Məhkəmə qərarları › İş №2(3-7)-1143/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-1143/2026

12.08.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2(3-7)-1143/2026 12.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI MÜƏYYƏN ETDİ: Tovuz Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli ## #### 2026-cı il tarixli qərardadı ilə iddiaçı İddiaçı Tovuz regional ASAN Xidmət Mərkəzinin Notariat Ofisinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbinə dair mülki iş üzrə iddia ərizəsinin icraata qəbulundan imtina edilmişdir. Ərizəçi İddiaçı ## #### 2026-cı il tarixdə məhkəməyə şikayət verərək, Tovuz Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli ## #### 2026-cı il tarixli qərardadının ləğv edilməsini, mülki işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ki, onun iddia tələbi mirasa dair qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin verilməsi tələbidir. O, Tovuz Rayon məhkəməsində doğum akt qeydində düzəlişin edilməsi ilə bağlı iddia qaldırmamışdır. Tovuz Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. Iş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Tovuz Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı ## #### 2026-cı il tarixli qərardadı ləğv edilməli, iddiaçı İddiaçı Tovuz regional ASAN Xidmət Mərkəzinin Notariat Ofisinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbinə dair mülki iş üzrə iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş Tovuz Rayon Məhkəməsinə göndərilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında ## ##### 2019cu il tarixli * nömrəli Qərarında da müəyyən edilmişdir ki, qohumluq faktının müəyyən olunmaması vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı yol verilmiş səhvlərlə (adın, ata adının, soyadın təhrifi və sair) əlaqədardırsa, bu tip işlərə vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik edilməsi qaydasında baxılmalıdır. Bu səbəbdən də, ərizənin icraata qəbul edilməsindən imtina edilmiş və iddiaçıya hansı quruma müraciət etməli olması izah edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaq, qeyd edir ki, iddia tələbi Tovuz regional ASAN Xidmət Mərkəzinin Notariat Ofisinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi”ndən ibarətdir. Yəni, tələb notariat orqanın qərarının qanuni olub-olmaması ilə bağlıdır. Verilmiş imtinadan görünür ki, notariusun iddiaçının adına vərəsəlik şəhadətnaməsinin verilməsindən imtinası atasının adı ilə onun sənədlərində uyğunsuzluq olduğundan qohumluq münasibətlərini müəyyənləşdirmək mümkün olmaması ilə əsaslandırılmışdır. Iddiaçının isə həm adın, ata adının, soyadın təhrifi və sair tələblə müraciət etmək, həm də, notariat orqanın hərətini qanunsuz hesab etdiyi halda onun hərəkətlərindən şikayət vermək hüququ vardır. Hazırkı vəziyyətdə iddiaçı notariat orqanın qərarını mübahisələndirildiyindən, məhkəmə iddiaya baxmalı və iddianı təmin yaxud rədd edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 398.0.2-ci maddəsinə əsasən, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 4.1, 398.0.2 və 402-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Tovuz Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli ## #### 2026-cı il tarixli qərardadından ərizəçi İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Tovuz Rayon Məhkəməsinin *(*-***)-****/**** nömrəli ## #### 2026-cı il tarixli qərardadı ləğv edilsin. Iddia ərizəsinin mümkünlüyü məsələsinə yenidən baxılması üçün iş Tovuz Rayon Məhkəməsinə göndərilsin. Qərardad elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar