Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-897/2026 15.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh ASC-yə qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “dəymiş zərərə görə sığorta haqqının ödənilməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi ilə, İddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh ASC-yə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Əmlak sığortası şəhadətnaməsinə əsasən müəyyən edilir ki, sığortalı İddiaçıdur, sığorta predmeti ünvan 1 ünvanıdır, sığorta dövrü ##.##.2021-ci il tarixdən ##.##.2024- cü il tarixədək olan dövrdür, sığorta məbləği 93000 manatdır, sığorta təminatı ...su, istilik, kanalizasiya kəmərlərinin qəzası, qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalardan, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma ..... təşkil edir.
2. Çıxarışın surətinə əsasən müəyyən edilir ki, ünvan 1 ünvanı İddiaçı xüsusi mülkiyyətindədir.
3. ünvan 2KTB *** saylı MKİS tərəfindən tərtib edilmiş ##.##.2024-cü il tarixli akta əsasən müəyyən edilir ki, kanalizasiya xəttində baş vermiş tutulma nəticəsində Səbail rayonu, Xanlar küçəsi, ev 7, mənzil 9 ünvanını kanalizasiya suyu basmışdır. İş materiallarında olan Cavabdeh ASC tərəfindən tərtib edilmiş qüsur aktına əsasən müəyyən edilir ki, mübahisə predmeti olan mənzilin təmir-bərpa xərci 1037 manat təşkil edir.
4. Qiymətləndirmə ilə bağlı keçirilmiş Central Consulting MMCnin ##.##.2025-ci il tarixli rəyinə əsasən müəyyən edilir ki, Səbail rayonu, Xanlar küçəsi, ev 7, mənzil 9 ünvanının təmir-bərpa xərci 1879 manat təşkil edir. Aparılmış tədqiqatın dəyəri 200 manat təşkil etmiş və xidmət haqqı iddiaçı İddiaçı tərəfindən ödənilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı İddiaçı cavabdeh Cavabdeh ASC-yə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzilində baş vermiş sığorta hadisəsi ilə əlaqədar 2195 manat sığorta ödənişi, ödənilmiş 48 manat dövlət rüsumu və hüquqi xidmətlərin göstərilməsinə görə vəkilə ödənilmiş 500 manat pulun Cavabdeh ASCdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ASC tərəfindən verilmiş PRX ********* saylı “Əmlak sığortasi Şəhadətnaməsi” ilə iddiaçıya məxsus olan Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, ev 7 ünvanında yerləşən * nömrəli mənzil sığortalanmışdır. 2024-ci ilin aprel ayında kanalizasiya xəttinda bas vermis qəza zamani mənzilə kanalizasiya suyu axmışdır. Bununla bağlı mənzilə ziyan dəymişdir. Bununla bağlı müvafiq akt tərtib olunmuşdur və sığorta şirkətnə məlumat verilmişdir. Səbail rayon MKTBnin *** saylı MKIS-nin rəisi Tural Məmmədovun, mühəndisi Ruhulla Əzimovun və iddiaçının etibarnamə əsasinda səlahiyyətli nümayəndəsi X10 tərtib etdiyi ##.##.2024-cü il tarixli aktdan görünür ki, “X11 verdiyi məlumata əsasən bir neçə gün əvvəl kanalizasiya xəttində baş vermis qəza zamanı mənzilə kanalizasiya suyu axmışdır.” Cavabdeh tərəfindən ## ### 2024-cü il tarixli iddiaçıya məktub ünvanlanmışdır. Məktubda qeyd edilmişdir ki, “Sizin sığorta ödənişi verilməsi barədə ərizənizlə əlaqədar aşağıdakıları diqqətinizə çatdırırıq. Cavabdeh ASC tərəfindən verilmiş PRX ********* saylı “Əmlak sığortası Şəhadətnaməsi” ilə Sizə məxsus olan Bakı şəhəri, Səbail rayonu, Xanlar küçəsi, ev 7 ünvanda yerləşən * nömrəli mənzil sığortalanmışdır. Ərizənizdə qeyd edilən hadisənin araşdırılması ilə əlaqədar tərəfimizdən verilmiş sorğuya cavab olaraq Səbail rayon MKTB-nin *** saylı MKISin ## ##### 2024-cü il tarixli, ** nömrəli müşayiət məktubu ilə bildirilmişdir ki, həmin ünvana yerində baxış keçirilmiş, akt tərtib olunmuşdur. Həmin məktuba əlavə edilmiş Səbail rayon MKTB-nin *** saylı MKİS-nin rəisi Tural Məmmədovun, mühəndisi Ruhulla Əzimovun və Sizin etibarnamə əsasında səlahiyyətli nümayəndəniz X10 tərtib etdiyi ##.##.2024-cü il tarixliaktdan görünür ki, “X11 verdiyi məlumata əsasən bir neçə gün əvvəl kanalizasiya xəttində baş vermiş tutulma zamanı mənzilə kanalizasiya suyu axmışdır. Sığorta Şəhadətnaməsindən də göründüyü kimi, sığorta təminatı “..... su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalardan, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma ..” risklərinə qarşı verilmişdir. Sizin mənzilinizdə baş vermiş “kanalizasiya xəttində tutulma” kanalizasiya kəmərlərinin qəzası hesab edilmir və sığorta təminatının əhatə dairəsinə düşmür. Belə ki, Sığorta Şəhadətnaməsinin ayrılmaz tərkib hissəsi olan AR Maliyyə Nazirliyi Sığorta Nəzarət Palatası ilə ## ####### 2018-ci il tarixində razılaşdırılmış" Əmlakın Yanğın və X3 Sığortasının Qaydaların”ın “X7” adlanan 3.1-ci bəndinə əsasən, “Tərəflər arasinda razılıq əsasında Sığorta şəhadətnaməsində göstərilməsi şərti ilə aşağıdakı risklər nəticəsində dəymiş zərərə görə Sığortaçı tərəfindən əlavə təminat verilə bilər:... 3.2.6. Daxili su" şərtlər Qaydaların 30-cu “Əmlakın yanğın sığortası ilə birlikdə verilə biləcək əlavə şərtlər” bölməsinin “Daxili suyun vurduğu zərərə görə şərtlər” adlanan hissəsinə əsasən, Əmlakın Yanğın və X4 Sığortasının Əsas Şərtlərinin müddəalarına əməl olunması şərti ilə; 1. Sığorta təminatına daxil olan zərər: 1.1. Sığortalanmış binanın içindəki su çənlərinin, su borularının, qizdırıcı sistemin kolonka, radiator və boruların, içməli su və ya kanalizasiya qurğularının partlaması, daşması, sızması, tutulması, sınması və donmasina görə dəyən zərər; 1.5. Kanalizasiya va fosseptik su yollarından geriyə daşan çirkli sulara görə dəyan zərər. Göründüyü kimi, hazırkı hadisə “Tərəflər arasinda raziliq əsasinda Sığorta səhadətnaməsində göstərilməsi şərti ilə aşağıdakı risklər nəticəsində dəymiş zərərə görə Sığortaçı tərəfindən əlavə təminat verilə bilən” hadisədir. Sığorta şəhadətnaməsində isə “Qaydalar”da nəzərdə tutulan “əlavə təminat” hesab edilən “kanalizasiya qurğularının tutulması” riski göstərilmədiyinə görə barəsində müraciət edilən hadisə sığorta hadisəsi hesab edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.8-ci maddəsinə əsasən, baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi halında sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir.” Həmin imtina əsassızdır. Bununla bağlı xxxx ASC-də qiymətləndirmə aktı tərtib edilmişdir və yekun məbləğ olaraq 1037.00 manat müəyyən edilmişdir. Bundan sonra iddiaçının müraciəti əsasında müvafiq bazar araşdırmaları nəticəsində məlum olmuşdur ki, kanalizasiya daşması nəticəsində, ünvan 1 ünvanında yerləşən, 2 otaqlı, 43.6 kv.m ümumi sahəyə malik fərdi yaşayış evinin 2 otağı və dəhliz sahəsi üzrə dəymiş zərərin ##.##.2024-cü il tarixinə ümumi dəyəri: 2195 (İkimin yüz doxsan beş ) manat təşkil edir. Odur ki, iddia tələbinin təmin edilməsi xahiş edilir.
7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli, ##.##.2025ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Cavabdeh ASCdən 1879 manat pul, ödənilmiş dövlət rüsumunun 38 manat hissəsi, hüquqi xidmətlərin göstərilməsi üçün ödənilmiş 500 manat pul və qiymətləndirmə ilə bağlı Central Consulting MMC-yə ödənilmiş 200 manat xidmət haqqı tutularaq iddiaçı İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim X1)
8. Məhkəmə iddia tələbini qismən təmin edərkən ona istinad etmişdir ki, qanunverici təqsirinin dərəcəsindən asılı olmayaraq mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsi ilə hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini ödəməsi vəzifəsini müəyyən etmişdir. İşdə olan ##.##.2022-ci il tarixli */**** №-li və ##.##.2023-cü il tarixli */**** №-li məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəylərindən görünür ki, “Mazda CX-5” markalı ** TZ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 1,306 manat müəyyən edilmişdir. Həmin rəyin təsviri hissəsindən aydın olur ki, “Mazda CX-5” markalı ** TZ *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyişilməli hissələrin dəyəri 1,183 manat, təmir işlərinin dəyəri 434 manat müəyyən edilmişdir. Məhkəmə işin faktiki hallarını, maddi və prosessual normaların tələblərini dəyərləndirərək hesab etmişdir ki, iddiaçının iddia tələbi qismən əsaslıdır, sığorta hadisəsi nəticəsində iddiaçıya zərər dəymiş əmlakının təmiri və bərpası üçün birbaşa çəkilməli olan 1,306 manat pul vəsaiti “xxxx” ASC-dən X2 xeyrinə tutulmalı, iddia tələbinin qalan hissəsi əsassız olduğundan həmin hissədə təmin edilməməlidir.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 904.1-ci, 922.1-ci, 926.1-ci, 934-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci, 119-cu maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
b) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən cavabdeh Cavabdeh ASC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, “kanalizasiya xəttində tutulma” kanalizasiya kəmərlərinin qəzası hesab edilmir və sığorta təminatının əhatə dairəsinə düşmür. Hazırkı hadisədə, mənzildə baş vermiş ziyanın “kanalizasiya xəttində tutulma” nəticəsində yarandığı qeyd olunmuşdur. Lakin bu hal“kanalizasiya kəmərlərinin qəzası” və ya digər qeyd edilmiş risklər kateqoriyasına aid deyil. Beləliklə, hadisə sığortatəminatının əhatə dairəsinə daxil olmadığından, sığortaşirkəti tərəfindən sığorta ödəniş edilməsinin hüquqi əsası yoxdur. Nəticədə, “kanalizasiya xəttində tutulma” riskinin Sığorta Şəhadətnaməsində təminat kimi göstərilmədiyi üçün, bu hadisə sığorta hadisəsi hesab edilmir və sığorta təminatından istifadə edilməsimümkün deyil. Sığortaşirkəti yalnızmüqaviləilə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək borcludur və bu halda həmin öhdəliklərəəsaslanan təminatın tətbiqi üçün hüquqiəsas yoxdur.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
ç) Proses iştirakçılarının izahatı
13. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etmişdir.
14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmişdir. Kollegiya işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
d) Tətbiq edilən hüquq
15. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır; 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır; 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir; 925.2-ci maddəsinə əsasən sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir; 925.3-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır; 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 402.1-ci maddəsinə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
e) Apellyasiya baxışının hədləri
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
19. Cavabdeh tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və yeni qətnamənin qəbul edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
21. Məhkəmə kollegiyası yuxarıda göstərilən və bu sahəni tənzimləyən qanunvericiliyin digər müddəalarına istinadən ilk növbədə qeyd edir ki, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin məbləğini müəyyən etməklə, onun əvəzinin ödənilməsini təmin etməlidir. Üçüncü şəxsin də onun əmlakına dəymiş zərərin əvəzinin ödənilməsini sığortalıdan, sığorta olunandan, yaxud qanunvericiliklə müəyyən edilmiş sığorta məbləği həddində sığortaçıdan tələb etmək hüququ nəzərdə tutulmuşdur. Eyni zamanda, dəymiş zərərin qiymətləndirilməsi, habelə müəyyən edilmiş zərər məbləği ilə bağlı tərəflər arasında razılıq əldə edilmədikdə bu məsələnin həlli qaydası (zərərin qarşılıqlı razılıqla təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılması) təsbit edilmişdir.
22. Əmlak sığortası şəhadətnaməsinə əsasən, sığortalı İddiaçıdur, sığorta predmeti ünvan 1 ünvanıdır, sığorta dövrü ##.##.2021-ci il tarixdən ##.##.2024-cü il tarixədək olan dövrdür, sığorta məbləği 93000 manatdır, sığorta təminatı ...su, istilik, kanalizasiya kəmərlərinin qəzası, qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalardan, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma təşkil edir. ünvan 1 ünvanı İddiaçı xüsusi mülkiyyətindədir. ünvan 2KTB *** saylı MKİS tərəfindən tərtib edilmiş ##.##.2024-cü il tarixli akta əsasən, kanalizasiya xəttində baş vermiş tutulma nəticəsində Səbail rayonu, Xanlar küçəsi, ev 7, mənzil 9 ünvanını kanalizasiya suyu basmışdır. Bununla da cavabdehin dəymiş zərərə görə icbari sığorta müqaviləsinə əsasən sığorta haqqını ödəmək öhdəliyinin yaranması işin mübahisə olunmayan hallarıdır.
23. Bununla bağlı məhkəmə kollegiyası vurğulayır ki, sığorta hadisəsi baş verdikdən sonra cavabdehin özü tərəfindən iddiaçının mənzilinə dəymiş zərər qiymətləndirilmiş və bunun nəticəsi olaraq, qiymətləndirmə ilə bağlı keçirilmiş Central Consulting MMC-nin ##.##.2025-ci il tarixli rəyinə əsasən, Səbail rayonu, Xanlar küçəsi, ev 7, mənzil 9 ünvanının təmir-bərpa xərci 1879 manat təşkil etmişdir.
24. Cavabdeh tərəfindən apellyasiya şikayətində qoyulan yegənə dəlil ondan ibarətdir ki, kanalizasiya xəttinin tutulması kanalizasiya qəzası hesab edilmədiyindən baş vermiş hadisə sığorta təminatı altına düşmür. Həmin arqumentə münasibətdə isə birinci instansiya məhkəməsi yetərli olan əsalandırmasını vermişdir.
25. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, baş vermiş sığorta hadisəsi nəticəsində iddiaçının mənzilinə dəymiş zərərin əvəzinin ödənilməsi təmin edilməməsi istiqamətində cavabdehin hərəkətləri qanuna zidd olmuş, nəticədə iddiaçının hüquqları pozulmuşdur. Birinci instansiya məhkəməsi də pozulmuş hüquqların bərpasının təmin edilməsi məqsədi ilə onun mənzilinə vurulmuş zərərin əvəzi olaraq, cavabdehdən məhz 1879 manat məbləğində sığorta ödənişini tutmaqda haqlı olmuşdur. Bu da öz növbəsində birinci instansiya məhkəməsinin qətnaməsi əsaslı olmaqla, qanunvericiliyin tələblərinə uyğun qəbul edilməsini təsdiq edir. Bu səbəbdən cavabdehin apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Ödənilmiş dövlət rüsumu cavabdeh Cavabdeh ASC-yə aid edilməlidir.
26. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı İddiaçı tərəfindən məhkəməyə təqdim olunan qəbzdən görünür ki, iddiaçı apellyasiya instansiya məhkəməsi üçün vəkillə bağladığı müqaviləyə görə 500 manat məbləğində pul ödəmiş və belə olan halda da həmin vəkil xərci də cavabdeh Cavabdeh ASC iddiaçının xeyrinə tutulmalıdır.
27. Hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.
28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh Cavabdeh ASC -nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ödənilmiş dövlət rüsumu cavabdeh “xxxx” ASC-yə aid edilsin. İddiaçı İddiaçı ona apellyasiya instansiyası məhkəməsində hüquqi yardım göstərilməsi ilə bağlı vəkillə bağladığı müqaviləyə görə ödədiyi 500 manat məbləğində pul cavabdeh Cavabdeh ASC-dən iddiaçının xeyrinə tutulsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.