Məhkəmə qərarları › İş №2(3-6)-982/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-982/2026

23.04.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan̆Respublikası̆adından Qətnamə Bakı̆şəhəri İş̆№̆2(3-6)-982/2026 23.04.2026 BAKĬAPELLYASIYĂMƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh ASC-yə qarşı "borcun silinməsi" tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: borcun silinməsi, subyektiv hüquq) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X6 və X4 oğlundan ibarət tərkibdə, ̆Məhkəmə̆iclasının̆katibĭHəsənovăBahar̆Elxan̆qızının̆katibliyi, ̆Iddiaçı̆İddiaçı, ̆Cavabdehin̆nümayəndəsĭX1̆ştirakları̆ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin̆binasındăaçıq̆məhkəmə̆iclasındăbaxaraq,̆aşağıdakıları̆müəyyən̆etdi:̆ Işin halları

1. Bakı şəhəri Yasamal Rayon Icra Şöbəsinin icra məmuru Bəxtiyar Babayevin ##.##.2024-cü il tarixli qərarına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icra sənədinə xitam verilmişdir. Həmin qərarın məzmunundan görünür ki, Icraat zamanı mənzildə məskunlaşan qaçqın ailəsi "Böyük Qayıdış" İ dövlət proqramı çərçivəsində Şuşa şəhərinə mənzil ilə təmin olunaraq köçürülmüşlər. Bununla bağlı zəbt olunmuş mənzil ##.##.2024-cü il tarixdə qaçqın ailəsi tərəfindən boşaldılaraq iş üzrə tələbkara təhvil verilmişdir. Tərəfindən bu barədə borclular və tələbkarın iştrakı ilə müvafiq akt tərtib olunmuşdur. Belə olan halda Icra sənədində̆qeyd̆olunan̆tələb̆tam̆şəkildə̆təmin̆olunmuşdur.

2. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı ünvanlanmış ##.##.2025-ci il tarixli məktubdan görünür ki, qeyd olunan yaşayış binasına qədər istilik xətləri normal vəziyyətdədir və bina 2024/2025-ci illər payız-qış mövsümündə və əvvəlki payız-qış mövsümlərində Cavabdeh ASC tərəfindən mövcud parametrlərə uyğun istiliklə təmin olunmuşdur. ##.##.2025-ci il tarixinə mənzilində istifadə olunmuş istilik təchizatı xidmətlərinə görə 506,12 manat borcu vardır. Qısa müddət ərzində borcun ödənilməsini ondan xahiş etmişlər. Onun abonent kodu 180180012191-dir. Ödənişlərini bank, poçt şöbələrində, Asan Xidmət vasitəsi ilə və eyni zamanda istənilən bank kartı ilə internet üzərindən ölkə ərazisində fəaliyyət göstərən bütün online ödəniş sistemləri və ya terminalları vasitəsilə həyata keçirə bildiyi qeyd olunmuşdur. Mənzilində müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlərin borcları bağlı münasibətlərə dair aidiyyati üzrə Azərbaycan Respublikası Qaçqınların və X15 üzrə Dövlət Komitəsinin̆Mənzil̆Istismar̆Departamentinə̆müraciət̆etməyinĭməqsədəuyğun̆hesab̆edirlər.

3. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş abonent hərəkətləri saldosundan görünür ki, ************ nömrəli abonent kodu üzrə İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal-1, ev 12, *** saylı mənzilə ##.##.2016-ci il-##.##.2025-ci illər üzrə 565,12 manat məbləğində̆borc̆hesablanmışdır.̆Son̆ödəmə̆##.##.2025-cĭil̆tarixdə̆59̆manat̆olmuşdur.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

4. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh ASC-yə qarşı "borcun silinməsi" tələbinə dair iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya hesablanmış 506 manat, 12 qəpik borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Yasamal rayon məhkəməsinin ##.##.2009- cü il tarixli, *(***)-****/**** saylı qətnaməsinə əsasən məcburi köçkün X9 və onun ailə üzvlərinin iddiaçının mülkiyyətçisi olduğu Bakı şəhəri, Yasamal rayonu, Yeni-Yasamal-1 küçəsi, bina 12, mənzil 191-dən çıxarılmaları, iddiaçının isə ailə üzvlərilə birlikdə həmin mənzilə köçürülməyi qət edilmişdir. Lakin həmin şəxslər məcburi köçkün olduqlarından məhkəmə qətnaməsinin icrası mümkün olmamışdır. Nəhayət ki, torpaqlar işğal altından azad olunduqdan sonra məcburi köçkün X9 və onun ailə üzvləri ##.##.2024-cü ildə iddiaçıya məxsus həmin evdən çıxaraq mənzilin açarlarını iddiaçıya təhvil vermişlər. O da ailəsilə birlikdə 2025-ci ilin yanvar ayının 1 -də həmin mənzilə köçmüşdür. Hazırda həmin mənzilə dair cavabdeh tərəfindən 506 manat, 12 qəpik məbləğində borc hesablanmışdır. Qeyd edir ki, həmin borc məcburi köçkün X9 və onun ailə üzvlərinin iddiaçının mənzilini zəbt etdikləri dövrdən başlayaraq 2024-cü ilin dekabr ayının 28-dək yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.7-cü maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Ona görə də hesab edir ki, cavabdeh həmin borcu ya X9, yada ki, Qaçqınlar və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsindən tələb etməlidir. Bu barədə cavabdehə ünvanladığı müraciətinə cavab məktubunda cavabdeh bildirmişdir ki, borcu məhz iddiaçı ödəməlidir. Hesab edir ki, cavabdehin bŭməktubŭəsassız̆və̆qanunsuzdur.

6. Cavabdeh Cavabdeh ASC məhkəməyə ##.##.2025-ci il tarixində iddia tələbinə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, Cavabdeh ASC, Azərbaycan Respublikası Prezidentinin ## #### 2005-cı il tarixli *** saylı “Azərbaycan Respublikasında istilik təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” sərəncamına əsasən yaradılmışdır və başlıca vəzifəsi tərkibinə daxil olan sturukturlar vasitəsi ilə istilik enerjisinin istehsalı, ötürülməsi, paylanması, satışı və servis xidmətlərinin yerinə yetirilməsi funksiyalarını həyata keçirməklə Bakı şəhərində və respublikanın regionlarında yaşayış evlərinin və binalarının, təhsil səhiyyə müəssisələrinin və digər sosial təyinatlı obyektlərin istilik təchizatını təmin təmin etməkdən ibarətdir. Yasamal rayonu, Yeni Yasamal 1, ** saylı yaşayış binası * saylı X17 Sahəsi tərəfindən istilik enerjisi ilə təchiz edilir. Qeyd olunan yaşayış binasının *** saylı mənzili istilik enerjisi ilə təchiz olunmasına baxmayaraq kommunal xidmətə görə 506,12 manat məbləğində borc bu günə kimi ödənilməmişdir. Qeyd olunanlara əsasən, iddiaçı İddiaçı Cəmiyyətə qarşı iddiătələbinin̆rədd̆edilməsĭbarədə̆qətnamə̆çıxarılmasını̆xahiş̆etmişdir.

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakim – Ayşən Sultanova-Məmmədova) iddia tələbinin təmin edilməməsi qət edilmişdir.̆

8. Məhkəmə müəyyən etmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal-1, ev 12, *** nömrəli mənzil iddiaçı İddiaçı mülkiyyətindədir. Həmin mənzildə Şuşa şəhərindən olan məcburi köçkün X10, X8, X5, X2 və onun ailəsi yaşamışdır. Daha sonra onlar ## ###### 2024-cü il tarixində “Böyük Qayıdış” İ Dövlət Proqramı” çərçivəsində Şuşa şəhərində mənzillə təmin olunaraq oraya köçürülmüşlər və mənzil mülkiyyətçiyə təhvil verilmişdir. X10, X8, X5, X2 və onun ailəsi mənzildən çıxdıqdan sonra iddiaçıya məlum olmuşdur ki, 506,12 manat istilik haqqı borcu var. Iddiaçı tərəf bildirir ki, həmin borcdan 59 manatı ödəmiş, 506,12 manat məbləğində borc isə qalır. ************ nömrəli abonent kodu üzrə İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal-1, ev 12, *** saylı mənzil üzrə 506,12 manat məbləğində qalıq borc vardır. Hal-hazırda iddiaçı mübahisəli mənzilə müəyyən edilən istilik təchizatı xidmətlərinə görə yaranan 506,12 manat borcun Cavabdeh ASC tərəfindən silinməsini tələb edir, cavabdeh isə iddiătələbinə̆etiraz̆edir. 9.Birinci instansiya məhkəməsi iddia tələbində silinməsi tələb olunan borcun keçmiş məcburi köçkünlər X10, X8, X5, X2 və onun ailəsinin yaşadığı dövrdə yaranmasına istinad edərək hesab etmişdir ki, iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etməyə subyektiv hüququ yoxdur.

10. Məhkəmə qeyd etmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal-1, ev 12, *** nömrəli mənzil üzrə 506,12 manat məbləğində hesablanmış kommunal xidmətdən istifadə edilmişdir. Abonent hərəkətləri saldosundan görünür ki, mənzil üzrə qalıq borc 506,12 manat təşkil edir. Tələb edilən borc mənzildə yaşayan məcburi köçkünlər X10, X8, X5, X2 və onun ailəsi tərəfindən ödənilməmiş borcdur. Göründüyü kimi iddiaçı üçüncü şəxslərə aid olduğunu iddia etdiyĭborcun̆cavabdeh̆tərəfindən̆silinməsinĭtələb̆etməkdə̆subyektiv̆hüquqămalik̆deyil.

11. Məhkəmə gəldiyi nəticəni “Istehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3 və 26-cı; Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1 və 136.4-cü; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il # ######## tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Istilik enerjisinin istifadə qaydaları”nın 1.2.1, 1.4, 1.5, 8.5, 9.1ci; Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının ## ####### 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2012-ci il tarixli Qərarı; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2006-cı il tarixli Qərarı; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MIÜMK-nın ## ### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair ## #### 2008-ci il tarixli Qərarı və Mülki Prosessual Məcəllənin̆4.1,̆14.2,̆77.1,̆88̆və̆217.4-cü̆̆maddələrinə̆istinadlăəsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. Qətnamədən iddiaçı İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddiăərizəsinin̆təmin̆olunması̆barədə̆yenĭqətnamə̆qəbul̆edilməsinĭxahiş̆etmişdir.̆

13. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə tərəfindən MPM-nin 218.1-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, qətnamə çıxarıldıqda hakim sŭbutları qiymətləndirir, iş ŭçŭn əhəmiyyətli olan nə kimi halların mŭəyyən edildiyini, nə kimi halların mŭəyyən edilmədiyini, tərəflərin hansı hŭquqi mŭnasibətdə olmalarını, həmin iş ŭzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Işə baxan hakim yuxarıda qeyd edilən prosessual normanın tələblərinə qətiyyən əməl etməmiş, yalnız ŏz şəxsi mŭlahizələrinə əsaslanaraq qanunsuz qətnamə çıxarmışdır. Iş materialında olan Yasamal Rayon Icra Şŏbəsinin icra məmuru Bəxtiyar Babayevin ##.##.2024-cŭ il tarixli qərarından gŏrŭnŭr ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004) ***/**** saylı, ##.##.1996-cı il tarixli icra sənədinə xitam verilmişdir. Həmin qərarın məzmunundan gŏrŭnŭr ki, Icraat zamanı mənzildə məskunlaşan qaçqın ailəsi "Bŏyŭk Qayıdış" İ dŏvlət proqramı çərçivəsində Şuşa şəhərinə mənzil ilə təmin olunaraq kŏçŭrŭlmŭşlər. Bununla bağlı zəbt olunmuş mənzil ##.##.2024-cŭ il tarixdə qaçqın ailəsi tərəfindən boşaldılaraq iş ŭzrə tələbkara təhvil verilmişdir. Hakim icra şŏbəsinin həmin qərarına mŭhŭm əhəmiyyət kəsb edən faktiki hal kimi qiymət verə bilməmişdir. Halbuki, həmin qərardan gŏrŭnŭr ki, o, 30 ildən çoxdur ki, mənzilində yaşamır. Çŭnki, həmin mənzili məcburi köçkün ailəsi zəbt etmişdir. Işə baxan hakim iddia ərizəsini rədd edərkən, bu nəticəyə hansı əsasla gəldiyini məntiqi cəhətdən tam olaraq izah edə bilməmişdir. Məhkəmə yalnız cavabdehin iddia ərizəsinə qarşı verdiyi etirazı əsas gŏtŭrmŭşdŭr. Yəni hakim məntiqdən uzaq mŭlahizələrinə və cavabdehin əsassız etirazına əsaslanmaqla kifayətlənmişdir ki, bu da sŭbut kimi qiymətləndirilə bilməz. Hakim qətnamədə ##.##.2024-cŭ il tarixə qədər mənzilində yaşamadığını qeyd etsə də, lakin bununla belə həmin vaxta qədər məcburi kŏçkŭnlərin mənzilindən istifadə etdikləri istilik enerjisinə gŏrə yaranmış borcun ŏdənilməsini ona şamil etmişdir.̆Bŭisə̆qətnamədə̆göstərilmiş̆nəticə̆ilə̆işin̆halları̆arasındăziddiyyət̆yaratmışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri ̆̆̆̆̆14.̆Apellyasiyăşikayətinə̆qarşı̆etiraz̆daxil̆olmamışdır.

b) Proses iştirakçılarının izahatı

15. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı izahatında və ona verilən suallara cavab olaraq qeyd etdi ki, o, ailəsi ilə 2024-cü ilin dekabr ayından həmin evə köçmüşdür. Istiliyin verilməməsi ilə bağlı müraciət etmiş və ona bildiriblər ki, borc var. Bu borc ona aid deyil, həmin evdə onlardan əvvəl məcburi köçkünlər yaşayıb, onların borcudur. O, həmin borcun silinməsini xahiş edir, onun həmin pulu ödəməyə imkanı yoxdur. Mənzildə əvvəl yaşayan adamlarla danışmışlar, deyirlər ki, borcları yoxdur. Hazırda pulu ondan istəmirlər. Amma o evi satmaq̆istəsə̆bŭonăproblem̆yaradacaq.̆

16. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X1 izahatında və ona verilən suallara cavab olaraq qeyd etdi ki, borc mənzilə yazılıb. Vətəndaş tərəfindən mənzildə məcburi köçkün yaşaması ilə bağlı məlumat verildiyi halda 2017-ci ilin yanvar ayının 1-ə qədər həmin mənzillərin kommunal xərclərini Qaçqınlar və X15 üzrə Dövlət Komitəsi ödəyirdi. Sonradan məcburi köçkünlərə verilən müavinətin məbləği artırıldığı üçün kommunal ödənişləri özləri ödəməli idi. Lakin həmin mənzildə məcburi köçkün yaşaması ilə bağlı onlara məlumat verilməyib. Istiliyin verilməməsi reallığa uyğun deyil, çünkü mərkəzi istilik təchizatında bütün mənzillərdən dövr edərək istilik verilir. Iş materiallarında olan qətnamədən onların məlumatı olmayıb. Hazırda isə bu heç nəyi dəyişmir, çünkü həmin məcburi köçkünlər də artıq o mənzildə yaşamır. Vaxtında məlumatı olsaydı, həmin şəxsdən ödənişin ödənilməsini tələb edərdilər, Komitəyə müraciət edərdilər. Vətəndaşa hazırda həmin borcun olması maneçilik yaratmır. Lakin mənzili satmaq istəsə onlara müraciət edib arayış almalıdır. Arayış verilməsi üçün də borc tam bağlanmalıdır. Iddiaçıya qarşı məhkəmədə iddia qaldırmamışlar. Iddiaçı əvvəlki borcdan ödənişlər etməyib, istehlak etdiyi dövr üzrə ödənişlər edib. Istilik haqları ilə bağlı hər ay̆vətəndaşlarăbildiriş̆verilir.̆

Tətbiq edilən hüquq normaları:

17. “Istehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun:

Maddə 3. Istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətlĭdövlət̆orqanlarınăvə̆məhkəməyə̆müraciət̆etmək̆hüquqları̆vardır. Maddə 26. Istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə̆həyatăkeçirir.̆

18. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: Maddə 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı̆vaxtındăvə̆tam̆məbləğdə̆ödəməyə̆borcludurlar.̆ Maddə 136.4. Kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik̆təminatı,̆qaz̆təminatı̆və̆istilik̆təchizatınăgörə̆ödənilən̆haqlar̆daxildir.̆

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il # ######## tarixli *** nömrəli Qərarı̆ilə̆təsdiq̆edilmiş̆“Istilik̆enerjisinin̆istifadə̆qaydaları”nın: 1.2.1-ci bəndinə əsasən istehlakçı enerji təchizatı müəssisəsinin istilik və isti su təchizatı xidmətlərindən̆istifadə̆edən̆hüquqĭvə̆yăfizikĭşəxsdir.̆̆ 1.4-cü bəndinə əsasən, Istilik və isti su təchizatı xidmətləri enerji təchizatı müəssisəsi (bundan sonra – Müəssisə) ilə istehlakçı arasında bağlanılmış müqaviləyə əsasən həyata keçirilir.̆ 1.5-ci bəndinə əsasən, Müqavilələr bu Qaydalara əsasən verilən texniki şərtlərin tələbləri yerinə yetirildikdən sonra əhali qrupuna aid istehlakçılarla bu Qaydaların * nömrəli əlavəsi, qeyri-əhali qrupuna aid istehlakçılarla isə bu Qaydaların * nömrəli əlavəsi ilə müəyyən edilmiş formalarăuyğun̆bağlanılır. 8.5-ci bəndinə əsasən, Istilik və isti su təchizatı xidmətləri göstərilən tikinti obyektinin mülkiyyətçisi və ya digər əşya hüquqları əsasında sahiblik edən şəxs dəyişdikdə, əvvəlki istehlakçı mülkiyyətçinin və ya digər əşya hüquqları əsasında sahiblik edən şəxsin dəyişdirildiyi günədək istilik və isti su təchizatı xidmətlərinə görə olan borcunu ödəməlidir. Yeni mülkiyyətçi və ya digər əşya hüquqları əsasında sahiblik edən şəxs bu hüququ əldə etdiyi gündən 10 (on) gün müddətində “Inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsi nəzərə alınmaqla bu barədə təsdiqedici sənədlər təqdim edərək yeni müqavilənin bağlanılması üçün Müəssisəyə yazılı müraciət etməlidir. Müəssisə yeni mülkiyyətçinin və ya digər əşya hüquqları əsasında sahiblik edən şəxsin müraciət etdiyi gündən 3 (üç) gün müddətində əvvəlki istehlakçı ilə bağlanılmış müqaviləni birtərəfli qaydada ləğv etməli və onunlămüqavilə̆bağlamalıdır. 9.1-ci bəndinə əsasən, Müəssisə tərəfindən göstərilən istilik təchizatı xidmətlərinə görə hesablaşmalar əhali qrupuna aid istehlakçılar üzrə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilmiş tariflərlə, isti su təchizatı xidmətlərinə və qeyriəhali qrupuna aid istehlakçılar üzrə istilik təchizatı xidmətlərinə görə hesablaşmalar isə müqavilə ilə müəyyən edilmiş̆tariflərlə̆həyatăkeçirilir.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə dəmaraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə̆müdafiəsindən̆istifadə̆etmək̆hüququnămalikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə̆etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut̆etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun̆məhkəmə̆üçün̆qabaqcadan̆müəyyən̆edilmiş̆qüvvəsĭyoxdur. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətinĭisə̆təmin̆etmədən̆saxlayăbilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiyăşikayətĭverilə̆bilər.

Apellyasiya baxışının hədləri

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin̆predmetĭbölünməz̆olduqdăisə̆tam̆yoxlayır.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə̆bilər.̆̆̆

23. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin̆qətnaməsinin̆qanuniliyinin̆və̆əsaslılığının̆tam̆yoxlanılması̆təşkil̆edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə birinci instansiyăməhkəməsinin̆qətnaməsĭdəyişdirilmədən̆saxlanılmalıdır.

25. Işin mübahisəsiz halları ondan ibarətdir ki, Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal-1, ev 12, *** nömrəli mənzil iddiaçı İddiaçı mülkiyyətindədir. Həmin mənzildə Şuşa şəhərindən olan məcburi köçkün X10, X8, X5, X2 və onun ailəsi yaşamışdır. Daha sonra onlar ## ###### 2024-cü il tarixində “Böyük Qayıdış” İ Dövlət Proqramı” çərçivəsində Şuşa şəhərində mənzillə təmin olunaraq oraya köçürülmüşlər və mənzil mülkiyyətçiyə təhvil verilmişdir. X10, X8, X5, X2 və onun ailəsi mənzildən çıxdıqdan sonra iddiaçıya məlum olmuşdur ki, 506,12 manat istilik haqqı̆borcŭvar.

26. ************ nömrəli abonent kodu üzrə İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal-1, ev 12, ***̆saylı̆mənzil̆üzrə̆506,12̆manat̆məbləğində̆qalıq̆borc̆vardır.

27. Iddiaçı tərəf bildirir ki, 59 manatı ödəmiş, 506,12 manat məbləğində borc isə qalır. Buna görə də həmin borcun mənzildə yaşayan məcburi köçkünlər X10, X8, X5, X2 və onun ailəsi tərəfindən̆ödənilməmiş̆borc̆olduğunŭiddiăedərək̆borcun̆silinməsinĭxahiş̆etmişdir.̆

28. Iddianın təmin edilməməsi üzrə birinci isntansiya məhkəməsinin mövqeyi ilə razılaşan kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş̆qaydadăməhkəmə̆müdafiəsindən̆istifadə̆etmək̆hüququnămalikdirlər. 29.“M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ## ### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitutsiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun ## #### 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış̆şəxsin̆müvafiq̆subyektiv̆hüquqămalik̆olub-olmamasını̆araşdırmalıdır. 30.Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının ## ####### 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2012-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından,̆eləcə̆də̆həyatăkeçirilməsindən̆söhbət̆gedə̆bilməz. 31.Göründüyü kimi, hüquqi nəzəriyyə görə subyektiv mənada hüquq normativ-aktlarda müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüqüqun ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə yalınz qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən̆söhbət̆gedə̆bilməz.̆ 32.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, hazırki halda iddiaçı subyektiv̆hüququn̆birincĭelementinə̆(hüquqĭixtiyara)̆malik̆deyildir. 33.Iş materiallarından müəyyən olnur ki, Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal-1, ev 12, *** saylı mənzilə ##.##.2016-ci il-##.##.2025-ci illər üzrə 565,12 manat məbləğində borc hesablanmış, iddiaçı tərəfindən son ödəmə ##.##.2025-ci il tarixdə 59 manat olmuş, ödənilməmiş̆506,12̆manat̆borc̆qalmışdır.̆

34. Iddiaçı özü ailəsi ilə birlikdə həmin mənzilə 2025-ci ilin yanvar ayında köçmüş, bu vaxta qədər isə həmin mənzildə məcburi köçkünlər X10, X8, X5, X2 yaşamış, Bakı şəhəri Yasamal Rayon Icra Şöbəsinin icra məmuru Bəxtiyar Babayevin ##.##.2024-cü il tarixli icra sənədinə xitam verilməsi barədə qərarına əsasən mənzildə məskunlaşan qaçqın ailəsi "Böyük Qayıdış" İ̆dövlət̆proqramı̆çərçivəsində̆Şuşăşəhərinə̆mənzil̆ilə̆təmin̆olunaraq̆köçürülmüşlər.

35. Belə olan halda kollegiya hesab edir ki, iddiaçının mübahisələndirilən mənzilin əvvəlki sakinlərinin istilik təchizatı xidmətlərindən istifadəsinə görə yaranmış borcun silinməsini tələb etmək̆üçün̆subyektiv̆hüquqŭyoxdur.̆

36. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Beləliklə, Kollegiya qeyd edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin̆qətnaməsĭdəyişdirilmədən̆saxlanılmalıdır.̆

38. Kollegiya qeyd edir ki, MPM-in 402.1-ci maddəsinin tələbinə müvafiq olaraq iddianın qiymətĭbeş̆min̆manatı̆keçmədiyindən̆qətnamədən̆kassasiyăşikayətĭverilə̆bilməz.̆ 39.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər̆tutaraq,̆məhkəmə̆kollegiyası

Qət etdi:

̆̆̆̆Iddiaçı̆İddiaçı̆apellyasiyăşikayətĭtəmin̆edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsĭdəyişdirilmədən̆saxlanılsın.̆ Qətnamədən kassasiya şikayəti verilə bilməz.

̆̆̆̆̆̆Sədrlik̆edən̆hakim̆imza: Günay̆Axundova ̆̆̆̆̆̆Hakimlər̆imzalar: Məhəmməd̆Rüstəmli Rəşid̆Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar