Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2(3-7)-1095/2026 13.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X2 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı miras əmlakdan payların müəyyən edilməsi və s. tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh mərhum həyat yoldaşı X1 fərdi yaşayış evindən miras payının vərəsələr arasında bölünməsinə, paylı mülkiyyətdə olan 1/5 hissədə bölünmüş torpaq sahəsinin isə vərəsələr arasında bölünməsinə, cavabdeh Cavabdeh payının naturada ayrılıb tanıdılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xаhiş etmişdir. Bərdə Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2020-ci il tarixli qətnaməsi ilə (hakim Fərman Abdullayev) iddia təmin edilərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə ¼ hissədə və həmin fərdi yaşayış evinin yerləşdiyi 0,0308 ha torpaq sahəsinin 1/5 hissəsinə ¼ hissədə iddiaçı İddiaçı payının müəyyən edilməsi və ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. İş üzrə qətnamədən maraqlarına toxunan şəxs Maraqlı şəxs ## ###### 2025-ci il tarixdə məhkəməyə apellyasiya şikayəti verməklə eyni zamanda prosessual müddətin bərpasına dair ərizə vermişdir. Bərdə Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı ilə iddiаçı İddiaçı cavabdeh Cavabdeh qаrşı “miras əmlakdan payların müəyyən edilməsi, paylı mülkiyyətdə olan torpağın naturada ayrılması və tanıdılması” tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin ## #### 2020-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən maraqlarına toxunan şəxs Maraqlı şəxs münasibətdə müddətin bərpa edilməsi və apellyasiya şikayətinin mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin *(*-*)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi və şikayətin geri qaytarılması üçün işlə birlikdə Bərdə Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Bərdə Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. İş üzrə qətnamədən maraqlarına toxunan şəxs Maraqlı şəxs yenidən apellyasiya şikayəti verməklə eyni zamanda prosessual müddətin bərpasına dair ərizə vermişdir. Bərdə Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə Bərdə Rayon Məhkəməsinin ## #### 2020-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən mülki iş üzrə maraqlarına toxunan şəxs Maraqlı şəxs münasibətdə şikayət vermə müddəti bərpa edilmiş və apellyasiya şikayəti mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan iş üzrə iddiaçı İddiaçı şikayət verərək, Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadının ləğv edilməsinə dair qərardad qəbul edilməsi, əks təqdirdə şikayətini mülki işlə birlikdə apelyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qətnamənin qəbul edilməsindən uzun illər keçdikdən sonra, ondan apellyasiya şikayətinin verilməsi və məhkəmə tərəfindən bu halın üzürlü sayılması mənfi məhkəmə praktikasına səbəb olar. Maraqlarına toxunan şəxs Maraqlı şəxs apelyasiya şikayətini vermək üçün qanunla müəyyən edilmiş prosessual müddəti ötürmüşdür. Bərdə Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə şikаyət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarının tədqiqi zamanı müəyyən edilmişdir ki, Bərdə Rayon Məhkəməsinin ## #### 2020-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin maraqlarına toxunan Maraqlı şəxs mərhum atasına məxsus hissəsinə dair payın müəyyən edilməsi barədə qərar qəbul edilmişdir. Həmin iş üzrə qardaşı Cavabdeh vərəsə kimi tanınsa da, o, mərhumun qızı olaraq işə vərəsə kimi cəlb edilməmişdir. İş üzrə o tərəf olmamış, buna görə də məhkəmə ona məlumat verməmiş, onun iştirakı ilə iş araşdırılmamışdır. Yekun məhkəmə aktının surəti də onlara göndərilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi; 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 357.2. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci, 306-cı və 355-1.1-ci maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. Şikayətin dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, qanunun tələbindən də göründüyü kimi apellyasiya şikayəti vermək hüququ işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. İş materialları ilə Maraqlı şəxs miras qoyanın qızı olması və Bərdə Rayon Məhkəməsində 2020-ci il tarixdə işə baxılarkən onun işə cəlb edilməməsi və yekun məhkəmə aktının ona göndərilməməsi təsdiqini tapmışdır. Hazırki vəziyyətdə onun apellyasiya şikayəti vermək üçün buraxılmış müddəti üzrlü hesab etməklə, müddətin bərpa edilməsi barədə ərizəni təmin etməkdə işə baxan məhkəmə düzgün hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti, qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilməlidir. Həmin Məcəllənin 128.1-ci maddəsinə görə, prosessual hərəkətlər həmin Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilməlidir. Həmin Məcəllənin 133.1-ci maddəsinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.2-ci maddəsinə görə, buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. Həmin Məcəllənin 133.3-cü maddəsinə görə, müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). «K.N.Qarayevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMKnın ## ###### 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin. Kollegiya qeyd edir ki, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Konstitusiya Məhkəməsi Plenumunun qərarlarına əsasən, məhkəmə qərarı ilə hüquq və qanuni maraqları pozulan hər bir şəxsin apellyasiya şikayəti vermək imkanı formal məhdudiyyətlərdən azad olaraq təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-ci maddəsi birinci instansiya məhkəməsinin qanuni qüvvəyə minməmiş aktlarından apellyasiya şikayəti vermək hüququnu tərəflər, üçüncü şəxslər və işdə iştirak etməyə cəlb edilməyən, lakin qərarı ilə hüquqları pozulan maraqlı şəxslər üçün tanıyır. Konstitusiya Məhkəməsi bu hüququn hər kəsin məhkəmə müdafiəsi təminatına uyğun genişləndirilməsini tələb edir. Bu norma hər kəsin ədalətli məhkəmə araşdırması və pozulmuş hüquqlarının müdafiəsi üçün yuxarı instansiya məhkəməsinə müraciət etmək imkanlarını genişləndirir. Kollegiya hesab edir ki, əgər məhkəmənin çıxardığı qərar birbaşa və ya dolayı yolla prosesdə iştirak etməyən kənar bir şəxsin hüquqlarına, maraqlarına və ya öhdəliklərinə təsir göstərirsə, həmin şəxs məhkəmə qərarından apellyasiya şikayəti vermək səlahiyyətinə malikdir. Beləliklə, şikayətin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş və tətbiq edilməli qanun düzgün tətbiq edilmişdir. Şikayətin dəlilləri qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiya məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 128, 130, 268.1, 398.0.1 və 402-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı miras əmlakdan payların müəyyən edilməsi və s. tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin ## #### 2020-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən mülki iş üzrə maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması üçün mülki iş Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına təqdim edilsin. Qərardad elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-7)-1095/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-1095/2026
13.08.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver