda hazırki vərəsəlik işində "ailə tərkib arayışı olmadan, qeyri qanuni formada saxtalaşdırılmış vərəsəlik işi apararaq, mərhum X7 (##.##.2023-cü il ölüm tarixli) əlyazmasının olduğu deyilən, arxa vərəqəsində ##.##.2022-ci il tarixli, reyestrdə 2V**** № ilə qeyd edilmiş vəsiyyətnamə * saylı Bakı “ASAN Xidmət” mərkəzinin Notariat Ofisinin Xüsusi X18 tərəfindən təsdiq olunmuşdur. Hansı ki, həmin vəsiyyətnamə əsasında ünvan 2 ünvanında qeydiyyatda olan mərhum X7 həmin vəsiyyətnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasında asılı olmayaraq ölən günədək ona məxsus olan bütün əmlakını Beyləqən rayonu, Dünyamalılar ərazi idarəsi, Dünyamalılar kəndi ünvanında qeydiyyatda olan cavabdeh2 İdayət qızına vəsiyyət etmişdir. Bunun əsasında ##.##.2024-cü il tarixli, reyestrdə 2V-351 № ilə qeyd olunmuş "Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında" şəhadətnamə tərtib olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1180.1-ci maddəsinə əsasən, vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər. Vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır. X7 (##.##.2023-cü il ölüm tarixli) əlyazması əsasında arxa vərəqəsində ##.##.2022-si il tarixli, reyestrdə 2V-**** № ilə qeyd edilmiş vəsiyyətnamə Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərini pozaraq tərtib olunmuşdur. Eyni zamanda məhkəmə iclasında iştirak edən , cavabdeh * saylı Bakı "ASAN Xidmət" Mərkəzində Notariat Ofisinin nümayəndəsi Nümayəndə bildirmişdir ki, şəxs əl ilə vəsiyyətnaməni yaza bilirsə, şahidin iştirakı tələb olunmur, yaza bilmədiyi halda kompüter vasitəsilə yazılır və 2 nəfər şahid iştirak edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1187.1-ci maddəsinə əsasən, vəsiyyət edən öz əli ilə yazdığı və imzaladığı vəsiyyətnaməni zərfə qoyub bağlayaraq üç şəxsin yanında notariusa və ya Azərbaycan Respublikası konsulluqlarının vəzifəli şəxslərinə verə bilər. Həmin şəxslərin orada olması onların zərfin üzərində notariat qaydasında (formasında) təsdiq edilmiş imzaları ilə müəyyən olunur. Lakin cavabdeh * saylı Bakı "ASAN Xidmət" Mərkəzində Notariat Ofisinin nümayəndəsi Nümayəndə yazılı formada yazılan vəsiyyətnamənin şahidin iştirakı tələb olunmur olaraq qeyd etmişdir, hansı ki bu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1187.1-ci maddəsinin tələblərinə ziddir. Eyni zamanda Azərbaycan Respublikasının Dövlət Notariat Arxivindən № *****/**** saylı sorğuya cavab olaraq gəlmiş məktuba əsasən, ##.##.2022-si il tarixli, reyestrdə 2V-**** № qeyd olunmuş vəsiyyətnamədən əlavə, ##.##.2021-ci il tarixində 13 reyestr nömrəsi ilə vəsiyyətnamənin rəsmiləşdirildiyi və həmin vəsiyyətnaməyə ##.##.2021-ci il tarixdə xitam verildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlaklın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* №-li Çıxarış əsasında ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 163.1 kv.m olan xüsusi mülkiyyətə hazırki iddiaçılar üzrə pay müəyyən olunmuşdur. X7 (##.##.2023-cü il ölüm tarixli) əlyazması əsasında arxa vərəqəsində ##.##.2022-ci il tarixli, reyestrdə 2V-**** ilə qeyd edilmiş vəsiyyətnamədəki xətt nümunələrinin mərhum X7 məxsus olması şübhə altında olan məsələlərdəndir. Belə ki, onu aldadan və ona verdiyi vəsiyyətnaməni notarial qaydada xitam etmiş mərhum X7 cavabdeh cavabdeh2 İdayət qızına vəsiyyət etməsi mümkün deyildir, qeyri-mümkündür. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi-vəkili ayrıayrılıqda apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş digər tərəflər Məhkəmə Kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin apellyatora aid hissədə yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Mülki Məcəllə: 337.1-ci maddəsinə əsasən, məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 1133.1 və 1133.2-ci maddələrinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1 və 1134.2-ci maddələrinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.2-ci maddəsinə əsasən, mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1159.1.1-ci maddəsinə əsasən, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı birinci növbəli vərəsələr hesab olunurlar. 1159.2-ci mmaddəsinə əsasən, ölənin bacıları və qardaşları qanun üzrə vərəsəlik zamanı ikinci növbəli vərəsələr hesab olunurlar. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1166-cı maddəsinə əsasən, fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. 1167-ci maddəsinə əsasən, vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. 1168-ci maddəsinə əsasən, vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir. 1177-ci maddəsinə əsasən, vəsiyyətnamədə göstərilməmiş qanun üzrə vərəsələr vəsiyyətnamədə toxunulmamış miras hissəsinə vərəsəlik hüququnu saxlayırlar; əgər mirasın açıldığı məqamda vəsiyyət üzrə vərəsələrdən heç biri sağ deyildirsə və ya onların hamısı mirası qəbul etməkdən imtina etmişlərsə, onlar vəsiyyətnamədə nəzərdə tutulan əmlakı da alırlar. 1179-cu maddəsinə əsasən, Vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm dənotariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. 1179.2-ci maddəsinə əsasən, Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin. 1180.1-ci maddəsinə əsasən, Vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər. 1186-cı maddəsinə əsasən, vəsiyyət edən vəsiyyətnaməni öz əli ilə yazıb imzalaya bilər. 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1225.1-ci maddəsinə əsasən, vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. 1225.3-cü maddəsinə əsasən, əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər. 1229-cu maddəsinə əsasən, vəsiyyətnamənin etibarsız sayıldığı halda bu vəsiyyətnamə ilə vərəsəlik hüququndan məhrum edilmiş vərəsə mirası ümumi əsaslar üzrə ala bilər. 1230-cu maddəsinə əsasən, qanun üzrə vərəsələr və digər əlaqədar şəxslər əqdin etibarsızlığına səbəb olan hallar üzrə vəsiyyətnamənin etibarlığı barəsində mübahisə edə bilərlər. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. 1321.1-ci maddəsinə əsasən Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. 1322-ci maddəsinə əsasən, Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. 1325-ci maddəsinə əsasən Vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. “Notariat haqqında” Qanun: 47-ci maddısinə əsasən, Notariuslar və notariat hərəkətlərini aparan digər vəzifəli şəxslər fəaliyyət qabiliyyəti olan ayrı-ayrı şəxslərin qanunvericiliyin tələblərinə uyğun surətdə tərtib etdikləri və şəxsən notariusa və ya notariat hərəkətlərini aparan digər vəzifəli şəxslərə təqdim etdikləri vəsiyyətnamələri təsdiq edirlər. Vəsiyyətnamələrin nümayəndələrin vasitəsi ilə təsdiq olunması, eləcə də bir neçə şəxs adından bir vəsiyyətnamə təsdiq edilməsi qadağandır. Yalnız ərlə arvadın qarşılıqlı vərəsəlik haqqında birgə vəsiyyətnamələrinin təsdiq edilməsinə yol verilir. Vəsiyyətnamə təsdiq edilərkən vəsiyyət edəndən vəsiyyət olunan əmlaka mülkiyyət hüququnu təsdiq edən sübutlar təqdim etməsi tələb olunmur. 57-ci maddəsinə əsasən, Mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. 60-ci maddəsinə əsasən, Notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır. Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də yoxlamalıdır. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə Kollegiyasının mövqeyi:

Məhkəmə Kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, işin faktiki hallarından görünür ki, * saylı Bakı “ASAN Xidmət” mərkəzində Notariat ofisinin reyestrində 2V-**** nömrə ilə qeyd edilmiş ##.##.2022-ci il tarixli vəsiyyətnaməyə əsasən, X7 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, ölən günədək ona məxsus olan bütün əmlakını cavabdeh2 İdayət qızına vəsiyyət etmişdir. Daha sonra * saylı Bakı “ASAN Xidmət” mərkəzində Notariat ofisi tərəfindən cavabdeh2 İdayət qızına ##.##.2024-cü il tarixdə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Vəsiyyətnaməyə əsasən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən ##.##.2019-cu il tarixdə X7 verilmiş 011011002375-***** reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarışa əsasən paylı mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 163.1 kv/m olan fərdi yaşayış evinin (1/2 hissədən 1 hissə)nin mərhuma məxsus hissəsindən ibarət olmuşdur. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 011011002375-***** reyestr nömrəli çıxarışdan görünür ki, ünvan 1 (Yeni qaydalarla: AZ1138, ünvan 3 241) ünvanında yerləşən ümumi sahəsi 163,10 kv.m olan fərdi yaşayış evi və üzərində yerləşdiyi 0,0186 ha torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə 1/2 hissədən 1 hissədə cavabdeh2 İdayət qızının adına ##.##.2024-cü il tarixində qeydiyyata alınmışdır. Həmçinin iş materiallarından görünür ki, iş üzrə iddiaçılar həmin əmlakın digər paylı mülkiyyətçiləridir. Beləliklə işin faktiki hallarından göründüyü kimi notariat hərəkətlərinin qeyd edilməsi üçün 2V reyestri kitabında qeyd edilmiş **** nömrəli ##.##.2022-ci il tarixli notariat hərəkətindən görünür ki, X7 vəsiyyətnamənin təsdiqi ilə bağlı notariat hərəkəti aparılmış, notariat hərəkətinin aparılması barədə qeyddə X7 öz ad, soyad və ata adını qeyd edərək imzalamışdır. Həmçinin *V/**** nömrəli notariat işində olan * saylı Bakı “ASAN Xidmət” mərkəzində Notariat ofisinin reyestrində 2V-**** nömrə ilə qeyd edilmiş ##.##.2022-ci il tarixli vəsiyyətnamədən görünür ki, X7 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, ölən günədək ona məxsus olan bütün əmlakını cavabdeh2 İdayət qızına vəsiyyət etmiş, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1166-1178-ci və 1193-cü maddələrinin məzmunu ona izah edilmişdir. Bundan başqa ****/**** nömrəli, ##.##.2025-ci il tarixli məktubdan görünür ki, Yasamal Rayon Məhkəməsində elektron məhkəmə tətbiq olunduğu dövrdən (2013-cü ildən) hazırkı dövrə kimi iddiaçı3 X7 fəaliyyət qabiliyyətli olmayan və ya məhdud fəaliyyət qabilliyyətli olmayan şəxs hesab edilməsinə dair Yasamal Rayon Məhkəməsinin icraatına heç bir ərizə daxil olmamışdır. Bu arayış təsdiq edir ki, mərhumun fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə məhkəmə aktı olmamışdır. Məhkəmə qeyd edir ki, mərhumun onkoloji xəstəliyinin olması, onun hüquqi baxımdan iradə ifadə etməsinə mane olan bir amil deyil. Məhkəmə Kollegiyası qeyd edir ki, mülki qanunvericilik vərəsəlik növbəliliyində vəsiyyətnaməyə üstünlük verir. İddiaçılar mərhum X7 bacı-qardaşları olaraq onun qanun üzrə 2-ci növbə vərəsələridir. Lakin vəsiyyətnamə olduqda qanun üzrə vərəsəlik deyil, vəsiyyət üzrə vərəsəlik əsas götürülür. Bu zaman Mülki Məcəlləyə görə, yalnız uşaqlar, valideynlər və arvad (ər) vəsiyyətnamədən asılı olmayaraq məcburi pay tələb edə bilər. Göründüyü kimi, qanunvericilikdə bacı-qardaşların məcburi pay hüququ nəzərdə tutulmamışdır, buna görə də Elmira Ağayevanın özünə məxsus olan bütün əmlakını kənar şəxsə vəsiyyət etməkdə tam sərbəst olmuşdur. Digər tərəfdən iddiaçı cavabdehin özünü Mirzaur kimi təqdim etməsini, tərəflər arasında rəsmi nikah olmamasını mərhumun aldadılması halı hesab etsə də, nəzərə alınmalıdır ki, vəsiyyətnamə tərtib edilərkən notarius şəxsin şəxsiyyət vəsiqəsini yoxlayır. Vəsiyyətnamədə vərəsə kimi Mirzaur deyil, rəsmi olaraq cavabdeh2 İdayət qızı qeyd olunub. İş materiallarında olan fotoşəkillərdən və video-görüntülərdən də görünür ki, Elmira Ağayeva və cavabdeh2 ##.##.2019-cu il tarixdə toy mərasimi keçirərək evlənmişlər. Bundan başqa iş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Başçısının ##.##.2023-cü il tarixli *** nömrəli sərəncamına əsasən, ##.##.1965-ci il təvəllüdlü X7 mülkiyyətlərinə hüququ olmadan cavabdeh2 İdayət qızı patron (köməkçi) təyin edilmişdir. Qeyd olunan sübutlar onlar arasında könüllülüyə əsaslanan, yaxın (sevgi) münasibətin olduğunu və mərhum Elmira Ağayevanın vəsiyyət etdiyi şəxsin rəsmi kimliyindən xəbərdar olduğunu sübut edir. Bununla yanaşı iş materiallarından müəyyən edilir ki, mərhum Elmira Ağayeva cavabdeh2 ilə ##.##.2019-cu ildə faktiki nikah münasibətlərinə daxil olmuş, uzun müddət (Elmira Ağayeva vəfat edənədək) bir yerdə yaşamışlar. Belə olan halda, məhrumun cavadehin şəxsiyyəti barədə məlumatsız olması ağlabatan deyil. Vəsiyyətnamənin tərtib olunma tarixindən də görünür ki, o, cavabdehlə faktiki birlikdə yaşamağa başladığı müddətdən xeyli sonra, mərhumun vəfatından 1 il qabaq tərtib edilmişdir. Belə olan halda cavabdehin mərhumu aldatması istisna olunur. Apellyator şikayətində X7 (##.##.2023-cü il ölüm tarixli) əlyazması əsasında arxa vərəqəsində ##.##.2022-si il tarixli, reyestrdə 2V-**** № ilə qeyd edilmiş vəsiyyətnamə Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərini pozaraq tərtib olunmasını göstərsədə Məhkəmə Kollegiyası hesab edir ki, buna dair sübut təqdim etməmişdir. Beləlklə də, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri isə əsassız olmuşdur. Belə ki, iddiaçı vəsiyyətnamənin saxtalığını və ya qeyri-qanuniliyini iddia etsə də, bu hal iş materiallarında olan sübutlarla öz təsdiqini tapmamışdır. Digər tərəfdən iş üzrə cavabdeh cavabdeh2 İdayət qızı barəsində xüsusi qərardad qəbul edilməsi üçün hər hansı bir əsas olmamış, bu barədə iddia tərəfi mötəbər sübutlar təqdim edə bilməmişdir. Məhkəmə Kollegiyası iddia tələbinə münasibətdə həmçinin qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin qeyd edilməlidir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Bu kontekstdə Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Çünki iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyü halda o, iddia tələbində istinad etdiyi faktiki halları biri digərini tamamlayan mötəbər sübutlarla sübut edə bilməmişdir. Məhkəmə Kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Bu baxımdan Məhkəmə Kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Çünki iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, müvafiq sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə düzgün nəticəyə gəlmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə Kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası

Qət etdi:

İddiaçı iddiaçı3 tərəfindən verilmmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar