Məhkəmə qərarları › İş №2(3-6)-939/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-939/2026

14.05.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-939/2026 14.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçıblikası Dövlət Neft Şirkətinin “Neft Kəmərləri” Idarəsinin cavabdeh Cavabdeh qarşı “neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Açar sözlər: (özbaşına tikilinin sökülməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər X5 (sədrlik edən və məruzəçi), X7 və X11 ibarət tərkibdə, məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi, iddiaçı İddiaçıblikası Dövlət Neft Şirkətinin “Neft Kəmərləri” Idarəsinin nümayəndəsi X13, cavabdeh Cavabdeh nümayəndəsi X2, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları, iş üzrə məhkəmə icraatı

1. SOCAR Təhlükəsizlik Idarəsinin ** saylı komandasının qarovulu X3, mühafizəçilər X6 və X8 iştirakları ilə tərtib edilmiş ##.##.2024-cü il tarixli aktdan görünür ki, ##.##.2024-cü il tarixdə * saylı qarovulun 1-ci iş növbəsində saat 13:30-da **-** saylı postların ərazisində (Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, döngə 3) Şirvan-Böyükşor DŞ-500 mm-lik yerüstü neft kəmərinin 118.8-ci km-də, 39 T 0399349; ******* saylı koordinat üzrə, kəmərdən təqribən 15 metr aralı məsafədə, 1-cı sırada, kəmərə perpendikulyar, Cavabdeh tərəfindən köhnədən inşa edilmiş, hasarlanmış və içərisində yaşayış olan evin ön hissəsində, 2 metr enində 2.5 metr uzunluğunda 3 metr hündürlüyündə kərpic daşlarından ibarət mətbəx üçün nəzərdə tutulmuş hörgü işlərinin aparılması aşkar edilmişdir. Mühafizə zonası daxilində görülən işlərin qanunazidd olduğu həmin şəxsə izah edilərək əlavə işlərin görülməməsinə dair yazılı xəbərdarlıq təqdim edilmiş və bu barədə icra nümayəndəsi Elşad adlı şəxsə saat 14:00-da məlumat verilmişdir.

2. İddiaçıblikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, göstərilən torpaq sahəsi faktiki olaraq hasardaxili 0.0545 ha təşkil edir. Torpaq sahəsinin üzərində yaşayış evi inşa olunmuşdur. Faktiki olaraq göstərilən 0.0545 ha torpaq sahəsinin koordinatları əlavə olunur. 1. X– 397061.2152; Y– 4476437.8900, 2. 397081.6146; Y– 4476434.1594, 3. 397078.5686; Y– 4476408.5444, 4. X 397057.2034; Y– 4476412.6454. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə İddiaçıblikası Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsində olan “Kontrakt sahəsinin hüdudları daxilində yerləşir (Binəqədi Oil). Torpaq sahəsi tamamilə neft kəmərinin mühafizə zolağında yerləşir. Sahədən təqribi 77.0 m, 105.0 m məsafədə ləğv olunmuş quyu məlumatları mövcuddur. Sahə Dövlət mülkiyyəti torpağıdır. Sahədəki tikilinin qeydiyyatı barədə bazada məlumat aşkar olunmamışdır.

3. “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh adına Binəqədi rayonu ərazisində dövlət reyestrindən qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir.

a)Birinci instansiya məhkəməsində icraat

4. Iddiaçı İddiaçıblikası Dövlət Neft Şirkətinin “Neft Kəmərləri” Idarəsi cavabdeh Cavabdeh qarşı “neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SOCAR-ın “Neft Kəmərləri” Idarəsinin istismarında olan Şirvan-Böyükşor Dş-500 mm-lik yerüstü neft kəmərinin 118.8-ci km-də, 39 T 0399349; ******* saylı koordinat üzrə, kəmərdən təqribən 15 metr aralı məsafədə, 1-ci sırada neft boru kəmərinin mühafizə zonasında ünvan 1 3 ünvanında cavabdeh Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin, hasarın və kərpic daşlardan ibarət mətbəxin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması, ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehdən tutularaq, iddiaçı SOCAR-ın “Neft Kəmərləri” Idarəsinin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 5.Iddia tələbi onunla əsaslandırılmışdır ki, SOCAR-ın “Neft Kəmərləri” Idarəsinin istismarında olan Şirvan-Böyükşor Dş-500 mm-lik yerüstü neft kəmərinin 118.8-ci km-də, 39 T 0399349; ******* saylı koordinat üzrə, kəmərdən təqribən 15 metr aralı məsafədə, 1-ci sırada neft boru kəmərinin mühafizə zonasında ünvan 1 3 ünvanında cavabdeh Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi, hasar və kərpic daşlardan ibarət mətbəx faktları aşkar edilmişdir. İddiaçıblikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Həmin maddənin 5-ci bəndinə əsasən sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, xüsusi hüquqi rejimli zonalarının müəyyənləşdirilməsi qaydaları isə müvafiq normativ aktlarla tənzimlənir. Bundan başqa, İddiaçıblikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və ##.##.2003-cü il tarixdə Ədliyyə Nazirliyində 2951 nömrə ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”na əsasən mühafizə zonası boru kəmərləri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilmişdir. Bu qaydalara əsasən “Neft Kəmərləri” Idarəsinin rəsmi razılığı olmadan kəmərlərin mühafizə zonasında aşağıda göstərilən işlərin aparılması qadağandır: a) hər hansı tikinti və quraşdırma işləri; b) bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarını tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yığılması; c) boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması; ç) torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması; İddiaçıblikasının Torpaq Məcəlləsinin 111-ci maddəsində aşağıdakılar göstərilmişdir: 1) “İddiaçıblikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 2) Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. 3) Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir”. İddiaçıblikası Prezidentinin ##.##.2002-ci il tarixli *** saylı Fərmanında, eləcə də İddiaçıblikası Nazirlər Kabinetinin ##.##.2004-cü il tarixli *** saylı Qərarında X1 kəmərinin mühafizə zolağında hər hansı qurğunun yerləşdirilməsi və ya tikintisinin aparılmasının yolverilməzliyi göstərilmişdir. Həmçinin İddiaçıblikasının Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən “tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.” Bundan əlavə İddiaçıblikasının Cinayət Məcəlləsinin 222- 2-ci maddəsi ilə müvafiq icazə alınmadan magistral boru kəmərlərinin mühafizə zonalarında tikinti və ya quraşdırma işləri aparılmasına görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirər və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər.

6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə (sədrlik edən-Pərviz Məmmədov) iddia tələbinin təmin edilməsi, İddiaçıblikası Dövlət Neft Şirkətinin “Neft Kəmərləri” Idarəsinin istismarında olan Şirvan-Böyükşor Dş-500 mm-lik yerüstü neft kəmərinin 118.8-ci km-də, 39 T 0399349; ******* saylı koordinat üzrə, kəmərdən təqribən 15 metr aralı məsafədə, 1-ci sırada neft boru kəmərinin mühafizə zonasında ünvan 2 ünvanında cavabdeh Cavabdeh tərəfindən inşa edilmiş (ona məxsus) tikililər– fərdi yaşayış evi, hasar və kərpic daşlardan ibarət mətbəx tikilisinin cavabdeh Cavabdeh hesabına sökülərək kəmərin mühafizə zonasından çıxarılması, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu və iş üzrə mütəxəssis rəyinin alınması üçün sərf edilmiş 95 manat məbləğində pul vəsaitinin cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçıblikası Dövlət Neft Şirkətinin “Neft Kəmərləri” Idarəsinə ödənilməsi qət edilmişdir.

7. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, Socarın “Neft Kəmərləri” Idarəsinin istismarında olan Şirvan-Böyükşor DŞ-500 mm-lik yerüstü neft kəmərinin mühafizə zonasının daxilində, yəni ünvan 1 3 ünvanında qanunla müəyyən olunmuş qaydada lazımi icazələr alınmadan, şəhərsalma və tikinti norma və qaydaları ciddi surətdə pozulmaqla cavabdeh tərəfindən özbaşına fərdi yaşayış evi, hasar və kərpic daşlardan ibarət mətbəx tikilisi inşa edilmiş, bununla bağlı iddiaçı tərəfdən hər hansı razılıq alınmamışdır. Həmin fakt İddiaçıblikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin * saylı Bakı Ərazi Idarəsi tərəfindən verilmiş mütəxəssis rəyi ilə də bir daha təsdiq edilmişdir. Belə ki, həmin rəydə qeyd edilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən sahənin İddiaçıblikası Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsində olan “Kontrakt sahəsinin hüdudları daxilində yerləşdiyi (Binəqədi Oil) və sahənin bütövlükdə neft kəmərinin mühafizə zolağında yerləşdiyi müəyyən olunmuşdur. Bundan əlavə, həmin tikililərin dövlət reyestrində qeydə alınması da aşkar olunmamışdır. 8.Məhkəmə öz mövqeyini İddiaçıblikasının Torpaq Məcəlləsinin 4.3, 22.2, 22.5, 49.1, 50, 66.1, 66.2, 67.1, 67.3, 67.4, 68, 111-ci; İddiaçıblikasının Mülki Məcəlləsinin 180.1-180.4-cü maddələri; “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik” Qaydalarının 6.3, 6.7-ci bəndi; “Texniki təhlükəsizlik haqqında” İddiaçıblikası Qanununa və İddiaçıblikası Nazirlər Kabinetinin ## ### 2021-ci il tarixli ** saylı Qərarı; İddiaçıblikası Nazirlər Kabinetinin ## ###### 2004-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Istismar olunan X1 kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları”nın 1.1- 1.3, 4.1, 6.1, 6.2-ci bəndi; «Insan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 2-ci maddəsi və İddiaçıblikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv ediməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 10.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli evin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətində olsa da, müvafiq dövlət və icra hakimiyyəti orqanları tərəfindən ailə üzvlərinə, eləcə də onun özünə həmin sahədən istifadə ilə əlaqədar uzun illər ərzində heç bir irad bildirilməmiş və onlar mənzil şəraitini həll edilmiş hesab edərək uzun illər ərzində oradan maneəsiz və fasiləsiz istifadə etmişdir. Bu illər ərzində onun və ailə üzvlərinin orada yaşamasına nəinki maneçilik törədilməmişdir, əksinə onlardan həmin evdə rahat yaşamaq üçün su, qaz və elektrik xətləri çəkilməklə həmin xidmətlərə görə müvafiq haqq alınmışdır. Göstərilən orqanlar cavabdehə müvafiq kommunal xidmətlər göstərməklə və eləcə də susmaqla əslində onun həmin torpaq sahəsində tikilmiş evdən istifadə etməsinə dolayısı ilə öz razılıqlarını bildirmişlər. Bundan əlavə onun və ailə üzvlərinin yaşamaq üçün başqa yaşayış sahəsi mövcud deyildir. Iddia tələbinin dəlilinə gəldikdə isə məhkəmə qeyd edir ki, cavabdehin torpaq sahəsində özbaşına tikili (evə artırma) inşa etməsi halı işə əlavə edilən sənədlərlə və işin haları ilə təsdiq edilmir. Belə ki, SOCAR Təhlükəsizlik Idarəsinin ** saylı komandasının qarovulu X3, mühafizəçilər X4 və X8 iştirakları ilə tərtib edilmiş ##.##.2024-cü il tarixli aktda qeyd edilmişdir ki, ”köhnədən inşa edilmiş, hasarlanmış və içərisində yaşayış olan evin ön hissəsində, 2 metr enində, 2,5 metr uzunluğunda və 3 metr hündürlüyündə ##.##.2024-cü il tarixdə qanunsuz inşa mətbəxt tikilisinin hörgü işlərinin tamamlanması, həmçinin üzərinə dam örtüyünün vurulması aşkar edilmişdir” evi əldə etməyi barədə aralarında bağlanmış alqı satqı müqaviləsi və etibarnamələri əlavə edir. Belə ki, məhkəmə proseslərində iştirak etmək istəsə də iclaslar təxirə salınmış sənədləri təqdim etmək imkanı olmamış və qətnamə onun iştirakı olmadan çıxarılmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 11.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək qeyd etdi ki, iddiaçı tərəfin nümayəndəsi özü də etiraf etdi ki, həmin ərazidə başqa tikililər də mövcuddur.

13. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi.

14. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçıblikası Dövlət Neft Şirkətinin “Neft Kəmərləri” Idarəsinin nümayəndəsi X13 apellyasiya şikayətini qəbul etmədi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

15. İddiaçıblikasının Mülki Məcəlləsi:

Maddə 139.1.Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 146.1.Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 180.1.Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.4.Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

16. İddiaçıblikası Torpaq Məcəlləsi: Maddə 46. Dövlətin torpaq üzərində mülkiyyət hüququ. 1.Dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlət mülkiyyətində olan torpaqlara daxildir. Maddə 111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması. 1.İddiaçıblikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 2.Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. 3.Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

17. İddiaçıblikası Mülki Prosessual Məcəlləsi: Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

18.İddiaçıblikası Konstitusiya Məhkəməsi Plenumunun “İddiaçıblikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, İddiaçıblikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. İddiaçıblikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 19.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair İddiaçıblikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

21. SOCAR Təhlükəsizlik Idarəsinin ** saylı komandasının qarovulu X3, mühafizəçilər X6 və X8 iştirakları ilə tərtib edilmiş ##.##.2024-cü il tarixli aktdan görünür ki, ##.##.2024-cü il tarixdə * saylı qarovulun 1-ci iş növbəsində saat 13:30-da **-** saylı postların ərazisində (Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, döngə 3) Şirvan-Böyükşor DŞ-500 mm-lik yerüstü neft kəmərinin 118.8-ci km-də, 39 T 0399349; ******* saylı koordinat üzrə, kəmərdən təqribən 15 metr aralı məsafədə, 1-cı sırada, kəmərə perpendikulyar, Cavabdeh tərəfindən köhnədən inşa edilmiş, hasarlanmış və içərisində yaşayış olan evin ön hissəsində, 2 metr enində 2.5 metr uzunluğunda 3 metr hündürlüyündə kərpic daşlarından ibarət mətbəx üçün nəzərdə tutulmuş hörgü işlərinin aparılması aşkar edilmişdir. Mühafizə zonası daxilində görülən işlərin qanunazidd olduğu həmin şəxsə izah edilərək əlavə işlərin görülməməsinə dair yazılı xəbərdarlıq təqdim edilmiş və bu barədə icra nümayəndəsi Elşad adlı şəxsə saat 14:00-da məlumat verilmişdir.

22. İddiaçıblikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, göstərilən torpaq sahəsi faktiki olaraq hasardaxili 0.0545 ha təşkil edir. Torpaq sahəsinin üzərində yaşayış evi inşa olunmuşdur. Faktiki olaraq göstərilən 0.0545 ha torpaq sahəsinin koordinatları əlavə olunur. 1. X– 397061.2152; Y– 4476437.8900, 2. 397081.6146; Y– 4476434.1594, 3. 397078.5686; Y– 4476408.5444, 4. X 397057.2034; Y– 4476412.6454. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə İddiaçıblikası Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsində olan “Kontrakt sahəsinin hüdudları daxilində yerləşir (Binəqədi Oil). Torpaq sahəsi tamamilə neft kəmərinin mühafizə zolağında yerləşir. Sahədən təqribi 77.0 m, 105.0 m məsafədə ləğv olunmuş quyu məlumatları mövcuddur. Sahə Dövlət mülkiyyəti torpağıdır. Sahədəki tikilinin qeydiyyatı barədə bazada məlumat aşkar olunmamışdır.

23. “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh adına Binəqədi rayonu ərazisində dövlət reyestrindən qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir.

24. İddiaçıblikası Nazirlər Kabinetinin 2004-cü il # ###### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Istismar olunan X1 kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi” qaydalarının 4.1ci bəndinə əsasən, X1 Kəmərlərinin istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədilə INBK-mn marşrutu boyunca- boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası boru kəməri oxunun hər tərəfindən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılaraq mühafizə zonaları müəyyənləşdirilir.

25. İddiaçıblikasının Fövqəladə Hallar Nazirliyinin ## ##### 2023-cü il tarixli 20/01-*** №-li qərarı ilə təsdiq edilmiş “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları” 6.1ci bəndinə əsasən MNK-nin istismarı üçün şərait yaratmaq və onların çəkiliş üsulundan asılı olaraq zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədilə aşağıdakı mühafizə zonaları müəyyənləşdirilir: MNK nin marşrutu boyunca- boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası boru kəməri oxunun hər tərəfindən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır.

26. Digər tərəfdən, Texniki təhlükəsizlik haqqında İddiaçıblikası Qanununa və İddiaçıblikası Nazirlər Kabinetinin ## ### 2001-ci il tarixli qərarına əsasən, neft və qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potehsial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Bu baxımdan həmin ərazidə məskunlaşma cavabdeh tərəf üçün də təhlükəlidir.

27. Nəzərə alınmalıdır ki, həmin tikililər və fərdi yaşayış evi yüksək təzyiqli neft kəməri üçün, həmçinin ətrafdakılar üçün, eləcə də həmin tikililərdən, evdən istifadə edən insanların öz həyatı üçün ciddi təhlükə yaradır.

28. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh torpaq sahəsi üzərində mübahisə predmeti olan tikilinin inşası üçün lazımi icazələr almamış, şəhərsalma və tikinti normaları və qaydaları ciddi surətdə pozmuşdur. Həmin tikililərin saxlanması birinci növbədə orada yaşayan şəxslərin, sonra isə ətrafdakıların həyatı və sağlamlığı üçün təhlükə yaradır. Həmin tikililər özbaşına tikili olmaqla Mülki Məcəllənin 180-cı maddəsinin tələbi baxımından müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. 29.Buna görə də kollegiya iddianın təmin edilməsi ilə bağlı məhkəmənin mövqeyini qanuni və əsaslı hesab edərək, qeyd edir ki,apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 30.Göstərilənlərə əsasən və İddiaçıblikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə İddiaçıblikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.

Sədrlik edən Günay Axundova Hakimlər Məhəmməd Rüstəmli Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar