Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № 2(3-7)-1146/2026 14.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X1 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2 İkram qızı və üçüncü şəxs cavabdeh1 qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2 İkram qızı və üçüncü şəxs cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər cavabdeh3 ilə cavabdeh2 İkram qızı arasında Gəncə şəhəri, Zəngəzur küçəsi, * saylı evə dair Gəncə şəhər * saylı Notariat ofisində bağlanmış ## ###### 2022-ci il tarixli, AN ******* reyestr nömrəli və həmin evə dair cavabdeh3 ilə cavabdeh1 arasında bağlanmış ##.##.2023-cü il tarixli 4Ə-*** alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı ilə iddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2 İkram qızı və üçüncü şəxs cavabdeh1 qarşı ## ###### 2022-ci il tarixli, AN ******* reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair tələb üzrə eyni tərəflər arasında, eyni predmet və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə əsasən, ## ####### 2023-cü il tarixli, 4Ə-*** reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair tələb üzrə isə eyni tərəflər arasında, eyni predmet və eyni əsaslar üzrə mübahisəyə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcud olduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmişdir. İddiaçı İddiaçı ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardaddan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin istinad etdiyi ## #### 2022-ci il tarixli qərarda qeyd edilir ki, kredit borcunun tutulması tələbinə dair işə baxan məhkəmə mübahisəni mahiyyəti üzrə həll edərkən iddianın əsaslı olub-olmadığını müəyyən etmək üçün ilk növbədə bu tələbin əsasını təşkil edən etibarlı borc müqaviləsinin bağlanıbbağlanmadığını müəyyən etmək vəzifəsi daşıyır və həmin vəzifəni yerinə yetirməklə tələbin qanuni və əsaslı olmasına hüquqi qiymət verir. Ona görə də bu mübahisəyə baxılan vaxt və yaxud baxıldıqdan sonra ayrıca icraatda kredit müqaviləsinin etibarsız hesab edilməsinə dair ayrıca iddia tələbinin irəli sürülməsi və həmin tələblərə mahiyyəti üzrə baxılması prosessual qanunvericiliyin normaları baxımdan mümkün deyildir. Yəni qərarın mahiyyəti onu izah edir ki, əgər kredit müqaviləsi üzrə pul tələbi barədə məhkəmənin icraatında iş vardırsa belə olan halda məhkəmə həmin iş üzrə həm də müqavilənin etibarlı olub-olmaması məsələsinə qiymət verməli, Movcud kredit müqaviləsi üzrə (əqdlərə əsaslanan mübahisə olmaqla) tələbə baxan məhkəmə həm də müqavilənin əsaslı olubolmamasını araşdırmalıdır. Həmçinin qərarda qeyd edilir ki, oxşar iddia tələblərinin eyni predmetli olub-olmamasının müəyyənləşdirilməsi üçün həmin tələblərə iddiaçının subyektiv hüququ, onun qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətləri baxımından kompleks şəkildə qiymət verilməlidir. Təsadüfi deyildir ki, MPM-in 261.0.2cimaddəsi iş üzrə icraata xitam verilməsi üçün eyni tərəflər arasında, eyni tələb deyil, məhz eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasını yetərli hesab edir. Ona görə hesab edir ki, eyni predmet barədə mübahisə olmasına baxmayaraq əsasların da eyni olub-olmamasının müəyyən edilməsi şərtdir. Ərizəçinin hazırda mübahisələndirdiyi müqavilələrin etibarsızlığının əsası tam fərqlidir. Belə ki qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən cavabdeh3 mülkiyyətində olmuş ünvan 1 ünvanda yerləşən mülkün nəticə olaraq onun mülkiyyətinə qayıtmasını iddia edirdi. Bununla “mülkiyyət” hüququnun qorunmasını tələb edirdi. Ərizəçinin hazırda qaldırdığı iddia tələbinin əsası isə mülkiyyətin qorunması, geri tələb edilməsi deyil, qanunla qorunan hüquq və mənafeyimin əsassız maddi tələblərdən qorunması əsası təşkil edir. Hesab edir ki, məhkəmə nəzərə almalı idi ki, mübahisələndirilən müqavilələr üzrə mənim hüququmun pozulması iddiaçıcavabdeh3 etibarsız hesab edilməli olan alqı-satqı müqaviləsi əsasında mülki hüquqlarından sui-istifadə edərək ondan 130.000 manat pul tələbi barədə iddiasından sonra yaranmışdır. Əksər hallarda bu faktlardan yalnız birinin mövcudluğu əqdin görünüş üçün bağlanması qənaətinə gəlmək üçün kifayət etmir. Məsələn, əşyanın həqiqi dəyərindən aşağı qiymətə əldə edilməsinə dair təkbaşına halın mövcudluğu əqdin uydurma olmasının təsdiqi üçün yetərli deyil. Əks yanaşma Mülki Məcəllənin müqavilə azadlığına və müqavilə qiymətinin tərəflərin razılaşması ilə müəyyənləşdirilməsinə dair 390 və 398.1-ci maddələrinin tələblərinə zidd olardı. Bu baxımdan, məhkəmə iş üzrə bütün faktiki halları ayrı-ayrılıqda deyil, onların qarşılıqlı əlaqəsini nəzərə almaqla, sübutların məcmusu əsasında qiymətləndirməlidir. Xüsusilə dolayı sübutlara əsaslanarkən bu sübutlar bir-birini tamamlamalı, uzlaşmalı və alternativ izahları istisna edən vahid məntiqi sistem yaratmalı, yəni onlar məcmu şəkildə yalnız bir nəticəyə - əqdin uydurma olması qənaətinə aparmalıdır. Bununla yanaşı, istisna hallarda elə bir yeganə faktın mövcudluğu da mümkün ola bilər ki, bu, özü-özlüyündə digər ağlabatan izahları aradan qaldıraraq mübahisə üçün həlledici əhəmiyyət kəsb etsin. Məsələn, alıcının real alıcılıq qabiliyyətini istisna edən maddi durumunun və həyat şəraitinin həddindən. İşin faktiki hallarından görünür ki, Gəəncəşəhəri, Zəngəzur küçəsi 9 ünvanda olan mülkü cavabdeh3 80.000 manata əldə etmişdir. İşin faktiki hallarından görünür ki, 6 aydan sonra həmin əmlak 130.000 manat cavabdeh1 evin əsil sahibləri cavabdeh2 və oğlu Ramin tərəfindən satılmışdır. İşin faktiki hallarından görünür ki, ünvan 2 ünvandakı evin cavabdeh3 adına mülkiyyət hüququ ilə qeydə alınmasına baxmayaraq 6 ay ərzində mübahisəli mülkdə evin əsl sahibləri cavabdeh2 və oğlu Ramin yaşamışlar. İşin faktiki hallarından görünür ki, 6 ay ərzində cavabdeh3 mülkiyyətində olan müddətdə ünvan 2 ünvanda yerləşən mülkdə heç bir təmir-yaxşılaşdırma işi aparılmadan 80.000 manata alınaraq 130.000 manata, 50.000 manat fərlə satılmışdır. İşin faktiki halları ilə bağlı göstərilənlər yuxarıda qeyd edilən Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyasının **/**** saylı, ## ### 2026-cı il tarixli qərarında şərh edilənlərə əsasən görüntü üçün bağlanmış əqdə uyğun münasibətlər formalaşmışdır. Məhkəmə tərəfindən iddia ərizəsinin geri qaytarılması səbəbi olaraq məhkəmənin icraatında cavabdeh2 cavabdeh cavabdeh3 və qeyrilərinə qarşı “Alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” haqda mülki işin olmasıdır. Bununla bağlı qeyd edirəm ki, cavabdeh2 öz maraqlarının müdafiəsi baxımından məhkəmədə qeyd edilən iddia ərizəsi üzrə cavabdeh3lə ünvan 2 ünvanda yerləşn evin alqı-satqısını mübahisələndirmişdir. Hesab edir ki, nə qədər ki, iddiaçı cavabdeh2 “eyni tələb” hesab edilən iddia ərizəsi üzrə yekun məhkəmə çıxarılmamışdır, məhkəmənin həmin iş üzrə hansı qərarı çıxaracağı bəlli olmadığına görə, belə vəziyyətdə ən pis halda onun iddia tələbi üzrə məhkəmə işin dayandırılması barədə qərar çıxara bilərdi. Odur ki, Gəncə Şəhər Məhkəməsinin *(*-***)- ****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmə tərəfindən iddiaçı İddiaçı iddia tələbi üzrə tam və hərtərəfli araşdırma aparılmış, hazırki iddia tələbinin əsasları üzrə mövcud olmuş tələblər qarşılıqlı şəkildə tədqiq edilmiş və düzgün hüquqi qiymət verilmişdir. Belə ki, məhkəmə araşdırması zamanı da müəyyən edilmişdir ki, iddiaçının birinci tələbi olan ## ###### 2022-ci il tarixli, AN ******* reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair həmin müqavilə ilə bağlı eyni tərəflər arasında, eyni predmet və eyni əsaslar üzrə mübahisəyə dair mülki iş hazırda Gəncə Şəhər Məhkəməsinin icraatındadır (*(*-***)-****/**** nömrəli iş). Həmin iş üzrə iddia tələbi də eyni hüquq münasibətindən irəli gəlir və eyni müqavilənin hüquqi taleyinin müəyyən edilməsinə yönəlmişdir. İddiaçının ikinci tələbi isə cavabdeh3 ilə cavabdeh1 arasında bağlanmış ## ####### 2023-cü il tarixli, 4Ə-*** reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair isə həmin müqavilədən irəli gələn hüquq münasibətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarı ilə artıq hüquqi qiymət verilmiş, iş mahiyyəti üzrə həll edilmiş və həmin qərar qanuni qüvvəyə minmişdir. Mahiyyət etibarilə artıq məhkəmə tərəfindən qiymətləndirilmiş və qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə həll edilmiş hüquq münasibətinin yenidən mübahisələndirilməsinə yönəldiyindən, həmin tələbə məhkəmə tərəfindən yenidən baxılması prosessual qanunvericiliyin tələblərinə ziddir. Şikayətin dəlillərini əsassız hesab edən kollegiya qeyd edir ki, şikayətçi göstərmişdir ki, hazırda mübahisələndirdiyi müqavilələrin etibarsızlığının əsası tam fərqlidir. Lakin bu hal iş materialları ilə təkzib olunur. Məhkəmə araşdırması zamanı mahiyyət etibarilə müqavilələrin etibarsızlığının əsasının eynilik təşkil etməsi təsdiqini tapır. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, hüquqi münasibətlərin sabitliyini təmin etmək üçün məhkəmə aktlarının qüvvəsi şərtsiz olaraq nəzərə alınmalıdır. Əks halda, tərəflərin eyni iddianı dəfələrlə qaldırması hüquqi qeyri-müəyyənlik yaradacaq və məhkəmə qərarlarının nüfuzunu zəiflədəcəkdir. İddiaçının eyni hüquqi və faktiki əsaslara istinad etməklə həmin mübahisəyə dair yenidən məhkəməyə müraciət etməsi, sadəcə olaraq əvvəlki qərarla razılaşmamaq niyyəti ilə ədalət mühakiməsinə təkrar müraciət kimi qiymətləndirilməli və hüquq sisteminin sabitliyinə təhlükə yaradan addım kimi rədd edilməlidir. İş üzrə əvvəlki məhkəmə qərarlarında artıq həll edilmiş hüquqi məsələlərin hazırkı iddia ilə yenidən məhkəmə mübahisəsinə çıxarılması hüquqi müəyyənlik və “bir dəfə həll edilmiş məsələ” prinsipinə ziddir. Qeyd edilməlidir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Məhkəmə aktının müstəsnalığı bir dəfə həll olunmuş məsələnin yenidən hər hansı formada mübahisələndirilməsinə və məhkəmələrdə yenidən baxılmasına yol vermir. Bu cür yanaşma ilk növbədə hüquqi müəyyənlik prinsipinə əsaslanmaqla, qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyinin təmin olunmasına yönəlmişdir. Bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipi onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. Eyni zamanda yalnız bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır. Əks yanaşma proses iştirakçısının yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradar və bu hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin şərh edilməsinə dair ## ###### 2016-cı il tarixli qərarında vurğulamışdır ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Azərbaycan Respublikası MPM-nin 153.2.2.-ci maddəsinə görə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə kollegiyası hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğu üçün, eyni zamanda hazırda digər tələbə dair məhkəmənin icraatında iş olduğundan və iddiaçı yeni əsasa istinad etmədiyindən birinci instansiya məhkəməsi iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsindən imtina edilməsi qərara gəlməkdə haqlı olmuşdur. İşə baxan məhkəmə iddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2 İkram qızı və üçüncü şəxs cavabdeh1 qarşı ## ###### 2022-ci il tarixli, AN ******* reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair tələb üzrə eyni tərəflər arasında, eyni predmet və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə əsasən və ## ####### 2023cü il tarixli, 4Ə-*** reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair tələb üzrə isə eyni tərəflər arasında, eyni predmet və eyni əsaslar üzrə mübahisəyə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcud olduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi ilə bağlı əsaslı və düzgün hüquqi nəticəyə gəlmişdir. Beləliklə, şikayətin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası, hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş və tətbiq edilməli qanun düzgün tətbiq edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 398.0.1 və 402.2-ci maddələrini rəhbər tutaraq, QƏRAR A A L D İ: Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-7)-1146/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-1146/2026
14.08.2026 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver