Məhkəmə qərarları › İş №2(3-6)-99/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-99/2026

07.05.2026 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-99/2026 07.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər cavabdeh1, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ və * saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı “müqavilələrin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi, mirasda məcburi payın müəyyən edilməsi” tələblərinə dair mülki iş üzrə Açar sözlər (bağışlamaq müqaviləsinin etibarsızlığı, subyektiv hüquq) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), X7 və X3 oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi, cavabdeh cavabdeh1 iştirakı ilə, Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları, iş üzrə məhkəmə icraatı

1. Daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, ##.##.2022-ci il qeydiyyat tarixli çıxarışa əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, keçid 1847, ev 2, Əmircan qəsəbəsi, Z.Tağıyev küçəsi 3 (Yeni qaydalarla: ünvan 1) ünvanında yerləşən qeyriyaşayış sahəsi X4a oğlunun xüsusi mülkiyyətində olmuşdur.

2. ##.##.2022-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, hədiyyə verən X4a oğlu Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, keçid 1847, ev 2, Əmircan qəsəbəsi, Z.Tağıyev küçəsi 3 (Yeni qaydalarla: ünvan 1) ümumi sahəsi 29.9 kv.m olan qeyri-yaşayış sahəsini arvadı cavabdeh1 hədiyyə etmişdir.

3. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi Idarəsinin ##.##.2020-ci il tarixli, **A*/*** nömrəli arayışından məlum olur ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində **Q/C nömrəli reyestr kitabının *** nömrəli vərəqində X4a oğlunun adına qeydiyyata alınmışdır.

4. Bakı şəhəri Icra Hakimiyyəti Texniki Inventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı Idarəsinin seriya FM №****** saylı qeydiyyat vəsiqəsinə əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsindəki 5 otaq, yaşayış sahəsi 84,7, ümumi sahəsi 146.4 olan ** saylı fərdi yaşayış evi ##.##.2004-cü ildə X4a oğlunun adına 30/924 qeydə alma nömrəsi ilə ** saylı reyestr kitabında 924 səhifə ilə tam mülkiyyəti üzrə qeydə alınmışdır.

5. ##.##.2020-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, hədiyyə verən X4a oğlu Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsi ümumi sahəsi 146.4 kv.m olan ** saylı fərdi yaşayış evini arvadı cavabdeh1 hədiyyə etmişdir.

6. Bakı şəhəri Suraxanı Rayon Icra Hakimiyyəti başçısının Qaraçuxur qəsəbə nümayəndəliyinin ##.##.2020-ci il tarixli arayışından məlum olur ki, ünvan 2 saylı fərdi yaşayış evində X4a oğlunun arvadı cavabdeh1, oğlu İddiaçı, gəlini X5, nəvəsi X2 qeydiyyatdadırlar.

7. Nikahın bağlanması haqqında AZ-İ 073862 seriya nömrəli şəhadətnamədən görünür ki, X4a oğlu və X13 ##.##.2003-cü il tarixdə nikaha daxil olmuşlar, nikah bağlandıqdan sonra arvada Mərdanova soyadı verilmışdır.

8. Bakı şəhəri Suraxanı Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-II seriya ****** nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X4a oğlu ##.##.2022-ci il tarixdə vəfat etmişdir.

9. XV-ЖГ 368087 seriya nömrəli, ##.##.1990-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ##.##.1990-cı il təvəllüdlü X6 atası X11, anası X8r.

10. AZ-II 311270 seriya nömrəli, ##.##.2009-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ##.##.1990-cı il təvəllüdlü İddiaçı atası X11, anası X13r.

a)Birinci instansiya məhkəməsində icraat

11. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh1, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh2n * saylı Bakı Ərazi Idarəsi, * saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı müqavilələrin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi, mirasda məcburi payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, * saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində ##.##.2020-ci il tarixdə 4Ə-979 reyestr nömrəsi ilə mərhum atası X4a oğlu ilə cavabdeh1 arasında Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsində yerləşən ** saylı fərdi yaşayış evinə dair rəsmiləşdirilmiş bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, bağışlama müqaviləsi əsasında Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsində yerləşən ** saylı fərdi yaşayış evinə ƏMDK yanında DƏDRX-nin Bakı Ərazi Idarəsi tərəfindən cavabdeh cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsi, * saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində ##.##.2022-ci il tarixdə 4Ə-97 reyestr nömrəsi ilə mərhum atası X4a oğlu ilə cavabdeh1 arasında Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsi, keçid 1847, ev 2-ə dair rəsmiləşdirilmiş bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, bağışlama müqaviləsi əsasında Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, keçid 1847, ev 2-yə dair ƏMDK yanında DƏDRX-nin Bakı Ərazi Idarəsi tərəfindən cavabdeh cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsi və atası X4a oğlundan miras qalmış Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsində yerləşən ** saylı fərdi yaşayış evinə və Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, keçid 1847, ev 2-yə dair 1/2 hissəsinə vərəsəlik haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 12.Iddiaçı daha sonra Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, ərizə təqdim edərək, * saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində ##.##.2020-ci il tarixdə 4Ə-979 reyestr nömrəsi ilə mərhum atası X4a oğlu ilə cavabdeh1 arasında Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsində yerləşən ** saylı fərdi yaşayış evinə dair rəsmiləşdirilmiş bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, bağışlama müqaviləsi əsasında Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsində yerləşən ** saylı fərdi yaşayış evinə ƏMDK yanında DƏDRX-nin Bakı Ərazi Idarəsi tərəfindən cavabdeh cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsi, * saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində ##.##.2022-ci il tarixdə 4Ə-97 reyestr nömrəsi ilə mərhum atası X4a oğlu ilə cavabdeh1 arasında Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, keçid 1847, ev 2-ə dair rəsmiləşdirilmiş bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, bağışlama müqaviləsi əsasında Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, keçid 1847, ev 2-yə dair ƏMDK yanında DƏDRX-nin Bakı Ərazi Idarəsi tərəfindən cavabdeh cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsi və atası X4a oğlundan miras qalmış Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsində yerləşən ** saylı fərdi yaşayış evinə və Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsi, keçid 1847, ev 2, Əmircan qəsəbəsi Z.Tağıyev küçəsi 3-ə dair (yeni qaydalarla: Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Malik Mustafayev 10A) mirasda məcburi payının müəyyən edilməsi, həmin əmlakın 1/2 hissəsinə (mirasda məcburi paya) çıxarışın verilməsinin Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh2 * saylı Bakı Ərazi Idarəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

13. Iddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum X4a oğlu onun atasıdır. Sözügedən əmlaklar atasının xüsusi mülkiyyətində olmuşdur. X4a oğlu ##.##.2022-ci il tarixdə vəfat etmişdir. Atası öldükdən sonra miras qalmış əmlakları faktiki olaraq qəbul etmişdir. Ailəsi ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İ.Musayev küçəsində yerləşən ** saylı fərdi yaşayış evində qeydiyatda olmaqla yaşayır. 2-ci qrup əlildir. Yaxın vaxtlarda ona məlum olmuşdur ki, atası sağlığında həmin əmlakları ##.##.2022-ci il tarixdə cavabdeh cavabdeh1 bağışlamışdır. Bağışlama müqaviləsindən xəbəri olmamışdır, aldadılmışdır, notariat ofisində adından yazılan ərizədəki imza ona məxsus deyil.

14. Iddiaçı tələbinin əsası kimi Mülki Məcəllənin 1200-cü maddəsinə və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun ## ###### 2021-ci il tarixli Qərarına istinad etmişdir.

15. Cavabdeh cavabdeh1 məhkəməyə iddia ərizəsinə dair etiraz təqdim edərək göstərmişdir ki, mülki iş materiallarına əlavə edilmiş İddiaçı məxsus doğum haqqında şəhadətnamənin ata qrafasında “X11”, doğum tarixinin isə ##.##.1990-cı il olduğu qeyd edilmişdir. Lakin cavabdeh cavabdeh1 ilə X4a oğlu 2000-ci ildə ilk evlilikdən boşandıqdan sonra rəsmi nikah münasibətlərinə daxil olmuşlar. Iddiaçı İddiaçı mərhum Səməd Mərdanovun oğlu olmadığından, mirasdan pay tələb etmək hüququ yoxdur. Ona görə də, iddia ərizəsi əsassız olduğundan təmin edilə bilməz.

16. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə (hakim – Həqiqət Mahmudova) iddia tələbinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

17. Məhkəmə işin faktiki halları ilə bağlı qeyd etmişdir ki, mübahisə predmeti olan Daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, ##.##.2022-ci il qeydiyyat tarixli çıxarışa əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, keçid 1847, ev 2, Əmircan qəsəbəsi, Z.Tağıyev küçəsi 3 (Yeni qaydalarla: ünvan 1) ünvanında yerləşən qeyri-yaşayış sahəsi və ünvan 2 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında X4a oğluna məxsus olmuşdur. O, həmin əmlakları müvafiq olaraq ##.##.2020-ci il tarixli və ##.##.2022-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqavilələrinə əsasən, arvadı cavabdeh1 hədiyyə etmişdir. X4a oğlu ##.##.2022-ci il tarixdə vəfat etmişdir. İddiaçı hazırda iddia ərizəsi ilə müraciət edərək, sözügedən bağışlama müqavilələrinin etibarsız hesab edilməsi, həmin müqavilələr əsasında verilmiş çıxarışların ləğv edilməsi və atası X4a oğlundan miras qalmış qeyd olunan əmlaklara dair mirasda məcburi payının müəyyən edilməsi və həmin əmlakların 1/2 hissəsinə (mirasda məcburi paya) çıxarışın verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Məhkəmə bağışlama müqavilələrinin etibarsız hesab edilməsi hissəsində iddia tələbinə münasibətdə qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı atası qrafasında onun atasının X11 olduğu qeyd edilmişdir. Başqa sözlə, X4a oğlunun İddiaçı atası olması iş materialları ilə sübuta yetirilmir. Belə olan halda, İddiaçı, X4a oğlu ilə arvadı cavabdeh1 arasında bağlanmış bağışlama müqavilələrini mübahisələndirmək üçün subyektiv hüquqa malik deyil.

19. Iddia tələbinin digər – sözügedən əmlaklara dair mirasda məcburi payının müəyyən edilməsi və həmin əmlakların 1/2 hissəsinə (mirasda məcburi paya) çıxarışın verilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Göründüyü kimi, X4a oğlunun övladı olması təsdiqini tapmadığından, eləcə də, vərəsəlik işi açılmadığından və vərəsə kimi tanınmadığından, İddiaçı mirasda məcburi payının müəyyən edilməsi və müvafiq çıxarışın verilməsi barədə iddia qaldırmağa subyektiv hüququ mövcud deyil. Beləliklə, qeyd olunanlara əsasən, məhkəmə bu qənaətə gəlir ki, iddiaçının subyektiv hüququnun olmaması əsası ilə hazırkı iddia bütün tələblər üzrə rədd edilməlidir.

20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1, 124.2, 14.2, 77.1, 88, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

21. Iddiaçı İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Apellyasiya şikayətində qeyd olunmuşdur ki, iddiaçı X4a oğlunun oğlu olduğundan məcburi pay hüququna malikdir, atası bağışladığı əmlaklardan sonra 2 ay keçmədən vəfat etmişdir, hazırda həm də miras payından məhrum olunmuşdur. Məhkəmə bu hallara düzgün hüquqi qiymət verməmiş, yalnız cavabdehin təqdim etdiyi doğum haqqında şəhadətnamənin surətini sübut kimi qəbul etmişdir. Hesab edir ki, məhkəməyə təqdim edilmiş doğum haqqında şəhadətnamənin surəti sübut növü kimi qəbul edilməməlidir. Belə ki, cavabdeh cavabdeh1 tərəfindən məhkəməyə təqdim edilmiş doğum haqqında şəhadətnamə adi surətdir. Halbuki, məhkəməyə təqdim edilmiş doğum haqqında şəhadətnamə iş üçün əhəmiyyətli hallar barədə məlumat verən sənəd olduğundan həmin sənədin ya əsli, ya da notarial qaydada təsdiq olunmuş surəti təqdim olunmalı idi. Lakin, cavabdeh tərəfindən təqdim edilən sənəd qeyd olunan hallardan heç birinə aid olmadığı üçün sübut növü kimi qəbul oluna bilməz. Məhkəmə isə qeyd olunan hala hüquqi qiymət verməmiş, üstəlik həmin şəhadətnamənin surət olduğunu qətnamədə bildirmişdir: AZ-II 368087 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ##.##.1990-cı il təvəllüdlü İddiaçı atası X11, anası X13r. Məhkəməyə təqdim edilmiş AA******* nömrəli, FIN: ******* şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçıdur, əgər şəxsiyyət vəsiqəsində Səməd oğlu qeyd edilibsə, necə ola bilər ki, doğum haqqında şəhadətnamədə Nəsrulla oğlu yazılsın. Bundan başqa, AA******* nömrəli, FIN: ******* şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı ##.##.1990-ci il tarixdə anadan olmuşdur, lakin məhkəmə həmin surət olan doğum haqqında şəhadətnaməyə istinad edərək iddiaçının təvəllüdünü ##.##.1990-ci il tarixli göstərmişdir. Bundan başqa, məhkəməyə təqdim etdiyimiz * saylı ASAN XIDMƏT Mərkəzinin notariat ofisində aparılmış bağışlama müqavisi əsasında toplanmış sənədlərdən görünür ki, notariat ofisinə Qaraçuxur qəsəbə nümayəndəsi tərəfindən 2020-ci ildə təqdim edilmiş arayışdan görünür ki, həmin arayışda İddiaçı Səməd Ağababa oğlunu oğlu kimi göstərilmiş və buna dair arayış verilmişdir. Həmin notariat ofisində cavabdeh cavabdeh1 Edqardın atası Səməd Mərdanov olmamasını inkar etməmişdir. Göründüyü kimi məhkəmə düzgün hüquqi qiymət verməyərək iddiaçının subyektiv hüquqi olmayan qənaətinə gəlmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 23.Apellyasiya şikayətinə qarşı yazılı etriaz daxil olmamışdır. c)Məhkəmə icraatı iştirakçılarının izahatları

24. Məhkəmə kollegiyasının iclasında cavabdeh cavabdeh1 apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

25. Işə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı İddiaçı və digər cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ və * saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası iddiaçı və digər cavabdehlər tərəfindən üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

26. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Maddə 337.1.Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Maddə 1200. Miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddələr 14.2, 77.1, 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 106.1. Işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

Apellyasiya baxışının hədləri

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

30. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyi və əsaslılığının tam yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31.Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, apellyasiya şikayətini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

32. Belə ki, işin faktiki halları ondan ibarətdir ki, mübahisə predmeti olan Daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, ##.##.2022-ci il qeydiyyat tarixli çıxarışa əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, keçid 1847, ev 2, Əmircan qəsəbəsi, Z.Tağıyev küçəsi 3 (Yeni qaydalarla: ünvan 1) ünvanında yerləşən qeyri-yaşayış sahəsi və ünvan 2 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında X4a oğluna məxsus olmuşdur. O, həmin əmlakları müvafiq olaraq ##.##.2020-ci il tarixli və ##.##.2022-ci il tarixli Daşınmaz əmlakın bağışlanması müqavilələrinə əsasən, arvadı cavabdeh1 hədiyyə etmişdir. X4a oğlu ##.##.2022-ci il tarixdə vəfat etmişdir. İddiaçı hazırda iddia ərizəsi ilə müraciət edərək, sözügedən bağışlama müqavilələrinin etibarsız hesab edilməsi, həmin müqavilələr əsasında verilmiş çıxarışların ləğv edilməsi və atası X4a oğlundan miras qalmış qeyd olunan əmlaklara dair mirasda məcburi payının müəyyən edilməsi və həmin əmlakların 1/2 hissəsinə (mirasda məcburi paya) çıxarışın verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

33. Məhkəmə iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətinə əsasən iddiaçının atasının X11 olmasına istinad edərək iddiaçının hazırkı tələb üzrə subyektiv hüquqa malik olmadığı qənaətinə gəlmiş və iddianı rədd etmişdir.

34. Iddiaçı apellyasiya şikayətinin dəlillərində məhkəmə tərəfindən istinad edilən doğum haqqında şəhadətnamənin əslinin olmamasını bildirərək həmin sənədin mötəbər sübut kimi qiymətləndirilməsinin əsassız olduğunu irəli sürmüşdür. Özünün şəxsiyyət vəsiqəsində ata adının Səməd olduğunu bildirmişdir.

35. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hazırkı tələbində mübahisələndirilən bağışlama müqavilələrinin etibarsızlığını, əmlakı bağışlayan X4a oğlunun oğlu olaraq onun qanun üzrə birinci növbə vərəsəsi kimi mirasda payı olması ilə əsaslandırmışdır.

36. Bu səbəbdən kollegiya hesab edir ki, hazırda müəyyən edilməli ilkin məsələ iddiaçının miras qoyan X4a oğlunun oğlu olub-olmamasının müəyyən edilməsidir.

37. Belə ki, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ## ### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitutsiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun ## #### 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.

38. Hüquqi nəzəriyyə görə subyektiv mənada hüquq normativ-aktlarda müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin mənmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüqüqun ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə yalınz qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, hazırki halda iddiaçı subyektiv hüququn birinci elementinə (hüquqi ixtiyara) malik deyildir.

39. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının ## ####### 2011 - ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2012-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

40. Məhkəmə sorğusu ilə əldə edilmiş Azərbaycan Respublikasıının Ədliyyə Nazirliyi X22 Arxivinin ##.##.2026-cı il tarixli, 75237/2026 nörməli məktunda qeyd olunur ki, valideynləri 1957-ci il təvəllüdlü X11 ilə 1961-ci il təvəllüdlü X13 olan ##.##.1990-cı il təvəllüdlü X6 X22 arxivinin * saylı bölməsində (əvvəlki Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi) qeydə alınmış ##.##.1990-cı il tarixli doğumu haqqında akt qeydinə baxış keçirilərkən Suraxanı Rayon Məhkəməsinin ##.##.1990-cı il tarixli, *(***)-**** nömrəli qətnaməsinə əsasən onun soyadının “Həsənov”dan “Mərdanov”a, ata adının isə “Nəsrulla”dan “Səməd”ə dəyişiklik edildiyi, və bu barədə AZ-II seriyalı 311270 nörməli doğum haqqında şəhadətnamənin verildiyi məlum olmuşdur.

41. Iş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 1043/2009 nörməli, ##.##.2009-cu il tarixli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə ərizəçi X6 ərizəsi qismən təmin edilərək Hösvsan qəsəbə sovertliyinin xalq deputatları Icraiyyə komitəsi tərəfindən ## ######## 1990-cı il tarixdə *** saylı akt qeydi üzrə icra edilmiş X6 doğumu haqqında akt qeydləri kitabında dəyişiklik edilərək soyadı, adı, atasının adı qrafasında “İddiaçı” göstərilməklə və digər məlumatlar saxlanılmaqla yeni doğum haqqında şəhadətnamənin verilməsinin Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi, ərizəçinin X20 ata qrafasında “X4a oğlu”, ana qrafasında “cavabdeh1 Abdurrahman qızı” göstərilməsi barədə tələbinin təmin edilməməsi qət edilmişdir.

42. Məhkəmə sorğusu əsasında əldə edilmiş Azərbaycan Respublikasıının Ədliyyə Nazirliyinin ##.##.2026-cı il tarixli, 101296 nörməli məktunda qeyd edilir ki, “Elektron notariat” informasiya sistemində saxlanılan məlumatlara əsasən mərhum S.Mərdanovun adına vərəsəlik işinin açılmadığı müəyyən edilir.

43. Məhkəmə sorğusu əsasında əldə edilmiş Azərbaycan Respublikasıının Ədliyyə Nazirliyi X22 Arxivinin ##.##.2026-cı il tarixli, 123322/2026 nörməli məktudunda qeyd edilir ki, X4 övladları haqqında məlumatın istənilməsi ilə bağlı müraciətə baxılmışdır. Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən valideynləri X4a oğlu ilə X14 olan ##.##.1972-ci il təvəllüdlü Elçin Mərdanovun, ##.##.1974-cü il təvəllüdlü Ilqar Mərdanovun və ##.##.1975-ci il təvəllüdlü Məhərrəm Mərdanovun doğumunun Suraxanı rayon Qeydiyyat şöbəsində qeydə alındığı müəyyən edilmişdir.

44. Beləliklə, məhkəmə kollegiyasının iclasında sübutların tədqiqi ilə müəyyən edildi ki, iddiaçı İddiaçı (X6) soyadının və ata adının dəyişdirilməsi barədə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2009-cu il tarixli qətnaməsi mövcud olsa da, həmin qətnamə ilə onun ata qrafasında məhz X4a oğlunun, ana qrafasında isə cavabdeh1 yazılması barədə tələbi birbaşa rədd edilmişdir.

45. X22 Arxivindən daxil olmuş rəsmi məlumatlardan da müəyyən edilir ki, iddiaçının ##.##.1990-cı il tarixli doğumu haqqında akt qeydində onun valideynləri qismində X11 və X13 göstərilmişdir. Məhkəmə qətnaməsi ilə edilən dəyişiklik yalnız soyad və ata adının dəyişdirilməsi ilə bağlı olmuşdur. Məhkəmə Ailə Məcəlləsinin 189-cu maddəsinə istinad etməklə qeyd etmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adının dəyişdiriməsinə 18 yaşına çatdıqdaqdan sonra yol verilir.

46. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçının mərhum X4a oğlunun oğlu olması müəyyən edilmədiyindən birinci instansiya məhkəməsi iddiaçının X4a oğlu tərəfindən icra edilmiş bağışlanma müqavilələrinin etibarlılığını mirasda məcburi pay əldə etmək üçün mübahisələndirməyə subyektiv hüququnun olmaması barədə əsaslı və qanuni nəticəyə gəlmişdir.

47. Belə ki, Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.

48. Həmin məcəllənin 1200-ci maddəsinə əsasən miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. 49.Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid edilməlidir. 50.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar