Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-965/2026 20.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı “xxxx” MMC-nin cavabdeh Bilallı (Ələkbərov) Asəf Bilal oğluna qarşı mülki iş üzrə (açar sözlər: xxxx tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Qulizadə Jalə Vadət qızının katibliyi, İddiaçı “xxxx” MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı “xxxx” MMC-nin cavabdeh Bilallı (Ələkbərov) Asəf Bilal oğluna qarşı “xxxx” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Bilallı (Ələkbərov) Asəf Bilal oğlu tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Satıcı "xxxx" MMC ilə xxxx Ələkbərov Asəf Bilal oğlu arasında ##.##.2009-cu il tarixdə bağlanmış VİP **** saylı nisyə alqı-satqı müqaviləsinə və ona əlavəyə əsasən ümumi dəyəri 494 ABŞ dolları olan mobil telefonu satıcı xxxxya ilkin ödəniş 99 manat olmaqla nisyə satmışdır. "xxxx" MMC-nin ##.##.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Bilallı (Ələkbərov) Asəf Bilal oğlunun qalıq borcu 285 ABŞ dollarıdır. Məhkəmə əmri çıxandan sonra borclu 117 ABŞ dolları ödəniş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025ci il tarixli, */**** nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş mülki işin 25-ci vərəqində olan ##.##.2025-ci il tarixli məhkəmə əmrinə etirazın sonunda “İmza:” qrafasındakı imza, mülki işin 44-cü vərəqində olan ##.##.2025-ci il tarixli etirazın sonunda “İmza:” qrafasındakı imza, mülki işin 48a-cı vərəqində olan ##.##.2009-cu il tarixli, VIP **** saylı nisyə “alqı-satqı” müqaviləsində “xxxx” qrafasındakı imza, mülki işin 49b-ci vərəqində olan AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin kserosurətindəki imza, Bilallı (Ələkbərov) Asəf Bilal oğlunun AZE CO******* nömrəli xarici pasportundakı imza, “İrşad Electronics” MMC-nin ##.##.2025-ci il tarixli zəmanət talonunda “xxxxnın imzası, ad, soyad, atasının adı” qrafasındakı imza, mülki işin 52-ci vərəqində olan “mülki iş üzrə məhkəmə bildirişinin kötüyü”ndə olan “xxxx” qrafasındakı imza – eyni şəxs - Bilallı (Ələkbərov) Asəf Bilal oğlunun tərəfindən icra olunmuşdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı “xxxx” MMC cavabdeh Bilallı (Ələkbərov) Asəf Bilal oğluna qarşı “xxxx” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ələkbərov Asəf Bilal oğlu ilə ##.##.2009-cu il tarixdə bağlanmış VİP **** saylı nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 352 ABŞ dollarının əsas (qalıq) borcun və ödənişin gecikdirildiyi hər gün üçün, məcmu borcun 1% (bir)-i həcmində 50 ABŞ dollarının cərimə, cəmi 402 ABŞ dollarının və 10 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, borclu ilə kreditor arasında ##.##.2009-cu il tarixli, VİP **** saylı nisyə alqı-satqı müqaviləsi bağlandıqdan sonra ilkin olaraq ##.##.2009-cu il tarixində 99 ABŞ dolları ##.##.2010-cu il tarixində 43 ABŞ dolları ödəmiş, lakin sonradan ödəmə qrafiki üzrə ödəməli olan xxxx məbləğini ödəməmiş və bununla da borclu müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Həmin müqavilənin 3.5-ci bəndinə əsasən xxxx ödənişi gecikdirildiyi məcmu borcun 1%-i həcmində satıcının xeyirinə cərimə ödəyir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2010-cu il tarixli məhkəmə əmri ilə Ələkbərov Asəf Bilal oğlu ilə ##.##.2009-cu il tarixdə bağlanmış VİP **** saylı nisiyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 352 ABŞ dolları əsas (qalıq) borcun və ödənişin gecikdirildiyi hər gün üçün, məcmu borcun 1 % (bir)-i həcmində 50 ABŞ dolları cərimə olmaqla cəmi 402 ABŞ dollarının və 10 manat dövlət rüsumunun tutulması əmr edilmişdir. Məhkəmənin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə borclunun məhkəmə əmrinə vermiş olduğu etirazı təmin edilərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2010-cu il tarixli əmri ləğv edilmiş və iş əmr icraatından iddia icraatına keçirilmişdir. Cavabdeh Bilallı (Ələkbərov) Asəf Bilal oğlu ##.##.2025-ci il tarixdə iddia tələbinə etiraz verərək bildirmişdir ki, iddiaçının yuxarıda qeyd etdiyi alqı-satqı müqaviləsindən onun xəbəri yoxdur və o, belə bir müqaviləyə qol çəkməmişdir. İddianın qeyd etdiyi “Nokia 8800 Sirocco” markalı mobil telefonunu iddiaçıdan almamışdır. Beləliklə iddiaçı “xxxx” MMC-nin verdiyi iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilmişdir. İddiaçı “xxxx” MMC tərəfindən vəsatət və vəsatətə əlavə verilərək bildirilmişdir ki, müqaviləyə əsasən borcluya “Nokia 8800 Sirocco” markalı, İMEİ: 352287010041355 olan mobil telefon təhvil verilmişdir. Həmin məhsul üzrə 168 AZN məbləğində ilkin ödəniş qəbzi və ödəniş qrafiki mövcuddur. Bu hallar borclunun məhsulu faktiki olaraq qəbul etdiyini və öhdəliyin yarandığını təsdiq edir. ##.##.2010-cu il tarixində məhkəmə tərəfindən “xxxx” MMC-nin xeyrinə qərar çıxarılmışdır. Lakin borclu bu müddət ərzində öhdəliyi yerinə yetirməmiş, cəmi bir dəfə ##.##.2010-cu ildə 95 manat ödəniş etmişdir və ##.##.2025-ci il tarixində əmrin icrasından şikayət vermişdir. Məhkəmə prosesində borclu imzanın ona məxsus olmadığını bildirib və iş qrafoloji ekspertizaya göndərilmişdir. ##.##.2025-ci il tarixli ekspertiza rəyi ilə sənəddəki imzanın borclu Ələkbərov Asəfə məxsus olduğu təsdiqlənmişdir. Müqavilənin şərtlərinə əsasən borc gecikdirildiyi halda hər gün üçün 1% cərimə nəzərdə tutulmuşdur. Borclu 15 ilə yaxın müddətdə ödənişi yerinə yetirmədiyindən cərimənin hesablanması hüquqi əsasını saxlayır. Qeyd olunanlara əsasən borclunun şikayətinin əsassız hesab edilərək rədd edilməsini, qətnamənin icra şöbəsinə qaytarılaraq icranın davam etdirilməsini, borcun məcburi qaydada ödənilməsi barədə qərar verilməsini, məhkəmə xərclərinin borclunun öhdəsinə yönəldilməsini, müqavilənin şərtlərinə uyğun olaraq borc məbləğinə gecikdirilmiş müddət üçün hər gün 1% cərimənin (penyanın) hesablanaraq tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir və əlavə olaraq bildirmişdir ki, ekspert rəyini qəbul edirlər. Tərəflərindən mübahisəli müqavilənin əsli təqdim edilmiş və müqavilənin nömrəsi qeyd olunan ilkin ödəniş qəbzi qarşı tərəfə təqdim edilmişdir. Cavabdeh ödəniş olmasa həmin qəbzə imza çəkməzdi. Müqavilə tərtib edilib, cədvəldə nə qədər ödəniş edəcəyi qeyd edilib və Asəf bəy müqavilə öhdəliyinə imza çəkib. İmza da ekspert rəyi ilə cavabdehin imzası çıxmışdır. Cavabdehin sinif yoldaşı əgər müqavilə yoxdursa ərizəni niyə yazsın, niyə icra şöbəsinə getsin. Cavabdehin 2008-ci ildə onlarda başqa tələbə krediti olmuşdur. Məhkəmə iclasında cavabdeh Bilallı (Ələkbərov) Asəf Bilal oğlu iddia tələbini qəbul etmədiyini bildirərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir və əlavə olaraq bildirmişdir ki, ekspert rəyinə əsasən imzanın onun olması müəyyən edilmiş, müqavilə 15 il bundan öncə bağlanılmışdır. Imza çəkilmiş müqavilə üzrə rəyi qəbul etməmək kimi şansı yoxdur. Əgər təkrar xətşünaslıq ekspertizası da Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə göndəriləcəksə təkrar ekspertiza keçirilməsinin də heç bir önəmi yoxdur. Iddiaçının qeyd etdiyi “Nokia 8800 Sirocco” markalı mobil telefonunu iddiaçıdan almamışdır. Onda başqa şirkətlərin müqavilələri var ki, orada məhsulun adını qeyd edirlər. Həmin vaxt o, əsgərlikdə olmuşdur. Onun hazırki müqavilədən məlumatı yoxdur. O, 2004-2008ci illərdə tələbə krediti olan zaman iddiaçı MMC-dən əşya almışdır. Ola bilsin ki, müqavilə onunla bağlı olan müqavilədir və imza da ona görə onun çıxmışdır. Həmçinin borclu qismində onu icra şöbəsinə çağıranda onun dostu gəlib izahat vermiş və ərizəni o, imzalamışdır. Buna niyə icazə verirlər? Ona telefon almasını göstərən müqaviləni təqdim etsinlər. Bundan əlavə məhkəmə əmri icra şöbəsində olarkən onun yerinə dostu X1 izahat yazıb imzalamış, ödənişlərin onun tərəfindən həyata keçirilməsini bildirmişdir. Buna icra şöbəsi niyə icazə vermişdir? Həmin dostunun məhkəmə iclasında dindirilməsini istəyir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** saylı qətnaməsinə əsasən, iddia tələbi qismən təmin edilərək Bilallı (Ələkbərov) Asəf Bilal oğlundan “xxxx” MMC-nin xeyrinə ##.##.2009-cu il tarixli, VİP **** saylı nisiyə alqı-satqı müqaviləsi üzrə məhkəmə qətnaməsinin icra edildiyi vaxta dolların manat məzənnəsi nəzərə alınmaqla 285 ABŞ dolları əsas borc, 8 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 293 ABŞ dolları borc və 10 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən müqavilə üzrə mübahisələrə baxılarkən, ilk növbədə, iddia tələbinin əsaslandığı əqdin etibarlılığı araşdırılmalıdır. Belə ki, məhkəmənin gələcəyi nəticə məhz əqdin etibarlılığından asılıdır. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il # ##### tarixli Qərarında vurğulamışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Hazırda cavabdeh məhkəmə iclaslarında müqavilədə olan imzanın ona məxsus olmamasını bildirərək müqavilən mübahisələndirmiş, məhkəmə tərəfindən xətşünaslıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2025-ci il tarixli ekspert rəyi ilə imzanın cavabdehə məxsus olması öz təsiqini tapmışdır. Cavabdeh təkrar ekspertizanın keçirilməsini istəmədiyini, müqavilədəki imzanın iddiaçı MMC-dən aldığı başqa əşyaya görə bağladığı müqaviləyə görə onun ola biləcəyini, lakin həmin müqavilənin “Nokia 8800 Sirocco” markalı mobil telefon ilə bağlı olmadığını, tərəfindən belə bir telefon alınmadığını bildirmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, cavabdeh rəy ilə razı olub-olmadığını, imzanın ona məxsus olması məsələsini konkret göstərməmişdir. Həmçinin tərəflər arasında bağlanılmış müqavilədə və digər sənədlərdə telefon markası göstərilməməsi də həmin müqavilənin onun tərəfindən bağlanmaması, həmin malın cavabdeh tərəfindən alınmaması və onlar arasında ümumiyyətlə müqavilə münasibətlərinin olmaması qənaətinə gələmə əsas vermir. Bununla bağlı sübutlar da cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Belə ki, Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Beləliklə, tərəflər arasında ##.##.2009-cu il tarixli, VİP **** saylı nisiyə alqı-satqı müqaviləsi bağlanaraq tərəflər öz üzərlərinə öhdəliklər götürmüşlər. Cavabdeh də 99 ABŞ dolları ilkin ödəniş etmiş və iddiaçı tərəfin təqdim etdiyi sonuncu maliyyə arayışına əsasən borc məbləğindən 127 ABŞ dolları ödəniş edildiyi müəyyən edilmişdir. Beləliklə, cavabdeh bildirdikləri ilə alqı-satqı müqaviləsini təkzib etsə də, iş materiallarına əlavə edilmiş sənədlər ilə cavabdehin həmin müqavilənin şərtlərini qəbul etməsi və bunun nəticəsindən həmin müqavilə üzrə ödənişlər etməsi öz əksini tapmış, mübahisəli müqavilə 2009-cu ildən bəri daha öncə məhkəmə qaydasında mübahisələndirilməmişdir. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, cavabdehin məhkəmə əmri icra şöbəsində olarkən onun yerinə dostu X1 ərizə yazıb imzalaması, ödənişlərin həmin şəxs tərəfindən həyata keçirilməsi və həmin şəxsin məhkəmə iclasında dindirilməsi dəlili ilə bağlı bildirir ki, həmin ərizədə Namil Abdullayev zamin, Bilallı (Ələkbərov) Asəf Bilal oğlu isə müştəri qismində qeyd olunmuş, ##.##.2009-cu il tarixli, VİP **** saylı nisiyə alqı-satqı müqaviləsi üzrə borcun olması qəbul edilmişdir. Hazırki mübahisə üzrə isə həmin müqavilə tərəfi kimi borclu qismində Bilallı (Ələkbərov) Asəf Bilal oğlu göstərilmiş və müqavilə onun tərəfindən imzalanmışdır. Həmçinin cavabdeh X1 şahid qismində dindirilməsini istəsə də həmin şəxs məhkəməyə şahid qismində təqdim edilməmiş, hazırki iş üzrə şahid qismində dinlənilməmişdir. Ümumiyyətlə isə X1 adlı şəxs tərəfindən belə bir ərizənin yazılması tərəflər arasında yaranmış müqavilə münasibətləri üzrə cavabdehi öhdəliklərindən azad etmir. Məhkəmə qeyd etmişdir ki, cavabdeh Bilallı (Ələkbərov) Asəf Bilal oğlu ##.##.2009-cu il tarixli, VİP **** saylı nisiyə alqı-satqı müqaviləsi əsasında iddiaçı “xxxx” MMC-dən müvafiq əşya(lar) almış, lakin, o, müqavilə üzrə ödənişi tam həyata keçirməmişdir. Göründüyü kimi, cavabdeh Bilallı (Ələkbərov) Asəf Bilal oğlu alqı-satqı müqaviləsi üzrə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Məhkəmə iddia tələbinin “352 ABŞ dollarının əsas (qalıq) borcun cavabdehdən iddiaçının xeyrinə tutulması “ hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş ##.##.2025-ci il tarixli maliyyə arayışı ilə Bilallı (Ələkbərov) Asəf Bilal oğlunun qalıq borcunun 285 ABŞ dolları olması müəyyən edildiyindən iddia tələbi bu hissədə qismən təmin edilərək cavabdehdən iddiaçının xeyrinə 285 ABŞ dolları əsas borc tutulmalıdır. Məhkəmə işin hallarını nəzərə alaraq eyni zamanda hesab etmişdir ki, iddiaçının tələb etdiyi 50 ABŞ dolları cərimə (dəbbə xxxxu) əsas borca münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılaraq cavabdehdən iddiaçının xeyrinə 8 ABŞ dolları cərimə borcu tutulmalıdır. Məhkəmə onu da qeyd etmişdir ki, iddia tələbi üzrə dollar ilə ifadə olunan borc məbləği qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla, cavabdehlərdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” ## ###### 2005-ci il tarixli * nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli xxxx vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442, 448.1, 462.1, 467, 567, 586.3, 588.1, 600.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il ## ##### tarixli, B.Qasımovun şikayəti üzrə 2019-cu il # ###### tarixli, T.Qasımovanın şikayəti üzrə 2020-ci il # ###### tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il # ##### tarixli, N.Əsədovanın şikayəti üzrə 2021-ci il ## ##### tarixli, ##.##.2022-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Qərarlarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdeh Bilallı (Ələkbərov) Asəf Bilal oğlu Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qəbul etmiş qətnaməsinə qarşı mövqeyi ondan ibarətdir ki, məhkəmə qətnamə qəbul edərkən iddiaçının onun bağladığı müqavilədə hansı əşyanı aldığı və ya ümumiyyətə hansı əşyaya görə kredit ödəyəcəyi konkret olaraq göstərilməsi aydınlaşdırılmamışdır. Məhkəməyə iddiaçı tərəfindən təqdim edilən müqavilə natamam vərəqdən ibarət olmaqla hansı markalı telefonun almağı qeyd edilməmişdir. İddiaçının iddia elədiyi “Nokia 8800 S İrocco” telefon markasını o, “xxxx” MMC-dən almamışdır. Eyni zamanda xətşünaslıq ekspertiziyası tərəfindən imzasını təsdiq edilməsini onunla izah edə bilər ki, həmin MMC-də başqa krediti olmuşdur və onun üçün də ekspertizada onun imzası olduğu təsdiqlənmişdir. Bu barədə məhkəmədə izahat versə də məhkəmə tərəfindən nəzərə alınmamışdır. Bununla da məhkəmə qətnamə qəbul edərkən yalnız cavabdeh “xxxx” MMC-dən təqdim etdiyi natamam alqı-satqı müqaviləsini və iddiaçının tələbini təmin etmişdir. Ona görə də hesab edir ki, məhkəmə tərəfindən təqdim edilən sübutun etibarlı olub-olmaması məsələsinə baxılmalı idi və bunun nəticəsində yekun qərar qəbul etməli idi. Məhkəmə birbaşa mübahisənin mahiyyətinə təsir edən etibarlı sübutun olmamasına baxmayaraq işə düzgün qiymət verməmişdir. Yuxarıda qeyd etdiyi hallar məhkəmə tərəfindən araşdırılmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı xxxxya verməyə borcludur. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli idi. Lakin məhkəmə qətnamə qəbul edərkən iddiaçının onunla bağladığı müqavilədə olmayan və hansı əşyanı aldığı və ya ümumiyyətə hansı əşyaya görə kredit ödəyəcəyi kimi hallar konkret olaraq aydınlaşdırılmamışdır. Məhkəmənin qəbul etdiyi qətnamə işin hallarına uygun deyildir. Yalnız iddiaçının fərziyələri əsasında qətnamə qəbul edilmişdir. Məhkəmə birbaşa mübahisənin mahiyyətinə təsir edən etibarlı sübutun olmamasına qiymət verməmişdir, natamam təqdim edilmiş alqı-satqı müqaviləsinə məhkəmə tərəfindən münasibət bildirilməmişdir. Ona görə də Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş olunur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı “xxxx” MMC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayəti ilə razılaşmayıb izahatında göstərmişdir ki, cavabdeh Billallı (Ələkbərov) Asəf Bilal oğluna “Nokia 8800 Sirocco” markalı mobil telefon aparatı satılmışdır. Cavabdeh tərəfindən ödəniş yerinə yetirilmədiyi üçün bununla bağlı olaraq icra şöbəsinə müraciət edilmişdir. Borclunun, yəni Billallı (Ələkbərov) Asəf Bilal oğlunun rəsmi iş yeri müəyyən edilmədiyi üçün iş məhkəməyə geri qaytarılmışdır. Cavabdeh Billallı (Ələkbərov) Asəf Bilal oğlunun icra şöbəsinə çağırılıb izahatının alınması faktı olmamış, lakin onun nümayəndəsi icra şöbəsində telefonun götürüldüyü və ödənişlərin təmin ediləcəyini ərizəsində qeyd etmişdir. İcra şöbəsində ödənişlər cavabdeh Billallı (Ələkbərov) Asəf Bilal oğlunun sinif yoldaşı tərəfindən ödənilmişdir. Cavabdeh imzanın ona məxsus olduğunu bildirsədə mobil telefon aparatını təhvil almadığında israrlı olmuşdur. Mübahisə ilə bağlı birinci instansiya məhkəməsində kifayət qadər araşdırma aparılmış və keçirilmiş məhkəmə ekspertizası zamanı da imzanın cavabdehə məxsus olması təsdiqini tapmışdır. Cavabdeh Billallı (Ələkbərov) Asəf Bilal oğlu hətta mobil telefonun ilkin ödənişini də etmişdir. Sual yaranır ki, əgər əşya təqdim edilməyibsə niyə ilkin ödənişin ödənilsin. Həmin mobil telefon aparatının hazırda işlək vəziyyətdə olub-olmamasından məlumatlı deyildir. Cavahdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvə saxlanılmasını xahiş edir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh Billallı (Ələkbərov) Asəf Bilal oğluna rəsmi qaydada məlumat verilmiş, lakin cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Bu səbəbdən də Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavadehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. II. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. III. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. IV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi; 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.1.5. müqavilələr azadlığı; Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, xxxx ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı xxxxnın mülkiyyətinə verməyi, xxxx isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş xxxx məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın xxxxya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda xxxx ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Maddə 600.3. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Maddə 600.4. Əşyanı təhvil almış xxxx onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 600.5. xxxx verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə xxxxnın satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il ## #### tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il ## ###### tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il ## ##### tarixli qərarlar). Sübutlar qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №*****/**, §282). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2021-ci il tarixli Qərarı .... Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Qanunvericilikdə bütün əqdlər üçün tələb olunan etibarlılıq şərtləri ilə yanaşı, yalnız müəyyən növ əqdlər baxımından tələb olunan xüsusi etibarlılıq şərtləri də nəzərdə tutulmuşdur. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki işdə iddia tələbi qismən təmin edildiyindən, qətnamə cavabdeh tərəfindən faktiki olaraq iddianın təmin edilən hissəsində mübahisələndirildiyindən qətnamənin əsaslılığı mübahisələndirilən hissələrdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, müqavilə əqdlərin bir növü kimi mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (Mülki Məcəllənin 389.1-ci maddəsi). Arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o, cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004cü il ## ##### tarixli Qərar). Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir. Hazırkı mülki iş üzrə tədqiq olunmuş sübutlardan müəyyən olunur ki, "xxxx" MMC ilə Bilallı (Ələkbərov) Asəf Bilal oğlu arasında bağlanmış ##.##.2009-cu il tarixli, VİP**** saylı etibarlı nisyə alqı-satqı müqaviləsinə və ona əlavəyə əsasən Bilallı (Ələkbərov) Asəf Bilal oğluna ümumi dəyəri 494 ABŞ dolları olan “Nokia 8800 Sirocco” markalı mobil telefon aparatı satılmış və cavabdeh tərəfindən həmin tarixdə 99 manat ilkin ödəniş edilmişdir. Cavabdeh müqavilə üzrə qeyd olunan müddət ərzində müqavilənin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürməsinə baxmayaraq müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. "xxxx" MMC-nin ##.##.2025-ci il tarixli maliyyə arayışına əsasən Bilallı (Ələkbərov) Asəf Bilal oğlunun qalıq borcu 285 ABŞ dollarıdır. Məhkəmə əmri çıxandan sonra borclu 117 ABŞ dolları ödəniş etmişdir. Araşdırma zamanı daha sonra müəyyən olunmuşdur ki, cavabdeh müqavilədə olan imzanın ona məxsus olmadığını və həmin müqaviləni onun imzalamadığını bildirsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, */**** nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, ##.##.2009-cu il tarixli, VIP **** saylı nisyə “alqı-satqı” müqaviləsində “xxxx” qrafasındakı imza Bilallı (Ələkbərov) Asəf Bilal oğlu tərəfindən icra olunmuşdur. Cavabdeh apellyasiya şikayətinin dəlillərində nisyə alqı-satqı müqaviləsinə əsasən, ona satılan “Nokia 8800 Sirocco” markalı mobil telefon aparatının satıcı tərəfindən ona təhvil verilmədiyini bildirsə də, onun müqavilə üzrə qismən ödənişlər aparması kollegiyaya cavabdehin bu dəlinin də əsassız olması qənaətinə gəlməyə əsas verir. Belə ki, almadığı əşyaya görə cavabdehin ödənişlər aparması ağlabatan hərəkət deyildir. Beləliklə də, Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda istinad olunan tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək tərəflər arasında etibarlı nisyə alqı-satqı müqaviləsindən irəli gələn hüquq münasibətlərinin mövcud olması, cavabdehin bu müqavilə üzrə öz öhdəliklərini icra etməməsi, qalıq borcunun məbləği barədə düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan hazırkı qətnamədən kassasiya şikayətinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392 və 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Cavabdeh Bilallı (Ələkbərov) Asəf Bilal oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-6)-965/2026
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-965/2026
20.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver