Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-898/2026 12.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı “xxxx” X1 cavabdeh Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: ( debitor borcun ödənilməsi) hakimlər X3 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, cavabdeh Cavabdeh iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)- ****/**** saylı işi üzrə ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdehov Seyidbaba oğlu verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Işin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. “xxxx” X1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 3167,68 manat borcun (abonent kodu: 1022200320000) və 51,68 manat dövlət rüsumunun tutularaq ”xxxx” publik hüquqi şəxsə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.Iddia onunla əsaslandırılmışdır ki, iddiaçı “xxxx” publik hüquqi şəxs tərəfindən cavabdeh Cavabdeh (abonent kodu: 1022200320000) su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. Cavabdeh əhali qrupu abonenti olmaqla xidmətlərdən mütəmadi olaraq istifadə etmiş, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə ##.##.2025-ci il tarixinə 3167,68 manat borcu yaranmışdır. Iddiaçı tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildirişlər, sonuncu dəfə isə xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir.
2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Qətnamədə “Su təchizatı və tullantı suları haqqında” Qanunun 30, 61, 62; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il ## #### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydalarının” 4.1; 4.1.3; Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının ##.##.2011-ci il tarixli Qərarına; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1. 445.1, 448.2; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.1, 284-1. 284-5.3-cü maddələrinə istinadən edilmişdir)
3. Birinci instansiya məhkəməsində icraat zamanı tədqiq edilmiş sübutlar: - abonent kartına əsasən, “xxxx” publik hüquqi şəxs tərəfindən cavabdeh Cavabdeh (abonent kodu: 1022200320000) su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. Cavabdeh əhali qrupu abonenti olmaqla xidmətlərdən mütəmadi olaraq istifadə etmiş, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə ##.##.2025-ci il tarixinə 3167,68 manat borcu yaranmışdır; - Xəbərdarlıq məktubuna əsasən, Cavabdeh ##.##.2025-ci il tarixinə 3167,68 manat borcu yaranmışdır. 7 iş günü müddətində borcun ödənilməsi, əks təqdirdə göstərilən xidmətlərin dayandırılacağı, yaranmış borc və xidmətin dayandırılmasına çəkilmiş xərclərin məhkəmə qaydasında tutulmasının təmin ediləcəyi bildirilmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
4. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 61.1-ci maddəsinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1. 373.3cü maddələrinə istinadən qeyd edilmişdir ki, , o Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xurşud Ağayev küçəsi, ev 2 ünvanında qeydiyyatda olmaqla təxminən 1990- cı illərdən bəri bu ünvanda fərdi evində yaşayır. 2017-ci ilə kimi isə Bakı şəhəri, ünvan 2 (köhnə qaydalarla: 2ci M.Abbasov küçəsi, ev 15) ünvanında qeydiyyatda olmuşdur. Lakin hazırda yaşadığı evə qeydiyyata 2017-ci il tarixdə düşmüş və kommunal xidmətlərdən istifadə ilə bağlı sayğacları öz adına keçirtmişdir. Bu zamana kimi sudan istifadəyə görə xidmət haqqını vaxtlı-vaxtında ödəyir. Məhkəmənin müvafiq qətnaməsi onun qeydiyyatda olduğu və eyni zamanda yaşadığı Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xurşud Ağayev küçəsi, ev 2 ünvanına poçt vasitəsilə təqdim edildikdən sonra ona qarşı məhkəmədə iddia qaldırıldığını bilmişdir. Iddia tələbi və məhkəmənin qətnaməsində yazılanlarla razılaşmadığından Binəqədi Rayon Sukanal Idarəsinə yaxınlaşaraq, onunla “xxxx” X1 xidməti arasında bağlandığı bildirilən müqavilələrin surətlərini almışdır. Müqavilələrdən biri (abonent kodu: 1024800210000) 2017-ci il tarixli, digəri isə (abonent kodu: 102220320000) 2025-ci il tarixlidir. 2017-ci il tarixli müqavilədə xidmətlərin göstərilməsi ünvanı onun qeydiyyatda olduğu və yaşadığı ünvan 1 qeyd edilsə də, 2025-ci il tarixli digər müqavilədə ünvan kimi qardaşının öz ailəsi ilə yaşadığı ünvan 2 (köhnə qaydalarla: 2-ci M.Abbasov küçəsi, ev 15) göstərilmişdir. Həmin ünvanda isə 2001-ci il tarixdən qardaşının adına ************* nömrəli abonent kodu mövcuddur. Digər maraqlı məqam isə ondan ibarətdir ki, əgər onunla iddiaçı arasında 2001-ci il tarixli müqavilə mövcud idisə və o həmin müqaviləyə görə 2004-cü ildən 20 il ərzində ödəniş etmirdisə, iddiaçı müqavilə üzrə xidmətlərin göstərildiyi fərdi yaşayış evinə niyə su təchizatı xidmətinin göstərilməsini dayandırmamış və ona qarşı məhkəmədə bu zamana kimi iddia qaldırmamışdır? O cümlədən iddiaçının iddia ərizəsində qeyd etdiyinin əksinə, ona borcun ödənilməsi ilə bağlı hər hansı bildiriş və ya xəbərdarlıq vərəqəsi təqdim olunmamışdır. Belə ki, iddia ərizəsinə əlavə edilən xəbərdarlıq vərəqəsi onun tərəfindən imzalanmamışdır. Bu hal da iddiaçı tərəfindən ona hər hansı bildiriş təqdim edilmədiyini sübut edir. Iddia ərizəsinə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surəti ilə bağlı isə bildirir ki, bir müddət əvvəl adını bilmədiyi iddiaçı qurumun əməkdaşı onun adına 2-ci abonent kodunun olduğunu bildirmiş və bu kodu ləğv etmək üçün şəxsiyyət vəsiqəsi məlumatlarını istəmişdir. Həmin zaman da onun borcunun olduğu deyilməmişdir. O dA şəxsiyyət vəsiqəsini ona təqdim etmişdir. Lakin indi məlum olur ki, həmin şəxs onu aldatmış və vəsiqənin surətini məhkəmədə ona qarşı iddia qaldırmaq üçün istəmişdir. Digər bir məsələ isə iddiaçı tərəfindən məhkəməyə təqdim edilən abonent kartında müqavilənin bağlanma tarixi 2001-ci il göstərilsə də, Binəqədi Rayon Sukanal Idarəsi tərəfindən ona təqdim edilən eyni abunə koduna aid müqavilənin bağlanma tarixi ##.##.2025-ci il, qüvvəyə minmə tarixi kimi ##.##.2026-ci il qeyd edilmişdir. Həmçinin müqavilədə qeyd olunan ünvan 2 (köhnə qaydalarla: 2-ci M.Abbasov küçəsi, ev 15) ilə bağlı qardaşının adına olan abunə kodu mövcuddur. Bu halda eyni ünvanla bağlı 2 müxtəlif şəxsin adına 2 fərqli abunə kodunun olması tamamilə məntiqsizdir. Bütün bu hallar sübut edir ki, iddia tələbi ilə tamamilə əsassızdır və qətnamə ləğv edilməlidir. Hazırki iddia tələbi də vaxtaşırı icra edilməli olan öhdəlik olduğundan o, iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmək hüququndan məhrum olmuşdur.. Lakin bu hüququndan istifadə etmək istəyini iddia tələbini qəbul etməyi kimi şərh edilməməli, ən pis halda, yəni iddia tələbi təmin ediləcəyi təqdirdə son 3 ilə münasibətdə təmin edilməsindən yana idi. Müvafiq məhkəmə işi ilə bağlı ona bildiriş təqdim olunmamışdır. Nəticədə o məhkəmə işinə tərəf qismində cəlb edilməyi barədə məlumatsız olmuşdur. Qətnamə qəbul edildikdən sonra onun qeydiyyatda olduğu və eyni zamanda yaşadığı ünvan 1 ünvanına qətnamənin surəti təqdim olunmuşdur. Qətnamənin ilk səhifəsində ünvan kimi ünvan 2 yazılmışdır. Halbuki o, həmin ünvanda deyil, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayır. Ona bildiriş təqdim edilməməsi nəticəsində o, məhkəməyə iddia ərizəsinə etirazını və buna əsas olan sübutları təqdim edə bilməmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar:
5. Bakı Apellyasiya Məhkəməsinin 16. 03.2026-cı il tarixli qərardadı ilə işə məhkəmə iclasında baxılması qərara alınmışdır.
6. Apellyasiya icraatı zamanı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş və ixtisaslı mütəxəsislərinin məhkəmə iclasında iştirakının təmin olunması ilə bağlı müvafiq bildiriş göndərilmişdir.
7. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək, şikayətinin təmin edilməsini xahiş etmişdir.
8. Məlumatlandırlması üçün qanunvericlikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:
9. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
11. “Su təchizatı və tullantı suları haqqında” Qanunun tələblərinə əsasən: 30.1. Su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Istehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 61.1 “Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır”. 62. Qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır.
12. Sudan istifadə qaydalarının” 4.1.3-cü bəndinə əsasən, bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçının vəzifəsidir.
13. Mülki Prosessual Məcəllənin 9.3 və 14.2-ci maddəsinə əsasən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məcəllənin 77.1-ci maddəsinə əsasən: hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 106.1-106.2-ci maddələrinə müvafiq: işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
14. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək belə qənaətə gəlir ki, şikayətin dəlilləri əsaslıdır. Ilk növbədə qeyd edilməlidir ki, mötəbər sübutlarla təsdiq edilməyən tələbə münasibətdə birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə əsaslandırılmamış, apellyasiya icraatı şifahi növdə aparılaraq iddiaçının iştirakına şərait yaradılmış, habelə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş və ixtisaslı mütəxəsislərinin məhkəmə iclasında iştirakının təmin olunması ilə bağlı ora müraciət etmişdir. Lakin iddianın əsasını təşkil edən sübutlar təqdim edilməmişdir. qeyd edilməlidir iş üzrə bir sübut – abonent saldosu təqdim edilmişdir ki, bunun da daxili elektron dövrüyə üçün olan və elektron imza, və ya adi imza və möhürlə təsdiq edilmədiyindən sənəd (sübut) növü kimi qiymətləndirilməsi mümkün deyildir. Qeyd edilənlər prosessual qanunvericiliyin tələblərinə əsasən qətnamənin ləğv edilməsi üçün əsasdır. Birinci instansiya məhkəməsi mötəbər sübutlar olmadığı təqdirdə sadəcə iddiaçı tərəfindən təqdim edilmiş və həqiqiliyi şübhə altında olan abonent saldosuna istinad edərək iddia tələbi təmin etməsi tam yalnışdır. Məhkəmə kollegiyası cavabdehin şikayətində qeyd etdiyi ziddiyyətləri məqamlara aydınlıq gətirmək üçün Azərbaycan Respublikası Su Ehtiyatları Agentliyindən ixtisaslı mütəxəsislər cəlb edilsə də, məhkəmə iclasında iştirak etməmiş, mövcud ziddiyyətlərə aydınlıq gətirilməmişdir. Belə olduğu təqdirdə , yəni iddiaçı tərəf öz iddia tələbinin əsaslılığı ilə bağlı mötəbər sübutlar təqdim edə bilmədiyindən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir.
15. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci tələb olmadığından onu ödəyən şəxsə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsindən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.
16. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: Cavabdeh Cavabdehov Seyidbaba oğlu tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** saylı işi üzrə ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Iddiaçı “xxxx” X1 cavabdeh Cavabdehov Seyidbaba oğluna qarşı “ debitor borcunun ödənilməsi” tələbinə dair iddiası rədd edilsin.