Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(3-7)-119/2026 12.02.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X1 və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh X4 adına 39 nömrəli tam orta məktəbə qarşı əmrin ləğvi və işə bərpa tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 25.12.2*25-ci il tarixli, 2(125)-3169/2*25 saylı qərardadından cavabdeh nümayəndəsi (direktor) Nümayəndə2 tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh X4 adına 39 nömrəli tam orta məktəbə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, *4 mart 2*25-ci il tarixli “Əmək müqaviləsinin ləğvi barədə” əmri ləğv edərək onun əvvəlki vəzifəyə bərpa edilməsi və məcburi iş buraxma dövrünün əmək haqqının ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin *1.*7.2*25-ci il tarixli 2(125)-3169/2*25 nömrəli qətnaməsi ilə (hakim Xədicə Səfərli) iddia tələbi təmin edilmiş, İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair Gəncə şəhəri X4 adına 39 nömrəli tam orta məktəbin *4.*3.2*25-ci il tarixli, 144 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı əvvəlki işinə bərpa edilməsi və məcburi iş buraxma dövrü üçün əmək haqqının tam hesablanıb ona ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X2-Daşkəsən Regional Təhsil İdarəsi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(1*4)-18*4/2*25 17.*9.2*25-ci il tarixli qərardadı ilə *1.*7.2*25-ci il tarixli 2(125)-3169/2*25 nömrəli qətnaməsindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X2-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinin yoxlanılması üçün mülki iş Gəncə Şəhər Məhkəməsinə qaytarılmışdır. Gəncə Şəhər Məhkəməsinin 25.*9.2*25-ci il tarixli 2(125)-3169/2*25 nömrəli qərardadı ilə Gəncə Şəhər Məhkəməsinin *1.*7.2*25-ci il tarixli 2(125)-3169/2*25 nömrəli qətnaməsindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X2-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmış, qərardadda qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra, hazırkı qərardadın rəsmi qaydada verildiyi vaxtdan 1* gün müddətində şikayət verən şəxsin yenidən şikayət və buraxılmış müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Nümayəndə2 qətnamədən apellyasiya şikayəti vermiş, eyni zamanda, ərizə ilə məhkəməyə müraciət edərək, müddəti bərpa edib apellyasiya şikayətini Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 13.11.2*25-ci il tarixli 2(125)-3169/2*25 nömrəli qərardadı ilə ərizə təmin edilməmiş, şikayət verən şəxs - cavabdehin (Gəncə şəhəri 39 nömrəli tam orta məktəbin) seçilmədiyi əsası ilə buraxılmış müddəti bərpa etməyərək apellyasiya şikayətini geri qaytarmışdır. Nümayəndə2 qətnamədən apellyasiya şikayəti vermiş, eyni zamanda, ərizə ilə məhkəməyə müraciət edərək, müddəti bərpa edib apellyasiya şikayətini Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 25.12.2*25-ci il tarixli, 2(125)-3169/2*25 nömrəli qərardadı ilə Gəncə Şəhər Məhkəməsinin *1.*7.2*25-ci il tarixli, 2(125)-3169/2*25 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə cavabdeh X4 adına 39 nömrəli tam orta məktəb tərəfindən verilmiş ərizə təmin edilməmiş və apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdehin nümayəndəsi Nümayəndə2 həmin qərardaddan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X4 adına 39 nömrəli tam orta məktəb müstəqil hüquqi şəxs deyildir, bu səbəbdən də VÖEN-ə də malik deyildir. X4 adına 39 nömrəli tam orta məktəb Azərbaycan Respublikasi Elm Və Təhsil Nazirliyi Yaninda Məktəbəqədər Və Ümutəhsil Üzrə X2-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində, onun VÖEN-i altında fəaliyyət göstərdiyindən ümumilikdə bir subyekt hesab olunur. Bu səbəbdən *6.*8.2*25-ci il tarixdə rəsmi poçt vasitəsilə əldə etdikləri qətnamədən *3.*9.2*25-ci il tarixdə apellyasiya şikayəti vermişdir. Lakin Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tərəf olmaması səbəbindən Gəncə Şəhər Məhkəməsinin 25.*9.2*25-ci il tarixli 2(125)-3169 nömrəli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardad 21.1*.2*25-ci il tarixdə rəsmi poçt vasitəsilə təqdim olunmuşdur. Apellyasiya şikayəti verən şəxs qismində cavabdeh olan Gəncə şəhəri 39 nömrəli tam orta məktəbi seçə bilmədiklərindən cavabdehin nümayəndəsi - Nümayəndə2 seçilmiş və 3*.1*.2*25-ci il tarixdə buraxılmış müddətin bərpası haqqında ərizə ilə birlikdə apellyasiya şikayətini yenidən təqdim etmişlər. Lakin Gəncə şəhər Məhkəməsi 13.11.2*25-ci il tarixli 2(125)-3169/2*25 nömrəli qərardadla şikayət verən şəxs - Cavabdehin (Gəncə şəhəri 39 nömrəli tam orta məktəbin) seçilmədiyi əsası ilə buraxılmış müddəti bərpa etməyərək apellyasiya şikayətini geri qaytarmışdır. Texniki məsələlərə görə 2 (iki) fərqli tarixlərdə apellyasiya şikayəti məhkəmənin icraatına qəbul edilməmişdir. Yəni, Gəncə şəhər 39 nömrəli tam orta məktəbin müstəqil VÖEN-i olmadığından cavabdeh statusunda seçmək tərəfilərindən mümkün olmamışdır. Halhazırda məcburiyyət qarşısında "şikayət verən şəxs" - statusunu "xarici hüquqi şəxs" seçərək, cavabdehin, yəni Gəncə şəhər 39 nömrəli tam orta məktəbin və onun məlumatlarının seçilməsi (əl ilə doldurulması) imkanını əldə etmişlər. Yenidən buraxılmış müddətin bərpası haqqında ərizə ilə birlikdə Gəncə Şəhər Məhkəməsinin 2(125)- 3169/2*25 nömrəli, *1.*7.2*25-ci il tarixli qətnaməsindən apelyasiya şikayətlərini 18.12.2*25-ci il tarixdə elektron kabinet üzərindən təqdim etmişlər. Gəncə Şəhər Məhkəməsi 2(125)-3169/2*25 nömrəli, 25.12.2*25-ci il tarixli qərardadla heç bir əsaslandırma gətirmədən apellyasiya şikayətini geri qaytarmışdır. Yuxarıda qeyd etdiyi səbəbdən müddətin buraxılmasını üzrlü saymağı, 25.*9.2*25-ci il, 13.11.2*25-ci il və 25.12.2*25-ci il tarixli Qərardadlarda qeyd olunan çatışmazlıqları aradan qaldıraraq yenidən təqdim etdiyi apellyasiya şikayətini icraata qəbul etməyi xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 13.*1.2*26-cı il tarixli, 2(125)-3169/2*25 nömrəli qərardadı ilə şikаyət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə1 məhkəmə kollegiyasına elektron məlumat ünvanlayaraq bildirmişdir ki, iş üzrə yekun məhkəmə qərarı qüvvəsini alıb. Cavabdeh orqan tərəfindən mübahisələndirirlən əmrin ləğv edilməsi və işçinin işə bərpa edilməsi barədə əmr verilib. İşçi 1* gündən artıq müddətdir ki, bərpa edildiyi vəzifədə əmək fəaliyyətini davam etdirir. Verilən şikayətlər isə əsassız və mənasızdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarının tədqiqi zamanı müəyyən edilmişdir ki, Gəncə Şəhər Məhkəməsinin *1.*7.2*25-ci il tarixli 2(125)-3169/2*25 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş ilkin apellyasiya şikayəti geri qaytarılarkən, bildirilmişdir ki, qətnamədən apellyasiya şikayəti Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X2 Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən verilmişdir. Belə olan halda, sözügedən qətnamədən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X2-Daşkəsən Regional Təhsil İdarəsinin şikayət vermək hüququnun olması, qeyd edilən qətnamənin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X2- Daşkəsən Regional Təhsil İdarəsinin maraqlarına toxunması müəyyən edilmədiyindən hazırkı apellyasiya şikayəti geri qaytarılmalıdır. Bu barədə 25.*9.2*25-ci il tarixli həmin qərardadda qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan sonra, hazırkı qərardadın rəsmi qaydada verildiyi vaxtdan 1* gün müddətində şikayət verən şəxsin yenidən şikayət və buraxılmış Müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. İkinci dəfə məktəbin direktoru Nümayəndə2 öz adından apellyasiya şikayəti və buraxılmış müddətin bərpası barədə ərizə ilə müraciət etmiş, Gəncə Şəhər Məhkəməsi buraxılmış müddəti bərpa etməyərək, apellyasiya şikayətini geri qaytarmışdır. Üçüncü səfər məktəbin direktoru Nümayəndə2 nöqsanları aradan qaldırdıqdan sonra apellyasiya şikayəti və buraxılmış müddətin bərpası barədə ərizə ilə müraciət etmiş, lakin birinci instansiya məhkəməsi buraxılmış müddəti bərpa etməyərək, apellyasiya şikayətini geri qaytarmışdır. Məhkəmə qeyd edilənlərə əsasən hesab etmişdir ki, cavabdeh qərardadda göstərilmiş müddəti ötürməklə nöqsanları aradan qaldıraraq yenidən məhkəməyə müraciət etmişdir, lakin müddətin üzrlü səbəbdən ötürülməsi müəyyən olunmur. Şikayətdə cavabdeh tərəf göstərmişdir ki, texniki məsələlərə görə 2 (iki) fərqli tarixlərdə apellyasiya şikayəti məhkəmənin icraatına qəbul edilməmişdir. Yəni, Gəncə şəhər 39 nömrəli tam orta məktəbin müstəqil VÖEN-i olmadığından cavabdeh statusunda seçmək onlar tərəfindən mümkün olmamışdır. Hal-hazırda məcburiyyət qarşısında "şikayət verən şəxs" - statusunu "xarici hüquqi şəxs" seçərək, cavabdehin, yəni Gəncə şəhər 39 nömrəli tam orta məktəbin və onun məlumatlarının seçilməsi (əl ilə doldurulması) imkanını əldə etmişlər. Şikayətin dəlilləri ilə razılaşmayan kollegiya qeyd edir ki, prosessual hərəkətlər Məcəllə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. İşin mübahisəsiz halıdır ki, Gəncə Şəhər Məhkəməsinin *1.*7.2*25-ci il tarixli 2(125)-3169/2*25 nömrəli qətnaməsi cavabdeh tərəfindən *6.*8.2*25-ci ildə əldə edilmişdir (apellyasiya şikayətində cavabdeh tərəfindən qeyd olunub). Cavabdeh qətnamədən məlumatlı olmuşdur. Lakin onun istinad etdiyi dəlillər texniki məsələlər deyil, prosessual qanunvericilik ilə müəyyən edilmiş hərəkətlər olmuşdur. Cavabdehin qanundan irəli gələn prosessual hərəkətləri düzgün yerinə yetirə bilməməsi buraxılmış müddətin üzürlü səbəb olmasını istisna edir. Müddətin bərpası yalnız tərəfin iradəsindən asılı olmayan, qabaqcadan görülməsi və qarşısının alınması mümkün olmayan hallarda yol verilə bilər. Hazırki vəziyyətdə isə belə hallar mövcud olmamışdır. Kollegiya hesab edir ki, şikayət vermə müddətinin cavabdeh tərəfindən hər hansı üzürlü səbəbdən ötürülməsinə dair hər hansı üzrlü səbəb və onu təsdiq edən sübut şikayətə əlavə olunmamışdır. Bununlada, cavabdeh tərəf qanunvericiliklə müəyyən edilmiş və məhkəmə tərəfindən təyin edilmiş prosessual müddəti ötürmüşdür. Müddət keçdikdən sonra apellyasiya şikayəti verilmişdir. Buraxılmış müddətin üzrlü hesab edilməsi üçün isə hər hansı bir əsas olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 36*-cı maddəsinə görə birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti, qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilməlidir. Həmin Məcəllənin 128.1-ci maddəsinə görə prosessual hərəkətlər həmin Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilməlidir. Həmin Məcəllənin 13*.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. «K.N.Qarayevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2**6-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun *8 may 2**8-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi isə «Miraqall Eskolano və digərləri İspaniyaya qarşı» işi üzrə 25 yanvar 2***-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımların və şikayətlərin verilməsi üçün riayət edilməli müddət məhdudiyyətini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Beləliklə, şikayətin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş və tətbiq edilməli qanun düzgün tətbiq edilmişdir. Şikayətin dəlilləri qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.*.1-ci maddəsinə əsasən, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiya məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 128, 13*, 36*, 398.*.1 və 4*2-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Gəncə Şəhər Məhkəməsinin 25.12.2*25-ci il tarixli, 2(125)-3169/2*25 saylı qərardadından cavabdeh nümayəndəsi (direktor) Nümayəndə2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 25.12.2*25-ci il tarixli, 2(125)-3169/2*25 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-7)-119/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-7)-119/2026
12.02.2026 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver