Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-940/2026 06.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “X2” Şirkətinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2blikasındakı Filialı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2blikası Dövlət Neft Şirkətinin “Neft Kəmərləri” İdarəsi cəlb edilməklə) cavabdeh Cavabdeh qarşı mülki iş (Açar sözlər: « tikilinin cavabdehin hesabına sökülməsi ») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi nümayəndə2, nümayəndəsi və vəkili vəkil2, cavabdeh Cavabdeh vəkili vəkil3, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X2” Şirkətinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2blikasındakı Filialının nümayəndəsi X4 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(***)-**/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçı “xxxx” ASC-nin apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları:
1. Birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2blikasının Dövlət Əmlakının İdarə Edilməsi Üzrə Dövlət Komitəsinin ##.##.2007-ci il tarixli ****** saylı şəhadətnaməsinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri, Binəqedi rayonu, Binəqədi qəsəbəsi, III mədən ünvanında yerləşən 629,8 kv.m qeyriyaşayış sahəsi üzərində hüquqları əldə etmişdir. Əmlakın tərkibi bu şəhadətnamənin ayrılmaz hissəsi olan əlavədə göstərilir. Bu şəhadətnamə obyekt üzərində hüquqların qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə verilir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “X2” Şirkətinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2blikasındakı Filialı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2blikası Dövlət Neft Şirkətinin “Neft Kəmərləri” İdarəsi cəlb edilməklə) cavabdeh Cavabdeh qarşı tikilinin cavabdehin hesabına sökülməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus Binəqədi rayonu, Binəqədi qəsəbəsi, III mədəndə yerləşən tikiliyə bitişik tikilən evin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş edib.
3. Tələbdə göstərilir ki, bir neçə ay öncə heç bir ara məsafə saxlamadan qonşuluqda yaşamayan cavabdeh Cavabdeh tərəfindən iddiaçıya məxsus tikiliyə bitişik tikili tikmək istəməsi məlum olmuşdur. Maraqlanıb tikintinin sahibi Cavabdeh ilə görüşüb danışmış, ondan tikintinin aparılması üçün hansı sənədlərinin olduğunu soruşmuş və nəzərinə çatdırıb ki, hansı bir tikilini qonşu ilə sərhəddə tikərsə qonşunun razılığını almalıdır və əlində olan sənədlərlə qonşunu tanış etməlidir. Cavabdeh heç bir sənəd göstərməmişdir. İzah olunub ki, tikinti normalarına əsasən qonşu ilə ara məsafəsi saxlayıb tikintini apara bilər. Bir müddətdən sonra tikintini başlayıb ara məsafəsi saxlamaması məlum olub. Qonşuya başa salıb ki, tikintini saxla ara məsafəsi saxla sonra tik, əks təqdirdə məhkəməyə müraciət edib tikilinin sökülməsini tələb edəcək. Bir müddət keçdikdən sonra məlum oldu ki, tikilinin tikintisini davam etdirir. Cavabdehlə telefon vasitəsi ilə əlaqə saxlanılmış və tikilinin dayandırılması ilə əlaqədar danışıqlar nəticə verməmişdir. Məcbur olub DİN “102 xidməti”nə müraciət edib iddiaçıya məxsus tikilini təsdiq edən hüquqi sənədləri və şikayətini qeydə aldırıb.
4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(***)-**/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsi (hakim Səidə Məmmədova) ilə iddia tələbi təmin edilməmiş və məhkəmə xərcləri iddiaçının özünə aid edilmişdir.
5. Birinci instansiya məhkəməsi qənaətində göstərir ki, cavabdehin fərdi tikilisi lazımi icazələr alınmadan, şəhərsalma və tikinti normalarını və qaydalarını pozmaqla inşa edilmiş, habelə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. İddiaçıya məxsus olan tikiliyə dair şəhadətnamə və digər müvafiq icazə sənədləri olsa da, hazırda torpağın statusu və orada neft qaz hasilatı üçün ayrılmış torpaq statusuna malik olması həmin sənədlərlə bağlı vəziyyəti dəyişsə də, bununla belə hazırki durumda iddiaçının cavabdeh tərəfindən inşa edilmiş tikilinin sökülməsinə dair iddia tələbi qaldırmaq üçün subyektiv hüquqa malik olmamasını demək təbii ki, qanunauyğun hesab edilə bilməz. Belə ki, işin faktiki hallarından da müəyyən olunur ki, iddiaçının inşa etdiyi obyektə münasibətdə maddi gözləntiləri və maraqları mövcuddur. Belə olan təqdirdə isə onu bu maraqlarını məhkəmə müdafiəsi ilə təmin etmək hüququndan məhrum buraxmaq mülki qanunvericiliyin dayaq prinsiplərinə zidd hesab olunardı. Yaşayış evlərinin sökülməsi ilə bağlı iddialara xüsusi həssaslıqla yanaşılmalıdır. Çünki bir çox hallarda insanlar ömür boyu işləyib çalışmaqla yalnız bir yaşayış evinə malik olur, özünün istirahət, ailə, sağlamlıq, yaradıcılıq və sair hüquqlarını həyata keçirmək üçün özünə məxsus olan yaşayış evindən istifadə edirlər. Yaşayış evinin tikintisi, təmiri uzun vaxt və vəsait tələb etdiyinə, ailə üzvlərinin hər birinin əməyindən istifadə olunduğuna, həm də ailə üzvlərinin ömürlərinin əksər hissəsini - şad, firəvan, kədərli günlərini yaşayış evində keçirdiklərinə görə yaşayış evi ailə üzvləri üçün həm də mənəvi bağlılıqla səciyyələnir. İnsanın yaşayış evi ilə bağlı yaratdığı iqtisadi mühit də mülkiyyət kimi dəyərləndirilir. Bununla belə insan üçün onun həyat, yaşamaq, sağlamlıq hüququ daha önəmli hüquqlardır. Həyat, yaşamaq yoxdursa, digər hüquqlar, o cümlədən mülkiyyət hüququ da öz əhəmiyyətini itirir. Hazırki halda həm iddiaçı, həmçinin də cavabdeh inşa etdikləri tikililərin sahibləri hesab olunur. Qanunvericiliklə sahiblik qorunur və sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə hüququ vardır. Lakin məhkəmə araşdırması zamanı tədqiq edilmiş işin faktiki halları isə göstərir ki, bir sahib kimi iddiaçının cavabdeh tərəfindən sahiblikdən məhrumetmə və ya sahibliyin bu və digər kobud qaydada pozulması halları öz təsdiqini tapmamışdır. Yəni cavabdeh tərəfindən inşa edilmiş tikilinin qanuna və şəhərsalma normalarına zidd olması və hazırda mövcudluğu iddiaçının bir sahib kimi maraqlarına ciddi xələl gətirməklə, sonuncunu sahiblikdən məhrum etməklə mütləq və təcili qaydada sökülməsinin zəruriliyi müəyyən edilmir. Həmçinin məhkəmə xatırladır ki, mübahisə üzrə qəbul edilmiş hazırki qərar işin faktiki halları və baxılma xüsusiyyətlərindən dolayı yalnız iddiaçı və cavabdeh arasında yaranan münasibətlərə şamil olunmaqla gələcəkdə - müvafiq qaydada icazələr alınmadan, şəhərsalma və tikinti normalarını və qaydalarını pozmaqla inşa edilmiş hər hansı bir tikilinin sökülməsi ilə əlaqədar müvafiq orqan və təşkilatlar tərəfindən məhkəmə qaydasında tələbin irəli sürülməsini istisna etmir.
6. Birinci instansiya məhkəməsi mövqeyini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2blikasının Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 139.1, 139.3, 139-1.1.1, 159, 164.1, 165.1, 165.2, 180.1-ci, Torpaq Məcəlləsinin 111-ci, Mənzil Məcəlləsinin 2.1-ci, “mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2blikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2blikasının Dövlət Neft Şirkəti, AZEN X1.Vi. və ARDNŞ-nın Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2blikasının Qanununun 1, 4, 5-ci, eləcə də Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2. 77.1, 88, 217.4-cü maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırdığı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş edib şikayətində göstərir ki, məhkəmə iddiaçının cavabdehdən əvvəl daha böyük maddiyat və əziyyət hesabına tikilini tikdiyini və onun cavabdehin sonradan bitişik şəkildə, habelə qanun və hüquq normalarını saymazyana şəkildə iddiaçının tikilisinə bitişik ev inşa etməsinə qiymət verməmişdir. Halbuki ki, iddiaçının əmlakı da onun üçün əhəmiyyətlidir və Konstitusiya Məhkəməsinin qeyd etdiyi kimi mülkiyyət fərdin sosial varlıq kimi həyatda qalma səbəbidir. Ümumiyyətlə, məhkəmə nəzərdən qaçırmışdır ki, mülkiyyət də konstitusion hüquqdur, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2bikasının Konstitusiyanın 13 və 29-cu maddələrinin tələbləri baxımından dövlət və qanun tərəfindən qorunur. Lakin iddiaçının mülkiyyət hüququ dövlət və qanun tərəfindən qorunsa da, məhkəmə tərəfindən qorunmamışdır və mülkiyyətin bir ünsürü olan sahiblik səlahiyyəti əsaslanıdırılaraq iddiaçının sahibliyinin pozulmaması səbəbi ilə iddia təmin edilməmişdir. Məhkəmə qətnaməsinə nəzər saldıqda yaranan təsəvvür ondan ibarətdir ki, şəxsin mülkiyyəti zorla əlindən alınmayacağı və ya tamamilə məhv edilməyəcəyi təqdirdə onun hüquqları ciddi şəkildə pozulmuş ola bilməz. Halbuki, açıq şəkildə görünür ki, iddiaçının mülkiyyətinə cavabdeh tərəfindən tikinti normalarının pozulması ilə müşayət edilən ev tikilmişdir. Ümumiyyətlə tikinti normalarının qoyulma məqsədi Şəhərsalma və Tikinti Məcəlləsinin 4.1-ci maddəsində açıq şəkildə göstərilmişdir ki, şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranmasının və ya zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin (bundan sonra - mədəni irs obyektləri) qorunmasından ibarətdir. Yəni həmin normalar əmlakı zərər vurulmasının və ya obyektləri) qorunmasından ibarətdir. Yəni həmin normalar əmlakı zərər vurulmasının vəya zərər vurulma təhlükəsizliyinin qarşısının alınması məqsədi ilə məcəllədə vardır. Hazırki iş üzrə də həmin normaların pozulması iddiaçının tikilisinə zərər vurma təhlüksəi yaradır. Ara məsəfəsi mütəxəssislər tərəfindən ona görə müyyən edilmişdir ki, qonşu tikililərin bir-birinə zərər vurmaq təhlükəsi olmasın. Buna baxmayaraq, məhkəmə bu təhlükəni görməzdən gələrək iddianı təmin etməmişdir. Hesab edir ki, məhkəmə tərəfindən Mülki Məcəllənin 164 və 165-ci maddələrini tətbiqi düzgün olmamışdır. Belə ki, iddiaçının tələbi sahiblik hüququnun pozulması ilə bağlı tələb deyil. İddiaçının tələbi cavabdeh tərəfindən yaradılan tikilinin iddiaçının mülkiyyətində olan tikiliyə zərər verməsi və həmçinin zərər yetirmək təhlüksənin olmasıdır. Bundan əlavə cavabdehin fərdi yaşayış evi tikərək mənzil hüquqlarını həyata keçirməsi iddiaçının qanuni hüquq və mənafeyinin pozulmasına səbəb olmamalıdır. Belə ki, Mənzil Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. Hazırki iş üzrə də həmin normaların pozulması iddiaçının tikilisinə zərər vurma təhlükəsi yaradır. Ara məsəfəsi mütəxəssislər tərəfindən ona görə müyyən edilmişdir ki, qonşu tikililərin bir-birinə zərər vurmaq təhlükəsi olmasın. Buna baxmayaraq birinci istansiya məhkəməsi bu təhlükəni görməzdən gələrək iddianı təmin etməmişdir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
8. Məhkəmə iclasında iddiaçının nümayəndəsi nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və qətnamənin ləğv edilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
9. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili vəkil2 apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və qətnamənin ləğv edilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
10. Məhkəmə iclasında cavabdeh Cavabdeh vəkili vəkil3 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
11. Məhkəmə iclasında mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X2” Şirkətinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2blikasındakı Filialının nümayəndəsi X4 cavabdehə qarşı ayrıca iddia qaldırdıqlarını, ona görə də apellyasiya şikayətinin təmin olunub-olunmaması məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi.
12. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2blikası Dövlət Neft Şirkətinin “Neft Kəmərləri” İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etmədi və səbəbi barədə məhkəməyə məlumat vermədi. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə həmin 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
13. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2blikasının Konstitusiyası:
Maddə 13. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2blikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Dövlət vərəsəlik hüququna təminat verir.
14. “mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2blikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2blikasının Dövlət Neft Şirkəti, AZEN X1.Vi. və ARDNŞ-nın Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2blikasının Qanunu: Bənd 1. “mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2blikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2blikasının Dövlət Neft Şirkəti, AZEN X1.Vi. və ARDNŞ-nın Ortaq Neft Şirkəti arasında Saziş qəbul və təsdiq edilsin, onun həyata keçirilməsinə icazə verilsin. Bənd 4. Bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökumət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökimət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində Sazişə, Hökumət təminatı və Əlavələrə uyğun gəlməyən və ya zidd olan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2blikasının hər hansı mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. Bənd 5. Bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verir.
15. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2blikasının Mülki Məcəlləsinin:
Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Maddə 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralar da məlum olarsa, məhrumetmə və ya pozuntu anından başlayaraq bir il təşkil edir. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
16. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2blikasının Torpaq Məcəlləsi:
Maddə 22.1. Sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. Maddə 55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Maddə 66.2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Maddə 67. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahəsi üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə 111. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2blikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
17. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2blikasının Mənzil Məcəlləsi:
Maddə 2.1. Fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar.
18. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2blikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri:
19. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
20. Konstitusiya Məhkəməsinin Plenumunun mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2blikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair ## ### 2011-ci il tarixli qərarına əsasən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2blikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2blikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
21. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2blikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ## ####### 2020-ci il tarixli **/**** nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
22. Apellyasiya şikayətinin məzmunundan görünür ki, iddia təmin edilmədiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də qətnamənin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
23. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
24. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
25. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşmır, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxdığından iddia haqlı sayılmır.
26. Məhkəmə tərkibi vurğulayır ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı mülki hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. İşin həqiqi hallarını dəqiq müəyyən edilməsi, həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu düzgün müəyyən etməyi mümkün edir. Bu mənada məhkəmə tərkibi birinci instansiya məhkəməsinin iddia üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından mahiyyət etibarı ilə düzgün nəticəyə gəldiyini müəyyən etdi. Ona görə də qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas yoxdur. Buna baxmayaraq, iddianın və apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar əlavə hüquqi dəyərləndirmə aparılmasını da məhkəmə tərkibi zəruri hesab edir.
27. Əvvəla, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi İdarəsinin verdiyi rəyə və ekspert rəyinə əsasən mübahisə predmeti olan tikililərin yerləşdiyi torpaq sahəsinin vahid elektron kadastr baza məlumatlarına əsasən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2blikası Dövlət Neft Şirkətinin neftqaz əməliyyatlarının aparılması üçün istifadəsində olan “Kontrakt sahəsinin hüdudları daxilində yerləşməklə (Binəqədi OİL) dövlət mülkiyyəti torpağı olması mübahisəsiz olaraq təsdiq olunur. Həm iddiaçı, həm də cavabdeh tərəf ümumiyyətlə bu kateqoriyalı torpağın fərdi yaşayış sahəsinin tikilməsi üçün ayrılmasının qanunvericilikdə nəzərdə tutulmuş imkanlarına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Belə ki, iddiaçı iddianın sahiblik hüququnun pozulması ilə bağlı olmadığını, tələbin cavabdeh tərəfindən yaradılan tikilinin mülkiyyətində olan tikiliyə zərər verməsi və həmçinin zərər yetirmək təhlüksənin olması, cavabdehin fərdi yaşayış evi tikərək mənzil hüquqlarını həyata keçirməsinin onun qanuni hüquq və mənafeyinin pozulması ilə nəticələnməməli olması ilə əsaslandırdığını qeyd edir. Düzdü, iddiaçıya 629,8 kv. metr sahəsi olan qeyri-yaşayış sahəsi üzərində hüquqlar əldə etməsinə dair mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2blikasının Dövlət Əmlakının İdarə Edilməsi Üzrə Dövlət Komitəsi tərəfindən ##.##.2007-ci ildə Şəhadətnamə verilsə də, mütəxəssis və ekspert rəyinə əsasən həmin tikililərin yerləşdiyi torpaq sahəsinin faktiki ölçüsü 2998 kv. metr təşkil edir. Qeyd olunan torpaq sahəsinin tərəflərdən hansınınsa qanuni əsaslarla istifadəsində və sahibliyində olmasına dair sübut təqdim edilməyib.
28. Mübahisəli torpaq sahəsində iddiaçıya əlavə tikilinin, cavabdehə isə ümumiyyətlə hansısa tikilinin aparılmasına icazə verən hər hansı bir hüquqmüəyyənedici sənədin olmaması da, işin mübahisəsiz halı sayılır. Çünki qeyd olunan ərazi sənaye təyinatlı torpaqlar kateqoriyasına aid olduğundan orada iddiaçı tərəfindən əlavə tikilinin, cavabdeh tərəfindən isə fərdi yaşayış evinin inşa olunmasına icazə verilməsi də mümkün olmazdı.
29. Hazırkı işdə 3-cü şəxs olan “X2” şirkəti analoji işlər üzrə minlərlə iddialarla iddiaçı qismində məhkəmələrə müraciət etmiş və bununla bağlı hər üç instansiya məhkəməsindən keçmiş, qanuni qüvvəyə minmiş çoxsaylı məhkəmə aktları mövcuddur. “X2” şirkəti Sazişin pay iştirakçısı olub-olmadığından asılı olmayaraq, dövlət tərəfindən seçilmiş podrat şirkətidir və bununla bağlı ona səlahiyyət verilmişdir. Qeyd olunduğu kimi, hazırki iddianın təmin olunması yaxud cavabdehin inşa etdiyi tikilininqanuni əsaslarla olduğunun müəyyən edilməsi 3-cü şəxsin iddiaçı kimi iştirak etdiyi minlərlə qanuni qüvvəsini almış məhkəmə aktının qanuniliyini də şübhə altına ala bilər.
30. Göründüyü kimi, apellyasiya baxışı zamanı müəyyən edilmiş hallarla birinci instansiya məhkəməsinin qətnamədə gəldiyi qənaət ziddiyyət təşkil etmir. Çünki birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibəti üzrə səhv nəticəyə gəlməmişdir. Mübahisəli tikililərin yerləşdiyi torpaq sahəsinin neft sənayesinə aid torpaqlar kateqoriyasına aid olması faktı da, özü-özlüyündə cavabdehin inşa etdiyi tikilinin iddiaçının hüquqlarını və qanunla qorunan mənafeyini pozması əsası ilə iddiasının təmin olunmasını istisna edir. Buna baxmayaraq, apellyasiya baxışı zamanı da artıq müəyyən edildi ki, 3-cü şəxs tərəfindən cavabdehə qarşı tikilinin sökülməsi ilə əlaqədar iddia irəli sürülüb və artıq məhkəmənin icraatında həmin işə baxılır.
31. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın məhz iddiaçı tərəfindən irəli sürüldüyünə görə rədd olunması həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətilə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda hüquqdan başqalarına zərər vurmaq üçün pis niyyətlə sui-istifadə etmə institutunun yaranmasına da zərurət və əsas olmazdı.
32. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, hazırki apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(***)-**/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
33. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
İddiaçı “xxxx” ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(***)-**/**** saylı, ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2blikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.